Məhkəmə qərarları › İş №1(011)-36/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-36/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-36/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, müdafiəçi - "Kaspian" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 19 avqust 1956-cı ildə Gürcüstan SSR, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Təqsirləndirilən şəxs2 MMC-nin fəaliyyətinə rəhbərlik edən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Belə ki, o, 06 avqust 2013-cü il tarixli qərarla cinayətdən xəbərsiz olan X9 tərəfindən təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X15 qeydiyyatı idarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsində qeydiyyatda olan, 09 avqust 2019-cu il tarixdən təsisçisi cinayətdən xəbərsiz olan tanışı Şahid2, hüquqi ünvanı ünvan 2 mikrorayon, ev 77, mənzil 20 olan Təqsirləndirilən şəxs2 MMC-yə (VÖEN: **********) cinayətdən xəbərsiz olan tanışı Şahid2 tərəfindən təsdiq edilmiş cəmiyyət üzrə bütün səlahiyyətlərin etibar edilməsinə dair 14 may 2022-ci il tarixli etibarnaməyə əsasən rəsmi rəhbərliyi həyata keçirməklə həmin Cəmiyyətin 06 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X15 qeydiyyatı idarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən direktoruna məxsus, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və fəaliyyətinə rəsmi rəhbərlik etdiyi Təqsirləndirilən şəxs2 MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryolu Xəstəxanası tərəfindən elan edilmiş və satınalma predmeti yumşaq inventarların satınalınması olan 54291 nömrəli elektron kotirovka sorğusu üsulu ilə keçirilən satınalma müsabiqəsində Təqsirləndirilən şəxs2 MMC-nin iştirakını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyətilə ilə 20 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvandakı yaşadığı mənzildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 qeydiyyatı idarəsi tərəfindən verilmiş hüquqi əhəmiyyətə malik olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə əsasən malgöndərənin əmlakı üzərinə həbs qoyulmaması və ödənişə yönəlmiş girovunun olmaması hallarının mövcud olmamasını müəyyən etməklə satınalmada iştirakını şərtləndirən, üzərində Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 qeydiyyatı idarəsi rəsmi blankı, rəhbər vəzifəli şəxsinin imzası və adı əks olunmuş rəsmi sənəd hesab edilən “Yüklülük barədə” 17 iyul 2019-cu il tarixli, **********240800 nömrəli məktubun il qrafasında çap ilə yazılmış 20 rəqəminin qarşısındakı 19 rəqəmini diyircəkli qələmdən istifadə edərək 22 rəqəminə dəyişdirməklə, habelə məktubun məzmunundakı “xx.xx.2019-cu il tarixliyə” sözlərinin üzərinə ağ kağız parçası yapışdıraraq kserosurət qurğusu vasitəsilə həmin sənədin nüsxəsini kağız daşıyıcı üzərinə çap etməklə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, habelə eyni niyyətlə həmin tarixdə saxtalaşdırmaqla hazırladığı həmin rəsmi sənədin rəqəmsal nüsxəsini skaner qurğusu vasitəsilə qeyd edilən mənzildə quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterin yaddaşına köçürərək Təqsirləndirilən şəxs2 MMC-yə məxsus “Asan İmza” gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “www.e-tender.gov.az” internet saytına daxil olaraq qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla qanunsuz hazırladığı, guya Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 qeydiyyatı idarəsi tərəfindən verilmiş “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktubun skaner qurğusu vasitəsilə kompüterin yaddaşına köçürülmüş rəqəmsal surətini tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə əvvəl özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı X9 tərəfindən 06 avqust 2013-cü il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X15 Qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. 2014-cü ildə həmin Cəmiyyəti Fərhad Babayevdən özü almış, daha sonra qeyd edilən Cəmiyyəti 9 avqust 2019-cu il tarixdə tanışı Şahid2 satmışdır. Lakin qeyd edilən sənədləşmə formal xarakter daşımış, həmin Cəmiyyətin direktoru Şahid2 olsa da, sonuncu faktiki olaraq Cəmiyyətin fəaliyyətinə rəhbərlik etməmişdir. Cəmiyyətin nizamnaməsində dəyişiklik edilməsi barədə təsisçi Elman Abbasovun 9 avqust 2019-cu il tarixli qərarı olsa da, faktiki olaraq nizamnamə dəyişdirilməmiş, yeni redaksiyası hazırlanmamışdır. Odur ki, Cəmiyyətin 6 avqust 2013-cü il tarixdə təsdiq edilmiş nizamnaməsinə əsasən hüquqi ünvanı ünvan 2 mikrorayon, ev 77, mənzil 20-dir. Həmin nizamnaməyə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən icra edilir və direktorun səlahiyyətlərinə Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək aiddir. Təqsirləndirilən şəxs2 MMC üzrə direktor Şahid2 tərəfindən verilmiş 14 may 2022-ci il tarixli etibarnaməyə əsasən Cəmiyyətin bütün səlahiyyətləri ona etibar edilmiş, həmin etibarnamə əsasında Cəmiyyətə özü təkbaşına tam rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs2 MMC-nin nizamnaməsinə əsasən fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növlərindən ibarətdir. 2021-ci ilədək Cəmiyyətin fəaliyyəti müxtəlif müəssisələrdə təchizat işinin aparılmasından ibarət olmuş, 2021-ci ildən sonra Cəmiyyət faktiki olaraq fəaliyyətini dayandırmışdır. Səhv etmirsə 2022-ci ilin əvvəllərində "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryolu Xəstəxanasının baş mühasibi Valeh müəllimlə tanış olmuşdur. 2022-ci ilin noyabr ayında Valeh müəllim həmin Xəstəxananın həyətinin dezinfeksiya edilməsi üçün ona müraciət etmiş, o, qeyd edilən təkliflə razılaşaraq Təqsirləndirilən şəxs2 MMC-nin fəaliyyətini bərpa edərək Xəstəxana ilə müqavilə bağlayaraq həmin işləri icra etmişdir. Qeyd edilən işlərin ehtimal edilən dəyəri 5.000 manatdan az olduğuna görə satınalma proseduru keçirilmədən xidmətlər üzrə müqavilə əsasında həyata keçirilmişdir. Bundan sonra 2022-ci ilin noyabr ayında dövlət satınalmalarının vahid internet portalı olan “etender.gov.az” informasiya resursunda X8 tərəfindən yumşaq inventarların satın alınması barədə kotirovka sorğusunun elan edildiyini görərək Valeh müəllimlə əlaqə saxladıqda sonuncu müvafiq sənədləri “etender.gov.az” informasiya resursu üzərindən malgöndərən kimi təqdim etməklə həmin satınalmada iştirak edə biləcəyini bildirmişdir. Valeh ona satınalma keçirilmədən qabaq qalib elan ediləcəyinə dair hər hansı vəd verməmiş, satınalma müsabiqəsində qalib elan edilməsi üçün ondan hər hansı bir maddi nemət tələb etməmişdir. Bununla əlaqədar müvafiq sənədləri toplasa da, vaxt məhdudiyyəti ilə əlaqədar Cəmiyyətin nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olmaması barədə Dövlət Vergi Xidmətindən müvafiq arayış ala bilmədiyinə görə həmin sənədi saxtalaşdırmaq qərarına gəlmişdir. Bununla əlaqədar 20 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvandakı yaşadığı mənzildə əvvəllər Cəmiyyətin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17 iyul 2019-cu il tarixli, **********240800 nömrəli yüklülük barədə arayışın il qrafasında çap ilə yazılmış 20 rəqəminin qarşısındakı 19 rəqəmini qələmlə 22 rəqəmlərinə dəyişdirmiş, habelə “xx.xx.2019-cu il tarixliyə” sözlərinin üzərinə ağ kağız parçası yapışdırmaqla həmin yazıları silmişdir. Daha sonra həmin hazırladığı sənədi kserosurət qurğusu vasitəsilə çap etmiş, daha sonra həmin sənədin elektron nüsxəsini skaner vasitəsilə evində quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterinin yaddaşına köçürmüşdür. Sənədin hazırlanmasında diyircəkli qələmdən və kserosurət qurğusundan istifadə etmişdir. Həmin kserosurət qurğusunun skaner funksiyası da vardır. Bundan istifadə edərək sənədlərin elektron nüsxələrini kompüterin yaddaşına köçürmüşdür. Bunu etməkdə ona heç kim köməklik göstərməmişdir. Bundan sonra elə həmin gün, yəni 20 dekabr 2022-ci il tarixdə evində quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterlə “etender.gov.az” informasiya resursuna daxil olmuş, həmin portal üzərindən Təqsirləndirilən şəxs2 MMC-nin Asan İmzası vasitəsilə “malgöndərən” alt bölməsinə keçid edib "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryolu Xəstəxanası tərəfindən elan edilmiş satınalma predmetini ehtimal edilən qiymətinin 48.555,30 manat olan yumşaq inventarların satınalınması təşkil edən İN:54291 nömrəli elektron satınalma müsabiqəsi üzrə Cəmiyyətə dair tələb olunan digər sənədlərlə birlikdə hazırladığı 17 iyul 2022-ci il tarixli yüklülük haqqında arayışı informasiya resursuna daxil etmişdir. Həmin dövr Təqsirləndirilən şəxs2 MMC-nin nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması kimi hallar olmadığından qeyd edilən sənədin hazırlanmasının məsuliyyətə səbəb olacağını düşünməmişdir. Hətta 30 dekabr 2022-ci il tarixdə X21 qeydiyyatı idarəsinə müraciət edərək müvafiq arayışı əldə etmişdir. 30 dekabr 2022-ci il tarixdə qeyd edilən saxta sənədin portala daxil edilməsi müəyyən edildiyinə görə həmin satınalmada Təqsirləndirilən şəxs2 MMC-nin iştirakı ləğv edilmişdir. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 qeydiyyatı idarəsi tərəfindən verilmiş “Yüklülük barədə” 17 iyul 2022ci il tarixli, **********240800 nömrəli məktubun məzmunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 23 fevral 2023-cü il tarixli, 3-21-1/2-3124/2023 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 qeydiyyatı idarəsi tərəfindən verilmiş “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktubla eyni olsa da, həmin məktubda hansı tarixli müraciət üzrə göndərilməsinə dair qrafada “xx.xx.2019-cu il tarixliyə” sözləri mövcuddur. Lakin qeyd edilən məktubun il qrafasında 2019 yazısı 2022 ilə əvəzləşdirilmişdir. Eyni zamanda bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə əsassız ittiham elan edilib, əməlində həmin cinayətin tərkibi yoxdur. Daha sonra əməlini səmimi etiraf etmiş və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il, 23 oktyabr tarixli Fərmanı ilə yaradılmışdır. Həmin Xidmət antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin hazırlanmasında iştirak edən və həyata keçirilməsini təmin edən, qeyd edilən, həmçinin istehlak bazarına nəzarət sahələrində öz səlahiyyətləri daxilində dövlət nəzarətini və tənzimlənməsini təmin edən icra hakimiyyəti orqanıdır. Təqsirləndirilən şəxs1 14 may 2022-ci il tarixli etibarnamə əsasında Təqsirləndirilən şəxs2 MMC üzrə bütün səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxs kimi rəsmi rəhbərlik etdiyi hüquqi şəxs – Təqsirləndirilən şəxs2 MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, tamah niyyətilə hüquq verən rəsmi sənəd olan “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktubu saxtalaşdırmaqla hazırlayaraq saxta olduğunu bilə-bilə həmin arayışın rəqəmsal surətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan www.e-tender.gov.az informasiya resursuna tamah niyyətilə daxil etmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə zərər dəydiyi və bu sahədə tərəflərindən qorunan şəffaflıq pozulduğu üçün təmsil etdiyi qurum zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı müdafiə edir və barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdür müavini vəzifəsinə təyin edilmişdir. Keçirilən elektron müsabiqələrlə əlaqədar satınalan təşkilatlar satınalma prosedurunun yekununa dair tender komissiyasının protokolunu işlədiyi şöbəyə təqdim etdikdə tərəfindən həmin satınalma üzrə tender və ya kotirovka təklifi vermiş müəssisələrin təqdim etdikləri sənədlər yoxlanılır. Eyni qaydada "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryolu Xəstəxanası tərəfindən elan edilmiş və satınalma predmeti yumşaq inventarların satınalınması olan 54291 müsabiqə nömrəli elektron kotirovka sorğusu təklifi vermiş malgöndərənlərin sənədləri təhlil edilərkən Təqsirləndirilən şəxs2 MMC tərəfindən etender.gov.az informasiya resursuna 30 dekabr 2022-ci il tarixdə daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli yüklülük barədə arayışın həqiqiliyi şübhə doğurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Bundan əlavə Dövlət Vergi Xidməti tərəfindən verilmiş sənədlərin qeydiyyat nömrəsinin ilk iki rəqəmi sənədin tərtib edildiyi ilin son iki rəqəminə uyğun olduğundan 2022-ci ildə verilmiş sənədin qeydiyyat nömrəsinin 19 rəqəmi ilə başlaması da, şübhəli olmuşdur. Qeyd edilənlərdən başqa Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışlarda arayışın vergi ödəyicisinin hansı tarixli müraciəti əsasında verilməsi də qeyd olunur. Yuxarıda sadalananlara əsasən qeyd edilən sənədin həqiqiliyi özü tərəfindən araşdırılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilmiş və müəyyən edilmişdir ki, 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli arayış həmin xidmət tərəfindən verilməmiş, Təqsirləndirilən şəxs2 MMC-nin vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılaraq hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “etender.gov.az” saytının müvafiq alt bölməsinə yüklənmişdir. Bununla əlaqədar qeyd edilən materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2005-ci ildən tanımış və sonuncu ilə dostluq münasibəti olmuşdur. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs1 öz adına olan Cəmiyyətlərdən birini onun adına rəsmiləşdirərək etibarnamə əsasında həmin Cəmiyyətə rəhbərlik etmək istədiyini bildirdikdə buna razılıq vermişdir. Hansı səbəbə həmin Cəmiyyəti onun adına rəsmiləşdirmək istədiyini soruşduqda öz adına başqa Cəmiyyət olduğunu, hər iki Cəmiyyətin sənədlərində adının olmasının işlərində çətinlik yaratdığını bildirmişdir. 9 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1lə aralarında Təqsirləndirilən şəxs2 MMCnin alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 sənədlərindən ona məlumdur ki, həmin Cəmiyyət Təqsirləndirilən şəxs1 tanışı X12 tərəfindən 06 avqust 2013-cü il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X15 Qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Qeyd edilən Cəmiyyətin təsisçisi və direktoru rəsmi sənədlərlə özü olsa da, faktiki olaraq həmin Cəmiyyətin heç bir fəaliyyəti ilə məşğul olmamışdır. Həmin Cəmiyyətin gücləndirilmiş elektron imzası və möhürü özündə olmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanmış Təqsirləndirilən şəxs2 MMC üzrə direktor kimi onun adından olan 14 may 2022-ci il tarixli etibarnaməyə əsasən Cəmiyyətin bütün səlahiyyətlərini Təqsirləndirilən şəxs1 etibar etmişdir. Təqsirləndirilən şəxs1 həmin etibarnamə əsasında Cəmiyyətə təkbaşına rəhbərlik etmiş, direktorun səlahiyyətlərini həyata keçirmişdir. Sonradan o, ifadə vermək üçün Baş İdarəyə dəvət edildikdə Təqsirləndirilən şəxs1 bunun səbəbini soruşduqda Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş arayışı saxtalaşdıraraq hazırlayıb satınalmada iştirak etmək üçün rəsmi portala yüklədiyini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “cinayət işinin başlanması haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, 02-2-02/4/1-2381 saylı material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ********* №-li cinayət işi başlanmışdır (Təqsirləndirilən şəxs2 MMC ilə yanaşı "xxxx" və digər cəmiyyətlər barədə)(i.v.4); - “cinayət işinin icraata qəbul edilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində icraata qəbul edilmişdir (i.v.5); - cinayət işinin başlanılmasına səbəb və əsas Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 02 mart 2023-cü il tarixdə Baş İdarəyə daxil olmuş ayrı-ayrı cəmiyyətlər tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin “etender.gov.az” elektron informasiya sisteminə saxta məlumatların yerləşdirilməsi barədə materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğunun aşkar edilməsi olmuşdur (i.v.6-33); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, **********344400 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 qeydiyyat qovluğunda qeyd olunan tarixə hüquqi şəxsin təsis paylarının yüklü olub-olmamasına dair müraciətinin və həmin müraciətin xx.xx.2022-ci il tarixli, **********240800 saylı məktub ilə cavablandırılmasına dair məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2019cu il tarixli, **********718200 nömrəli müvafiq müraciəti xx.xx.2019-cu il tarixli, **********240800 nömrəli məktubla cavablandırılmışdır (i.v.31-32); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, **********344400 nömrəli məktuba əlavə edilmiş məktubun surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən saxtalaşdırılmaqla hazırlanmış “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktubun həqiqi tarixi 17 iyul 2019-cu il olmuşdur (i.v.33); - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsinin çıxarışından və Təqsirləndirilən şəxs2 MMC-nin nizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC 06 avqust 2013-cü il tarixdə X9 tərəfindən təsis edilmişdir. 09 avqust 2019-cu il tarixdən həmin Cəmiyyətin təsisçisi Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 MMC üzrə təsisçi və direktor Şahid2 imzası və həmin Cəmiyyətin möhürü ilə təsdiq edilmiş 14 may 2022-ci il tarixli etibarnamə əsasında həmin Cəmiyyət üzrə bütün səlahiyyətləri, o cümlədən həmin Cəmiyyətin 06 avqust 2013-cü il tarixdə təsdiq edilmiş nizamnaməsinə əsasən direktoruna məxsus bütün təşkilatisərəncamverici səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxsdir. Təqsirləndirilən şəxs2 MMC-nin hüquqi ünvanı ünvan 3ur (i.v.43-49); - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.77-78); - “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1, 313 və 320.1-ci maddələrinə tövsif edilmişdir (i.v.80-81); - “birgə istintaq qrupunun yaradılması haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 rəhbərliyi ilə Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır (i.v.82-83); - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1956-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs1 Xətai rayonunun ərazisində yerləşən Sarayev küçəsi, ev 20, mənzil 111-də 1998-ci ildən qeydiyyatda olmaqla ailəsi ilə birgə yaşayır. Vətəndaş Təqsirləndirilən şəxs1 qeyd olunan ünvanda yaşadığı gündən bu günə kimi onun barəsində 90 saylı MKİS-inə bina sakinləri və məhəllədaxili sakinlər tərəfindən nə yazılı nə də şifahi şikayətlər daxil olmamışdır. Özünün qabiliyyəti və səmimiyyəti ilə bina sakinlərinin hörmətini qazanmışdır (i.v.86); - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin 09 iyun 2023-cü il tarixli, 232 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Sarayev küçəsi 20 saylı evin 111 nömrəli mənzilində qeydiyyatdadır. Həyat yoldaşı 1956-cı il təvəllüdlü X6, qızı 1978-ci il təvəllüdlü X13, qızı 1982-ci il təvəllüdlü X11, oğlu 1984-cü il təvəllüdlü X7, gəlini 1989-cu il təvəllüdlü X1, nəvəsi 2013-cü il təvəllüdlü X4 və nəvəsi 2020-ci il təvəllüdlü X14 həmin ünvanda yaşayırlar (i.v.87); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 iyun 2023-cü il tarixli 3-13-12- 1/2-M-1075xx/xx/2023 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 19 avqust 1956-cı il tarixdə Gürcüstanda anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur (i.v.88); - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.89-92); - “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs – 19 avqust 1956-cı il tarixdə Gürcüstan SSR, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Təqsirləndirilən şəxs2 MMC-nin fəaliyyətinə rəhbərlik edən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.118-119); - “hüquqi şəxs barəsində cinayət hüquqi tədbrilərin tətbiq edilməsi barədə icraatın başlanması haqqında“ 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, X9 tərəfindən 06 avqust 2013-cü il tarixli qərarla təsis edilmiş, hazırda təsisçisi Şahid2 olmaqla fəaliyyətinə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi olan, hüquqi ünvanı ünvan 2 mikrorayon, ev 77, mənzil 20 olan "FƏRİD-FB” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır (i.v.125-128); - “hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 MMC-nin nümayəndəsi kimi tanınmışdır (i.v.132-133); - “vəsatətin rədd edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 19 iyun 2023-cü il tarixdə ittiham edilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə əsassız ittiham elan edilməsi, əməlində həmin cinayətin tərkibinin olmaması barədə göstərdiyi xüsusatlar vəsatət kimi qiymətləndirilmiş və vəsatət əsassız olduğundan təmin olunmayaraq tam şəkildə rədd edilmişdir (i.v.149- 150); - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 5(001)- 1410/2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 tərəfindən 06 avqust 2013-cü il tarixli qərarla təsis edilmiş, hazırda təsisçisi Şahid2 olmaqla fəaliyyətinə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi olan, hüquqi ünvanı ünvan 2 mikrorayon, ev 77, mənzil 20 olan "xxxx" MMC (VÖEN: **********) barəsində tətbiq oluna biləcək cinayət hüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həmin hüquqi şəxsin ləğv edilməsinə qadağa qoyulmuşdur (i.v.163-167); - “zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi qismində həmin Xidmətin Hüquq şöbəsinin Məhkəmələrlə iş sektorunun böyük məsləhətçisi Nümayəndə tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir (i.v.172-173); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 23 fevral 2023-cü il tarixli, 3-21-1/2- 3124/2023 nömrəli məktuba əlavə edilmiş “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktub, Təqsirləndirilən şəxs1 ilkin izahatına əlavə etdiyi “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktub və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, **********344400 nömrəli məktuba əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, **********240800 nömrəli məktub 22 iyun 2023-cü il tarixli qərara əsasən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i.v.177-192); - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından "xxxx" MMC və digər cəmiyyətlər barədə Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələri ilə başqa cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* №-si verilmişdir (i.v.193-195); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin müraciətə baxılması barədə məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 MMC tərəfindən təqdim edilmiş 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə bəyannamənin 1 nömrəli əlavəsində əsas vəsaitlər barədə məlumatlar aşkar edilməmişdir. - Xalq Bank tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 MMC-nin cari hesabdan çıxarışından görünür ki, çıxış qalıq 4000.00 manat olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş şahid ifadələri və digər obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi, bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 313 və 320-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq” hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1-ci maddəsinə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər kimi cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə tətbiq edilə bilər. Qeyd olunmalıdır ki, fiziki şəxslərə tətbiq olunan cərimə cəzasından fərqli olaraq, cinayət-hüquqi tədbir kimi cərimə, başqa belə tədbirlər kimi CM-in Xüsusi hissəsinin heç bir maddəsinin sanksiyasında nəzərdə tutulmur. Ona görə də müvafiq əsaslar olduqda konkret hüquqi şəxsə cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilib-edilməməsi məsələsini məhkəmə həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Həmin Məcəllənin 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167– 169, 169-1, 170–171-1, 192-2, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242-244-1, 259- 261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Həmin Məcəllənin 99-6.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. CM-in 99-6-cı maddəsindən və cərimə tədbirinin mahiyyətindən aydın olur ki, bu tədbir CM-in 99-4.5-ci maddəsində sadalanan cinayətlərdən istənilən birinin törədilmiş olduğu halda bu cinayətlə əlaqəsi olan hüquqi şəxsə tətbiq oluna bilər. Deməli, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi üçün müvafiq əsaslar (CM-in 99-4.1-ci maddəsi) olduqda, məhkəmə CM-in 99-5.4-cü maddəsində göstərilən hallan, habelə CM-in 99-6.3cü, 99-6.4-cü və 99-8.3-cü maddələrinin tələblərini nəzərə alaraq bu cinayətlə əlaqəsi olan hüquqi şəxs barəsində cərimə tədbiri tətbiq edə bilər. Cərimə həm əsas, həm də əlavə cinayət-hüquqi tədbir kimi tətbiq oluna bilər. Cərimə əsas tədbir kimi CM-in 99-4.5-ci maddəsində sadalanan cinayətlərdən istənilən birinə və ya bir neçəsinə görə tətbiq oluna bilər. Onun əlavə tədbir qismində tətbiqi isə yalnız bir halda - CM-in 99-8.3-cü maddəsində göstərilən halda hüquqi şəxs ləğv edildikdə mümkündür. Özü də CM-in 99-8.3-cü maddəsi imperativ olaraq müəyyən edir ki, hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri tətbiq olunduğu hər bir halda ona əlavə tədbir kimi cərimə də təyin olunmalıdır. CM-in 99-6-cı maddəsi hüquqi şəxslərə cərimənin əsas cinayət-hüquqi tədbir kimi tətbiqi zamanı cərimə məbləğini müəyyən etmək üçün iki əsas halı nəzərə almağın zəruriliyini təsbit edir: 1) belə tədbirin tətbiqinə səbəb olmuş cinayətin ağırlıq dərəcəsinə görə növünü; 2) hüquqi şəxsin əmlakının dəyərini. Birinci halın tətbiq ediləcək cərimənin həddinə təsiri CM-in 99-6.3.1 - 99-6.3.4-cü maddələrində verilmişdir. Həmin maddələrdə ağırlıq dərəcəsinə görə hər bir növ cinayət üçün tətbiq edilə bilən cərimənin həddi təsbit edilmişdir. Bu normada hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə əsas olan eyni növdən olan bir neçə cinayət, yaxud müxtəlif növlərdən olan bir neçə cinayət törədilmiş olduqda yekun cərimə məbləğinin necə müəyyən edilməsi məsələsi həll edilməmişdir. Cərimə növündə cinayət-hüquqi tədbirin tətbiqi zamanı nəzərə alınmalı olan ikinci hal CM-in 99-6.4-cü maddəsində təsbit edilmişdir. Bu maddənin imperativ və birmənalı tələbinə əsasən, hüquqi şəxsə tətbiq olunan cərimənin məbləği heç bir halda onun əmlakının dəyərinin yandan çox hissəsini təşkil edə bilməz. Bu tələbə hər bir halda riayət edilməlidir. Deməli, konkret hüquqi şəxsə tətbiq olunan cərimənin məbləği CM-in 99-6.3.1 - 99.6.3.4-cü maddələrində göstərilən hədlərdən də aşäğı ola bilər, çünki hüquqi şəxsin əmlakının dəyərinin yansı müvafiq növ cinayətə görə nəzərdə tutulan cərimə məbləğinin aşağı həddindən az olsa da, məhkəmə əmlakın dəyərinin yarıdan çox hissəsi miqdannda cərimə tətbiq edə bilməz. Əmlakın anlayışı VM-in 13.2.2-ci maddəsində verilmişdir: əmlak hər hansı daşınar və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyə yə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləridir. Əmlakın dəyərinin müəyyən edilməsi isə Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həyata keçirilir (VM-in 13.2.22-ci, 202-ci maddələri və s.). Cərimənin əlavə cinayət-hüquqi tədbir kimi tətbiqinin əsasları isə bir qədər fərqlidir. Belə ki, cərimə əlavə tədbir kimi yalnız bir halda - hüquqi şəxsi ləğv etmə tədbirinə qoşulmaqla, özü də dəqiq müəyyən edilmiş həddə — iki yüz min manat miqdarında təyin edilir. Nəzərə almaq lazımdır ki, göstərilən halda cərimənin əlavə tədbir kimi tətbiqi imperativ müəyyən olunmuşdur (CM-in 99-8.3-cü maddəsi). Lakin bu halda cərimənin əlavə tədbir kimi tətbiqi zamanı CM-in 99-6.4-cü maddəsinin tələbləri də nəzərə alınmalıdır, yəni hüquqi şəxs ləğv edilərkən təyin olunan cərimənin məbləği hər bir halda hüquqi şəxsin əmlakının dəyərinin yarısından artıq ola bilməz. Eyni zamanda CM-in qeyd olunan maddəsi hüquqi şəxsə təyin olunan cərimənin məbləğinin müəyyən edilməsinin iki qaydasını nəzərdə tutur: 1) konkret müəyyən olunmuş pul məbləğində; 2) vurulmuş ziyanın (əldə edilmiş gəlirin) konkret misli miqdarında. CM-in 99-6.3-cü maddəsində cinayətlərin hər bir növü üçün tətbiq edilə bilən cərimənin hər iki qaydada hesablanmasının hədləri təsbit edilmişdir. Məhkəmələr konkret hüquqi şəxsə həmin hədlər daxilində təyin edilən cərimənin miqdarını müəyyən edərkən CM-in 99-5.4cü maddəsində nəzərdə tutulan hallan, habelə hüquqi şəxsin maliyyə iqtisadi vəziyyətini nəzərə almalıdırlar. Lakin bu zaman CM-in 99-6.4-cü maddəsinin tələbinə də mütləq riayət olunmalıdır. Lakin cərimə cinayət nəticəsində vurulmuş ziyanın (əldə olunmuş gəlirin) misli ilə təyin olunduqda vurulmuş ziyanın (əldə olunmuş gəlirin) miqdan məhkəmə aktlarında öz əksini tapmış olmalıdır ki, cərimənin tutulması ilə bağlı heç bir çətinlik olmasın. CM-in 99-6.2-ci maddəsində işlədilmiş vurulmuş ziyan və əldə edilmiş gəlir anlayışları CM-in:44-cü maddəsində işlədilmiş həmin anlayışlarla eyni mənaya malikdir (CM-in 44-cü maddəsinin şərhinə bax). CM-in,təhlil olunan norması və hər hansı,başqa norması hüquqi şəxsə cərimə təyin olunarkən hansı halda cərimənin miqdarının hansı üsulundan istifadə edilməsinə aydınlıq gətirmir. Şübhəsiz ki, eyni bir əmələ görə bu üsulların (müəyyən ,pul məbləğində; vurulmuş ziyanın, (əldə edilmiş gəlirin) misli miqdarında) hər ikisi ilə cərimə hesablanmasından söhbət gedə bilməz (onlar bir- birinin alternativi kimi nəzərdə tutulur)" Deməli, hansı üsulun seçilməsi məsələsi məhkəmənin ixtiyarına verilmişdir. Məhkəmə hesab edir ki, cinayət nəticəsində ziyan vurulmuş olduqda və ya gəlir əldə edilmiş olduqda və həmin ziyanın və ya gəlirin miqdarı dəqiq müəyyən edilə bildikdə, məhkəmələr cəriməni ziyanın (gəlirin) ; konkret misli ilə təyin edilə bilər. Cinayət nəticəsində ziyan vurulmadıqda (gəlir əldə edilmədikdə), yaxud ziyanın (gəlirin) miqdarını (pulla ifadə olunan kəmiyyətini) dəqiq müəyyən etmək mümkün olmadıqda isə məhkəmələr konkret pul məbləğində cərimə təyin etməlidirlər. Həmin Məcəllənin 99-7.1-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir. Həmin Məcəllənin 99-7.2-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək müddətə, az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs2 MMC adlı hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və onun fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi öz təsdiqini tapdığından Təqsirləndirilən şəxs2 “müxtəlif növ ölçü vasitələrinin kalibrovka xidmətinin satınalınması üzrə elektron satınalma vasitəsi ilə açıq tenderdə iştirak etmə” fəaliyyəti ilə məşğul olmaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus dövlət satınalmalarının vahid internet portalında iştirak etmək hüququndan məhrum edilməklə, əmlakının dəyərinin yarısından çox olmamaqla konkret pul məbləğində cərimə edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Hüquqi ünvanı ünvan 4 olan Təqsirləndirilən şəxs2 (VÖEN: **********) təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinin qadağan edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1410/2023 saylı qərarı qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə sübut kimi tanınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 23 fevral 2023-cü il tarixli, 3-21-1/2-3124/2023 nömrəli məktuba əlavə edilmiş “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktub, Təqsirləndirilən şəxs1 ilkin izahatına əlavə etdiyi “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktub və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, **********344400 nömrəli məktuba əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, **********240800 nömrəli məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1nın barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə “dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq” hüququndan məhrum etmə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat cərimə cəzasına, Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə 2000 (iki min) manat cərimə cəzasına, Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə “dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hüquqi ünvanı ünvan 5 olan Təqsirləndirilən şəxs2 (VÖEN: **********) 2 (iki) il müddətinə “müxtəlif növ ölçü vasitələrinin kalibrovka xidmətinin satınalınması üzrə elektron satınalma vasitəsi ilə açıq tenderdə iştirak etmə” fəaliyyəti ilə məşğul olmaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus dövlət satınalmalarının vahid internet portalında iştirak etmək hüququndan məhrum edilməklə, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Hökm qanuni qüvvəyə minənədək Hüquqi ünvanı ünvan 4 olan Təqsirləndirilən şəxs2 (VÖEN: **********) təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinin qadağan edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1410/2023 saylı qərarı qüvvədə saxlanılsın. İş üzrə sübut kimi tanınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 23 fevral 2023-cü il tarixli, 3-21-1/2-3124/2023 nömrəli məktuba əlavə edilmiş “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktub, Təqsirləndirilən şəxs1 ilkin izahatına əlavə etdiyi “Yüklülük barədə” 17 iyul 2022-ci il tarixli, **********240800 nömrəli məktub və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, **********344400 nömrəli məktuba əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, **********240800 nömrəli məktub cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar