Məhkəmə qərarları › İş №1(011)-36/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-36/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-36/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tərəfindən ünvan 2 ünvanda yerləşən icarəyə götürülmüş lombardın sahibi kimi idarə edərkən lombardın daimi müştərisi Zərərçəkmiş şəxs tərəfindən 17.05.2019-cu il tarixdə 525 manat dəyərində qızıldan 6,8 qramlıq bir cüt sırğa, 6,0 qramlıq bir ədəd qolbağı 009202 nömrəli girov biletinə əsasən bir ay müddətinə 500 manat, 28.08.2019-cu il tarixdə 530 manat dəyərində qızıldan 2,7 qramlıq bir cüt sırğa, 5,9 qramlıq üzük, 3,7 qramlıq bir cüt sırğa, 3,9 qramlıq boyunbağı ilə kulonu 016689 nömrəli girov biletinə əsasən bir ay müddətinə 500 manat, 30.08.2019-cu il tarixdə 735 manat dəyərində qızıldan 18,2 qramlıq üzük sırğa dəstini 009342 nömrəli girov biletinə əsasən bir ay müddətinə 700 manat, 30.08.2019-cu il tarixdə 420 manat dəyərində qızıldan 7,8 qramlıq bir cüt sırğanı bir ay müddətinə 400 manat, 31.08.2019-cu il tarixdə 2.835 manat dəyərində qızıldan 5,8 qramlıq bir cüt sırğa, 17 qramlıq üzük, 16,29 qramlıq boyunbağını 009346 nömrəli girov biletinə əsasən bir ay müddətinə 2.700 manat və 01.10.2019-cu il tarixdə 1.050 dəyərində qızıldan 7,24 qramlıq qolbaq, 16,4 qramlıq bir dəst üzük və sırğa, 4.6 qramlıq boyunbağını 009349 nömrəli girov biletinə əsasən bir ay müddətinə 1.000 manat olmaqla cəmi 6.095 manat dəyərində qızıl-zinət əşyalarını lombardın qəbul edicisi Şahid2 tərəfindən qızıl məmulatı kimi deyil, aşağı qiymətlə dəyərləndirilməklə sonuncuya təhvil verməklə digər işçi Şahid1 tərəfindən qeydiyyata alınaraq hər bilet üzrə aylıq 5 faiz əlavə ödənilməklə götürüləcək nağd pul vəsaitinin tam həcmdə qaytarıldıqdan sonra girova qoyulmuş həmin qızıl-ziııət əşyalarının geri verilməsi şərti ilə 5.800 manat nağd pul vəsaiti Zərərçəkmiş şəxs verilmiş, girova qoyulma müddətlərinin başa çatdıqda sonuncu tərəfindən 009346, ******* nömrəli girov biletləri üzrə 015358 nömrəli mədaxil qəbzi ilə 05.03.2020-ci il tarixdə 500 manat, 016689, 009202, 009342, 009343 nömrəli girov biletləri üzrə 015392 və 015393 nömrəli mədaxil qəbzləri də müvafiq olaraq 09.03.2020-ci il tarixdə 1.050 və 1.347 manat, 009345, 009349 nömrəli girov biletləri üzrə 117939 nömrəli mədaxil qəbzi ilə 14.03.2020-ci il tarixdə 3.468 manat faizləri ilə ümumilikdə 6.365 manat nağd pul vəsaitini ödəyərək girovda olan qızıl-zinət əşyalarının qaytarılması üçün Təqsirləndirilən şəxs dəfələrlə müraciət etmiş, sonuncu qızıl-zinət əşyalarının digər lombardda qoyulmasını və həmin lombarda ödəniş edib qaytaracağı barədə yalan vəd vermiş, lakin digər lombarda ödəniş edib qeyd olunan qızıl-zinət əşyalarını götürməsinə baxmayaraq vədinə əməl etməmiş və Zərərçəkmiş şəxs qızıl məmulatı kimi cəmi dəyəri 15.000 manat olan qızıl-zinət əşyalarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının 01-nə qədər Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən lombardı qaynı oğlu Şahid2 ilə şərik işlətmişdir. Bütün işlərə nəzarəti Camaləddin həyata keçirmişdir. Əldə olunan gəliri Camaləddinlə yarı-yarıya aralarında bölmüşlər. 2019-cu ilin sonlarında Camaləddinlə arasında narazılıq yaranmış və Camaləddin lombardı təhvil verməmişdir. Camaləddiıılə şərik olduğu üçün lombardı tək işlətmək istəmiş və bunun üçün də Camaləddinə zəng edərək bildirmişdir ki, “gəl, lombardı mənə təhvil ver, sən işlətmirsənsə özüm işlədərək gəl təhvil ver”. 2020-ci ilin əvvəlində Camaləddin gəlib lombardı təhvil verməmişdir. Camaləddindən lombardı təhvil ala bilmədiyi üçün özü lombardda olan girov biletləri əsasında müştərilərdən aylıq ödənişləri qəbul etməyə başlamışdır. Həmin müştərilərdən biri də Zərərçəkmiş şəxs olmuşdur. Seymur lombarda yaxınlaşaraq Camaləddindən 5.800 manat məbləğində pul götürməsini, onun qarşılığında 6.095 manat dəyərində qızıl-zinət əşyaları qoymasını bildirmişdir. Seymur faizləri ilə birlikdə ümumilikdə 6.365 manat lombarda pul ödəmişdir. Sonradan 6.365 manat pulu Əliyə verib 6.095 manat dəyərində qızıl-zinət əşyalarını götürüb Seymura geri qaytarmaq istəmişdir. Lakin həmin vaxt məlum olmuşdur ki, həmin qızıllar Əlinin lombardında deyil, belə ki, sonuncu demişdir ki, həmin qızıllar onun lombardında yoxdur. Əlidən pulu geri qaytarmasına tələb etdikdə, yəni ona bildirmişdir ki, “qızıllar yoxdursa pulu ver, Seymurun pulunu qaytarım”. Bu zaman Əli pulu qaytarmaqdan imtina etmiş və demişdir ki, Camaləddinin ona borcu var, həmin pulu sonuncunun borcundan çıxır. Sonradan Seymur qızılını götürmək üçün lombarda yaxınlaşdıqda vəziyyəti sonuncuya izah etmiş və demişdir ki, ondan almış olduğu 6.365 manat pulu Əliyə vermiş, sonuncu da bildirmişdir ki, Seymura aid qızıllar lombardında yoxdur və Camaləddinin borcu olduğu üçün pulu geri qaytarmayacaq. Əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə 8500 manat ödəniş etməsini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019cu il tarixdə oğlunun sağlamlığı ilə əlaqədar olaraq pul lazım olmuşdur. Məcbur olaraq arvadına aldığı təxminən dəyəri 15.000 manat olan qızıl-zinət əşyalarını lombarda girov qoymaq qərarına gəlmişdir. Həmin ərəfələrdə oğlunu Bakı şəhərinə həkimə gətirmiş və qızıllar da üzərində olmuşdur. Həmin günü Bakı şəhərində lombard axtarmağa başlamışdır. 28 yanvar 2019-cu il tarixdə Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında olan lombarda daxil olaraq orada işləyən şəxsə yaxınlaşmışdır. Lombardda iki nəfər şəxs olmuş, həmin şəxslər Şahid2 və Şahid1dır. Camaləddin ilə danışmış və qızıl girov qoymaq istədiyini bildirmişdir. Camaləddin və Günel hər ikisi bildirmişlər ki, lombard Təqsirləndirilən şəxsdır və sonuncunun məlumatı olmadan qızıl götürə bilmirlər. Həmin günü özü ilə gətirdiyi 585 əyarlı bir cüt sırğa və bir ədəd boyunbağını çıxarıb təqdim etmişdir. Camaləddin qızılları təhvil almış, Günel də orada olmuş və iştirak etmişdir. Camaləddin Sevda xanıma zəng etməsini deyib onunla danışmışdır. Camaləddin qızılları elektron tərəzi ilə çəkərək 1.000 manat qiymətləndirmişdir. Camaləddin qızılları 5 faiz olmaqla götürmüşdür. Camaləddin pul gətirməsini bildirib çıxıb getmişdir. Lombardda əyləşib Camaləddini gözləmişdir. Camaləddin deməsinə görə “Qara Qarayev” metrostansiyası yaxınlığından pul götürməyə getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Camaləddin gəlmiş və 1.000 manat pul vermişdir. Həmin günü qızılı girov qoymağı ilə əlaqədar girov bileti tərtib olunmuş və imzalanmışdır. Bundan sonra 17.05.2019-cu il tarixdə həmin lombarda qızıl girov qoyaraq 500 manat, 30.08.2019-cu il tarixdə qızıl girov qoyaraq 700 manat, 30.08.2019-cu il tarixdə qızıl girov qoyaraq 400 manat, 31.08.2019-cu il tarixdə qızıl girov qoyaraq 2700 manat və 02.09.2019-cu il tarixdə qızıl girov qoyaraq 1000 manat pul almışdır. Beləliklə də 15.000-manat dəyərində həmin lombarda qızıl girov qoymuşdur. Qızılları da 5 faizdən girov qoymuş və razılaşmaya əsasən qızılın faizilə pulunu ödədikdən sonra qızılları özünə qaytarılmalı olmuşdur. Qızılları Şahid2 və X2 verərək girov qoymuşdur. Qızılları girov qoyduqdan sonra aylıq ödənişlərini lombarda gedərək Camaləddinə və Günelə ödəmişdir. Lakin sonuncu dəfə üç dəfəyə ödədiyi 6.500 manatı Sevdaya ödəmişdir. Ödənişlərlə bağlı da qəbzləri almışdır. Ümumilikdə lombarda 10.000 manat pul ödəmişdir. Həmin pulun 4.400 manatı faiz pulu, qalan 5.600 manat isə ana məbləğdir. Sevdaya qızılların pulunu ödədiyini bildirib qızıllarının qaytarılmasını tələb etmişdir. Sevda da bildirmişdir ki, narahat olma 2-3 gün ərzində qızılları qaytarılacaq. Lakin qızılları qaytarılmamışdır. Mütəmadi olaraq lombarda gedib Camaləddindən, Güneldən və Sevdadan qızıllarının qaytarılmasını tələb etmiş, onlarda bir-birilərini günahkar çıxarmışlar. Sevdanın bildirməsinə görə qızıllar “Qara Qarayev” metrostansiyası yaxınlığında olan Əli adlı şəxsin lombarında qoyulmuş, belə ki, onlar ona məxsus qızılları həmin lombarda girov qoyaraq oradan pul götürmüş və ona pul vermişlər. Bunu bildikdən sonra Əlinin işlədiyi lombarda getmiş və onunla danışmışdır. Əli də demişdir ki, Sevdanın ona 2.000 manat borcu var, həmin pulu ödəsin ona məxsus qızılları çıxarıb versin. Sonradan isə Əli bildirmişdir ki, bütün qızılları Sevdaya qaytarmışdır. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 9/6278 nömrəli rəyi ilə razı deyil, belə ki, rəydə və qəbzlərdə ona məxsus qızıl-zinət əşyaları lom qiyməti ilə qiymətləndirilmiş, qızıl-zinət əşyalarının üzərində qaşları göstərilməmiş, qızılın alış qiyməti ilə dəyərləndirilməmiş, qızıl-zinət əşyaları olmadığı halda qiyməti necə müəyyən olunur və qızıl-zinət əşyaları dəyəri rəydə təxminən göstərilmişdir. Ona məxsus qızılların forması və markası müəyyən edilməmişdir. Ekspertin rəyi ilə razı deyil, ona dəymiş ziyan 15.000 manat götürülməsini xahiş etmişdir. Qızıllarının dəyəri 15.000 manat olmuş, lakin qızılların ayrı-ayrılıqda dəyərini, əyarını və çəkisini bilməmişdir. Əyarı və çəkisi girov biletində göstərilmişdir. Dəymiş ziyandan ümumilikdə 8500 manat ödənilmişdir. Qalan ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 tanıyır, belə ki, həmin şəxslərlə birlikdə işləmişdir. 2014-cü ildə işləmədiyi üçün iş axtarmışdır. Bunun üçün də iş elanlarına baxmışdır. Həmin ərəfələrdə Bakı Metropolitenin Həzi Aslanov stansiyası yaxınlığında yerləşən lombardda işçi tələb olunmasını görüb oraya daxil olmuşdur. Lombardın müdiri Təqsirləndirilən şəxs ilə söhbət etmiş və aylıq 250 manat əmək haqqı almaqla işə götürülmüşdür. Səhəri gündən həmin lombardda qeydiyyatçı kimi işə başlamışdır. Əmək müqaviləsi əsasında işə götürülmüşdür. İş fəaliyyəti ondan ibarətdir ki, qızıl təqdim edən şəxslərdən qızıl-zinət əşyalarını götürüb yoxladıqdan sonra tərəzi ilə çəkisini müəyyən edib qəbzlər yazmış və qızılı girov kimi götürmüşdür. Qızıl-zinət əşyalarını lombardda lom qiymətinə götürmüşdür. Belə ki, qızıl girov qoyulduğu tarixdə satış qiymətindən 10 faiz aşağı məbləğə qızıl təhvil alınmışdır. Qızılın təhvil alınması ilə əlaqədar eyni formada üç nüsxədən qəbzlər tərtib olunmuş, həmin qəbzlərin biri müştəridə, biri arxivdə, biri isə qızılın içərisində qalmışdır. Qızıl-zinət əşyalarını təhvil aldıqdan sonra qiymətləndirmişdir. Girova götürülən qızıllar Nizami rayonu, Qara Qarayev stansiyası yaxınlığında yerləşən lombarda girov qoyularaq pul götürülmüş və pul müştəriyə verilmişdir. Yalnız qızıl-zinət əşyalarının lombarda girov götürmüş, müştərinin pulunu vermiş və qəbzlər yazmışdır. Qızıl-zinət əşyalarını Sevda və X5 yerləşən lombarda təhvil vermişlər. Həmin lombard haqqında heç bir məlumata sahib deyil. Müştərilər tərəfindən aylıq ödənişləri qəbul etmiş və qəbzlər yazmış, həmin qəbzlərin bir nüsxəsini müştəriyə vermiş, bir nüsxəsi isə lombardda qalmışdır. Müştərilər tərəfindən verilmiş pul və faizi ödənildikdən sonra qızıl-zinət əşyalarının girovdan çıxarılması ilə əlaqədar sifariş etmişdir. Belə ki, Sevda xanıma və Camaləddinə qızılın pulunun tam ödənilməsini bildirmişdir. Girov biletləri hazır şəkildə olmuş və yalnız içərisini doldurulmuşdur. Hazır girov bileti onun, Sevdanın və Camaləddinin adına gəlmişdir. Zərərçəkmiş şəxsli oğlunu tanıyır, belə ki, sonuncunu müştəri kimi tanımışdır. Xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs işlədiyi lombarda girov olaraq müxtəlif növ qızılzinət əşyaları qoymuşdur. Belə ki, ondan bir neçə dəfə girov kimi qızıl-zinət əşyaları götürmüş və ona pul vermişdir. Seymurdan girov götürdüyü qızılların pulunu o, faizi ilə birlikdə ödədikdən sonra sonuncu həmin qızılları lombarddan götürmüşdür. 2015-ci ildə o, həmin lombarddan işdən çıxmışdır. Lakin sonradan Sevda xanımın xahişi əsasında həmin lombarda getmiş və ona kömək etmişdir. Belə ki, həmin lombardda yenə də qeydiyyatçı kimi işləmişdir. 2019-cu ildə həmin lombarda Şahid2 qızıl mütəxəssisi kimi işə başlamışdır. Bildiyinə görə Camaləddin Sevda xanımın qohumu olmuşdur. Xatırlamadığı tarixlərdə Seymur yenə də lombarda müxtəlif növdə qızıl-zinət əşyaları girov qoymuşdur. Seymurdan qızılları Camaləddin onun iştirakı ilə təhvil almışdır. Seymur girov qoyduğu qızılların faizi ilə birlikdə pulunu lombardda ödəmiş və bu barədə qəbzlər tərtib edərək Seymura vermişdir. Bir nüsxəsini isə lombardda saxlamışdır. Seymur qızılın pulunu ödədikdən sonra ona məxsus qızılları girovdan çıxarılması üçün Sevdaya demişdir. Artıq həmin vaxt Camaləddin işdən çıxmışdır. Seymurun verdiyi pulları da Sevda xanıma vermişdir. Seymur pul ödədikdən sonra Sevda xanıma qızılların çıxarılması ilə əlaqədar sifariş etdikdən 2-3 gün sonra sonuncu Seymurun qızıllarının olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki. Təqsirləndirilən şəxs tanıyır, belə ki, Sevda mərhum əmisi Sücədinin arvadı olmuşdur. Sevdanın Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən lombardı olmuşdur. Ali təhsilli mühəndisdir, lakin heç bir yerdə işləmədiyi üçün özünə iş axtarmışdır. Buna görə də yaxın qohumları bildirmişdir ki, iş axtarır. Əmisi Sücəddin ölməmişdən əvvəl bildirmişdir ki, Sevdanın lombardında işləsin, o da razılaşmışdır. 2017-ci ildən həmin lombarda işləməyə başlamışdır. Həmin lombardda VÖEN-i əsasında işə başlamışdır. Həmin lombardda Günel adlı qadın da işləmişdir. İş fəaliyyəti qızıl təqdim edən şəxslərdən qızıl-zinət əşyalarını götürüb yoxladıqdan sonra tərəzi ilə çəkisini müəyyən edib qəbzlər yazmaq və qızılı girov kimi götürmək olmuşdur. Qızıl-zinət əşyalarını lombardda lom qiymətinə götürmüşdür. Belə ki, qızılın girov qoyulduğu tarixdə satış qiymətindən 10 faiz aşağı məbləğə qızıl təhvil almışdır. Qızılın təhvil alınması ilə əlaqədar eyni formada üç nüsxədən qəbzlər tərtib olunmuş, həmin qəbzlərin biri müştəridə, biri arxivdə, biri isə qızılın içərisində qalmışdır. Qızıl-zinət əşyalarını təhvil aldıqdan sonra qiymətləndirib müştəri ilə razılığa gəlmişdir. Girova qoyulan qızıllar Qara Qarayev prospektində yerləşən Əli adlı şəxsin lombardında girovda saxlanılmışdır. Belə ki, müştəridən qızıl-zinət əşyaları alındıqda qəbzlər tərtib olunmuş, qəbzlə birlikdə qızıllar Əli adlı şəxsin lombardında girov biletinə əsasən girov qoyularaq pul götürülüb müştəriyə verilmişdir. Qızılları Əli adlı şəxsin lombardına o və Sevda xanım aparmışdır. Müştərilər tərəfindən aylıq ödənişlərini qəbul elmiş və qəbzlər yazmışdır. Həmin qəbzlərin bir nüsxəsini müştəriyə vermiş, bir nüsxəsi isə lombardda qalmışdır. Müştərilər tərəfindən verilmiş pul və faizi ödənildikdən sonra qızıl-zinət əşyalarının girovdan çıxarılması ilə əlaqədar sifariş verilmiş və qızıllar girovdan çıxarılıb sahibinə təhvil verilmişdir. Girov biletləri hazır şəkildə olmuş və yalnız içərisi doldurulmuşdur. Zərərçəkmiş şəxsli oğlunu tanıyır, belə ki, onu müştəri kimi tanımışdır. Xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs işlədiyi lombarda girov olaraq müxtəlif növ qızılzinət əşyaları qoymuşdur. Seymurdan qızıl-zinət əşyalarını o və Günel təhvil almışdır. Belə ki, Seymur qızılları müxtəlif vaxtlarda girov qoymuşdur. 31.08.2019-cu il tarixli ÜÜ9346, 009202, 009342, 009343 və 009349 nömrəli girov biletlərini o, yazmış, adına olan qəbz qurtardıqda Günelin və Sevdanın adına qəbzlərlə Seymurdan və başqa müştərilərdən qızıl zinət əşyaları götürmüşdür. Müştərilər tərəfindən ödənilən ödənişləri, yəni faiz pulu Sevda xanıma vermişdir. Seymurdan ancaq faiz pulunu almışdır. Ana məbləğ də pulu Seymur tərəfindən lombarddan işdən çıxarıldıqdan sonra ödənilmişdir. Seymurdan hansı növdə qızılları almağını xatırlamır, lakin Seymurda hansı növ qızılları lombarda qoyması barədə qəbzlər vardır, Seymurdan girov götürdüyü qızılları Əli adlı şəxsin lombardına girov qoyaraq pul götürmüş və Seymura vermişdir. Əlinin lombardına qızılları girov qoyan zaman heç bir sənədləşmə aparılmamış, belə ki, Əli ilə alış-veriş olduğu üçün biri-birilərini tanımış, ona görə də heç bir sənədləşmə aparılmır. Lakin Əli qızılları təhvil alan zaman baxır və yoxlayır, sonra kitabında qeyd edir. Eyni zamanda qızılların olduğu paketin içərisində girov bileti də olur və qızılla birlikdə Əlidə qalır. Seymur qızıl zinət əşyalarını girov qoyduqdan sonra ödənişləri ona və Günelə etmişdir. 2019-cu ilin dekabr ayının sonlarında lombarddan işdən çıxarılmışdır. İşdən çıxmasına səbəb çoxsayda müştərilərin Sevda xanımdan narazılıq etməsi olmuşdur. İşdən çıxanadək Seymur qızılların pulunu ödəməmişdir. İşdən çıxdıqdan sonra öyrənmişdir ki, Seymur qızılların pulunu ödəmiş, lakin qızılları ona qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3i rayonu, Qara Qarayev prospekti 38 mənzil ünvanda qeyri-yaşayış sahəsi özünə məxsusdur. Həmin yer lombard kimi fəaliyyət göstərir. Həmin lombardın direktorudur və vergidən VÖEN-in olmaqla dövlətə vergi də ödəyir. Müdiri olduğu lombard müştərilərdən və lombardlardan qızıl-zinət əşyalarını girov götürməklə fəaliyyət göstərir. Lombardda bir nəfər qadın qeydiyyatçı kimi işləyir. İşlədiyi lombardda qızıl-zinət əşyalarını o və lombardın işçisi Əsmət Quliyeva təhvil alır. Müştərilərdən və lombardlardan qızıl-zinət əşyalarını təhvil alan zaman bu barədə qəbzlər tərtib olunur, həmin qəbzin bir nüsxəsi lombarda, bir nüsxəsi isə müştəriyə verilir. Tərtib edilmiş qəbzlər hazır vəziyyətdə öz adına olur və içərisi doldurulmaqla lombardın möhürü ilə möhürlənir. Müştərilər tərəfindən ödənişlər və faizləri ödənildikdən sonra qızıl-zinət əşyaları sahiblərinə geri qaytarılır. Şahid2 və Təqsirləndirilən şəxs tanıyır, həmin şəxsləri Bakı Metropolitenin ‘‘Həzi Aslanov” stansiyası yaxınlığında lombard işlədən şəxslər kimi tanımışdır. Həmin şəxslər hər ikisi lombardına qızıl-zinət əşyaları qoymuşlar və götürmüşlər. İlkin olaraq Sevda xanımı tanımış və onunla alış-veriş, yəni qızıl təhvil alıb, təhvil vermişdir. Sevdanın vasitəsi ilə də Camaləddini tanımışdır. Belə ki, Sevda lombardına qızıl girov qoyub pul götürən zaman bildirmişdir ki, Camaləddin onun qohumudur və o, özü gələ bilmədikdə Camaləddin gəlib pul götürəcək və qızıl qoyacaq. 2019-cu ilin may ayından başlayaraq Camaləddin işlədiyi lombarda gələrək müştəriyə məxsus müxtəlif növdə və çəkidə qızıl-zinət əşyaları girov qoyaraq pul götürmüşdür. Xatırlamadığı tarixdə işlədiyi lombardda olan zaman əvvəllər görmədiyi və tanımadığı bir nəfər kişi lombarda gələrək özünü Seymur kimi təqdim etmiş və aldanıldığını demişdir. Belə ki, Seymurun deməsinə görə özünə məxsus qızıl-zinət əşyalarını “Həzi Aslanov” stansiyası yaxınlığında olan Sevda xanımın lombardına Camaləddinə verərək girov qoymuş, sonradan isə pulunu Sevda xanıma ödəsə də qızıllarını ala bilməmişdir. Seymurdan ona necə kömək edə biləcəyini soruşmuş, sonuncu da demişdir ki, Sevda xanım ona demişdir ki, “Camaləddin qızıllarını Əlinin lombardına girov qoyub, o, qızılların pulunu Sevdaya ödədikdən sonra sonuncu Əliyə lombarda pulu ödəyərək qızılları təhvil almış, lakin onun qızılları saxta çıxmışdır”. Seymura bildirmişdir ki, Camaləddin və Sevda lombardına çoxsayda qızıl-zinət əşyaları girov qoymuş və pulunu ödədikdən sonra təhvil vermişdir. Vətəndaşdan qızılı qəbul edən zaman o və işçisi qızılı yoxlayır və ətraflı baxır. Vətəndaşın qızılını qaytarılan zaman da yoxlanılaraq qaytarılır. Tanıdığı şəxslərin lombardından qızıl-zinət əşyalarını alan zaman bəzən yoxlamır, belə ki, lombard özü qızılı çəkir, yoxlayır və qəbzdə qeyd edir. Həmin şəxsi tanıdığı və inandığı üçün yoxlamır, lakin bu hal çox nadir hallarda olur. Sevda və Camaləddindən aldığı qızılların içərisində saxta qızıl olmasını bilməmiş. Belə ki, ilkin olaraq Camaləddindən qızıl təhvil alan zaman 1-2 dəfə yoxlamamış, bu da bir neçə illər əvvəl olmuşdur. Lakin son zamanlar qızılları yoxlayıb qəbul etmişdir. Sevda tərəfindən yekunda pul verildikdə onun lombardı adından verilmiş bütün qızılları sonuncuya təhvil vermişdir. Lakin qızılların içərisində Seymurun qızılları olub-olmamasını bilməmişdir. Ancaq Seymur qızıllarını verdiyi tarixlər barədə bildirdikdə aydın olmuşsur ki, həmin ərəfələrdə qızılları Camaləddindən qəbul etmiş və həmin qızılların da içərisində saxta olmamışdır. Həmin qızılları Sevdaya vermişdir. Təqsirləndirilən şəxs lombardı adından verilmiş qızıl-zinət əşyaları hamısı dəst şəkilində bir ədəd paketdə olmuş, son vaxtlar verilən qızılları yoxlayıb qəbul etmiş və hər biri qızıl olmuşdur.. Lombardda yalnız qızıl qəbul etmiş və saxta qızıl ilə məşğul olmamışdır. Onda olan qəbzdə də qızıl qəbul etməyi qeyd olunmuşdur. Lombardın qızıl-zinət əşyalarını qəbul edilməsi, əyarı çəkisi və forması barədə qeydlər aparıldığı kitabı olmamış, belə ki, yalnız qızıl-zinət əşyalarını qəbz əsasında qəbul etmişdir. Camaləddin qızıl-zinət əşyalarını girov qoyduqdan sonra qızılları Sevda girovdan çıxarmışdır. Sevdanın lombardı adından qoyulmuş qızılların içərisində saxta qızıl olmamışdır. İş materiallarında olan 009346, 016689, 009202, 009342, 009343 və 009349 nömrəli girov biletlərindən görünür ki, Zərərçəkmiş şəxs 583 əyarlı 5.8 qram sırğa, 583 əyarlı 17 qram 4 ədəd üzük, 583 əyarlı 31,5 qram boyunbağı, iki ədəd 16.2 qram qolbağı, 585 əyarlı 2,7 qram sırğa, 585 əyarlı 5,9 qram üzük, 585 əyarlı 3.7 qram sırğa, 585 əyarlı 3,9 qram sep kulon, 585 əyarlı 6,8 qram sırğa, 750 əyarlı 6 qram qolbaq, 585 əyarlı 18,2 qram üzük sırğa kulon, 750 əyarlı 7,8 qram sırğa, 583 əyarlı 7.2 qram qolbaq, 583 əyarlı 16,4 qram üzük sırğa kulon, 583 əyarlı 4,6 qram sep qızıl-zinət əşyaları girov götürülmüşdür. İş materiallarında olan 015358, 015392, 117939 və 015393 nömrəli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs lombarda 500, 1050, 3468 və 1347 manat pul ödəmişdir. İş materiallarında olan 585709 və 585707 nömrəli girov biletlərinin (iş vərəqi 112 də ) surətindən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs 200 qram 750 əyarlı 13 paketdə, 250 qram 585 əyarlı 10 paketdə qızıl-zinət əşyaları qaytarmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 9/6278 saylı rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda və girov biletlərində göstərilən qızıl-zinət əşyalarının 2019-cu ilin may, avqust, sentyabr aylarına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 8556,00 (888,00+972,00+1122,00+624,00+3258,00+1692,00) manat müəyyən olunur. Həmin qızılzinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 009346 nömrəli girov biletində göstərilən iki ədəd qolbağın əyarı haqqında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd 1: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının dəyəri onun ifadəsində qeyd etdiyi miqdara əsasən götürülmüşdür. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 21.10.2021-ci il tarixli **********876200 nömrəli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında vergi ödəyicisi kimi 25.11.2004-cü il tarixdə uçota alınmışdır. Təqsirləndirilən şəxs rəhbəri olduğu “X10” MMC (VÖEN **********) vergi ödəyicisi kimi 16.03.2009-cıı il tarixdə Bakı şəhəri X9 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Təsisçi barədə məlumatlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya sirri təşkil etdiyindən, həmin məlumatlar Cinayət Prosessual Məcələsinin 177.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada məhkəmə qərarı əsasında təqdim oluna bilər. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 21.10.2021-ci il tarixli **********875500 nömrəli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Şahid3 (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında vergi ödəyicisi kimi 17.09.2018-ci il tarixdə uçota alınmışdır. Şahid3 hər hansı müəssisəsinin rəhbəri və ya təsisçisi olması barədə məlumat yoxdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 25.10.2021-ci il tarixli **********025100 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 (VÖEN **********) 28.06.2014-cü il tarixdə fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında uçota alınmışdır, lakin hər hansı müəssisənin rəhbəri və təsisçisi olması barədə məlumat yoxdur. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03.09.2021-ci il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 016689, 009202, 009342, 009343, 009346 və 009349 nömrəli girov biletləri, 015358, 015392, 117939 və 015393 nömrəli kassa mədaxil orderinin qəbzləri, 585709 və 585707 nömrəli girov biletləri və Şahid2 tərəfindən yazılmış əl yazması maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ümumilikdə təqsirləndirilən şəxs tərəfindən 15000 manat ziyandan 8500 manat ödəniş edilmişdir. Ziyan tam ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, onun ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut olan girov biletləri, kassa mədaxil orderinin qəbzləri ilə tam təkzib olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı qismən ödəməsini, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini ,yaşını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 016689, 009202, 009342, 009343, 009346 və 009349 nömrəli girov biletləri, 015358, 015392, 117939 və 015393 nömrəli kassa mədaxil orderinin qəbzləri, 585709 və 585707 nömrəli girov biletləri və Şahid2 tərəfindən yazılmış əl yazması iş mateiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 016689, 009202, 009342, 009343, 009346 və 009349 nömrəli girov biletləri, 015358, 015392, 117939 və 015393 nömrəli kassa mədaxil orderinin qəbzləri, 585709 və 585707 nömrəli girov biletləri və Şahid2 tərəfindən yazılmış əl yazması iş mateiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar