Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-367/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonu Əlimərdanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ağdam şəhəri, Əlimərdanlı səhəsi ünvanında qeydiyyatda olmaqla, ünvan 5-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs mənzilinin giriş qapısının açarını 2022-ci ilin dekabr ayında mənzildə olarkən götürmüş və xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs və ailə üzvlərinin mənzildə olmadıqlarından istifadə edərək giriş qapısını surətini çıxardığı açarla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağındakı yorğan-döşəyin arasında sellofan torbada olan qadın çantasından həmin tarixə olan məzənnəyə əsasən 10200 manat təşkil edən 6000 ABŞ dolları və 116 manat 50 qəpik təşkil edən 5000 rus rublunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs cəmi 10316 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəmalə Mirzəzadəni 4 il olar ki, tanıyır. Cəmalə ərindən ayrıldıqdan sonra onunla danışmağa başlamışdır. Bir neçə dəfə Cəmalənin yaşadığı ünvan 3 ünvanına gedərək onunla görüşmüşdür. Cəmalədən3-4 dəfə borca pul almışdır. 2023-cü ilin fevral ayının əvvəllərində söhbət zamanı Cəmalənin danışığından başa düşmüşdür ki, evdə 10000 manatdan artıq pul var. 10 fevral 2023-cü il tarixdə Cəmalə ilə danışıq zamanı bilmişdir ki, Cəmalə yaşadığı evdə heç kim olmayacaq, onlar «Asan Xidmət» Mərkəzinə gedəcəklər. Onda evin açarı olduğundan düşünmüşdür ki, gedib evdən pulu götürüb öz ehtiyyaclarına xərcləyər. Həmin evə girib çıxmağa amma icazəsi olmamışdır. 3-cü mikrorayon dairəsində yerləşən avtomaşın təmiri məntəqəsində qardaşı Elman və onun köməkçisi Məhəmmədlə birlikdə olduğu zaman Elmana Cəmalə adlı qadının evinə gedərək ondan borca pul götürəcəyini bildirmiş və təklif etmişdir ki, birlikdə həmin ünvana getsinlər. Onlar da razılaşmışlar. Pulu Cəmalədən yox evdən özünün götürəcəyi barədə Elman və Məhəmmədin xəbəri olmamışdır. Onlar taksi ilə Babək prospektinə gəlmişdirlər. Elman taksidən düşərək marketə siqaret almaq məqsədi ilə daxil olmuşdur. Həmin vaxt o Məhəmməd ilə birlikdə pul almaq məqsədi ilə Cəmalənin yaşadığı ünvana getmişlər. Məhəmməd blokun qarşısında onu gözləmiş o isə Cəmalənin yaşadığı mənzilə lift ilə qalxaraq mənzilin qapısını onda olan açarla açmış, yataq otağına daxil olub orada yorğan-döşək yükünün arasında olan sellofana bükülmüş qara rəngli qadın çantasının içərisindən 01 ədəd 5000 rubl əskinas və 6000 ABŞ dolları pulu götürmüş və mənzilin qapısını bağlıyıb lift ilə düşərək binadan çıxmışdır. Ordan götürdüyü pulun bir hissəsini, yəni 1200 ABŞ dollarını borclu olduğu Murad adlı tanışına vermişdir. Qalan pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həyat yoldaşı Şahid4 və qızı Cəmalə ilə birlikdə yaşadığı evdən çıxaraq «Asan xidmət»ə gedərkən həyat yoldaşından üstündə pul götürməyini xahiş etmiş və Şahid4 yataq otağında yükün arasında olan sellofana bükülmüş özünə məxsus qadın çantasından 200 manat pulu götürdükdən sonra birlikdə evdən çıxmışdırlar. Bir müddət sonra o yaşadığı məhəlləyə qayıdıb arvadı və qızını evə yola saldıqdan sonra çıxıb getmişdir. Yoldaşı və Cəmalə evə qalxdıqdan yarım saat sonra ona zəng edərək evdən çıxarkən götürdüyü 200 manat pulu yenidən yerinə qoymaq istədiyi zaman çantada olan pulların yerində olmadığını aşkar etdiyini ona bildirmişdir. Bundan sonra o da evə qayıdaraq ailə üzvləri ilə birlikdə yaşadıqları mənzili 5 gün müddətində ətraflı olaraq axtarsa da pulları tapa bilmədiklərindən polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində yaşadığı mənzildən 6000 ABŞ dolları və 5000 rus rublu oğurlandığından ona 10316 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 bildirmişdir ki, 2020-ci ildən etibarən Elvin Şünasi ilə telefon vasitəsi ilə danışaraq münasibət qurmuşdur. 2022-ci ilin dekabr ayının sonlarında evdə heç kim olmadığı vaxt Elvinlə evin qapısında görüşmüşdür. Elvin getdikdən qısa müddət sonra o harasa getmək istəmiş, lakin görmüşdür ki evin açarı yoxdur. Evə baxmış amma açarı tapmamışdır. .Bir neçə dəqiqə sonra Elvin ona zəng edərək nə işlə məşğul olduğunu soruşmuş o isə Elvinə bildirmişdir ki, evin açarını axtarır. Elvin isə ona bildirmişdir ki, o evdən çıxarkən qapının ağzında açar tapmışdır. Lakin indi geri qayıda bilmir və sabah açarı ona gətirib verəcəkdir. Bir gün sonra Elvin yaşadığı evin yaxınlığa gələrək açarı ona təhvil vermişdir. 10 fevral 2023-cü il tarixdə onunla Elvinlə danışdığı zaman ailələri ilə birlikdə «Asan xidmət»ə gedəcəklərini bildirmiş və Elvin ondan xahiş etmişdir ki, evdən çıxanda ona xəbər etsin. O da evdən çıxanda Elvinə xəbər vermişdir. Onlar Asan Xidmətə getmiş, daha sonra evə qayıtdıqda isə görmüşlər ki, evə olan pul yoxdur. Əvvəllər telefonla Elvinlə danışan zaman evdə 10000 pul olduğunu demişdir. Bu yadına düşdüyü üçün Elvinə zəng etmiş və evdən oğurluq olduğunu bildirmişdir. Elvin isə bu işdə heç bir günahının olmadığını demişdir. Səhəri gün Elvinlə yenə danışdığı zaman o Elvinə yalandan evə polislərin gəldiyini deyib Elvindən xahiş etmişdir ki xoşluqla evdən oğurladığı pulları qaytarsın Elvin isə bir az fikirləşib ona birlikdə evdən qaçmağı təklif etmişdir. O isə belə bir hərəkət edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs və qızı Cəmalə ilə birlikdə yaşadığı evdən çıxaraq «Asan xidmət»ə gedərkən əri ondan üstündə pul götürməyini xahiş etmiş və o da yataq otağında yükün arasında olan sefofana bükülmüş özünə məxsus qadın çantasından 200 manat pulu götürdükdən sonra birlikdə evdən çıxmışdırlar. Təxminən 1 saat yarım sonra o əri və qızı ilə birlikdə yaşadığı evə gəlmişdirlər. Əri isə onları yola saldıqdan sonra çıxıb getmişdir. O evə gəldikdən sonra həmin götürdüyü 200 pulu xərcləmədiyindən yerinə qoymaq üçün pulu götürdüyü yerə gələrək həmin çantanı açıb içinə pulu qoymaq istədiyi zaman çantanın içərisində olan pulların yerində olmadığını aşkar etmişdir. Bu səbəbdən Şahəddinə zəng edərək çantada olan pulların yerində olmadığını bildirmişdir. Bundan sonra əri də evə qayıdaraq onlarla birlikdə yaşadıqları mənzili 5 gün müddətində ətraflı olaraq axtarsalar da pulları tapa bilmədiklərindən ərim polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 3 Mkr dairəsi yaxınlığında yerləşən 313 adlı təmir sexində Elman ustanın yanında köməkçi kimi 2 ay olar ki işləyir. 10 fevral 2023-cü il tarixdə 3-cü mikrorayon dairəsində yerləşən avtomaşın təmiri məntəqəsində Elman usta və qardaşı Elvinlə birlikdə olduğu zaman Elvin bildirmişdir ki, Xalqlar Dostluğu istiqamətinə gedərək orada münasibətdə olduğu qızla görüşəcək. O da həmin vaxtda ucuz qiymətə kirayə mənzil axtardığı üçün Elvindən xahiş etmişdir ki, həmin yerdə olan kirayə evlərnən maraqlansınlar.Elvin təklif etmişdir ki, birlikdə Xalqlar Dostluğuna getsinlər. O da razılaşaraq Elvin və qardaşı Elman ilə birlikdə Reno Megane markalı taksi ilə Elvinin göstərdiyi ünvana yəni Bakı şəhəri Xətai rayonu Babək prospektinə gəlmişdirlər. Elman yaxınlığında yerləşən «Al ıııarke(»ə siqaret almaq məqsədi ilə daxil olmuşdur. O isə taksidən Elvinlə birlikdə düşərək orada yerləşən binaya getmişdirlər. O blokun qarşısında olduğu zaman Elvin onu orada gözləməyi xahiş etmiş və bildirmişdir ki, qızla görüşüb geri qayıdacaqdır. O Elvinin dediyi kimi blokun qarşısında gözləmiş, təxminən 15 dəqiqə keçməsinə baxmayaraq Elvin geri qayıtmadığından və üzərində telefon olmadığı üçün piyada pilləkanla sonuncu mərtəbəyə kimi qalxsa da, Elvini tapa bilməyib geri lift ilə düşüb blokdan çıxaraq taksiyə gəlib minmişdir. Elvin artıq taksidə olmuşdur. Elvinə onu tapa bilmədiyini dedikdə Elvin o.ıa bildirmişdir ki, blokdan çıxanda o orada olmadığı üçün gəlib taksiyə minmişdir. Birlikdə əvvəlcə onun iş yerinə gəlmiş orada onu düşürdükdən sonra Elvin Elmanla birlikdə həmin taksi ilə çıxıb getmişdirlər. Əlavə olaraq bildirmişdir ki, onun həmin oğurluq hadisəsi barədə məlumatı olmayıb. Polis əməkdaşlarından öyrənmişdir ki, Elvin onunla birlikdə xx.xx.2023-cü il tarixdə Xətai rayonu Babək prospektinə gəldikləri zaman Cəmalənin evinə daxil olub oradan pul oğurlamışdır. Elvin qız ilə görüşüb gələcəyini ona bildirmişdir.X3 evinə daxil olmağından və pul vəsaiti oğurlamağından xəbəri olmamışdır.Elman ustası olduğu üçün onun və Elvinin təklifini yerə salmıyıb onlarla birlikdə həmin ünvana getmişdir. Həmçinin həmin ərazidə kirayə verilən ucuz mənzillərlə maraqlanmaq fikri olsa da, Elvin qızla görüşdükdən sonra tələsdiyini bildirdiyi üçün kirayə mənzil axtara bilməmişdir. Bu səbəbdən də birlikdə geri qayıtmışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə 3-cü mikrorayon dairəsində yerləşən avtotəmir məntəqəsində qardaşı Elvin və usta köməkçisi Məhəmmədlə birlikdə olduğu zaman qardaşı Elvin münasibətdə olduğu Cəmalə adlı qadının evinə gedərək ondan borca pul götürəcəyini bildirmiş və onunla birlikdə həmin ünvana gedərək oradan pul götürdükdən sonra birlikdə yaşadıqları ünvana getməyi təklif etmiş, o da razılaşmışdır. Köməkçisi Məhəmməd də onlarla birlikdə getmişdir. Birlikdə taksi ilə Babək prospektinə gəlmişdirlər. O taksidən düşərək binanın yaxınlığında yerləşən «Al market» ə siqaret almaq üçün getmişdir. Həmin vaxt Elvin köməkçisi Məhəmməd ilə birlikdə pul almaq məqsədi ilə Cəmalənin yaşadığı ünvana getmişlər. O mağazadan çıxaraq 15-20 dəqiqə taksinin yanında gözləmişdir. Əvvəlcə Elvin gələrək taksiyə əyləşmiş 2-3 dəqiqə sonra isə Məhəmməd də gəlib taksiyə əyləşmişdir. Söhbət zamanı Elvin qızdan pulu alıb gəldiyini demiş lakin məbləği deməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun həmin oğurluq hadisəsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 01); hadisə yerinə baxış keçirilməsi barədə 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 78 ünvanında yerləşən 10 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən 109 nömrəli mənzilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 7-12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 16); tutma haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 39); CD diskə baxış keçirilməsi haqqında 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 10 fevral 2023-cü il tarixdə saat 15:56-da Reno Megane markalı üzərində taksi tanınma yazısı olan avtomaşın Bakı şəhəri Xətai rayonu Babək küçəsi 78 ünvanını yaxınlığında yerləşən «Al» marketin qarşısında avtomaşını saxladıqdan sonra həmin avtomaşından 2 nəfər arıq bədən quruluşlu qarabəniz başında papaq olan saqqallı şəxslər düşərək binaya doğru hərəkət edirlər. Saat 16:01-də həmin şəxslərdən biri binaya tərəf yaxınlaşaraq binanın qarşısında olan dəmir məhəccərdən tullanaraq hərəkətini davam etdirərək bloka daxil olur. Onun ardınca digər şəxs də bloka daxil olur.Saat 16:06-da digər bir şəxs də taksi avtomaşınından düşərək Al marketə daxil olur. Saat 16:21-də bloka daxil olmuş şəxslərdən bir geriyə qayıdaraq taksi avtomaşınına əyləşir. Bir müddət sonra digər bloka daxil olmuş şəxs də geri qayıdaraq taksi avtomaşınına əyləşir. Saat 16:23-də həmin taksi avtomaşını hərəkətə başlayır.Təqdim olunmuş videgörüntülərə baxarkən şübhəli şəxs Təqsirləndirilən şəxs özünü və görüntüdə olan digər şəxsləri tanıyaraq qardaşı Şahid3 və onun köməkçisi Şahid2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu Babək küçəsi 78 ünvanına Reno Megane markalı taksi gəldiklərini, qardaşı Elmanın taksidən düşərək binanın yaxınlığında yerləşən «Al market»ə siqaret almaq məqsədi ilə daxil olmasını, həmin vaxt Məhəmməd ilə birlikdə pul almaq məqsədi ilə Cəmalənin yaşadığı ünvana getdiklərini, Məhəmmədin blokun qarşısında onu gözlədiyini, özünün isə Cəmalənin yaşadığı mənzilə lift ilə qalxaraq mənzilin qapısını özündə olan açarla açıb, yataq otağına daxil olub orada yorğan döşək yükünün arasında olan sellofana bükülmüş qara rəngli qadın çantasının içərisindən 01 ədəd 5000 rubl əskinas və 6000 ABŞ dolları pulu götürməsini və mənzilin qapısını bağlaıyıb lift ilə düşərək binadan çıxıb, blokdan çıxarkən Məhəmmədi görmədiyi üçün birbaşa taksiyə doğru gedib əyləşməsini təxminən 5 dəqiqə sonra Məhəmmədin də gələrək taksiyə əyləşərək həmin ünvandan uzaqlaşmasını bildirmişdir(i.v.59); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 62-63); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə şahid X1 arasında keçirilmiş üzləşmə zamanı X1 istintaq vermiş olduğu ifadəsini təsdiq etsə də, Təqsirləndirilən şəxs C.Mirzəzadənin ona evdə olan 10000 manat pulun yerini deməsi və Cəmalə tərəfindən ona verilmiş açarla həmin mənzilə daxil olub pul vəsaitlərini götürüb həmin evi tərk etməsi və həmin pul vəsaitlərini oğurlamaq fikrininin olmadığı barədə ifadəsində göstərdiklərin təkzib edərək ilkin ifadəsində tutulmaqdan qorxduğu üçün yalandan Cəmalə Mirzəzadənin ona mənzilin açarını verməsini, evdən ailəsi ilə birlikdə çıxdığı zaman bilə bilə oğurluq etməyi üçün ona məlumat verdiyini deməsini əslində Cəmalənin evinə oğurluq məqsədi ilə girməyi barədə sonuncunun xəbərinin olmadığını bildirmişdir(i.v.74-77); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal Xətai RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır (i.v.81-82); qətimkan tədbiri seçmək haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat aşkar olunmamışdır (i.v. 89); Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 04 mayr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, hadisə yerinə baxşı protokolu, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs , şahid ifadələri, üzləşdirmə protokolu, CD diskə baxış keçirilməsi protokolu və digər sənədlər sübut növü kimi qəbul edilmiş, Zərərçəkmiş şəxs dəymiş ziyanın cəmi olaraq miqdarı 10316 manat 50 qəpik müəyyən edilmiş, Təqsirləndirilən şəxs hadisə yerinə gəlməsini əks etdirən bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir(i.v.92-98); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-367/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək iş üzrə icraat dayandırılmışdır, tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət, 09 oktyabr 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 04(dörd) gün müddət, ümumilikdə 01(bir) ay 06(altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 02 (iki) gün müddət, 09 oktyabr 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün müddət, ümumilikdə 01 (bir) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-367/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-367/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver