Məhkəmə qərarları › İş №1(011)-356/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-356/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-356/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş hüquqi şəxs “Şərur MTK”-nın nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR-nın Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və xx xxxxx 1997-ci ildə Agcabədi rayonu, Alman düşərgəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 aprel 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 83/89 ünvanında yerləşən, “Şərur MTK”-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən və iki hissədən ibarət olan mebel sexinin birinci hissəsinin dəmir barmaqlıqlarla örtülmüş pəncərəsinin dəmir barmaqlıqlarını Təqsirləndirilən şəxs1 fiziki güc tətbiq edib aralamaqla pəncərədən içəriyə qanunsuz daxil olub darvazanı açaraq Təqsirləndirilən şəxs2 da sexin içərisinə girməsinə şərait yaratmış və sonuncu saxlanc yeri hesab olunan sexin içərisindən bir ədəd 12000 manat qiymətində üzərində «Moes CNC 21/28» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə «CNC» markalı dəzgahın mebel üzərində naxış açan mühərrikli mexanizm və metaldan hazırlanmış qutuya quraşdırılmış idarəedici elektrik avadanlıqlarını, bir ədəd 400 manat qiymətində üzərində “Özçelik, model Planet, 2017” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə həncamə yeri açan aparatı, bir ədəd 400 manat qiymətində üzərində “Bosch” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş elektrik əl mişarı, bir ədəd 240 manat qiymətində üzərində “Bosch, POF 1400 AC, 2021” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüşü-yaşıl rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd 240 manat qiymətində üzərində “Makute, ER 002, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi qara rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd 72 manat qiymətində üzərində “Makota” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli elektrik direl aparatını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Şərur MTK”-ya 13.352 manat qiymətində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 aprel 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 83/89 ünvanında yerləşən, “Şərur MTK”-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən və iki hissədən ibarət olan mebel sexinin birinci hissəsinin dəmir barmaqlıqlarla örtülmüş pəncərəsinin dəmir barmaqlıqlarını fiziki güc tətbiq edib aralamaqla pəncərədən içəriyə qanunsuz daxil olub darvazanı açaraq Təqsirləndirilən şəxs2 da sexin içərisinə girməsinə şərait yaratmış və sonuncu saxlanc yeri hesab olunan sexin içərisindən bir ədəd 12000 manat qiymətində üzərində «Moes CNC 21/28» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə «CNC» markalı dəzgahın mebel üzərində naxış açan mühərrikli mexanizm və metaldan hazırlanmış qutuya quraşdırılmış idarəedici elektrik avadanlıqlarını, bir ədəd 400 manat qiymətində üzərində “Özçelik, model Planet, 2017” markalanma yazıları olan, xarici görünüşünə görə istifadə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə həncamə yeri açan aparatı, bir ədəd 400 manat qiymətində üzərində “Bosch” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş elektrik əl mişarı, bir ədəd 240 manat qiymətində üzərində “Bosch, POF 1400 AC, 2021” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüşü-yaşıl rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd 240 manat qiymətində üzərində “Makute, ER 002, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi qara rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd 72 manat qiymətində üzərində “Makota” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli elektrik direl aparatını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Şərur MTK”-ya 13.352 manat qiymətində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 2 il bundan əvvəl Xətai rayonu, Lütfizadə küçəsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci mərtəbəsində yerləşən mebel sexində baş usta kimi çalışmışdır. Orada üç ay işlədikdən sonra rəhbərliklə yola getmədiyi üçün işdən ayrılası olmuşdur. Oradan ayrıldıqdan sonra yaşadığı məhəllədə özünə “Ucuz bazar” adı ilə fəaliyət göstərən meyvə-tərəvəz dükanı açmış, meyvə-tərəvəz dükanında işləyib özünü saxlaya bilsə də banklara çoxlu borcu olduğu üçün borcunu ödəməkdə çətinlik çəkmiş, maddi sıxıntılar ucbatından oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün əvvəllər baş usta kimi işlədiyi Xətai rayonu, Lütfizadə küçəsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci mərtəbəsində yerləşən mebel sexi ağlına gəlmişdir Belə ki, orada əvvəllər işlədiyi müddətdə çoxlu sayda mebel aparatının olduğunu və satılarsa yaxşı pul əldə edəcəyini bilmişdir. Orada əvvəllər işlədiyi üçün sexə necə və haradan girmək mümkün olduğunu bilmiş və buna görə də ora girib oğurluq etməyin rahat olacağını düşünmüşdür. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 bir qonşu kimi tanımış və münasibətləri yaxşı olmuşdur. Məhəllədə meyvə-tərəvəz mağazası olduğu vaxtlarda hər dəfə ora mal gələndə Anara və məhəllənin digər uşaqlarına zəng edib malı mağazaya boşaltmağa kömək etməklərini onlardan xahiş etmişdir. Onlarda onun bu xahişini yerə salmayaraq ona kömək etmişlər. Sonuncu dəfə 08 aprel 2021-ci li tarixdə yenədə meyvətərəvəz mağazasını işlətdiyi vaxt məhəllədə Anarı görüb demişdir ki, maddi vəziyyəti çox pisdir, axşama Xətai rayonu, Lütfizadə küçəsi 83/89 ünvanında fəaliyyət göstərən mebel sexindən oğurluq etmək istəyir və bu işdə ona kömək etməyi üçün ondan xahiş etmiş, Anar da ona kömək etmək qərarına gəlmişdir. Bu məqsədlə Anarla birlikdə 08 aprel 2021ci il tarixdən, 09 aprel 2021-ci il tarixə keçən gecə saat 01 radələrində ona məxsus “Renault Megan” markalı avtomobillə sexin arxasına gəlmişlər. Avtomobili sexin arxasında saxlayıb sexin qarşısına keçmişlər. Anar sexin açıq pəncərəsindən onun köməkliyi ilə mebel sexinin içərisinə keçib darvazanı açmışdır .Sonra Anarla o, sexin içərisinə keçmiş və sexin içərisindən onunla birlikdə 01 ədəd petlə yeri açan aparatı, 02 ədəd əl frezi, 01 ədəd direl aparatı və 01 ədəd elektrik əl mişarını sexin içərisindən çıxardıb onun maşınına yükləmişlər. Daha sonra o, sexdən bayıra çıxmış, Anar da içəridən darvazanı bağlayıb açıq pəncərədən bayıra çıxmışdır. Sonra Anar sexin digər hissəsinin dəmir barmaqlıqlarla örtülmüş pəncərəsinin dəmir barmaqlıqlarını fiziki güc tətbiq edib açaraq onun köməkliyi ilə içəri daxil olub sexin darvazasını içəridən açaraq onun da içəri girməyinə şərait yaratmış, o, içəri girdikdən sonra orada olan “CNC” markalı dəzgahın hissələrini ehtiyatla söküb Anarla birlikdə sökülən hissələri darvazadan bayıra çıxartmışlar. Sonra isə o, bayırda Anarı gözləmiş, Anar darvazanı içəridən bağlayıb yenidən daxil olduğu pəncərədən bayıra çıxıb onunla birlikdə sökülən hissələri ona məxsus avtomobilinə yığmışlar. Sonra o, Anara demişdir ki, 19 mərtəbəli binanın 19-cü mərtəbəsində yaşadığı üçün oğurladıqları əşyaları qoymağa yeri yoxdur. Anardan əşyaları qoymağa etibarlı yer bilib-bilmədiyini soruşmuş, Anar da xalası oğlu Təbrizin evini məsləhət bilmişdir. Belə ki, Təbrizin yaşadığı ev həyət evidir. Əşyaları oraya rahat şəkildə yığmaq mümkündür. Anar onun yanında xalası oğlu Təbrizə zəng edərək vəziyyəti başa salmış və ona rayondan gələn əşyaları qoymağa yerinin olmadığını və sabah günortaya qədər qalmaq şərti ilə əşyaları Təbrizin yaşadığı evin həyətində saxlamaq istədiklərini demişdir. Təbriz də razılıq vermiş və maşınla Təbrizin yaşadığı Xocahəsən qəsəbəsinə yollanmışlar. Təbrizin evinə çatarkən Anar ona zəng etmiş, Təbriz bayıra çıxıb onları qarşılamış və birlikdə əşyaları Təbrizin yaşadığı evin həyətinə yığmışlar. Təbrizə sabah günortaya qədər əşyaları götürəcəklərini demişdir. Daha sonra Təbrizdən ayrılaraq avtomobillə yaşadıqları Xətai rayon ərazisinə, yəni yaşadıqları məhəlləyə gəlmişlər. Avtomobildə olarkən Anara demişdir ki, əşyaları satıb pul əldə etsə, həmin puldan ona da verəcək. Anarda razılaşmış, avtomobildən düşəndən sonra o, öz evinə, Anarda da öz evlərinə getmişdir. Səhəri gün Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları evlərinə gələrək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis şöbəsinə dəvət etmişlər. O, şöbəyə gələrkən artıq baş vermiş oğurluq hadisəsi ilə əlaqədar gətirildiyini öyrənmiş və oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Oğurlanmış əşyaların geri qaytarıldığını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır. 2020-ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmış, hərbi xidmətdən qayıdan zaman iyul ayında “Grand Plaza” şirkətində üzlükçü işinə işə düzəlmiş, lakin müəyyən səbəblərdən 2021-ci ilin 05 fevral tarixində işdən ayrılası olmuşdur. Həmin vaxtdan bəri işsizdir. Təqsirləndirilən şəxs2 qonşu kimi tanıyır. Belə ki, Muxtərin oğlu ilə dostluq münasibətləri vardır. Eyni zamanda Muxtərlə də aralarında münasibətləri yaxşı olmuş, Muxtərin məhəllədə meyvə-tərəvəz mağazası olmuş, hər dəfə ora mal gələndə Muxtər ona və məhəllənin digər uşaqlarına zəng edib malı mağazya boşaltmağa kömək etməyi onlardan xahiş etmişdir. Onlar da onun bu xahişini yerə salmayaraq Muxtərə kömək etmişlər. Sonuncu dəfə 08 aprel 2021-ci li tarixdə Muxtər yenədə meyvə-tərəvəz mağazasını işlətmişdir. Muxtər məhəllədə onurüb demişdir ki, maddi vəziyyəti çox pisdir, axşama Xətai rayonu, Lütfizadə küçəsi 83/89 ünvanında fəaliyyət göstərən mebel sexindən oğurluq etmək istəyir və bu işdə ona kömək etməyi üçün ondan xahiş etmiş, o da ona kömək etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Muxtərlə birlikdə 08 aprel 2021-ci il tarixdən, 09 aprel 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Muxtərə məxsus “Megan” markalı avtomobillə sexin arxasına gəlmişlər. Maşını sexin arxasında saxlayıb sexin qarşısına gəlmişlər. O, sexin açıq pəncərəsindən Muxtərin köməkliyi ilə mebel sexinin içərisinə keçib darvazanı açmışdır ki, Muxtər sexin içərisinə keçsin. Sonra Muxtər də sexin içərisinə keçmiş və Muxtərlə birlikdə 01 ədəd petlə yeri açan aparatı, 02 ədəd əl frezi, 01 ədəd direl aparatı və 01 ədəd elektrik əl mişarını sexin içərisindən çıxardıb Muxtərin maşınına yükləmişlər. Daha sonra Muxtər sexdən bayıra çıxmış və o da içəridən darvazanı bağlayıb açıq pəncərədən bayıra çıxmışdır. Daha sonra sexin digər hissəsinin dəmir barmaqlıqlarla örtülmüş pəncərəsinin dəmir barmaqlıqlarını fiziki güc tətbiq edib açaraq Muxtərin köməkliyi ilə içəri daxil olmuşdur. Daha sonra sexin darvazasını içəridən açaraq Muxtərin içəri girməsinə şərait yaratmışdır. Muxtər içəri girdikdən sonra orada olan “CNC” markalı dəzgahın hissələrini ehtiyatla sökmüşdür. Daha sonra onlar birlikdə sökülən hissələri darvazadan bayıra çıxartmışlar. Muxtər bayırda onu gözləmiş, o, darvazanı içəridən bağlayıb yenidən daxil olduğu pəncərədən bayıra çıxmışdır. Muxtərlə o, birlikdə sökülən hissələri Muxtərin avtomobilinə yığmışlar. Daha sonra Muxtər ona bildirmişdir ki, 19 mərtəbəli binanın 19-cü mərtəbəsində yaşadığı üçün oğurladıqları əşyaları qoymağa yeri yoxdur. Ondan əşyaları qoymağa etibarlı yer bilib-bilmədiyini soruşmuş, o da xalası oğlu Təbrizin evini məsləhət bilmişdir. Belə ki, Təbrizin yaşadığı ev həyət evi olmuş. Əşyaları oraya rahat şəkildə yığmaq mümkün olmuşdur. O, xalası oğlu Təbrizə zəng edərək vəziyyəti başa salmış və dostu Muxtəra rayondan gələn əşyaları qoymağa yerinin olmadığını və sabah günortaya gədər qalmaq şərti ilə əşyaları onun yaşadığı evin həyətində qoymaq istədiklərini demişdir. Təbriz də razılaşmış və onlar maşınla Təbirizin yaşadığı Xocahəsən qəsəbəsinə yollanmışlar. Təbrizin evinə çatarkən ona zəng etmiş, Təbriz bayıra çıxıb onları qarşılamış və onlar birlikdə əşyaları Təbrizin yaşadığı evin həyətinə yığmışlar. Təbrizə sabah günortaya qədər əşyaları götürəcəklərini demişdir. Daha sonra Təbrizdən ayrılaraq avtomobillə yaşadıqları Xətai rayon ərazisinə, yəni yaşadıqları məhəlləyə gəlmişlər. Maşında olarkən Muxtər ona demişdir ki, əşyaları satıb pul əldə etsə həmin puldan ona da verəcəkdir. O da onunla razılaşmış, avtomobildən düşəndən sonra Muxtər öz evinə, o, da öz evlərinə getmişdir. Səhəri gün Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları evlərinə gələrək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onu polis şöbəsinə dəvət etmişlər. O, şöbəyə gələrkən artıq baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis şöbəsinə gətirildiyini öyrənmişdir. Oğurlanmış əşyaların geri qaytarıldığını, əməlindən peşman olmasını, ilk məhkumluğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında “Şərur MTK” şirkətində inzibatçı kimi işləməyə başlamışdır. Belə ki, “ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən mebel sexində inzibatçı işləyir. 08 aprel 2021-ci il tarixdə o və orada işləyən ustalar mebel sexində işləri çox olduğu üçün gecəyə qədər qalası olmuşlar. Belə ki, 08 aprel 2021-ci il tarixdən, 09 aprel 2021-ci il tarixə keçən gecə saat 00:30 radələrində sexi bağlayaraq oradan çıxıb getmişlər. Sexi bağlayarkən bütün əşyalar və aparatlar yerində olmuşdur. Səhəri gün yəni 09 aprel 2021-ci il tarixdə saat 09 radələrində sexi açarkən sexin darvazasından içəri girib sexə baxış keçirərkən orada olan təxminən 500 manat qiymətində 01 ədəd petlə yeri açan aparatın yerində olmadığını görmüşdür. Daha sonra sexin digər otağına baxış keçirən zaman orada rəfin üzərindəki 01 ədəd 800 manat qiymətində elektrikli əl mişarının və bir ədədi 300 manat qiymətində olan və taxta üzərində naxış açmaq üçün istifadə olunan 02 ədəd əl frezinin və qiyməti 80 manat olan 01 ədəd direl aparatının yerində olmadığını görmüşdür. Daha sonra sexin darvazasından bayıra çıxıb sexin digər hissəsinə keçmişdir. Oradakı otağa baxış zamanı otaqda olan “CNC” markalı mebel üzərinə naxış vurmaq üçün istifadə olunan dəzgahın müəyyən hissələrinin sökülüb oğurlandığını aşkar etmişdir. Sökülmüş həmin hissələrin ümumi qiyməti təxminən 15000 manat təşkil edir. Daha sonra rəhbərliyin göstərişi əsasında DİN-nin 102 xidmətinə zəng edərək hadisə yerinə polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Səhərisi gün oğurluğu orada əvvəllər işləyən Təqsirləndirilən şəxs2 və onun qonşusu tərəfindən törədildiyini oyrənmişlər. Oğurlanmış əşyalar onlara tam şəkildə qaytarılmışdır.Mülki iddiaları yoxdur . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2015-ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıdandan sonra ilk əvvəl Ağcabədi rayonunda atasının mağazasında satıcı kimi işlədikdən sonra Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində bir müddət kuryer kimi çalışdıqdan sonra “Qarabağ” idman klubunda idman məşqçisi kimi çalışmağa başlamışdır. Hazırda da idman məşqçisi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Muxtəri isə tanımır, onunla heç bir münasibəti olmayıb. Belə ki, 08 aprel 2021-ci il tarixdən, 09 aprel 2021-ci il tarixə keçən gecə təxminən saat 04 radələrində xalası oğlu Anar ona zəng edərək rayondan gəldiyini və onlara gəlmək istədiyini demişdir. Anar demşdir ki, qapını açsın, o razı olmuşdur. Telefon zəngindən təxminən yarım saat sonra Anar “Megan” markalı avtomobillə onların evinin qarşısına gəlmişdir. O, qapıya çıxıb onları qarşılamışdır. Qapını açan zaman Anarın maşından düşdüyünü, yanında da tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Anar həmin şəxslə onu tanış edərək adının Muxtər olduğunu demişdir. Daha sonra maşının baqacını açaraq rayondan gələn mebel sexində istifadə üçün nəzərdə tutulmuş aparatları göstərib Muxtərlə birgə rayondan gətirdiklərini, Muxtərin və özünün yaşadığı evin bina evi olduğu üçün əşyaları qoymağa yerin olmadığını və sabah günortaya qədər onların həyətində qalmasını xahiş etmişdir. O etiraz etməmiş və onlar əşyaları boşaldaraq evlərinin həyətinə yığmışlar. Səhər Anara zəng edib əşyaları nə üçün gəlib götürmədiklərini öyrənmək istəmişdir. Lakin Anar zənginə cavab verməmişdir. Daha sonra həmin gün polis əməkdaşları onların evinə gələrək əşyaların oğurluq olduğunu və götürmək lazım olduğunu, onun da baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis şöbəsinə gəlməyini xahiş etmişlər. Polis əməkdaşları əşyaları götürüb onunla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gəlmişlər. Polis şöbəsində olan zaman həmin əşyaların Muxtər tərəfindən oğurlanmasını öyrənmişdir. Baş vermiş oğurluq hadisəsində hər hansı bir iştirakı olmamış, ümumiyyətlə polis şöbəsinə dəvət edilənə qədər oğurluq hadisəsindən xəbəri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 9/3023 №-li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda, eləcə də inşaat materialları satışı məntəqələrində (Xaqani küçəsi 14) mövcud olan qiymətlərə, təqdim edilmiş “Şərur MTK” tərəfindən tərtib edilmiş 25 iyun 2021-ci il tarixli 91 nömrəli arayış məumatlarına əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırki vəziyyətdə, 2020-ci ilin iyun ayına, köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -bir ədəd üzərində “Moes CNC21/28” markalanma yazıları olan, xarici görünüşünə görə istifadə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə “CNC” markalı dəzgahın mebel üzərində naxış açan mühərriki mexanizm və metaldan hazırlanmış qutuya quraşdırılmış idarəedici elektrik avadanlıqları 12000,00 manat müəyyən edilir; -bir ədəd üzərində “Özçelik, model Planet, 2017” markalanma yazıları olan, xarici görünüşünə görə istifadə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuşvəziyyətdə həncamə yeri açan aparat 400,00 manat müəyyən edilir; -bir ədəd üzərində “Bosch” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş elektrik əl mişarı 400,00 manat müəyyən edilir; -bir ədəd üzərində “Bosch, POF 1400 AC, 2021” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüşü-yaşıl rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi 240,00 manat müəyyən edilir; -bir ədəd üzərində “Makute, ER 002, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi qara rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi 240,00 manat müəyyən edilir; -bir ədəd üzərində “Makota” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli elektrik direl aparatı 72,00 manat müəyyən edilir. İş materiallarında olan 11.04.2021-ci il tarixli təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi və götürülüməsi barədə protokoldan görünür ki, aşağıdakı adları çəkilən avadanlıqlar Təqsirləndirilən şəxs1 tərəfindən könüllü olaraq istintaqa təhvil verilir: - «Moes CNC 2128” markalı və mebel üzərində naxış vurmaq üçün istifadə olunan dəzgahın motor və elektrik hissələri, 01 ədəd «Özçelik» markalı petlə yeri açan aparatı, 01 ədəd «Bosch» markalı elektrikli əl mişarı, iki ədəd taxta üzərində naxış açmaq üçün istifadə olunan «Bosch» markalı əl frezi aparatı və 01 ədəd direl aparatı. Təqdim edilmiş avadanlıqların işlək vəziyyətdə olması müəyyən edildikdən sonra foto şəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Bundan sonra həmin avadanlıqlar saxlanılması üçün "ünvan 5 ünvanda yerləşən mebel sexində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, oğurlanmış «Moes CNC 21/28» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə «CNC» markalı dəzgahın mebel üzərində naxış açan mühərrikli mexanizm və metaldan hazırlanmış qutuya quraşdırılmış idarəedici elektrik avadanlıqlarını, bir ədəd üzərində “Özçelik, model Planet, 2017” markalanma yazıları olan, xarici görünüşünə görə istifadə olmuş, mebel sexində quraşdırılmış, elektrik xəttinə qoşulmuş vəziyyətdə həncamə yeri açan aparatı, bir ədəd üzərində “Bosch” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş elektrik əl mişarı, bir ədəd üzərində “Bosch, POF 1400 AC, 2021” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi gümüşü-yaşıl rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd üzərində “Makute, ER 002, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi qara rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd üzərində “Makota” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, gövdəsi göy rəngli elektrik direl aparatı iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş və həmin avadanlıqlar ünvan 6 ünvanda yerləşən “Şərur MTK”-ya məxsus mebel sexində saxlanılır. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 10 aprel 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 10 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 13 aprel 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.05.2021-ci il tarixdə verilmiş tələbnamədən və iş materiallarına əlavə edilmiş Ağır Cinayətlərə Dair İşlər üzrə Maxçıvan Muxtar Respublikası Məhkəməsinin 13 sentyabr 2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14.06.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin verdiyi 25.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. İş materiallarında olan Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin verdiyi 25.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında yaşayır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxs, şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını, oğurlanmış avadanlıqların tam qaytarılmasını, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtan yəni 10 aprel 2021-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, ilk məhkumluğunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə onun səmimi etirafını, oğurlanmış avadanlıqların könüllü olaraq tam qaytarılmasını, əməlindən peşman olmasını, ilk məhkumluğunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Ağcabədi rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd üzərində «Moes CNC 21/28» markalanma yazıları olan, «CNC» markalı dəzgahın mebel üzərində naxış açan mühərrik mexanizm və metaldan hazırlanmış qutuya quraşdırılmış idarəedici elektrik avadanlığını, bir ədəd üzərində “Özçelik, model Planet, 2017” markalanma yazıları olan, həncamə yeri açan aparatı, bir ədəd üzərində “Bosch” markalanma yazıları olan elektrik əl mişarı, bir ədəd üzərində “Bosch, POF 1400 AC, 2021” markalanma yazıları olan, gövdəsi gümüşü-yaşıl rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd üzərində “Makute, ER 002, made in China” markalanma yazıları olan, gövdəsi qara rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd üzərində “Makota” markalanma yazıları olan, gövdəsi göy rəngli elektrik direl aparatı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci 75 (yetmiş beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 26 (iyirmi altı) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Ağcabədi rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində «Moes CNC 21/28» markalanma yazıları olan, «CNC» markalı dəzgahın mebel üzərində naxış açan mühərrik mexanizm və metaldan hazırlanmış qutuya quraşdırılmış idarəedici elektrik avadanlığını, bir ədəd üzərində “Özçelik, model Planet, 2017” markalanma yazıları olan, həncamə yeri açan aparatı, bir ədəd üzərində “Bosch” markalanma yazıları olan elektrik əl mişarı, bir ədəd üzərində “Bosch, POF 1400 AC, 2021” markalanma yazıları olan, gövdəsi gümüşüyaşıl rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd üzərində “Makute, ER 002, made in China” markalanma yazıları olan, gövdəsi qara rəngli, taxta üzərində naxış açmaq üçün istifadə olunan elektrik əl frezi, bir ədəd üzərində “Makota” markalanma yazıları olan, gövdəsi göy rəngli elektrik direl aparatı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci 75 (yetmiş beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar