Məhkəmə qərarları › İş №1(011)-356/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-356/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-356/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 (mülki iddiaçı), Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, qonşusu Zərərçəkmiş şəxs3 yalandan əri Şahid6 xarici ölkədə gəmidə kapitan işləməsini və yüksək əmək haqqı almasını bildirib, özünə inandırdıqdan sonra, pulu tezliklə ödəyəcəyini vəd verib aldadaraq, 2021-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanında yerləşən binanın 61 nömrəli mənzilində 1.680 manat dəyərində 12 dəst “Annaberry” firmasına aid yataq üzü, bir ədəd 140 manat dəyərində “Karaca” firmasına aid döşək, iki ədəd 140 manat dəyərində “Karaca” firmasına aid döşək, dörd ədəd 200 manat dəyərində “Karaca” firmasına aid balış, 6 ədəd “Annaberry” firmasına aid 270 manat dəyərində balış, iki cüt “Annaberry” firmasına aid 150 manat dəyərində odeyal, iki cüt “Annaberry” firmasına aid 110 manat dəyərində yataq odeyalı, 6 ədəd “Annaberry” firmasına aid 240 manat dəyərində dəsmal, 12 ədəd “Annaberry” firmasına aid 144 manat dəyərində əl-üz dəsmalı, 6 ədəd “Annaberry” firmasına aid 90 manat dəyərində çay dəsmalı, 6 ədəd “Karaca” firmasına aid 115 manat dəyərində dəsmal, 6 ədəd “Karaca” firmasına aid 65 manat dəyərində əl-üz dəsmalı, 123 manat dəyərində çox sayda “Berinoy” firmasına aid qadın alt paltarları, 212 manat dəyərində çox sayda “Berinoy” firmasına aid kişi alt paltarları, iki ədəd 90 manat dəyərində “Karaca” firmasına aid böyük yun şal, iki ədəd 340 manat dəyərində “Annaberry” firmasına aid yataqlıq, 6 ədəd 150 manat dəyərində kişi üçün qısa şalvar, 8 ədəd 224 manat dəyərində kişi üçün yarımqol köynək, 30 manat dəyərində bir paket qadın kapronu və 1.200 manat dəyərində müxtəlif növ geyim əşyalarını aldıqdan sonra hissə-hissə 1.600 manatını qaytarmış, 04 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən binanın 95 nömrəli mənzilində oğlunun təhsil haqqı üçün pul lazım olmasını Zərərçəkmiş şəxs3 yalandan bildirib, sonuncunun əmlakını ələ keçirmək niyyətində olmasını gizlətməyə nail olaraq, 5.000 manat və 05 yanvar 2022-ci il tarixdə həmin ünvanda eyni üsulla 4.000 manat pul vəsaitini alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 13.113 (on üç min yüz on üç) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, tanıdığı Zərərçəkmiş şəxs4 əri Şahid6 xarici ölkədə gəmidə kapitan işləməsini və yüksək əmək haqqı almasını bildirib, özünə inandırdıqdan sonra pulunu tezliklə ödəyəcəyini vəd verib aldadaraq, 2021ci ilin aprel ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən binanın 129 nömrəli mənzilində bir ədəd 585 əyarlı, 7,04 qram çəkidə, 970 manat dəyərində sarı qızıldan “Pandora” markalı boyunbağı, bir ədəd 585 əyarlı, 9,53 qram çəkidə, 1.265 manat dəyərində sarı qızıldan “Pandora” markalı boyunbağı, bir ədəd 585 əyarlı, 3,60 qram çəkidə, 480 manat dəyərində sarı qızıldan kulon, bir cüt 585 əyarlı, 7,29 qram çəkidə, 970 manat dəyərində sarı qızıldan “Pandora” markalı sırğa, bir ədəd 585 əyarlı, 5,79 qram çəkidə, 770 manat dəyərində sarı qızıldan boyunbağı, 585 əyarlı, 17,87 qram çəkidə, 2.340 manat dəyərində sarı qızıldan bir ədəd boyunbağı, bir ədəd qolbağ və bir cüt sırğadan ibarət komplekt, bir ədəd 585 əyarlı, 9,60 qram çəkidə, 1.275 manat dəyərində sarı qızıldan üzük, bir cüt 585 əyarlı, 6,02 qram çəkidə, 800 manat dəyərində “Tiffany” markalı sırğa, 585 əyarlı, 8,42 qram çəkidə, 1.120 manat dəyərində sarı qızıldan bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət “Pandora” markalı komplekt, bir ədəd 585 əyarlı, 5,36 qram çəkidə, 715 manat dəyərində sarı qızıldan qolbağı, bir ədəd 585 əyarlı, 2,68 qram çəkidə, 360 manat dəyərində sarı qızıldan qolbağı, bir ədəd 585 əyarlı, 3,90 qram çəkidə, 520 manat dəyərində sarı qızıldan “Pandora” markalı boyunbağı, 2021-ci ilin avqust ayında bir ədəd 585 əyarlı, 12,50 qram çəkidə, 1.700 manat dəyərində sarı qızıldan qolbağı, bir ədəd 585 əyarlı, 9,35 qram çəkidə, 1.270 manat dəyərində sarı qızıldan “Pandora” markalı, boyunbağı, bir ədəd 585 əyarlı, 2,17 qram çəkidə, 300 manat dəyərində sarı qızıldan üzük, bir ədəd 585 əyarlı, 5,14 qram çəkidə, 670 manat dəyərində sarı qızıldan kulon, bir ədəd 585 əyarlı, 6,87 qram çəkidə, 940 manat dəyərində sarı qızıldan boyunbağı, bir ədəd 585 əyarlı, 5,29 qram çəkidə, 720 manat dəyərində sarı qızıldan “Pandora” markalı boyunbağı, 2021-ci ilin noyabr ayında bir ədəd 585 əyarlı, 29,05 qram çəkidə, 3.950 manat dəyərində sarı qızıldan boyunbağı, 585 əyarlı, 17,65 qram çəkidə, 2.460 manat dəyərində sarı qızıldan bir ədəd üzük və bir cüt sırğadan ibarət “Pandora” markalı komplekt, bir cüt 585 əyarlı, 7,25 qram çəkidə, 1.000 dəyərində sarı qızıldan sırğa, oğlu Şahid3 vasitəsilə 585 əyarlı, 10,83 qram çəkidə, 1.500 manat dəyərində bir ədəd üzük və bir cüt sırğadan ibarət komplekt, bir ədəd 585 əyarlı, 7,57 qram çəkidə, 1.050 manat dəyərində sarı qızıldan üzük, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs3 vasitəsilə bir ədəd 585 əyarlı, 5,10 qram çəkidə, 700 manat dəyərində sarı qızıldan kulon, bir cüt 585 əyarlı, 5,62 qram çəkidə, 760 manat dəyərində sarı qızıldan “Pandora” markalı sırğanı aldıqdan sonra, 8.900 manatını qaytarıb, qalan 19.670 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Bakı şəhərində yerləşən lombardlara və banklara girov qoyaraq, əldə etdiyi pul vəsaitini sərf etməklə, Zərərçəkmiş şəxs4 ümumilikdə 19.670 (on doqquz min altı yüz yetmiş) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, qonşusu Şahid4 əri Şahid6 xarici ölkədə gəmidə kapitan işləməsini və sonuncunun gəmidə işə düzəltmək səlahiyyətlərinin olmasını yalandan bildirib, özünə inandırdıqdan sonra, Şahid4 əri Zərərçəkmiş şəxs2 bacısı oğlu X3 qiyabi tədris almasını həyata keçirdikdən sonra, gəmidə matros kimi işə düzəldəcəyini vəd verib aldadaraq, 14 oktyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında 36.000 manat pul vəsaitini alaraq, sonra həmin pulun 10.000 manatını qaytarıb qalan 26.000 manat pul vəsaitini ələ keçirib, şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 26.000 (iyirmi altı min) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, qonşusu Şahid4 əri Şahid6 xarici ölkədə gəmidə kapitan işləməsini və sonuncunun gəmidə işə düzəltmək səlahiyyətlərinin olmasını yalandan bildirib, özünə inandırdıqdan sonra, Şahid4 tanışı Zərərçəkmiş şəxs5 gəmidə matros kimi işə düzəldəcəyini vəd verib aldadaraq, 08 noyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında 15.000 manat pul vəsaitini alaraq ələ keçirib, şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs5 ümumilikdə 15.000 (on beş min) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 14 aprel 2018-ci il tarixli, 26 nömrəli pay müqaviləsinə əsasən özünə məxsus olan, "xxxx" MTK tərəfindən ünvan 8də inşa edilmiş, 17 mərtəbəli binanın 6-cı blokunda, ümumi sahəsi 57,5 kv.m olan bir otaqlı, 57 nömrəli mənzili tanışı Zərərçəkmiş şəxs1 satacağına dair yalandan vəd verib aldadaraq, sonuncu ilə 100.000 manata razılaşaraq, mənzili xx.xx.2022-ci il tarixdə onun adına keçirəcəyini bildirib inandırmış və əri Şahid6 xarici ölkədən gəldikdən sonra, evin onun adına sənədləşməsi adı ilə həmin gün ünvan 6 ünvanında yerləşən binanın 95 nömrəli mənzilində 50.000 manat alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 50.000 (əlli min) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Şahid6 əridir və onlar birlikdə yaşamışlar. X11 Əmirliklərinin Dubay şəhərində gəmidə işləyir. Araz çox zaman xaricdə olduğundan, dolanışıq üçün ona hər ay pul göndərirmiş. Araz sonuncu dəfə 2021-ci ilin iyul-avqust aylarında Bakı şəhərinə evində olmuş, sentyabr ayında isə Dubaya işə getmişdir. Araz getdikdən sonra, bir müddət pul göndərə bilməmişdir. Belə ki, “Covid 19” virus xəstəliyi ilə əlaqədar, bir çox yerlərdə işlər dayandırılmış, o cümlədən banklar da işləməmişdir. Buna görə də, bir neçə tanışından faizə pul almışdır. Belə ki, tanışı olan Zərərçəkmiş şəxs3 yaşadığı ev yaxınlıqda yerləşmiş və aralarında alış-veriş olmuşdur. Aygün “Sədərək” ticarət mərkəzindən yataq dəstləri alıb, yaşadığı evdə satışını həyata keçirmişdir. Aygündən 2021-ci ilin fevral ayından başlayaraq hissə-hissə olmaqla, müxtəlif vaxtlarda 2.000 manat dəyərində yataq dəstləri və ev əşyaları almışdır. Aygünlə aralarında olan razılaşmaya əsasən, həmin əşyaların pulunu hissə-hissə ödəməklə almışdır. Aygünə iki ay müddətində 900 manat ödəməklə, ümumilikdə 1.800 manat pul vermiş və sonuncuya 200 manat borcu qalmışdır. 2021-ci ilin dekabr ayında pul lazım olduğu üçün, Aygündən borca pul istəmiş, sonuncu da bildirmişdir ki, faizə pul verə bilər. O, məcbur olub razılaşmış və 04 dekabr 2021-ci il tarixdə Aygün yaşadığı mənzildə ona 4.000 manat faizə pul vermişdir. Həmin gün yenidən Aygün yaşadığı evdə faizə 1.000 manat da pul vermişdir. 05 yanvar 2022-ci il tarixdə Aygün yaşadığı evdə əlavə olaraq 4.000 manat pul vermişdir. Aygündən faizə pulu aldıqdan sonra, həmin pulla digər faizlərini ödəmişdir. Bundan sonra isə, Aygünə həmin puldan 1.000 manat ödəmişdir. Qalan pulu isə ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 vasitəsilə tanımışdır. Belə ki, söhbət zamanı Aygünə nisyə qızıl-zinət əşyaları almaq istədiyini demişdir. Bundan sonra Aygün demişdir ki, tanışı Sevil adlı qadın var və evində qızıl-zinət əşyaları satır. Bundan sonra Aygün onu Sevilin yaşadığı evə aparmışdır. Sevil yaşadığı evdə qadın geyimləri, yataq dəstləri və qızıl-zinət əşyaları satmaqla məşğul idi. 2021-ci ilin aprel ayından başlayaraq Sevildən müxtəlif növdə qızılzinət əşyalarını nisyə almışdır. Sevillə razılaşmışdır ki, davamlı olaraq qızıl-zinət əşyaları alacaq və hissə-hissə olmaqla, pulu ödəyəcəkdir. Sevildən həmin qızılları gələcəkdə satmaq üçün almışdır. 2021-ci ilin aprel ayından başlayaraq, 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində yaşadığı mənzildə Sevildən hissə-hissə olmaqla, ümumilikdə 28.570 manat dəyərində müxtəlif növdə qızıl-zinət əşyalarını nisyə almışdır. Sevildən qızılzinət əşyalarını aldıqdan sonra, hissə-hissə olmaqla sonuncuya 8.900 manat pul ödəmişdir. Qalan pulu isə qaytarmamışdır. Belə ki, artıq borcları üst-üstə toplandığı üçün pulları ödəyə bilməmişdir. Aygün və Sevil pul tələb etdiyi üçün, Aygünün bacısı və qonşu olan Şahid4 ilə evində söhbət edən zaman, sonuncunun faizə pul verməsini öyrəndikdə, Səliqəyə bildirmişdir ki, əri Araz Dubaydadan virus ilə əlaqədar pul göndərə bilmir və borcları yaranmışdır. Bu səbəbdən Səliqədən borca pul istəmiş və 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq, 2021-ci ilin oktyabr ayının 14-nə qədər Səliqədən ümumilikdə 26.000 manat faizə pul almışdır. Həmin pulla borclarını ödəmişdir. Bundan sonra isə iki ay müddətində Səliqəyə 10.400 manat pul ödəmişdir. Belə ki, hər ay 5.200 manatdan pul ödəmiş və sonuncuya 15.600 manat borcu qalmışdır. Həmin pulun 10.000 manatını sonradan əri Araz qaytarmış və Səliqəyə 5.600 manat borcu qalmışdır. Həmçinin, Zərərçəkmiş şəxs1 ilə 2020-ci ilin yay aylarında “Laçın” Ticarət Mərkəzində tanış olmuşdur. 2021-ci ilin əvvəllərindən problemləri yaranmışdır. Belə ki, anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacı yaranmış və məcbur olub tanıdığı qadınlardan faizə borca pul almışdır. Həmin qadınlardan biri də Zərərçəkmiş şəxs1 olmuşdur. Belə ki, Sevildən əvvəl başqa iki nəfər qadından faizə, bir nəfər qadından isə borca qızıl-zinət əşyaları götürmüşdür. Həmin qadınlara olan borcundan ödəmiş, lakin bir qismi qalmış və ödəyə bilməmişdir. Buna görə də, Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 20.000 manat pul almışdır. Həmin pulu Sevildən faizə almışdır. Sevildən aldığı 20.000 manat pulla digər qadınlardan aldığı faiz pulları qaytarmışdır. Eyni zamanda, əri Arazın Dubaydan göndərdiyi pullar ilə Sevilin pulunu qaytarmışdır. Lakin Sevilə qaytardığı bütün pulları sonuncu faizə çıxdığını və əsas məbləğin yerində qalmasını demişdir. Halbuki, aralarında razılaşma belə olmamışdır. O, Sevilə 20.000 manatdan artıq pul ödəmişdir. Lakin, o, Zərərçəkmiş şəxs1 mənzil satmaq üçün hər hansı bir məbləğdə pul almamışdır. Belə ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən mənzil Araza məxsus olmuş, lakin sonuncu xaricdə işlədiyi üçün, mənzili onun adına müqavilə əsasında alınmışdır. Eyni zamanda, Araz Bakı şəhərinə gəldikdən sonra, boşanacağını bildirib, onu evdən çıxarmışdır. Bundan sonra, yaşamağa evi olmadığı üçün, Sevil evinə aparmış və bir neçə gün sonuncunun evində qalmışdır. Sevilin evində qalan zaman, sonuncu xahiş etmişdir ki, ona verdiyi pulu ev ilə bağlı almağını yazılı şəkildə qeyd etsinki, gələcəkdə pulu Arazdan almaqda kömək edəcəkmiş. O, Sevilə inanıb razılaşmışdır. Həmçinin, Şahid4 və əri Etibardan qohumlarını və yaxud kimlərisə işə düzəltmək adı ilə pul almamışdır. Heç vaxt kimisə əri Arazın adından istifadə edib borc pul, hər hansı bir əşya və işə düzəltmək üçün pul almamışdır. Səliqədən 36.000 manat deyil, 26.000 manat faizə pul almış, həmin pulun da 10.000 manatını Araz, 10.400 manatını də özü qaytarmışdır. Xəyyam adlı şəxsi isə tanımır, həmin şəxsi sonradan görmüşdür. Belə ki, Araz onu boşayacağını bildirib, evdən çıxardıqdan sonra, bir neçə gün də Səliqənin evində qalmışdır. Orada qalan zaman, Xəyyamı orada görmüş və sonuncu Səliqənin oğlu Elvinin dostudur. Onlar Xəyyamı göstərib güya sonuncunu gəmidə işə düzəltmək adı ilə 15.000 manat pul almasını bildirmişlər. Səliqə və Etibar ona təklif etmişlər ki, Arazın adını bildirsin ki, problem yaranmasın, güya onların qohumu Haldunu, Xəyyamı işə düzəltməyi və pul almağı Arazın deməsi əsasında etmişdir. Lakin, həmin şəxslər qəbz yazmağı tələb etmişlər. Yaşamağa yeri olmadığı üçün, onların dediyi formada qəbz yazaraq imza etmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdikləri yalandır. Belə ki, sonuncunu gəmidə matros kimi işə düzəltmək adı ilə heç bir məbləğdə pul istəməmiş və almamış, Arazla sonuncu xaricdə olan zaman danışığı çox nadir hallarda olmuşdur. X12 gəmidə işə düzəldəcəyini bildirməklə, 15.000 manat pul alması yalandır. Həmçinin, Şahid6 heç bir məbləğdə pul verməmiş, sonuncunun borca pul və nisyə qızıl-zinət əşyaları almağından xəbəri olmamışdır. Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 aldatmamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 və Şahid4 pulları faizlə almış, Zərərçəkmiş şəxs4 nisyə qızıl-zinət əşyaları almış, Zərərçəkmiş şəxs3 isə yataq dəstləri almış, pulunu ödəmiş, lakin 200 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs3 2.000 manat dəyərində yataq dəstləri və ev əşyaları almış, həmin əşyaların 1.800 manat pulunu qaytarmış, 200 manat borcu qalmışdır. Aygündən 9.000 manat pulu faizə borc olaraq almış, həmin pulun da 1.000 manatını qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs2 onun barəsində göstərdikləri yalandır. Belə ki, o, heç vaxt Arazın nömrəsini Səliqəyə verməmiş, onlar özləri Arazın nömrəsini tapmışlar. Araz ilə Etibar heç vaxt iş barədə danışmamışlar. Bir dəfə Etibar Arazdan kimlərisə gəmidə işə düzəltməkdə kömək etməsini xahiş etmiş, Araz da maraqlandıqda, mümkün olmadığını öyrənib, bu barədə Etibara bildirmişdir. Etibar Araza yanında zəng etməmiş, nə Etibara Arazın vasitəsilə kimlərisə gəmidə işə düzəltmək barədə danışıqlar aparmamışdır. Oğlu Xəzəri iki dəfə Sevilin yaşadığı evə göndərmiş və sonuncudan qızıl alıb gətirmişdir. Oğlu ondan soruşduqda bildirmişdir ki, Sevildən qızılı hissə-hissə pulunu ödəmək şərti ilə almışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 2020-ci ilin yay aylarında “Laçın” Ticarət Mərkəzində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanış olduqdan sonra, sonuncu ilə münasibəti yaranmış və mütəmadi olaraq görüşüb söhbət etmişlər. Elnarə qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Elnarə ilə tanış olan zaman, sonuncu “Laçın” Ticarət Mərkəzində mallara baxmışdır. Elnarə ilə münasibəti yarandıqdan sonra, sonuncunun Nərimanov rayonu ərazisində, Təbriz küçəsində mənzili olmasını öyrənmişdir. Belə ki, Elnarə ilə görüşlərinin birində, sonuncu özünə məxsus torpaq sahələrinin, obyeklərin və torpaq sahələrinin sənədlərini göstərmişdir. Elnarənin deməsinə görə, əri BƏƏ-nin Dubay şəhərində gəmidə işləmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Elnarə istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, Nərimanov rayonunda olan mənzilini satır. Elnarənin evini gördüyü üçün, bəyəndiyindən evi almaq qərarına gəlmişdir. Bunun üçün Elnarə ilə onun Xətai rayonu ərazisində olan evində görüşmüşlər. Evdə Elnarə ilə ev barədə danışmış və onunla mənzili 100.000 manata razılaşmışlar. Belə ki, Elnarə mənzilin dəyərinin 120.000 manat olmasını, lakin tanış olduğu üçün 100.000 manata satacağını bildirmişdir. Həmin mənzil Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binada yerləşmişdir. Elnarə ilə razılaşmışdır ki, mənzilə görə ilkin olaraq 50.000 manat verəcək, qalan 50.000 manat pulu isə 2022-ci ilin yanvar ayının sonunda verəcəkdir. Elnarədən mənzili nə üçün satdığını soruşduqda, sonuncu bildirmişdir ki, özünə yeni mənzil alacaq, buna görə də mənzili satır. O, Elnarəyə inanmış və 05 yanvar 2022-ci il tarixdə Elnarə ilə yaşadığı evdə gördüşmüşdür. Həmin vaxt evdə Elnarənin oğlu Xəzər də olmuşdur. Elnarəyə yaşadığı evdə 50.000 manat pul vermiş, qalan pulu da ayın sonunda verəcəyini demişdir. Razılaşmalarına əsasən, mənzilin pulu tam ödənildikdən sonra, Elnarə mənzili onun adına keçirməli idi. Elnarə ilə tanış olduğu üçün və mənzilin sonuncuya məxsus olmasına inanıb razılaşmışdır. Həmin gün Elnarə qəbz yazaraq vermişdir. 2022-ci ilin yanvar ayının sonlarında Elnarəyə 50.000 manat pulu da verəcəyini bildirib mənzili adına keçirməsini xahiş etmişdir. Elnarə razılaşmış, lakin sonradan Elnarəni tapa bilməmiş və görməmişdir. Elnarəyə dəfələrlə zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra məlum olmuşdur ki, Elnarə onu aldatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona 50.000 manat maddi ziyan dəymişdir. Sonradan tələb etməyinə baxmayaraq, Elnarə ona vurduğu maddi ziyanı ödəməmişdir. Həmçinin, maddi ziyanla yanaşı, ona həm də, mənəvi zərər dəymişdir. Belə ki, Elnarə mənzili ona satacağını yalandan vəd verib, mənzili başqa şəxsin adına keçirməklə, ona məxsus pulu ələ keçirmiş və nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin mütəmadi olaraq “Sədərək” Ticarət Mərkəzindən qadın geyimləri və yataq dəstləri gətirib, tanışlarına satır. Şahid4 onun bacısıdır və bacısı yaxınlıqda yerləşən binada yaşayır. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Elnarəni bacısı Səliqənin vasitəsilə tanımışdır. Belə ki, Elnarə ilə bacısı Səliqə qonşudur. Bacısının yaşadığı mənzilə gedib-gələn zaman, bir neçə dəfə Elnarəni orada görüb tanımışdır. Elnarə ilə söhbət edən zaman, sonuncu bildirmişdir ki, əri Araz gəmidə kapitandır və ərinin gəmidə yüksək vəzifədə işləyən qohumları vardır. Elnarə ilə tanış olduqdan sonra, mütəmadi olaraq danışmışlar. Danışıqlarının birində Elnarə demişdir ki, oğluna toy edəcək və qızıl-zinət əşyaları lazımdır, ancaq nağd pulu yoxdur. Elnarəyə bildirmişdir ki, qızıl-zinət əşyaları yox, qadın geyimləri və yataq dəstləri sata bilər. Elnarəyə inandığı üçün və bacısı ilə qonşu olduğuna görə, aldacağını fikirləşməmişdir. 2021-ci ilin fevral ayının ortalarında yaşadığı evdə Elnarəyə ümumilikdə 5.713 manat dəyərində yataq dəstləri satmışdır. Elnarə həmin puldan 1.600 manatını hissə-hissə qaytarmışdır. Bundan sonra Elnarəyə inamı daha da artmışdır. Elnarə 1.600 manat pul qaytardıqdan sonra, oğlunun toyu üçün qızıl-zinət əşyaları almaq istədiyini, lakin nağd pulu olmadığını bir daha demişdir. Elnarə bildirmişdir ki, əri Araz yüksək əmək haqqı alır. Bundan sonra Elnarəyə demişdir ki, tanışı Sevil adlı qadın var və evində qızıl-zinət əşyaları satır, sonuncu ilə danışıb pulunu ödəyəcəyi halda nisyə qızıl ala bilər. Elnarəyə inandığı üçün kömək etmək istəmişdir. Bundan sonra X9 rayonu ərazisində olan evinə aparmışdır. Sevil yaşadığı evdə qadın geyimləri, yataq dəstləri və qızıl-zinət əşyaları satmışdır. Elnarə ilə Sevili tanış etdikdən sonra, 2021-ci ilin aprel ayından başlayaraq, Elnarə Sevildən müxtəlif növdə qızıl-zinət əşyalarını nisyə almışdır. Hətta bir dəfə Sevildən Elnarənin deməsi əsasında qızıl götürüb yaşadığı evdə ona vermişdir. Elnarə qızılı alan zaman Sevilə söz vermişdir ki, tezliklə pulunu ödəyəcək. 2021-ci ilin dekabr ayında Elnarə bildirmişdir ki, təcili pul lazımdır. Belə ki, oğlunun imtahanları üçün pula ehtiyacları yaranmışdır. O, Elnarəyə inanıb, kömək etmək məqsədilə 04 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildə Elnarəyə onun deməsi əsasında 4.000 manat pul vermişdir. 04 dekabr 2021-ci il tarixdə Elnarə yenidən bildirmişdir ki, oğlunun təhsili üçün 1.000 manat pula ehtiyacı vardır. Həmin gün Elnarəyə yaşadığı mənzildə 1.000 manat pul vermişdir. Sonuncu dəfə Elnarə 05 yanvar 2022-ci il tarixdə 4.000 manat borca pul istəmiş, həmin tarixdə yaşadığı evdə sonuncuya 4.000 manat pul vermişdir. Bundan sonra Elnarədən satdığı yataq dəstlərindən borclu qaldığı 4.000 manatı və borca verdiyi 9.000 manat pulu tələb etmişdir. Elnarədə tezliklə verəcəyini demişdir. Ancaq Elnarə pulunu qaytarmamışdır. Sonradan Elnarənin əri Arazı görmüş və sonuncuya arvadının onu aldatması barədə məlumat vermişdir. Araz isə Elnarənin etdiklərindən xəbərsiz olmasını bildirib, qanuni yolla şikayət etməyi bildirmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, o, yaşadığı mənzildə qadın geyimləri, yataq dəstləri və qızıl-zinət əşyaları satmaqla məşğul olur. Təqsirləndirilən şəxs müştərisi Zərərçəkmiş şəxs3 vasitəsilə tanımışdır. Elnarə ilə tanış olduqdan sonra, sonuncu mütəmadi olaraq yaşadığı mənzilə gəlib-getməyə başlamışdır. Elnarə daima yaşadığı mənzilə Aygün ilə gəlmişdir. 2021-ci ilin aprel ayında Elnarə Aygün ilə yaşadığı mənzilə gəlmişlər. Söhbət zamanı Elnarə demişdir ki, oğluna toy etmək üçün qızıl-zinət əşyaları almaq istəyir, lakin əlində nağd şəkildə pulu yoxdur. Elnarə xahiş etmişdir ki, nisyə qızıl satsın. Elnarə ərinin gəmidə işləməsini, yüksək əmək haqqı almasını və satacağı qızılın pulunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Elnarəni tanıdığı üçün, Aygün ilə gəlməsinə və sonuncunun daimi müştərisi olduğuna görə inanmışdır. Buna görə də, satdığı qızıl-zinət əşyalarını Elnarəyə göstərmişdir. 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində yaşadığı mənzildə Elnarəyə hissəhissə olmaqla, ümumilikdə 28.570 manat dəyərində müxtəlif növdə qızıl-zinət əşyalarını nisyə satmışdır. Elnarəyə qızılı Aygünün iştirakı ilə vermişdir. Bir dəfə Elnarə qızıl götürməsi üçün oğlu Xəzəri göndərmiş və o, qızılı Elnarənin oğluna vermişdir. Sonuncu dəfə isə qızılı Elnarəyə çatdırması üçün Aygünə vermişdir. Aygün də qızılı Elnarəyə vermişdir. Belə ki, Elnarə Aygündən və oğlu Xəzərdən qızılı təhvil aldığını bildirmişdir. Elnarəyə 28.570 manat dəyərində qızıl-zinət əşyalarını satdıqdan sonra, sonuncu hissəhissə olmaqla 8.900 manat pul ödəmişdir. Lakin, qalan 19.670 manat pulunu ödəməmişdir. Buna görə də, Elnarədən aldığı qızılların pulunu tələb etmiş, lakin Elnarə pulu olmadığını bildirmişdir. Bundan sonra, Elnarədən qızıllarını qaytarmasını tələb etmişdir. O, zaman Elnarə bildirmişdir ki, əri Araz mənzildən aldığı qızılları və pullarını götürmüşdür. Sonradan Elnarənin əri Araz ilə görüşdükdə, sonuncu arvadının qızıl-zinət əşyaları almasını və pulunu ödəməməsini bilmədiyini demişdir. Araz bildirmişdir ki, onun Elnarənin etdiklərindən xəbəri olmamış və arvadından şikayət etməyi məsləhət bilmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi1 bildirdi ki, Şahid4 Zərərçəkmiş şəxs2 arvadı, Şahid5 isə oğludur. Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs uzun illərdir ki, bir qonşu kimi tanıyır. Belə ki, onlar bir binada yaşayırlar. Elnarə əvvəllər Şahid4 ilə rəfiqə olmuşlar və mütəmadi olaraq yaşadıqları evə gəlib-getmişdir. Elnarənin əri Şahid6 ölkə hüdudlarından kənarda dənizdə işləyir. Bir gün Şahid4 evdə söhbət edən zaman bildirmişdir ki, Elnarənin əri Arazın Azərbaycan Dəniz Akademiyasında rəhbər vəzifədə işləyən qohumu var və istəyən olacağı halda dənizə işə düzəldə bilər. Zərərçəkmiş şəxs2 bacısı oğlu Haldun işsiz olduğu üçün, qərara gəlmişlər ki, Elnarənin qohumu Haldunu gəmidə işə düzəltsin. Buna görə də, Səliqə Elnarə ilə danışmış və sonuncu bildirmişdir ki, X3 qiyabi tədris almaq üçün düzəldəcək, eyni zamanda gəmidə matros kimi işə başlayacaqdır. Elnarənin deməsinə görə, Haldun sonradan Arazın köməkçisi kimi gəmidə işləyə bilər və 2.000 ABŞ dolları əmək haqqı ala bilər. X10 işi düzəlməsi üçün 35.000-40.000 manat pul istəmişdir. Lakin, Zərərçəkmiş şəxs2 bacısının həmin məbləğdə pulu olmamışdır. 2021-ci ilin oktyabr ayında Etibar evdə olan 36.000 manat pulu Səliqəyə vermiş, Səliqə isə həmin pulu Elnarəyə vermiş və sonuncu əlyazma şəklində qəbz vermişdir. Elnarə pulu götürmüş və işə düzəldəcəyinə söz vermişdir. Həmin ərəfələrdə Etibarın oğlunun dostu Zərərçəkmiş şəxs5 onun da gəmidə işə düzəldilməsini xahiş etmişdir. Səliqə Elnarə ilə danışmış və sonuncu Xəyyamı da gəmidə matros kimi işə düzəldə biləcəyini demişdir. Elnarə Xəyyamı işə düzəltmək üçün 15.000 manat pul istəmiş və aylıq 1.000 ABŞ dolları əmək haqqı alacağını demişdir. Xəyyam da razılaşmış və 08 noyabr 2021-ci il tarixdə evlərində Xəyyam Səliqənin iştirakı ilə Elnarəyə 15.000 manat pul vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Elnarə Etibar və Səliqəni, həmçinin, Xəyyamı da aldatmışdır. Belə ki, razılaşdıqları müddət çatmış, lakin heç bir nəticə olmamışdır. Elnarənin əri Araz Bakı şəhərinə gəldikdən sonra, Elnarənin götürdüyü 36.000 manat puldan 10.000 manatını onlara qaytarmışdır. Zərərçəkmiş şəxs2 dəymiş ziyandan qalan 26.000 manat pul hal-hazıradək qaytarılmamışdır. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Təqsirləndirilən şəxs bir ildən artıq olar ki, tanımışdır. Təqsirləndirilən şəxs dostu Elvinin anası Şahid4 vasitəsilə tanımışdır. Elvinlə dost olduğu üçün, mütəmadi olaraq biri-birilərinin yaşadığı mənzilə gedib-gəlmiş və ailə üzvlərini yaxından tanımışdır. Təqsirləndirilən şəxs Elvinin yaşadığı mənzilin yerləşdiyi binada yaşamışdır. 2021-ci ilin oktyabr ayında Elvinin yaşadığı mənzildə söhbət edən zaman, sonuncunun anası Səliqə bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumlarını gəmidə işə düzəldəcək və bunun üçün pul da vermişlər. Həmin vaxtadək Elnarəni tanımamış və görməmişdir. İşsiz olduğu üçün, Səliqə xanımdan xahiş etmişdir ki, onu da gəmidə işə düzəlməsinə köməklik etsin. Danışıqlarında dostu Elvin də iştirak etmişdir. Bir neçə gün keçdikdən sonra, dostu Elvinin anası Səliqə xanım Elvinə məxsus telefonla zəng edərək bildirmişdir ki, Elnarə ilə onun barəsində danışmış və sonuncu gəmidə matros kimi işə düzəldə biləcəyini demişdir. Elnarə Səliqə xanımdan işə düzəltmək üçün 15.000 manat pul istəmiş və aylıq 1.000 ABŞ dolları əmək haqqı alacağını bildirmişdir. O, buna razılaşmış və həmin pulu verəcəyini demişdir. 08 noyabr 2021-ci il tarixə qədər 15.000 manat pul düzəltmiş və Səliqə xanımın yaşadığı evə getmişdir. Həmin vaxt Səliqə xanım Elnarəyə zəng edərək, gəlməyini bildirib evə çağırmışdır. Elnarə gəldikdən sonra, Səliqə xanım Elnarəyə işə düzəlmək istəyən şəxs olduğunu bildirib, onları tanış etmişdir. Elnarə bildirmişdir ki, gəmidə matros kimi işə düzəldəcək və 1.000 ABŞ dolları əmək haqqı alacaqdır. Elnarə pulu gətirib-gətirmədiyini soruşduqda, o, 15.000 manat pulu vermiş, Elnarə isə pulu sayaraq götürmüşdür. Lakin bir neçə ay keçdikdən sonra, işin düzəlmədiyini görüb, Səliqə xanım ilə əlaqə saxlamışdır. Səliqə xanım bildirmişdir ki, problem yaranmış və Elnarə onları aldatmışdır. Səliqə xanım Elnarəyə ərinin bacısı oğlunu da işə düzəltmək üçün pul verməsini bildirmişdir. Səliqə xanım Elnarədən pulu tələb edib alacağını bildirmişdir. Lakin Elnarə pulu qaytarmamışdır. Bu səbəbdən məcbur olub, hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hal-hazıradək ona dəymiş ziyanın məbləği kimi 15.000 manat pulu qaytarılmamışdır. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs onun yaşadığı binada yaşayır. Elnarə ilə həmişə normal münasibətdə olmuş və heç vaxt aralarında narazılıq olmamışdır. Elnarənin əri Şahid6 xarici ölkədə dənizdə işləyir və bu səbəbdən sonuncu Bakı şəhərinə gec-gec gəlir. Elnarə ilə mütəmadi olaraq görüşüb söhbət etmişlər. Görüşlərinin birində Elnarə bildirmişdir ki, əri Arazın qohumu Azərbaycan Dəniz Akademiyasında rəhbər vəzifədə işləyir. Elnarə həmin qohumunun vasitəsilə istəyən şəxsləri xaricdə yüksək maaşla gəmidə işlə təmin edə biləcəyini demişdir. Oğlu işsiz olduğu üçün, Elnarə ona əri Arazın yanında gəmidə işə düzəldə biləcəyini təklif etmişdir. Bu barədə ailə üzvlərinə xəbər vermiş, lakin oğlu istəməmişdir. Bu barədə Elnarənin əri Araz əri Etibara da bildirmiş, lakin oğlu dənizdə işləmək istəməmişdir. Ərinin bacısı oğlu Haldun işsiz olduğu üçün, Elnarə ilə görüşmüş və Haldunu işə düzəltməsini xahiş etmişdir. Elnarə bildirmişdir ki, X3 qiyabi tədris almaq üçün düzəldəcək, eyni zamanda, gəmidə matros kimi işə başlayacaqdır. Elnarə Haldunun 2.000 ABŞ dolları əmək haqqı alacağını bildirmişdir. Uzun illər tanıdığına və qonşu olduğuna görə, Elnarəyə inanmışdır. Elnarə həmin işlərin görülməsi üçün 35.000-40.000 manat pul lazım olacağını demişdir. Elnarəyə pul barədə qohumlarına xəbər verdikdən sonra, razılıq əldə olunacağı halda, ona xeber verəcəyini demişdir. Bundan sonra, əri Etibara bu barədə məlumat vermiş və Etibar bacısının pulu olmadığını bildirib, özü verəcəyini demişdir. 14 oktyabr 2021-ci il tarixdə Etibar evdə olan 36.000 manat pulu ona verərək, Elnarəyə çatdırmağını xahiş etmişdir. Həmin gün Elnarəni evə çağırıb, 36.000 manat pulu sonuncuya vermişdir. Elnarə də həmin pulu götürmüş və bir daha söz vermişdir ki, əri Araz Haldunu gəmidə işə düzəldəcəkdir. Elnarə pulu ala zaman, 36.000 manat pulu alması ilə bağlı iltizam yazmışdır. Elnarə Haldunun 2022-ci ilin yanvar ayında işə çıxacağını demişdir. Bu hadisədən bir neçə gün sonra, oğlu Elvinin dostu Xəyyam adlı şəxs onlara gəlmiş və söhbət zamanı məlum olmuşdur ki, Xəyyam işsizdir. Kömək etmək məqsədi ilə Xəyyama Elnarənin bildirdikləri barədə məlumat vermişdir. Bunu eşidib, Xəyyam da dənizdə işləmək istədiyini bildirmişdir. Elnarə onlara gəldikdə, Xəyyamın barəsində danışmış və sonuncu X12 gəmidə matros kimi işə düzəldə biləcəyini bildirib, 15.000 manat pul istəmişdir. Xəyyama deyəcəyini və xəbər edəcəyini demişdir. Səhəri gün oğlunun mobil telefonu ilə Xəyyama zəng etmiş və demişdir ki, Elnarə ilə barəsində danışmış və sonuncu gəmidə matros kimi işə düzəldə biləcəyini, aylıq 1.000 ABŞ dolları əmək haqqı alacağını, lakin bunun qarşılığında 15.000 manat pul istəyir. Xəyyam razılaşmış və bir müddətdən sonra, Xəyyam onlara gəlib, 15.000 manat pul gətirdiyini demişdir. Həmin vaxt o, Elnarəyə zəng edərək çağırmış və gəldikdə, Elnarə Xəyyama demişdir ki, gəmidə matros kimi işə düzəldəcək və 1.000 ABŞ dolları əmək haqqı alacaqdır. Elnarə Xəyyamdan 15.000 manat pulu almış və bu barədə iltizam yazıb, Xəyyama vermişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Elnarə onları və Xəyyamı aldatmışdır. Belə ki, razılaşdıqları müddət ərzində heç bir nəticə olmamışdır. Elnarənin onları aldatmasını başa düşdükdən sonra, sonuncudan pulu tələb etmişlər. Sonradan Elnarənin əri Araz oğlu Elvinə 10.000 manat pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə lombard kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanımışdır. Belə ki, Elnarə ilk dəfə onun iş yerinə gələrək, özü ilə gətirdiyi qızıl zinət əşyalarını girov qoyaraq, 22.000 manat pul götürüb, aylıq 3,5 faiz olmaqla, hər ay 770 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Sonradan Təqsirləndirilən şəxs lombarda gələrək, 6.000 manat pul lazım olduğunu, lakin girov qoymağa qızılı olmadığını bildirmiş və mümkün olacağı halda, notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. O, razılşaraq, 50 saylı notariat kontorunda 6.000 manat pulu Elnarəyə verməklə bağlı borc müqaviləsi bağlamışlar. Başqa bir vaxt Təqsirləndirilən şəxs bir ədəd boyunbağı kulon ilə birlikdə, iki ədəd qolbağ və bir ədəd üzük olmaqla, 55 qram, 585 əyarlı olan qızıl zinət əşyalarını təqdim edərək, hər ay 114 manat pul ödəmək şərtilə, 3.250 manat pul götürmüşdür. Növbəti dəfə lombarda Təqsirləndirilən şəxs oğlu Şahid3 yaxınlaşaraq, anası tərəfindən bir ədəd boyunbağı, bir ədəd qolbağı olmaqla, 46.7 qram, 585 əyarlı olan qızıl-zinət əşyalarını girov qoyaraq, hər 100 manat ödəmək şərtilə, 2.800 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs ümumilikdə lombarda girov qızıl qoymaqla, 28.050 manat pul götürmüş, eyni zamanda, əlavə olaraq borc müqaviləsi bağlayaraq, 6.000 manat pul götürmüşdür. Elnarə ilə söhbət zamanı, bu qədər pulun hansı səbəbdən lazım olduğunu soruşduqda, 6000 manat pulu oğlunun təhsil haqqı üçün götürdüyünü, son girov qoyduğu qızılları isə mənzil aldığını və ilkin ödəniş üçün təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bir ay pul ödədikdən sonra, növbəti iki ay ərzində ödəniş etməmişdir. O, Təqsirləndirilən şəxs mobil telefonuna dəfələrlə zəng edərək, aylıq ödənişləri ödəməsini tələb etdikdə, Elnarə hər dəfə müxtəlif bahənələr gətirərək, ödənişdən yayınmışdır. Bir neçə ay Elnarənin ödənişini gözləmiş, sonradan Elnarə ərinin xaricdə olduğunu deyərək, ərinin pul göndərməsini, bütövlükdə həm faizləri, həm də əsas məbləğləri ödəyib girov qoyduğu qızılları götürəcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs əri Araz adlı şəxs mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, lombarda yaxınlaşmışdır. Söhbət zamanı Şahid6 arvadı Təqsirləndirilən şəxs onu aldatdığını deyərək, Elnarənin ev almaq məqsədi olmadığını, eyni zamanda övladının təhsili üçün pul vermədiyini bildirmişdir. O, Elnarənin ümümi olaraq 34.050 manat borcunun qaldığını demişdir. Araz faizləri güzəşt etməsini xahiş edərək, onsuzda borc içində olduğunu söyləyib, pulu verə bilməyəcəyini, qızılları satmağını bildirmişdir. Daha sonra Elnarə özü pulu verə bilmədiyini, qızılları satmağını söyləmişdir. Qızılları satsa da, 4.000 manat zərər etmişdir. Araz 2.000 manat pul ödəmiş, lakin sonradan Təqsirləndirilən şəxs boşayacağını, ondan xəbərsiz olaraq bir neçə şəxslərdən qızıl və pul aldığını deyərək, Elnarənin işlərinə qarışmayacağını söyləyib, Təqsirləndirilən şəxs şikayət etməyini təklif etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayından ünvan 7 ünvanında yerləşən lombardı icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən avqust-sentyabr aylarından müştəri olaraq tanımışdır. Belə ki, həmin ərəfədə Elnarə iş yerinə gələrək, özü ilə gətirdiyi qızılları girov qoyub, müxtəlif məbləğlərdə pul götürərək, sonradan borcunu bağlamışdır. Sonradan Elnarə oğlu ilə birlikdə gəlib, özünün şəxsiyyət vəsiqəsi yanında olmadığı bildirib, oğlunun vəsiqəsi ilə iki ədəd boyunbağı, iki ədəd kulon və bir ədəd üzükləri girov qoyaraq, 2.000 manat pul götürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir cüt sırğa və kulonlu boyunbağı, iki cüt sırğa və bir ədəd kulonlu boyunbağını girov qoyaraq, 3.700 manat pul götürmüşdür. Sonradan Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə, yenidən dörd ədəd qolbaq və dörd cüt sırğaları girov qoyaraq, 4.000 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs götürdüyü qızıl-zinət əşyaları üçün 9.700 manat puldan hər hansı bir ödəniş etməmişdir. Dəfələrlə tərəfindən Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib ödəniş etməyi ilə bağlı məlumat vermək istəsə də, mobil telefonuna zəng çatmamış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə mobil telefon nömrələrindən istifadə edir. 2022-ci ilin fevral ayında tanımadığı mobil telefon nömrəsindən zəng edən şəxs Təqsirləndirilən şəxs əri olduğunu bildirib, Elnarənin pulları ödəyə bilməyəcəyini və girov qoyduğu qızıl-zinət əşyalarının hamısının satmağını bildirmişdir. Bundan sonra, bir həftə də, əlavə olaraq gözləməyinə baxmayaraq, ödəniş olmadığından, həmin qızılları satışa çıxardaraq, Təqsirləndirilən şəxs verdiyi pulunu əldə etmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə yerlərə qızıl-zinət əşyalarını girov qoyaraq, hər hansı bir ödəniş etməməklə həmin əşyalar satılmışdır. İş üzrə Şahid3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Şahid3 məhkəməyə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs anası olduğundan, məhkəmə iclasında ifadə vermək istəmədiyini göstərmişdir. İbtidai istintaqda şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1996-cı ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki övladları olmuşdur. 2012-ci ildən BƏƏ-nin Dubay şəhərində gəmi kapitanı vəzifəsində işləməyə başlamışdır. 2022-ci ilin yanvar ayının əvvəli Sevinc adlı qadının vasitəsilə ona məlumat verilmişdir ki, arvadı Təqsirləndirilən şəxs əri ilə yaxın münasibətdə olmuş və ailəsinin dağılmasına səbəb olmuşdur. Bu xəbəri eşidəndən sonra xx.xx.2022-ci il tarixdə BƏƏ-dən Bakı şəhərinə yaşadığı evə gəlmişdir. Elnarə ilə söhbət edib, sonuncunun istifadəsində olan üç ədəd mobil telefonlarını alıb baxdıqda, telefon danışıqlarını çıxartmaq məqsədilə, sonuncu ona etibarnamə vermişdir. Bundan sonra, “Azercell” şirkətinə müraciət etmiş və aldığı cavabda Elnarənin daimi olaraq ***-***-**-** mobil nömrəsi ilə danışdığını görmüşdür. Daha sonra Elnarənin bir neçə nəfər şəxsdən pul və qızıl alaraq borcu yaranmasını öyrənmişdir. Məlum olmuşdur ki, Elnarə bəzi şəxslərdən faizə, bir nəfər qadından isə nisyə qızıl-zinət əşyaları almışdır. Lakin, Elnarənin pul aldığı şəxslər isə onun işə düzəltmək və mənzil satmaq adı ilə pul almasını iddia etmişlər. Elnarənin özü ilə bu barədə danışdıqda, sonuncu təsdiq etməyərək bildirmişdir ki, o, heç kimdən mənzil satmaq və yaxud işə düzəltmək adı ilə pul almamışdır. Bu söhbətləri eşidəndən sonra, Elnarə ilə arasında narazılıqları yaranmış, sonuncudan aldığı pulları hara xərcləməsini və kimə verməsini soruşduqda, cavab olaraq qardaşı uşaqları üçün təhsil haqqı ödəməsini, valideynlərinin xəstəliyi ilə əlaqədar müalicələrinə xərcləməsini bildirmişdir. Sonradan isə pulları faiz borclarını ödəməsini demişdir. Bakı şəhərinə gəldikdən sonra, qonşusu Etibar yaxınlaşaraq, Təqsirləndirilən şəxs arvadından işə düzəltmək adı ilə 36.000 manat pul almasını, daha sonra bir nəfər şəxsdən matros işinə düzəltmək adı ilə 15.000 manat pul aldığını, Sevil adlı qadından qızıl-zinət əşyaları aldığını demişdir. Elnarədən qızıl-zinət əşyalarını hara verdiyini soruşduqda, cavab olaraq satdığını bildirmişdir. Elnarədən birgə nikah müddətində aldığı qızılları və Dubaydan göndərdiyi pulları nə etməsini soruşmuş, sonuncu da bildirmişdir ki, göndərdiyi pulla Səliqə, Sevil və Aygün adlı qadınlara faiz ödəmiş, digər Sevil adlı qadına isə qızıl pulundan ödəniş etmişdir. Həmin lombardları Elnarə ilə birlikdə harada olmasını dəqiqləşdirmək məqsədilə, birlikdə ilk olaraq “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olan üç lombarda yaxınlaşmışlar. 7.100 manat dəyərində qızıl-zinət əşyalarının Elnarə tərəfindən girov qoyulmasını bildirmişlər. 7.100 manat pul ödəyib lombarddan qızılları çıxarmışdır. Daha sonra, “Muğanbank”ın “Neftçilər” filialına yaxınlaşmış və orada Elnarənin 34.000 manat dəyərində qızıl-zinət əşyalarını girov qoyaraq, 22.000 manat pul götürməsini, həmçinin "xxxx"ın “Neftçilər” filialında 49.000 manat dəyərində qızıl-zinət əşyalarını girov qoyaraq, həmin bankdan 22.000 manat pul götürməsini öyrənmişdir. Bundan sonra, Elnarənin “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən lombarda 29.000 manat dəyərində qızıl-zinət əşyaları girov qoymasını öyrənmişdir. Bakı şəhərində olmadığı müddətdə Elnarə aldığı, lakin onun adına sənədləşdirilməmiş üç otaq mənzili həmin lombarda girov qoymaq istəmiş, ancaq razılığı olmadığı üçün mənzili girov qoya bilməmişdir. Özünün yaşadığı evdə bir kiloqrama yaxın qızıl-zinət əşyaları olmuşdur. Bakı şəhərinə gəldikdən sonra, qızılların harada olmasını soruşduqda Elnarə bildirmişdir ki, qızılları lombarda qoymuş, ona göndərdiyi pulları isə borclarına vermişdir. Elnarənin hərəkətlərini tam öyrəndikdən sonra, sonuncu ilə “Muğanbank”a getmiş və 23.000 manat pul ödəyərək, qızılları girovdan çıxarmışdır. Səhəri gün həmin qızılları DİN-nin inzibati binası ilə qarşı-qarşıya olan qızıl mağazasında Əli adlı şəxsə 21.600 manata satmaqla 1.400 manat ziyanlıq edəcəyini fikirləşib imtina etmişdir. 2022-ci ilin fevral ayında yaşadığı evdə olan zaman, “Turan Bank”ın əməkdaşları gəmişlər və onlarla banka getmişdir. Bankdan təklif olunmuşdur ki, Elnarə tərəfindən girov qoyulmuş qızılların pulunu ödəyib qızılları çıxarsın. Lakin, qızılları çıxardıqda ziyanlıq edəcəyini fikirləşib imtina etmişdir. Eyni zamanda, Elnarə tərəfindən lombardlara girov qoyulmuş qızılları ziyanlıq edəcəyi üçün çıxarmamışdır. Yalnız “Muğanbank”-dan və üç lombarddan qızılları girovdan çıxarmışdır. Həmin qızıl-zinət əşyalarının da öz qızılları kimi bilərək çıxarmışdır. Üç lombarddan çıxardığı qızılları “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanıdığı şəxslərə satmış, lakin ziyanlıq etmişdir. 2022-ci ilin fevral ayında qonşusu Etibar adlı şəxs zəng edərək, ciddi məsələ olmasını bildirib, binanın dəhlizinə çağırıb görüşməyi təklif etmişdir. Bundan sonra binanın dəhlizində Etibar ilə görüşmüş və sonuncu əl yazması göstərmişdir. Əl yazmasına baxdıqda görmüşdür ki, Elnarə 36.000 manat pul almasını göstərmişdir. Bundan sonra, Türkiyədə işləyən oğlu ilə telefonla danışıb onun Bakı şəhərinə gəlməsini xahiş etmişdir. Oğlu Bakı şəhərinə gəldikdən sonra, anası Elnarənin hərəkətlərindən xəbərsiz olmasını və anasını polis aparacağı halda özünü öldürəcəyini bildirmişdir. Bundan sonra oğluna görə, 2022-ci ilin ferval ayında uşaqlarının təkidi ilə yaşadığı evdə Etibarın arvadı Səliqəyə və oğlu Elvinə 10.000 manat pul qaytarmışdır. Elvin anası Səliqə ilə gəlmişdir. Onlara pul qaytarmağı ilə bağlı iltizam yazdırmış və imza etmişlər. Oğlu qalan pulu da işləyib verəcəyini demişdir. Lakin, o və uşaqları Elnarənin əxlaqsız hərəkətlər etməsini görüb, oğlu pulun ödənilməsindən imtina etmişdir. Elnarə ilə nikahının pozulması üçün məhkəməyə müraciət etmişdir. Elnarənin isə haraya getməsini və harada yaşamasını bilməmişdir. Elnarənin əxlaqsız və digər hərəkətləri barədə məlumat aldıqdan sonra sonuncunun adına olan əmlaklarını çıxarmışdır. Belə ki, Elnarənin əmlakını satacağından və yaxud girov qoymasından ehtiyyat etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Şahid4 qohumlarını gəmidə işə düzəltmək üçün 36.000 manat, Zərərçəkmiş şəxs5 isə onun gəmidə matros kimi işə düzəltmək üçün 15.000 manat almasından məlumatı olmamışdır. Bakı şəhərinə gəldikdən sonra, Elnarənin əxlaqsız hərəkətlər etməsini və çoxsayda şəxslərdən faizə pul almasını öyrənmişdir. Elnarənin həmin pulları nə etməsini bilməmişdir. Elnarə heç vaxt ona pul verməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,794-cü məhəllədə yerləşən 17 mərtəbəli binanın 11-ci mərtəbəsində 6-cı blokda 57 nömrəli mənzili olmuşdur. Həmin mənzili Elnarənin adına almışdır. Həmin mənzili Elnarənin razılığı və iştirakı ilə Cavid adlı şəxsə satmışdır. Həmin mənzili Təqsirləndirilən şəxs Sevil adlı qadına satmasından xəbəri olmamışdır. Həmin mənzili heç vaxt satmaq niyyətində olmamışdır. Sevilin danışıqları vardır, həmin danışıqlarda Elnarəyə 20.000 manat pulu borc verməsi əks olunur. Eyni zamanda, həmin danışıqlarda Elnarə ilə Sevilin arasında Nərimanov rayonunda olan mənzil deyil, Abşeron rayonu Xırdalan şəhərində olan “AFF Park” yaşayış kompleksində olan mənzil barədə danışıqlar olmuşdur. Etibar ilə xaricdə olan zaman bir dəfə danışmışdır. Etibar tanışının gəmidə matros kimi işə düzəlməyin mümkün olubolmamasını demişdir. Maraqlanıb Etibara demişdir ki, matros kimi mümkün deyil, lakin motorçu kimi düzələ bilər. Bundan başqa Etibar ilə xaricdə olan zaman danışığı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan əlyazma şəklində tərtib olunmuş iltizamda qeyd olunur ki, “Mən, Həsənova X4 rayonundakı evi satmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 50 min manat pulu yanvar ayının 5-də aldım, qalan 50 min Araz Dubaydan gələndən sonra verməyi Sevil söz verdi. Ev mənim adımadır”. İş materiallarında olan əlyazma şəklində tərtib olunmuş iltizamda qeyd olunur ki, “Mən, Təqsirləndirilən şəxs 14 oktyabrda Orucova (Alıbəyova) Səliqədən 36 min manat aldım”. İş materiallarında olan əlyazma şəklində tərtib olunmuş iltizamda qeyd olunur ki, “Mən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 onu gəmiyə işə düzəltmək üçün 15 min pulu aldım, iş düzəlməsə 15 min manatı qaytarmağı söz verirəm”. İş materiallarında olan əlyazma şəklində tərtib olunmuş iltizamda qeyd olunur ki, “Mən, Təqsirləndirilən şəxs Şahid4 baldızı oğlu Haldunun gəmiyə işə düzəltmək üçün 36.000 manat pulu aldım, əgər işi düzəlməsə 36.000 manatı geri qaytarmağı söz verirəm”. İş materiallarında olan girov biletlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə 22.000 manat qiymətində, 3.5 faiz olmaqla, aylıq 770 manat ödənilməklə, 17,2 qram onluq, 750 əyarlı, 36,4 qram üç ədəd boyunbağı, 750 əyarlı, 30,2 qram bir cüt sırğa və bir ədəd qolbağ, 585 əyarlı, 20,6 qram bir ədəd qolbaq, 585 əyarlı 24,7 qram dörd cüt sırğa, 585 əyarlı 25,8 qram üç ədəd üzük, 585 əyarlı 39,9 qram üç ədəd boyunbağı, 23 noyabr 2021-ci il tarixdə, 3.250 manat qiymətində, 3.5 faiz olmaqla, aylıq 114 manat ödənilməklə, 585 əyarlı, 55 qram çəkidə, bir ədəd kulonlu boyunbağı, iki ədəd qolbaq və bir ədəd üzük, 08 yanvar 2022-ci il tarixdə 2.800 manat qiymətində, 3.5 faiz olmaqla, aylıq 100 manat ödənilməklə, 585 əyarlı, 46,7 qram çəkidə, bir ədəd boyunbağı və bir ədəd qobağından ibarət qızıl-zinət əşyaları Şahid1 tərəfindən girov kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə, 4.000 manat qiymətində, 3.5 faiz olmaqla, aylıq 120 manat ödənilməklə, dörd ədəd 750 əyarlı, 18 qram qolbağ, dörd cüt 585 əyarlı, 54.5 qram sırğa, 08 oktyabr 2021-ci il tarixdə, 3.700 manat qiymətində, 3.5 faiz olmaqla, aylıq 171 manat ödənilməklə, 585 əyarlı, 43 qram, üç ədəd üzük, üç cüt sırğa, 750 əyarlı 16.3 qram, iki ədəd kulonlu boyunbağı, 9 ədəd 6 qram diş, 29 noyabr 2021-ci il tarixdə, 2.000 manat qiymətində, 3.5 faiz olmaqla, aylıq 160 manat ödənilməklə, 750 əyarlı, 30,5 qram, iki ədəd boyunbağı, bir ədəd kulon və bir ədəd üzük Şahid2 tərəfindən girov kimi götürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də kredit götürmək məqsədilə hesablar açılmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MTK-nin ünvan 8 ünvanında yerləşən 17 mərtəbəli binanın 11-ci mərtəbəsində blok 6, mənzil 57 ünvanı 14 aprel 2018-ci il tarixdə 26 nömrəli müqavilə əsasında Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 27 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 50.000 manat və mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 60.000 manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildiyi və xeyli miqdarda ziyan vurmaqla törədildiyi halda, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunur ki, “...dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir”. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ifadələrində heç kimi aldatmadığını, pulunu ələ keçirmədiyini, Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 ev satmaq və yaxud işə düzəltmək adı ilə pul almadığını, həmin şəxslərdən pulu faizə almasını, Zərərçəkmiş şəxs4 aldatmadığını, nisyə qızıl-zinət əşyaları olmasını, Zərərçəkmiş şəxs5 isə ümumiyyətlə tanımadığını göstərsə də, həmin xüsusat məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini və törətdiyi əməli qismən etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 05 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 50.000 (əlli min) manat maddi ziyan vurulduğu sübut olunduğundan, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, məhkəmə iddia tələbinin 10.000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd olunur ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının (zərərçəkmiş şəxsin) keçirdiyi mənəvi sarsıntının xarakterini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən (təqsirləndirilən şəxsdən) iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi olaraq 50.000 (əlli min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat olmaqla, cəmi 51.000 (əlli bir min) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 05 may 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi olaraq 50.000 (əlli min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat olmaqla, cəmi 51.000 (əlli bir min) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar