Məhkəmə qərarları › İş №1(011)-354/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-354/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-354/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Group of X1” MMC-nin təsisçisi və direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olmaqla, ünvan 2nvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 27 fevral 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** nömrə ilə X2 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı AZ1003, Bakı şəhəri, Nizami rayonu, X21, ev 9A, mənzil 0 olan “Group of X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmaqla həmin MMC- nin faktiki rəhbəri vəzifəsində işləyərkən Cəmiyyətin fəaliyyəti barədə “İnstagram” sosial şəbəkəsində yaradılmış rəsmi "xxxx" səhifəsində 2021-ci ilin sonlarında cəmiyyətin Böyük Britaniya və X10 Krallığının London şəhərinə tur şəklində səyahət təşkil edə bilməsi barədə məlumatlar yerləşdirməklə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin elanla əlaqədar 2022-ci ilin yanvar, fevral və iyun aylarında müxtəlif tarixlərdə ona müraciət edən heç bir yerdə işləməyən Şahid1, Şahid3 və "xxxx" MMC-də layihə üzrə menecer işləyən X7 ilə MMC-nin faktiki yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən “Dəmirçi Plazanın” 4- cü mərtəbəsindəki ofisində görüşləri zamanı tur şəklində London şəhərinə bir həftəlik müddətdə səyahət təşkil edilə biləcəyini, bununla bağlı lazımi viza dəstəyinin göstəriləcəyini, MMC ilə müraciət edən şəxslər arasında xidməti müqavilələrin bağlanacağını bildirməklə, həmin şəxslərin qeyd olunan şərtləri qəbul edərək razılıq vermələrinə nail olduqdan sonra, 2022-ci ilin yanvar, fevral və iyun aylarında MMC-nin ofisində həmin şəxslərdən səyahətin təşkili və viza dəstəyinin göstərilməsi üçün lazım olan sənədləri qəbul edərək adları qeyd olunan şəxslərlə xidməti müqavilə bağlayaraq rəhbərlik etdiyi cəmiyyət tərəfindən Böyük Britaniya və X6 London şəhərinə 2022-ci ilin müxtəlif ayları üçün təşkil edilmiş bir həftəlik turda iştirak edən adları qeyd olunan şəxslərə həmin ölkə tərəfindən viza alınmasını asanlaşdırmaq məqsədi ilə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən "xxxx"nın 4cü mərtəbəsindəki ofisində özünə məxsus “Lenovo” markalı “20351” modelli “notebook” tipli kompüter vasitəsi ilə turda iştirak etmək üçün müraciət etmiş şəxslərin xəbəri olmadan “Online pdf to Word converter” proqramı vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankının Nərimanov Filialının möhürünü və həmin filialın direktoru X3 imzasını əldə edərək Şahid3 həmin filialda olan hesabında 3450 manat olması barədə yalan məlumatları bilə-bilə rəsmi sənəd hesab olunan 13 yanvar 2022-ci il tarixli 612 nömrəli məktuba, Azərbaycan Respublikası "xxxx" Neft Şirkətinin blankını, möhürünü və Departament müdirinin imzasını əldə edərək X4 həmin şirkətdə işləməsi və aylıq 1720 manat alması barədə yalan məlumatları bilə-bilə rəsmi sənəd hesab olunan 09 fevral 2022-ci il tarixli ******* nömrəli məktuba və "xxxx" ASC-nin Port Baku filialının möhürünü və həmin filialın direktoru Sevinc Əhmədovanın imzasını köçürmə yolu ilə əldə edərək faktiki olaraq heç bir yerdə işləməyən Şahid1 həmin bankda işləməsi və aylıq 1160 manat əmək haqqı alması barədə yalan məlumatları bilə-bilə rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli PB/PBŞ-OUT-00523- 2022 məktuba sair şəxsi niyyətlə daxil etməklə düzəldib ofisdə olan “HP Laserjet” markalı çoxfunksional çap qurğusu vasitəsi ilə elektrofotoqrafik çap üsulu ilə çap etdikdən sonra, özünün tərtib etdiyi bilə-bilə yalan məlumatlar daxil edilmiş qeyd olunan məktubları Böyük Britaniya və X10 Krallığının Türkiyə Respublikasında olan səfirliyinə təqdim etmiş, bununla da vəzifəli şəxs kimi vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə ölkəyə gəlmək və ölkədən getməyin yalnız rəsmiləşdirilmiş icazə-viza ilə həyata keçirilməsinin mümkünlüyü barədə Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunu ilə tənzimlənən münasibətlərin pozulmasında ifadə olunan dövlətin imicinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə İngiltərədə Birmingem Universitetini bitirmişdir, Ali təhsillidir. Himayəsində azyaşlı uşağı vardır. 2017-ci ildə «Group of X1» şirkətini təsis etmişdir. Həmin şirkət ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlərin təşkil edilməsi, viza alınması tələb edilən ölkələrə səyahət etmək üçün lazımi viza dəstəyinin göstərilməsi, eyni zamanda xaricdə təhsil dil kurslarının göstərilməsi ilə məşğul olmuşdur. Şirkət "xxxx"da yerləşir. MMC-nin “İnstagram” sosial şəbəkəsində "xxxx" adlı rəsmi səhifəsini də yaratmışdır. Həmin səhifəni də özü işlədir. Səhifədə şirkətin hansı xidmətlər göstərməsi barədə məlumatlar paylaşır. Şahid4 Sahib qızını uzun müddətdir ki tanıyır. 2021-ci ilin noyabr-dekabr aylarında Böyük Britaniyaya səyahət turu təşkil etmək qərarına gəlmişdir. Buna görə də bu barədə “İnstagram”da elan yerləşdirmişdir. Həmçinin Şahid4 hazırda səyahət bloggeri kimi fəaliyyət göstərdiyindən və onun səhifəsində 20 mindən artıq izləyicisi olduğundan xahiş etmişdir ki, Ülkər də bu barədə öz səhifəsində məlumat paylaşsın. Əvəzində isə Şahid4 London şəhərinə təmənnasız şəkildə aparacağını vəd etmişdir. Ülkər razılaşmış və buna görə də öz səhifəsində elan paylaşmışdır. Bundan sonra onun şirkətinə müraciət edən şəxslər olmuşdur. O, müraciət edən şəxsləri öz ofisində qəbul etmiş və həmin şəxslərə turla bağlı məlumatlar vermişdir. Adətən viza almaq istəyən şəxslər onun şirkətinə müraciət etdikdən sonra ona viza dəstəyi ilə bağlı müqavilə təqdim olunur. Müqavilədə göstərdiyi xidmətə görə məbləğ qeyd olunur. Müqavilə bağlandıqdan sonra o, həmin şəxslərə xidmət göstərir. Viza dəstəyi üçün səfirlik tərəfindən tələb olunan sənədlərə əsasən iş yerindən arayış, daşınmaz əmlak barədə çıxarış, bankdan arayış, bank kartı hesabından çıxarış, evlidirsə ailə üzvləri barədə sənədlər aiddir. O, müqavilə əsasında həmin sənədlərin siyahısını müraciət edən müştəriyə təqdim edir. Müştəri təqdim olunmuş siyahı üzrə sənədləri əldə edir, həmin sənədləri tərcümə etdikdən sonra ona təqdim edir. O isə sənədlərdə çatışmamazlıq olmadıqda sənədləri xarici ölkənin viza üçün elektron müraciət sisteminə yerləşdirir. Bundan sonra vizaya icazə verildikdə xarici pasport səfirliyə təqdim olunur ki, viza yapışdırılsın. Bəzən olur ki, viza əldə etmək üçün müraciət edən müştərinin sənədi tam qaydasında olmur, yəni hansısa sənədi çatışmır. Şəxs xaricə getmək istəsə də iş yeri olmadığına görə ona vizadan imtina olunur. Belə olan hallarda o, müştəri əliboş qayıtmasın deyə bəzi sənədləri özü saxtalaşdırmaqla hazır etmişdir. Sənəd saxtalaşdırmaq üçün «Lenovo» markalı notbukunun yaddaşına müxtəlif şirkət və banklara aid möhürləri skan vasitəsi ilə köçürmüşdür. Belə ki, «HP» markalı printer vasitəsi ilə sənədləri skan etmişdir. Skan olunmuş sənədin elektron nüsxəsini kompyuterin yaddaşına əlavə etmişdir. Bundan sonra sənəd üzərindəki möhür və imza əkslərini «Fotoshop», «PDF to Word convertor» proqramları vasitəsi ilə yeni sənədin üzərinə köçürüb rəngli printer vasitəsi ilə çapa vermişdir. Bu yolla sənədləri saxtalaşdırmışdır. Sənədləri çalışdığı ofisdə saxtalaşdırmışdır. Barəsində sənəd saxtalaşdırdığı müştərilərin bu işdən xəbəri olmamışdır. O, sənəd saxtalaşdırmaqla ona müraciət etmiş müştərinin əliboş qayıtmamasını istəmişdir. Beləcə şirkətin maliyyə dövriyyəsini qaldırmaq istəmişdir. "xxxx" ASC-yə məxsus Şahid1 adından olan sənədi o, müştərinin xəbəri olmadan ofisində saxtalaşdırmışdır. "xxxx" ASC-yə aid orijinal sənəddən möhür və imza nümunələrini skan vasitəsi ilə notbukun yaddaşına daxil etmişdir. Daha sonra skan olunmuş sənədin üzərində ingilis dilində mətni hazırlamışdır ki, güya Şahid1 "xxxx" ASC-də çalışır. Mətn hazır olduqdan sonra saxta sənədi PDF formatda kompyuterin yaddaşında saxlamışdır. Beləcə orijinal sənəd üzərində olan möhür və imza əkslərindən istifadə etməklə yeni bir sənəd hazırlamış olmuşdur. Daha sonra həmin saxta sənədi digər orijinal sənədlərlə birlikdə Böyük Britaniya səfirliyinin elektron viza dəstəyi sisteminə yerləşdirmişdir. İlkin araşdırma zamanı "xxxx"a aid saxta sənəddən qabaq saxtalaşdırdığı əlavə iki sənədi də araşdırmaya təqdim etmişdir. O, araşdırmaya cəmi 6 sənəd təqdim etmişdir. Onlardan 4-ü orijinal sənədlər olmuşdur. Digər iki sənədi isə «ABB» və "xxxx" şirkətlərinə aid möhür və imza nümunələrindən istifadə etməklə saxtalaşdırmışdır. Həmin sənədlərdə adları göstərilən şəxslərin sənədin saxta olmasından məlumatı olmamışdır. Şahid1 əri ilə birlikdə gəlmişdir. Onlar onun səhifəsindən birbaşa özünə müraciət etmişlər. Əri Şahid2 sənədini saxtalaşdırdığını xatırlamır. Özü də Azərbaycan Beynəlxalq Bankın əməkdaşı olmuşdur. Saxtalaşdırdığı sənəd ortada yoxdur. Digər Şahid3 və Sevinc Hənifəyeva isə Ülkərin vasitəsi ilə ona müraciət etmişlər. Ülkərin paylaşımından onun şirkəti barədə məlumat əldə edib ona müraciət etmişlər. Lakin Ülkərin onun sənəd saxtalaşdırmasından heç bir xəbəri olmamışdır. O, Ülkərə bunu bildirməmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı övladının olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “Azərbaycan Beynəlxalq Bankında” aparıcı mütəxəssis işləyir. Şahid1 onun həyat yoldaşıdır. 2022-ci ilin iyun ayında həyat yoldaşı Şahid1 ilə İngiltərəyə turist kimi səfər etmək qərarına gəlmişdir. Həmin ölkəyə viza alınmasında köməklik göstərilməsi instaqram sosial şəbəkəsində rastına çıxan "xxxx"-yə müraciət etmişdir. Oradan ona özünü Təqsirləndirilən şəxs kimi təqdim edən bir qadın zəng etmişdir. Həmin qadınla danışıb razılaşmış və İlahə ona 30-40 gün ərzində Böyük Britaniyaya səfər etmək üçün viza ala biləcəyini bildirmişdir. Bunun müqabilində o və həyat yoldaşına viza alınmasında köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs 3400 manat ödəniş etmiş və aralarında müqavilə bağlanmışdır. Tələb olunan sənədləri, yəni xarici pasportlar, nikah haqqında şəhadətnamə, şəxsi mənzilnin reyestrdən çıxarışını, bank hesabından çıxarışı təqdim etmişlər. O, iş yerindən arayışla bağlı Təqsirləndirilən şəxs soruşduqda, lazım olan bütün sənədləri istədiyini bildirmişdir. Həyat yoldaşı Şahid1 isə işsizdir, evdar qadındır. O isə iş yerindən arayış təqdim etməmişdir. 5 avqust 2022-ci il tarixdə "xxxx"nın Təhlükəsizlik Departamentindən onunla əlaqə saxlanılmış və onun adından X11 Respublikasında yerləşən səfirliyinə “Azərbaycan Beynəlxalq Bankında” işləməsi ilə bağlı saxta arayış təqdim edilməsi bildirilmişdir. O isə bundan xəbərinin olmadığını bildirmişdir. Həmçinin bunu Təqsirləndirilən şəxs edə biləcəyini düşünmüş və bu barədə Təhlükəsizlik Departamentinə bildirmişdir. Bundan sonra bildiyinə görə Təqsirləndirilən şəxs banka dəvət olunmuş və həmin arayışın özünün hazırlamasını etiraf etmişdir. Həmin saxta arayış onda yoxdur. Bank tərəfindən də ona həmin arayış təqdim edilməmişdir. Lakin həqiqətən o, “Azərbaycan Beynəlxalq Bankında” işləyir. Buna görə ola bilsin bank hüquq mühafizə orqanına müraciət etməmişdir. Bundan sonra onlar "xxxx" ilə bağlanmış müqaviləyə xitam vermişlər. Ödədiyi pulu isə geri almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hazırda “bloger” fəaliyyəti ilə məşğul olur. “İnstagram” sosial şəbəkəsində olan profilində turizm sahəsi ilə bağlı müxtəlif ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlə bağlı elanlar yerləşdirir, bir sıra əməkdaşlıq etdiyi şirkətlərin layihələrini reklam edir, səyahət etdiyi ölkələrin tarixi- mədəni yerləri barədə videolar, şəkillər çəkərək izləyiciləri mütəmadi olaraq məlumatlandırır. Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, tanışlıq münasibətləri vardır. Təqsirləndirilən şəxs 2017-ci ildə “Group of X1” MMC-ni təsis etmişdir. İlahə xanımın rəhbərlik etdiyi MMC-nin fəaliyyəti ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlərin təşkil edilməsi, viza alınması tələb edilən ölkələrə səyahət etmək üçün lazımı viza dəstəyinin göstərilməsi, eyni zamanda xaricdə təhsil, dil kursu xidmətlərinin göstərilməsi və s. ibarətdir. İnstagram sosial şəbəkəsində "xxxx" adlı səhifəsi də vardır. Həmin səhifədə qeyd olunan məsələlərlə bağlı elanlar yerləşdirilir. O, həmin MMC-də 2018-ci ilin may ayına kimi ingilis dili müəllimi kimi işləmişdir. Həmin vaxtdan İlahə ilə münasibətləri yaranmışdır, bu günə kimi də davam edir. 2021-ci ilin sonlarında, təxminən noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs Böyük Britaniyaya səyahət turu təşkil etmək qərarına gəlmişdir. Onunla görüşən zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Böyük Britaniya və X10 Krallığının London şəhərinə 2022-ci ilin may ayında bir həftəlik tur təşkil etmək istəyir. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, turla bağlı instaqram sosial şəbəkəsində aktiv fəaliyyət göstərdiyi üçün bu səyahət barədə öz səhifəsində paylaşım etsin. O də İlahənin bu xahişini qəbul edib öz səhifəsində belə bir paylaşım etmişdir. Bu paylaşımla bağlı onunla birlikdə Praqa şəhərində təhsil almış Sevinc Hənifəyeva ona müraciət etmiş və o da Sevinci Təqsirləndirilən şəxs ilə əlaqələndirmişdir. Bundan başqa Şahid3 da “instaqram” sosial şəbəkəsində ona müraciət etmişdir. O, həyat yoldaşı ilə birlikdə səyahətə getmək istəmişdir. O, həmin şəxsləri də Təqsirləndirilən şəxs ilə əlaqələndirmişdir. Daha sonra həmin şəxslərlə İlahə arasında olan sənədləşmədən xəbəri olmamışdır. Bunu Təqsirləndirilən şəxs özü təşkil etmişdir. O, ancaq ona müraciət edən şəxsləri İlahə ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs isə saxta sənəd düzəltməsindən onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs turla əlaqədar başqa şəxslərin də adına saxta sənədlər düzətmişdir. Bununla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində də istintaq aparılmışdır. Artıq həmin işin istintaqı tamamlanıb və məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs onun vasitəsi ilə müraciət edən şəxslər çox olduğu üçün ora da o, dəvət olunmuşdur və şahid qismində dindirilmişdir. Onun Təqsirləndirilən şəxs ilə iş birliyi ancaq onun təsis etdiyi şirkəti reklam etmək olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2022-ci ilin iyun ayında həyat yoldaşı Şahid2 ilə İngiltərəyə turist kimi səfər etmək qərarına gəlmişlər. Həmin ölkəyə viza alınmasında köməklik göstərilməsi üçün əri Şahid2 “İnstaqram” sosial şəbəkəsində rastına çıxan "xxxx" MMC-yə (“Group of X1” MMC) müraciət etmişdir. Oradan ərinə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən bir qadın zəng etmişdir. Həmin qadınla Əli danışıb razılaşmış və İlahə adlı xanım 30-40 gün ərzində Böyük Britaniyaya səfər etmək üçün onlara viza ala biləcəyini bildirmişdir. Bunun müqabilində o və həyat yoldaşına viza alınmasında köməklik göstərməsi üçün Əli 3400 manat ödəniş etmiş və İlahə ilə əri Əli arasında müqavilə bağlanmışdır. İlahəyə tələb olunan sənədləri, yəni xarici pasportlar, nikah haqqında şəhadətnamə, şəxsi mənzillərinin reyestrdən çıxarışını, bank hesabından çıxarışı təqdim etmişlər. Əri Əli iş yerindən arayışla bağlı Təqsirləndirilən şəxs soruşduqda, İlahə lazım olmadığını bildirmişdir. O isə işsizdir, heç bir yerdə işləmir. 2022-ci ilin avqust ayının əvvəllərində əri Əli ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onun "xxxx"da işləməsi barədə saxta sənəd düzəldib və Britaniya səfirliyinə təqdim etmişdir. Əri həqiqətən də “Azərbaycan Beynəlxalq Bankında” işləyir. Lakin Təqsirləndirilən şəxs saxta arayış düzəltdiyi üçün onlar "xxxx" ilə bağlanmış müqaviləyə xitam vermişlər. Ödədiyi pulu isə geri almışlar. Sonradan Polis İdarəsinə çağırıldıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun də guya "xxxx" ASC-də işləməsi barədə arayış düzəltmiş və Türkiyə Respublikasındaki Böyük Britaniyanın səfirliyinə təqdim etmişdir. Lakin əslində o, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun adından saxta iş yerindən arayış düzəldəcəyindən onun və ərinin xəbəri olmamışdır. Onlar İlahədən nə üçün adlarından saxta arayış düzəltdiyini soruşduqda İlahə qısa müddət ərzində viza ala bilməsi üçün bunu etdiyini demişdir. Təqsirləndirilən şəxs onları aldatmamış, viza alınması üçün işlər görmüşdür. Başqa şəxslərə viza düzətdiyini də bilir, Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkət dələduz şirkət deyil, aldığı pulun müqabilində işini görür. Sadəcə onun və həyat yoldaşının adından saxta arayış düzəltməsi ilə əlaqədar müqaviləyə xitam vermişlər. İlahə isə onların pulunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs barəsində buna görə hər hansı bir şikayətləri yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin (“Group of X1” MMC) direktorudur. Aralarında yaxşı münasibətləri olmuşdur, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs "İnstaqram" sosial şəbəkəsindən Şahid4 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid4 onları həmin şirkətə yönəltmişdir. Ülkərin vasitəsilə həmin şirkət barədə məlumat əldə etmişdir. 2022-ci ilin əvvəllərində o, həyat yoldaşı Cavidlə birlikdə İngiltərəyə getmək istədikləri üçün viza alınması ilə əlaqədar şirkətin direktoru Təqsirləndirilən şəxs müraciət etmişlər. Təqsirləndirilən şəxs şirkəti viza dəstəyi göstərir. Aralarında müqavilə bağlanmışdır, həyat yoldaşı şirkətin ödənişini etmişdir. Sonra ondan və həyat yoldaşından tələb olunan sənədləri şirkətə təqdim etmişlər. Qalan məsələlərlə bağlı şirkət özü məşğul olmuşdur. O, təqdim etdiyi sənədlərin arasında iş yerindən arayış təqdim etməmişdir. Çünki, heç bir yerdə işləmir, evdar qadındır. Əri isə iş yerindən arayış vermişdir. Sonradan şirkətin köməkliyi ilə 2 ay ərzində ona və həyat yoldaşına İngiltərəyə getmək üçün viza verilmiş və o, əri ilə birlikdə London şəhərinə gedib qayıtmışlar. Hal-hazırda Polis İdarəsinə dəvət olunduqda bilmişdir ki, Təqsirləndirilən şəxs onun guya "xxxx" ASC-də işləməsi barədə saxta arayış düzəltmişdir. Onun bundan heç xəbəri olmamışdır. Bu barədə heç İlahə də ona heç bir söz deməmişdir. O, bu barədə polis idarəsində bilmişdir. Əvvəllər "xxxx"da işləməmişdir. Saxta sənədin kim tərəfindən hazırlanmasını bilmir. Viza alınması üçün İlahənin bunu etdiyini düşünür. İlahənin direktoru olduğu şirkətə əri ilə birlikdə getmişdir. Bir çox vaxtlarda Ülkər özü də orada olmuşdur. Həmin şəxslər bir iş görmüşlər. Ülkər “İnstaqram” sosial şəbəkəsində səyahət edən bloger kimi tanınır. Səyahətlə bağlı ona müraciət edildikdə isə o, müraciət edən şəxsi Təqsirləndirilən şəxs şirkətinə yönəldir. Eyni onlar da “İnstaqram”da Ülkərə müraciət etmişlər. Ülkər isə öz növbəsində onları Təqsirləndirilən şəxs şirkətinə yönəltmişdir. O, əri ilə Təqsirləndirilən şəxs ofisinə bir neçə dəfə gedərkən Ülkərin həmin şirkətdə olduğunu da görmüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 1); "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli PB-OUT-05018-2022 saylı məktubundan görünür ki, 2020-ci ilin dekabr ayından mühasibatlıq və maliyyə departamentində əməliyyat mütəxəssisi vəzifəsində işləməsi haqqında Şahid1 tərəfindən təqdim edilmiş PB/PBŞ-OUT-00523-2022 saylı xx.xx.2022-ci il tarixli arayış saxtadır və ümumiyyətlə "xxxx" ASC-də Şahid1 adlı işçi olmamışdır (i.v. 6); "xxxx" ASC-nin Britaniya Səfirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli PB/PBŞ-OUT- 00523-2022 saylı məktubundan görünür ki, Şahid1 "xxxx" ASC-də 2020-ci ilin dekabr ayından etibarən maliyyə və mühasibatlıq şöbəsində işləməsi və aylıq gəlirinin 1160 manat olması qeyd edilmişdir (i.v. 7); "xxxx" ASC-nin Britaniya Səfirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli PB/PBŞ-OUT- 00621-2022 saylı məktubundan görünür ki, Şahid1 məxsus AZ19PAHA41010AZNFK********** saylı kart hesabında 200 manat məbləğində pul vəsaitinin olması qeyd edilmişdir (i.v. 8); maddi sübutları götürmə haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus və tərəfindən könüllü olaraq təqdim edilmiş “Lenovo” markalı notbuk, “HP Laserjet” markalı printer, həmçinin bank çıxarışları, bir sıra banklardan müxtəlif şəxslərin adına əldə edilmiş sənədlər iş üzrə əhəmiyyət kəsb etdiklərindən tərəflərindən götürülərək iş materiallarına əlavə olunmuşlar (i.v. 21); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 5/1535-5/1536 saylı rəyindən görünür ki:

1. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, A-0025 nömrəli; xx.xx.2022-ci il tarixli 144 nömrəli; xx.xx.2022-ci il tarixli, ********* nömrəli və 10.01.22-ci il tarixli, 1353 nömrəli sənədlərin üzərlərində olan möhür və ştamp əksi relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar.

2. Tədqiq olunan xx.xx.2022-ci il tarixli, PB/PBŞ-OUT-00523-2022 nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, 612 nömrəli sənədlərin üzərində olan möhür əksi elektrofotoqrafik çap üsulu (lazer printer, sürətçıxaran və s.) ilə çap edilmişdir.

3. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, A-0025 nömrəli; xx.xx.2022-ci il tarixli 144 nömrəli sənədlərin üzərlərində olan imza hər hansı bir texniki vasitənin köməkliyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.

4. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, PB/PBŞ-OUT-00523-2022 nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli və 13.01 2022-ci il tarixli, 612 nömrəli sənədlərin üzərlərində olan imza elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdir.

5. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, A-0025 nömrəli; 04.02.22-ci il tarixli 144 nömrəli; xx.xx.2022-ci il tarixli, ********* nömrəli və 10.01 22-ci il tarixli, 1353 nömrəli sənədlərin üzərlərində imza əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur.

6. Tədqiq olunan xx.xx.2022-ci il tarixli, PB/PBŞ-OUT-00523-2022 nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, 612 nömrəli sənədlərin ekspertizaya təqdim edilmiş “HP Laserjet” markalı çoxfunksional (skaner, printer) çap qurğusu vasitəsilə çap edilməsi istisna edilmir.

7. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli A-0025 nömrəli sənədin üzərində “X23 Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındaki filialı İNSAN RESURSLARİ” məzmunlu; - 04.02.22-ci il tarixli, 144 nömrəli sənədin üzərində “AZƏRBAYCAN BEYNƏLXALQ BANKİ ASC* MÜŞTƏRİ XİDMƏTİ DEPARTAMENTİ” məzmunlu; - xx.xx.2022-ci il tarixli, ********* nömrəli sənədin üzərində “AZƏRBAYCAN RESPUBLİKASİNİN DÖVLƏT NEFT ŞİRKƏTİ Baş ofis* İNSAN RESURSLARİ DEPARTAMENTİ Personalın uçotu şöbəsi Sənədlər üçün” məzmunlu; - 10.01.22-ci il tarixli, 1353 nömrəli sənədin üzərində “Azərbaycan Respublikası Kapital X24 Cəmiyyəti* X25 Baku Şöbəsi” məzmunlu; - xx.xx.2022-ci il tarixli, PB/PBŞ-OUT-00523-2022 nömrəli sənədin üzərində “Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti* X25 Baku Şöbəsi" məzmunlu; - xx.xx.2022-ci il tarixli, ******* nömrəli sənədin üzərində “AZƏRBAYCAN RESPUBLİKASİNİN DÖVLƏT NEFT ŞİRKƏTİ SOCAR İNKİŞAF İDARƏSİ* SOCAR” məzmunlu; - xx.xx.2022-ci il tarixli, 612 nömrəli sənədin üzərində "AZƏRBAYCAN BEYNƏLXALQ BANKİ AÇİQ SƏHMDAR CƏMİYYƏTİ İ.NƏRİMANOV FİLİALİ* ABB” məzmunda möhür əksləri vardır. Tədqiqat nəticəsində tədqiq olunan “Lenovo” markalı “20351” modelli “notebook” tipli komputerin yaddaşının “This PC:/Desktop (İş masası)” və “This PC:/Download (Yükləmələr)” bölmələrində üzərlərində "xxxx", “YapıKredi Bank", “Azərbaycan Respublikasının Beynəlxalq Bankı” və s. kimi müəssisələrə aid göstəricilər-yəni imza, möhür və ştamp əksləri olan “*.pdf” fotmatlı sənədlər aşkar olunmuşdur. Müəyyən olunmuş sənədlərin bir qismi bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur (i.v. 25-31); "xxxx" ASC-nin Britaniya Səfirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 612 saylı məktubundan görünür ki, Şahid3 məxsus kart hesabında 3450 manat məbləğində pul vəsaitinin olması qeyd edilmişdir (i.v. 38); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli ******* saylı məktubundan görünür ki, Sevinc Hənifəyevanın xx.xx.2019-cu ildən etibarən qeyd olunan şirkətdə İnsan Resursları Departamentində mütəxəssis vəzifəsində işləməsi və aylıq gəlirinin 1720 manat olması qeyd edilmişdir (i.v. 39); "xxxx" ASC-nin Britaniya Səfirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1353 saylı məktubundan görünür ki, X12 məxsus kart hesabında 820.16 manat məbləğində pul vəsaitinin olması qeyd edilmişdir (i.v. 40); “X19 Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli A-0025 saylı məktubundan görünür ki, Qəzənfər Hüseynovun xx.xx.2021-ci ildən etibarən qeyd olunan şirkətdə qurğuların və metal birləşmələrinin quraşdırılması mühəndisi vəzifəsində işləməsi və aylıq gəlirinin 1070 manat olması qeyd edilmişdir (i.v. 41); "xxxx" ASC-nin Britaniya Səfirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 144 saylı məktubundan görünür ki, X8 məxsus kart hesabında 7453.14 manat məbləğində pul vəsaitinin olması qeyd edilmişdir (i.v. 42); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli ********* saylı məktubundan görünür ki, Adilə Məmmədovanın qeyd olunan şirkətdə İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsində mütəxəssis vəzifəsində işləməsi və aylıq gəlirinin 2916 manat olması qeyd edilmişdir (i.v. 43); cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay – 04 ayadək, yəni 08 fevral 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək uzadılmışdır (i.v. 51-52); “Group of X1” MMC-nin xx.xx.2017-ci il tarixli nizamnaməsindən görünür ki, MMC-nin VÖEN-i **********, qanuni təsisçisi Təqsirləndirilən şəxsdır (i.v. 54-57); cinayət işi üzrə əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 320.1 və 320.2-ci maddələrindən CM-nin 308.1 və 313-cü maddələrinə tövsif edilmişdir (i.v. 58); cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay – 06 ayadək, yəni 08 aprel 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək uzadılmışdır (i.v. 65-66); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 133-134); "xxxx" MMC tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 136); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313cü maddələri ilə ittiham elan edilərək barəsində qətimkan tədbiri seçilmiş, “Lenovo” markalı “20351” modelli notebook tipli kompyuter və “HP Laserjet” markalı çoxfunksional çap qurğusu maddi sübut kimi tanınmış və BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs, şahidlərin ifadələri, “kompleks məhkəmə sənədlərinin texniki və məhkəmə kompüter texniki ekspertizasının” 06 dekabr 2022-ci il tarixli, 5/1535-5/1536 saylı rəyi, “Lenovo” markalı “20351” modelli notebook tipli kompyuter və “HP Laserjet” markalı çoxfunksional çap qurğusu maddi sübut kimi tanınmışlar (i.v. 137-145); təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ilə həmin maddələrlə ittiham elan olunmuşdur (i.v. 155-157); qətimkan tədbirinin seçilməsi barədə 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 172-174); 5 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİİ seriyalı 952917 nömrəli doğum haqqında şəhadətnamənin görünür ki, X13 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X9, anası isə Təqsirləndirilən şəxsdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 2.000 (iki min) manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin Məcəllənin 313-cü maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 1500 (min beş yüz) manat cərimə cəzasına cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir; hökmün icrası barədə göstərişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü 12 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə düzəliş qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 256/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün təsviri əsaslandırıcı və nəticəvi hissələrində “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq” sözləri “kommersiya fəaliyyəti ilə məşğul olmaq” sözləri kimi oxunmalıdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3000 azn cərimə cəzasıyla bağlı 1(011)-256/2023 saylı hökm xx.xx.2023-cü ildə icraata daxil olmuşdur. Məhkum cəriməni ödəməmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutmaq və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsiylə bağlı hökm xx.xx.2023-cü ildə icraata daxil olmuşdur. Müvafiq tədbirlər görülmüşdür. Məhkum xx.xx.2023-cü ildə probasiya qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma hüququndan məhrumetmə cəzasının 29 gün hissəsini çəkmişdir. Cəzanın çəkilməmiş hissəsi 01 il 05 ay 01 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-256/2023 saylı hökmünün 12 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini xx.xx.2023-cü il tarixli hökmün qanuni qüvvəyə minməsindən əvvəl törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş (22 iyun 2023-cü il tarixli qərar nəzərə alınmaqla) 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş əsas və əlavə cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilmiş 29 (iyirmi doqquz) gün hissəsi ona təyin edilmiş əlavə cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar Şahid1 “Paşa Bank" ASC-də, Şahid3 "xxxx" ASC-də və X4 "xxxx"-da işləməsi barədə arayışlar cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, X5 cinayəti törədərkən istifadə etdiyi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd “Lenovo" markalı “20351” modelli “notebook” tipli kompüter və "HP Laserjet" markalı çoxfunksional çap qurğusu hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2000 (iki min) manat miqdarında cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş (22 iyun 2023-cü il tarixli qərar nəzərə alınmaqla) 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə əlavə cəza qismində təyin edilmiş (22 iyun 2023-cü il tarixli qərar nəzərə alınmaqla) 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın çəkilmiş 29 (iyirmi doqquz) gün hissəsi ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 “Paşa Bank" ASC-də, Şahid3 "xxxx" ASC-də və X4 "xxxx"-da işləməsi barədə arayışlar iş materiallarında saxlanılsın. Cinayətin aləti hesab edilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd “Lenovo" markalı “20351” modelli “notebook” tipli kompüter və "HP Laserjet" markalı çoxfunksional çap qurğusu hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar