Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-353/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, subay, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 92, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroin və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək həmin heroindən bir ədəd bükümdə 0,168 qramını və həmin metamfetamindən bir ədəd bükümdə 0,593 qramını xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 92 ünvanın qarşısında 20 manata Şahid3 satmış, 30 aprel 2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 92 ünvanın qarşısında saxlanılaraq ünvan 2şən Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd “Prima" markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda olan təmiz çəkisi 1,040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər üç bükümdə ayrı-ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdarda olan təmiz çəkisi 0,460 qram, 0,546 qram, 0,297 qram, ümumi təmiz çəkisi 1,303 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə edir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və polis şöbəsinə gətirilmişdir. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də heş kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Şahid3 tanıyır. Onun narkotik vasitələrdən istifadə etməsini bilir. Lakin, Zöhraba heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis şöbəsində olan vaxt polis əməkdaşlarının təzyiqi ilə üzərində narkotik vasitə və psixotrop maddə olması və Şahid3 də narkotik vasitə və psixotrop maddə satması barədə etirafedici ifadələr verməyə məcbur olmuşdur. Müxtəlif şəxslərlə narkotik vasitələrin satışı məzmununda olan sms yazışmaları ilə bağlı olaraq bildirmişdir ki, 070 313 70 02 mobil nömrə əvvəl dostunun istifadəsində olmuş, bir müddətdir ki, artıq onun istifadəsində olmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bədənində arabir ağrılar olduğu üçün o, narkotik vasitədən istifadə edir. Sonuncu dəfə yenə də ağrıları olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, adını və üzünü görmədiyi bir şəxsdən «WhatsApp» vasitəsilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddə almışdır. Həmin şəxs «WhatsApp» mobil tətbiqini müxtəlif xarici nömrələrlə işlədir və yalnız audiozəng vasitəsilə əlaqə saxlayır. Özü «WhatsApp»da 070 *** ** ** mobil nömrədən istifadə etmiş, bu nömrəni adi qaydada zənglər üçün istifadə etməmişdir. Ona narkotik vasitə lazım olanda həmin şəxsə «WhatsApp» vasitəsilə zəng edir, həmin şəxs də ona hər hansı bir elektron ödəmə terminalına yaxınlaşmağı deyir. Terminalın yanında olanda həmin şəxsə təkrar zəng edir və o da bank hesabının nömrəsini deyir, deyilən bank hesabına müəyyən məbləğdə pul köçürür, pulu köçürəndən sonra isə həmin şəxs ona ödədiyi məbləğə uyğun olan narkotik vasitəni harada gizlətdiyini deyir və o da o yerə gedib oradan narkotik vasitəni götürür. Anket məlumatlarını bilmədiyi o şəxs narkotik vasitəni və psixotrop maddələri ucuz qiymətə verir. Narkotik vasitələrə və psixotrop maddələrə verdiyi pulu çıxartmaq üçün onların bir hissəsini iki-üç dəfə uşaqlıqdan tanıdığı və qonşu binada yaşayan Zöhrab adlı şəxsə satmışdır. Sonuncu dəfə Zöhraba xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı binanın qarşısında 20 manata bir bükümdə «kokos» adlanan heroin və bir bükümdə «şüşə» adlanan metamfetamin satmışdır. Zöhraba satdığı heroin və psixotrop maddə tutulmamışdan 4 gün əvvəl Masazırda yaşayan şəxsdən aldığı heroin və metamfetaminin bir hissəsidir. O, həmin şəxsdən 55 manata iki qram heroin və iki qram metamfetamin almış, onların bir hissəsindən istifadə etmiş, kiçik bir hissəsini 20 manata Zöhraba satmış, qalan hissəsini isə özünə saxlamışdır ki, ağrıları başlayanda onlardan istifadə etsin. xx.xx.2022-ci i tarixdə saat 16 radələrində yaşadığı binanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Özünü polis əməkdaşlarına təqdim edəndən sonra polis əməkdaşları Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Polis əməkdaşı üzərində olan əşyaları təqdim etməyi təklif etdikdən sonra, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən «Prima» markalı siqaret qutusunu götürüb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən başqa əşya və ya maddə aşkar edilməmişdir. Sonra polis əməkdaşı masanın üzərinə qoyduğu siqaret qutusunu yoxlamış, siqaret qutusunun içərisində təxminən 5 dənə siqaret, bir ədəd kibrit qutusu və 5 büküm olmuşdur. Bükümün biri boş idi, belə ki, onun içərisində olmuş heroindən artıq istifadə etmişdir. Digər iki kağız bükümdə və bir sellofan kəsiyindən olan bükümdə «patı», yəni psixotrop maddə olan metamfetamin olmuş, qalan bir ədəd sellofan kəsiyindən olan bükümdə isə «kokos», yəni narkotik vasitə heroin olmuşdur. Sonra həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış və elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, o və digər iştirakçılar zərfə imza etmişlər. Həmçinin, üzərində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs tanıyır, qonşusudur. O, heç vaxt Tahirlə birlikdə narkotik vasitədən istifadə etməmişdir. İstintaq zamanı etirafedici ifadə verməsinin səbəbi xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra polis əməkdaşları tərəfindən bölmədə ona təzyiqlər edilməsi olmuşdur. O da bu səbəbdən istintaq zamanı Tahirdən narkotik vasitə və psixotrop maddə alması barədə ifadə vermişdir. Hal-hazırda məhkəmədə ona heç bir təsir və təzyiq göstərilmədiyindən hər şeyi olduğu kimi məhkəməyə bildirir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bədənində arabir ağrılar olduğu üçün müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib istifadə etmişdir. Belə ki, heroin və metamfetamin ağrılarına təsir göstərərək onları yüngülləşdirir. Narkotik vasitəni və psixotrop maddəni satan şəxslərdən biri də Tahir adlı şəxsdir. Tahirdən iki-üç dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Tahir qonşu məhəllədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində narkotik vasitə almaq üçün Tahirin yaşadığı məhəlləyə gəlmiş, Tahir həmin vaxt yaşadığı binanın qarşısında olmuşdur. Tahirə 20 manat pulunun olduğunu bildirib ondan narkotik vasitə istəmiş, Tahir isə 20 manat müqabilində bir kağız bükümdə «kokos», yəni heroin və bir kağız bükümdə «şüşə», yəni metamfetamin təklif etmişdir. Razılaşıb həmin bükümləri ondan almışdır. Tahirdən aldığı heroinin az bir hissəsindən həmin gün axşam istifadə etmiş, qalan heroini və metamfetamini siqaret qutusunun içərisinə qoyub əynində olan idman şalvarının sol yan cibinə qoymuşdur. Növbəti gün axşam isə metamfetaminin bir hissəsindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı binanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Polis əməkdaşı üzərində olan əşyaları təqdim etməyi demişdir. Artıq anlamışdır ki, başqa çıxış yolu yoxdur və əynində olan idman şalvarının sol yan cibindən «Winston» markalı siqaret qutusunu götürüb həmin qutunun içərisində saxladığı iki kağız bükümü polis əməkdaşına təqdim edərək bükümün birində «kokos» adlanan heroin narkotik vasitəsinin, digər bükümdə isə «şüşə» adlanan metamfetamin psixotrop maddəsinin olduğunu bildirmişdir. Həmçinin, şalvarının sağ cibində saxladığı bir ədəd alışqanı da çıxarıb masanın üzərinə qoymuşdur. Sonra həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış və elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı heroini və metamfetamini qonşuluqda yaşayan Tahir adlı şəxsdən aldığını bildirmişdir. Sonra polis əməkdaşı təqdim etdiyi iki bükümü bir ədəd zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfə imza etmişlər. Üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində qeyd etmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 37-ci PŞ-yə ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid3 narkotik vasitə heroini, psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etməsi, istifadə etməsi və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Şahid3 cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə ona həvalə edilmişdir. Şahid3 30 aprel 2022-ci il tarixdə, saat 14:30-da Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 80 nömrəli evin qarşısında hərəkət edərkən saxlanılmış, ona narkotik vasitələri və psixotrop maddələri əldə edib istifadə etməsi və üzərində daşıması barədə məlumat daxil olduğunu bildirilib, qəbul edilmiş əməliyyat-axtarış tedbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edilərək ona 37-ci PŞ-yə getməli olduğu bildirilmişdir. Şahid3 də etiraz etməmişdir. Şahid3 üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına əsaslı şübhələr olduğundan onu 37-ci PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Şahid3 paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Şahid3 üzərində şəxsi axtarış və götürmənin aparılması şöbənin təhqiqatçısı polis kapitanı Kamran Əhmədova həvalə edilmişdir. X3 tərəfindən Şahid3 hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək Şahid3 təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Şahid3 üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Şahid3 üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, özü və sahə inspektoru Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə X3 Şahid3 üzərində olan əşyaları təqdim etməyi demiş, Şahid3 əynində olan idman şalvarının sol yan cibindən «Winston» markalı siqaret qutusunu götürüb həmin qutunun içərisində saxladığı iki kağız bükümü təqdim edərək bükümün birində «kokos» adlanan heroin narkotik vasitənin, digər bükümdə isə «şüşə» adlanan metamfetamin psixotrop maddənin olduğunu, həmin maddələri iki gün öncə qonşuluqda yaşayan Tahir adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmçinin, Şahid3 şalvarının sağ cibində saxladığı bir ədəd alışqanı da çıxarıb masanın üzərinə qoymuşdu. Həmin bükümlər təhqiqatçı tərəfindən açılıb elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırılmış, özü və digər iştirakçılar tərəfindən zərfə imza etmişlər. Şahid3 üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 16:00-dan məhdudlaşdırılmışdır (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nun inspektor kriminalisti X4, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd “Pirima” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, siqaret qutusunun içərisindən kibrit qutusu və 5 ədəd büküm aşkar edilmişdir. Həmin gümüşü rəngli kağıza bükülmüş bükümlərdən biri boş olmuşdur. Qalan 4 ədəd bükümün 2-i şəffaf sellofandan, qalan 2-i isə siqaretin gümüşü kağızındandır. Gümüşü rəngli kağız bükümlərdə ağ rəngli kristallik maddə, şəffaf sellofan bükümlərdən birində qəhvəyi rəngli tozşəkilli maddə, digərində isə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin 4 ədəd gümüşü kağıza və şəffaf sellofana bükülmüş maddələrin nə olması soruşulduqda, o, həmin bükümlərdəki kütlənin “heroin” və “şüşə” adı ilə bildiyi narkotik vasitələr olmasını bildirmiş, götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, müəyyən edilmişdir ki, həmin kütlələrdən qəhvəyi rəngli maddə 0,714 qram, ağ rəngli kristal şəkilli maddələrin çəkisi isə 0,379; 0,436 və 0,315 qramdır. Təqsirləndirilən şəxs həmin maddələri Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən aldığını, narkotik maddənin 2 bükümünü isə 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə qonşusu Zöhraba yaşadığı evin qarşısında 20 manata satdığını bildirmişdir ( i.v. 35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2022-ci il tarixli, 6/2536 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,460 qram, 0,546 qram, 0,297 qra ümumi təmiz çəkisi 1,303 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 50-54); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir (i.v. 64); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 82-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1(bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 88-89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 104-105); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 iyun 2022-ci il tarixli, 6/2622 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan “6/2535... 1 may 2022-ci il...” sözləri soyad və imza qeyd edilmiş və “6/2536... 1 may 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan; bir ədəd bükümdə təmiz çəkisi 0,118 qram olan heroin ilə bir ədəd bükümdə təmiz çəkisi 0,990 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Bir ədəd bükümdə təmiz çəkisi 0,543 qram olan metamfetamin ilə üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,183 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir ( i.v. 106-110); Elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 313 70 02 saylı mobil nömrənin 1 aprel 2021-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək olan müddətdə həmin mobil nömrəyə daxil olmuş və çıxmış zənglər, SMS mətnlərinə dair məlumatlar təqdim edilmişdir. Həmin SMS mətnlərindən görünür ki, müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 313 70 02 mobil nömrəyə müxtəlif nömrələrdən “5 manatda verim pat vozmi”, “qardaşımsan tezol mənimkini yaxınlaş at yerə”, “qaqula bidənə 10nuq götürə biləriy?”, “qaqula 5diy kola götürmək olar?”, “salam qaqula 1 qr kola goturmek olar? Amma gele mene tez bazar alinar qardasim seninde payivi verecem ordan” “qaqula 5 diy suse 5diyde kola goturmek olar?” məzmunlu sms-lər daxil olmuşdur ( i.v. 112-123); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-163/2018 saylı, 15 may 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ( i.v. 130-134); Sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Şahid3 02 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qismində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şahid3 barəsində 3 ay müddətində həbs qismində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Şahid3 əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyindən, bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, təqsirləndirilən şəxslər Şahid3 və Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli 6/2535 №-li rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli 6/2536 №-li rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli 6/2622 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlama komissiyasının 11 may 2022-ci il tarixli 2385 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 14 may 2022-ci il tarixli 2504 nömrəli rəyi, Şahid3 və Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materialların cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işinın ayırılması və icraata qəbul edilməklə istintaqın davam etdirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin və Şahid3 satdığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin haradan əldə etməsini müəyyən etmək üçün ********* nömrəli cinayət işindən materialın ayrılması və araşdırmanın aparılmasından ötrü ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 37-ci PŞ-ə göndərilməsi, Şahid3 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqatlardan sonra qalan çəkisi 0,118 qram olan narkotik vasitə heroin və çəkisi 0,543 qram olan psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxslərin maddi sübutlarla tanış olduqdan sonra saxlanılmasından ötrü Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,040 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,303 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqatlardan sonra qalan çəkisi 0,990 qram olan narkotik vasitə heroin və çəkisi 1,183 qram olan psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxslər maddi sübutlarla tanış olduqdan sonra saxlanılmasından ötrü Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, Şahid3 üzərində aparılmış şəxsi axtarış və götürmənin videoçəkilişinin yazıldığı bir ədəd CD-R diskin istintaq sənədi kimi tanınması və ********* nömrəli cinayət işindən ayrıca icraata ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videoçəkilişinin yazıldığı bir ədəd CD-R diskin istintaq sənədi kimi tanınması və ********* nömrəli cinayət işinin materiallarında saxlanılması, “Azerfon” şirkətinin istintaqa təqdim etdiyi bir ədəd CD-R diskin istintaq sənədi kimi tanınması və ********* nömrəli cinayət işinin materiallarında saxlanılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 135-144); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoyması, siqaret qutusunun içərisindən kibrit qutusu və 5 ədəd büküm olması, həmin bükümlərdəki kütlənin “heroin” və “şüşə” adı ilə bildiyi narkotik vasitələr olmasını bildirməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,040 qram olan heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən ümumi təmiz çəkisi 1,303 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməsini, həmin cinayətlərə görə məhkum olunsa belə yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0.960 qram narkotik vasitə heroin və 1.093 psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-353/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-353/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver