Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-368/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda kirayədə yaşamış, ********* saylı cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri və 21 avqust 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Salahlı kəndində ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talamaq məqsədilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs4 icarədarı olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki “Bal” adlanan mağazanın giriş qapısını üzərində gəzdirdiyi vintaçanla açaraq mağazaya qanunsuz olaraq daxil olub, mağazanın içərisindəki saxlanc yeri olan kassadan 500 manat nağd pul vəsaitini, ümumilikdə qiyməti 800 manat təşkil edən 25 ədəd “Kent 4” markalı, 20 ədəd “Sobranie” markalı, 11 ədəd “Classic” markalı, 15 ədəd “Winston” markalı, 10 ədəd “LD” markalı, 17 ədəd “Kingston” markalı, 15 ədəd “Kent 1” markalı, 20 ədəd “PallMall” markalı və 20 ədəd “Want” markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi 1300 (bir min üç yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 icarədarı olduğu ünvan 6 ünvanda yerləşən “Mələklər” adlanan Tədris Mərkəzinin zirzəmisinin pəncərəsini açaraq qeyrisi ilə birlikdə Tədris Mərkəzinə qanunsuz daxil olub oradan, saxlanc yeri olan dolabın siyirməsindən 7043 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 7043 (yeddi min qırx üç) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 13 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti 5 ünvanında yerləşən “Dİ Studio” gözəllik salonunun giriş qapısını üzərində gəzdirdiyi vintaçanla kilid hissəsində çərçivədən aralayıb açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan saxlanc yeri olan iş masasının siyirməsindən 1184 manat pulu və masanın alt rəfindən üzərində 15 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə olmuş 600 manat dəyərində 01 ədəd “Samsung” markalı “A51” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 1799 (bir min yeddi yüz doxsan doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti 5 ünvanında yerləşən “Dİ Studio” gözəllik salonunun giriş qapısını üzərində gəzdirdiyi vintaçanla kilid hissəsində çərçivədən aralayıb açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri olan iş masasının siyirməsindən 350 manat nağd pulu və masanın üstündən üzərində üzərində 15 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***- **-** saylı nömrə olmuş 01 ədəd 150 manat dəyərində «Samsung» markalı, «A01 core» modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 27 mart 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, 8-ci Zavod küçəsindəki parkın içərisində yerləşən “Noğul” adlı restoranın giriş qapısının kilidini üzərində olan vintaçanla açmaq yolu ilə qanunsuz daxil olub, saxlanc yeri hesab edilən iş masasının siyirməsindən Zərərçəkmiş şəxs5 məxsus 2430 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 cəmi 2430 (iki min dörd yüz otuz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 aprel 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında yerləşən “Buta” tədris mərkəzinin giriş qapısının kilidi vintaçanla sındırıb qapını açdıqdan sonra Təqsirləndirilən şəxs1lə birlikdə tədris mərkəzinə qanunsuz daxil olub, oradan 1 ədəd 140 manat dəyərində “Samsug” markalı, 1 ədəd 250 manat dəyərində “Huavei” markalı və 1 ədəd 40 manat dəyərində “Nokia” markalı mobil telefonları, içərisində 1 ədəd 200 manat dəyərində qızıldan kişi üzüyü, 8 manat 50 qəpik ekvivalentində olan 5 ABŞ dolları və 80 manat pul olan 1 ədəd 200 manat dəyərində dəmir seyfi gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 918,50 (doqquz yüz on səkkiz manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 aprel 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında yerləşən “Buta” tədris mərkəzinin giriş qapısının kilidini Təqsirləndirilən şəxs2 üzərində olan vintaçanla sındırıb qapını açdıqdan sonra, birlikdə tədris mərkəzinə qanunsuz daxil olub, oradan 1 ədəd 140 manat dəyərində “Samsug” markalı, 1 ədəd 250 manat dəyərində “Huavei” markalı və 1 ədəd 40 manat dəyərində “Nokia” markalı mobil telefonları, içərisində 1 ədəd 200 manat dəyərində qızıldan kişi üzüyü və 8 manat 50 qəpik ekvivalentində olan 5 ABŞ dolları və 80 manat pul olan 1 ədəd 200 manat dəyərində dəmir seyfi gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 918,50 (doqquz yüz on səkkiz manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, X1 bir neçə il olar ki, tanımışdır. Maddi vəziyyəti ağır olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün tanışı Aydınla qərara gəlmişlər ki, oğurluq edib pul əldə etsinlər. 2020-ci ilin oktyabr ayının 11-də axşam saatlarında Aydınla birlikdə Xətai rayonu ərazisində gəzib oğurluq etməyə yer axtarmışlar. Həmin günü saat 04-05 radələrində Babək prospektində yerləşən “Bal” adlanan mağazanın qarşısından keçən zaman Aydına həmin mağazanın münasib yer olmasını demişdir. Bundan sonra ikisi də mağazanın qarşısında dayanıb ətrafa baxmışlar. Səhərə yaxın olduğu üçün ətrafda heç kəs olmamışdır. Ətrafa nəzarət edə-edə giriş hissədə şüşədən olan qapıya yaxınlaşmışlar. Aydın üzərində olan dəmir alətlə qapını açmış və onunla içəri daxil olmuşdur. İçəri daxil olduqda mağazanın içərisində axtarış aparmış və mağazadan kassada olan pulları götürüb ciblərinə qoymuşlar. Mağazanın içərisində olan vitrindəki siqaretlərdən də Aydınla birlikdə götürərək mağazadan çıxmışlar. Yolla gələrkən heç kəsin olmadığı bir yerdə dayanıb pulu və siqaretləri saymışlar. Məlum olmuşdur ki, mağazadan 500 manat, 25 ədəd “Kent 4” markalı, 20 ədəd “Sobranie” markalı, 11 ədəd “Classic” markalı, 15 ədəd “Winston” markalı, 10 ədəd “LD” markalı, 17 ədəd “Kingston” markalı, 15 ədəd “Kent 1” markalı, 20 ədəd “PallMall” markalı və 20 ədəd “Want” markalı siqaretləri oğurlamışlar. Aydınla pulu və siqaretləri tam yarı-yarıya bölüb sonuncudan ayrılmışdır. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa Aydın da birlikdə 22 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində oğurluq etmək üçün Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığına getmişdir. Orada Aydınla görüşmüşdür. Əvvəlcədən Aydın ilə orada görüşməyə razılaşmışdır. Aydınla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. “Əhmədli” metrostansiyasının yaxınlığında oğurluq etmək üçün Aydınla gəzişmişlər. 23 oktyabr 2020ci il tarixdə saat 05 radələrində Aydınla Q.Nəbi küçəsinə getmişlər. Orada uşaq baxçasına bənzər bina görmüşlər. Həmin vaxt onun üzərində bir ədəd dəstəyi sarı rəngli vintaçan olmuşdur. Aydınla həmin uşaq bağçasının zirzəmisinə yaxınlaşıb zirzəminin plastik pəncərəsinin üzərində dəmir barmaqlığının olmamasını görmüşlər. Pəncərəyə bir qədər də yaxınlaşdıqda içərisinin işıqlarını yanmadığını gördükdən sonra Aydın ondan vintaçanı alaraq bir dəfəyə pəncərəni vintaçanla açmışdır. Həmin vaxt axşam saatlarında küçədə heç kim olmamışdır. Pəncərəni açdıqdan sonra Aydınla növbəli şəkildə içəri daxil olmuşlar. İçəri qaranlıq olduğundan üzərlərində olan alışqanın işıqlarını yandırmışlar. Şüşə olan qapını açmaq istədikdə bağçanın siqnalizasiyası işə düşmüş və tez şəkildə yaxalanmamaq üçün qapını açıb içəri daxil olmuşlar. Orada olan şkafın siyirmələrini yoxlayan zaman üst siyirmənin bağlı olduğunu görmüş və vintaçanla həmin siyirməni açıb orada bir ədəd dairəvi formalı qab görmüşlər. Həmin dəmir qabın içərisinə baxdıqda çox sayda pullar tapmışlar. Həmin vaxt Aydın da yanında olmaqla kömək etmişdir. Pulları götürüb Aydınla birlikdə gəldikləri yerdən çölə çıxaraq oranı tərk etmişlər. Piyada küçə ilə hərəkət edib kənd Əhmədli adlanan yerə getmişlər. Orada oğurladıqları pulları Aydınla saymışlar. Həmin pulların hamısı 7043 manat olmuşdur. Həmin pulu tam yarı-yarıya bölmüşlər. Aydına 3500 manat vermişdir. Daha sonra yolun kənarında iki taksi sifariş verib Aydınla ayrılaraq yaşadığı evə getmişdir. Bundan başqa, Mamed kimi tanıdığı Məmmədəli adlı şəxslə 2020-ci ilin yayında Hövsan qəsəbəsində tanış olmuşdur. Həmin vaxtdan aralarında münasibətlər yaranmışdır. Arabir görüşüb çay içmişlər. 13 fevral 2021-ci il tarixdə saat 01 radələrində o, Mamed və sonuncunun dostu Nicatla birlikdə Hövsan qəsəbəsində yerləşən parkda rastlaşmışdır. Həmin vaxt o, tək olmuşdur. Onlar görüşüb hal-əhval tutmuş, bir az söhbət etmişlər. Söhbət zamanı Mamed ona maddi imkanının zəif olduğunu və yaşadıqları evin iki aylıq kirayə pulunu ödəmək üçün 200 manat pula ehtiyacının olduğunu bildirmişdir. O, Mameddən və dostu Nicatdan danışmaq üçün nömrələrinin hesabında pulun olubolmadığını soruşmuş, lakin nə Mamedin, nə də ki, Nicatın nömrəsinin hesabında pul olmamışdır. Uşaqlar bu haqda ona deyəndə o, taksofonla danışmaq üçün onlara Hövsan qəsəbəsində yerləşən «Şüşəli» adlanan bazarın qarşısına getməyi təklif etmişdir. O, yalandan xalasına zəng edib xalasından və ya xalası oğlundan borca 200 manat götürüb Mamedə verəcəyini demişdir. Onlar üçü də «Şüşəli» bazarın qarşısına getmişlər. Orada avtobus dayanacağının yaxınlığında taksofon aparatı olmuşdur. Uşaqlar kənarda dayanıb gözləmiş, o isə taksofon aparatına yaxınlaşıb dəstəyi götürmüş və guya xalası ilə danışdığı haqda görünüş yaratmışdır. Təxminin iki-üç dəqiqədən sonra uşaqların yanına qayıtmış və 200 manat pulu xalasından borca götürə biləcəyini yalandan demişdir. Saat 03 radələrində o, Mamed və Nicata pulu götürmək üçün guya «AMAY» ticarət mərkəzinin yaxınlığında yaşayan xalası gilə getməyi təklif etmişdir. Mamed və Nicat etiraz etməmişlər. «AMAY» ticarət mərkəzinin yaxınlığında «Di Studio» gözəllik salonu yerləşmiş, «AMAY» ticarət mərkəzinin yaxınlığına gəlməkdə məqsədi həmin gözəllik salonundan oğurluq etmək olmuş, sadəcə bu haqda o, Mamedə və Nicata demək istəməmişdir. Oğurluğu iki gün olmuşdur ki, planlaşdırmışdır. O, yoldan keçən taksi avtomobilini saxlatdırmış, o, Nicat və Mamed taksiyə minib «AMAY» ticarət mərkəzi istiqamətində yola düşmüşlər. Onlar «AMAY» ticarət mərkəzini keçib yollarını davam etmişlər. O, taksi sürücüsünə avtomobili Cavanşir körpüsünə çatmağa az qalmış bir yerdə saxlamağı demişdir. Gediş pulunu verəndən sonra onlar binaların arası ilə Nobel prospektinə keçmişlər və «AMAY» ticarət mərkəzinə tərəf hərəkət etmişlər. Gözəllik salonunun yerləşdiyi yaşayış binasına çatanda o, uşaqlara onu kənarda gözləməyi deyərək xalası gilə qalxıb pulu götürüb qayıdacağını yalandan bildimişdir. Uşaqlar da ondan təxminən 15-20 metr aralanıb onu gözləmişlər. Sonra o, «Di Studio» gözəllik salonunun giriş qapısına yaxınlaşanda uşaqlar onun oğurluq etmək istədiyini başa düşüb oradan qaçaraq uzaqlaşmışlar. O, üzərində gəzdirdiyi vintaçanla salonun giriş qapısını kilid hissəsində çərçivədən aralayıb açaraq içəri daxil olmuşdur. Salonda işıqlar yanmışdır. O, salonda girişdən sağ tərəfdə olan bir masaya yaxınlaşdır. Masanın siyirmələrini açıb yoxlamışdır. Birinci siyirmə bağlı olduğundan o, vintaçanla siyirməni aralayıb özünə tərəf dartaraq açmışdır. Birinci siyirmədə təxminən 750 manat pul olmuşdur. O, həmin pulu götürmüş, sonra masanın alt hissəsində bir ədəd «Samsung» markalı «A51» modelli mobil telefonu görüb telefonu da götürmüşdür. O, pulu və mobil telefonu götürən kimi salonu tərk etmişdir. Salonun giriş qapısını yarımçıq örtüb oradan uzaqlaşmışdır. Salondan çıxanda o, uşaqları görməmişdir. Bir qədər qabağa getdikdən sonra Mamed və Nicatın ağacların arxasında dayandıqlarını görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Nicat nə üçün onları aldatdığını deyərək onunla mübahisə etməyə başlamışdır. Mübahisədən sonra o, cibindən iki yüz manat çıxardıb Mamedə vermiş, iki yüz manat da çıxardıb Nicata vermişdir. Oğurladığı puldan ona təxminən 350 manat pul qalmış, həmin pulu o, şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı «Samsung» markalı «A51» modelli mobil telefonda olan mobil nömrəni çıxardıb hazırda xatırlamadığı yerə tullamışdır, növbəti gün isə həmin mobil telefonu format edərək telefonu «Ukrayna» dairəsi yaxınlığında yerləşən parkda tanımadığı şəxsə 70 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə maddi imkanı pis olduğundan və ehtiyaclarını ödəyə bilmədiyindən 17 mart 2021-ci il tarixdə axşam saatlarında Nobel prospektində yerləşən “Dİ Studio” qadın gözəllik salonundan təkrar oğurluq etmək qərarına gəlmişdir. 18 mart 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində “Dİ Studio” qadın gözəllik salonunun giriş qapısına yaxınlaşmışdır. O, “Dİ Studio” qadın gözəllik salonuna ikinci dəfə də eyni üsulla, yəni üzərində gəzdirdiyi vintaçanla salonun giriş qapısını kilid hissəsində çərçivədən aralayıb açaraq içəri daxil olmuşdur. O, daha öncə də oraya daxil olduğu üçün kassanın yerini bilmiş və bu səbəbdən də dərhal kassanın yerləşdiyi masaya yaxınlaşmışdır. Masanın siyirmələrin açıb yoxlamışdır. Həmin vaxt masanın üst siyirməsində 350 manat məbləğində pul olduğunu görmüş və həmin pulu götürərək əynində olan şalvarının yan cibinə qoymuşdur. Bundan sonra o, masanın üzərində olan 01 ədəd markasını xatırlamadığı mobil telefonu götürüb salonu tərk etmişdir. Salonun giriş qapısını örtüb oradan qaçaraq uzaqlaşmışdır. O, qaçaraq salondan bir qədər uzaqlaşan zaman salondan oğurluq yolu ilə əldə etdiyi mobil telefonu əlindən yerə salmış və həmin mobil telefonun ekranı qırılmışdır. O, mobil telefonun ekranının sınması səbəbindən həmin mobil telefonu atmışdır. “Dİ Studio” gözəllik salonundan oğurluq yolu ilə əldə etdiyi 350 manat məbləğində pulu ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin mart ayının 25-dən sonrakı günlərdə gecə saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində olan parkda gəzişmişdir. Həmin vaxt parkın içərisində olan üzərində olan “Noğul” sözləri yazılmış restoranın qarşısında getmişdir. O, restoranın bağlı olmasını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt oğurluq etmək üçün üzərində olan papağı çıxarıb başına qoymuşdur ki, üzü görsənməsin. Restoranın giriş qapısına yaxınlaşıb cibində olan vintaçanı çıxarıb qapının kilidinin arasına salaraq güc tətbiq edərək açmışdır. Bundan sonra restoranın içərisini axtarmağa başlamışdır. Seyfin altında olan siyirməni açdıqda pullar olmasını görmüşdür. O, pulları götürüb cibinə qoymuşdur. Bundan sonra qapıdan çölə çıxıb oradan uzaqlaşmışdır. Pulu saydıqda 1280 manat olmasını görmüşdür. O, həmin pulu bir neçə gün ərzində öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2-3 il olar ki, tanımışdır. Zahidlə yaxın dostluq münasibəti olmuşdur. Zahidin də ailəsində maddi problemlər oluğundan o, Zahidə birlikdə oğurluq etmək təklif etmişdir. 21.04.2021-ci il tarixdə saat 04 radələrində Zahidlə o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə getmişlər. Gəzə-gəzə “Buta” tədris mərkəzinin yaxınlığından keçərkən həmin yerdən oğurluq etmək qərarına gəlmişlər. O, tədris mərkəzinin ağ rəngli plastik giriş qapısına yaxınlaşaraq üzərində olan vintaçanla qapının kilidini sındırıb açmışdır. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra ikisi də içəri daxil olmuşdur. İçəridə olan zaman hər yeri axtarmağa başlamışlar. Onlar tədris mərkəzinin üçüncü mərtəbəsinə qalxmışlar. O, orada olan masaya yaxınlaşmış və masanın siyirməsini açan zaman orada 1 ədəd “Nokia” markalı, 1 ədəd “Samsung” markalı və 1 ədəd isə “Huavei” markalı mobil telefon olduğunu görüb telefonları götürmüşlər. Sonra tədris mərkəzinin zirzəmisinə düşmüşlər. Zirzəminin qapısını açmışlar və içəridə 1 ədəd dəmir seyfin olduğunu aşkar etmişlər. Zahidlə birlikdə seyfi götürərək oradan çıxmışlar. Onlar seyfi Əhmədli kəndi ərazisinə aparmışlar və orada ağır daşla seyfi qırmışlar. Seyfin içərisindən 1 ədəd qızıl üzüyü, 80 manat pul, 5 ABŞ dolları və miqdarını bilmədiyi köhnə rus pulunu götürmüşlər, seyfi isə orada bir yerə atıb getmişlər. Oğurladıqları əmlakdan Zahid bir ədəd “Samsung” markalı mobil telefonu özünə götürmüşdür. Qızıl üzük və digər telefonlar isə onda qalmışdır. Oğurladıqları pulu isə birlikdə yemək və geyim üçün xərcləmişlər. Mobil telefonlardan birini Əhmədlidə tanımadığı bir şəxsə 90 manata satmış, qızıl üzüyü isə 110 manata Hövsan qəsəbəsində tanımadıqları bir şəxsə satmışlar. Əldə etdikləri pulları birlikdə xərcləmişlər. Son sözdə Təqsirləndirilən şəxs2 törətdiyi oğuruqlara görə əməlindən peşman olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ev 21A-da nənəsi Naimə və qardaşı Kənanla birlikdə yaşayır. Onun 6 yaşı olanda, yəni 2010-cu ildə valideynləri ana və atası yol nəqliyyat hadisəsi zamanı öldüyü üçün qardaşı və onu nənəsi Naimə saxlamışdır. Təqsirləndirilən şəxs2 təxminən 2-3 il olar ki, tanımışdır. Cavidlə onun yaxın dostluq münasibəti olmuşdur. Nənəsi Naimə işləyə bilmədiyi üçün iş axtarmağa başlamışdır, lakin heç bir yerdə iş tapa bilməmiş və maddi cəhətdən sıxıntı çəkməyə başlamışlar. 20.04.2021-ci il tarixdə saat 22 radələrində evdən çıxaraq Cavidlə görüşmüşdür. Onlar Cavidlə birlikdə yaşadıqları ərazidə gəzərək söhbət etməyə başlamışlar. Həmin vaxt Caviddə ona maddi cəhətdən sıxıntıları olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. Onlar söhbət zamanı oğurluq etmək qərarına gəlmişlər. Buna görə də onlar ərazidə gəzərək havanın qaralmasını və adamların azalmasını gözləmişlər. 21.04.2021-ci il tarixdə Cavidlə o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə getmişlər. Onlar orada olan zaman “Buta” tədris mərkəzinin olmasını görmüşlər. Onlar həmin yerdən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Cavid tədris mərkəzinin ağ rəngli plastik giriş qapısına yaxınlaşaraq üzərində olan vintaçanı qapının kilidini sındırıb açmışdır. Cavid ilə birlikdə içəri daxil olmuşlar. İçəridə olan zaman hər yeri axtarmağa başlamışlar. Onlar tədris mərkəzinin üçüncü mərtəbəsinə qalxmışlar. Cavid masaya yaxınlaşmış və masanın siyirməsini açan zaman orada 1 ədəd “Nokia” markalı, 1 ədəd “Samsung” markalı və 1 ədəd isə “Huavei” markalı mobil telefon olduğunu görüb götürmüşdür. Sonra tədris mərkəzinin zirzəmisinə düşmüşlər. Zirzəmidə 1 ədəd dəmir seyfin olduğunu aşkar etmişlər. Cavidlə birlikdə seyfi götürərək oradan çıxmışlar. Onlar seyfi Əhmədli kəndi ərazisinə aparmışlar və orada ağır daşla seyfi qırmışlar. Seyfin içərisindən 1 ədəd qızıl üzüyü, 80 manat pul, 5 ABŞ dolları və miqdarını bilmədiyi rus pulunu götürüb, seyfi isə orada bir yerə atıb getmişlər. Onlar oradan yoldan keçən tanımadıqları taksiyə minərək Günəşli qəsəbəsinə Cavidin yaşadığı evə getmişlər. Oğurladıqları əmlakdan o, bir ədəd “Samsung” markalı mobil telefonu özünə götürmüşdür. Qızıl üzük və digər telefonlar isə Caviddə qalmışdır. Oğurladıqları pulu isə birlikdə yemək və geyim üçün xərcləmişlər. 04 may 2021-ci il tarixdə saat 16 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları evə gələrək, onu polis şöbəsinə dəvət etmişlər. Bölmədə hadisəni olduğu kimi danışmış və 1 ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını, ilk məhkumluğunu, yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yerləşən binanı yeni icarəyə götürmüşdür. O, həmin yerdə “Buta” tədris mərkəzini açıb fəaliyyət başlamaq istəmişdir. Tədris mərkəzini icarəyə götürdükdən sonra oraya bəzi avadanlıqları almış və hər gün tədris mərkəzinə gedərək baş çəkmişdir. 20.04.2021-ci il tarixdə saat 09 radələrində “Buta” tədris mərkəzi kimi fəaliyyət göstərmək istədiyi binaya getmiş və həmin gün saat 19 radələrində oradan çıxaraq yaşadığı ünvana getmişdir. İcarəyə götürdüyü bina üç mərtəbə və bir zirzəmidən ibarətdir. Səhəri gün, yəni 21 aprel 2021-ci il tarixdə saat 09 radələrində “Buta” tədris mərkəzi kimi fəaliyyət göstərmək üçün icarəyə götürdüyü binaya gedən zaman binanın giriş qapısının kilidini sınmış vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez içəri daxil olmuş və binanın mərtəbələrini gəzə-gəzə üçüncü mərtəbəyə qalxmışdır. Həmin vaxt o, üçüncü mərtəbədə olan dolabın siyirməsində saxladığı 1 ədəd 300 manat dəyərində “Samsug” markalı, 1 ədəd 250 manat dəyərində “Huavei” markalı və 40 manat dəyərində “Nokia” markalı mobil telefonların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, binanın birinci mərtəbəsinə düşən zaman orada binanın zirzəmisinin açarının yerində olmadığını görüb tez zirzəmiyə düşmüşdür. Həmin vaxt o, zirzəminin qapısının açıq vəziyyətdə olduğunu və orada olan kiçik ölçülü 200 manat dəyərində dəmir seyfin yerində olmadığını aşkar etmişdir. Həmin seyfin içərisində 1 ədəd 200 manat dəyərində qızıldan kişi üzüyü, 5 ABŞ dolları və hazırda işləməyən rus rublu olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxslər yuxarıda göstərdiyi əşyaları oğurlamışlar. Buna görə də, Xətai RPİ-nin 35-ci PB-nə hadisə barədə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Bundan sonra polis əməkdaşları icarəyə götürdüyü binadan oğurlanmış seyfi aşkar edərək ona qaytarsalar da, həmin seyf istifadəyə yararsız olduğu üçün tullamışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 998 manat maddi ziyan dəymişdir. İcarəyə götürdüyü ünvan 8 ünvanında yerləşən binadan oğurlanmış “Samsung”, “Huavei” və “Nokia" markalı mobil telefonların üzərində heç bir mobil nömrə olmamışdır. O, həmin mobil telefonları gələcəkdə tədris mərkəzi kimi fəaliyyət göstərmək üçün almışdır. Hal-hazırda ziyanın ödənildiyini, təqsirlənsirilən şəxslər ilə barışdığını, onlara qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən dostu Dmitriy İsxakovla birlikdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb orada «Dİ studio» gözəllik salonunu işlətmişdir. 13.02.2021-ci il tarixdə səhər saat 09 radələrində salonda xadimə işləyən Şahid1 ona zəng edərək salonun giriş qapısının aralı vəziyyətdə olduğunu, salonda olan iş masasının siyirmələrinin isə açıq vəziyyətdə olduğunu bildirmişdir. O, Naziləyə heç nəyə əl vurmamağı tapşırmışdır. Sonra isə dərhal idarə etdiyi avtomobillə iş yerinə getmişdir. Salona çatan kimi hadisə ilə bağlı ərazinin sahə inspektoruna zəng edib məlumat vermişdir. O, salonun içərisinə keçərək kassa aparatının yerləşdiyi masaya yaxınlaşmışdır. Siyirmədə saxladığı pullar yerində olmamışdır. İş masasının alt rəfində isə saxladığı qiyməti 600 manat olan bir ədəd «Samsung» markalı, «A51» modelli mobil telefon yerində olmamışdır. Həmin mobil telefon iş telefonudur. Üzərində 077 *** ** ** saylı mobil nömrə olmuşdur. Nömrənin balansında pul olmamışdır. Nömrənin qiyməti isə 15 manat olmuşdur. Mobil telefondan və 1184 manat puldan başqa heç bir əşya və ya pul oğurlanmamışdır. Hadisə nəticəsində ona 1784 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, 17.03.2021-ci il tarixdə saat 20:00-da salonu bağlayıb evə getmişdir. 18.03.2021-ci il tarixdə səhər saat 09 radələrində salonda xadimə işləyən Şahid1 ona zəng edərək salonun giriş qapısının aralı vəziyyətdə olduğunu, salonda olan iş masasının siyirmələrinin isə açıq vəziyyətdə olduğunu bildirmişdir. O, Naziləyə heç nəyə əl vurmamağı və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verməsini tapşırmışdır. Sonra isə dərhal idarə etdiyi avtomobillə iş yerinə getmişdir. Salona çatan zaman hadisə yerinə polis əməkdaşlarının gəldiyini və araşdırma apardıqlarını görmüşdür. O, salonun içərisinə keçmiş və kassa aparatının yerləşdiyi masaya yaxınlaşmışdır. Salonda heç bir dağıntı olmamışdır. Masanın siyirmələri açıq vəziyyətdə olmuşdur. Siyirmədə saxladığı 350 manat məbləğində pulun və masanın üzərində olan 150 manat dəyərində olan bir ədəd «Samsung» markalı, «A01 core» modelli mobil telefon oğurlandığını aşkar etmişdir. Həmin mobil telefon iş telefonu olmuşdur. Üzərində 077 *** ** ** saylı mobil nömrə olmuşdur. Nömrənin balansında pul olmamışdır. Nömrənin qiyməti isə 15 manat olmuşdur. Hadisə nəticəsində ona 515 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra dəymiş ziyanın ödənilmədiyini qeyd edərək təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının 18-dən Bakı şəhəri, Xətai rayonu, 8-ci Zavod küçəsində yerləşən parkda olan “Noğul” adlı restoranda menecer vəzifəsində işləyir. Həmin restoranda müxtəlif növ yeməklər və spirtsiz içkilər satılır. Restoranın mühafizə xidməti yoxdur, belə ki, parkın nəzarətçisi vardır. Restoranın hər bir tərəfində müşahidə kameraları vardır və 24 saat restoran kameralarla müşahidə olunur. 26 mart 2021-ci il tarixdə saat 23 radələrində restoranda işləyən şəxslər işlərini yekunlaşdırıb çıxıb getmişlər. O da özünə məxsus olan 2430 manat pulu restoranın kassasının altında olan siyirmənin içərisinə qoyub restoranı bağlayıb çıxıb getmişdir. Səhəri, gün yəni 27 mart 2021-ci il tarixdə işə getmişdir. Restoranın qarşısına çatdıqda giriş qapısının açıq olmasını görmüşdür. Qapıya baxdıqda qapının kilidinin sındırılmasını aşkar etmişdir. İçəri daxil olub siyirməni açdıqda orada olan 2430 manat pul vəsaitinin oğurlanmasını müəyyən etmişdir. Pul ona məxsus olsa da o, dərhal rəhbərliyə zəng edərək bu barədə bildirmişdir. O, həmin günü müşahidə kameralarına baxdıqda görmüşdür ki, bir nəfər şəxs restorana daxil olur və siyirmədən pulları oğurlayıb çıxıb gedir. Həmin şəxsin əynində ağ rəngli şalvarı və gödəkcəsi, başında papağı, üzündə isə tibbi maskası olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2430 manat maddi ziyan dəymişdir. Daha sonra dəymiş ziyanın ödənilməməsini qeyd edərək təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmişdir. Onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Bal” adlanan mağazanı icarəyə götürmüşdür. Həmin mağazanın sahibi ilə müqaviləsi vardır və buna görə VÖEN-i olmaqla dövlətə vergidə ödəyir. Mağazada müxtəlif növ ərzaq, tütün məmulatları, sərinləşdirici içkilər və digər əşyalar satılmış, mağazada özündən başqa heç kim işləməmiş, belə ki, mağazada satıcı kimi özü olur. Mağazanın mühafizəçisi olmamış, lakin mağaza 24 saat hər bir tərəfdən kameralarla müşahidə olunmuşdur. Mağazanın iki qapısı olmuş, bir qapı müştərilərin daxil olması üçün ön tərəfdə giriş, digəri isə daima bağlı olan arxa qapısıdır. Hər gün saat 07 radələrində mağazanı açmış və axşam saat 20 radələrində mağazanı bağlamışdır. 10 oktyabr 2020-ci il tarixdə həmişə olduğu kimi mağazanı saat 20 radələrində bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün saat 07 radələrində evdən çıxaraq mağazaya gəlmişdir. Mağazanın giriş qapısını yaxınlaşdıqda görmüşdür ki, çöl şüşə qapısının qıfılı açılmışdır. Məlum olmuşdur ki, mağazaya kənar şəxslər daxil olmuşdur. Dərhal mağazanın içərisinə daxil olub ərzaqları və digər əşyaları yoxlamışdır. Həmin vaxt aşkar etmişdir ki, mağazadan kassadan 500 manat pul oğurlanmışdır. Mağazanın içərisində olan vitirindən isə ümumilikdə dəyəri 800 manat təşkil edən 25 ədəd “Kent 4” markalı, 20 ədəd “Sobranie” markalı, 11 ədəd “Classic” markalı, 15 ədəd “Winston” markalı, 10 ədəd “LD” markalı, 17 ədəd “Kingston” markalı, 15 ədəd “Kent 1” markalı, 20 ədəd “PallMall” markalı və 20 ədəd “Want” markalı siqaretlərində oğurlanmışdır. Mağazada olan müşahidə kameralarına baxdıqda iki nəfər tanımadığı cavan oğlanlar mağazadan oğurluq etməsini görmüşdür. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra mağazaya polis əməkdaşları gəlmiş və iştirakı ilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Bu barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşları mağazada olan müşahidə kameralarındakı görüntüləri diskə köçürərək götürmüşdür. Mağazadan oğurlanmış 500 manat pul və siqaretlər özünə məxsus olmuşdur. Belə ki, siqaretləri satmaq üçün almışdır. 500 manat pul isə bir neçə gün ərzində mağazada satılan mallara görə yığılmış pul olmuşdur. Mağazadan yalnız qeyd etdiyi siqaretlər və 500 manat pul oğurlanmışdır. Mağazadan başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş hadisə nəticəsində ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Belə ki, cinayət yolu ilə 500 manat pul və 800 manat dəyərində qeyd etdiyi siqaretlər oğurlanmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, “Mələklər” Tədris mərkəzinin təsisçisidir və həmin tədris mərkəzi məktəbə qədər hazırlıq, həmiçinin dil kursları və abituriyentlərin hazırlığı fəaliyyətini həyata keçirir. Vergi orqanlarında fərdi sahibkar kimi dövlət qeydiyyata almışdır. Tədris mərkəzi ünvan 11 ünvanda yerləşir. Həmin tədris mərkəzi həftə içi hər gün işləyir, işçilər tərəfindən səhər saatlarında açılır və axşam saat 20 radələrində bağlanır. 23 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində tədris mərkəzinin inzibatçısı X2 mobil telefon vasitəsilə bildirdi ki, tədris mərkəzinin binasına naməlum şəxslər daxil olmuş və oradakı şkafın içərisindəki dəmir qabdan 7043 manat pul oğurlamışlar. Övladının xəstə olması ilə əlaqədar oraya gedə bilməmişdir. 02 noyabr 2020-ci il tarixdə tədris mərkəzinə getmişdir. Orada mərkəzə quraşdırılmış təhlükəsizlik kameralarının yaddaşına baxış keçirmişdir. Həmin vaxt müəyyən etmişdir ki, iki nəfər cavan oğlan mərkəzin dəmir barmaqlığı olmayan plastik pəncərəsini açaraq bir başa şkafa yaxınlaşırlar. Həmin şəxslərdən biri əlində hansısa alətlə şkafın üst siyirməsini açır və orada olan dairəvi qabın içərisindəki 7043 manat məbləğində pulu götürüb oğurlayırlar. Həmin siyirmə açarla bağlanmışdır. Bundan sonra dərhal oraya gəldikləri yerdən çıxıb gedirlər. Həmin pul təhsil alan şəxslərin valideynləri tərəfindən verilmiş pullar olmuşdur. Hər bir valideyndən aldıqları xidmət haqqı ilə bağlı xüsusi kitabda qeydiyyat aparmışlar. İnzibatçı işləyən Günel oğurlanmış pulun məbləğini həmin kitabdan hesablamışdır. Kitabçanın surətini istintaqa təqdim etmişdir. Oğurlanmış 7043 manat pul özünə məxsus olmuşdur. Tədris mərkəzindən yalnız 7043 manat pul oğurlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri Təqsirləndirilən şəxs2 ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 04.05.2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kazımov küçəsində yerləşən nömrəsiz evdən 21.04.2021-ci il tarixdə ünvan 12 ünvanında yerləşən “Buta Tədris” mərkəzindən oğurlanmış 1 ədəd “Samsung A6” markalı mobil telefon maddi sübut kimi götürülmüşdür (cild 1, iş vərəqə 15-16). İş materiallarında olan 05 may 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, “Samsung A6” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 həmin telefonu rəngindən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir (cild 1, iş vərəqə 56-57). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 14.06.2021-ci il tarixli 9/3160 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, “Samsung” markalı, SM-A600FN/DS model, Vyetnamda istehsal edilmiş mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarm olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 140,00 manat müəyyən olunur (cild 3, iş vərəqə 135-137). İş materiallarında olan 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 qaytarılmış, “Noğul” restəranında baş vermiş oğurluq hadisəsini əks etdirən görüntü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17.10.2020-ci il tarixli 011-10054-1220 saylı məktubdan görünür ki, 11.10.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345 ünvanında vət. Zərərçəkmiş şəxs4 məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 03 ədədinin xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir (cild 2, iş vərəqə 85-87). İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizanın 29.05.2021-ci il tarixli 21/345R nömrəli rəyində göstərilmişdir ki, 21.04.2021 -ci il tarixdə ünvan 13 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus “Buta” tədris mərkəzində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 22 ədəd yapışqan lent və 03 ədəd daktoplyonka kəsikləri üzərlərində olan əl izlərindən 06 ədəd əlbarmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloskopik xəritələri müqaisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət və sol əlinin orta barmağlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizanın 05.05.2021-ci il tarixli 970 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçillik, emosionallıq, tez özündən çıxmaq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla, öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 3, iş vərəqə 130-131). İş materiallarında olan məhkəmə-psixoloji ekspertizanın 05.05.2021-ci il tarixli 972 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Hövsələsizlik, qıcığa qarşı həssaslıq, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs1 tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs1, psixi inkişafı nəzərə alınmaqla, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur (cild 3, iş vərəqə 132-133). İş materiallarında olan 04 may 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 04 may 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 36-67). İş materiallarında olan 05 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 78-79). İş materiallarında olan 03 may 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 03 may 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 234). İş materiallarında olan 05 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 17). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.04.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 228). İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 228). İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ərizələrindən məlum olur ki, onlara dəymiş ziyan ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxslə barışmamışdırlar. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ərizəsindən məlum olur ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizəsindən məlum olur ki, dəymiş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən tetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, cinayətləri yetkinlik yaşına çatmadığı vaxtda törətdiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində istintaq zamanı bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, ilk məhkumluğunu, yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 istintaq zamanı saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmış “Samsung A6” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş “Noğul” restoranında baş vermiş oğurluq hadisəsini əks etdirən görüntü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmış “Samsung A6” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş “Noğul” restoranında baş vermiş oğurluq hadisəsini əks etdirən görüntü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-368/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-368/2021
10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver