Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-366/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 2022-ci ilin iyul ayında tamah niyyəti ilə kirayədə yaşadığı ünvan 3 ünvanının yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi və bu məqsədlər üçün mənzil sahəsi verilməsi ilə bağlı əxlaqsız yuva təşkil edib saxlamış, eyni zamanda tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir əldə etmək məqsədi ilə sonuncunu fahişəliyə cəlb edib onun həmin ünvanda kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağında müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb bunun müqabilində X2 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün 40 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 30 manat olmaqla, ümumilikdə 70 manat pul almış, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 20 dekabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan mənzildə əxlaqsız yuva təşkil etmiş Təqsirləndirilən şəxs, fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs, onun müştərisi Şahid7 aşkar edilmiş, Şahid7 Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda cinsi əlaqədə olmağa görə verdiyi 70 manat pul Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2017-ci ildən tanış olduğu kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmaqla əldə etdiyi qazanc ilə maddi ehtiyaclarını qarşılamış, Zərərçəkmiş şəxs 2017-ci ildən tanımış, Aynurə ilə necə tanış olduğunu hazırda xatırlamamış, Aynurə ilə tanışlığından sonra davamlı olaraq mobil telefon əlaqəsi saxlamış, Aynurə ilə öz istifadəsində olan 070 860 53 63 rəqəmli mobil nömrəsindən Aynurənin istifadəsində olan 077 531 54 80 rəqəmli mobil nömrə ilə əlaqə saxlamış, 2020-ci ildə Aynurə ilə əlaqə saxladığı zaman Aynurıə ona bildirmişdir ki, maddi ehtiyacları ucbatından kişilərlə görüşüb cinsi əlaqədə olur. Bu vaxt o da Aynurəyə bildirmişdir ki, onun özü də kişilərlə görüşüb cinsi əlaqədə olur. Bundan sonra onlar bir neçə dəfə birlikdə tanış olduqları müştərilərlə görüşüb cinsi əlaqədə olmuşlar. Lakin heç biri bundan gəlir əldə etməmiş, bu yolla o əldə etiyi qazanc ilə maddi ehtiyaclarını qarşılaya bilməmiş, buna görə də həmin vaxt qərara gəlmişdir ki, kirayə mənzil tutsun və həmin mənzili bir neçə saatlıq pul qarşılığında kirayə versin. 2022-ci ilin təxminən iyul ayında hazırda xatırlamadığı tanışı vastəsilə tanış olduğu şəxsdən ünvan 3 ünvanını kirayə götümüş, həmin şəxsə aylıq 450 manat pul vermiş, həmin şəxslə kirayə müqaviləsi bağlamamış, həmin ev hazırda satışda olmuş, həmin şəxs ona bildirmişdir ki, evi satana kimi mənzildə aylıq 450 manata qala bilər. Lakin evi satdıqdan sonra mənzildən çıxmalıdır. O, həmin şəxslə razılaşmış və evi aylıq 450 manat qarşılığında götürmüşdür. Bundan sonra o Aynuryə zəng edib tanışı olan müştərilərlə pul qarşılığında görüşməyi təklif etdikdə Aynurə onunla razılaşmış, bundan sonra o 2022-ci ilin iyul ayından başlayaraq Aynurəni həmin mənzildə pul qarşılığında kişilərə təqdim etmiş, həmin müştərilər bunun qarşılığında hər dəfə ona 60-70 manat pul vermişdir. O da həmin puldan müvafiq olaraq Aynurəyə 30-40 manat vermiş, qalan pulu isə 15 manatını Aynurənin mənzildə müştəri ilə cinsi əlaqədə olmağına şərait yaratdığı üçün və Aynurəyə müştəri təşkil etdiyi üçün özünə götürmüşdür. Həmin mənzildə onun özü də dəfələrlə müştərilərlə görüşüb cinsi əlaqədə olmuş və müştəridən özünə görə 30-50 manat, evə görədə əlavə 10-30 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə Piri adlı şəxs ona zəng edərək qadınla cinsi əlaqədə olmaq istədiyini və cinsi əlaqədə olmaq üçün mənzil lazım olduğuni bildirmiş, bu zaman o Piriyə bildirmişdir ki, cinsi əlaqədə olmağı üçün Zərərçəkmiş şəxs təşkil edə bilər, həmçinin, kirayə tutduğu ünvan 3 ünvanınında onların cinsi əlaqədə olmaları üçün şərait yarada bilər. Lakin bunun qarşılığında Piriyə 70 manat pul ödəməli olduğunu bildirmiş, bu zaman Piri onunla razılaşmış, o da bundan sonra Aynurəyə zəng edib müştəri olduğunu, müştəri ilə cinsi əlaqədə olduğu halda müştəridən 70 manat pul alacağını, ona 40 manat pul verəcəyini, qalan 30 manatı isə müştəri təşkil etdiyimə və evdə cinsi əlaqədə olmaları üçün şərait yaratdığına görə özünə götürəcəyini bildirmişdir. Aynurə onunla razılaşdıqdan sonra o Piri adlı şəxsə zəng edib 16:00 həmin mənzilə gəlməyini demiş, qeyd etdiyi vaxtda Aynurə və Piri həmin mənzilə gəlmiş, o Aynurə və Pirini tanış etdikdən sonra Piri ona 70 manat pul vermiş və sonra Aynurə ilə mənzilin yataq otağında cinsi əlaqədə olmuşdur. O, işin sonunda həmin pulun 40 manatını Aynurəyə verəcəkmiş, cinsi əlaqədə olduqdan sonra Pirini mənzildən yola salarkən mülki geyimli şəxslər qapıda ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis işçiləri olduğlarını bildirdikdən sonra mənzilə baxış keçirilməsi haqqında qərarı göstərərək mənzilə baxış keçirtmək istədiklərini bildirmişlər. Bu zaman o polis əməkdaşlarına etiraz etməmiş, polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra onları bir qədər sorğu-sual etmiş, bundan sonra polis əməkdaşları ona Piridən aldığı 70 manat pulu təqdim etməyi təklif etmişlər. O, 70 manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pul qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmiş, Baş İdarədə də onları bir qədər sorğu sual etdikdən sonra hal şahidlərinin iştirakı ilə baş verənlərlə bağlı protokol tərtib edilmiş, həmin qablaşdırılmış zərf protokola tikilərək hal şahidlərinin iştirakı ilə protokol ucadan oxunmuş və onlar tərəfindən imzalanmış, bundan sonra o Baş İdarədə izahat verib oranı tərk etmişdir. Hazırda zərər çəkmişlə şəxslə barışmışdır. Əməlindən peşmandır. Qeyd olunanlara əsəsən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Könül ilə necə tanış olduğunu hazırda xatırlamamış, həmin müddətdən Könül ilə yaxın münasibəti yaranmış, Könül ilə davamlı olaraq mobil telefon əlaqəsi saxlamış, Könül ilə istifadəsində olan 077 *** ** ** rəqəmli mobil nömrə ilə Könülün istifadəsində olan 070 *** ** ** rəqəmli mobil nömrəyə zəng edib əlaqə saxlamış, eyni qayda da Könül də onunla davamlı olaraq zəng edib əlaqə saxlamış, o maddi ehtiyaclarına görə 2020-ci ildən kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmağa başladıqda bu barədə Könülə bildirmiş, Könül də həmin vaxt ona bildirmişdir ki, o da eyni qaydada kişilərlə görüşüb cinsi əlaqədə olur. Bundan sonra onlar bir neçə dəfə birlikdə kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmuş, lakin 2022-ci ilin təxminən iyul ayında Könül ona bildirmişdir ki, çoxlu kişi tanışları var, istəsə onu pul qarşılığında həmin şəxslərlə kirayə yaşadığı mənzildə görüşdürə bilər. O, maddi ehtiyaclarına görə Könül ilə razılaşmış, Könül ilə aralarında olan razılaşmaya əsasən Könül onu 60-70 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, Könül həmin puldan müvafiq olaraq 30-40 manatını ona verməli, qalan pulu isə müştəri ilə cinsi əlaqədə olmağı üçün mənzil təşkil etdiyinə görə 15 manat, onu müştəriyə təqdim etdiyinə görə isə qazanc olaraq özünə 15 manat götürməli olmuşdur. Bundan sonra o hazırda yaşadığı ünvanda olduğu zaman Könül onunla əlaqə saxlayıb onu kirayə yaşadığı ünvan 4 ünvanına dəvət edərək müştərilərə təqdim etməyə başlamış, hər dəfə o həmin mənzilin yataq otağında müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, müştəri də hər dəfəsində ona görə və cinsi əlaqədə olmağı üçün həmin mənzili təşkil etdiyinə görə Könülə 60-70 manat pul vermişdir. Könül də ona müvafiq olaraq 30-40 manat pul vermiş, hər dəfəsində Könül özünə qazanc olaraq həmin puldan 30 manat götürmüş, Könül onu ümumilikdə 10-15 dəfə kirayə yaşadığı ünvan 4 ünvanında fahişəliyə cəlb etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Könül ona zəng vuraraq kişi müştəri olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 70 manat pul alacağını, həmin puldan 40 manat ona verəcəyini, qalan pulu isə əvvəlki qaydada özünə götürəcəyini bildirmiş, o da bu təkliflə razılaşdıqdan sonra Könülün ünvan 4 ünvanında kirayə yaşadığı mənzilə getmiş, həmin mənzildə Könül onu tanışı olan Piri adlı şəxsə təqdim etmiş və Piridən 70 manat pul almışdır. İşin sonunda Könül həmin puldan 40 manatını ona verməli, qalan pulu isə Könül mənzil təşkil etdiyinə və onu müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli olmuşdur. Bundan sonra o Piri adlı şəxslə həmin mənzilin yataq otağında cinsi əlaqədə olmuş, cinsi əlaqədə olduqdan sonra Piri adlı şəxsi mənzildən yola salarkən mülki geyimli şəxslər qapıda Könülə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis işçiləri olduğlarını bildirdikdən sonra mənzilə baxış keçirilməsi haqqında qərarı göstərib mənzilə baxış keçirtmək istədiklərini bildirmişlər. Könül polis əməkdaşlarına etiraz etməmiş, Polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra onları bir qədər sorğu-sual etmişlər. Bundan sonra polis əməkdaşları Könülə Piri adlıə şəxsdən aldığı 70 manat pulu təqdim etməyi təklif etmişlər. Könül Piri adlı şəxsdən aldığı 70 manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pul qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmiş, Baş İdarədə də onlar; bir qədər sorğu sual etdikdən sonra hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, həmin qablaşdırılmış zərf protokola tikilərək hal şahidlərinin iştirakı ilə protokol ucadan oxunmuş və onlar tərəfindən imzalanmışdır. Bundan sonra o Baş İdarədə izahat verib oranı tərk etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin sonlarından tanıyır. Belə ki, 2019-cu ildə hazırda adını xatırlamadığı kafelərin birində olan zaman Könül ilə tanış olmuş, Könül həmin kafedə xidmətçi kimi fəaliyyət göstərmiş, həmin vaxt o Könüldən istifadəsində olan mobil telefon nömrəsini götürmüş, bir neçə gün sonra o öz istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinin “Whatsapp” proqramı vasitəsilə Könülün istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng edib əlaqə saxladığı zaman Könül ona bildirmişdir ki, 20 manat pul qarşılığında müştərilərlə görüşüb cinsi əlaqədə olur. Bundan sonra o Könül ilə razılaşdıqda Könül onu yaşadığı ünvan 3 ünvanına dəvət etmiş, o həmin ünvana gedib Könül ilə cinsi əlaqədə olmuş, o Könül ilə ümumilikdə 4-5 dəfə görüşüb cinsi əlaqədə olmuş, sonuncu dəfə Könül ona bidlirmişdir ki, tanışı olan qadınlar var, istədiyi təqdirdə həmin qadınlarla da pul qarşılığında görüşüb cinsi əlaqədə ola bilər. Bu zaman o Könül ilə razılaşmış, bundan sonra Könül onu Aynurə adlı qadınla tanış etmiş, o Aynurə ilə Könülün vasitəsi ilə tanış olduqdan sonra həmin mənzildə Aynurə ilə görüşüb cinsi əlaqədə olmuş və həmin vaxt Aynurəyə 20 manat pul vermişdir. Könülə isə evində şərait yaratdığına görə 10 manat pul vermiş, bundan sonra Könül və Aynurə ilə hər hansı əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Könül ilə Bakı şəhəri, Xətai rayonu ərazisində tanış olmuş, həmin vaxtdan etibarən Könül ilə arasında sevgi münasibəti olmuşdur. Könül ilə tanış olduqdan sonra Könül ona kirayə ev tutmağını və həmin evdə tez-tez görüşmələrini demiş, belə olan halda o Könül ilə razılaşıb kirayə ev axtarmağa başlamış, bundan sonra əvvəllər tanımadığı X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında yerləşən iki otaqlı evi tapmış, 2022-ci ilin iyul ayında o evə baxdıqdan sonra Vahid ilə razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən o hər ay Vahidə kirayə pulu olaraq 450 manat pul ödəməli olmuş, o Vahidlə Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında yerləşən iki otaqlı evi ona kirayəyə verməyinə dair müqavilə də, bağlamış, o Vahidə evdə ailəsi ilə birlikdə yaşayacağını demiş, bundan sonra o həmin ünvanda tək yaşamağa başlamış, Könül də, tez-tez onun yanına gəlmiş, belə ki, o Könül ilə həmin mənzildə bir neçə dəfə cinsi əlaqədə olmuşdur. O, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında yerləşən evin bir açarını özündə saxlayır, digərini isə Könülə vermiş, Könül açarı ondan alarkən o evdə olmadığı müddətdə evi təmizləyəcəyini demiş, o hər gün 08 radələrində evdən çıxır, 21 radələrində evə qayıtmış, 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, Könül o evdə olmadığı müddət ərzində müəyyən məbləğdə pul müqabilində Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında yerləşən evdə əxlaqsız yuva təşkil etmişdir. Belə ki, Könül həmin evdə müxtəlif şəxslərin cinsi əlaqədə olmasına şərait yaratmış, Könül polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Könülün özü ona bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs fahişəliklə məşğul olması və yaxud da qadınları fahişəliyə cəlb etməsi barədə onun heç bir məlumatı olmamış, o Təqsirləndirilən şəxs Fəxddin qızının Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında əxlaqsız yuva təşkil etməsi barədə məlumatlı olmamış, Könül polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Könülün özü ona bu barədə məlumat vermişdir. Könül ondan evin açarını o olmadığı müddət ərzində təmizlik işləri görəcəyi adı ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında yerləşən iki otaqlı ev ona məxsusdur. Həmin evi uzun müddət öncə 16000 ABŞ dollarına almış, təxminən bir il öncə şəxsi işləri ilə əlaqədar qeyd etdiyi ev uzaq olduğundan şəhər mərkəzinə köçməli olmuş, bu səbəbdən ailə üzvləri ilə birlikdə qardaşına məxsus ünvan 6 ünvanında yerləşən evə köçmüş, buna görə də, ona məxsus evi kirayə vermək qərarına gəlmişdir. 2022-ci ilin iyul ayında əvvəllər tanımadığı Niyaməddin adlı şəxs ona məxsus evi kirayəyə götürmək istədiyini demiş, Niyaməddin evə baxdıqdan sonra onlar razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən Niyaməddin hər ay ona kirayə pulu olaraq 450 manat pul ödəməli olmuş, o Niyaməddinlə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında yerləşən iki otaqlı evi kirayəyə verməyinə dair müqavilə də, bağlamışdır. Niyaməddin ona məxsus evdə ailəsi ilə birlikdə yaşayacağını demiş, o Təqsirləndirilən şəxs Fəxddin qızının ona məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 72, korpus 2, giriş B, mənzil 12 ünvanında əxlaqsız yuva təşkil etməsi və qadınları fahişliyə cəlb etməsi barədə məlumatlı olmamış, Təqsirləndirilən şəxs Fəxddin qızını tanımamış, evini Niyaməddin adlı şəxsə ailəsi ilə birlikdə kirayədə yaşaması üçün vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayından tanıyır. Belə ki, o əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt Könül müştəri kimi onun maşınına əyləşmiş, Könül ilə yol gedərkən söhbət etdikləri vaxt onların səmimi münasibəti yaranmış, o Könüldən istifadəsində olan mobil telefon nömrəsini götürmüş, bir neçə gün sonra o öz istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinin “Whatsapp” proqramı vasitəsilə Könülün istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng etmiş, Könül ilə əlaqə saxladığı zaman Könül ona bildirmişdir ki, 30-40 manat pul qarşılığında müştərilərlə görüşüb cinsi əlaqədə olur. Bu zaman o könül ilə razılaşmış, bundan sonra Könül onu yaşadığı ünvan 3 ünvanına dəvət etmiş, o həmin ünvana gedib Könül ilə cinsi əlaqədə olmuş, o Könül ilə ümumilikdə 4-5 dəfə görüşüb cinsi əlaqədə olmuşdur. Könül ilə cinsi əlaqədə olduğu zaman Könül evində onların cinsi əlaqədə olmaqlarına şərait yaratdığına görə o hər dəfə Könül yeyib-içmək üçün ərzaq almış, sonuncu dəfə Könül ona bildirmişdir ki, tanışı olan qadınlar var, istədiyi təqdirdə həmin qadınlarla da pul qarşılığında görüşüb cinsi əlaqədə ola bilər. O, Könül ilə razılaşmış, bundan sonra Könül onu Aynurə adlı qadınla tanış etmiş, o Aynurə ilə Könülün vasitəsi ilə tanış olduqdan sonra həmin mənzildə görüşüb cinsi əlaqədə olmuşdur. O, həmin vaxt Aynurəyə 30 manat pul vermiş, Könül evində Aynurə ilə onun cinsi əlaqədə olmağına şərait yaratdığına görə o yenə evə gedərkən yeyib-içmək üçün ərzaq almış, bundan sonra Könül və Aynurə ilə hər hansı əlaqəsi qalmamışdır. Məhkəmə iclasında Şahid7 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, tanıyır. O, Könülü pul qarşılığında qadınları fahişəliyə cəlb edən birisi kimi tanımış, Könül həmçinin cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq pul qarşılığında mənzil də kirayə vermişdir. xx.xx.2022-ci il tarixdə qadınla görüşüb cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs zəng edib qadınla cinsi əlaqədə olmaq istədiyini, bir nəfər qadın və cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq mənzil təşkil etməsini xahiş etmişdir. Könül də onun bu təklifi ilə razılaşıb ona öz evində Zərərçəkmiş şəxs təqdim edə biləcəyini bildirmişdir. Könül ona bildirmişdir ki, bunun qarşılığında 70 manat pul verməlidir. Könül həmin pulun 40 manatını Aynurəyə verəcəkdi. Qalan 30 manatı isə qadın və mənzil təşkil etdiyi üçün özünə götürəcəkdi. Bunu ona Könülüln özü bildirmişdir. O da Könülün təklifi ilə razılaşıb, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən mənzilinə getmiş, əvvəlcədən razılaşdığı kimi o Könülə 70 manat pul vermiş, daha sonra mənzilin yataq otağında Aynurə ilə cinsi əlaqədə olmuşdur. Onlar evdən ayrılan zaman mülki geyimdə polis əməkdaşları mənzilin giriş qapısında Könülə yaxınlaşıb, özlərini təqdim edib, Təqsirləndirilən şəxs razılığı ilə hal şahidləri ilə birlikdə mənzilə daxil olmuşlar. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ondan aldığı pulu təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da 70 manatı pulu təqdim etmiş, həmin pul zərfə qoyularaq möhürlənib götürüldükdən sonra polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə protokol tərtib olunmuş, protokolun düzgünlüyünü o imzası ilə təsdiq edib Baş İdarədə izahat verərək oranı tərk etmişdir. Məhkəmə iclasında Şahid8 elan olunmuş ifadəsindən görünür ki, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 dekabr 2022-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuş, məlumata görə Təqsirləndirilən şəxs insan alverinə məruz qoyduğu qadınları ünvan 7 ünvanında kişilərə təqdim etmiş, həmin məlumat onun tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, onun və əməliyyat müvəkkikli polis kapitanı Şahid9 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Baş İdarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq, onlara Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, 20 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 7 ünvanına gəlmişlər. Mənzilin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamış, onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək həmin mənzilin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə Baş İdarəyə məlumat daxil olmasını, bununla bağlı Təqsirləndirilən şəxs qərar qəbul olunduğunu və həmin qərarın icrası ilə bağlı mənzilin otaqlarına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib, mənzilə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirən ərizə yazıb təqdim etmiş, baxış zamanı mənzilin iki otaqdan, bir mətbəxdən, bir hamam otağından və bir sanitar qovşağından ibarət olması müəyyən edilmiş, dəvət edilmiş hal şahidləri ilə birlikdə mənzilin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid7, qadının isə Zərərçəkmiş şəxs olması müəyyən edilmiş, baxış zamanı mənzildə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək qeyd olunan mənzildə tanışı Şahid3la birlikdə kirayə yaşadığını, 20 dekabr 2022-ci il tarixdə Şahid7 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o da Piriyə razılıq verib Pirini yaşadığı mənzilə dəvət etdiyini, həmin mənzildə Şahid7 70 manat pul qarşılığında Zərərçəkmiş şəxs təqdim etdiyini, həmin pulun 40 manatının Aynurəyə çatdığını, 30 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü, Şahid7 qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid7 və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid7 verdiyi 70 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq pul əsginasını təqdim edərək Şahid7 tərəfindən verilmiş pul əsginası olduğunu bildirmiş, təqdim olunmuş pul əsginası hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri Baş İdarəyə dəvət edilmiş, Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər protokola əlavə edilmiş, tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, daha sonra isə iştirakçılar izahat verərək Baş İdarəni tərk etmişlər. Məhkəmə iclasında şahid DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Şahid9 elan olunmuş ifadəsindən görünür ki, onun ifadəsi Şahid8 ifadəsi ilə eyni məzmunludur. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, 20 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Baku Electronics mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim edib İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onların həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə gəlmiş, orada onlara hüqüq və vəzifələri izah olunmuş, digər hal şahidinin Şahid6 olduğunu bilmiş, Polis əməkdaşları onlara izah etmişdir ki, qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə ediblər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklər. Saat 17:00 radələrində o və Vüsal polis əməkdaşları ilə birlikdə ünvan 7 ünvanına gəlmiş, mənzilin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamış, polis əməkdaşları xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək həmin mənzilin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə Baş İdarəyə məlumat daxil olmasını, bununla bağlı Könülə qərar qəbul olunduğunu və həmin qərarın icrası ilə bağlı mənzilin otaqlarına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifini qəbul edib, mənzilə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirən ərizə yazıb təqdim etmiş, baxış zamanı mənzilin iki otaqdan, bir mətbəxdən, bir hamam otağından və bir sanitar qovşağından ibarət olması müəyyən edilmiş, onun və Vüsalın iştirakı ilə birlikdə mənzilin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında bir kişi və bir qadın aşkar olunaraq həmin şəxslər sorğu-sual aparılarkən kişinin Şahid7, qadının isə Zərərçəkmiş şəxs olması müəyyən edilmiş, baxış zamanı polis əməkdaşları tərəfindən mənzildə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək qeyd olunan mənzildə tanışı Şahid3la birlikdə kirayə yaşadığını, 20 dekabr 2022-ci il tarixdə Şahid7 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o da Piriyə razılıq verib Pirini yaşadığı mənzilə dəvət etdiyini, həmin mənzildə Şahid7 70 manat pul qarşılığında Zərərçəkmiş şəxs təqdim etdiyini, həmin pulun 40 manatının Aynurəyə çatdığını, 30 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü, Şahid7 qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid7 və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid7 verdiyi 70 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq pul əsginasını təqdim edərək Şahid7 tərəfindən verilmiş pul əsginası olduğunu bildirmiş, təqdim olunmuş pul əsginası onun və Vüsalın iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmu. və zərfin üzəri onlar və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri polis əməkdaşları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə onun və Vüsalın iştirakı ilə polis əməkdaşı Şahid8 tərəfindən protokol tərtib olunmuş, hər hansı bir şikayət və iradı olmadığı üçün protokolun doğruluğu onun tərəfindən imzalarla təsdiq edilmiş, daha sonra isə Baş İdarəni tərk etmişdir. Polis əməkdaşları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid6 Vaqif oğlunun elan olunmuş ifadəsindən görünür ki, onun ifadəsi Şahid5 ifadəsi ilə eyni məzmunludur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM 243.1 və 244.1-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilməsi və ibtidai istintaq aparılması qərara alınmışdır. yaşayış sahəsinə daxil olmaq və baxış keçirilməsinə dair əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, insan alveri cinayətlərinin aşkar edilməsi məqsədilə müdaxilə xarakterli üsul və vasitələr istifadə olunmadan xx.xx.2022ci il tarixdə ünvan 3-yə daxil olunması və baxış keçirilməsi qərara alınmışdır. təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, polis əməkdaşlarının ünvan 3-yə daxil olmalarına və baxış keçirmələrinə onun etirazı olmamışdır. baxışın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 20 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 7 ünvanına gəlmişlər. Mənzilin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamış, onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək həmin mənzilin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə Baş İdarəyə məlumat daxil olmasını, bununla bağlı Təqsirləndirilən şəxs qərar qəbul olunduğunu və həmin qərarın icrası ilə bağlı mənzilin otaqlarına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib, mənzilə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirən ərizə yazıb təqdim etmiş, baxış zamanı mənzilin iki otaqdan, bir mətbəxdən, bir hamam otağından və bir sanitar qovşağından ibarət olması müəyyən edilmiş, dəvət edilmiş hal şahidləri ilə birlikdə mənzilin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid7, qadının isə Zərərçəkmiş şəxs olması müəyyən edilmiş, baxış zamanı mənzildə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək qeyd olunan mənzildə tanışı Şahid3la birlikdə kirayə yaşadığını, 20 dekabr 2022-ci il tarixdə Şahid7 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o da Piriyə razılıq verib Pirini yaşadığı mənzilə dəvət etdiyini, həmin mənzildə Şahid7 70 manat pul qarşılığında Zərərçəkmiş şəxs təqdim etdiyini, həmin pulun 40 manatının Aynurəyə çatdığını, 30 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü, Şahid7 qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid7 və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid7 verdiyi 70 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq pul əsginasını təqdim edərək Şahid7 tərəfindən verilmiş pul əsginası olduğunu bildirmiş, təqdim olunmuş pul əsginası hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri Baş İdarəyə dəvət edilmiş, Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər protokola əlavə edilmiş, tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-805/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid8 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi vəzifəsini icra edən Samir Zeynalov tərəfindən təsdiq edilmiş 20 dekabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* №-li çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 72, korpus 2, B, mənzil 12 mülkiyyət hüququ üzrə X1 xüsusi mülkiyyətindədir. Şahid4 və Şahid3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 72, korpus 2, B, mənzil 12 Şahid4 tərəfindən aylıq 450 manat kirayə haqqı müqabilində Şahid3 kirayəyə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə — iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə — iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə və Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzalar təyin edilməli, ona təyin edilmiş cəzalar qismən toplanılmalı (CM-66.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, xüsusi müsadirə ilə bağlı hesab edir ki, cinayət işi üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 70 (yetmiş) manat pul cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 70 (yetmiş) manat pul dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-366/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-366/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver