Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-356/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı –Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 01 mart 2017-ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə Bələdiyyəsinin Torpaq və Ərazi İdarəetmə tərəfindən onun anası Şahid2 Kürdəxanı “T” Bağ massivində şərti olaraq 1141Z bağ nömrəsi ilə verilmiş faktiki onun mülkiyyətinə olan 3000,0 m2 bağ sahəsinə dair anası Şahid2 adından 14 dekabr 2019-cu il tarixli AR-İ № 914479 saylı Zərərçəkmiş şəxs adına etibarnamə verməklə satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 10 dekabr 2019- cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlı çayxanada 4.000 manat, 2019-cu ilin dekabr ayının sonlarında Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 5.000 manat, 2020-ci ilin yanvar ayının əvvəllərində Xətai rayonu, “Ukrayna” dairəsinin yaxınlığında 1.000 manat, 2020-ci ilin yanvar ayının ortalarında Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 500 manat, 2020-ci ilin yanvar ayının sonlarında həmin ünvanda 800 manat, 2020-ci ilin yanvar ayının sonlarında həmin ünvanda 200 manat, 2020-ci ilin fevral ayının əvvəllərində həmin ünvanda 500 manat, 2020-ci il n fevral ayının sonlarında Xətai rayonu, Babək prospekti 43A-da yerləşən “Audi” servisin yaxınlığında 1.000 manat, 2020-ci ilin marı ayının əvvəllərində Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 600 manat və 2020-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanının qarşısında 2.000 manat, cəmi 16.500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirdikdən sonra 13 yanvar 2021-ci il tarixdə bağ sahəsinə görə Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirərək Zərərçəkmiş şəxs Aslan oğluna ümumilikdə 16.500 (on altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs Aslan oğlunu 2019-cu ildə tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Rabili bizneslə məşğul olan şəxs kimi tanımışdır. Anası Xanımnisənin adına olmaqla faktiki ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 1141 Z nömrəli 30 sot torpaq sahəsi olmuşdur. Həmin bağ sahəsini satmaq qərarına gəlmiş və bu barədə tanışlarına demişdir. 2019-cu ildə söhbət zamanı Azad ona Rabilin həmin torpaq sahəsini almaq istədiyini demişdir. Bu barədə Rabillə görüşən zaman danışmışdır. Rabillə birlikdə gedib torpaq sahəsinə baxış keçirmiş və Rabil həmin yeri almaq istədiyini demişdir. Əslində 4 dükan və 30 sot torpaq sahəsini 50.000 manata Rabilə satmaq barədə razılaşmışlar. Rabil ilkin olaraq 2019-cu ilin dekabr ayının əvvəllərində ona 3.000 manat pul beh kimi vermişdir. 14 dekabr 2019-cu il tarixdə Rabilin adına anası Xanımnisənin adından etibarnamə vermişdir. Rabil bir ay ərzində bütün pulu ödəyəcəyini demişdir. 2020-ci ilin mart ayının ortalarına qədər Rabil hissə-hissə olmaqla ona 12.500 manat pul vermişdir. Bundan əlavə Rabil ona ***-***-**-** saylı mobil nömrəni verib 4.000 manata qiymətləndirmişdir. Beləliklə Rabil ona 16.500 manat pul vermiş olmuşdur. O da Rabilə avtomobil vermiş, motorunu xarab edib qaytarmışdır. Rabilin bildirdiyi vaxt keçməsinə baxmayaraq sonuncu torpağın pulunu tam şəkildə ödəməyib hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 28 iyul 2020-ci il tarixdə Rabil törətdiyi cinayət əməlinə görə həbs olunmuşdur. Rabil tutulduqdan sonra da bir neçə dəfə Rabil və sonuncunun qardaşı ilə danışıb torpaq, sataraq onun pulunu verməsini demişdir. Bir müddət sonra ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və həmin nömrə ilə danışan zaman danışan şəxs qeyd olunan nömrəni özünün aldığını demişdir. O, Rabilin onu aldatdığını və pulunu verməyəcəyini başa düşüb xx.xx.2021-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. Daha sonra Rabil həbsdən çıxmış və Rabillə görüşmüşdür. Rabilə torpağı satmasını və pulunu verməsini demişdir. Rabil isə onu hədələyərək şikayət edəcəyini bildirmişdir. Rabil pulu ödəmədiyi və verdiyi ***-***-**-** saylı mobil nömrəni başqa şəxsə satdığı üçün sonuncunun adına verilmiş etibarnaməni ləğv etdirmişdir. Hazırda borcu hissə-hissə ödəməklə bağlı zərərçəkmiş şəxsə müraciət etmiş, razılaşmamışdır. Göstərilənlərə əsasən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 vasitəsi ilə tanımışdır. 2019cu ilin dekabr ayında Azadla bir yerdə olan zaman Taleh onların yanına gəlmişdir. Söhbət zamanı Taleh özünə məxsus Kürdəxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi olduğunu və satmaq istədiyini demişdir. O da Talehə torpaq sahəsinə baxmağı və münasib qiymətə verərsə ala biləcəyini bildirmişdir. Bir neçə gün sonra Azad və o, birlikdə Talehlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində görüşərək Ləhiş bağ massivində yerləşən sahəyə baxmışdır. Torpaq sahəsi yarımçıq hasarlanmış vəziyyətdə olmuş və üzərində heç bir tikili olmamışdır. Taleh torpaq sahəsini 30.000 manata satdığını bildirmişdir. Torpaq sahəsi Talehə Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin sənədi əsasında verilmişdir. Talehlə torpaq sahəsini 30.000 manata almağa razılaşmış, lakin pulu hissə- hissə 6 ay ərzində ödəyəcəyini bildirmişdir. Taleh onunla razılaşmış və 10 dekabr 2019- cu il tarixdə saat təxminən 11 radələrində Azadla birlikdə Talehlə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlanan çayxanada görüşmüşdür. Talehə Azadın yanında ilkin olaraq 4900 manat pul vermişdir. 14 dekabr 2019-cu il tarixdə şəxsiyyət vəsiqəsini Talehə vermiş və Taleh anasının adından 15 saylı notariat kontorda təsdiq olunmuş 14 dekabr 2019-cu il tarixli AR-İ № 914479 saylı etibarnaməni ona təqdim etmişdir. Həmin etibarnamə əsasında torpaq sahəsi üzərində olan hüquqları anası ona həvalə etmişdir. 2019-cu ilin dekabr ayının son günlərində saat 12 radələrində Talehlə Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək sonuncuya 5000 manat pul vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Talehlə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi adlana yerin yaxınlığında görüşüb 1000 manat vermişdir. 2020ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 500 manat, 2020-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 800 manat, 2020-ci ilin yanvar ayının sonlarında təkrarən Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 200 manat, 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 500 manat, 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 43A-da yerləşən “Audi” servisin yaxınlığında tanışı Fəridin yanında 1000 manat, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 600 manat, sonuncu 2000 manat pulu 2020-ci ilin mart ayının ortalarında Talehlə NZS qəsəbəsində görüşərək evlərinin yanında vermişdir. 2019-cu ildən 3 aya, yəni 2020-ci ilin mart ayınadək 16500 manat vermişdir. 28 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq idarəsində CM-nin 179.4 maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirli bilinib barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də Talehə pulu tam şəkildə ödəyə bilməmişdir. Bu barədə Talehə məlumat verib vermiş pulu tezliklə ödəyəcəyini bildirmişdir. 26 aprel 2021-ci il tarixdə o, azadlığa çıxmışdır. O, işləri ilə maraqlanan zaman Talehin xx.xx.2021-ci il tarixdə etibarnaməni ləğv etdirdiyini öyrənmişdir. Etibarnamə ləğv olunduğu üçün dələduzluq etdiyini düşünmüşdür. Talehlə görüşüb bu barədə bildirmişdir. Taleh isə pulu gecikdirdiyi üçün etibarnaməni ləğv etdirdiyini və həmin torpaq sahəsinə, yeni sənəd aldığını bildirmişdir. Həmin vaxt Talehə verdiyi 16.500 manat pulu geri tələb etmişdir. Taleh isə söz vermişdir ki, torpaq sahəsini salıb onun pulunu verəcək. Buna baxmayaraq sonradan məlum olmuşdur ki, Taleh torpaq sahəsini başqa şəxsə satmış və onun 16.500 manat pulunu verməmişdir. Taleh ona torpaq satmaq adı ilə 16.500 manat pul almışdır. Həmin 16500 manat puldan əlavə ***-***-**-** saylı mobil nömrəni vermişdir. Sonradan nömrənin qiyməti ilə razılaşmadıqları üçün nömrəni ləğv etdirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə 20 ildən çoxdur ki tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin dekabr ayında Rabillə bir yerdə olan zaman Taleh onların yanına gəlmişdir Söhbət zamanı Taleh özünə məxsus Kürdəxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi olduğunu və satmaq istədiyini demişdir. Rabil də Talehə torpaq sahəsinə baxmağı və münasib qiymətə verərsə ala biləcəyini bildirmişdir. Bir neçə gün sonra Rabil və o, birlikdə Talehlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində görüşərək Ləhiş bağ massivində yerləşən sahəyə baxmışlar. Torpaq sahəsi yarımçıq hasarlanmış vəziyyətdə olmuş və üzərində heç bir tikili olmamışdır. Taleh torpaq sahəsini 30.000 manata satdığını bildirmişdir. Torpaq sahəsi Talehə Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin sənədi əsasında verilmişdir. Rabil Talehlə torpaq sahəsini 30.000 manat almağa razılaşmış, lakin pulu hissə-hissə 6 ay ərzində ödəyəcəyini bildirmişdir. Taleh Rabil ilə razılaşmış və 10 dekabr 2019-cu il tarixdə saat təxminən 11 radələrində Rabil onunla birlikdə Talehlə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlanan çayxanada görüşmüşlər. Rabil Talehə onun yanında ilkin olaraq 4000 manat pul vermişdir. 14 dekabr 2019-cu il tarixdə Taleh anasının adından notariat kontorda təsdiq olunmuş etibarnaməni Rabilə təqdim etmişdir. Sonra Rabil hissə-hissə Talehə 16500 manat pul vermişdir. 28 iyul 2020-ci il tarixdə Rabil barəsində “həbs” qətimkan tədbiri seçilmiş, buna görə də Talehə pulu tam şəkildə ödəyə bilməmişdir. 26 aprel 2021-ci il tarixdə Rabil azadlığa çıxmışdır. X4 xx.xx.2021-ci il tarixli etibarnaməni ləğv etdirdiyini öyrənmişdir. Onlar birlikdə görüşdük Rabil Talehdən pulunu geri istəmişdir. Taleh isə torpağı satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma oğludur. Zərərçəkmiş şəxs isə Talehin dostu kimi tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun adına olmaqla faktiki oğlu Talehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 1141 Z nömrəli 30 sol torpaq sahəsi vardır. Həmin bağ sahəsini Taleh salmaq qərarına gəlmiş və bu barədə tanışlarına demişlər. 2019-cu ildə Taleh mənə torpaq sahəsini Rabilin almaq istədiyini bildirmişdir. 14 dekabr 2019-cu il tarixdə Talehin sözünə əsasən Rabilin adına torpaq sahəsi ilə əlaqədar etibarnamə vermişdir. Bir müddəi sonra Taleh Rabillə söhbətlərinin düz gəlmədiyini bildirmiş və etibarnaməni ləğv elətdirməli olduqlarını demişdir.xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xəzər 6 üniversitelinin yaxınlığında olan notariusa gedib etibarnaməni ləğv elətdirmişdir. Rabillə Taleh arasında olan münasibətlərdən və pul alış verişindən xəbəri olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin TŞ-də toplanmış 406/23 nömrəli material üzrə TŞ-nin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair 23 aprel 2023-cü il tarixli qərar ləğv edilib fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 1) - 14 dekabr 2019-cu il tarixli, AR-1 № 914479 etibarnamədən görünür ki, Becanova X2 Rabil Astan oğluna 10 il müddətinə etibarnamə vermişdir. (i.v.11) - 23 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından cinayət işi başlanılması rədd edilmişdir. (i.v.14-15) -14 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir; (i.v. 21) -15 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 24) - Bakı şəhəri 15 saylı notariat ofisinin 24 may 2023-cü il tarixli məktubundan və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri 15 saylı notariat ofisində Şahid2 tərəfindən xx.xx.2019-cu il tarixdə 7E/21684 № ilə reyestrlə verilmiş etibarnamə verilmişdir. Lakin həmin şəxsin xx.xx.2021-ci il tarixli ərizəsi ilə qeyd edilən etibarnamə ləğv olunmuşdur. (i.v.35-36) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.42-43) - 20 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.46) - 19 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.50) - 19 aprel 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərar alınmışdır. (i.v.53) - 19 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin üzrə icraatı dayandırılmışdır. (i.v.55) - 27 iyun 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.60) - 27 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.67-68) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-470/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə həbsdə saxlama müddəti 01 ay 21 gün həddində müəyyən edilmişdir. (i.v.80-85) - 28 iyun 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin üzrə icraatı dayandırılmışdır. (i.v.86-87) - 18 sentyabr 2024-cü il tarixli şəxsin ekstradisiyasını təmin etmək üçün qətimkan etmək üçün qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 14:30-da Rusiyanın Moskva şəhəri Qolovinski rayonu üzrə DİNŞ-nin əməkdaşları tərəfindən xx.xx.1983-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 Rusiyanın Moskva şəhəri Qolovinski rayonu üzrə DİNŞ-ə təhvil verilmişdir. (i.v.102-104) - 17 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 17:30-da tutulmuşdur. (Rusiya Federasiyasında) (i.v.105-109) - 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 06 ay müddətinə, yəni 17 mart 2025-ci il tarixədək uzadılmışdır. (i.v.110- 112) - 07 yanvar 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.113-114) - 13 yanvar 2025-ci il tarixli vəsatətin təmin edilməməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs vəsatəti təmin edilmədən rədd edilmişdir. (i.v.144-145) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş və dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v.155-159) - 15 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həsblə bağlı olmayan başqa yerə getməmək haqqında itlizam qətimkan tədbiri seçilmişdir. (i.v.160-161) - 27 yanvar 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır. (i.v.169-170) - 03 iyun 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.174-175) - 10 iyun 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə elan edilmiş ittiham və xx.xx.2025-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə Şahid2 tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 14 dekabr 2019-cu il tarixli AR-İ № 914479 saylı etibarnamənin surəti sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Bakı şəhəri, 15 saylı Notariat Ofisindən alınmış xx.xx.2023-c il tarixli, 2923 nömrəli sorğuya cavab məktubu sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs Şahid2 barəsində 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 16500 manat hesab edilmişdir. (i.v.182-190) - İş materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs xeyrinə 16500 manat vurulmuş ziyanın və ödənilmiş dövlət rüsumu əvəzi 140 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək Rusiya Federasiyasında 17 sentyabr 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 150.0, 150.0.1, 150.0.2-cı maddələrinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Məhkəmə qeyd edir ki, mülki iddiaya iddia tələbini əsaslandıran hallarla bağlı zəruri sübutlar təqdim edilmədiyindən vurulmuş maddi zərərin real həcminin hazırkı cinayət işinin məhkəmə baxışı həddində müəyyən edilməsi mümkünsüzdür. Belə ki, mülki iddiaya dair ərizə yalnız bir nüsxədə təqdim edilmiş, qeyd olunan 16500 manat məbləğin 4000 manatı ***-***-**-** saylı mobil nömrənin dəyəri kimi hesablanmış və həmin nömrənin hazırda kimdə olduğunu, kimə satıldığını və sair müəyyən etmək mümkün olmamışdır. İddiaçı müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən sadalanan nöqsanları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saat iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-356/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-356/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver