Məhkəmə qərarları › İş №1(011)-360/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-360/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-360/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Res-pub-li-ka-sı-nın vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Respublika İxtisaslaşdırılmış Olimpiya X10 İdman məktəbində müəllim vəzifəsində işləyən, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Xətai rayonu Həzi aslanov qəsəbəsi 8-ci dairə küçəsində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dostları ilə onun evinin qarşısında bir yerə yığışıb uca səslə danışmasını və söyüş söyməsini irad bildirdiyinə görə sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs sillə ilə sifət nahiyəsinə və yumruq zərbəsi ilə burun nahiyəsinə vuraraq sonuncuya burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, idman məşqçisi kimi çalışır, Zərərçəkmiş şəxs onun qonşusudur. Səbuhi yaşca ondan kiçik olduğu üçün hər zaman müəllim kimi onun hörmətini saxlamışdır. Hadisə baş verən günə qədər Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısında dostları ilə yığışıb səs-küy salaraq ətrafa narahatçılıq vermişlər. Onların bu səs-küyü onu narahat etdiyi üçün bu məsələyə birdəfəlik son qoymaq istəmiş, bununla bağlı Səbuhiyə və onun dostlarına bir neçə dəfə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən 22 radələrində Zərərçəkmiş şəxs digər iki nəfər uşaqla yenə onun qapısının ağzında uca səslə danışıb səs-küy salmağa başlamışlar. O, küçəyə çıxaraq uşaqlara qışıqırmış və qapısının ağzından getmələrini tələb etmişdir. Sonra uşaqlara sual verərək bir gün bundan əvvəl qapısının ağzında kimin söyüş söydüyünü soruşmuş, onlar söyüş söymədiklərini və dünən qapısının ağzında olmadıqlarını bildirmişlər. Uşaqların sözlərinə inanmamışdır. Uca səslə qışıqırıb uşaqlarda uzaqlaşmalarını tələb etmiş, bu tələbindən sonra Səbuhinin yanındakı uşaqlar Ağazər və Əli dərhal oradan uzaqlaşmağa başlamış, lakin Səbuhi onun bu sözünə əhəmiyyət verməyərək kobud şəkildə ona cavab qaytarmışdır. O, Səbuhinin bu hərəkətini görüb bir müəllim kimi ərklə Səbuhini cəzalandırmaq üçün üzündən əli ilə sillə vurmuşdur. Onun silləsindən sonra Səbuhi üzünü tutaraq çöməlmiş və daha sonra ayağa qalxıb səhvini başa düşüb ondan üzr istəyərək oradan çıxıb getmiş, o, da öz evinə getmişdir. Səbuhini yumruqla vurmamışdır. Hadisədən sonra barışmağa cəhd etmiş, lakin Səbuhinin anası onunla barışmamışdır. Əməlindən səmimi peşimançılıq çəkməsini nəzərə alınaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 59 saylı tam orta məktəbin 9-cu sinifində təhsil alır. Karantin rejimi ilə əlaqədar məktəblər bağlı olduğu üçün mart ayından etibarən məktəbə gedə bilməmişdir. Məktəb olmayan vaxtlarda dostları ilə səmərəli vaxt keçirməyə çalışmışdır. Təqsirləndirilən şəxs məktəbin idman zalında dərsdən sonra uşaqlara cudo məşqi keçən müəllim kimi tanımışdır. Belə ki, Elçin müəllim onların yaxınlığında yaşayır və demək olar ki, qonşu sayılırlar. Onun Elçin müəllimlə heç bir şəxsi ədavəti və ya düşmənçilyi olmamış, əksinə müəllim kimi həmişə Təqsirləndirilən şəxs hörmətini saxlamışdır. Təxminən iyul ayının əvvəllərindən Təqsirləndirilən şəxs hər gün spirtli içki qəbul edərək tanımadığı dostu ilə yaşadığı evin qapısı ilə üzbəüz yerləşən hasarın yanında dayanıb söhbət etmişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində o, dostları Ağazər və Əli ilə birlikdə Elçinin yaşadığı evin yanında qonşuluqda yaşayan dostu Adnanı çağırmağa gəlmişlər. Onlar Adnanın yaşadığı evin qapısını döyüb Adnanı səsləmişlər. Adnan gələnə qədər o və dostları birlikdə Adnangilin qapısının ağzında dayanıb gözləməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs da hasarın yanında dayandığını görmüşlər. Dostu Ağazərlə o Elçin müəllimə yaxınlaşıb salam vermişlər. Lakin Təqsirləndirilən şəxs onlara kobud şəkildə cavab verərək dünən gecə saat 02 radələrində qapısının ağzında kimin söyüş söydüyünü onlardan xəbər almışdır. Onlar Təqsirləndirilən şəxs söyüş söyənin kim olduğunu bilmədiklərini və onlarla heç bir əlaqəsinin olmadığını bildirmişlər. Elçin kiminsə uca səslə söyüş söydüyünü, bu səbəbdən gecə yuxudan oyandığını bildirmişdir. Ağazərlə o Elçin müəllimə söyüş söymədiklərini bildirmişlər. Elçin müəllim onların sifətinə tərs-tərs baxmağa başlamış, Elçinin tərs baxmağını onlar ilk növbədə zarafat kimi qəbul etmiş və üzlərində təbəssüm yaranmışdır. Dostları ilə birgə Təqsirləndirilən şəxsla sağollaşıb oradan ayrılmış, məhlədə bir dövrə fırlandıqdan sonra yenidən Adnangilin qapısının ağzına gəlib Adnanı çağırmaq istəmişlər. Adnangilin qapısına çatmamış Təqsirləndirilən şəxs onların gəldiklərini görüb onlara “rədd olun” deyə qışıqraraq oradan qovmaq istəmişdir. Dostu Ağazər və Əli Elçinin bu qışıqırığından qorxub əks istiqamətdə arxaya doğru hərəkət etmişlər. O, nə baş verdiyini tam olaraq anlamadığı üçün düzünə Adnangilin qapısına doğru hərəkətinə davam etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “sənə demədim ki, rədd ol” ifadəsini işlətmişdir. O Elçinin bu sözündən qorxuya düşmüş, Elçinə qışqırmasına ehtiyac olmadığını və gedəcəyini demişdir. Təqsirləndirilən şəxs aralanmağa başlamış, lakin Elçin onun bu sözündən sonra qaçaraq üstünə gəlməyə başlamışdır. Dostları Elçinin onun üstünə gəldiyini görüb qaçmağını tələb etmiş, lakin o, Elçinin zarafat etdiyini düşünüb qaçmamışdır. Elçinin yanındakı şəxs Elçinə “uşaqdır işin olmasın” deyə bildirmiş, lakin Elçin həmin şəxsin sözünə məhəl qoymamış və ona yaxınlaşaraq onu sifətinin sağ nahiyəsindən sillə ilə vurmuşdur. Elçin onu vurduqdan sonra o, qaçmağa başlamış, Elçin də onun arxasınca qaçmağa başlamışdır. Elçin ona yaxınlaşıb yumruqla burun nahiyəsindən vurmuş, zərbənin təsirindən qonşunun darvazasına dəyib yerə yıxılmışdır. Yerə yıxılan zaman Elçin ona yaxınlaşıb yenidən burun nahiyəsinə yumruqla iki dəfə zərbə vurmuşdur. O, zərbənin təsirindən burnu ağrıdığı və qanadığı üçün qorxub qışqırmağa başlamışdır. Elçin onun qışıqrmağını görüb “sizi bu gündən etibarən hər dəfə döyəcəyəm” demişdir. Elçin bu sözü deyib dostları Ağazər və Əlinin arxasınca qaçmağa başlamış, lakin dostları qaçıb oradan uzaqlaşmış, Elçin onlara çata bilməmiş, sonra Elçin qaçaraq oradan uzaqlaşmışdır. Onun səsinə Adnanın anası və atası, həmçinin Adnangildə qalan dostu Əlinin anası gəlmiş, onu bu vəziyyətdə görərək evə dəvət edib üst-başını və burnundan axan qanı təmizləməyə başlamışlar. O burnunu yuduqdan sonra heçkəsə heçnə deməyib evinə gəlmişdir. Evə gələn zaman mətbəx otağına keçmiş, evdə anası və balaca qardaşı Sənan olmuşdur. Anası onun yanına gəlib üz-gözünün pis vəziyyətdə olduğunu görmüş və bunun kim tərəfindən törədildiyini ondan xəbər almışdır. O, baş vermiş hadisəni anasına danışmışdır. Anası dərhal Xətai RPİ-nin 37-ci PŞ-nə zəng etmiş, bundan sonra Xətai RPİnin 37-ci PŞ-nin əməkdaşları evlərinə gəlmişlər. O baş vermiş hadisəni şifahi olaraq polis əməkdaşlarına danışmış və anası ilə birlikdə 37-ci Polis Şöbəsinə gedib şikayət ərizəsi yazmış və izahat vermiş, sonra burnunda yaranmış xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizadan keçmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü ildən evlidir, evlilikdən onun hazırda iki uşağı vardır. Yoldaşı hazırda X4 şəhərində işləyir və hazırda orada yaşayır. Səbuhi onun böyük oğludur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında yorğun halda işdən gəlmiş, evdə 8 yaşlı oğlu Sənan olmuşdur. Oğlu Səbuhi isə ona telefonda zəng edərək dostları ilə həyətdə gəzdiyini və birazdan gələcəyini demişdir. Təxminən saat 22:30 radələrində oğlu Səbuhi evə gəlib ağlaya-ağlaya mətbəx otağına keçmişdir. O, övladının ağladığını görüb onun yanına gəlmiş, üst-başının və sifətinin pis vəziyyətdə olduğunu görmüşdür. Bunun necə baş verdiyini soruşanda oğlu qonşuluqda yaşayan Elçin adlı şəxsin onu döyərək bu vəziyyətə saldığını bildirmişdir. Oğlunun bu sözündən sonra əsəbləşmiş və dərhal polisə zəng vurmuşdur. Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları evlərinə gəlmişlər. Oğlu baş vermiş hadisə barədə şifahi olaraq polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra o, oğlu Səbuhi ilə polis əməkdaşlarının iştirakı ilə Xətai RPİ-nin 37-ci polis şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Oğlu Səbuhi də izahat verərək baş vermiş hadisəni ətraflı şəkildə izahatında qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışlar və ondan şikayətçidirlər. Səbuhidə əvvəllər nitqində kəkələmə olmuş, uzun müddət müalicə etdirmiş və kəkələmə keçmişdir. Hadisədən sonra Səbuhidə yenidən kəkələmə əmələ gəlmişdir. Təqsirləndirilən şəxs övladına yetirdiyi xəsarətə görə cavab verməli, bütün maddi və mənəvi ziyanı ödəməli, cəzasını çəkməlidir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 59 saylı tam orta məktəbin 9-cu sinifində oxuyur. Səbuhi və Əli onun məktəbində paralel siniflərdə təhsil alırlar. Əli və Səbuhi onun yaxın dostlarıdır. Belə ki, onlar dərsdən sonra həmişə bir yerdə vaxt keçirmişlər. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Əli, o və Səbuhi yenə bir yerdə olmuşlar. Dükana gedib özlərinə yemək üçün müəyyən ərzaq məhsulları almaq istəmişlər. Dostu Adnangilin qapısının ağzına çatanda Əli burada “Wifi” olduğuğunu və internetə girə biləcəklərini bildirib bir qədər burada əyləşməyi onlara məsləhət görmüşdür. Onlar orada əyləşib telefon vasitəsilə internetə girməyə başlamışlar. Bu əsnada uzaqdan Elçin müəllimin gəldiyini görmüşlər. Saat 22 radələri olmuşdur. Səbuhi təklif etmişdir ki, dostları Adnanı da çağırıb küçədə biryerdə otursunlar. Lakin uzaqdan Elçin müəllimin gəldiyini görüb ilk növbədə onunla salamlaşmaq və daha sonra Adnanı çağırmaq qərarına gəlmişlər. Elçin müəllimin yanına gedib onunla salamlaşıb görüşmüşlər. Elçin onlardan dünən gecə kimin söyüş söydüyünü xəbər almışdır. Onlar isə Elçin müəllimə dünən gecə söyüş söymədiklərini bildirmişlər. Lakin Elçin müəllim onlara inanmamış və qışqıraraq onlara “rədd olun gedin” demişdir. Bundan sonra Əli ilə o əks istiqamətə qaraj tərəfə getmişlər. X12 çağırmaq üçün onların qapısına tərəf gedəndə Elçin yenə qışqıraraq “sənə demədim ki, rədd ol” ifadəsini işlətmişdir. Səbuhi Elçinə bildirmişdir ki, dostları Adnanı çağırıb daha sonra gedəcəkdir. Bu sözlər Elçinə xoş gəlməmiş və Səbuhinin üstünə tərəf qaçmağa başlamışdır. Səbuhinin yanına gələndə ilk növbədə onun sifətinə şillə vurmuşdur. Şillədən sonra Səbuhi qaçıb uzaqlaşmaq istəsə də, dalana rast gəldiyi üçün qaça bilməmişdir. Bundan sonra Elçin onun üzərinə gedib başının arxa nahiyəsindən yumruqla zərbə endirmişdir. Bundan sonra Səbuhi zərbənin təsirindən gicəllənərək yerə yıxılmışdır. Yerə yıxılan zaman isə Elçin onun burnuna iki yumruq zərbəsi vurmuş və arxasını çönüb onlara tərəf baxmışdır. Bu əsnada Elçinin yanında olan bir nəfər tanımadığı şəxs Elçinə irad tutaraq vurmamasını və uşaq olduğunu demişdir. X11 ayrılıb onlara tərəf gəlməyə başlamışdır. Elçinin onlara tərəf gəldiyini görüb çox qorxmuşlar və onlara da eyni aqibəti yaşadacağını düşünüb oradan qaçaraq uzaqlaşmağa başlamışlar. Lakin Elçin onların arxasınca qaçsa da gəlib onlara çata bilməmişdir. Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, 59 saylı tam orta məktəbin 9-cu sinifində oxuyur. Səbuhi və Ağazər onun məktəbində paralel siniflərdə təhsil alırlar. Ağazər və Səbuhi onun yaxın dostlarıdır. Belə ki, onlar dərsdən sonra həmişə bir yerdə vaxt keçirmişlər. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Ağazər, o və Səbuhi yenə bir yerdə olmuşlar. Dükana gedib özlərinə yemək üçün müəyyən ərzaq məhsulları almaq istəmişlər. Dostu Adnangilin qapısının ağzına çatanda dostlarına burada “Wifi” olduğunu və internetə girə biləcəklərini bildirib bir qədər burada əyləşməyi onlara məsləhət görmüşdür. Onlar orada əyləşib telefon vasitəsilə internetə girməyə başlamışlar. Bu əsnada uzaqdan Elçin müəllimin gəldiyini görmüşlər. Saat 22 radələri olmuşdur. Səbuhi təklif etmişdir ki, dostları Adnanı da çağırıb küçədə biryerdə otursunlar. Lakin uzaqdan Elçin müəllimin gəldiyini görüb ilk növbədə onunla salamlaşmaq və daha sonra Adnanı çağırmaq qərarına gəlmişlər. Elçin müəllimin yanına gedib onunla salamlaşıb görüşmüşlər. Elçin onlardan dünən gecə kimin söyüş söydüyünü xəbər almışdır. Onlar isə Elçin müəllimə dünən gecə söyüş söymədiklərini bildirmişlər. Lakin, Elçin müəllim onlara inanmamış və qışqıraraq onlara “rədd olun gedin” demişdir. Bundan sonra Ağazər ilə o əks istiqamətə qaraj tərəfə getmişlər. X12 çağırmaq üçün onların qapısına tərəf gedəndə Elçin yenə qışqıraraq “sənə demədim ki, rədd ol” ifadəsini işlətmişdir. Səbuhi Elçinə bildirmişdir ki, dostları Adnanı çağırıb daha sonra gedəcəkdir. Bu sözlər Elçinə xoş gəlməmiş və Səbuhinin üstünə tərəf qaçmağa başlamışdır. Səbuhinin yanına gələndə ilk növbədə onun sifətinə sillə vurmuşdur. Sillədən sonra Səbuhi qaçıb uzaqlaşmaq istəsə də dalana rast gəldiyi üçün qaça bilməmişdir. Bundan sonra Elçin onun üzərinə gedib başının arxa nahiyəsindən yumruqla zərbə endirmişdir. Bundan sonra Səbuhi zərbənin təsirindən gicəllənərək yerə yıxılmışdır. Yerə yıxılan zaman isə Elçin onun burnuna iki yumruq zərbəsi vurmuş və arxasını çönüb onlara tərəf baxmışdır. Bu əsnada Elçinin yanında olan bir nəfər tanımadığı şəxs Elçinə irad tutaraq vurmamasını və uşaq olduğunu demişdir. X11 ayrılıb onlara tərəf gəlməyə başlamışdır. Elçinin onlara tərəf gəldiyini görüb çox qorxmuşlar və onlara da eyni aqibəti yaşadacağını düşünüb oradan qaçaraq uzaqlaşmağa başlamışlar, lakin Elçin onların arxasınca qaçsa da gəlib onlara çata bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 X6 Xətai rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 764 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişməyən sınığı müəyyən edildi. Xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 19- 20); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və qərar ona edilməklə, hüquq və vəzifələri izah edilmişdir (i.v. 25); yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs anası Şahid1 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir (i.v. 27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 Əməliyyat-sorğu kortatekasında məhkumluğu ilə bağlı heç bir məlumta yoxdur (i.v.69); xx xxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq etmişdir (i.v. 70-73); arayışdan görünür ki, Qasımov X5 rayonundan məcburi köçkündür (i.v. 74); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 75); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 128-ci maddəsində nəzərdə tutlmuş ittiham ona elan edilmişdir (i.v. 102-103); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 97); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs, şahidlərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAET və TB-nin Xətai rayon şöbəsinin rəyi iş üzrə sübut növləri kimi qiymətləndirilmiş, CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 103-108); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi (qismən), zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - nin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Qasımov X7 Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini növbəli işdə olduğu müddət istisna olmaqla hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar