Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-351/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, 28 noyabr 2016-cı il tarixdə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2018-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd bükümdə cəmi 0,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb, ünvan 3 ünvanına “Əhmədli” metrostansiyasının yaxınlığına daşımış, 23 aprel 2021-ci il tarixdə saat 22:00 radələrində həmin ünvanda Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalanaraq ünvan 5 ünvanında yerləşən 34-cü Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,041 qram; 0,041 qram; 0,018 qram; 0,316 qram və 0,369 qram olmaqla cəmi 0,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2018-ci ilin avqust ayının 4-də azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olur. “Kakos” adlandırılan narkotik vasitə heroini çəkmə üsulu ilə qəbul edir. 22 aprel 2021-ci il tarixdə saat 19 radələrinə yaşadığı Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 01 ədəd şəffaf sellofan bükümdə “kakos” adlandırılan narkotik vasitə heroini 25 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin içərisində heroin olan 01 ədəd bükümü idarə etdiyi, **-ZU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobildə olarkən öz istifadə dozasına uyğun olaraq 05 ədəd bükümə bölmüşdür. Belə ki, həmin bükümlərdən 04 ədədini siqaretin kağızına bükmüş, digər 01 ədədini isə aldığı sellofan bükümdə saxlamışdır. Lakin həmin vaxt müştəri olduğundan narkotik vasitəni qəbul edə bilməmişdir. Həmin 05 ədəd bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Növbəti gün 23 aprel 2021-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanına Əhmədli metrostansiyasının yaxınlığına müştəri aparmışdır. Müştərini yola saldıqdan sonra küçədə dayanarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar, özlərini təqdim edib, 34-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona deyib, 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə könüllü şəkildə xidməti avtomobil vasitəsi ilə 34-cü Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Orada hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilməsini xahiş etmişdir. Vəkillə təmin edildikdən sonra ona qanunvericiliklə müəyyən edilmiş hüquqları izah edilmiş və üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, 22 aprel 2021-ci il tarixdə saat 19 radələrində Hövsan qəsəbəsində tanımadığı şəxsdən 25 manat məbləğində pula aldığı və sonra beş hissəyə böldüyü içərisində “kakos” adlandırılan narkotik vasitə heroin olan 04 ədəd ağ rəngli siqaret kağızında və 01 ədəd şəffaf rəngli sellofanda olan ümumilikdə 05 ədəd bükümü əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi həmin 05 ədəd büküm 01 ədəd zərfə qoyularaq möhür ilə möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Buna uyğun olaraq müvafiq protokol tərtib edilmiş, oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitəni istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini qeyd etmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını qeyd edərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə “Səbuhi” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2lə birlikdə həmin əməliyyat qrupunun üzvü kimi qrupun tərkibində olmuşdur. 23 aprel 2021-ci il tarixdə saat 22:00 dəqiqədə ünvan 6 ünvanında Əhmədli metrostansiyasının yaxınlığında tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Səbuhi” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onu xidməti avtomobillə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü Polis Şöbəsində olduqları zaman həmin şəxsin xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra 34-cü Polis Şöbəsinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunla müəyyənləşdirilmiş hüquqları izah edilməklə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ rəngli siqaret kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 05 ədəd bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərin içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən 25 manat məbləğində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 05 ədəd büküm bir ədəd ağ rəngli zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Qeyd etmiş ki, o, əməliyyat tədbirlərindən əvvəl Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis şöbəsinin təhqiqatçısı polis mayoru X3 tərəfindən tərtib olunmuş «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ rəngli siqaret kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 05 ədəd bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərin içərisində narkotik vasitə olan “heroin”in olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən 25 manat məbləğində pula aldığını və 23 aprel 2021-ci il tarixdə ünvan 7 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirildiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Axtarış “İphone X” markalı mobil telefon vasitəsi ilə çəkilmiş, bir ədəd “DVD” diskə köçürülmüş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarından məlum olur ki, bir ədəd DVD-də (X7) olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis mayoru X3 tərəfindən həmin şöbənin inzibati binasında xidməti iş otağında vəkil X1, həmin polis şöbəsinin əməkdaşları: Şahid2 və Şahid1 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ rəngli siqaret kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 05 ədəd bükümü çıxarıb, masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərin içərisində narkotik vasitə olan “heroin”in olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən 25 manat məbləğində pula aldığını bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2021-ci il tarixli, 6/1625 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,041 qram; 0,041 qram; 0,018 qram; 0,316 qram və 0,369 qram, ümumi təmiz çəkiləri 0, 785 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi - 0,785 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,685 qram.. İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 26 may 2021-ci il tarixli, 6/1693 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs..” və s. qeydli zərfdəki 05 ədəd bükümdə olan narkotik vasitəheroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroinin təmiz çəkisi - 0,785 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,585 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli, 1695 saylı ekspert rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan matemfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyi halda üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkilərin 0,041, 0,041, 0,018, 0,316 və 0,369 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, onun birdəfəlik dozasına uyğun gəlməsi istisna olunmur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,785 qram çəkidə narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,585 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 25.04.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2016-cı il tarixdə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2018-ci il tarixdə cəzasını çəkib qurtarmış, lakin heç bir müsbət nəticə çıxarmayaraq yenidən oxşar cinayət törətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, bu cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 23 aprel 2021-ci il tarixdən hesablanmaqla “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.585 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 219.80 (iki yüz on doqquz manat səksən qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissənin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.585 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 219.80 (iki yüz on doqquz manat səksən qəpik) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-351/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-351/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver