Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-357/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Basqal Qəsəbə Ərazi Dairəsi, Basqal qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,435 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2025-ci il tarixdə saat 18:49-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılıb video çəkilişindən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,435 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ayrı-ayrı şəxslərdən psixotrop maddə alıb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında NZS qəsəbəsindən tanımadığı şəxsdən psixotrop maddə metamfetamini 15 manat pula alıb üzərində saxlamışdır. Lakin psixotrop maddə metamfetamini aldığı şəxsi tanımamışdır. Həmin psixotrop maddəni üzərində daşımışdır. 30 aprel 2025-ci il tarixdə saat 18:49-da ünvan 1 ünvanının qarşısında hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərində qanunsuz əşya və ya predmet olub-olmadığını, əgər varsa təqdim etməyi təklif etmişlər. Bir qədər əvvəl əldə edib üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etmişdir. Video çəkilişlə üstü yoxlanılmış, sonra isə təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Orada təhqiqatçını və digər əməkdaşların iştirakı ilə video görüntüyə baxış keçirilmişdir. Sonra isə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqdim etdiyi psixotrop maddə özünündür, tanımadığı şəxsdən əldə etmişdir, tutulan zaman ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Təqdim etdiyi psixotrop maddəni şəxsi istifadə üçün əldə edib üzərində gəzdirmişdir. Psixotrop maddə aldığı şəxsin heç bir anket məlumatlarını bilməmişdir. Həmin şəxsdən əvvəllərdə bir neçə dəfə psixotrop maddə almışdır. Sonuncu dəfə də psixotrop maddə almaq üçün həmin şəxsin olduğu yerə NZS qəsəbəsinə gedərək bükümü götürüb uzaqlaşmışdır. Mütəmadi olaraq psixotrop maddə istifadə etsə də, heç bir zaman satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddə metamfetamin başqa heç bir yerdə saxlamamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 30 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri X3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra o, Emil və Elşən birlikdə məlumat əsasında 30 aprel 2025-ci il tarixdə saat 18:49 radələrində ünvan 1 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1995-ci ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, Basqal kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Xəyal da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və boz rəngli alışqanı çıxarıb təqdim edərək, həmin kibrit qutusunun içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,70 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 15 manata əldə etdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Xəyal da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. X8 Tağıyevin üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış psixotrop maddə metamfetamin olan zərfi və 01 ədəd “Samsung” markalı mobil telefonu təhqiqatçı Neman Rufullayevə təqdim etmişlər. Neman Rufullayev zərfi açaraq içərisində olan 01 ədəd kağız bükümə baxış keçirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdıma ilə birlikdə 0,69 qram olması müəyyən edilmişdir. Bundan sonra Neman Rufullayev tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin yenidən zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Neman Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili X3 bildirmişdir ki, 30 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra o, Seyfulla və Elşən birlikdə məlumat əsasında 30 aprel 2025-ci il tarixdə saat 18:49 radələrində ünvan 1 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1995-ci ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, Basqal kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Xəyal da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və boz rəngli alışqanı çıxarıb təqdim edərək, həmin kibrit qutusunun içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,70 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 15 manata əldə etdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Xəyal da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. X8 Tağıyevin üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış psixotrop maddə metamfetamin olan zərfi və 01 ədəd “Samsung” markalı mobil telefonu təhqiqatçı Neman Rufullayevə təqdim etmişlər. Neman Rufullayev zərfi açaraq içərisində olan 01 ədəd kağız bükümə baxış keçirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdıma ilə birlikdə 0,69 qram olması müəyyən edilmişdir. Bundan sonra Neman Rufullayev tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin yenidən zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Neman Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 30 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və X2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra o, Seyfulla və Emil birlikdə məlumat əsasında 30 aprel 2025-ci il tarixdə saat 18:49 radələrində ünvan 1 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1995-ci ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, Basqal kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Xəyal da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və boz rəngli alışqanı çıxarıb təqdim edərək, həmin kibrit qutusunun içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,70 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 15 manata əldə etdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 37-ci PŞnə dəvət etmişlər. Xəyal da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. X8 Tağıyevin üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış psixotrop maddə metamfetamin olan zərfi və 01 ədəd “Samsung” markalı mobil telefonu təhqiqatçı Neman Rufullayevə təqdim etmişlər. Neman Rufullayev zərfi açaraq içərisində olan 01 ədəd kağız bükümə baxış keçirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdıma ilə birlikdə 0,69 qram olması müəyyən edilmişdir. Bundan sonra Neman Rufullayev tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin yenidən zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Neman Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 30 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində olan 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristalşəkilli psixotrop və narkotik maddəyə bənzər kütləni və üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu və boz rəngli alışqanı onlara təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisinin 0.70 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristalşəkilli psixotrop və narkotik maddəyə bənzər kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 1 ünvanının qarşısında keçirilmişdir (i.v. 13-15); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəng kristalşəkilli psixotrop və narkotik maddələrə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdrıma itə birlikdə 0.69 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 19-21); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:49-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1614/2025 nömrəli, 01 may 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153”-li dairəvi möhür əksi “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.435 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 44-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 71-72); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 74-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 102). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 2918 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 112-113); “CD-R” disklərə baxış keçirilməsi haqqında 13 iyun 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 116-119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 1843 nömrəli ambulator məhkəmə-psixitarik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 126-128); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.435 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.385 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, məhkəmə-kimyəvi ekspertizasının 6/1614 nömrəli, xx.xx.2025-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2918 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 130-138). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində olan 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristalşəkilli psixotrop və narkotik maddəyə bənzər kütləni və üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və boz rəngli alışqanı çıxarıb təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.70 qram olması müəyyən edilir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanır və götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəng kristalşəkilli psixotrop və narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdrıma itə birlikdə 0.69 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.435 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 30 aprel 2025-ci il tarixdən 02 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.435 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.385 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdən 02 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən nömrəsiz evdə axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.435 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.385 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-357/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-357/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver