Məhkəmə qərarları › İş №1(011)-358/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-358/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-358/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Əbdülrəhim qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü İldə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14200,00 manat məbləğində əsas borcun, 5502,50 manat məbləğində faiz borcunun və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzinin, cəmi 19732,50 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)-8790/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 21,01.2021-ci il tarixədək təiəbkarın xeyrinə cəmi 1000,00 manat məbləğində ödəniş etmiş, lakin 18732,50 manat məbləğində borcu ödəməmiş, tələbkar Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 14200,00 manat məbləğində əsas borcun, 5502,50 manat məbləğində faiz borcunun və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzinin, cəmi 19732,50 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019- cu il tarixli, 2(011)-8790/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra, yenidən şöbəyə dəvət edilmiş, izahatı alınmış, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Təqdimat verilən 21.01.2021-ci il tarixədək tələbkarın xeyrinə cəmi 1000,00 manat məbləğində ödəniş etmiş, lakin 18732,50 manat məbləğində borcunu ödəyə bilməmişdir. Avtomobil ehtiyat hissələrinin səyyar alqı-satqısı ilə məşğul olmaqla ayda kifayət qədər qazanc əldə etmiş, lakin həmin gəliri digər şəxslərə olan borclarının qaytarılmasına və öz tələbatlarının ödənilməsinə xərcləndiyi səbəbindən hazırkı borcunu ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır, vaxt verildiyi halda borcundan ən azı hər ay 1000 manat ödəniş edəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Əbdülrəhim qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, borclu Təqsirləndirilən şəxs 14200,00 manat məbləğində əsas borcun, 5502,50 manat məbləğində faiz borcunun və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzinin, cəmi 19732,50 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)-S790/2Q19 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 21,01.2021-ci ii tarixədək onun xeyrinə cəmi 1000,00 manat məbləğində ödəniş etmiş, lakin 18732,50 manat məbləğində borcu qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs avtomobil ehtiyat hissələrinin səyyar alqısatqısı ilə məşğul olmaqla ayda 6000-7000 manat qazanc əldə etmiş, lakin ona olan borcunu qəsdən ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcunu ödəyəcəyinə söz vermiş, lakin vədinə əməl etməyərək onu altadmışdır. Bu səbəbdə ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 14200,00 manat məbləğində əsas borcun, 5502,50 manat məbləğində taiz borcunun və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzinin, cəmi 19732,50 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2{011)-8790/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 21.01,2021-ci il tarixədək tələbkarın xeyrinə cəmi 1000,00 manat məbləğində ödəniş etmiş, lakin 18732,50 manat məbləğində borcu qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs avtomobil ehtiyat hissələrinin səyyar alqı-satqısı ilə məşğul olmaqla ayda 6000-7000 manat qazanc əldə etmiş, lakin qərəzli olaraq borcunu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs dəfələrlə borcunu ödəyəcəyinə söz vermiş, lakin vədinə əməl etməyərək onu və zərərçəkmiş şəxsi altadmışdır. İcra zamanı da, Təqsirləndirilən şəxs çağırışlara gəlməmiş, bu səbəbdən onun barəsində axtarış qərarı qəbul edilmişdir. Bu səbəbdən də toplanmış materiallar 21.01.2021ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 14200 (on dörd min iki yüz) manat əsas borc, 5502.50 (beş min beş yüz iki manat əlli qəpik) manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq Zərərçəkmiş şəxs Əbdülrəhim qızına ödənilməsi qət edilmişdir (i.v.8-11); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 14200 (on dörd min iki yüz) manat əsas borc, 5502.50 (beş min beş yüz iki manat əlli qəpik) manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq Zərərçəkmiş şəxs Əbdülrəhim qızına ödənilməsi qət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı qiyabi qətnaməsi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə 07.02.2020-ci il tarixdə verilmişdir (i.v. 12-13); icra vərəqinin icraya yönəldilməsini təsdiq edən 21.02.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı qiyabi qətnaməsi üzrə verilmiş 24.12.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v.14-17); 21.02.2020-ci il tarixli məktubdan görünür ki, borclu Təqsirləndirilən şəxs 21.02.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətini almışdır (i.v. 15); Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 22.05.2020-ci il tarixli borclunun axtarışı haqqında qərarında görünür ki, xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.19); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli, 3(011)-1094/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir (i.v. 36); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 8(011)-388/2020 saylı qərardadından görünür ki, xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (i.v. 43); 30.07.2020-ci il tarixli bildiriş, 13.11.2020-ci il tarixli və 18.01.2021-ci il tarixli xəbərdarlıq məktublarından, 23.04.2021-ci il tarixli telefon danışığı barədə arayışdan görünür ki, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddələri çərçivəsində barəsində tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur (i.v.46-47,49, 54); 10.05.2021-ci il və 18.05.2021-ci il tarixli teleqraflardan görünür ki, Təqsirləndirilən şəxs çağırışa gəlmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CPM-in 178-ci maddəsi ilə məcburi gətirilmənin tətbiq edilməsi barədə xəbərdalıq edilmişdir (i.v.56, 68); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 01.06.2021-ci il tarixli, 21290087 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1983-cü İldə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır (i.v.75); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 77); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 11.06.2021-ci il tarixli, 21290087 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1983-cü İldə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ona ittiham elan edilməsi üçün tutularaq Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.80); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 11.06.2021-ci il tarixli, 21290087 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılmışdır (i.v. 83); Xətai RPİ-nin 37-ci PŞ-nin 24.06.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1983-cü İldə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs 24.06.2021-ci il tarixdə axşam saat 19.00 radələrində yaşadığı ünvanının qarşısında saxlanılaraq yaxalanmışdır (i.v. 85); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 26.06.2021-ci il tarixli, 21290087 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir (i.v. 86); Təqsirləndirilən şəxs 26.06.2021-ci il tarixli izahatından görünür ki, izahatda Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8790/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədini maddi imkanının olmadığından ödəmədiyini, hazırda 18732.50 manat borcunun olduğunu bildirmiş və ona icra sənədinin icrasından yayındığı təqdirdə barəsində Azərbaycan Respublikasının İXMnin 528.1 və CM-nin 306.1-ci maddələrinin tələbləri izah olunmuşdur (i.v. 104-105); qətimkan tədbiri seçmək haqqında 26.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSll-dən daxil olmuş məlumatdan göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 66-67); Xətai Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri "həbs” qismində qətimkan tədbirinə dəyişdirilmiş və o, tutularaq dərhal həbs edilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, Təqsirləndirilən şəxs tutulub Bakı İstintaq Təcridxanasına təhvil verildikdə bu barədə dərhal Bakı şəhəri Xətai Rayon Məhkəməsinə məlumat verilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə qədər və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır (i.v. 164); AR ƏN Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 10.09.2021-ci il tarixli məktubuna əsasən, Xətai Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 06.09.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən qətnamə əsasında 21.02.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs oğluna borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, 21.01.2021-ci il tarixdən ümumiyyətlə ödəniş etməmiş, 18372.50 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu uzun müddət ərzində (təxminən iki il) borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixdən nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Həmçinin, Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində fərdi əməklə məşğul olduğunu, avtomobil ehtiyat hissələrinin səyyar alqı-satqısı ilə məşğul olmaqla ayda 6000- 7000 manat qazanc əldə etdiyini göstərmişdir. Aylıq 6000-7000 manat qazanc əldə edən şəxsin 19732,50 manat borcu iki ilə yaxın müddətdə ödəməməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), himayəsində bir azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs icra zamanı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı yayınmasını və çağırışlarla gəlməməsini, axtarışla gətirilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar