Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-361/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan, nəqliyyat vasitəsi üçün yol vərəqəsi əsasında «BC» kateqoriyalı, «AE 811513» nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə «İsuzu NPR 75L-K» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 dekabr 2025-ci il tarixində saat 17:00 radələrində ünvan 3 ünvanının yaxınlığında 40-50 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə riayət etməklə, yəni nizamlanmayan piyada keçidinin qarşısında dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkətini davam etdirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan sol bazu oynağının hemartrozu, alın nahiyəsinin əzilmiş yarası və sol budun dərialtı hemotoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz olan "İsuzu NPR 75L-K yük" markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ukrayna diarəsindən Neapol küçəsinə daxil olub hərəkətini düzünə davam etdirib Neapol dairəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 3-cü zolağı ilə 40-50 km/saat sürətlə hərəkət edirmiş. Həmin vaxt avtomobildə adı yadında qalmayan yeni işə qəbul edilmiş iş yoldaşı olmuşdur. Neapol küçəsi 22 ünvanın yaxınlığında hərəkətini davam etdirib piyada zolağına yaxınlaşan zaman avtomobillərin dayandığını və bir neçə piyadanın yolun əks tərəfinə keçdiyini görmüş, həmin anda dayanmış avtomobillər hərəkət edib anidən yenə də dayanmışdır. Lakin o, avtomobil ilə piyada zolağını keçən zaman sağ tərəfdən gələn azyaşlı qız uşağı bir anda idarə etdiyi avtomobilin qarşısına keçmiş və nəticədə avtomobilin ön sağ tərəfi piyada qıza dəyib yerə yıxmışdır. Dərhal avtomobildən enib piyada qızın səhhəti ilə maraqlanmış və onun xəsarət aldığını görüb təcili tibbi yardım stansiyasına müraciət etmişdir. Hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri yaxınlaşıb hadisədən sonra şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs Respublika Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Qısa zamanda hadisə yerinə polis əməkdaşları yaxınlaşıb araşdırmaya başlamışlar. Daha sonra maraqlandıqda bilmişdir ki, Zərərçəkmiş şəxs Respublika Neyrocərrahiyyə xəstəxanasından X7 aparıblar. Tibb Mərkəzində həkimlər tibbi yardımlar göstərdikdən sonra evə göndərmişlər. Əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq Xətai rayonu 7 "b" ünvanına hazırlığa gedərkən Neapol küçəsinin əks tərəfinə keçmək üçün piyada zolağının üzəri ilə yolun əks tərəfinə keçməyə başlayıb iki hərəkət zolağını keçib üçüncü hərəkət zolağına daxil olan zaman Ukrayna dairəsi istiqamətindən Neapol dairəsi istiqamətinə hərəkət edən sürücü idarə etdiyi "İsuzu NPR 75L-K yük" markalı, ** JS *** dövlət qeydiyyat nişanlı yük avtomobilin ön tərəfi ilə onu vurub yerə yıxmışdır. Həmin vaxt sol qolundan və alın nahiyəsindən xəsarətlər almışdır. Hadisədən sonra qolundan ciddi xəsarət aldığına görə hadisə yerinə toplaşan, tanımadığı şəxslərdən kimsə TTYS-na zəng edib həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə polis əməkdaşları, həkim briqadası və anası Şahid gəlmişdir. Həkimlər bədənini müayinə edib ilkin tibbi yardımlar göstərdikdən sonra əlavə müayinələrdən keçmək üçün Neyrovcərrahiyyə Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər bədənini müayinə edib alnında olan yaraya tikiş qoyduqdaqdan sonra həmin TTYS-nın həkim briqadası tərəfindən X7 aparılmışdır. X5 həkimlər bir daha bədənini müayinə edib sol qoulunun bazu nahiyəsində sınıq xəsarəti olduğunu bildirib tibbi yardımlar göstərdikdən sonra anası evə aparmışdır. Hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olduğu zaman qızı Zərərçəkmiş şəxs hazırlıq kursuna getmişdir. 20 dəqiqə keçmiş Zərərçəkmiş şəxs mobil nömrəsindən ona zəng gəlmiş və danışan tanımadığı şəxs bildirmişdir ki, Xətai rayonu Neapol küçəsində Fidanı avtomobil vuraraq xəsarət yetirib. Dərhal deyilən ünvana getmiş və ora catanda görmüşdür ki, Fidan avtomobil yolunda uzanıqlı vəziyyətdədir, yanında da tanımadığı çoxlu adamlar var. Maraqlandıqda bilmişdir ki, "İsuzu" markalı, ** JS *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü piyada zolağında Fidanı vurub bədən xəsarəti yetirib. Təxminən 5 dəqiqə keçmiş hadisə yerinə TTYS-nın həkim briqadsı gəlib Fidanın bədənini müayinə edib ilkin tibbi yardımlar göstərib Respublika Neyrocərrahiyyə Klinikasına aparmışlar. Orada həkimlər Fidanın bədənini müayinə edib alnında olan yaralara cərrhiyyə tikişləri qoyduqdan sonra əlavə müayinələrdən keçirilməsi və tibbi yardımlar göstərilməsi üçün həmin TTYS-nın həkim briqadası tərəfindən X7 aparılmışdır. X5 həkimlər bir daha Fidanın bədənini müayinə edib sol qoulunun bazu nahiyəsində sınıq xəsarəti olduğunu bildirib tibbi yardımlar göstərdikdən sonra evə gətirmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Şahid məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Bu halın nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07 aprel 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1) - 16 dekabr 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində nizamlanmayan piyada keçidində piyada vurma yol-nəqliyyat hadisəsi baş vermişdir. (i.v.6-9) - 16 dekabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobil texniki cəhətdən tam saz və yüksüz olmuşdur. (i.v.10) - 16 dekabr 2024-cü il tarixli, 1/11638 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.11) - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «İsuzu NPR 75L-K» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. (i.v.14) - 14 may 2024-cü il tarixli, 001 nömrəli etibarnamədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan istənilən nəqliyyat vasitələrini (avtomobilləri) Azərbaycan Respublikasının ərazisində idarə etmək hüququnu Təqsirləndirilən şəxs (sürücülük dərəcəsi-BC, sürücülük vəsiqəsi AE 811513) verir və ona etibar edir. (i.v.15) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X8 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası haqqında” xx.xx.2024-cü il tarixli, 1296 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu oynağının hematoması müəyyən edildi, xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixində baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v.20-22) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/202 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş materiallara əsasən «İsuzu NPR 75L-K» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxsun hərkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.27-29) - 12 aprel 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına qəbul edilməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır. (i.v.30) - 15 aprel 2025-ci il tarixli yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs anası Şahid onun qanuni nümayəndəsi kimi təyin olunmuşdur. (i.v.35) - 15 aprel 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.40-41) - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 29 aprel 2025-ci il tarixli, 3-13-55/2-15630 nömrəli məktubdan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rafiq Ağəliyevin müraciəti əsasında BDYPİ-nin mərkəzi informasiya sistemində baxış keçirilmiş və Təqsirləndirilən şəxs aid AE 811513 nömrəli sürücülük vəsiqəsinin aktiv olduğu müəyyən edilmişdir (i.v.57-58) - DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu ildə AR MM-nin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. X4 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 187 maddəsinin 3-cü hissəsi ilə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X3 Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 187 maddəsinin 3-cü hissəsi 69-cu maddəyə əsasən 07 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. ( i.v.59-60) - 05 may 2025-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan olunması qərara alınmışdır. (i.v.63-64) - 05 may 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.65) - 03 iyun 2025-ci il tarixli özünü könüllü olaraq istintaqa təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü istintaqa gəlmişdir. (i.v.68) - 03 iyun 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. (i.v.70) - 03 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.89-90) - 03 iyun 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.(i.v.107-108) - "xxxx" MMC-nin 05 iyun 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus **-JS-*** dövlət qeydiyyat nişanlı "İsuzu NPR 75L-k yük" markalı nəqliyyat vasitəsi sürücü Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixində idarə olunarkən baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər tərəfimizdən aradan qaldırılıb. Təqsirləndirilən şəxs qarşı heç bir iddiamız və tələbimiz yoxdur. (i.v.112) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-419/2008 saylı, 06 noyabr 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə əqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə zadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən barəsində təyin olunmuş cəzalar qismən toplanaraq ona qəti cəza 2 (iki) il müddətinə nəqliyyat asitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. (i.v.113-115) - 06 iyun 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1296 nömrəli və məhkəmə- yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/202 nömrəli rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi və yolnəqliyyat hadisəsini törətdiyi "İsuzu NPR 75L-K yük" markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. (i.v.116-120) İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, AR CM-nin 263.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Bu halın nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, AR CM-nin 263.1-ci maddəsi ilə özümü təqsirli bilir, əməlimdən peşmandır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. Eyni zamanda həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinin mənasına əsasən həmin maddənin 73.1 və 73.2-ci maddələrində göstərilənlərdən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv olunmalı ,iş üzrə maddi sübut kimi tanınmış "İsuzu NPR 75L-K yük" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı və nəqliyyat vasitəsi onun istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.3, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınan - "İsuzu NPR 75L-K yük" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-361/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-361/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver