Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-354/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Tərtər rayonu, Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Tər-Tər rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya məxsus ünvan 6nda yerləşən fərdi yaşayış evinə çıxarış alacağına köməklik göstərəcəyi barədə yalan vəd verib aldatmaqla həmin məqsədlə 23 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6nda sonuncunun 100 (bir yüz) manat nağd pul vəsaitini, həmçinin Zərərçəkmiş şəxs göstərişi ilə övladı Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə 1.000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (bir yüz) manat, xx.xx.2023-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 42N ünvanında yerləşən «X6» xəstəxanasının yanından 200 (iki yüz) manat olmaqla onun adına olan "xxxx" ASC-nin 4169 7385 9905 5641 nömrəli plastik kart hesabına köçürülmüş cəmi 2.975 (iki min doqquz yüz yetmiş beş) manat pul vəsaitini, ümumilikdə 3.075 (üç min yetmiş beş) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlayn vasitəsi ilə evlərin alqı- satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs kənd Əhmədli qəsəbəsində yerləşən evini, yəni ünvan 6nı satışa çıxarması barədə «Yeni.Emlak» internet saytında elan yerləşdirmişdir. O da həmin elanla əlaqədar 23 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək danışdıqdan sonra, Rövşən adlı müştərini evi alması üçün həmin ünvana aparmışdır. Rövşən adlı müştəri ilə qeyd olunan ünvana gedib baxdıqdan sonra sonuncu evi bəyənmiş və evlə bağlı sənədləri soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, evlə bağlı yalnız bələdiyyə sənədləri vardır, lakin həmin evin çıxarışı yoxdur. Bu zaman Rövşən adlı müştəri bildirmişdir ki, həmin evlə bağlı çıxarış aldıqdan sonra evi ala bilər. Bu zaman o, Zərərçəkmiş şəxs bildirmişdir ki, 3.075 (üç min yetmiş beş) manat müqabilində həmin evlə bağlı 21 gün müddətində çıxarışı ala bilər. Zərərçəkmiş şəxs onunla razılaşmış və elə həmin gün, yəni 23 yanvar 2023-cü il tarixdə ünvan 6nda ona işə başlaması üçün 100 (bir yüz) manat məbləğində pul vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" ASC-nin 4169 7385 9905 5641 №-li plastik kart hesabını vermiş və sonuncunun qızı Şahid müxtəlif vaxtlarda, yəni xx.xx.2023-cü il tarixdə 1.000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (bir yüz) manat, xx.xx.2023-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat məbləğində pul göndərmişdir. Sonuncu dəfə isə Şahid 20 fevral 2023-cü il tarixdə ona məxsus "xxxx" ASC-nin 4169 7385 9905 5641 №-li plastik kart hesabına 200 (iki yüz) manat məbləğində pul göndərmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs sonuncuya məxsus fərdi yaşayış evinə çıxarış alması üçün ümumilikdə 3.075 manat məbləğində pul almışdır. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs satdığı fərdi yaşayış evinin bələdiyyə sənədi belə yoxdur, bu səbəbdən çıxarışın alınması gecikməyə başlamışdır. Zərərçəkmiş şəxs sənədləşmə işinin aparılmasını gözləyə bilmədiyi üçün ondan verdiyi 3.075 manat məbləğində pulunu geri tələb etməyə başlamışdır. Lakin o, həmin pul məbləğini şəxsi ehtiyaclarına xərclədiyi üçün və maddi sıxıntıları olduğundan geri qaytara bilməmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ona qarşı şikayəti yoxdur və ona dəymiş ziyandan 900 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 6nda yaşayır. Lakin yaşadığı ünvan 6nda yerləşən fərdi yaşayış evini satmaq istədiyi üçün bu barədə «Yeni.Emlak» internet saytında reklam yerləşdirmişlər. Bundan sonra 23 yanvar 2023-cü il tarixdə 055 ***-**-** GSM nömrəsindən istifadəsində olan mobil nömrəyə zəng gəlmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ev alqı-satqısı ilə məşğul olduğunu, yerləşdirdikləri elanla bağlı satdıqları evə görə müştəri gətirəcəyini bildirmişdir. O, razılıq verdikdən sonra, həmin gün Təqsirləndirilən şəxs yanında olan əvvəllər tanımadığı ilk dəfə gördüyü şəxslə birlikdə yaşadığı ünvana gəlmiş, lakin fərdi yaşayış evinin çıxarışı olmadığından həmin müştəri evi almaqdan imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, fərdi yaşayış evi üçün çıxarış almaqda ona köməklik edə bilər, həmçinin gətirdiyi həmin müştərinin çıxarış alındıqdan sonra ona məxsus fərdi yaşayış evini alacağına köməklik edəcəkdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxslə razılaşmış və Emin bu işi 3.075 (üç min yetmiş beş) manata həll edəcəyini bildirmişdir. Buna görə elə həmin gün, yəni 23 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 6nda Təqsirləndirilən şəxs işə başlaması üçün 100 (bir yüz) manat məbləğində pul vermişdir. Bundan sonra həmin məqsədlə qızı Şahid məxsus "xxxx" ASC-nin 4169 73** **** 2478 №-li plastik kart hesabından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin 4169 7385 9905 5641 №-li plastik kart hesabına hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixdə 1.000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (bir yüz) manat, xx.xx.2023-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat məbləğində pul göndərilmişdir. Sonuncu dəfə isə 20 fevral 2023-cü il tarixdə Emin ona zəng edərək 200 (iki yüz) manat məbləğində pul istəmiş və o, qızı Ayselə zəng edərək, Eminə məxsus plastik kart hesabına 200 manat məbləğində pul göndərməsini bildirmişdir. Aysel də, elə həmin gün Eminə məxsus plastik kart hesabına 200 manat məbləğində pul göndərmişdir. Bundan sonra Emin bildirmişdir ki, 21 gün ərzində yaşadığı evə çıxarış alacaqdır, lakin söz verdiyi müddət bitdiyindən Eminin heç bir iş görmədiyini görüb sonuncudan pulunu geri tələb etməyə başlamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan imtina etməyə başlamışdır. Bu səbəbdən o, baş vermiş hadisə barədə Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etmiş və göndərilən pulların qəbzlərini polis bölməsində izahat verən zaman izahatına əlavə etmişdir. Həmçinin o, hal-hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətçi olmadığını və ona dəymiş ümumi ziyandan 900 manat məbləğində ödəniş edildiyini qeyd etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 6nda yaşayır. Lakin yaşadıqları ünvan 6nda yerləşən fərdi yaşayış evini satmaq istədikləri üçün bu barədə «Yeni.Emlak» internet saytında reklam yerləşdirmişlər. Bundan sonra 23 yanvar 2023-cü il tarixdə 055 ***-**-** GSM nömrəsindən anasının istifadəsində olan mobil nömrəyə zəng gəlmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ev alqı-satqısı ilə məşğul olduğunu, yerləşdirdikləri elanla bağlı satdıqları evə görə müştəri gətirəcəyini bildirmişdir. Anası razılıq verdikdən sonra, həmin gün Təqsirləndirilən şəxs yanında olan əvvəllər tanımadıqları, ilk dəfə gördükləri şəxslə birlikdə yaşadıqları ünvana gəlmiş, lakin fərdi yaşayış evinin çıxarışı olmadığından həmin müştəri evi almaqdan imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, fərdi yaşayış evi üçün çıxarış almaqda onlara köməklik edə bilər, həmçinin gətirdiyi həmin müştərinin çıxarış alındıqdan sonra anasına məxsus fərdi yaşayış evini alacağına köməklik edəcəkdir. Bu səbəbdən anası Təqsirləndirilən şəxslə razılaşmış və Emin bu işi 3.075 (üç min yetmiş beş) manata həll edəcəyini bildirmişdir. Buna görə elə həmin gün, yəni 23 yanvar 2023-cü il tarixdə anası yaşadıqları ünvan 6nda Təqsirləndirilən şəxs işə başlaması üçün 100 (bir yüz) manat məbləğində pul vermişdir. Bundan sonra həmin məqsədlə anasının tapşırığı ilə o, özünə məxsus "xxxx" ASC-nin 4169 73** **** 2478 №-li plastik kart hesabından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin 4169 7385 9905 5641 №-li plastik kart hesabına hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixdə 1.000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (bir yüz) manat, xx.xx.2023-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat məbləğində pul göndərmişdir. Sonuncu dəfə isə 20 fevral 2023-cü il tarixdə Emin anasına zəng edərək 200 (iki yüz) manat məbləğində pul istəmiş və anası ona zəng edərək bu barədə bildirdikdən sonra o, elə həmin gün işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 42N ünvanında, yerləşən «X6» xəstəxanasının yanından Eminə məxsus plastik kart hesabına 200 manat məbləğində pul göndərmişdir. Bundan sonra Emin onlara bildirmişdir ki, 21 gün ərzində yaşadıqları evə çıxarış alacaqdır, lakin söz verdiyi müddət bitdiyindən Eminin heç bir iş görmədiyini görüb sonuncudan pulu geri tələb etməyə başlamışlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan imtina etməyə başlamışdır. Bu səbəbdən anası baş vermiş hadisə barədə Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etmiş və göndərilən pulların qəbzlərini polis bölməsində izahat verən zaman izahatına əlavə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilib cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış 529/23 nömrəli material üzrə RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Mahir Hacıyevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsinə dair 20 mart 2023-cü il tarixli qərar ləğv olunmuş və fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); “BirBank” tətbiqi vasitəsi ilə həyata keçirilmiş ödəniş qəbzlərinin fotoşəkillərindən görünür ki, "xxxx" ASC-nin 4169 73** **** 2478 nömrəli plastik kart hesabından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin 4169 7385 9905 5641 №-li plastik kart hesabına hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə saat 12:39-da 100 manat və saat 21:04-də 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir (i.v. 10-11); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 29); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Quluyev X2 Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 207.2, 207.3 və 102.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1987-ci ildə SSR X4 Heyətinin Fərmanının 9-cu maddəsinin “E” bəndinə əsasən cəzasının çəkilməyən hissəsi yarıya qədər azaldılmış, müvəqqəti olaraq 01 il 05 ay 09 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.1988-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1991-ci ildə Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 02 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur; Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 189-1.2 və 220.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş cəza CM-nin 66.5-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə birləşdirilərək qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən cəzadan azad edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 51-53); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-416/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir (i.v. 67-70); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 91-92); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin "xxxx" ASC-nin 4169 73** **** 2478 nömrəli plastik kart hesabında mobil telefon tətbiqi vasitəsi ilə aparılmış əməliyyatların fotoşəkilləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 107-112); Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 şübhəli şəxs kimi tutulduğu müddət (16 fevral 2024-cü il tarixə olan müddət), yəni 01 (bir) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 06 may 2024-cü il tarixdən hesablanması hökm edilmişdir; Azərbaycan Respublikası vətəndaşının AA0872913 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxsdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-354/2024 saylı hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş maddi ziyanı qismən ödəməsini (CM-nin 59.1.12, 59.1.14), himayəsində bir azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan hökmlər üzrə məhkumluqları ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan məlumatlara əsasən Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün 21 iyun 2024-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli (60.1), Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə sübut kimi tanınan "xxxx" ASC-nin 4169 73** **** 2478 nömrəli plastik kart hesabında mobil telefon tətbiqi vasitəsi ilə aparılmış əməliyyatların fotoşəkillərinin surətləri iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınan "xxxx" ASC-nin 4169 73** **** 2478 nömrəli plastik kart hesabında mobil telefon tətbiqi vasitəsi ilə aparılmış əməliyyatların fotoşəkillərinin surətləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-354/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-354/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver