Məhkəmə qərarları › İş №1(011)-363/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-363/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-363/2021 06.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, aərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, “Bakı OİL” yanacaq doldurma mərkəzində operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanda yerləşən, işlədiyi “BakuOil” yanacaq doldurma məntəqəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı Zərərçəkmiş şəxs Rafık oğlu onu söyüşlə təhqir etdiyi üçün onun sifət nahiyəsinə qəsdən əli ilə vurmaqla döyərək sonuncuya sol almacıq sümüyünün, sol göz yuvasının alt kənarının, haymor boşluğunun ön və yan yerini dəyişmiş qapalı sınıqları, infraorbital sümüyün zədələnməsi, ağrı simptomu və hər iki çənədə çeynəmə hərəkətlərinin məhdudluğu ilə qeyd olunan sol almacıq nahiyəsində hematoma, başın sağ alın nahiyəsində qançır və üzərində sıyrıqlar, sol gözaltı nahiyədə qançır, üst dodaq nahiyəsinin selikli qişasında qansızma və sol ayaq pəncəsi nahiyəsində əzilmiş səthi dəri yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07.07.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanda yerləşən, işlədiyi “BakuOil” yanacaq doldurma məntəqəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı Zərərçəkmiş şəxs Rafık oğlu onu söyüşlə təhqir etdiyi üçün onun sifət nahiyəsinə əli ilə vuraraq döymüşdür. Daha sonra əməlindən peşman olduğunu, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Rafık oğlu ifadəsində göstərmişdir ki, 07.07.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanda yerləşən, işlədiyi “BakuOil” yanacaq doldurma məntəqəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı Təqsirləndirilən şəxs onu sifət nahiyəsinə qəsdən əli ilə vurmaqla döymüşdür. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-tibbi Ekspertizası və X1 X2 07.07.2021-ci il tarixli «614» saylı ekspertizası rəyindən belə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Rafık oğlunun bədənində aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün, sol göz yuvasının alt kənarının, haymor boşluğunun ön və yan yerini dəyişmiş qapalı sınıqları, infraorbital sümüyün zədələnməsi, ağrı simptomu və hər iki çənədə çeynəmə hərəkətlərinin məhtudluğu ilə qeyd olunan sol almacıq nahiyəsində hematoma, başın sağ alın nahiyəsində qançır və üzərində sıyrıqlar, sol gözaltı nahiyədə qançır, üst dodaq nahiyəsinin selikli qişasında qansızma və sol ayaq pəncəsi nahiyəsində əzilmiş səthi dəri yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan 07.07.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.07.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Rafık oğlunun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-ci maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Məhkəmə Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar