Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-36/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan, barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 03 avqust 2022-ci il tarixində saat 12:50-də ünvan 1 ünvanında yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs boynundan asdığı 758 manat 80 qəpik dəyərində 14 qram çəkisi olan qızıl boyunbağını dartıb qaçmaqla açıq yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 758 manat 80 qəpik (yeddi yüz əlli səkkiz manat səksən qəpik) məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi qaydada evlidir və 2008-ci ildən bəri X5 ilə birlikdə Masallı rayonu, Qarğalıq kəndində atasına məxsus evdə yaşayır. Həmin münasibətdən 29 dekabr 2009-cu il təvəllüdlü X11 və 03 avqust 2013-cü il təvəllüdlü X10 olmaqla iki azyaşlı övladı var. Övladları rəsmi nikahda olmadığı üçün həyat yoldaşı Gülşən Qasımovun soyadını daşıyırlar. 2019-cu ildə Abşeron rayon məhkəməsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə barəsində araşdırma aparılmış və həmin məcəllənin 73.2-ci maddəsi ilə iş xitam olunmuşdur. Uzun müddət işsiz olduğu üçün kiçik oğlu 03 avqust 2013-cü il təvəllüdlü X10 xəstəliyi ilə əlaqədar onun dərmanlarını almağa maddi vəziyyəti imkan vermirdi. 2022-ci ilin sonlarında iş axtarmaq məqsədi ilə yaşadığı kənddən Bakı şəhərinə gəlmiş, burada iş tapa bilmədiyi üçün Binəqədi rayonu ərazisində küçədə müxtəlif yerlərdə qalmışdır. 03 avqust 2022-ci il tarixində saat 12:50 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən kafelərin birində yemək yedikdən sonra həmin yerin yaxınlığında yerləşən Sovxoz küçəsinə tərəf hərəkət etmişdir. Həmin küçədə məhəllərin arasında olarkən bir nəfər qadınla üzbəüz gəlmiş, həmin qadının boynunda olan sarı rəngli boyunbağı diqqətini çəkmişdir. Pula ehtiyacı olduğu üçün həmin boyunbağının qızıl ola biləcəyini fikirləşmiş və qadının arxa tərəfinə keçdikdən sonra ona yaxınlaşıb çiynindən tutmuş, boynunda gördüyü boyunbağını dartmaqla qoparmışdır. Ətrafda kimsə olmamasından istifadə edərək boyunbağını götürdükdən sonra dərhal oradan qaçaraq uzaqlaşmışdır. Oradan getdikdən sonra həmin boyunbağını sataraq pula çevirməyi fikirləşmişdir. Öz şəxsiyyət vəsiqəsini itirdiyi üçün boyunbağını sata bilmək üçün tanışı Şahid1 ilə danışıb ondan boyunbağını satmaq üçün kömək etməyini xahiş etmək istəmişdir. Təqribən altı ildir ki, Şahid1 yaşadığı kəndin yaxınlığında yerləşən Dəlləkli kəndinin sakini kimi tanımış və onun uzun müddətdir ki, Bakı şəhərində yaşadığını bilmişdir. Bu məqsədlə bir neçə saat sonra Şahid1 yaşadığı Binəqədi rayonu, 1-ci Mədən küçəsinə getmiş və məhəllədə onunla rastlaşmışdır. Ona övladının xəstə olduğunu, pula ehtiyacı olduğu üçün həyat yoldaşının qızıl boyunbağısını satmaq istədiyini, bunun üçün həyat yoldaşının özünün də razılığı olduğunu demişdir. Əlybasa şəxsiyyət vəsiqəsinin olmadığını izah edib satmaq üçün kömək etməyini istəmişdir. Əlyabas əvvəlcə başqa cür sata biləcəyini deyərək onunla razılaşmasa da, övladı xəstə olduğu üçün pula ehtiyacı olduğunu deyib bir neçə dəfə ondan xahiş etdikdən sonra onunla razılaşmışdır. Bundan sonra Əlyabasla birlikdə Nəsimi rayonu ərazisində, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Moskva” ticarət mərkəzinə getmişdir. Həmin ticarət mərkəzinin qarşısında yerləşən zinət əşyaları alğı-satqısı ilə məğul olan “Qızıl ulduz” mağazasına Əlyabasla birlikdə daxil olmuş, mağazadakı satıcılardan birinə yaxınlaşıb boyunbağını göstərərək onu satmaq istədiyini bildirmişdir. Satıcı onun çəkisinə baxıb qızıl materiallı olduğunu müəyyən etdikdən sonra 575 manat qiymətinə ala biləcəyini demişdir. Özü onunla razılaşmış və qızılı satmaq üçün Əlyabasdan şəxsiyyət vəsiqəsini təqdim etməyini istəmişdir. Beləliklə Əlyabasın şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla onun adından həmin boyunbağını mağazaya satmış, bundan sonra oradan gedərək Əlyabasın yaşadığı küçəyə qayıtdıqdan sonra ondan aralanmışdır. Həmin günün axşamı yaşadığı Masallı rayonu, Qarğalıq kəndinə qayıtmış, 05 avqust 2022-ci il tarixdə polis tərəfindən saxlanılmışdır. Onun törətdiyi soyğunçuluq əməlindən kiminsə məlumatı olmadığı üçün ona kömək edən kimsə də olmamışdır. O, soyğunçuluq etdiyi şəxsin çiyin nahiyəsindən tutmuş, lakin ona qarşı hansısa formada zorakılıq və ya zorakılıq hədəsi tətbiq etməmişdir. Həmin şəxs özünü müdafiə etmədiyi üçün cəld formada boyunbağını qoparıb götürmüş və oradan qaçmışdır. Zərər çəkmiş şəxsə vurulmuş zərərdən 700 manat ödəniş edilmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, 2008-ci ilədək Rusiya Federasiyasında yaşasa da, əri vəfat etdikdən sonra Bakı şəhərində yaşamağa başlamış, 31 yaşlı övladı olan X1 paytaxtı Parisdə işləyir, bacısının oğlu olan X4 həm öz evi olmadığı, həm də tək yaşadığı üçün onunla birlikdə yaşayır. Özü işsizdir və oğlunun bəzi vaxtlarda göndərdiyi pulla öz ehtiyaclarını ödəyir. Evdə məişət işləri ilə məşğul olduğu üçün günün çox vaxtını evdə keçirir. Lakin 03 avqust 2022-ci il tarixdə saat 13:00 dəqiqədə qadın salonunda özü üçün vaxt təyin etmişdir. Bu məqsədlə həmin gün saat 12:50 radələrində yaşadığı ünvan 2 ünvandan çıxaraq avtobus dayanacağına tərəf irəliləmişdir. Bu vaxt küçədə tək olmuş və təxminən 50 metr qapıdan aralandıqdan sonra məhəllədə bir nəfər tanımadığı cavan oğlanla üzbəüz gəlmişdir. Onunla rastlaşıb biri-birilərini keçdikdən sonra, həmin şəxs arxa tərəfdən ona yaxınlaşmış və onun sağ çiyin nahiyyəsindən tutaraq boynuna taxmış olduğu qızıl boyunbağını dartıb çıxarmışdır və dərhal onun arxa tərəfindən qaçmışdır. Həmin vaxt ətrafda kimsə olmasa da, özü həyəcanlanıb yüksək səslə kömək istəmiş və bir qədər sonra yaşadığı evə qayıdaraq DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə hadisə barədə məlumat vermişdir. 03 avqust 2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsində tanımadığı şəxs qəflətən ona yaxınlaşaraq sağ çiynindən tutmuş, cəld formada boynundakı qızıl boyunbağını qoparmaqla götürmüş və oradan qaçaraq uzaqlaşmışdır. Həmin vaxt əməli törətmiş şəxs boynuna taxdığı boyunbağını cəld formada götürsə də, ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs atası ona dəymiş ziyanın bir qismini, yəni 700 manatı məhkəmə istintaqı zamanı ödəmişdir. Atası ona söz vermişdir ki, qalan məbləği 5 mart 2023-cü il tarixədək ödəyəcəkdir. Bu səbəbdən təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsini, mülki iddianın isə təmin edilməsini xahiş etmişdir. İş üzrə Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid1 oğlunun məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, özü qeyri-rəsmi olaraq evlidir və iki azyaşlı övladı var. 2016-cı ilin aprel ayında Tovuz və Gədəbəy istiqamətində gedən döyüşlərin iştirakçısı olmuş, 2-ci qrup əlildir. Fəaliyyət qabiliyyəti məhdud olduğu üçün hazırda işləmir. 2018-ci ildən bəri ailə ilə birlikdə kirayəşin kimi ünvan 3 ünvansız evdə yaşayır. Təxminən altı ildir ki, əvvəl yaşadığı Masallı rayonu, Dəlləkli kəndində olarkən yaxınlıqda yerləşən Qarğalıq kəndində yaşayan Təqsirləndirilən şəxs həmyaşıdı kimi tanımışdır. Onunla daim sıx əlaqəsi olmasa da, son bir ildə o Bakı şəhərinə gəldiyi vaxtlarda onunla dəfələrlə görüşmüşddür. 03 avqust 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsində olarkən Təqsirləndirilən şəxs onun yanına gəlmiş və azyaşlı övladı xəstə olduğu üçün pula ehtiyacı olduğunu, buna görə də həyat yoldaşına məxsus qızıl boyunbağını təcili olaraq satmalı olduğunu bildirmişdir. Rasim öz şəxsiyyət vəsiqəsi olmadığından onun şəxsiyyət vəsiqəsi ilə həmin qızıl boyunbağını satmaq istəmişdir. Özü əvvəlcə Rasimə onsuz da sata biləcəyini deyib razılıq verməmişdir. Lakin Rasim övladı kənddə xəstə olduğu üçün müalicəsinə pul lazım olduğunu, vəsiqəsiz satmaq mümkün olmadığını deyib israr etdiyi üçün onunla razılaşmışdır. Həmin gün təxminən saat 15 radələrində Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında, “Moskva” ticarət mərkəzinin aşağı hissəsində yerləşən “Qızıl ulduz” adlı mağazaya getmişdir. Həmin mağazada olan satıcılardan birinə yaxınlaşaraq qızıl satmaq istədiklərini demişdir. Satıcı həmin qızıl boyunbağını yoxlayıb çəkisinə baxmışdır. Bundan sonra satıcı həmin qızıl üçün 575 manat məbləğində nağd pul verə biləcəyini demiş, onlar isə onunla razılaşmışdır. Özü isə qızılı almaq üçün öz şəxsiyyət vəsiqəsini satıcıya təqdim etmiş, satıcı müvafiq qeydləri apardıqdan sonra şəxsiyyət vəsiqəsini qaytarmış və 575 manat nağd pul vermişdir. Onlar oradan getmiş, həmin pulu Təqsirləndirilən şəxs özünə vermişdir. Bundan sonra oradan onun yaşadığı Binəqədi rayonu, 1-ci Mədən küçəsinə qayıdaraq oradan ayrılmışdırlar. 05 avqust 2022-ci il tarixdə isə polis tərəfindən saxlanılaraq Təqsirləndirilən şəxs həmin qızıl boyunbağını qanunsuz olaraq əldə etdiyini öyrənmişdir.(i.v 60-62) İş üzrə Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 oğlunun məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən “Moskva” ticarət mərkəzinin qarşısında olan “Qızıl ulduz”, başqa adla “Gold star” qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan mağazada satıcı kimi işləyir. Orada iş vaxtı səhər saat 10:00-dan axşam saat 18:00-dəkdir. İşi ilə əlaqədar olaraq müxtəlif qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Belə ki, 03 avqust 2022-ci il tarixdə saat 15 radələrində qeyd olunan mağazanın özü nəzarət etdiyi hissəsində olarkən iki nəfər tanımadığı cavan oğlan müştəri kimi yaxınlaşmış və özləri ilə gətirdikləri qızıl boyunbağını satmaq istədiklərini demişdirlər. Özü onlardan həmin boyunbağının kimə məxsus olduğunu soruşduqda onlardan biri, yəni Şahid1 özünə məxsus olduğunu bildirmişdir. Hər hansı problem ola biləcəyini fikirləşib onlardan təqdim etdikləri boyunbağının oğurlanmış olub-olmadığını soruşmuşdur. Onların isə hər ikisi oğurlandığını inkar edərək problemsiz olduğunu bildirmişdirlər. Buna görə də onların təqdim etdiyi boyunbağının qızıl materiallı olduğunu müəyyən etmək üçün yağ-daş üsulu ilə yoxlamış və həqiqi qızıl materiallı olduğunu aşkar etmişdir. Çəkisini ölçərək 10,33 qram olduğunu müəyyən etmiş və 575 manat qiymətində olduğunu həmin iki nəfərə bildirmişdir. Onlar satmaq istədiklərini bildirdikdən sonra Şahid1 öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Onun vəsiqəsinin surətini götürdükdən sonra təqdim etdiyi qızıl boyunbağını götürmüş, özünə isə 575 manat məbləğində pul vermişdir. Bundan sonra onlar yanından getmiş və bir neçə saat sonra həmin qızıl boyunbağını 600 manat qarşılığında tanımadığı şəxsə satmışdır. Bundan iki gün sonra isə polis əməkdaşları tərəfindən həmin qızıl boyunbağının cinayət yolu ilə əldə olunduğunu öyrənmişdir.(i.v 100-102) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 1); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə 12:50 radələrində yaşadığı evdən çıxıb salona gedərkən tanımadığı şəxs ona arxa tərəfdən yaxınlaşaraq qızıl boyunbağını dartıp qopararaq qaçıb getmiş, qızıl sepin təxminən 30 qr qədər çəkisi olmuş, dəyəri isə 1000-1500 dəyəri olmuşdur. Hadisəni törədən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir(i.v 7) 05 avqust 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v 14) şübhəli şəxsin tutulması haqqında 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 05 avqust 2022-ci il tarixdə, saat 14:00-də tutulmuşdur ( i.v. 35-36); 05 avqust 2022-ci il tarixli şəxsin tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslərin siyahısından 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs göstərir.(i.v 49-51) 05 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə ələ keçirtdiyi boyunbağını satdığı, ünvan 6 ünvanında yerləşən “Qızıl Ulduz” mağazasında ifadəsində bildirdiklərini bir daha təsdiq edir.(i.v 63-67) 06 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 68-70) 06 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində bildirdiklərini şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 71-73) İş materillarına əlavə edilmiş arayışdan görünür ki, 1 qr çəkidə qızılın qiyməti xx.xx.2022-ci il tarixi üçün 54.2 AZN məbləği təşkil edir(i.v 73) 06 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 74- 75); 06 avqust 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi İsaq Həsənovun 06 avqust 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, təqsirləndirilən şəxsin saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır(i.v 93-94) 06 avqust 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir.(i.v 96-97) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X6 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir ( i.v. 104-105); Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi və o cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır(i.v 107-111) Masallı rayon icra hakimiyyəti başçısının Qarğalıq kənd inziabti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı, işgüzar bacarıqlı aparmış müsbət iş xüsusiyətləri ilə fərqlənmişdir. Kənd əhalisi arasında dərin hörmətə malikdir. Ailədə və ictimaiyyət arasında özünü səmimi aparır. Ərazidə keçirlən tədbirlərdə yaxından iştirak edir. Ərazdə yaşadığı müddətdə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır.(i.v 112) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X11 adlı və xx.xx.2013-cu il təvəllüdlü X10 adlı övladları var(i.v 113-114) sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmaqla dəyişdirilmədən qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, Şahid1 və şahid Təqsirləndirilən şəxs ifadələri, şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol, ifadənin yerinde yoxlanılması protokolu, üzləşdirmə protokolları, həmçinin iş üzrə toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Farahim oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməlisi qərara alınmışdır. ( i.v. 117-124); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş ona məxsus 585 əyyarlı, çəkisi 18 qram olan bir ədəd qızıl boyunbağı olmadığı təqdirdə onun dəyəri, 1500(min beş yüz manat) pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-628/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanması qərara aınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl sepin qramının 10.33 qram bildirməsi və həmin qızıl sepi sataraq 575 manat pul əldə etməsi, zərər çəkmiş şəxsin isə ilkin ərizəsində qızılın qramının 30 qram, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 14 qram, mülki iddia ərizəsində isə 18 qram olmasını, qiymətinin isə 1500 manat olması ilə bağlı ifadələrinə münasibət bildirərək hesab edir ki, soyğunçuluq yolu ilə ələ keçirilmiş qızılın qramı verilmiş ittihama uyğun olaraq 14 qram, həmin qızılın məbləği isə verilmiş ittiham üzrə 758 manat 80 qəpik hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin məbləği, verlmiş ittiham üzrə 758 manat 80 qəpik müəyyən edilməli, məhkəmə iclas zalında zərər çəkmiş şəxs ödənilmiş 700 manat pul təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını(CM 59.1.4), zərər çəkmişə dəymiş zərərin qismən ödənilməsini (CM 59.1.14), əməlindən səmimi peşmançılıq çəkməsini, (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam olunması və hal-hazırda Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işi üzrə ibtidai istintaqın aparılması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, hal-hazırda barəsində olan cinayət işi üzrə həbsdə saxlanmasını, azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalından həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, zərər çəkmiş şəxsə vurulmuş zərərin məbləği verilmiş ittiham üzrə 758 manat 80 qəpik pul əsas götürülməli, vurulmuş zərərdən 700 manat pul zərər çəkmiş şəxsə ödənilməsini nəzərə alaraq, verilmiş mülki iddia qismən təmin edilməli və 58 manat 80 qəpik pul təqsirləndirilən şəxsdən tutularaq zərər çəkmiş şəxsə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 58 manat 80 qəpik pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu bir gün müddət ona təyin edilmiş, 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11(on bir) ay 29(iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-628/2022 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 58 (əlli səkkiz) manat 80(səksən) qəpik pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-36/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-36/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver