Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-362/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Quyunbinəsi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb, ünvan 2 ünvanına daşımış, 08 may 2021-ci il tarixdə saat 14:50 dəqiqədə həmin ünvanda Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq ünvan 3 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş boz rəngli cins şalvarın sol yan cibindən üzərində «ФЭСКО» yazısı olan kibrit qutusunun içərisinə yerləşdirilmiş vəziyyətdə 01 ədəd gümüşü rəngli kağıza bükülmüş şəffaf sellofan bükümdə 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,160 qram çəkidə limon turşusu və gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroinin izləri olan 01 ədəd qırılmış ampula aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları var, qızı 2004-cü il təvəllüdlü X1 və oğlu 2007-ci il təvəllüdlü X2. Hazırda heç bir yerdə işləmir və əvvəllər məhkum olunmamışdır. Təxminən 2 il olar ki, narkotik vasitə olan heroini arabir limon duzu ilə birlikdə qaynadıb, hazırlanmış məhlulu iynə vasitəsi ilə damarına yeritməklə istifadə edir. Son 2-3 ay olar ki, Yevlax şəhərində yaşadığı müddətdə “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, adını bilmədiyi, bir nəfər şəxsdən online qaydada şəxsi istifadəsi üçün narkotik vasitə olan heroini pul müqabilində əldə edir. Həmin şəxs İran İslam Respublikasına aid olan, xatırlamadığı mobil nömrəni istifadə edir və “Whatsapp” mobil tətbiqi vasitəsi ilə onun mobil telefonuna hansısa ödəniş qəbzinin üzərində yazılmış hesab nömrəsinin fotoşəkilini göndərməklə əvvəlcədən razılaşdırılmış şərti yerə narkotik vasitəni qoyaraq çatdırır. Bundan sonra o, həmin hesaba müxtəlif yerlərdən terminal vasitəsi ilə pul köçürürdü. Sonda isə həmin şəxs ona narkotik vasitəni qoyduğu yeri “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq təsvir edir. O isə narkotik vasitəni əldə edib, istifadə edirdi. 29 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Yevlax rayonu ərazisində olarkən sosial şəbəkə vasitəsi ilə tanış olduğu, həmin şəxsə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq narkotik vasitə olan heroinə ehtiyacının olduğunu bildirmişdir. Qeyd etmiş ki, istifadəsində olan mobil telefona hər dəfə üzərində hesab nömrəsi yazılan ödəniş qəbzinin fotoşəkili göndərildikdə o, həmin fotoşəkili silirdi. Bu səbəbdən də həmin şəxs xahişi ilə yenidən ona qəbzin fotoşəkilini göndərmişdir. Bundan sonra Yevlax şəhərinin mərkəzində yerləşən hazırda dəqiq xatırlamadığı mağazaların birindən “milli ön” teminalı vasitəsi ilə həmin hesaba 5 manat məbləğində pul köçürmüşdür. Təxminən 1 saat sonra həmin şəxs ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq bildirmiş ki, sifariş etdiyi, narkotik vasitə olan heroini 1-ci Kür küçəsindəki kanalizasiya kanalının yanında olan ağacın oyuğunda qoymuşdur. Həmçinin bildirmişdir ki, heroin bir ədəd sellofan bükümün içərisindədir. Beləliklə o, həmin yeri müəyyən etmiş və içərisində heroin olan 01 ədəd sellofan bükümü tapıb, özü ilə götürmüşdür. Bundan sonra yaşadığı evə getmiş və əldə etdiyi həmin heroinin bir hissəsini inyeksiya üsulu ilə istifadə etmişdir. Həmin ərəfədə iş axtarmaq məqsədi ilə Bakı şəhəri ərazisinə getmək qərarına gəlmişdir. Bu məqsədlə 08 may 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxmışdır. Online şəklində aldığı və 01 ədəd sellofan bükümdə qalmış heroini dağılmaması üçün bir ədəd gümüşü rəngli kağıza bükmüş və kibrit qutusuna qoymuşdur. Bundan başqa həmin kibrit qutusuna 01 ədəd gümüşü rəngli kağız bükümdə limon duzu və gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan 01 ədəd qırıq şüşə ampula qoymuşdur. Həmin kibrit qutusunu isə əynində olmuş, boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra sürücüsünü tanımadığı taksi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisinə Naximov küçəsinə gəlmişdir. Bu vaxt saat 14 radələri olardı. Xətai rayonu, Naximov küçəsi, 9 ünvanında yolun kənarında dayanarkən iki nəfər polis əməkdaşı yaxınlaşmışlar, özlərini təqdim edib, Xətai Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını deyərək onu Polis İdarəsinə dəvət etmişlər. Həmçinin ondan üzərində odlu silah olub-olmamasını soruşmuşlar. O isə üzərində odlu silahın olmadığını və narkotik vasitə istifadəçisi olduğundan cibində narkotik vasitə saxladığını demişdir. Bundan sonra könüllü şəkildə xidməti avtomobil vasitəsi ilə Xətai Rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Orada vəkillə təmin edildikdən sonra ona qanunvericiliklə müəyyən edilmiş hüquqları izah edilmiş və üzərinə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Axtarış zamanı polis əməkdaşı ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olmuş boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb, masanın üzərinə qoymuşdur. Kibrit qutusunu açmış və içərisində olan 03 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin 03 ədəd bükümün içərilərində “kakos”, “şüşə qab” və “limon duzu” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərində axtarış aparmışdır. Daha sonra polis əməkdaşı təqdim etdiyi 03 ədəd gümüşü rəngli kağız bükümü növbə ilə açmışdır. Belə ki, ən kiçik ölçülü büküm açılarkən içərisində sellofan parçasına bükülmüş tünd qəhvəyi rəngli maddə görünmüşdür. O, həmin maddənin “kakos” olduğunu bildirmişdir. İkinci ən böyük ölçülü büküm açılarkən içərisində 01 ədəd üst hissəsi sındırılmış vəziyyətdə olan və içərisində tünd qəhvəyi rəngli ləkələr olan şüşə ampula görünmüşdür. O, həmin ampulada narkotik vasitə bişirdiyini və inyeksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Üçüncü orta ölçülü büküm açılarkən içərisində ağ rəngli və kristal şəkilli maddə görünmüşdür. O, həmin maddənin limon duzu olduğunu və narkotik vasitə ilə birlikdə qarışdırıb, bişirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi ümumilikdə 03 ədəd gümüşü rəngli kağız büküm yenidən kibrit qutusuna yerləşdirilmiş və bir ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Həmin zərf möhürlənmiş və üzəri axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Buna uyğun olaraq müvafiq protokol tərtib edilmiş, oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra əməlindən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olduğunu,ilk dəfə cinayət törətməsini, səmimi etirafını qeyd edərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin Post-patrul xidməti bölüyü, polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin Post-patrul xidməti bölüyü, polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsini daşıyır. 07 may 2021-ci il tarixdə Bakı Hərbi Prokurorluğundan daxil olmuş əməliyyat tapşırığında göstərilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq əldə etdiyi “TT” (Tula Tokarev) markalı tapançanı üzərində saxlayır. Həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq o və Bakı şəhəri, Xətai RPİ-nin fiziki və döyüş hazırlığı üzrə kiçik inspektor-təlimatçısı, polis serjantı Şahid2 Təqsirləndirilən şəxs adlı şəxsdən odlu silahın götürülməsi tapşırığı verilmişdir. 08 may 2021-ci il tarixdə saat 14:50 dəqiqədə ünvan 2 ünvanında tərəflərindən həyata keçirilmiş tədbirlər nəticəsində xarici görünüşünə görə “Vüqar” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ondan üzərində odlu silah olub-olmamasını soruşduqda sonuncu üzərində odlu silah olmadığını və cibində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onu xidməti avtomobillə Xətai Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis İdarəsində olduqları zaman həmin şəxsin 17 avqust 1985-ci il təvəllüdlü, Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Xətai Rayon Polis İdarəsinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunla müəyyənləşdirilmiş hüquqları izah edilməklə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb, masanın üzərinə qoyaraq özü həmin kibrit qutusunu açmışdır. Kibrit qutusunun içərisində 03 ədəd müxtəlif ölçülü gümüşü rəngli kağız büküm görünmüşdür. Təqsirləndirilən şəxs həmin 03 ədəd bükümü göstərərək içərilərində “kakos”, “şüşə qab” və “limon duzu” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X6 Şirinovun üzərində şəxsi axtarış aparmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd bir manatlıq pul əskinazı aşkar olunmuşdur. Daha sonra təhqiqatçı X6 Şirinovun təqdim etdiyi 03 ədəd gümüşü rəngli kağız bükümü növbə ilə açmışdır. Belə ki, ən kiçik ölçülü büküm açılarkən içərisində şəffaf rəngli sellofan parçasına bükülmüş tünd qəhvəyi rəngli maddə görünmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu bildirmişdir. İkinci ən böyük ölçülü büküm açılarkən içərisində 01 ədəd üst hissəsi sındırılmış vəziyyətdə olan və içərisində tünd qəhvəyi rəngli ləkələr olan şüşə ampula görünmüşdür. Təqsirləndirilən şəxs həmin ampulada narkotik vasitə bişirdiyini və inyeksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Üçüncü orta ölçülü büküm açılarkən içərisində ağ rəngli və kristal şəkilli maddə görünmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin limon duzu olduğunu və narkotik vasitə ilə birlikdə qarışdırıb, bişirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Rauf Əsədov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 03 ədəd gümüşü rəngli kağız büküm yenidən kibrit qutusuna yerləşdirilmiş və bir ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Həmin zərf möhürlənmiş və üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin “kakos” olduğunu, həmin narkotik vasitəni 5 manat pula yaşadığı Yevlax şəhərində sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin fiziki və döyüş hazırlığı üzrə kiçik inspektor-təlimatçısı, polis serjantı Şahid2 ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid Bakı şəhəri, Xətai RPİnin Kriminalistik təhqiqatlar qrupu baş inspektor-kriminalisti, polis mayoru Şahid3 ifadəsi təqsirləndirilən şəxsin səmimi etirafına və Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 08 may 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan məlum olur ki, həmin tarixdə saat 15:55 dəqiqədən 16:15 dəqiqəyədək videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində «ФЭСКО» yazısı olan kibrit qutusunu çıxarıb, masanın üzərinə qoyaraq özü həmin kibrit qutusunu açmışdır. Kibrit qutusunun içərisində 03 ədəd müxtəlif ölçülü gümüşü rəngli kağız büküm görünmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin 03 ədəd bükümü göstərərək içərilərində “kakos”, “şüşə qab” və “limon duzu” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd gümüşü rəngli kağız büküm növbə ilə açılmışdır. Belə ki, ən kiçik ölçülü büküm açılarkən içərisində şəffaf rəngli sellofan parçasına bükülmüş tünd qəhvəyi rəngli maddə görünmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu bildirmişdir. İkinci ən böyük ölçülü büküm açılarkən içərisində 01 ədəd üst hissəsi sındırılmış vəziyyətdə olan və içərisində tünd qəhvəyi rəngli ləkələr olan şüşə ampula görünmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ampulada narkotik vasitə bişirdiyini və inyeksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Üçüncü orta ölçülü büküm açılarkən içərisində ağ rəngli və kristal şəkilli maddə görünmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin limon duzu olduğunu və narkotik vasitə ilə birlikdə qarışdırıb, bişirdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə, bir ədəd qəhvəyi rəngli ləkələr olan şüşə ampula və qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Axtarış Panasonic markalı videokamera vasitəsi ilə bir ədəd “DVD” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 09 may 2021-ci il tarixli, 6/1878 saylı ekspert rəyindən məlum olur ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd kibrit qutusunda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,166 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bükümdə təmiz çəkisi 0,160 qram olan ağ rəngli maddə-limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Bir ədəd qırılmış ampulanın içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyil. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin 03 iyun 2021-ci il tarixli, 1730 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,116 qram narkotik maddə olan heroin və 0,110 qram limon turşusu və 01 ədəd qırılmış ampula saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 10.05.2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il təvəllüdlü X1 və 2007-ci il təvəllüdlü X2 adlı iki uşağı var. İş materiallarına əlavə olunmuş Yevlax rayonu Qoyunbinəsi kənd icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk məhkumluğunu, himayəsində 2 uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,116 qram narkotik maddə olan heroin və 0,110 qram limon turşusu və 01 ədəd qırılmış ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,116 qram narkotik maddə olan heroin və 0,110 qram limon turşusu və 01 ədəd qırılmış ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-362/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-362/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver