Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-359/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 29 aprel 2022-ci il tarixdə tanışı X5 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,860 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə saat 12:10-da Xətai rayonu, 5-ci Əhmədli küçəsi 3 ünvanda yerləşən evin qarşısında saxlanılıb ünvan 2 Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əyində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,860 qram, kustar üsulla hazırlanmış, qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan, təxminən, 6-7 ay olar ki, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən pul ilə alaraq qəbul etmişdir. Onun barəsində daha əvvəl də narkotik vasitələri üzərində saxlamasına görə cinayət işi olmuş, həmin iş üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, narkotik istifadə etməyə davam etmişdir. O, X9 bir neçə ay olar ki, tanımışdır. 29 aprel 2022-ci il tarixdə səhər saatlarında Nail ilə Əhmədli qəsəbəsində görüşmüş, söhbət zamanı onun üzərində narkotik vasitə olmasını bilmiş və ondan narkotik istəmişdir. Naildən narkotik istədikdə o, ona narkotiki pulla aldığını bildirmişdir. O da Nailə 20 manat pul verərək bir büküm heroin almış və şəhərə getmişdir. İşlərini həll etdikdən sonra yaşadığı evə gələndə saat təxminən 12:10 radələrində 5-ci Əhmədli küçəsində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra vəkil və polislərin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan öncə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, onu Naildən 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş heroin elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1.00 qram olması müəyyən edilmiş, polislər tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğu axtarışda iştirak edən şəxslər tərəfindən təsdiq edilmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 29 aprel 2022-ci il tarixdə “Ramiz” adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq saxlaması və qəbul etməsi ilə bağlı etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Ramiz adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın yoxlanılmasına icazə verilmiş, Ramiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmış, Ramiz adlı şəxsin ətrafında əməliyyat tədbirləri keçirilməyə başlanılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 təyin olunmuşdur. Onlar həmin gün ünvan 4 ünvanda yerləşən evin qarşısına gəlmiş, saat təxminən 12:10 radələrində şəxsi əlamətlərinə görə Ramizə oxşatdıqları şəxsə yaxınlaşmışlar. Həmin şəxs onları görən kimi qaçmağa başlasa da, onlar onun qaçmasına imkan verməyib saxlamış, xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O da adının Ramiz olmasını bildirmişdir. Bundan sonra onlar Ramizə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, birlikdə polis şöbəsinə gəldikdən sonra şöbədə “Ramiz” adlı şəxsin şəxsiyyətini dəqiqləşdirmiş, daha sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif etmiş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, nakotik vasitəni Naildən 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1.00 qram olması müəyyən edilmiş, kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, X14 barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2ci maddələri, Təqsirləndirilən şəxs barəsində isə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:55 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, lakin azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə, saat 12:10-dan məhdudlaşdırılmışdır (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in baş təhqiqatçısı, polis mayoru X4, Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili polis kapitanı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkilli polis mayoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəni təqdim etmiş, həmin maddənin heroin olmasını, onu Nail adlı şəxsdən Əhmədli qəsəbəsində 20 manata aldığını bildirmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və kütləsinin 1 (bir) qram olması müəyyən edilmişdir ( i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli 6/2506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,860 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-46); Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2016-cı ildə nikaha daxil olmuşdur ( i.v. 50); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü, Mövsümov Tahir adlı, xx.xx.2015-ci il təvəllüdlü, Mövsümova Mələk adlı; xx.xx.2021-ci il təvəllüdlü, Mövsümov Tacir adlı övladları vardır ( i.v. 51-54); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( i.v. 62); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-228/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, onun dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi, ev dustaqlığı qətimkan tədbirinin müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi və əvvəlinin 29 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 81-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 101); Diskə baxış keçirilməsi haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi X10 iştirakları ilə “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəni təqdim edərək, həmin maddənin heroin olduğunu, onu Nail adlı şəxsdən Əhmədli qəsəbəsində 20 manata aldığını bildirmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və kütləsinin 1 (bir) qram olması müəyyən edilmişdir ( i.v. 102-103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X3 xx.xx.2022-ci il tarixli, 2542 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. 104-105); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli 6/2687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan 2(iki) paketdəki, vət. X6 üzərindən aşkar edilərək götürülmüş 4(dörd) ədəd bükümdəki heroinlər vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İlkin tədqiqat zamanı N.İldarzadədən və Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2505 və 6/2506 saylı ekspert rəyində göstərilmişdir ( i.v. 115-119); Sübutların qiymətləndirilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X6 əməlinin Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı, X6 isə barəsində seçilmiş həbs qətimkan tədbirlərinin nəzərə alınması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X6 ifadələrinin toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid1, Şahid2, X19 və X7 ifadələri, ƏN-nin MEM-nin 30 aprel 2022-ci il tarixli 6/2505, 6/2506 saylı, 23 may 2022-ci il tarixli 6/2687 saylı, 25 may 2022-ci il tarixli 10/3031 saylı rəyləri, Səhiyyə Nazirliyi Respublika X16 Hüquqi şəxsin 11 may 2022-ci il tarixli 2386 saylı və 16 may aprel 2022-ci il tarixli 2542 saylı rəylərinin, şəxsi axtarış və götürmə, disklərə baxış və üzləşdirmə protokollarının iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,790 qram qalan narkotik vasitə heroinin maddi sübut kimi tanınması, X6 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,522 qram qalan narkotik vasitə heroinin maddi sübut kimi tanınması, X6 üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzinin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs və X6 üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd “DVD” disklərin sübut kimi tanınması, X6 Bakı Hərbi Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən iki il müddət keçmədiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və əvvəlki cəzasının residiv kimi qiymətləndirilməsi, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən X6 Bakı Hərbi Məhkəməsi tərəfindən təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməsi, Xətai RPİ-nin 34-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs və X6 üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroini təqdim etmələrinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs və X6 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilmiş miqdar, yəni 0,860 və 1,762 qram götürülməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, X6 əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qiymətləndirilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs və X8 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin X2 mənbə barəsində cinayət işinin ayrılması, təqsirləndirilən şəxs X1 İlqarzadə kimi deyil, İldarzadə kimi oxunması qərara alınmışdır ( i.v. 121-137) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-255/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs Saday oğlunun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-178179-22 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs bu günə kimi qeydiyyatdan keçməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü masanın üzərinə qoyur, içərisində heroin olduğunu, onu Nail adlı şəxsdən Əhmədli qəsəbəsində 20 manata aldığını bildirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,860 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2); himayəsində 3 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu cinayət əməli törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ev dustaqlığında olduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-255/2022, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,790 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-359/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-359/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver