Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-354/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 2, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 110/112, ev 6-da yaşayan, barəsində 29 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(011)-5911/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 16 may 2017-ci il tarixdən başlayaraq 24 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 137.00 manat, habelə həmin rayon məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 23 sentyabr 2019-cu il tarixdən başlayaraq 24 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 137.00 manat təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 160.00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2019-cu il tarixli, 3(011)-2529/2019 saylı qararı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə həbs və həmin rayon məhkəməsinin 30 dekabr 2020-ci il tarixli, 3(011)-4963/2020 saylı qararı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500.00 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 18 yanvar 2021-ci il və 04 fevral 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 fevral 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 4856,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmış şəxsə maddi ziyan vuraraq məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, 2020-ci ilin mart ayına qədər Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən Gilan № 1 çörək zavodunda sürüsü kimi işləmiş və aylıq əmək haqqı 370,00 manat müqabilində təşkil edirmiş. Qeyd edilən tarixdən pandemiya iiə əlaqədar olaraq zavod rəhbərliyi tərəfindən ixtisara salındığına görə işdən azad olunmuşdur. Hal-hazırda yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində ferdi əməklə, yəni ev təmiri-tikinti işləri ilə məşğul olaraq aylıq gəliri orta hesabla 300-400 manat müqabilində təşkil edir. O, 2010-cu ilin noyabr ayında Məmmədova likanə Adil qızı ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 24 avqust 2011-ci il tarixdə İbrahim adlı bir oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu 2017-ci ilin əvvəllərində bir azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Bundan bir neçə ay keçəndən sonra, Zərərçəkmiş şəxs 2017-ci ilin yay aylarında bir az yaşlı uşağın saxlanılması üçün ondan aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 16 may 2017-ci il tarixdən baylayaraq 24 avqust 2011-ci il təvəllüdlü İbrahim Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay 137 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 14 iyun 2017-ci il tarixli, 2(011)-5911/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra, o, müxtəlif vaxtlarda imkanı daxilində aliment borcunu ödəməyə başlamışdır. Həmin vaxtdan təxminən bir neçə il keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs aliment pulunun artırılmasından ötrü yenidən aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş ve həmin rayon məhkəməsi tərəfindən 23 sentyabr 2019-cu il tarixdən başlayaraq oğlu İbrahim Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdan artırılaraq hər ay 160,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnamələrindən sonra, o, alimentə görə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(011)- 5911/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 1700,00 manat məbləğində ödəniş etmiş və 2136,00 manat borcu qalmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qanuni qüvvoyə minmiş qətnaməsinə əsasən imkanı olmadığı üçün heç bir ödəniş etməmiş və hər iki məhkəmə qətnaməsi üzrə 2021-ci ilin fevral ayının 23-dək ümumilikdə 4656,00 manat məbləğində alimentə görə pul borcu qalmışdır. Bütün bunlara baxmayaraq, aliment borcunu vaxtında tam olaraq ödəməməyinə səbəb bir müddət işsiz olduğunu ve keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bir azyaşlı uşağı ilə onunla görüşə icazə verməməsi olduğunu bildirmişdir. Hal-hazırda əməlindən peşman olduğunu, artıq tam ödəniş etdiyini, zərərçəkmişin şikayətinin olmadığını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ilin noyabr ayının 13-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 24 avqust 2011-ci il tarixdə İbrahim adlı bir oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2014-cü ilin əvvəllərində bir azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gədərək onlann himayəsində yaşamağa başlamışdır. Bundan bir neçə ay keçəndən sonra azyaşlı uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə 2017-ci ilin yay aylarında uşağın saxlanılması üçün Təqsirləndirilən şəxs aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xetai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 16 may 2017-ci il tarixdən baylayaraq 24 avqust 2011-ci il təvəllüdlü İbrahim Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay 137,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 14 iyun 2017-ci ii tarixli, 2(011)-5911/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən bir neçə il keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə ona heç bir ödəniş etmədiyinə görə aliment pulunun artırılmasından ötrü yenidən aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən 23 sentyabr 2019-cu il tarixdən başlayaraq İbrahim Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq hər ay 160,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(011)-5911/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən alimentə görə ona 1700,00 manat məbləğində ödəniş etmiş və 2136,00 manat borcu qalmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən heç bir ödəniş etməmişdir. Hər iki qeyd edilən məhkəmə qətnaməsi üzrə 2021-ci ilin fevral ayının 23-dək ümumilikdə 4856,00 manat məbləğində alimentə görə pul borcu yaranmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(011)-5911/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 16 may 2017-ci il tarixdən başlayaraq 24 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün vəriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 137,00 manat, habelə həmin rayon məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 23 sentyabr 2019-cu il tarixdən başlayaraq yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 137,00 manat təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 160,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq X4 ödənilməlidir. Göstərilən icra vərəqələri bir icraatda birləşdirilərək “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutularaq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs çağırışlardan yayındığına görə barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunaraq aidiyyəti üzrə göndərilmiş, 30 noyabr 2019-cu il tarixdə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borcludan aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunmuş, aliment üzrə yaranmış borc ödənilmədiyindən borclu Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə xəbərdarlıq göndərilərək borcunu ödəməsi tələb olunmuş, qanunvericiliyin tələbləri və daşıyacağı məsuliyyət elan edilmişdir, 18 fevral 2020-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət olunmuş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(011)-143 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclunun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində yenidən axtarış elan edilmiş və 30 dekabr 2020-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borcludan aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunmuş, lakin borc ödənilmədiyindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək aidiyyəti üzre məhkəməyə təqdim edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2020-ci il tarixli, 3(011)-4963 saylı qərarı ilə 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilmişdir. 18 yanvar 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs cinayət mesuliyyətine cəlb olunması haqqında xəbərdarlıq verilmiş, lakin bu müddətdə də alimenti və borcunu ödəməmişdir. 04 fevral 2021-ci il tarixdə təkrarən borclu Təqsirləndirilən şəxs CM-nin 306-cı maddəsinin məsuliyyəti barədə xəbərdarlıq elan edilmiş və ondan borcun ödənilməsi tələb olunmuşdur. Lakin borclu buna həç bir məhəl qoymadan, qərəzli olaraq icra sənədlərinin icrasını təmin etməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 08 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs qeyd edilən tarixədək aliment borcundan ümumilikdə 1700,00 manat ödədiyini, hazırda hər iki məhkəmə qətnaməsi üzrə 4856,00 manat borcunun yarandığını və borcu ödəməkdən qərəzli yayındığını bildirərək onun barəsində cinayət işinin qaldırılmasından ötrü təqdimat verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyindən 23 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi İlə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir.Hazırda tələbkar bildirmişdir ki, Borclu Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödəmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(011)-5911/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 16 may 2017-ci il tarixdən başlayaraq 24 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 137.00 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 23 sentyabr 2019-cu il tarixdən başlayaraq 24 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq hər ay 160.00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2017ci il tarixli, 2(011)-5911/2017 saylı və 08 avqust 2019-cu il tarixli, 2(011)-6553/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələri üzrə icraata başlanılmışdır. Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, o, icra barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2019-cu il tarixli, 3(011)-2529/2019 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2020-ci il tarixli, 3(011)-4963/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 aprel 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2021-ci il tutulmuşdur. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini və onun həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2 , 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-354/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-354/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver