Məhkəmə qərarları › İş №1(011)-36/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-36/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-36/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi – 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Cabbarov küçəsi ev 2 mənzil 70-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti 92/21-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,610 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış, 08 may 2024-cü il tarixdə saat 16:40-da Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 92/21 ünvanında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli uzunqol cins gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ilkin olaraq vermiş olduğu ifadəsində bildirmişdir ki, onu yaşadığı evdən 37-ci PŞ-nin əməkdaşı Elşən adlı şəxs şöbəyə apararaq onun üzərinə narkotik vasitə qoymuşlar. Ona fiziki olaraq təzyiq göstərməsələr də, lakin müvafiq sənədləri imza etməyəcəyi təqdirdə fiziki təzyiqlərə məruz qalacağı bildirilmiş, o da, həmin sənədləri imza etmişdir. O tutularkən üzərində mobil telefon olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç il olar ki, narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə edir. Əvvəllər məhkum olunmuşdur. 08 may 2024-cü il tarixdə səhər saat 11 radələrində bədənində ağrılar olduğu üçün şəxsi istifadəsi üçün psixotrop maddə almaq məqsədi ilə NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 35 manat pul müqabilində yarım qramdan biraz artıq miqdarda psixotrop maddə metamfetamin alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 16:40-da yaşadığı ünvanın qarşısında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə Xətai RPİ-nin 37-ci PŞ-nə məlumat daxil olduğunu bildirərək onu saxlamışdırlar. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-ə gətirmişdirlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o əynindəki qara rəngli cins gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin psixotrop maddə metamfeatamin olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən krsital şəkilli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,69 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, o həmin maddəni özü qəbul etmək üçün 08 may 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 35 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmandır. İbtidai istinaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində saxlamaqla daşıması və istifadə etməsi barədə Xətai RPİ-nin 37-ci PŞ-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasından çıxıb Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospektinə yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 16:40-da həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Xətai RPİ-nin 37-ci PŞ-nə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli cins gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin psixotrop maddə metamfeatamin olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən krsital şəkilli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,69 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, o həmin maddəni özü qəbul etmək üçün 08 may 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 35 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya zorakı hərəkətlər edilməmiş, özü könüllü olaraq üzərində daşıdığı narkotik vasitəni çıxararaq təqdim etmişdir. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. Məhkəmə iclas zalında əlavə şahid qismində dindirilmiş Şahid3 Musavəddin oğlu bildirmişdir ki, 37-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı ünvan onun fəaliyyət ərazisidir. Təqsirləndirilən şəxs saxlanılmasında o iştirak etməmişdir. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 17:00-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 16:40-dan hesablanmışdır (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, 08 may 2024-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Elvn İbrahimli, mütəxəssis Xətai RPİ-nin KTQ-nun inspektor kriminalisti , polis baş leytenantı X2, Hüseynova Əntiqə Babaş qızının, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə aparılmış, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında , əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş , yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu təklifdən sonra əynindəki qara rəngli cins gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin psixotrop maddə metamfeatamin olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən krsital şəkilli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,69 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, o həmin maddəni özü qəbul etmək üçün 08 may 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 35 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür.(i.v 33-34) Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli, 3-16-16/2-6/2597 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...”sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v 44-47) (ekspertiza xərci 81 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 55-56); 10 may 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 şəffaf sellofona bükülmüş təmiz çəkisi 0,69 qram maddə kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır və cinayət işində olan CD formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur.(i.v 69) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-363/2024 saylı qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs seçilmiş, həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 may 2024cü il tarixdən hesablanmışdır. (i.v76-79) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 24 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. (i.v 83-84) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.86-94) Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xİdmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs elektron monitorinq sistemlərində nəzarət subyekti kimi qeydiyyata alınmamışdır.(i.v.114) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 3751 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.115-116); Sübutların qiymətləndirilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qıızna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanması və barəsində seşilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması,iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən,şahid ifadələri,şəxsi axtarış və götürmə aparılması haqqında protokol,CD diskə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 may 2024-cü il tarixli 6/2597 saylı rəyi Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli,3751№ rəyləri iş üzrə maddi sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,610 qr olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından qalıq qalmış 0,560 qr olan psixotrop maddə metamfetamin məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədəlk saxlanmasından ötrü Xətai Rpi-nin maddi sübutları saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntü əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, 08 may 2024-cü il tarixdə şəxsi axtarış və götürmə zamanı təqsirləndirilən şəx Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminu könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin tətbiq edilməməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət təqibinin başlanmasının rədd edilməsi,iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aldığı istintaqa məlum olmayan şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 may 2024-cü il tarixli 6/2597 saylı rəyində göstərilən narkotik vasitə heroinim çəkisi 0,610 qr əsas götürülməsi, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v.117-122); Müdafiəçinin vəsatəti əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-433/2024 saylı qərarı ilə Şahid1 istifadəsində olan ***- ***-**-** , Şahid2 istifadəsində olan ***-***-**-** saylı, Şahid3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrələrin anten məlumatların ələ keçirilməsi qərara alınmış, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli məktubu ilə 01 ədəd CD diskdə ***-***-**-** saylı mobil nömrənin məlumatlarına, "xxxx" MMC-dən 03 sentyabr 2024-cü il tarixli 50-976-06-72 saylı mobil nömrənin anten məlumatları, "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli məktubu ilə ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarında iş üçün əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclas zalında ilkin olaraq vermiş olduğu ifadəsində tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadələri onun özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Belə ki, təqsirləndirilən şəxsin Elşən adlı şəxsin onun tutulmasında iştirak etməsi anten məlumatları ilə müəyyən edilməmiş, habelə həmin xüsusatı təsdiq edəcək hər hansısa bir sübut müəyyən olunmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs təqsirləndirildiyi pixotrop maddənin ona məxsus olmasını ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəsində, daha sonra isə məhkəmə iclas zalında təkrar olaraq ifadəsində səmimi olaraq etiraf etməklə, əməlindən peşman olmasını və ona aşağı hədd cəza verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumtemə etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilməli və qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və üzərində azadlıqdan məhrum etmə cəzası saxlanmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk (bizim diskləri də əlavə et) maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Məhkəmənin qərarı əsasında əldə edilmiş anten məlumatlarını əks etdirən 03 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 01(bir) il 05(beş) ay 26(iyirmi altı)gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirisin və onun üzərində qəti olaraq 10(on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan qalıq 0,560 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Məhkəmənin qərarı əsasında əldə edilmiş anten məlumatlarını əks etdirən 03 ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar