Məhkəmə qərarları › İş №1(011)-361/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-361/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-361/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1972-ci ildə Kəlbəcər rayonu, Xallanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1972-ci ildə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan, Ağdam rayonu, Baharlı 1 qəsəbəsi, 421 nömrəli evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 barədə verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz oiaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək iş yoldaşı Zərərçəkmiş şəxs 8000 manat müqabilində adını dövlət hesabına mənzil alacaq Qarabağ veteranlarının siyahısına daxil etdirməklə mənzil almasında köməklik göstərəcəklərinə dair yatan vəd verib aldadaraq 06.09,2022-ci 11 tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən 18 saylı notariat ofisində Zərərçəkmiş şəxsla bağladığı kredit müqaviləsinə əsasən sonuncudan aldığı 8000 manat pulu ələ keçirdikdən sonra, həmin pul vəsaitindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində quraşdırılmış elektron ödəmə terminalları vasitəsilə xx.xx.2022-ci İl tarixdə iki dəfəyə 1750 manat və xx.xx.2022-ci İİ tarixdə iki dəfəyə 700 manat, ümumilikdə 2450 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 dediyi, “Kapital Bank'7 ASC-ə aid olan, müvafiq olaraq 416973******9993 və 416973******5398 nömrəli bank kartlarına bağlı olan bank hesablarına köçürməklə aralarında bölərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barədə verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 iş yoldaşı Zərərçəkmiş şəxs 8000 manat müqabilində adını dövlət hesabına mənzil alacaq Qarabağ veteranlarının siyahısına daxil etdirməklə mənzil almasında köməklik göstərəcəklərinə dair yalan vəd verib aldadaraq Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən 18 saylı notariat ofisində Zərərçəkmiş şəxsla bağladığı kredit müqaviləsinə əsasən sonuncudan aldığı 8000 manat pulu ələ keçirdikdən sonra, həmin pul vəsaitindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində quraşdınlmış elektron ödəmə terminalları vasitəsilə 07,09.2022-ci il tarixdə iki dəfəyə 1750 manat və xx.xx.2022-ci İİ tarixdə iki dəfəyə 700 manat, ümumilikdə 2450 manat pul vəsaitini dediyi, "xxxx" ASC-ə aid olan, müvafiq olaraq 416973******9993 və 416973******5398 nömrəli bank kartlarına bağlı olan bank hesablarına köçürməklə aralarında bölərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismi ödənilib qalan hissəsinin də ödənilməsi barədə onunla razılığa gəliblər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayından tanıyır, belə ki, birlikdə «Giləzi» quşçuluq fabrikində işləmişlər. Söhbət əsnasında Oktay ona demişdir ki, o, 18 ildən artıqdır ki, kirayədə yaşayır, 1-ci Qarabağ döyüşlərində iştirak edib, veterandır, dövlətdən ev almaq istəyir. Təxminən 2022-ci ilin sentyabr ayında üzvü olduğu «Yeni baxı.ş» ictimai birliyinin WhatsApp qrupuna səsli mesaj atmışdır ki, «veterana yardımçı olaq, ona ev verilsin». Bu mesajına Ağdam rayonu üzrə «Yeni baxış» ictimai birliyinin sədri Təqsirləndirilən şəxs2 cavab olaraq zəng vurub demişdir ki, Müdafiə Nazirliyində və Sosial Müdafiə Fondunda tanışları var, onların köməkliyi ilə veterana ev düzəldə bilən İnşallahdan hansı məbləğ qarşılığında bu işi görə biləcəyini soruşmuş, inşallah bu işi 10000 manat müqabilində görə biləcəyini demişdir. Əvvəllər İnşallahla görüşməmiş, onunla heç bir tanışlığı olmamışdır, sadəcə İnşallah «Yeni baxış» ictimai birliyinin üzvü olduğu üçün ona inanmışdır. Bundan sonra bu barədə Oktayla danışmış, sonuncu 4000 manat verə biləcəyini demişdir. Bu haqda İnşallaha demiş, İnşallah razılaşmışdır. Oktay ona əlbəəl 4000 manat pul verəcəyini, lakin 8000 manata dair sənədə imza atdıracağını demiş, bu haqda İnşallaha demiş, İnşallah isə narahat olmamağını demişdir. Oktay demişdir ki, əlində 4000 manat pulu var və ona etibar edib həmin pulu verir və təklif etmişdir ki, 8000 manata görə sənəd imzalasınlar. xx.xx.2022-ci il tarixdə 18 saylı notariat ofisində Oktay onunla 8000 manata dair kredit müqaviləsi bağlasa da, orada əlbəəl 4000 manat pul vermiş, yəni notariat ofisində 8000 manat pul alsa da, həmin pulun yarısını Oktaya qaytarmışdır. Oktayla aralarında olan razılaşmaya əsasən sonuncunun ev məsələsi düzələcəyi təqdirdə, ona hörmət olaraq 1000 manat pul verir, ev məsələsi düzəlməyəcəyi təqdirdə isə 4000 manat əvəzinə ondan 8000 manat pul alacaq. Oktayla 8000 manata dair kredit müqaviləsi bağlamamışdan öncə İnşallaha zəng edib hər şeyi danışmışdır. İnşallah isə ona narahat olmamağı və Oktayın ev məsələsini tez bir zamanda həll edəcəyini bildirmişdir. İnşallaha arxayın olub Oktayın şərtlərini qəbul edərək sonuncu ilə 8000 manata dair kredit müqaviləsi bağlamışdır. 4000 manat puldan 2450 manat pulu İnşallaha sonuncunun dediyi bank kartlarına bağlı olan bank hesablarına hissə-hissə olmaqla köçürtmüş, 1550 manatı isə özündə saxlamışdır ki, Oktayın ev məsələsi düzələndən sonra İnşallaha verər, lakin bir müddət sonra İnşallah onunla əlaqə saxlayaraq Oktayın ev məsələsinin həll olunduğunu və sənədlərə qol çəkmək üçün yuxarı rəhbərliyə təcili olaraq 2500 manat pulun çatmalı olduğunu bildirmişdir. Etiraz etmişdir ki, Oktayın adı siyahıya düşəndən sonra həmin pulu İnşallaha göndərəcəklər, inşallah isə bu işlərlə məşğul olan şəxsin 2500 manat pulu almayınca işi həll etməyəcəyini demişdir. Bu haqda Oktaya demiş, Oktay da pulu iki dəfəyə verəcəyini demişdir. Oktay ona 2022-ci ilin noyabr ayında 500 manat, 2023-cü ilin mart ayında isə 500 manat pulu işlədiyi «Giləzi» fabrikinin Yura adlı avtobus (servis) sürücüsü ilə ona göndərmişdir. 2500 manat pulu düzəldib 2023cü ilin mart ayında İnşallahın dediyi taksi sürücüsünə Xırdalan dairəsi yaxınlığında fəaliyyət göstərən «Araz» marketin qarşısında vermişdir, X2 ərəfəsində Oktayin mənzil alacağını demişdir. Lakin inşallah onu və Oktayı aldadaraq heç bir iş görməmiş, Oktay mənzil almamışdır. İnşallahın onları aldatdığını biləndən sonra Oktay ona İnşallahdan 8000 manat alacağını, polisdə sözlərini təsdiq etməyəcəyi təqdirdə ondan şikayət edəcəyini və 8000 manat pulu ondan tələb edəcəyini bildirmişdir. Məcbur olub izahatında və ilkin ifadələrində Oktayin dediklərini təsdiq etmiş, hətta İnşallahla rəsmi və qeyri-rəsmi üzləşəndə də özü və Oktay İnşallahın üzünə durmuşlar ki, guya o, sonuncuya 8000 manat pul vermişdir. Həqiqətdə isə İnşallaha hissə-hissə olmaqla 2450 manat köçürtmüş və sonuncunun dediyi taksi sürücüsünün vasitəsilə 2500 manat pul göndərmiş, bu da ümumilikdə 4950 manat pul edir, Oktayin ona verdiyi 5000 manat puldan onda 50 manat pul qalmışdır. Abşeron RPİ-də İnşallah 2450 manat pulun ona köçürməsi ilə bağlı qəbzlərin olduğunu görəndən sonra məcbur olub Oktaya 2500 manat pulu qaytarmışdır. Taksi sürücüsü ilə 2500 manat pulu göndərdiyini sübut edə bilmədiyi üçün, İnşallah həmin 2500 manat pulu danır və onun üstünə atır ki. həmin pulu o, Oktaya qaytarsın. Oktay isə İnşallahdan əlavə pul ala bilməyəcəyini görüb 8000 manat puldan qalan 5500 manat pulu ondan tələb edir. Halbuki iİnşallahla olan telefon danışıqlarının əksəriyyətində Oktay özü iştirak edib və Oktay da bilirdi ki, ev məsələsinə görə o, inşallaha 5000 manat ( dəqiq 4950) pul vermişdir. Sadəcə Oktay onunla 8000 manata dair bağladığı kredit müqaviləsini əsas tutaraq ona 8000 manat verdiyini İnşallaha deyirdi və həmin puldan qalan 5500 manat pulu Oktay hazırda ondan tələb edir. Hətta Oktay polisə şikayət etməmişdən öncə oğlunun toy məclisinə gəlib səs-küy salaraq 8000 manat pulu almayana kimi toydan getməyəcəyini demişdir. Onun yanında İnşallaha zəng edib Oktayin 8000 manat tələb etdiyini demiş, İnşallaha da Oktaya narahat olmamağı və 3 günə pulu qaytaracağını demişdir. Sonradan başa düşmüşdür ki, İnşallah sadəcə Oktayı və onu sakitləşdirmək üçün pulu tez bir zamanda qaytaracağını yalandan demişdir. İnşallah aldadaraq onun vasitəsilə Oktaya məxsus 4950 manat pulu alıb ələ keçirmiş və həmin puldan Oktaya cəmi 2500 manat pul qaytarmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismi ödənilib qalan hissəsinin də ödənilməsi barədə onunla razılığa gəliblər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Bakı şəhərində “Yeni Baxış” ictimai birliyi yaranmış və həmin birliyin Ağdam rayonu üzrə sədr vəzifəsinə təyin olunmuşdur, üzv olduğu Birlik əsasən müharibə veteranlarının sosial problemlərinin həlli ilə məşğul olurdu. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində Birliyin WhatsApp qrupunda Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Namiq qrupda tanışı Zərərçəkmiş şəxs 1-ci Qarabağ müharibəsi veteranı olduğunu bildirmiş və Oktaya müharibə veteranları üçün nəzərdə tutulmuş mənzillərdən almağa köməklik istəmişdir. Namiqlə telefon əlaqəsi saxlamış və tanışı Zərərçəkmiş şəxs adını 5000 manat müqabilində mənzil alacaq müharibə veteranlarının siyahısına saldıra biləcəyini bildirmişdir. Namiq də Oktayla danışıb cavab verəcəyini bildirmişdir. Təxminən 2-3 gündən sonra Namiq onunla telefon əlaqəsi saxlamış və Oktayin həmin iş üçün 4000 manat pulunun olduğunu bildirmişdir. Namiqlə razılaşmışdır. Namiqə həmin pulu tanışı Şahid1 istifadəsində olan "xxxx" ASC-yə aid olan bank kartına bağlı olan bank hesabına köçürməyi demiş, həmçinin bildirmişdir ki, Oktayın adını tez bir zamanda həmin siyahıya daxil etdirəcək və 2023-cü ilin mart ayının 21-nə qədər Novruz bayramı ilə əlaqədar Oktaya mənzil veriləcək. Namiq isə bildirmişdir ki, həmin 4000 manat puldan ona ilkin olaraq 2300 manat pul köçürəcək, işi görüb qurtardıqdan sonra qalan pulu da köçürəcək. Namiqlə razılaşmış və Namiq təxminən 2022-ci ilin sentyabr ayının əvvələrində hissə-hissə olmaqla 1750 manat pulu tanışı Şahid1 istifadəsində olan bank kartına bağlı olan bank hesabına köçürtmüşdür. Siyavuş da həmin pulu Ağdam rayonunda nağdlaşdırıb ona vermişdir. Adına bank kartı olmadığı üçün tanışı Siyavuşdan bu barədə xahiş etmiş, lakin sonuncuya əsl həqiqəti bildirməmişdir. Namiqin ona göndərdiyi 1750 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Həmin gündən təxminən bir neçə gün sonra Namiq ona zəng vuraraq işlə maraqlanmış, Namiqə tezliklə işin həll olunacağını yalandan demişdir. Bu minvalla bir neçə dəfə Namiq onunla telefon əlaqəsi saxlamış, o isə vaxtı uzadaraq Namiqə işin tezliklə həll olunacağını yalandan bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Namiq ona zəng vurmuş və yenidən işlə maraqlanmış, Namiqə tezliklə işin həll olunacağını və işə görə əlavə olaraq 500 manat pul da lazım olduğunu bildirmişdir. Namiq də razılaşmış və 500 manat pulu tanışı Siyavuşun bank kartına bağlı olan bank hesabına köçürtmüşdür. Siyavuş da həmin pulu nağdlaşdırıb ona vermişdir. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Namiq dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq işin nə yerdə qalması ilə maraqlanmış, Namiqə darıxmamağı, işin tezliklə həll olunacağını yalandan demişdir. Namiq işin uzandığını görüb ondan pulu geri tələb etməyə başlamışdır. Hətta Namiq qohumu Şahid2 və arvadı Şahid3 ilə birlikdə iki dəfə yaşadığı ünvan 3 ünvanına gəlmiş və ondan pulu tələb etmişdir, müxtəlif bəhanələr gətirib onlara tezliklə işin həll olunacağını yalandan deyərək vaxtı uzadırdı. Bir müddət sonra ona bir nəfər zəng vuraraq adının Oktay olduğunu, işi ili maraqlandığını və əgər işi alınmırsa verdiyi 8000 manat pulunun qaytarılmasını demişdir. Oktaya onu tanımadığını, işi Namiqlə danışdığını və Namiqin ona 8000 manat deyil, həmin işin düzəlməsi üçün cəmi 2250 manat pul verdiyini bildirmişdir. Oktay isə təəccüblənərək Namiqə 8000 manat pul verdiyini və bu işi araşdıracağını bildirmişdir. Tutulduqdan sonra Namiqin verdiyi 2250 manat pulun üstünə 250 manat qoyub Oktaya 2500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nə qədər pul aldığını bilmir, Namiq özü isə ona cəmi 2250 manat pul vermiş, yəni həmin pulu tanışı Siyavuşun bank kartına bağlı olan bank hesabına köçürmüşdür. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismi ödənilib qalan hissəsinin də ödənilməsi barədə onunla razılığa gəliblər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onların əsl niyyətlərini pərdələmək üçün aldıqları pula dair notarial şəkildə borc müqaviləsi bağlaması, özünü təqsirli bilməyərək məhkəmə iclasında verdikləri ifadəsi özlərini müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsi veteranıdır. Təxminən 2022-ci ilin sentyabr ayında söhbət əsnasında dostu Təqsirləndirilən şəxs1 İ bildirmişdir. Dostu Namiq «Yeni Baxış» ictimai birliyinə müraciət etmiş və daha sonra inşallah adlı şəxs onlarla əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı həmin şəxs özünü qazi kimi təqdim edərək adının həmin siyahıya daxil olması üçün 8000 manat pul tələb etmişdir. Onun fikri ilə razılaşmışlar və 06 sentyabr 2022-ci il tarixdə dostu Namiqə inşallah adlı şəxsə çatdırması üçün notariat qaydada Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 18 saylı notariat ofisində 8000 manat pul vermişdir. Namiq isə həmin pulu Təqsirləndirilən şəxs2 hissə- hissə göndərmişdir. Sonuncu dəfə isə X3 rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ödəmə terminalından pul göndərmişdir, Təqsirləndirilən şəxs2 7 ay ərzində bu işi görəcəyini bildirsə də, heç bir iş görməmiş və aldığı pulu ələ keçirmişdir. Bir dəfə Namiq İnşallaha onun yanında videozənglə zəng edərkən pulu qaytaracağına söz vermişdir. Bir neçə dəfə telefon əlaqəsi saxlasalar da müxtəlif bəhanələr gətirmiş, pulu geri qaytarmaqdan imtina etmişdir. Bir müddətdən sonra İnşallah artıq telefon zənglərinə cavab verməmişdir. 2023-cü ilin iyun ayında inşallahın onu aldatdığım və pulunu ələ keçirdiyini başa düşüb Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə telefon vasitəsi ilə əlaqə saxlayarkən sonuncu sənədlərin hazır olması üçün 8 000 manat pulu Müdafiə Nazirinin özünə verdiyini bildirmişdir. Verdiyi pulun 2500 manatı qaytarılıb qalan hissəsinin da qaytarılması barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılıq əldə ediblər ona görə hazırda ona dəyən zərər tam ödənilib deyə şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Namiq ona bildirmişdir ki, bir nəfər Oktay adlı tanışının müharibə veteranları üçün ev almaq məqsədi ilə siyahıya adını yazdırmaq İnşallah adlı şəxsə pul vermişdir, lakin həmin şəxs indiyə kimə nə pulu qaytarır, nə də ki, söz verdiyi işi düzəltmir. Ona görə də Oktay adlı şəxs həmin pulu Namiqdən tələb edir. Namiq nə qədər pul almasını və İnşallaha nə qədər pul verməsini deməmişdir. Təxminən 4-5 gün sonra özü, Namiq ilə birlikdə Ağdam rayonuna - İnşallahın yaşadığı ünvana getmişlər,İ görüşüb söhbət etmişlər, inşallah işi tezliklə həll edəcəyini bildirmişdir. Namiq həmin vaxt Oktayla telefon əlaqəsi saxlamış və İnşallahın işi tezliklə həll edəcəyini bildirmişdir. Lakin Oktay artıq İnşallahın verdiyi vəddən xeyli vaxt keçdiyini və həmin işi istəmədiyini, pulunu geri istədiyini bildirmişdir. İnşallah isə 5 min Cəlilabadda və 3 minlik kafesinin olduğunu, həmin kafeni satıb Oktayın pulunu qaytaracağını bildirdi. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Təqsirləndirilən şəxs1 ilə ailəlidir. 2023-cü ilin iyun ayında evdə olarkən əri Təqsirləndirilən şəxs1 mobil telefonla kiminləsə əsəbi halda danışmasını eşitmişdir. Namiq həmin vaxt dedi ki, «ya söz verdiyin işi düzəlt, ya da pulu qaytar, mən həmin adamın yanında biabır olmuşam». Namiq telefon danışığını qurtarandan sonra sonuncudan nə baş verdiyini soruşmuş, Namiq isə bildirmişdir ki, bir nəfər Oktay adlı tanışının müharibə veteranları üçün ev almaq məqsədi ilə siyahıya adını yazdırmaq İnşallah adlı şəxsə pul vermişlər, lakin həmin şəxs indiyə kimə nə pulu qaytarır, nə də ki, söz verdiyi işi düzəltmir. Ona görə də Oktay adlı şəxs həmin pulu Namiqdən tələb edir. Lakin Namiq nə qədər pul almasını və İnşallaha nə qədər pul verməsini deməmişdir. Təxminən 4-5 gün sonra özü, Namiq və qohumları Şahid2 Ağdam rayonuna - İnşallahın yaşadığı ünvana getmişlər, inşallahla görüşüb söhbət etmişlər, inşallah işi tezliklə həll edəcəyini bildirmişdir. Namiq həmin vaxt Oktayla telefon əlaqəsi saxlamış və inşallahın işi tezliklə həll edəcəyini bildirmişdir. Lakin Oktay artıq inşallahın verdiyi vəddən xeyli vaxt keçdiyini və həmin işi istəmədiyini, pulunu geri istədiyini bildirmişdir. İnşallah isə kafesinin olduğunu, həmin kafeni satıb Oktayın pulunu qaytaracağını bildirdi. Həmin vaxt da Oktayın Namiqə nə qədər pul verdiyini və Namiqin İnşallaha nə qədər pul verdiyini bilməmişdir. Həmin gün evə qayıtmışlar. Sonradan Namiq yenidən İnşallahla əlaqə saxlayıb maraqlananda inşallah müxtəlif bəhanələr gətirərək vaxtı uzadırdı. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, münasibətləri normaldır. 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək ona pul köçürüləcəyini, buna görə də ona bank kartının lazım olduğunu demiş və pulun köçürülməsi üçün bank kartı istəmişdir. Özünə məxsus bank kartının fotoşəkilini WhatsApp vasitəsilə İnşallaha göndərmişdir. Bundan bir qədər sonra mobil telefonuna bank hesabına 1500 manat pul vəsaitinin köçürülməsi ilə bağlı mesaj gəlmişdir. Bir neçə dəqiqədən sonra isə 250 manat pul vəsatinin bank hesabına köçürülməsi ilə bağlı ikinci mesaj gəlmişdir. Bir qədər sonra inşallah ona zəng edərək bank kartına bağlı olan bank hesabına ümumilikdə 1750 manat pul vəsaitinin köçürüldüyünü bildirmiş və həmin pul vəsaitini nağdlaşdinb ona verməyi xahiş etmişdir. Həmin pul vəsaitini "xxxx" ASC-yə aid olan bankomatların birində nağdlaşdırıb yaşadıqları qəsəbədə İnşallaha vermişdir. Bir müddət sonra inşallah yenidən ona zəng edib bank kartına bağlı olan bank hesabına pul vəsaitinin köçürüləcəyini bildirmiş və həmin pulu nağdlaşdinb ona verməyi xahiş etmişdir. 12 oktyabr 2022-ci il tarixdə dəqiq xatırlamadığı vaxtda bank hesabına köçürülmüş 500 manat pul vəsaitini nağdlaşdırıb Təqsirləndirilən şəxs2 vermişdir. Bank kartına bağlı olan bank hesabına başqa pul vəsaiti köçürülməmişdir. Həmin pul vəsaitlərinin hansı məqsədlə Təqsirləndirilən şəxs2 köçürüldüyünü bilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş şahid X5 ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. Təxminən 8 ildir ki, Xızı rayonu, Stalçay kəndində fəaliyyət göstərən "xxxx" MMC-də kamaz sürücüsü işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Oqtay Hüseynov bir müddət "xxxx" MMC-də qaynaqçı işləyib, Təqsirləndirilən şəxs1 isə qaraj müdiri işləyib. Namiq qısa müddət ərzində MMC-də işlədi. Təxminən 2022-ci ilin payız ayında Oqtayla söhbət edən zaman Oqtay ona Namiqin İnşallah adlı şəxsin vasitəsilə ona Qarabağ Müharibəsinin veteranı kimi mənzil alınmasında köməklik edəcəyini, bu işi Namiqlə 5000 manata danışdığını və bu işin müqabilində Namiqə 4000 manat verdiyini və 1000 manat sonra verəcəyini bildirdi. Oqtay kasıb olduğu üçün həmin pul vəsaitini bankdan kreditə götürdüyünü bildirdi. Namiqi tanıdığı üçün, o özü də ondan Oqtaya mənzil məsələsində köməklik göstərməyi xahiş etmişdir. Onu da qeyd edir ki, bir müddət Oqtayın mobil telefonu olmadı, eyni zamanda Oqtayın işlədiyi qarajda da müdiriyyət mobil telefondan istifadə etməyi qadağan edib. 2022-ci ilin noyabr ayında Namiq ona WhatsApp vasitəsilə zəng edərək Oqtaya mənzil məsələsinə görə 500 manat pulu ona göndərməyi deməyi ondan xahiş etdi. O da bu haqda Oqtaya demişdir. Sonradan Oqtayın özündən öyrənmişdir ki, o, 500 manat pulu Namiqə göndərib. O özü də arabir Oqtaydan mənzil məsələsi ilə maraqlanırdı, Oqtay da ona məsələnin tezliklə həll ediləcəyini deyirdi. Təxminən 2023-cü ilin mart ayında Namiq ona WhatsApp vasitəsilə zəng edərək Oqtaya mənzil məsələsinə görə qalan 500 manat pulu göndərməyi deməyi məndən xahiş etdi. O bu dəfə də Oqtayın yanına gedib Namiqin qalan 500 manat pulu istədiyini demiş, Oqtay da həmin pul tez bir zamanda Namiqə göndərəcəyini dedi. Bir neçə gün sonra Oqtaydan Namiqə pulu göndərib-göndərmədiyini soruşmuş, Oqtay da qalan 500 manat pulu Namiqə göndərdiyini dedi. Onu da qeyd edir ki, sonradan ona məlum oldu ki, Oqtay həmin pul vəsaitlərini MMC-də avtobus sürücüsü işləyən Yura adlı şəxsin vasitəsilə Namiqə göndərib. Lakin, bir neçə aydan sonra məlum oldu ki, Namiq və İnşallah adlı şəxs Oqtayın mənzil məsələsini həll edə bilməyiblər və Oqtayın pulunu qaytarmırlar. Oqtay da məcbur olub onlardan polisə şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş şahid X1 ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. Xızı rayonu, Stalçay kəndində yerləşən «Giləzi» quşçuluq şirkətində sürücü işləyir. Gündə üç dəfə 20 yanvar - Stalçay çay istiqamətində şirkətə məxsus avtobusla işçiləri aparıb gətirir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Namiq vaxtilə «Giləzi» quşçuluq şirkətinin Stalçay kəndində yerləşən qarajının müdiri işləyib. Zərərçəkmiş şəxs da tanıyır, onunla da heç bir düşmənçiliyi və ədavəti yoxdur, Oktay isə «Giləzi» quşçuluq şirkətinin qarajında qaynaqçı işləyirdi, təxminən 1 ay olar ki, Oktay işdən çıxıb. Təxminən 2022-ci ilin dekabr ayında şirkətin həyətində olan zaman Namiq ona zəng edərək ona şirkətdən pul veriləcəyini və həmin pulu ondan Ceyranbatan qəsəbəsi ərazisində götürəcəyini dedi. O etiraz etməmişdir. Təxminən iki saatdan sonra şikrətin mühafizəçisi bir kağıza bükülmüş pul vəsaitini ona verdi və həmin kağız bağlamanı Namiqə vermək üçün Oktayın ona göndərdiyini bildirmişdir. Bağlamanı açmadı, bağlamanın içində nə qədər pul olduğunu da bilmirdi. Onu da qeyd edir ki, şirkətin ərazisində işləyən əməkdaşlar yalnız iş qurtarandan sonra çölə çıxa bilərlər. Mühafizəçilər isə növbəni təhvil verdikləri üçün çölə çıxmışdılar. Oktayın verdiyi pulu həmin gün Namiqə çatdırmışdır. Təxminən iki ay sonra Oktay ikinci dəfə mühafizəçinin vasitəsilə Namiq çatdırmaq üçün ona kağız bağlamada olan pul vəsaiti göndərmiş, bağlamada nə qədər pul vəsaitinin olduğunu o bilməmişdir, bu dəfə isə Oktay şirkətin giriş qapısının yanında dayanıb onu səsləmiş və həmin pulu Namiqə çatdırmağı xahiş etmişdir. O da həmin gün Oktayın ona göndərdiyi pul vəsaitini Ceyranbatan qəsəbəsində Namiqə vermişdir. Oktayın həmin pul vəsaitlərini nə üçün Namiqə göndərdiyini o bilməmişdir. 17 fevral 2024-cü il tarixdə Xətai rayon polis idarəsinə çağırıldıqdan sonra o Oktaya zəng etmiş və Namiqlə aralarında olan məsələyə görə polisə çağırıldığı üçün ona iradını bildirmişdir. Oktay isə telefonda onu acılayaraq ona “səni görməmişəm və sənə pul verməmişəm, səni tanımıram” demiş və telefon əlaqəsini kəsmişdir. Oktayın bu cavabı onu çox təəccübləndirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 avqust 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v. 01) - xx.xx.2023-cü il tarixdə cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir.(cild 1, i.v. 39) - xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması haqqında Abşeron RPİ-nin İŞ-də qərar qəbul edilmişdir. (cild 1, i.v. 41) - Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-ə təhvil verilmişdir. (cild 1, i.v. 48) - xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında Abşeron RPİ-nin İŞ-də qərar qəbul edilmişdir. (cild 1, i.v. 51) - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, i.v. 80-89) - xx.xx.2023-cü İİ tarixdə Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. (cild 1, i.v. 99-100) - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.2.1 və 178,2.4-cü maddələrinə tövsif edilməsi haqqında qərar qəbul edilmişdir. (cild 1, i.v. 149-150) - xx.xx.2023-cü İl tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild 1, i.v. 153- 154) - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, i.v. 173-174) - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 181-183) - Cinayət işinin ərazi aidiyyəti üzrə Xətai RPİ-ə göndərilməsi barədə Abşeron RPİnin İŞ-nin müstəntiqi tərəfindən 7 dekabr 2023-cü il tarixdə qərar qəbul edilmişdir. (cild 1, i.v. 192-193) - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti iki ay olmaqla, 7 ayadək, yəni 04 fevral 2024-cü il tarixdən 04 aprel 2024cü il tarixədək uzadılmış və cinayət işi istintaqın davam etdirilməsi üçün Xətai rayon polis idarəsinə göndərilmişdir. (cild 1, i.v. 200-204) - 24 may 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild 2, i.v. 81-82) - 25 may 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild 2, i.v. 95-96) - Cinayət işinin materiallarında olan, Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2023-cü i! tarixinədək Təqsirləndirilən şəxs1 borca 8000 manat pul vermişdir. - Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanından eManat elektron ödəmə terminalı vasitəsilə 416973******9993 nömrəli bank kartına bağlı olan bank hesabına 1500 manat pul köçürülmüşdür. - Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanından eManat elektron ödəmə terminalı vasitəsilə 416973******9993 nömrəli bank kartına bağlı olan bank hesabına 250 manat pul köçürülmüşdür. - Cinayət işinin materiallarında olan xx.xx.2022-ci. il tarixli qəbzin surətinə əsasən həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən Milliön elektron ödəmə terminalı vasitəsilə 416973******9993 nömrəli bank kartına bağlı olan bank hesabına 500 manat pul köçürülmüşdür. - Cinayət işinin materiallarında olan xx.xx.2022-ci İİ tarixli qəbzin surətinə əsasən həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən Milliön elektron ödəmə terminalı vasitəsilə 416973******5398 nömrəli bank kartına bağlı olan bank hesabına 200 manat pul köçürülmüşdür. - Elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilmiş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən məlumatlar çap edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı zamanı elektron daşıyıcıda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (cild 2, i.v.8) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 05 sentyabr 2023-cü il tarixli tələbnamədən və Ağdam rayon məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(013)-44/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; (cild 2, i.v.9-14) - Ağdam rayon İcra və probasiya şöbəsinin 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Ağdam rayon İcra və probasiya şöbəsində qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs2 cəzası xx.xx.2025-ci il tarixdə başa çatır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə zərərçəkmiş şəxs ilə barışıq əldə olunaraq dəymiş ziyanın ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər də oxşar əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə onun şəxsiyyətini xarakterizə edən amil kimi qiymətləndirir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə olunaraq dəymiş ziyanın qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 Ağdam Rayon Məhkəməsinin 1(013)-44/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun 05-06 sentyabr 2023-cü il tarixlərdə tutulduğu müddət nəzərə alınmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut kimi tanınan - cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Ağdam Rayon Məhkəməsinin 1(013)-44/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) gün həbsdə saxlama müddəti 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdam rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar