Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-362/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, üç azyaşlı övladı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda özü üçün 01 ədəd bükümdə təmiz çəkisi 1,068 qram və tanışı Şahid1 xahişi ilə 90 manat pulun müqabilində 03 bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,107 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən poçtun yanında 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkikləri 1,027 qram, 1,030 qram və 1,050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,107 qram narkotik vasitə olan heroini tanışı Şahid1 heç bir mənfəət əldə etmədən vermiş, 29 aprel 2022-ci il tarixdə Şahid1, Şahid3 və Şahid2 Xətai RPİ-nin NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncuların üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 16:30-da ünvan 4 ünvanının qarşısında saxlanılıb, ünvan 5 yerləşən Xətai RPİ-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 1,068 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla alınmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu 29 aprel 2022-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildə tutaraq polis bölməsinə aparmışlar. O, mütəmadi olaraq narkotik vasitədən istifadə etmiş, saxlanılan zaman onun üzərində az miqdarda təxminən 0,1 qram miqdarında narkotik vasitə olmuşdur. Polis bölməsində olan zaman üzərinə video çəkilişlə baxış keçirilmiş, həmin vaxt təqdim etdiyi narkotik vasitə isə polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. O, daimi olaraq narkotik vasitədən istifadə etdiyindən polis bölməsində ona qarşı ittiham olunan Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini etiraf etmişdir. İş üzrə şahid olan şəxsləri birlikdə ilk dəfə polis bölməsində görmüşdür. Onlardan yalnız Zamiq adlı şəxsi tanımış, digər iki nəfəri isə heç vaxt görməmişdir. Müvəqqəti saxlama yerində olan zaman ona orada olan üç nəfər şəxsə narkotik vasitə satdığı deyilmiş, o narkotik vasitələrdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. Daha sonra həmin üç nəfər şəxsi azad etmişlər, lakin onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təxminən aprel ayının sonlarında Narkotiklərlə mübarizə bölməsi tərəfindən əməliyyat tədbirləri həyata keçirilmiş, həmin tədbirlər nəticəsində 3 nəfər şəxs saxlanılmışdır. Saxlanılan zaman onlar bildirmişlər ki, üzərlərindən çıxan narkotik vasitələri Fərid adlı şəxsdən almışlar. Bundan sonra zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, NZS qəsəbəsində yaşayış yeri yaxınlığında görüb saxlamışlar, özlərini təqdim edərək idarəyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, müdafiəçinin və onun iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək narkotik vasitəni tanışından aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 bildirmişdir ki, Fəridi bir neçə dəfə görsə də, Fəridin adını əvvələr bilməmiş, idarədə olarkən öyrənmişdir. Bədənində ağrılar olduğundan narkotik vasitə axtarmış, tanışı Fəridin telefon nömrəsini ona vermiş, Vüqar və Kənanla dəmir yığaraq satmaq məqsədilə görüşdükləri zaman Vüqarın telefonu ilə tanışının verdiyi nömrə ilə əlaqə saxlayaraq Fəriddən narkotik vasitəni haradan əldə edə biləcəyini soruşmuş, bu zaman Fərid narkotik vasitəni haradan əldə edəcəyini bilmədiyini, lakin onda narkotik vasitə olduğunu və yarısını ona verə biləcəyini bildirmiş, Fəriddən narkotik vasitə götürmək üçün getmiş, orada əməliyyat keçirildiyini gördüyündən geri qayıtmışdır. Vüqar və Kənanla birlikdə yolda avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışlar. O, ilk dəfə polis bölməsində olduğundan bu barədə anlayışı olmamışdır. Polis bölməsində ona üzərində narkotik vasitənin olduğunu dediyi təqdirdə buraxılacağı deyilmişdir. İbtidai istintaq zamanı ifadəsində yazılanlar öz fikri olmamış, qorxduğundan həmin məzmunlu ifadə vermişdir. Narkotik vasitələrdən istifadə etsə də, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, ona məxsus olan avtomobil ilə Kənan və Zamiqlə birlikdə dəmir yığaraq satmaqla məşqul olmuşlar. Saxlanıldıqları gün dəmir yığmaq üçün Kənan və Zamiqlə görüşmüşlər, daha sonra Zamiq Xətai rayonunun ərazisində “Gəncə” adlı mərasim evinin yanında onlara işinin olduğunu, onu gözləməklərini deyərək avtomobildən düşərək getmiş, həmin vaxt mobil telefonu Zamiqdə olmuş, lakin kiminlə əlaqə saxladığından məlumatı olmamış, bir müddət sonra geri qayıtmış və onlar yollarına davam etmişdirlər. Hərəkətdə olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar və Zamiqin üzərində olmuş narkotik vasitəni aşkar etdiklərindən polis idarəsinə dəvət edilmişlər. Polis idarəsində olan zaman telefonda ona bir neçə şəxsin şəkillərini göstərmişlər, lakin onların heç birini tanımamışdır. Onun narkotik vasitəni necə əldə etdiyindən məlumatı yoxdur. O, daha əvvəllər narkotik vasitədən istifadə etmiş, Zamiqdə olan narkotik vasitədən də istifadə etmək fikri olmuşdur. Yarım saatdan sonra Fəridi də oraya gətirmişdirlər. Zamiqin narkotik vasitəni haradan əldə etməsini bilməmişdir. Polis İdarəsində onu buraxacaqlarını bildirdiklərindən polis əməkdaşlarının verdiyi kağızlara imza etmişdir. məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, saxlanıldıqları gün Vüqar və Zamiqlə dəmir yığmaq üçün görüşmüş, Zamiq su almaq üçün marketə düşmüş, daha sonra geri qayıtmışdır. Vüqarın idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışlar. Daha əvvəllər Fəridi tanımamışdır. Zamiqin üzərində nakotik vasitə olmasından məlumatı olmamışdır. Polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona sənədlər təqdim edilmiş, savadsız olduğundan imza etmiş, başqa bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 112); şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis Xətai RPİ-nin KTQ-nun isnpektor kriminalisti polis leytenantı X3 və müdafiəçi X9 iştirakları ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana büküm təqdim edərək, içərisində olan qəhvəyi rəngli spesifik qoxuya malik kütlənin narkotik vasitə olan heroin olduğunu və Natiq adlı şəxsdən əldə etdiyini bildirmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkildi və çəkisi 1,1 qram olduğu müəyyən olunmuşdur. (cild İ, i.v. 124-125); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2500 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “X4 üzərindən aşkar edilərək götürülmüş., “yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,068 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild İ, i.v. 143-146); video diskə baxış keçirilməsi barədə 01 may 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdə əks etdirilmiş görüntü 05 dəqiqə 53 saniyə davam edir. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bundan sonra sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb tədqim etmiş və bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və Natiq adlı tanışından istifadə etmək üçün əldə etmişdir (cild İİ, i.v. 23); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-231/2022 saylı, 01 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild İİ, i.v. 60-63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 25 may 2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İİ, i.v. 100-101); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2022-ci il tarixli, 6/2737 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan 4 (dörd) paketdəki, vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin, vət. Şahid1, Şahid3 və Şahid2 üzərlərindən aşkar olunmuş heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2500 saylı, Şahid1 götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-cı il tarixli 6/2499 saylı, Şahid3 götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2497 saylı və Şahid2 götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2498 saylı ekspert rəyində göstərilmişdir (cild İİ, i.v. 116-120); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 13 may 2022-ci il tarixli, 2475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild İİ, i.v. 121-122); CD diskə baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elşən Həsənov tərəfindən hal şahidləri X2 və X6 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 30 aprel 2021-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” diskinə meydana çıxmış zərurətlə əlaqədar baxış keçirilmiş, baxış zamanı bir ədəd “CD” formatlı diskdə birinci “Zənglərin-Detallaşması-**********2***-*******27-4.pdf” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan zənglərin sihahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçrilən zaman Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdə saat 11:59:56 və saat 12:00:58-də telefon əlaqəsinin olması və mobil nömrələrin “UBBK2230B/UBBK2230 Babek pr 42/"Tikinti Quraşdırma ANKZ-3 ASC"/Khatai” anten dairəsində olması aşkar edilmişdir. İkinci “Zənglərin-Məxsusluq-Tarixçələri-**********2***-*******27-NAR-4.pdf’ adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan mobil nömrələrin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alınması aşkar edilmişdir. (cild İİ, i.v. 172-173); CD diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elşən Həsənov tərəfindən hal şahidləri X2 və X6 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 30 aprel 2021-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” diskinə meydana çıxmış zərurətlə əlaqədar baxış keçirilmiş, bir ədəd “CD” formatlı diskdə ikinci 01 ədəd “**********50.txt” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçrilən zaman Şahid2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdə saat 11:41:44-də 49 saniyə, saat 11:51:44-də 10 saniyə telefon əlaqəsinin olması aşkar edilmişdir. Sonuncu 01 ədəd “antena2022.xls” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasmda xx.xx.2022-ci il tarixdə saat 11:41:44-də 49 saniyə, saat 11:51:44-də 10 saniyə telefon əlaqəsinin və mobil nömrələrin “Babek pr., NZS ges.” anten dairəsində olması aşkar edilmişdir (cild İİ, i.v. 175-176); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,068 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,998 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (cild İİ, i.v. 177-200); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild İİ, i.v. 202-204); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid3 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild İİ, i.v. 212-214); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild İİ, i.v. 222-224); qohumluq məlumatları barədə çıxarışdan görünür ki, 28 oktyabr 2010-cu il təvəllüdlü Mirzə-zadə Məryəm Fərid qızı, 28 mart 2013-cüu il təvəllüdlü Mirzə-zadə Mədinə Fərid qızı, 06 iyul 2012-ci il təvəllüdlü Mirzə-zadə Büşra Fərid qızı Təqsirləndirilən şəxs uşaqlarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, o, özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahidlər Şahid4 və Şahid5 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişdirlər. Həmin şahidlər ifadələrində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlayaraq daşıması, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman narkotik vasitəni sonuncunun üzərindən aşkar edilməsini göstərmişdir. Şahid4 və Şahid5 cinayət işinin materiallarında olan ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı 22 yanvar 2022-ci il tarixli ifadəsində törətdiyi cinayət əməlini etiraf etmiş, ifadəsinin sonunda “ifadəni özüm yazdım, əlavəm yoxdu, imzamla təsdiq edirəm” sözlərini yazmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini bildirsə də, məhkəmə istintaqı zamanı bu hal öz təsdiqini tapmamış, həmçinin iş materiallarında təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi halla bağlı hər hansı müraciətin olması müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olmasını, onun ailənin yeganə gəlir gətirən, onların maddi və sair tələbatlarını qarşılayan şəxsi olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,998 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 01 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,068 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,998 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyərləri 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD” formatlı və 01 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-362/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-362/2022
12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver