Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-355/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun və “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 X2 vasitələri ilə daşınmasında X6nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2007-ci il tarixli 155/Ş nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağmədən X7 X2 vasitələri ilə daşınmasında X6nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydaların 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəmələrinə dair etmiş olduqları müraciətləri ilə əlaqədar ayrı-ayrı şəxslərə müəyyən məbləğdə ödəyəcəkləri pul müqabilində qısa müddətdə qanuni şəhadətnamələrin veriləcəyini yalandan bildirib, 2020-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının 7-ci mərtəbəsində yerləşən 712 nömrəli xidməti otağında olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X6 və Dağ-Mədən X7 rəisi Vüsal Ağayev” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra otaqda olan surət çıxaran və laminasiya qurğularından istifadə edib hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayaraq ayrı-ayrı şəxslərə təqdim etməklə, o cümlədən, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı və “DAF FT X” markalı, **-MD-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZF-*** olan nəqliyyat vasitələrinə X17 Bazasından yanacaq daşınması üçün ümumilikdə 3 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2020-ci ilin sentyabr ayında müraciəti ilə əlaqədar Astara şəhər sakini Zərərçəkmiş şəxs1 30 noyabr 2020-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında “Socar” Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin Bakı Neft Bazasının qarşısında hər bir şəhadətnamə üçün 400 (dörd yüz) manat olmaqla ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxs ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında sürücülər Şahid2 və Şahid1 adlarını qeyd etməklə 2020-ci ilin noyabr ayında “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, 2021-ci ilin dekabr ayında “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli və “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli hüquq verən rəsmi sənəd olan Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs1 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 4 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair 2021-cu ilin dekabr ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz olan Şahid3 vasitəsi ilə 2021-ci ilin dekabr ayının əvvəllərində qeyd edilən vəzifədə işləyərkən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının qarşısında bir ədədi 550 (beş yüz əlli) manat olmaqla, vahid niyyətlə ümumilikdə 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında vahid niyyətlə 2021-ci ilin dekabr ayında sürücülər X15, Şahid4, Şahid5 və Şahid6 adlarını qeyd etməklə “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **- JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs2 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vahid tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X21 X1 şöbəsində baş məsləhətçi - baş müfəttiş vəzifəsində işləmiş, 2021-ci ilin dekabr ayında isə öz ərizəsi ilə işdən azad olunmuş, hazırda heç bir yerdə işləmir. Dövlət qulluğuna xitam verilməsi haqqında əmr xx.xx.2021-ci il tarixdə verilsə də, ona xx.xx.2021-ci il tarixdə elan edilmiş və həmin vaxtadək mütəmadi olaraq işə çıxmışdır. Avtonəqliyyat şöbəsinin baş məsləhətçisi - baş müfəttişi kimi vəzifəsi təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin Agentlik tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin olubolmamasına nəzarət etmək, şəhadətnaməsi olmayan və ya vaxtı bitmiş nəqliyyat vasitələrini şəhadətnamə almağa və şəhadətnamə almaq üçün müraciət edən fiziki və ya hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini Agentliyin nəzdində olan Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X8-Tədqiqat İnstitutunda qanuna müvafiq qaydada baxışdan keçməyə yönləndirməkdən ibarət olmuşdur. Təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin bu barədə şəhadətnamələrinin olub-olmamasına nəzarəti rəhbərliyin tapşırığına əsasən həmin yüklərin satışını həyata keçirən müəssisələrə gedərək orada olan maşınlara baxış keçirməklə şəhadətnaməsi olmayan və ya müddəti bitən şəhadətnamə ilə yük daşıyan sürücülərdən Agentliyə müraciət edib şəhadətnamə almalarını bildirmişdir. Şəhadətnamə almaq üçün Sənayedə X6 və Dağ Mədən X14nə müraciət etdikdən sonra zəruri sənədlər yığılaraq ümumi şöbəyə verilir, nəqliyyat vasitəsi isə baxışdan keçirilməsi və çənin yuyulması üçün Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X8-Tədqiqat İnstitutunun bazasına göndərilir. İnstitut tərəfindən texniki müayinə və çənin yuyulması ilə əlaqədar avtomobilin sahibinə verilmiş hesab nömrəsinə rüsum ödənildikdən sonra akt tərtib olunur, hər hansı çatışmazlıq olduğu halda aradan qaldırılması sürücüyə bildirilir, olmadığı halda isə akt təsdiq olunaraq müqavilə bağlanmaqla toplanmış sənədlər Agentliyə göndərilir. Sənədlər Agentlikdə yoxlanıldıqdan sonra qaydasında olduğu halda bir neçə günə nəqliyyat vasitəsinin sahibinə Agentliyin rəisinin imzası və möhürü ilə təsdiq edilmiş şəhadətnamə verilir. Neftbazalarda yalnız Şəhadətnamənin surətinin istənildiyini, həmin Şəhadətnamələrin yalnız neftbazaya daxil olmaq üçün istifadə edildiyini və yalnız Agentliyin müfəttişliyi tərəfindən yoxlanıldığını bildiyi üçün Şəhadətnamənin saxta olmasının müəyyən edilməsi riskinin az olduğunu nəzərə alaraq, 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı daxil olmaqla ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının 7-ci mərtəbəsində yerləşən 712 nömrəli xidməti otağında olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X6 və Dağ-Mədən X7 rəisi” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra otaqda olan surət çıxaran və laminasiya qurğularından istifadə edib Şəhadətnamələri saxtalaşdırmaqla hazırlayaraq ayrı-ayrı şəxslərə təqdim etmişdir. Belə ki, 2020-ci ilin noyabr ayında Astara şəhər sakini Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb özünə məxsus olan 2 ədəd yük maşını üçün Şəhadətnamə lazım olduğunu bildirmiş, Elvinə hər Şəhadətnamə üçün 400 manat pul vəsaiti lazım olduğunu deyərək razılığa gəlmişlər. Həmin ərəfədə Elvinlə ünvan 3 ünvanında “Socar” Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin Bakı Neft Bazasının qarşısında görüşmüşlər, sonuncu yalnız 1 ədəd Şəhadətnamə lazım olduğunu deyərək ona 400 manat pul vəsaiti, yükmaşınına və sürücüyə dair sənədlərin surətini vermişdir. Bundan sonra yuxarıda göstərdiyi qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında sürücü Şahid2 adını qeyd etməklə “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli Şəhadətnaməni hazırlayıb Lənkəran şəhərinə hazırda xatırlamadığı taksi sürücüsü vasitəsi Elvinə çatdırılması üçün göndərmişdir. Bundan sonra, 2021-ci ilin dekabr ayında Elvin yenidən onunla əlaqə saxlayaraq yük maşınları üçün 2 ədəd Şəhadətnamə lazım olduğunu demişdir. Elvinə hər Şəhadətnamə üçün 400 manat lazım olduğunu bildirərək razılığa gəlmişlər. Həmin ərəfədə Elvinlə ünvan 3 ünvanında “Socar” Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin Bakı Neft Bazasının qarşısında görüşmüş, Elvin ona “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı və “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sənədlərini, Şahid1 sənədlərinin surətini və hər Şəhadətnamə üçün 400 manat olmaqla ümumilikdə 800 manat pul vəsaiti vermişdir. Bundan sonra yuxarıda qeyd etdiyi qaydada “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli və “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli Şəhadətnamələri hazırlayaraq yenidən hazırda xatırlamadığı taksi sürücüsü vasitəsi ilə Astara şəhərinə Elvinə göndərmişdir. Beləliklə, 1 il ərzində Elvinin xahişi ilə 3 ədəd qanunsuz olaraq Şəhadətnamə hazırlayıb sonuncuya vermiş və ümumilikdə 1200 manat pul vəsaiti alıb şəxsi ehtiyacarına xərcləmişdir. Daha sonra 2021-ci ilin dekabr ayında tanışı Şahid3 ona müraciət edərək 4 ədəd yük maşını üçün Şəhadətnamə lazım olduğunu demiş, öz növbəsində Elmara hər Şəhadətnamə üçün 550 manat lazım olduğunu bildirmişdir. 2021-ci ilin dekabr ayında Elmarla ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının qarşısında görüşərək sonuncudan 4 ədəd Şəhadətnamə üçün 2.200 manat pul vəsaiti, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə və sürücülər X15, Şahid4, Şahid5 və Şahid6 dair sənədlərin surətlərini almışdır. Bundan sonra xidməti otağında 2021-ci ilin dekabr ayında sürücülər X15, Şahid4, Şahid5 və Şahid6 adlarını qeyd etməklə “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb Şahid3 vermişdir. Beləliklə, Elmarın xahişi ilə 4 ədəd Şəhadətnamə hazırlayıb sonuncuya vermiş və ümumilikdə 2.200 manat pul vəsaiti alıb şəxsi ehtiyacarına xərcləmişdir. Elmarın ona verdiyi 2.200 manat pul vəsaitinin faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olmasını həmin vaxt bilməmiş, bu barədə istintaq dövründə bilmişdir. Həmin şəxslərin Şəhadətnamələrin onun tərəfindən saxta yolla hazırlanmasından məlumatları olmamış, həmin şəxslərin savadsız olmasından istifadə edərək Şəhadətnamələrin həqiqi olduğunu və FHN tərəfindən rəsmi olaraq verildiyini demişdir. Həmin şəhadətnamələrdə möhür və imzanın surət olduğunu, yəni rəngsiz olduğuna heç kim fikir verməmiş və anlamamışdır. Daha sonra dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini, əməlindən peşman olduğunu, ilk məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Astara şəhərində yerləşən “Uğur Petrol” yanacaqdoldurma məntəqəsini fiziki şəxs kimi “VÖEN” onun adına olmaqla idarə edir. 2020-ci ilədək yanacaqdoldurma məntəqəsinin yanacaq daşıyan yükmaşını olmamışdır və yanacağı ayrı-ayrı sürücülər müqavilə əsasında məntəqəyə gətirmişlər. Lakin 2020-ci ildə iki ədəd - “Mercedes-812” markalı **-LO-*** qeydiyyat nişanlı və “Daf markalı **-MD-*** qeydiyyat nişanlı yük maşınlarını öz adına alaraq yanacaq daşınması üçün sürücülər axtarmağa başlamış, həmin ərəfədə Şahid2 və Şahid1 sürücü kimi işə götürmüş, qeyd olunan hər iki yükmaşınlarının idarə edilməsi ilə bağlı həmin şəxslərə etibarnamə vermişdir. Rəhbəri olduğu yanacaq doldurma məntəqəsinə yanacaq Lənkəran şəhərində yerləşən neftbazasından daşındığı üçün neftbazanın tələbinə əsasən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələr təqdim edilmədən maşın və sürücü bazaya buraxılmamışdır. 2020-ci ilin noyabr ayında ilk dəfə bununla bağlı digər sürücülərdən maraqlanaraq FHN-nin Sənayedə X6 və Dağ Mədən X14ndə işləyən Zahid adlı şəxsin köməklik edəcəyini öyrənmiş və sonuncun hazırda xatırlamadığı nömrəsi ilə əlaqə saxlamışdır. Zahid ona Şəhadətnamə ilə əlaqədar köməklik edəcəyini və bunun üçün 1 ədəd Şəhadətnamə üçün 400 manat pul vəsaiti lazım olduğunu demişdir. Zahidlə razılaşaraq 2020-ci ilin noyabr ayında sonuncu ilə Bakı şəhərində Socarın neftbazasının qarşısında görüşərək ilk dəfə ona 400 manat pul vəsaiti, “Mercedes-812” markalı **-LO-*** qeydiyyat nişanlı maşının və sürücü Şahid2 Afadin oğlunun sürücülük və şəxsiyyət vəsiqəsinin surətlərini vermişdir. Zahid 7-10 gün ərzində Şəhadətnamənin hazır olacağını və özü taksi ilə Lənkəran şəhərinə göndərəcəyini bildirmişdir. Təxminən 10 gün sonra Zahid onunla əlaqə saxlayaraq Lənkəran şəhərinə gələn taksi sürücüsü vasitəsi ilə Şəhatənaməni göndərdiyini bildirmişdir. Bir neçə saat sonra hazırda xatırlamadığı taksi sürücüsü ilə əlaqə saxlayıb Lənkəran şəhərində görüşərək Zahidin ona göndərdiyi sürücü kimi Şahid2 adı yazılmış Şəhadətnaməni alaraq Lənkəran neftbazasına təqdim etmişdir. Şahid2 qeyd olunan Şəhadətnamənin hansı qaydada və hansı məbləğə alınmasından xəbəri olmamışdır. Həmin vaxt Şahid1 da Şəhadətnamə alınması üçün Zahidlə aralarında danışıqları olsa da ehtiyac olmadığı üçün almamışdır. 2021-ci ilin dekabr ayında isə Şəhadətnamə almaq məqsədilə Zahidlə yenidən əlaqə saxlamış və sürücü Şahid1 “Mercedes-812” markalı **-LO-*** qeydiyyat nişanlı və “Daf markalı ** MD *** qeydiyyat nişanlı yük maşınlarının idarə edilməsi və yanacaq daşınması üçün 2 ədəd Şəhadətnamə lazım olduğunu bildirmişdir. Zahid qabaqcadan razılaşdıqları kimi hər Şəhadətnamə üçün yenidən 400 manat olmaqla 2 ədəd Şəhadətnaməyə 800 manat pul vəsasiti lazım olduğunu bildirmişdir. Həmin ərəfədə Zahidlə zəngləşib Bakı şəhərində görüşərək sonuncuya hər Şəhadətnaməyə görə 400 manat olmaqla ümumilikdə 800 manat pul vəsaiti vermişdir. Təxminən 10 gün sonra Zahid sürücü Şahid1 adı qeyd edilmiş 2 ədəd-08 dekabr 2021-ci il tarixli 0889 nömrəli və 10 dekabr 2021-ci il tarixli 0908 nömrəli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələri taksi vasitəsi ilə Lənkəran şəhərinə ona göndərmişdir. Lənkəran şəhərində hazırda xatırlamadığı taksi sürücüsü ilə görüşüb Zahidin göndərdiyi Şəhadətnamələri alaraq Lənkəran Neft bazasına təqdim etmişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də mühasib işləyir. Cəmiyyət Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərir. Cəmiyyətin direktoru İsmayıl Şirinov olmaqla Cəmiyyətin əsas fəaliyyəti X4 sifarişləri əsasında müxtəlif ərazilərdə yol tikintisini həyata keçirməkdən ibarətdir. Cəmiyyətin balansında 8 ədəd yük maşını olmaqla 6 sürücüsü vardır. 2021-ci ilin dekabr ayında Cəmiyyətin balansında olan 4 ədəd- “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq və bitum daşınması üçün 4 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə lazım olduğundan bununla bağlı maraqlanarkən tanışı Şahid3 ona Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 X2 vasitələri ilə daşınmasında X6nə nəzarət müfəttişliyində Zahid adlı tanışı olduğunu və sonuncu ilə maraqlanaraq məlumat verəcəyini demişdir. Onun xahişi ilə Elmar onun yanında FHN-in əməkdaşı Zahidlə danışaraq Şəhadətnamələrlə maraqlanmış və Zahid hər Şəhadətnamə üçün 550 manat vəsait lazım olduğunu demişdir. Həmin vaxt Cəmiyyətin müdiri səfərdə olduğu üçün 4 ədəd yük maşınına Şəhadətnamə alınması üçün tanışı Elşad Əsgərova özünə məxsus olan 2200 manat pul vəsaiti, Cəmiyyətin “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vastiələrinin sənədlərini və sürücülər- X15, Şahid4, Şahid5 və Şahid6 adlarını qeyd edilməsi üçün həmin şəxslərin sənədlərini Elmara vermişdir. Həmin pul vəsaiti şəxsən onun özünə məxsus olmuş, sonradan müdirdən götürməyi nəzərdə tutsa da, aralarında olan dostluq münasibətlərini nəzərə alaraq almamışdır. Pulu Elmara verdikdən təxminən 2 həftə sonra 4 ədəd-“Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələri gətirib ona vermiş və həmin sənədləri Zahid adlı şəxsdən aldığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Astara şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinə sürücü kimi işə düzəlmiş və bu minvalla məntəqənin sahibi Elvinlə tanış olmuşdur. Sürücü kimi əsas fəaliyyəti Bakı və Lənkəran şəhərində yerləşən neftbazalardan işlədiyi yanacaqdoldurma məntəqəsinə yanacaq daşımaqdan ibarət olmuşdur. 2021-ci ilin noyabr ayından etibarən Elvinə məxsus olan “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı və “Daf FT XF” markalı **-MD-*** qeydiyyat nişanlı yük maşınlarını idarə etmişdir. Sürücü kimi əsasən Lənkəran neft bazasından yanacaqdoldurma məntəqəsinə yanacaq daşımaqla məşğul olmuşdur. Neft bazaya daxil olub yanacaq götürmək üçün nəqliyyat vasitəsinə təhlükəli yüklərin daşınmasına buraxılması barədə Şəhadətnamə alınması lazım olduğundan həmin ərəfədə kurslar keçmiş və məntəqənin müdiri Elvin isə kursdan aldığı Şəhadətnaməni və digər sənədləri toplayaraq Şəhadətnamə alınması üçün FHN-nin Sənayedə X6 və Dağ Mədən X14ndə işləyən tanışı Zahid adlı şəxsə müraciət etmişdir. Zahid və Elvinin aralarında olan danışıqdan onun məlumatı olmasa da, təxminən 10 gün sonra Elvin ona hər maşın üçün nəzərdə tutulmuş və sürücü kimi onun adı qeyd edilmiş 2 ədəd Şəhadətnamələrin surətini təqdim etmişdir. Həmin sənədlər əsasında öz növbəsində Lənkəran şəhərində yerləşən neftbazadan 1 il müddətində hər iki maşınla növbəlilik qaydasında Astara şəhərinə yanacaq daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında tanışı, "xxxx" MMC-də mühasib işləyən Zərərçəkmiş şəxs2 ona zəng edərək işlədiyi idarənin balansında olan 4 ədəd- “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-nin və "xxxx" QSC-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 4 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə lazım olduğunu deyərək ondan FHN-in Sənayedə X6 və X12 Agentliyində tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxt Agentlikdə işləyən tanışı Təqsirləndirilən şəxs zəng edərək 4 ədəd nəqliyyat vasitəsi üçün Şəhadətnamə lazım olduğunu bildirmiş, Zahid sənədləşmə işlərində köməklik edə biləcəyini və hər Şəhadətnamə üçün 550 manat pul vəsaiti lazım olduğunu demişdir. Bu barədə öz növbəsində Zərərçəkmiş şəxs2 deyərək 2021-ci ilin dekabr ayının əvvəllərində sonuncudan 2.200 manat pul vəsaiti, 4 ədəd yük maşınına dair və 4 nəfər sürücünün sənədlərinin surətlərini alıb, həmin gün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 inzibati binasının qarşısında Zahidlə görüşərək bir ədədi 550 (beş yüz əlli) manat olmaqla, 4 ədəd Şəhadətnamə üçün 2.200 (iki min iki) manat məbləğində pul vəsaitini, maşın və sürücülərə dair sənədləri vermişdir. Təxminən 10 gün sonra Zahidə yenidən zəng etdikdə, sonuncu Şəhadətnamələrin hazır olduğunu demişdir. Həmin gün Bakı şəhəri, Nizami rayonu ərazisində Zahidlə görüşərkən sonuncu 4 ədəd-15 dekabr 2021-ci il tarixli Vaqif Kərimov, Şahid4, Şahid6 və Şahid5 adları yazılmış Şəhadətnamələri ona verərək birbaşa Socarın neftbazasına təqdim etməyini bildirmişdir. Həmin Şəhadətnamələrin surətini çıxardaraq bir nüsxəsini Socarın neft bazasına, əslini isə Cavanşirə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, istifadəsində olan **-JS-*** qeydiyyat nişanlı, “Ford Cargo” markalı nəqliyyat vasitəsinə verilmiş 1031 nömrəli, 15 dekabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında Şəhadətnamə”ni 2021-ci ilin dekabr ayında Elmar adlı şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işləməklə 2020ci ilin dekabr ayından Nazirliyin Sənayedə X6 və Dağ Mədən X7 Hüquq şöbəsində baş məsləhətçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın tələblərinə uyğun olaraq təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması sahəsində nəzarətin gücləndirilməsi məqsədilə Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə neft məhsullarının satışı ilə məşğul olan və təhlükəli yüklərin daşınması həyata keçirilən digər müəssisələrə sorğular göndərilmişdir. Göndərilmiş sorğular əsasında Agentliyə daxil olmuş bəzi müəssisələrdən neft məhsulları alan hüquqi və fiziki şəxslər və onların nəqliyyat vasitələri barədə məlumatlarda pozuntular aşkar edilmiş və həmin Şəhadətnamələrin Agentlik tərəfindən verilmədiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “SOCAR”dan daxil olmuş məktubda göstərilən siyahı araşdırılarkən müəyyən edilmişdir ki, “Heydər Əliyev adına X22” üzrə təhlükəli yüklər daşıyan avtomobil nəqliyyat vasitələrindən 1 ədədinin şəhadətnaməsi yoxdur, 10 ədəd avtomobil nəqliyyat vasitəsi üçün olan şəhadətnamələr isə Agentlik tərəfindən verilməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, “SOCAR” Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazası üzrə təhlükəli yüklər daşıyan 80 ədəd avtomobil nəqliyyat vasitəsi üçün olan şəhadətnamələr Agentlik tərəfindən verilməmişdir. Həmçinin, "xxxx" QSC-dən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş məktubda qeyd edilən siyahıda göstərilən avtomobil nəqliyyatı vasitəsindən 76 ədəd avtomobil üçün olan şəhadətnamələr Agentlik tərəfindən verilməmişdir. Bütün bu hallar araşdırılarkən qeyd olunan şəhadətnamələrin saxtalaşdırıldığı qənaətinə gəlindiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa göndərilmişdir. Təqsirləndirilən şəxs 2007-ci ildən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X21 X1 şöbəsində baş məsləhətçi - baş müfəttiş vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş, lakin həmin əmr ona xx.xx.2021-ci il tarixdə elan edildiyindən faktiki olaraq 2022-ci ilin yanvar ayınadək işləməklə mütəmadi olaraq işə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2006-cı ildən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və Dağ Mədən X14ndə işləməklə, 2020-ci ildən Agentliyin Dövlət reyestrinin aparılması və məlumat şöbəsinin müdiri vəzifəsində işləyir. Şöbə müdiri kimi vəzifəsi ölkə ərazisində yerləşən təhlükə potensiallı obyektlərin reyestrini aparmaqdan ibarətdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlə bağlı Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi tərəfindən təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması sahəsində nəzarətin gücləndirilməsi məqsədilə neft məhsullarının satışı ilə məşğul olan və təhlükəli yüklərin daşınması həyata keçirilən digər müəssisələrə sorğular göndərilmişdir. Göndərilmiş sorğular əsasında Agentliyə daxil olmuş bəzi müəssisələrdən neft məhsulları alan hüquqi və fiziki şəxslər və onların nəqliyyat vasitələrinin şəhadətnamələri barədə məlumatlar olan siyahı yoxlanılması üçün onun şöbəsinə göndərilmişdir. Həmin siyahıda avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı, hüquqi və ya fiziki şəxsin adı və verilən şəhadətnamənin nömrəsi ilə tarixi qeyd olunmuşdur. Qeyd olunan siyahılar onun tərəfindən Agentliyin məlumat bazasında yoxlanılan zaman bəzi şəhadətnamələrin məlumat bazasında olmadığı aşkar edilmiş və aşkar olunmayan şəhadətnamələrin siyahısı Agentliyin rəisinə təqdim edilmiş və qeyd olunan siyahı Agentliyin X2 vasitəsi ilə daşınmasına nəzarət müfəttişliyi tərəfindən şəhadətnamələrin illər üzrə olan qeydiyyat jurnalı ilə yoxlanılmış və qeydiyyat üzrə də aparılan yoxlama zamanı qeydiyyatda olmayan şəhadətnamələrin siyahısı tərtib edilərək 156 ədəd şəhadətnamənin FHN tərəfindən verilmədiyi və saxta olduqlarına şübhə yarandığı üçün araşdırılması məqsədilə göstəriş verilmişdir. Qeyd olunan Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında Şəhadətnamələrin 2019, 2020 və 2021-ci illər üzrə olan qeydiyyat jurnallarının əsllərini də araşdırma zamanı izahatına əlavə etmişdir. Şəhadətnamələrin verilməsi ilə bağlı dövlət rüsumu nəzərdə tutulmamış, lakin Şəhadətnamələr verilməmişdən əvvəl müvafiq nəqliyyat vasitələri Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X8-Tədqiqat İnstitutunda müvafiq texniki müayinədən və deqazasiyadan keçirilir və bununla bağlı müəyyən edilmiş rüsumlar ödənilir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, onun ifadəsi Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, onun ifadəsi Şahid3 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-02339 nömrəli məktub və məktuba əlavə edilmiş siyahıdan görünür ki, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli və “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə alınması ilə əlaqədar Agentliyə müraciət edilməmiş və həmin nəqliyyat vasitələrinə Agentlik tərəfindən Şəhadətnamə verilməmişdir (cild 01, i.v. 75-81). İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 12/xx-xx/03350 nömrəli və 28.11.202-ci il tarixli, 12/xxxx/05093 nömrəli məktublara əlavə edilmiş siyahı və siyahıya əlavə Şəhadətnamələrdən görünür ki, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 1033 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **- JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli və “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli Şəhadətnamələr Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi tərəfindən verilməmişdir (cild 01, i.v. 89-110). İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-07984 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin xx.xx.2007-ci il tarixli 155/Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 X2 vasitələri ilə daşınmasında X6nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsinə təyin edilmiş, 08 dekabr 2021-ci il tarixli, 1764/ş nömrəli əmri ilə dövlət qulluğuna xitam verilmişdir (cild 01, i.v. 112). İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli “İstintaq eksperimenti aparılması haqqında” protokoldan görünür ki, İstintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs X2 vasitələri ilə daşınmasında X6nə nəzarət müfəttişliyinin inzibati binasında 712 nömrəli otaqda «HP» markalı kompyuteri işə salaraq, həmin kompyuterdə “Fiziki şəxs mək.” papkasına daxil olaraq həmin papkada olan “Şəhadətnamə” faylını açaraq şərti olaraq “tarix” qrafasında bu günki tarixi, yəni “13 dekabr 2022-ci il” tarixini, “nömrə” qrafasında 0652 №-sini, “Etibarlıdır” qrafasında “13 dekabr 2022-ci il” tarixini, “Nəqliyyat vasitəsinin markası və modeli” qrafasında “MAN” sözlərini, “nəqliyyat vasitəsinin dövlət nömrə nişanı” qrafasında **-JY-*** qeydiyyat nişanını, ”Avtonəqliyyat müəssisənin və ya avtonəqliyyat vasitəsini istifadə edən hüquqi şəxsin adı, ünvanı” qrafasında "xxxx" MMC, Bakı şəhəri, Moskva prospekti, 3001-ci məhəllə. Sürücü: X10” sözlərini qeyd etdikdən sonra printer qurğusu vasitəsi ilə çap etdi. Daha sonra xidməti otaqda saxlanılan və sahibinə verilməsi nəzərdə tutulmuş “Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və dağ X18 Agentiliyinin rəisi Vüsay Ağayevin” imzası və möhürü ilə təsdiq edilmiş hazır Şəhadətnamənin otaqda olan “İ-sensys” markalı kserokopiya qurğusu vasitəsi ilə surətini çıxardıb, həmin surəti “Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və dağ X18 Agentiliyinin rəisi Vüsay Ağayevin” imzası və möhürü ilə təsdiq edilmiş hissəni və tarix qeyd edilmiş hissələri qayçı vasitəsi ilə kəsib götürərək özünün çap etdiyi Şəhadətnamənin müvafiq qrafalarına kağız kley vasitəsi ilə yapışdırdıqdan sonra görünən izləri gizlətmək məqsədilə ağardıcı ləvazimatdan istifadə etdiyini bildirdi, lakin həmin ləvazimat olmadığı üçün həmin vaxt istifadə etmək mümkün olmadı. Daha sonra hazırladığı Şəhadətnamədə görünən xətt izlərini itirmək məqsədilə yenidən kserokopiya qurğusu vasitəsi ilə surətini çıxardaraq otaqda olan “GBC” markalı Laminasiya qurğusu vasitəsi ilə üzlənməsini həyata keçirərək saxta şəhadətnaməni hansı yolla hazırladığını nümayiş etdirmişdir (cild 01, i.v. 117-135). İş materiallarında olan 17 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli 2020-cu il tarixli qeydiyyat jurnalı göy rəngli olmaqla 124 vərəqədən ibarətdir. Baxış zamanı 2020-ci ildə 382 fiziki və hüquqi şəxsə ümumilikdə 969 Şəhadətnamə verildiyi müəyyən edildi. Baxış zamanı xx.xx.2020-ci il tarixə hər hansı Şəhadətnamə, o cümlədən “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli Şəhadətnamə barədə hər hansı qeyd aşkar edilmədi. Bundan əlavə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli 2021-ci il tarixli qeydiyyat jurnalı göy rəngli olmaqla 138 vərəqədən ibarətdir. Baxış zamanı 2021-ci ilin dekabr ayında “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli, “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələr barədə hər hansı qeyd aşkar edilmədi (cild 02, i.v. 1-13). İş materiallarında olan 18 aprel 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli, “Daf FT XF” markalı, **- MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələrin surətləri, 2020-2021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X5 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 17 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 2020-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, i.v. 59-63). İş materiallarında olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 02, i.v. 16-17). İş materiallarında olan 19 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 145-148). İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, onunla barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. "xxxx" ASC-nin xx.xx.2023-ci il tarixli, 18805 nömrəli qəbzin sürətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 850 (səkkiz yüz əlli) manat dövlət büdcəsinə (büdcə təsnifat kodu: 143300) ödənilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə həmin hissədə xitam verilməli, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayətinin törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyan 1200 manat və 2200 manat olmaqla, ümumi məbləğ 3400 manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Bundan başqa vurduğu ziyanın iyirmi beş faizi miqdarını 850 manatı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə, istintaq eksperimenti aparılması haqqında, baxış keçirilməsi haqqında protokol və digər iş materialları ilə Təqsirləndirilən şəxs 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslərlə barışmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli, “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli,“Ford Cargo” markalı, **- JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələrin surətləri, 2020-2021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X5 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 17 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 2020-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli, “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli,“Ford Cargo” markalı, **- JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələrin surətləri, 2020-2021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X5 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 17 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağ-mədən X7 2020-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-355/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-355/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver