Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-355/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, onun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi - Bakı şəhər 13 saylı Vəkil Bürösunun vəkili Müdafiəçi2 qızının iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi 31/23 ünvanda fəaliyyət göstərən “Axar.az” saytında Araz Marağalı adlı bir müəllifin “Məzlum Qarabağ fürsət axtaranlar üçün mənafelərini qorumaq üçün bir bəhanə” başlıqlı yazısı dərc edilmişdir. Yazıda müəllif Azərbaycan Respublikasının Prezidenti cənab X11 geri qaytarılmasında marağı olmadığını, Rusiya ilə çikərli bir sövdələşmə aparmasını, bununla bağlı, susmasını və tərəddüd etməsini xəyanət əlaməti hesab edir, X12 millətinə qarşı açıq-aşkar xəyanət etməkdə ittiham edir. Həmin yazı “Axar.az” saytında saat 12:49-da dərc edilmişdir. Bundan 2 dəqiqə sonra Türkiyədə siyasi mühacir olan təbrizli Həsən Kərimzadə şəxsi Facebook səhifəsində həmin yazıyla bağlı şərh vermiş, yazıya etiraz etmiş, cənab X8 apardığı siyasəti müdafiə etmişdir. X14 şərhini oxuduqdan sonra "Axar.az” dövlət saytına girərək Araz Marağalının sözü gedən yazısını tapıb oxumuşam. Yazı onu hiddətləndirmiş, öz şəxsi Facebook səhifəsində yazıya etirazını bildirmiş, dövlət saytında ölkə başçısı haqqında çap edilən bu təxribat xarakterli yazının necə yol tapmasının araşdırılmasını xahiş etmişdir. Hesab edir ki, təkcə onun tərəfindən deyil, çoxsaylı internet istifadəçiləri tərəfindən ölkə başçısına qarşı belə təxribatçı yazının çapına yol vermiş, “Axar.az” dövlət saytını hamı qınağa tutmuş, nəticədə “Axar.az” saytı dövlət tərəfindən bağlanmışdır. Bundan sonra “Axar.az” dövlət saytının baş redaktoru, xx xxxxxx 1973-cü ildə Şamaxı rayonunda anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi ev 8-d qeydiyyatda olan X9 öz şəxsi Facebook səhifəsində onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, Azərbaycan Dövlətinə qarşı xüsusilə ağır cinayət törətməyi barədə yalan məlumatlar yaymaqla ona böhtan atmış, ETTALAAT küçüyü adlandırmaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, özünün şəxsi Facebook səhifəsində xx.xx.2020-ci il tarixdə saat 12:59-da onu “şərəfsiz, binamus” ETTALAAT küçüyü adlandırmış, ondan sonrakı saat 14:56-da yazdığı statusunda şəxsin Sayman Aruz olduğunu bildirmişdir. Həmin yazısında onu İran casusu adlandırmış, təkcə onu deyil, İrandan Azərbaycana gəlmiş mühacir azərbaycanlıların hamısını İran casusu adlandırmış, Azərbaycan Dövlətinə zərbə vurmaqları barədə yalan məlumatlar yaymaqla böhtan atmışdır. Anar Niftəliyev həmin yazısında onun barəsində belə göstərir: “Azərbaycan ədəbi dilində ərəb əlifbası ilə çıxan dünyada yeganə sayta qarşı ETTALAAT-m qurduğu oyun başa çatdı. Sayman Aruz ETTALAAT-m sifarişini icra etdi. Onu İrana bu qədər açıq şəkildə işləməkdən yayındıra bilmədik. Adam 8 gündən sonra bir daha bu dəfə tam başqa bir formada sui-istifadəyə daha doğrusu İranın təkidli sifarişini icra etməyə girişdi. Başqa çarəsi yoxdur, çünki sifariş çox güclüdür. Bu agentdən tələb edirlər. Alındı, təbrik etmişəm. Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm. İran casusları çox aktivləşib, bu yaramaz vətənsatan ünsürlərə imkan verməyin!” Məhkəmənin diqqətinə çatdırır ki, ETTALAAT İran İslam Respublikasının xarici kəşfiyyat idarəsidir, onun həmin təşkilatla heç bir əlaqəsi yoxdur, ola da bilməz. Anar Niftəliyev ona böhtan atır ki, ETTALAAT Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparır, o, fəaliyyətə daxil olan məqsədlərdən biri də “Axar.az” saytının bağlanması olub, həmin saytın bağlanmasında ETTALAAT ondan istifadə edib, o, Azərbaycan Dövlətinə xəyanət edərək casusluq etmiş və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparan İran dövlətinə, onun xarici kəşfiyyat təşkilatı olan ETTALAAT-a kömək etmişdir ki, “Axar.az” saytı bağlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı aşağıdakı əməlləri, yəni düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə kimi əməlləri qəsdən törətdikdə dövlətə xəyanət etmiş olur yə 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunur. Anar Niftəluyev onu “casus, agent” adlandırmaqla, onu İranın ETTALAAT təşkilatının Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə kömək etmək barədə İnternet səhifələrində yalan məlumat verməklə Azərbaycan dövlətinə qarşı xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Bu səbəbdən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 və onun müdafiəçisi Müdafiəçi1 hər biri ayrı-ayrııqda xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilənləri müdafiə edərək, X4 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul edərək X2 xüsusi ittihamçı kimi tanımağı, işi məhkəmə baxışına təyin etməyi, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Xəti rayonu, Gəncə prospekti, bina 2942A saylı məhəllənin 388 saylı mənzilində olan şəxsi komputeri vasitəsi ilə internet saytlarından, o cümlədən “Facebook” səhifəsindən istifadə edir. Səhifəsində yazılmış “şərəfsiz, binamus, etallat küçüyü. Sən və sənin kimi binamuslar dövlətə cavab verəcək.” ifadələri onun tərəfindən yazılsa da həmin ifadələr X3 qarşı yönəlməmişdir. Eləcə də həmin yazıda X1 adı çəkilməmişdir. Həmin “Facebook” səhifəsində “Sayman Aruz” adlı şəxsin adı çəkilmişdir. Ona görədə göstərdiklərini nəzərə alaraq X1 xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi2 qızı X1 xüsusi ittiham qaydasında verilmiş şikayətinin əsassız olduğundan və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134. 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Məhkəmə hazırlıq iclasında təqdim edilmiş sübutların ərizədə göstərilən xüsusatları əks etdirib-etdirilməməsi yoxlanılmışdır. X6 tərəfindən X4 Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş “Facebook” sosial şəbəkəsində “Anar Nifteliyev” tərəfindən paylaşılan yazıların X1 ünvanına yazılmasını təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir . İş materillarından görünür ki, “Facebook” sosial şəbəkəsində “Anar Nifteliyev”-in “Sayman Aruz” adlı şəxslə yazışmaları olmuşdur. Halbuki Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1,8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirini) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-355/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-355/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver