Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-365/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 26530,00 manat məbləğində borcun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli 2(011)-8052/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxsin xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2015-ci ildən etibarən tanıyır. Belə ki, ünvan 1 ünvanında, yaşadığı yerdə əlavə olaraq 03 sot torpaq sahəsini satmaq niyyətilə Zərərçəkmiş şəxs təklif etmiş, Elvin sözügedən torpaq sahəsini bəyəndiyi üçün onu almaq istədiyini bildirmişdir. Torpaq sahəsini 75000,00 manata razılığa gəldikdən sonra, Elvindən 2000,00 manat məbləğində pul vəsaitini beh kimi, daha sonra isə 2 saylı Asan xidmətdə ondan 10000,00 manat pulu nağd şəkildə təhvil almış, torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə müxtəlif vaxtlarda, ümumilikdə 14500,00 manat məbləğində pul vəsaitlərini nağd olaraq Zərərçəkmiş şəxs almışdır. Təxminən 4 il müddətində həmin torpaq sahəsini sənədləşdirə bilmədiyi üçün Elvin dəfələrlə ondan torpağın sənədləşdirilməsini, əks halda verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Çox çalışmağına baxmayaraq, torpağı sənədləşdirməyə nail ola bilməmiş, Elvindən nağd şəkildə aldığı 22000,00 manat pul isə bu müddət ərzində özünün müalicəsinə, dolanışığına və digər məsrəflərə xərcləmişdir.Bu səbəbədən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə 26500,00 manat məbləğində borcun ondan alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmışdır.İcraçılar tərəfindən dəfələrlə xəbərdar olsada borcu ödəyə bilməmişdir. Sonra ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və bir müddət sonra Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.Bunlara baxmayaraq bu günədək heç bir ödəniş etməmişdir. Əməlindən peşman olmasını,bundan sonra hissə –hissə ödəniş edəcəyini ilk məhkumluğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə tanış olmuşdur. Belə ki, ev tikdirmək məqsədilə torpaq sahəsi axtararkən Rönaq ilə tanış olmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında ona məxsus olan torpaq sahəsindən 03 sot satmaq niyyətində olduğunu bildirmiş və onlar həmin torpaq sahəsini 75000,00 manata razılığa gəlmişlər. Təqsirləndirilən şəxs həmin vaxt 2000,00 manat məbləğində behi nağd şəkildə, torpağı sənədləşdirmək üçün isə əlavə olaraq 10000,00 manat pulu da nağd olaraq ona 2 saylı Asan xidmətində verdiyini, daha sonra sənədləşdirmə adı ilə ondan müxtəlif vaxtlarda, ümumilikdə 14500,00 manat məbləğində pulları nağd olaraq aldığını qeyd etmişdir. Lakin bu məsələ həllini uzun müddət tapmayanda, o Rönaqa bildirmişdir ki, artıq gözləyə bilmir, ya torpağın sənədini versin, ya da verdiyi 26500,00 manat pulunu qaytarsın. Bu zaman Rönaq bildirmişdir ki, pulları xərcləyib və ondan gözləməyini xahiş etmişdir. Rönaqın onun etibarından sui-istifadə etdiyini, onu aldatdığını, vaxtı uzatmaqla mənimsədiyi pullarını geri qaytarmaq fikrində olmadığını görüb, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən 26530,00 manat məbləğində borcun onun xeyrinə ödənilməsinə dair 22 noyabr 2019-cu il tarixdə qətnamə çıxarmışdır. Borclu Təqsirləndirilən şəxs səkkiz il müddətində onun xeyrinə, kifayət qədər aylıq qazanc əldə etməsinə baxmayaraq heç bir məbləğdə pul vəsaitini ödəməmiş və onu çox çətin duruma salmışdır.Bu səbəbdən ədalətli qərar qəbul edilməsini və onun azadlıqdan məhrum edilməklə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. Onunla uzun illərdir ki, ailəvi münasibətləri vardır. 2015-ci ildə Elvin Rönaq adlı bir şəxslə tanış olmuşdur. Səbəb ondan ibarət olmuşdur ki, Rönaq yaşadığı ünvan 2 ünvanında ona məxsus olan torpaq sahəsindən 03 sot satmaq niyyətində olduğunu bildirmişdir. Elvin də həmin vaxtlarda ev tikmək məqsədilə boş torpaq sahəsi almaq niyyətində olmuş və beləliklə, Rönaqın təklif etdiyi həmin torpaq sahəsi Elvinin xoşuna gəldiyi üçün, həmin torpaq sahəsini 75000,00 manata almağı üçün Rönaqla razılığa gəlmişlər. Bütün bu söhbətlərdə yaxın dostu kimi həmişə Elvinin yanında olmuşdur. Elvin Rönaqa həmin vaxt 2000,00 manat məbləğində behi nağd şəkildə onun iştirakı ilə vermiş və Rönaq da öz növbəsində torpağı sənədləşdirmək üçün ondan əlavə olaraq 10000,00 manat pulu da 2 saylı Asan xidmətində nağd olaraq almışdır. Daha sonra isə Təqsirləndirilən şəxs sənədləşdirmə adı ilə Elvindən müxtəlif vaxtlarda ümumilikdə 14500,00 manat məbləğində pulları nağd olaraq almış və söz vermişdir ki, torpağın rəsmi sənədlərini tez bir zamanda alıb Elvinə təqdim edəcəkdir. Lakin Elvini aldatmış və pulu qaytarmamışdır. Elvinin dostu kimi dəfələrlə Rönaqla görüşərək, Elvini incitməməsini, ya torpağı sənədləşdirib ona verməsini, ya da aldığı pulları geri qaytarmasını xahiş etmişdir. Bu zaman Rönaq bildirmişdir ki, pulları xərcləyib və Elvindən xahiş etmişdir ki, bir müddət gözləsin. Elvin məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsi 22 noyabr 2019-cu il tarixdə qətnamə çıxarmışdır. Borclu Təqsirləndirilən şəxs kifayət qədər aylıq qazanc əldə etməsinə baxmayaraq, Elvinin xeyrinə heç bir məbləğdə pul vəsaitini ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 26530,00 manat məbləğində borcun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(011)-8052/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxsin xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, muxtəlif bəhanələrlə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 istintaqa verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir, onun ifadəsi Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(011)-8052/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 26500.00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs xeyrinə, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun isə Təqsirləndirilən şəxs və X2 müştərək qaydada tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 27 yanvar 2020-ci il tarixli Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(011)-8052/2019 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında 27 yanvar 2020-ci il tarixli bildirişdən məlum olur ki, Təqsirləndirilən şəxs icra sənədindəki tələbin 10 gün müddətində qətnamənin könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs adına **-HN-*** dövlət qeydiyyat nişanlı “Qaz 21” minik markalı avtomobil var. İş materiallarında olan xx.xx.2020-ci il tarixli iltizamdan məlum olur ki, Təqsirləndirilən şəxs icra sənədini qərəzli icra etmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, icra sənədinin icra edilmədiyi təqdirdə Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 10 may 2023-cü il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon İHB-nin Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi K.M.Quluzadə tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Məşğulluq” altsistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatda deyildir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir.İş materiallarından aydın görünür ki,borclu 2015-ci ildən başlayaraq aldığı pulları qaytarmadığından iddia qaldırılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qətnamə qəbul edilməsinə baxmayaraq bu uzun müddət ərzində Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, inzibati qaydada tənbeh edildiyini və bundan nəticə çıxarmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli həbs edildiyi andan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 344-346, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-365/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-365/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver