Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-362/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Meğri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, X10 QSC-də mexanikitəmir bölməsinin tornaçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 23 fevral 2024-cü il tarixdə saat 06:19-da "B1, B" kateqoriyalı, BB seriyalı 010291 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə qara rəngli "Mercedes Benz -230 minik" markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə üzü Zığ şosesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1025 ünvanının qarşısında hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada xx.xx.1960-cu il təvəllüdlü X3 baş-beyin əzilməsi, kəllə tağı sümüklərinin sınıqları, başın sağ təpə nahiyəsinin dərialtı hematoması, sol baldır və sağ said sümüklərinin açıq qəlpəli sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır bədən xəsarətləri yetirərərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, zərərçəkmiş şəxsin ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, hadisə yerinə, DVD disklərə və avtomobilə baxış protokolları, məhkəmə tibb, məhkəmə yol nəqliyyat hadisəsi ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək ibtidai isintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək təqsirləndirilən şəxs ilə barışmasını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1); xx.xx.2024-cü il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs və hal şahidləri T.Məmmədov və V.Quliyevin iştirakları ilə hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1025 ünvanında üzü Zığ şosesi istiqamətində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yolun hərəkət hissəsi düz, örtüyü asfalt beton, hərəkət hissəsində hadisə yerindən 100 m üzü Zığ şossesinə doğru işıqfor mövcuddur.(i.v 4-8) xx.xx.2024-cü il tarixli, 2/10059 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müayinədən keçərkən onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır.(i.v 9) Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş ABN805801 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1964-cü ildə Ermənistan, Meğri rayonunda anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə B1,B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, vəsiqə xx.xx.2031-ci il tarixədək etibarlıdır (i.v.12) 18 mart 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında qərardan görünür ki, X8 zərər çəkmiş şəxs X2 hüquqi varisi kimi tanınmışdır. (i.v. 28); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 23 fevral 2024-cü il tarixli 26 nömrəli rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt tramvası, başbeyin əzilməsi, kəllə tağı sümüklərinin sınıqları, başın sağ təpə nahiyəsinin dərialtı hemotoması , sol baldır və sağ said sümüklərinin açıq qəlpəli sınıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər , eləcə də yolnəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumillikdə canlı şəxslərdə sağlamlığına AĞİR zərərvurmanın əlamətərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, müddəti meyitin müayinəsindən 6-12 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (Əsas MKŞ-nin 847/K saylı aktı) (i.v 37-39) xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 06:19-da Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə üzü Zığ dairəsi istiqamətinə hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin yolu sağdan sola doğru keçməyə çalışan piyadanı vurması müşahidə olunmuşdur.Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:19-da Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə Zığ dairəsi istiqamətində hərəkətdə olan və yolu keçmək istəyən piyadanı vuran "Mercedes Benz" markalı avtomobilin idarə etdiyi "Mercedes- Benz" markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, hərəkətdə olan zaman anidən idarə etdiyi avtomobilin qarşısına piyada qadın çıxdığını, piyadanı vurmamaq üçün sükanı sola döndərsə də, hadisə qaçılmaz olduğunu və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada qadını vurduğunu bildirmişdir.(i.v 47-48) X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi yoldaşına məxsus **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan dəysə də, yoldaşına qarşı heç bir iddia və tələbi yoxdur.(i.v 54) xx.xx.2024-cü il tarixli, 8/1185 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində göstərilmişdir ki, Mercedes Benz 230 markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (ekspertiza xərci 85 manat) (i.v.56-58) 25 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v.70-71) 25 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.85-87) 25 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının 23ş02.2024cü il tarixli , 26 saylı və məhkəmə-yol nəqliyyat ekspertizasını xx.xx.2024-cü il tarixli ,8/1185 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz 230” markalı , **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan qRespublikası Cinayət Məcəllısinin 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 №li “Cinayət təqibi zamanı İnsan hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılması, rayon prokurorluğunda saxlanılması, iş üzrə “Təhlükəsiz şəhər” sistemindən alımış 01ədəd “DVD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Xətai rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır.(i.v 90-96) Məhkəmə iclasında “DVD” diskə baxış keçirilmiş xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi protokolunda qeyd olunanlar bir daha öz əksini tapmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Mercedes Benz 230” minik markalı **-GC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 ( yüz səksən) manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01(bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 230” minik markalı **-GC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 ( yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-362/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-362/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver