Məhkəmə qərarları › İş №1(011)-352/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-352/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-352/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaqla hərbi çağırışdan boyun qaçırmışdır. Belə ki, o , Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən kecirilərək hərbi xidmətə yararlı hesab edilməsinə və “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü ilin yanvar ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli, 4178 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin edildikdən sonra xx.xx.2024-cü il tarixdə saat 10 radələrində həmin hərbi birləşməyə getmək ücün ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə gəlmiş, lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası X1 ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb N saylı hərbi birləşməyə getməyərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən elan olunmuş hərbi çağırışdan boyun qaçırmış, yəni qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, dişlərində problem olması və onları müalicə etdirmək səbəbindən hərbi xidmətdən yayındığını, törətdiyi əməldən səmimi peşman olduğunu, hal-hazırda hərbi xidmətə getmək istədiyini, bu səbəbdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şahidlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmiş və onların ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində Şahid1 dindirilmiş ifadəsində bildirimişdir ki, o, 2022-ci ilin may ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin həqiqi hərbi xidmətinin çağırış şöbəsinin baş zabiti, xx.xx.2023-cü il tarixdən isə həqiqi hərbi xidmətinin çağırış şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 18 yaşının tamam olması ilə əlaqədar 2024cü ilin yanvar ayında hərbi xidmətə yola düşməli idi. Bu səbəbdən o, 2023-cü ilin noyanbr və dekabr aylarında Təqsirləndirilən şəxs və ailə üzvlərinin istifadəsində olan telefon nömrələri ilə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. Buna görə də o, Xətai RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinə zəng edərək Təqsirləndirilən şəxs gətirilməsi üçün tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinə yaxınlaşmış və o, Elnarı çağırış komissiyasından keçirmişdir. Çağırış komissiyasından ona Təqsirləndirilən şəxs hərbi xidmətə tam yararlı olduğu bildirilmiş və bu barədə Elnarın şəxsi işində qeydiyyat aparılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs keçməli olduğu analizlərin və müayinələrin yəni, qan və sidik analizləri, filoqrafiya, “uzm” “kardio” müayinlərinin siyahısını təqdim etmiş, sabahki tarixədək, yəni xx.xx.2024-cü il tarixədək analizlərdən keçib onların nəticəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinə təqdim edilməli olduğunu bildirmiş və sonuncuya çağırış vərəqəsi vermişdir. O, çağırışdan boyun qaçıracağı təqdirdə AR CM-nin 321-ci maddəsi ilə cinayət məsulliyyətinə cəlb olunacağını bildirməklə Təqsirləndirilən şəxs AR CM-nin 321-ci maddəsi ilə tanış etmiş və bu barədə iki nüsxə qəbz tərtib edilməklə bir nüsxəsi Təqsirləndirilən şəxs vermişdir. Elnar Sultanov qəbzi öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs analizlərin və müayinlərin nəticəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinə təqdim etmişdir. Həmin nəticələrdən Təqsirləndirilən şəxs sağlam olduğu, çağırışdan möhlət hüququ verilməsi üçün heç bir əsas olmadığı görünmüşdür. O, həmin gün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinə yaxınlaşmalı olduğunu bildirmiş və sonuncuya çağırış vərəqəsi vermişdir. O, çağırışdan boyun qaçıracağı təqdirdə AR CM-nin 321-ci maddəsi ilə cinayət məsulliyyətinə cəlb olunacağını bildirməklə Təqsirləndirilən şəxs AR CM-nin 321-ci maddəsi ilə tanış etmiş və bu barədə iki nüsxə qəbz tərtib edilməklə və bir nüsxəsi Təqsirləndirilən şəxs vermişdir. Elnar Sultanov qəbzi öz imzası ilə təsdiq etmişdir.xx.xx.2024-cü il tarixdə o, qoşun növünə təyin edilməsi üçün Təqsirləndirilən şəxs da adının qeyd edildiyi çağırışçıların siyahısını Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına göndərmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatından onlara Təqsirləndirilən şəxs N saylı komandaya təyin edilməsi barədə məlumat gəlmişdir. O, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə çağırış vərəqəsi verməyinə baxmayaraq həmin tarixə çağırışçıların hərbi hissəyə yola salınması planlaşdırılmamışdır. Çünki, çağırışçıların hansı hərbi hissələrə təyin olunması ilə bağlı məlumat onlara gec gəlmiş, buna görə də çağırışçıların hərbi hissələrə yola salınması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Bu səbəbdən o da Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə idarəyə yaxınlaşması üçün sonucuya zəng etməmişdir. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs sabahki tarixdə hərbi xidmətə getməsi üçün idarəyə yaxınlaşmalı olduğunu bildirmək məqsədilə bir neçə dəfə zəng etmiş, lakin, Elnar onun zənglərinə cavab verməmişdir. O, Təqsirləndirilən şəxs Amin adlı xalası oğlu zəng etdmiş və sonuncuya Təqsirləndirilən şəxs sabah idarəyə gəlməli olduğunu və hərbi xidmətə yola düşəcəyini bildirmişdir. Amin onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs xalası oğlu Aminlə birlikdə idarəyə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs ona yalandan dişinin ağrıdığını və başqa gün hərbi xidmətə getmək istədiyini bildirmiş, o, Elnara N saylı hərbi hissədə həkim komissiyasından keçəcəyini və səhhətində problem olacağı təqdirdə geri qaytarılacağını bildirmişdir. O, artıq Təqsirləndirilən şəxs qaçacağında şübhlənmiş və bu səbəbdən çağırış şöbəsinin zabiti, baş-leytenant Şahid2 Təqsirləndirilən şəxs yanında olmağı tapşırmışdır. Həmin vaxt N saylı hərbi hissəyə təhkim olunmuş çağırışçıları aparmaq üçün idarənin qarşısında avtobus dayanmış, o, Şahid2 Təqsirləndirilən şəxs avtobusa əyləşmək üçün aparmasını bildirmişdir. Təxminən 5 dəqiqə sonra o, çölə çıxmış və Şahid2 qaçdığını görmüşdür. O, Şahid2 nə baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs qaçdığını bildirmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs həm çağırış komissiyasından, həm də müəyyən analiz və müayinlərdən keçmiş, bütün nəticələrə əsasən Təqsirləndirilən şəxs sağlamlığında heç bir problem olmamışdır.(i.v 25-28) İbtidai istintaq zamanı şahid qismində Şahid2 dindirilmiş ifadəsində bildirimişdir ki, o, o, 2023-cü ilin aprel ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin həqiqi hərbi xidmətinin çağırış şöbəsinin zabiti vəzifəsində işləyir, baş-leytenanat rütbəsindədir. xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissəyə təyin edilmiş çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsindən yola düşməli olmuş və həmin vaxt o, çağırışçıların hərbi xidmətə yola salınmasının təmin edilməsi ilə məşğul olmuşdur. Saat 10 radələrində çağırış şöbəsinin rəisi, polkovnik-leytenant Şahid1 onu yanına çağırmış və yanında olan çağırışçı Təqsirləndirilən şəxs yanında olmağı, Elnarın qaça biləcəyindən şübhələndiyini və Təqsirləndirilən şəxs nəzarətdə saxlamalı olduğunu bildirmişdir. Bundan sonra o, Elnarı özü ilə birlikdə növbətçi hissədə əyləşdirmişdir. Təxminən 15 dəqiqə sonra çağırışçıların avtobusa minməsi başlanılmış, bu səbəbdən o, Təqsirləndirilən şəxs özü ilə birlikdə idarənin həyətinə çıxarmışdır. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs xalası oğlu Amin adlı şəxs ona yaxınlaşaraq Elnarın anası ilə danışmaq istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs anası ilə danışmasına icazə vermişdir. Təqsirləndirilən şəxs onun yanında anası ilə danışmağa başlamış, Təqsirləndirilən şəxs ona anası ilə danışdığını, narahatçılığa əsas olmadığını bildirmiş və telefonla danışa-danışa ondan yavaş-yavaş uzaqlaşmağa başlamışdır. O, arxadan Təqsirləndirilən şəxs uzaqlaşmamasını, geri qayıtmasını bildirmiş, lakin, Təqsirləndirilən şəxs onun çağırışlarına məhəl verməmiş, idarənin həyətindən çıxaraq ara məhəllələrə daxil olaraq gözdən itmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs nə qədər axtarsa da tapa bilməmişdir. O, Amindən Təqsirləndirilən şəxs hara getdiyi soruşduqda, Amin bilmədiyini, Təqsirləndirilən şəxs qaçdığını bildirmişdir.(i.v 31-33) İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası Eldarə Soltanovanın oğludur. xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin həqiqi hərbi xidmətinin çağırış şöbəsinin rəisi Şahid1 zəng etmişdir. Telefon danışığı zamanı Şahid1 ona Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hərbi xidmətə yola düşmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinə gəlməli olduğunu, lakin Təqsirləndirilən şəxs nə qədər zəng etsə də sonuncunun zənglərə cavab vermədiyini və onun Təqsirləndirilən şəxs məlumat verməli olduğunu bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs zəng edərək ona Şahid1 zəng etdiyini və sabah Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dişlərini müalicə etdirdiyini və bu səbəbdən hərbi xidmətə getmək istəmədiyini bildirmişdir. Bu səbəbdən o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə həmin idarəyə yaxınlaşmış və Şahid1 yanına getmişdirlər. O, Şahid1 Elnarın dişlərini müalicə etdirdiyini bildirmiş və müalicə üçün vaxt verməsini xahiş etmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təyin olunduğunu, N saylı hərbi hissəyə çatan kimi tibbi yoxlanışdan keçəcəyini və problem olacağı təqdirdə geri qaytarılacağını bildirmişdir. Onlar Şahid1 dedikləri ilə razılaşmışlar. Bundan sonra onlar idarənin həyətinə çıxmışlar. Həmin vaxt idarənin həyətində çağırışçıları aparmaq üçün gəlmiş avtobus olmuşdur. Həyətdə olan zaman Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin həqiqi hərbi xidmətinin çağırış şöbəsinin zabiti Şahid2 də onların yanında olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs hərbi xidmətə yola düşməmişdən əvvəl sonuncu dəfə anası Eldarə Soltanova ilə danışmaq üçün icazə istəmişdir. Şahid2 də ona icazə vermişdir. Təqsirləndirilən şəxs anasına zəng edərək danışmağa başlamışdır. Təqsirləndirilən şəxs telefonla danışa-danışa yavaş-yavaş onlardan uzaqlaşmağa başlamışdır. Şahid2 Təqsirləndirilən şəxs uzaqlaşmaması barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs idarənin həyətindən çıxaraq ara məhəllələrə daxil olmuş və gözdən itmişdir. Şahid2 ondan Təqsirləndirilən şəxs hara getdiyini soruşduqda o, Şahid2 bilmədiyini demişdir. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmətdən qaçacağı barədə ona əvvəlcədən heçnə deməmişdir. O, həmçinin Təqsirləndirilən şəxs əvvəlcədən belə bir şey edəcəyini bilsəydi, Təqsirləndirilən şəxs mane olacağını bildirmişdir.(i.v 37-39) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 321.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə, saat 18:00-da tutulmuşdur.(i.v. 54-55); 02 may 2024-cü il tarixli şübhəli şəxsin telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefonun mesajlar bölməsində xx.xx.2024-cü il tarixdə, saat 18:10-da 9100 mobil nömrəsindən oxunmamış vəziyyətdə olan aşağıdakı məzmunda mesaj gəldiyi aşkar edildi: “Siz muddetli heqiqi herbi xidmet kechmek uchun Azerbaycan Ordusunun herbi hissesine Chagirish uzre Dovlet Xidmetinin resmi saytina daxil olaraq “Elektron Xidmetler” bolmesinden elde ede bilersiz. Muzeffer Ordunun qalib esgeri, Vetenin keshiyinde qururla dayan” Həmçinin, mobil telefon cihazına baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən xüsusatlar aşkar edilməmişdir.(i.v. 72-78); Sübutların qiymətləndirilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə özünü müdafiə etməsinə dair göstərdiyi dəlillər özməsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahid ifadələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsindən daxil olmuş sənədlər, baxış keçirilməsi haqqında protokol, toplanmış digər sənədlər işin faktiki hallarınına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul olunması, qərar barədə tərəflərə məlumat verilməsi, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır.(i.v. 80-88); 04 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v.91-92) 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 102-104) Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, növbəti çağırışda hərbi xidmətə yollanmaq istəməsini, bu səbəbdən də ona şərait yaradılmasıni və hərbi xidmətə yollanmağa icazə verən cəza verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, özünün könüllü olaraq yenidən hərbi xidmət çəkmək istəməsini (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr N1-ci il tarixli Azərbaycan Respublikası Qanunun 22.1.1-ci maddəsinə əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müddətli həqiqi hərbi xidmətə gedəcəyi barədə ərizəsini və yalnız cərimə növündə cəza təyin olunacağı təqdirdə onun hərbi xidmətə gedə biləcəyi ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini müstəsna hallar hesab edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 321.1-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə ona cərimə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin”. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar