Məhkəmə qərarları › İş №1(011)-358/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-358/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-358/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- X5 və Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs, müdafiəçii – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Gecəgözlü ərazi dairəsi, Üçüncü Mahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, qohumu Zərərçəkmiş şəxs2 əvvəllər təyin olunmuş əlillik dərəcəsini yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib, sonuncunun əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə aldadaraq, özünə inandırdıqdan sonra, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayının ortalarında 1300 (bir min üç yüz) manat, 2022-ci ilin aprel ayının əvvəllərində 1300 (bir min üç yüz) manat, ümumilikdə 2600 (iki min altı yüz) manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun yaşadığı ünvan 2 ünvanın yaxınlığında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, qohumu Zərərçəkmiş şəxs3 əvvəllər təyin olunmuş əlillik dərəcəsini yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib, sonuncunun əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə aldadaraq, özünə inandırdıqdan sonra, Zərərçəkmiş şəxs3 2022-ci ilin aprel ayının ortalarında 1000 (bir min) manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun yaşadığı ünvan 2 ünvanın yaxınlığında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, qohumu Zərərçəkmiş şəxs4 əvvəllər təyin olunmuş əlillik dərəcəsini yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib, sonuncunun əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə aldadaraq, özünə inandırdıqdan sonra, Zərərçəkmiş şəxs4 2022-ci ilin may ayının əvvəllərində 700 (yeddi yüz) manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun yaşadığı ünvan 2 ünvanın yaxınlığında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, tanışı Zərərçəkmiş şəxs5 atası Mamed Fətullayevə əvvəllər təyin olunmuş əlillik dərəcəsini yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs5 əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə aldadaraq, özünə inandırdıqdan sunra, sonuncunun 2022-ci ilin iyun ayının əvvəllərində 1000 (bir min) manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə axırıncının yaşadığı ünvan 2 ünvanın yaxınlığında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, tanışı X1 anası Fərzanə Niftalıyevaya əvvəllər təyin olunmuş əlillik dərəcəsini yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib, Yusif Niftalıyevin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə aldadaraq, özünə inandırdıqdan sonra, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin avqust ayının ortalarında ünvan 2 ünvanın yaxınlığında 450 (dörd yüz əlli) manat nağd, 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Əhmədli” stansiyasında quraşdırılmış ödəniş terminalından kart hesabına köçürülmüş 800 (sakkiz yüz) manat, ümumilikdə 1250 (bir min iki yüz əlli) manat pulu Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, zərərçəkmiş şəxs Yusif Niftalıyevə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşadığından uzun müddətdir ki, tanıyır və onlar məcburi köçkün olaraq Bakı şəhərinə gəlmişlər. Onun Təqsirləndirilən şəxsla düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin mart ayının əvvəllərində yaşadığı məhəllədə olarkən Təqsirləndirilən şəxs ona məlum olmayan şəxslə telefonda, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaları dayandırılmış şəxslərin pensiyasının bərpa edilməsi mövzusunda danışdığının şahidi olmuşdur. Yasin telefonla danışığını bitirdikdən sonra o Yasinə məlumat verərək bildirmişdir ki, qaynanası Zərərçəkmiş şəxs2 Qurban qızının dövlət tərəfindən təyin edilmiş pensiyası dayandırılmışdır. O Yasindən həmin pensiyanı bərpa edib-edə biləməyəcəyi barədə soruşduqda, Yasin ona bu işi həll edə biləcəyini, pensiyanı bərpa etdirəcəyini demişdir. Lakin bu barədə Dövlət Sosial Müdafiə Fondunda çalışan adı ona məlum olmayan tanışı ilə danışdıqdan sonra xəbər edəcəyini demişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs ona zəng edib, qaynanaaı Zərərçəkmiş şəxs2 Qurban qızının dayandırılmış pensiyasının bərpa edilməsi üçün 2600 (iki min altı yüz) manat pul istəmişdir. O, da bu barədə qaynanası Zərərçəkmiş şəxs2 məlumat verdikdə razılaşmışdır. Beləliklə, 2022-ci il mart ayının ortalarında Təqsirləndirilən şəxsla əlaqə saxlayıb istədiyi 2600 manat pulun yarısını verəcəyini, işin həll olunmasından sonra qalan 1300 manat pulu da verəcəyini demişdir. Yasin onunla razılaşdıqdan sonra 2022-ci ilin mart ayının ortalarında o Yasinlə ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında görüşmüş və 1300 (bir min üç yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Yasin isə ona yalan vədlər verərək qısa zamanda qaynanası Zərərçəkmiş şəxs2 pensiyasını bərpa etdirəcəyinə söz vermişdir, o da Yasinə inanıb gözləməyə başlamışdır. Bundan təxminən 10-15 gün sonra, təqribən 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb, qaynanası Zərərçəkmiş şəxs2 pensiyasının bərpa edilməsi işinin həll olunduğunu, işin tam həllini tapması üçün tələb etdiyi 2600 (iki min altı yüz) manat pulun qalan 1300 (bir min üç yüz) manatını da verməyini demişdir. O, da Yasinə inanıb arxayın olduğu üçün qaynanası Zərərçəkmiş şəxs2 1300 (bir min üç yüz) manat pulu almış və Yasin ona sonuncu dəfə görüşdüyü yerə, yəni onun yaşadığı evin yaxınlığına gələcəyini demişdir. Bir neçə saatdan sonra həmin yerdə onlar görüşərək 1300 (bir min üç yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, Yasinə inanıb arxayın olduğu üçün bu barədə qohumları, yəni dayısı Zərərçəkmiş şəxs3 və digər dayısının oğlu Zərərçəkmiş şəxs4 danışmışdır. Qohumlan pensiyalarının dayandırıldığını və bərpa etdirmək istədiklərini dedikdə o Təqsirləndirilən şəxsla danışmışdır. Təqsirləndirilən şəxs ona, dayısı Zərərçəkmiş şəxs3 dayandırılmış pensiyasının bərpa edilməsi üçün 1000 (bir min) manat və digər dayısının oğlu Zərərçəkmiş şəxs4 dayandırılmış pensiyasının bərpa edilməsi üçün 700 (yeddi yüz) manat pul istəmişdir. O, da qohumlarına bu barədə dedikdə onunla razılaşmışlar. Sonra dayısı Zərərçəkmiş şəxs3 gətirib 1000 (bir min) manat pulu ona verdikdə, təxminən 2022-ci ilin aprel ayının ortalarında o Təqsirləndirilən şəxsla yaşadığı ünvan 3 ünvanın yaxınlığında görüşmüş və 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Yasin də ona söz vermişdir ki, dayısı Zərərçəkmiş şəxs3 pensiyasını tezliklə bərpa etdirəcəkdir. O, Yasini uzun müddət tanıdığı üçün və ona söz verdiyi üçün inanmışdır. 2022-ci ilin may ayının əvvəllərində digər dayısının oğlu Zərərçəkmiş şəxs4 dayandırılmış pensiyasının bərpa edilməsi üçün 700 (yeddi yüz) manat pulu Təqsirləndirilən şəxs verməyi üçün ona vermişdir. O, da Təqsirləndirilən şəxsla danışıb yaşadığı evin yaxınlığında görüşüb 700 (yeddi yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində hər üç şəxsin pensiyalarını yaxın günlərdə bərpa etdirəcəyinə söz vermişdir. Bundan bir müddət sonra, yəni 2022-ci ilin iyun ayının əvvəllərində bu barədə tanışları X4 və Zərərçəkmiş şəxs5 danışmışdır. Yusif Niftəliyev anası Fərzanə Niftalıyevanın, Zərərçəkmiş şəxs5 isə atası Mamed Fətullayevin pensiyalarının dayandırıldığını demiş və ondan xahiş etmişlər ki. Təqsirləndirilən şəxs onların ailə üzvlərinin pensiyalarının bərpa edilməsinə köməklik etməsini desin. O, da bu barədə Təqsirləndirilən şəxs dedikdə, Təqsirləndirilən şəxs, Yusif Niftəliyevin anası Fərzanə Niftalıyevanm pensiyasının bərpa edilməsi üçün 1250 (bir min iki yüz əlli) manat, Zərərçəkmiş şəxs5 atası Mamed Fətullayevin pensiyasının bərpa edilməsi üçün 1000 (bir min) manat pul istəmişdir. O, da bu barədə Yusif və Zaura məlumat verdikdə razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs5 ona 1000 (bir min) manat pulu verdikdən sonra, 2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxsla danışıb yaşadığı evin yaxınlığında görüşüb 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan bir müddət keçdikdən sonra, təxminən 2022-ci ilin avqust ayının ortalarında Yusif Niftəliyev ona 450 (dörd yüz əlli manat) manat pulu vermişdir ki, o həmin pulu Təqsirləndirilən şəxs versin və Yasin də Yusifin anası Fərzanə Niftalıyevanm pensiyasım bərpa etdirsin. O Yusifdən 450 (dörd yüz əlli manat) manat pulu aldıqdan sonra yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş və 450 (dörd yüz əlli manat) pulu Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin sentyabr ayının 29-da Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb, Yusif Niftəliyevin anasının pensiyasının bərpa edilməsi işini həll etdiyini və pulun geri qalan hissəsini, yəni 800 (səkkiz yüz) manat pulu göndərməyini istəmişdir. O da bu barədə Yusifə dedikdə Yusif onunla görüşüb 800 (səkkiz yüz) manat pulu vermişdir. O, da Təqsirləndirilən şəxs görüşə çağırıb pulu vermək istədikdə, Yasin işlərinin olduğunu və görüşə gələ bilməcəyini demiş, həmçinin həmin pulu karta atmağını xahiş etmişdir. O, da işləri ilə əlaqədar Əhmədli qəsəbəsi yaxınlığında olduğu üçün Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "xxxx" QSCnin “Əhmədli” stansiyasına daxil olub, stansiyanın giriş hissəsində yerləşdirilən “E-manat” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-nə məxsus plastik kartın 676867******8467 saylı hesab nömrəsinə 800 (səkkiz yüz) manat pulu göndərmişdir. Bundan sonra o Yasinlə əlaqə saxlayıb işin həll olunub-olunmamasını soruşduqda, Yasin ona müxtəlif bəhanələr gətirərək söz verdiyi kimi pensiyaların bərpa edilməsini işini gecikdirmişdir. O, da Yasindən şübhə etmişdir ki, ona söz verdiyi işi həll etməyəcək. Buna görə o Yasinə mütəmadi zəng etməyə və tez-tez işlərin nə yerdə olmasını soruşmağa başlamışdır. Bir müddət sonra isə Təqsirləndirilən şəxs pensiyaları bərpa edə bilmədiyini deyərək aldığı pulları qaytaracağına dair vədlər vermişdir. Lakin Yasin heç bir vədir.ə əməl etməmişdir. O da 05 mart 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib, Yasinin dələduzluq əməlləri barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs pulları ala bilmədiyi üçün öz hesabına qaynanası Zərərçəkmiş şəxs2 Qurban qızma 2600 (iki min altı yüz) manat, dayısı Zərərçəkmiş şəxs3 1000 (bir min) manat, digər dayısının oğlu Zərərçəkmiş şəxs4 700 (yeddi yüz) manat, tanışı X4 1250 (bir min iki yüz əlli) manat və Zərərçəkmiş şəxs5 isə 1000 (bir min) manat pulu qaytarmışdır. Təqsirləndirilən şəxs əməlləri nəticəsində ona 6550 (altı min beş yüz əlli) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs verdiyi 6550 (altı min beş yüz əlli) manat pul vəsaiti müxtəlif əsginaslarda olmuşdur və uzun müddət keçdiyi üçün bunu tam xatırlamır. O, qohum və tanışlarının pensiyalarını bərpa etdirmək işini konkret olaraq hansı şəxsin edəcəyi barədə məlumatı olmamışdır. Lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələnin Yasin tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayə və tələbinin olmadığını, ona vurulmuş zərərin tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxs X3 iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmiş və həmin zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, kürəkəni Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış və düşmənçiliyi, ədavəti olmamışdır. 2022-ci ilin mart ayının əvvəllərində o kürəkəni Zərərçəkmiş şəxs1la söhbət edərkən bu əsnada məlumat vermişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona təyin edilmiş pensiyasının verilməsi dayandırılmışdır. Bu söhbətdən bir neçə gün sonra kürəkəni Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs adında tanışının olmasını və dayandırılmış pensiyamı bərpa etdirə biləcəyini deməsini, həmçinin bunun müqabilində 2600 (iki min altı yüz) manat pul istəməsini bildirmişdir. O da kürəkəni Zərərçəkmiş şəxs1la razılaşmış və təklif etmişdir ki, kürəkəni Təqsirləndirilən şəxsla danışsın ki, tələb etdiyi 2600 (iki min altı yüz) manat pul bir hissəsini işin əvvəlində versin, digər hissəsini isə iş həll olunduqdan sonra təqdim etsin. Kürəkəni Zərərçəkmiş şəxs1 bu barədə Təqsirləndirilən şəxs demiş, Yasin də razılaşmışdır. Bu səbəbdən də o, 1300 (bir min üç yüz) manat pulu Təqsirləndirilən şəxs verməsi üçün kürəkəni Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində 2022-ci ilin mart ayının ortalarında ondan aldığı 1300 (bir min üç yüz) manat pulu ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək vermişdir. Yasin isə kürəkəni Zərərçəkmiş şəxs1 yalan vədlər verərək qısa zamanda onun pensiyasını bərpa etdirəcəyinə söz vermişdir. Təqribən 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb, onun pensiyasının bərpa edilməsi işinin həll olunduğunu, işin tam həllini tapması üçün tələb etdiyi 2600 (iki min altı yüz) manat pulun qalan 1300 (bir min üç yüz) manatını da Yasinə verməyini demişdir. O, da inanıb arxayın olduğu üçün Təqsirləndirilən şəxs verməsi üçün 1300 (bir min üç yüz) manat pulu kürəkəni Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində yenidən 1300 (bir min üç yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bununla da Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs1 vasitəsi ilə onun pensiyasının bərpa edilməsi üçün yalan vədlər verməklə ümumilikdə 2600 (iki min altı yüz) manat pulunu ələ keçirmişdir və söz verdiyi vədlərə əməl etməmişdir. Lakin, kürəkəni Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanı öz hesabına qaytarmışdır. Buna görə də onun heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.(i.v 85-87) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, Zəngilan rayonu, Məmmədbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, bacısı oğlu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış və düşmənçiliyi, ədavəti olmamışdır. 2022-ci ilin aprel ayının ortalarında o, bacısı oğlu Zərərçəkmiş şəxs1la söhbət edərkən bu vaxt məlumat vermişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona təyin edilmiş pensiyasının verilməsi dayandırılmışdır. Bu söhbətləri zamanı bacısı oğlu Zərərçəkmiş şəxs1 ona, Təqsirləndirilən şəxs adında tanışının olmasını və dayandırılmış pensiyasını bərpa etdirə biləcəyini deyib Yasinlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə bu işi həll edə biləcəyini və bunun müqabilində 1000 (bir min) manat pul istəməsini bildirmişdir. O, da bacısı oğlu Zərərçəkmiş şəxs1la razılaşmış və 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs verməsi üçün bacısı oğlu Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində 2022-ci ilin aprel ayının ortalarında ondan aldığı 1000 manat pulu ünvan 4 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək vermişdir. Yasin isə bacısı oğlu Zərərçəkmiş şəxs1 yalan vədlər verərək qısa zamanda onun pensiyasını bərpa etdirəcəyinə söz vermişdir. Bununla da Təqsirləndirilən şəxs onun bacısı oğlu Zərərçəkmiş şəxs1 vasitəsi ilə pensiyasının bərpa edilməsi üçün yalan vədlər verməklə ümumilikdə 1000 (bir min) manat pulunu ələ keçirmişdir və söz verdiyi vədlərə əməl etməmişdir. Lakin, bacısı oğlu Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanı öz hesabına qaytarmışdır. Buna görə də onun heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.(i.v 94-96) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş oğlu ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Məmmədbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, bibisi oğlu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış və düşmənçiliyi, ədavəti olmamışdır. 2022-ci ilin aprel ayının ortalarında o bibisi oğlu Zərərçəkmiş şəxs1la söhbət edərkər. bu vaxt məlumat vermişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona təyin edilmiş pensiyasının verilməsi dayandırılmışdır. Bu söhbətləri zamanı bibisi oğlu Zərərçəkmiş şəxs1 ona, Təqsirləndirilən şəxs adında tanışının olmasını və dayandırılmış pensiyasını bərpa etdirə biləcəyini deyib Yasinlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə bu işi həll edə biləcəyini və bunun müqabilində 700 (yeddi yüz) manat pul istəməsini bildirmişdir. O, da bibisi oğlu Zərərçəkmiş şəxs1la razılaşmış və 700 (yeddi yüz) manat pulu Təqsirləndirilən şəxs verməsi üçün bibisi oğlu Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində 2022-ci ilin may ayının əvvəllərində ondan aldığı 700 (yeddi yüz) manat pulu ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək vermişdir. Yasin isə onun bibisi oğlu Zərərçəkmiş şəxs1 yalan vədlər verərək qısa zamanda onun pensiyasını bərpa etdirəcəyinə söz vermişdir. Bununla da Təqsirləndirilən şəxs bibisi oğlu Zərərçəkmiş şəxs1 vasitəsi ilə pensiyasının bərpa edilməsi üçün yalan vədlər verməklə ümumilikdə 700 (yeddi yüz) manat pulunu ələ keçirmişdir və söz verdiyi vədlərə əməl etməmişdir. Lakin, bibisi oğlu Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanı öz hesabına qaytarmışdır. Buna görə də onun heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.(səhifəni yaz) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış və düşmənçiliyi, ədavəti olmamışdır. 2022- ci ilin iyun ayının əvvəllərində o tanışı Zərərçəkmiş şəxs1la söhbət edərkən bu vaxt məlumat vermişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən atası Mamed Fətullayevə təyin edilmiş pensiyasının verilməsi dayandırılmışdır. Bu söhbətləri zamanı tanışı Zərərçəkmiş şəxs1 ona, Təqsirləndirilən şəxs adında tanışının olmasını və onun atasının dayandırılmış pensiyasını bərpa etdirə biləcəyini deyib Yasinlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə bu işi həll edə biləcəyini və bunun müqabilində 1000 (bir min) manat pul istəməsini bildirmişdir. O, da tanışı Zərərçəkmiş şəxs1la razılaşmış və 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs verməsi üçün tanışı Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində 2022-ci ilin iyun ayımn əvvəllərində ondan aldığı 1000 (bir min) manat pulu ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək vermişdir. Yasin isə tanışı Zərərçəkmiş şəxs1 yalan vədlər verərək qısa zamanda atasının pensiyasını bərpa etdirəcəyinə söz vermişdir. Bununla da Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə atası Mamed Fətullayevin pensiyasının bərpa edilməsi üçün yalan vədlər verməklə ümumilikdə 1000 (bir min) manat pulunu ələ keçirmişdir və söz verdiyi vədlərə əməl etməmişdir. Lakin, tanışı Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanı öz hesabına qaytarmışdır. Buna görə də onun heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.(i.v 112-114) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində Təqsirləndirilən şəxs Milslüm oğlunu əvvəllər tanımamış, tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış və düşmənçiliyi, ədavəti olmamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində o, tanışı Zərərçəkmiş şəxs1la söhbət edərkən bu vaxt məlumat vermişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən anası Fərzanə Niftalıyevaya təyin edilmiş pensiyasının verilməsi dayandırılmışdır. Bu söhbətlərindən bir neçə gün sonra tanışı Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs adında tanışının olmasını və onun anasının dayandırılmış pensiyasını bərpa etdirə biləcəyini deməsini, həmçinin bunun müqabilində 1250 (bir min iki yüz əlli) manat pul istəməsini bildirmişdir. O, da tanışı Zərərçəkmiş şəxs1la razılaşmış və təklif etmişdir ki, Kənan Təqsirləndirilən şəxsla danışsın ki, tələb etdiyi 1250 (bir min iki yüz əlli) manat pulun bir hissəsini işin əvvəlində verəcək, digər hissəsini isə iş həll olunduqdan sonra təqdim edəcəkdir. Tanışı Zərərçəkmiş şəxs1 bu barədə Təqsirləndirilən şəxs demiş, Yasin də razılaşmışdır. Bu səbəbdən də o 450 (dörd yüz əlli manat) manat pulu Təqsirləndirilən şəxs verməsi üçün tanışı Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində 2022-ci ilin avqust ayının ortalarında ondan aldığı 450 (dörd yüz əlli manat) manat pulu ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək vermişdir. Yasin isə tanışı Zərərçəkmiş şəxs1 yalan vədlər verərək qısa zamanda onun anasının pensiyasını bərpa etdirəcəyinə söz vermişdir. 2022-ci ilin sentyabr ayının 29-da Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb, anasının pensiyasının bərpa edilməsi işinin həll olunduğunu, işin tam həllini tapması üçün tələb etdiyi 1250 (bir min iki yüz əlli) manat pulun qalan 800 (səkkiz yüz) manatını da verməyini demişdir. O, da inanıb arxayın olduğu üçün Təqsirləndirilən şəxs verməsi üçün 800 (səkkiz yüz) manat pulu tanışı Zərərçəkmiş şəxs1 vermişdir. Kənan da öz növbəsində 800 (səkkiz yüz) manat pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "xxxx" QSC-nin “Əhmədli” stansiyasına daxil olub, stansiyanın giriş hissəsində yerləşdirilən “E-manat” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi "xxxx" ASC-nə məxsus plastik kartın 676867******8467 saylı hesab nömrəsinə göndərmişdir. Bununla da Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə anasının pensiyasını bərpa edilməsi üçün yalan vədlər verməklə ümumilikdə 1250 (bir min iki yüz əlli) manat pulunu ələ keçirmişdir və söz verdiyi vədlərə əməl etməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmiş, barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X5 müraciəti əsasında Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunda toplanmış material üzrə sabiq baş müstəntiq, polis mayoru Hüseyn Məmmədov tərəfindən qəbul edilmiş 13 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsaasız olduğundan ləğv edilməsi və fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə cinayət işi başlanmışdır (i.v.1); 13 mart 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətindən Bakı Metropolitenində Polis İdarəsinin NH-nə daxil olmuş məlumat əsasında aparılan ilkin təhqiqat araşdırması zamanı ərizə və izahatı alınmış Zərərçəkmiş şəxs1 bildirmişdir ki,2022-ci ildə tanışı Təqsirləndirilən şəxs onun qohum və tanışlarının təqaüdlərini yenidən düzəldəcəyini vəd edərək sonuncu 800 manat pulu xx.xx.2022-ci il tarixdə metronun “Əhmədli” stansiyasında e-manat terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına göndərməklə Təqsirləndirilən şəxs ondan ümumillikdə 6.550 manat pul alaraq verdiyi vədə əməl etməmiş qohum və tanışlarının pulunu qaytarmamışdır. (i.v5.) X11 tərəfindən Bakı şəhər BPİ-ə bilavasitə tabe olan Bakı Metropoliteninə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Yasin adlı şəxs ona 6550 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 7) 07 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, hadisə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sonuncu pul vəsaitini göndərdiyi yer Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "xxxx" QSC-nin “Əhmədli” stansiyasının giriş hissəsində yerləşdirilən “E-manat” ödəniş terminalının qarşısında baş vermişdir. (i.v 12-13) 11 yanvar 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilməsi qərara alınmışdır. (i.v 23) 11 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, X11 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 26) 22 yanvar 2024-cü il tarixli şəxsin məcburi gətirilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yeri müəyyən edilərək məcburi qaydada istintaq aparılmasından ötrü qısa müddət ərzində Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin müvafiq əməkdaşlarına təhvil verilməsi qərara alınmışdır. (i.v37) 29 yanvar 2024-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 29 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Behbudov X9 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 29,317-1.1 maddəsilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində 178.1-ci maddəsi ilə cinayət işi olmuş, ********* saylı cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsilə xitam verilmişdir (i.v 41) 12 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki,Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 42) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 idarəsinin 16 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə nəqliyyat vasitəsi yoxdur. (i.v 47) 01 aprel 2024-cü il tarixli cinayət işi üzrı icraatın təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v 48) 02 aprel 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittihamelan edilməsi üçün tutulması və Bakı şəhər Nərimanov RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır.(i.v 50) 02 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respblikası CM-nin 178.2.4-cü maddəsilə olan 24206004 saylı cinayət iş üzrə icraat dayandırılmışdır. (i.v 52) Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin 03 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinin İŞ-də başlanmış Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsilə xitam verilmişdir. (i.v 54) Xətai rayon polis idarəsinin 34-cü PŞ-nin 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 16 aprel 2024-cü il tarixli Xətai RPİ-nin CAŞ-si tərəfindən 114914/24 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v56) 26 aprel 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 34-cü PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. (i.v57) 26 aprel 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərardan görünür ki,Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v58) 27 aprel 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Yasin adlı şəxs ona 2600 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 80) 27 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v81) 27 aprel 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Yasin adlı şəxs ona 1000 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 89) 27 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v90) 27 aprel 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Yasin adlı şəxs ona 700 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 98) 27 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v99) 27 aprel 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Yasin adlı şəxs ona 1000 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 107) 27 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v108) 27 aprel 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Yasin adlı şəxs ona 1250 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.( i.v 116) 27 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v117) 27 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs X5 ərizəsindən görünür ki., Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, ona qarşı heç bir iddia və maddi tələbi yoxdur. (i.v 125) 27 aprel 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* sylı cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsif edilməklə ibtidai istintaq həmin maddə ilə davam etdirilmişdir.(i.v 126-127) 28 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır.(i.v 129-130) 28 aprel 2024-cü il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 142) 28 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı müvəqqəti saxlanma yerindən azad olması haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində başqa yerə getməməmk haqqında iltizam qətimkan tədbiri seçildiyi üçün saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (144-145) 29 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmədə öz ifadəsini təsdiq edərək qaynanası Zərərçəkmiş şəxs2 Qurban qızının dayandırılmış pensiyasının bərpa edilməsi üçün 2600 (iki min altı yüz) manat, dayısı Zərərçəkmiş şəxs3 dayandırılmış pensiyasının bərpa edilməsi üçün 1000 (bir min) manat, digər dayısının oğlu Zərərçəkmiş şəxs4 dayandırılmış pensiyasının bərpa edilməsi üçün 700 (yeddi yüz) manat, tanışı X2 anası Fərzanə Niftalıycvanın dayandırılmış pensiyasının bərpa edilməsi üçün 1250 (bir min iki yüz əlli) manat və tanışı Zərərçəkmiş şəxs5 atası Mamed Fətullayevin dayandırılmış pensiyasının bərpa edilməsi üçün 1000 (bir min) manat pulu, ümumilikdə 6550 (altı min beş yüz əlli) manat pulunu Təqsirləndirilən şəxs ələ keçirdiyini bildirmişdir.(i.v 147-151) Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-359/2018 saylı, 27 dekabr 2018-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinmiş 2000 manat cərimə növündə cəzaya məhkum edilmişdir( i.v 153-157) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətinin 7 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan və özgəninkiləşdirilən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.(i.v 158) 07 may 2024-cü il tarixli sübutların qitmətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməllərinin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə tövsif edilməsi doğru hesan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 28 aprel 2024-cü il tarixli qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanması, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirnin seçilməsi haqqında 28 aprel 2024-cü il tarixli qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanması,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-inin 182-ci,310-cu maddələrinin bütün tərkib əlamətləri üzrə, həmçinin CM-nin 32,4,312,178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, zərərçəkmiş şəxs X7 barəsində Azərbaycan Respublikası CM-nin 29. 312 və 178-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi , X10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X8 və Zərərçəkmiş şəxs5 Məmməd oğlu barələrində Azərbaycan Respublikası CM-nin 29. 312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi , Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildikdən sonra hazırki cinayət işi üzrə olan cinayət əməlini törətdiyindən əvvəllər məhkum edilmiş şəxs hesab edilməməsi, əvvəlki cəzası onun cəzansınıağırlaşdıran hal və residiv kimi qiymətləndirilməməsi və bu hal məhkəmə baxışı zamanı nəzərə alınması,Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri tam qaytardığından onun bu əməli cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi qəbul edilməsi və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması, Azrbaycan Respublikası cinayət prossesual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qanuni,əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, üzıəşdirmə istintaq hərəkəti protokolu, iş materiallarına əlavə edilmiş ödənş qəbzinin surəti və sübut əhəmiyyəti kəsb edən digər sənədlər cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. (İ.v159-169) 23 iyul 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs2 Qurban qızının Xətai Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş olan ziyanı tam ödəmiş, heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər tam olaraq ödənilmişdir, barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki,təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən plenum qərarının müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək icraatının dayandırıldığı və işin icraatının təzələndiyi vaxt nəzərə alınmaqla, törətdiyi dələduzluq epizodları üzrə hər birinin cinayət məsuliyyətinə cəlb etmə müddətlərini ayr-ayrılıqda götürdükdə məlum olur ki, bütün epizodlar özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əhatə olunur və həmin epizodlardan sadəcə olaraq zərərçəkmiş şəxs Yusif Niftalıyevə qarşı törədilmiş dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə xitam verilməli və təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Həm cinayət işi materialları, həm məhkəmə zamanı zərərçəkmiş şəxs Yusif Niftalıyevin təqdim etmiş olduğu ərizələrdən müəyyən olunur ki, ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 346- 347, 356, 358 və 384-cü -cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar