Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-369/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Zərərçəkmiş şəxs küçəsi ev 4-də qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun qızı Şahid2 Bakı şəhərində yerləşən məktəblərin birinə müəllimə vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq 05 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının axırlarında qonşuluğunda yaşayan Eyvaz ilə görüşəndə Eyvaz ona qohumunu Bakı şəhərində yerləşən orta məktəblərin birinə müəllimə kimi işə düzəltmək istədiyini bildirmişdir. O da həmin vaxtı Eyvaza tanışının olduğunu, həmin şəxsin də qohumunun Təhsil Nazirliyində sürücü kimi işlədiyini və onun orada geniş əlaqələri olduğunu bildirmiş, Eyvaza bu barədə danışıb sonra ona xəbər verəcəyini söyləmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Eyvaza qohumunu müəllimə kimi işə düzəldə biləcəyini və bu işin müqabilində 5.000 manat pul lazım olduğunu bildirmişdir. 2021-ci ilin iyun ayının ortalarında o, Eyvaz və Elşad ilə birlikdə Eyvazın yaşadığı Xətai rayonu Zığ yolu 1 saylı evin qarşısında görüşmüşdür. Görüşüb söhbət edən zaman Elşad adlı şəxs öz qızını müəllimə kimi orta məktəblərin birinə müəllimə kimi işə düzəltmək istədiyini bildirmişdir. İlkin görüş zamanı adı çəkilən işin həlli üçün konkret olaraq razılaşmadığına görə söhbət yarımçıq qalmışdır. Bir müddət keçəndən sonra Eyvaz yenidən onunla əlaqə saxlayaraq Elşadın öz qızını müəllimə kimi işə düzəltmək istədiyini bildirmişdir. 05 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda Kombinat adlanan ərazinin yaxınlığında Eyvaz, Elşad və Elşadın oğlu Pərvin ilə görüşmüşdür. Görüşdükdən sonra Eyvaza məxsus avtomobildə əyləşmişlər. Avtomobildə o keçib arxa oturacaqda əyləşmişdir. Elşad pulu çıxarıb Eyvaza vermiş və onu tanıdığını söyləmişdir. Eyvaz da Elşadın yanında elə həmin an pulu ona vermişdir. Razılaşmalarına əsasən Elşadın qızı Nərminə 31 iyul 2021-ci il tarixdə X10 tərəfindən təyin edilmiş müəllimlərin işə qəbulu imtahanında iştirak etdikdən sonra Bakı şəhərində yerləşən orta məktəblərin birinə müəllimə kimi işə düzələcəkmiş. Nərminə 31 iyul 2021-ci ildə imtahanda iştirak etmədiyinə görə onun işə qəbulu mümkünsüz olmuşdur. O, həmin pulu götürdükdən bir müddət sonra şəxsi ehtiyacları yarandığından həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs pulunu geri istədikdə ona ilkin növbədə qızının imtahanda iştirak etmədiyi üçün işə düzələ bilmədiyini söyləmiş, daha sonra onun özünə pulunu qaytaracağını bildirmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəyən zərəri tam olaraq ödəmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, qızı Şahid2 2015-ci il tarixində Azərbaycan Müəllimlər Universitetini bitirmiş və həmin gündən bu günə qədər iş tapa bilmədiyi üçün işsiz olaraq qalmışdır. Qızının arzusu təhsil aldığı ixtisas üzrə Bakı şəhərində yerləşən məktəblərin birinə müəllim kimi işə düzəlmək imiş. Bu məqsədlə qızını Bakı şəhərində yerləşən məktəblərin birinə müəllim vəzifəsinə qoymaq niyyətində olmuş, buna görə ona kömək göstərməsi üçün tanışlarına və qohumlarına məlumat vermişdir. 2021-ci ilin iyun ayının 5-də vəfat etmiş qaynatası X7 yas mərasimində olan zaman həyat yoldaşının xalası oğlu olan Şahid5 ona yaxınlaşmış onunla aralarında olan ümumi söhbətdən sonra qızı Nərminin nə işlə məşğul olmasını soruşmuşdur. Eyvaza qızının universiteti 2015-ci ildə bitirməsinə baxmayaraq, halhazırda işsiz olmasını onu Bakı şəhərində yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltmək niyyətinin olduğunu bildirmişdir. Eyvaz onunla olan danışığı zamanı köməklik edəcəyini, bu işin həll olunması üçün tanışının olduğunu, onun vasitəsi ilə qızı Nərmini işə düzəldəcəyini bildirmişdir. Həmin gün axşam Eyvaz onunla əlaqə saxlayaraq Nərminin işə düzəlməsi üçün tanışı olduğunu həmin tanışının qohumunun təhsil nazirinin sürücüsü olmasını bu işdə onlara köməklik göstərəcəyini bildirmişdir. Eyvaza bu məsələ ilə bağlı üzbəüz danışmaq istədiyini bildirdikdə Eyvaz heç bir problemin olmadığını bildirmişdir. Təxminən 2 həftə sonra yəni 2021-ci ilin iyun ayının ortalarında Eyvazın yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilinə o, həyat yoldaşı Gülparə və qızı Nərmin ilə birlikdə getmişdir. Orada Eyvazla danışdıqdan sonra o, tanışı olan Təqsirləndirilən şəxs zəng vuraraq onu görüşməsi üçün yaşadığı evin yaxınlığına dəvət etmişdir. Bir qədər sonra Rövşən həmin ünvana yaxınlaşmışdır. Onunla görüşən zaman Eyvazdan Rövşəni haradan tanıması barədə soruşmuş o, Rövşənin onun ailəvi tanışı olmasını bildirmişdir. Rövşənlə danışan zaman həyat yoldaşı Gülparə Rövşəndən işin necə həll olunacağını soruşmuş bu zaman Rövşən narahat olmamağını işin tam olaraq qanuni olacağını hətta qızının imtahana belə gedəcəyini bildirmişdir. O, Rövşəndən işin həll olunması üçün ona nə qədər pul verməli olduğunu soruşmuşdur. O isə özünə məxsus olan mobil telefonu çıxardaraq kiməsə zəng vurmuşdur. Bir qədər danışdıqdan sonra özünün ona zəng edəcəyini bildirib qızının anket məlumatlarını götürüb onlarla sağollaşaraq oradan uzaqlaşmışdır. 03 iyul 2021-ci il tarixdə həyat yoldaşı Gülparə və qızı Nərmin xəstəxanada olan zaman Eyvaz Gülparəyə zəng vuraraq işin həllini tapması üçün 7000 (yeddi min) manat pulun lazım olmasını bildirmişdir. Bundan sonra Gülparə digər qızı Ayselə zəng vurmuş bankdan 7000 manat pul çıxartmağın lazım olmasını bildirmişdir. Daha sonra təkrarən Eyvaz Gülparəyə zəng vuraraq 7000 manat yox 6000( altı min) manatın lazım olduğunu söyləmişdir. 05 iyul 2021-ci il tarixdə qızı Şahid4 "xxxx" bankdan 6000 manat pulu kreditə götürərək ona vermişdir. Həmin gün pulu götürdükdən sonra Eyvazla əlaqə saxlamış və o pulu bu gün ona çatdırmağını istəmişdir. 05 iyul 2021-ci il tarixdə saat 21 radələrində oğlu Şahid3 ilə birlikdə Eyvazla görüşüb pulu ona çatdırmaq üçün Bakı şəhəri, Xətai rayonu, “Nargilə” dairəsinin yaxınlığında yerləşən Zığ şosesi 15 ünvanında Eyvazla görüşmüş və ona məxsus olan “Mercedes” markalı avtomobilə əyləşmişdir. Avtomobildə olan zaman Eyvaz Rövşənə zəng vurmuş və yanına çağırmışdır. Eyvaz, ilk növbədə Rövşənə 5000 manatı verməyini qalan 1000 manatı isə sonra verəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra Rövşən də həmin ünvana yaxınlaşmış və avtomobilin arxa oturacağına əyləşmişdir. Onunla salamlaşdıqdan sonra Eyvaz ona pulu sayaraq Rövşənə verməyini bildirmişdir. O, 5000 manat pulu sayıb Rövşənə vermişdir. Rövşən pulu götürdükdən sonra Eyvaz ona bu işdə hər hansı bir problem olacağı halda cavabdehin onun özü olacağını bildirmişdir. Bundan sonra onlar sağollaşmış və yaşadıqları ünvana getmişdirlər. Bir müddət keçdikdən sonra qızı Şahid2 səhhəti ilə bağlı problemi yaranması səbəbi ilə “İnternational” xəstəxanasında yatılı olaraq müalicə alırmış. Elə bu səbəbdən Rövşənin onlara demiş olduğu 31 iyul 2021-ci il tarixindəki imtahana gedə bilməmişdir. Rövşən və Eyvazdan qızının işi ilə bağlı maraqlanan zaman onlar qızının 31 iyul 2021-ci il tarixdəki imtahana girə bilməməsi səbəbindən işinin alınmadığını bildirmişdir. Eyvaza zəng vurub işinin alınmadığı üçün pulunu geri istədikdə Eyvaz və Rövşən pulu işə düzəlməsi üçün lazımi olan adamlara verdiklərini və ondan geri ala bilmədiklərini bildirmişdir. Daha sonra bir neçə dəfə də Rövşənlə əlaqə saxlasada Rövşən pulunu qaytarmamış və əlində ona pulu verməyi ilə bağlı heç bir sübutun olmadığını bildirmişdir. Bundan əlavə olaraq mülki iddiaçı X9 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyandan tam olaraq 5000 (beş min) manatını ödəyib. O, bankdan qızı Şahid4 adına götürdüyü kreditin faizi olan 900 (doqquz yüz) manat pulun təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs şikayətçidir, mülki iddiasının təmin edilməsini və təqsirləndiriən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində qeyd etmişdir ki, bacısı Şahid2 2015-ci il tarixində Azərbaycan Müəllimlər Universitetini bitirmiş və həmin gündən bu günə qədər iş tapa bilmədiyi üçün işsiz olaraq qalmışdır. Onun arzusu təhsil aldığı ixtisas üzrə Bakı şəhərində yerləşən məktəblərin birinə müəllim kimi işə düzəlmək idi ki, bunu da ailə üzvlərinə bildirmişdi. Atası Zərərçəkmiş şəxs onu işə düzəltmək üçün tanışlara və qohumlara da məlumat vermişdir. Anasının xalası oğlu olan Şahid5 bunu bilirmiş hətta əksər məclislərdə bacısıyla rastlaşan zaman “narahat olma, dayın səni işə düzəldəcək” deyirmiş. 2021-ci ilin iyun ayının 5-də babası X7 yas mərasimində olan zaman Şahid5 atası Zərərçəkmiş şəxs yaxınlaşmış onunla aralarında olan ümumi söhbətdən sonra bacısının nə işlə məşğul olduğunu soruşmuşdur. O, da universiteti 2015-ci ildə bitirməsinə baxmayaraq hal-hazırda işsiz olduğunu onu Bakı şəhərində yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltmək niyyətinin olduğunu bildirmişdir. Eyvaz atasıyla olan danışığı zamanı onlara köməklik edəcəyini bu işin həll olunması üçün tanışının olduğunu onun vasitəsi ilə bacısını işə düzəldəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra 2021-ci ilin iyun ayının ortalarında bacısı Nərmin atası Elşad və anası Gülparə ilə birlikdə Eyvazın yaşadığı ünvana getmiş orda Eyvazın tanışı olan Rövşən adlı şəxslə bu məsələ barədə danışmışlar hətta Rövşən ailə üzvlərinə narahat olmamalarını işin tam qanuni şəkildə həll olunacağını bildirmişdir. 03 iyul 2021-ci il tarixdə bacısı Nərminin səhhətində yaranmış problemlər ilə əlaqədar olaraq xəstəxanada olan zaman Eyvaz anasına zəng vuraraq Nərminin işə düzəlməsi üçün 7000 manat lazım olduğunu söyləmiş və anası ona zəng vuraraq bankdan 7000 manat pul çıxarmağın lazım olduğunu söyləmişdir. Daha sonra Eyvaz anasına yenidən zəng vuraraq lazım olan məbləğin 7000 manat deyil 6000 manat olduğunu demişdir. O, 05 iyul 2021-ci il tarixdə "xxxx" bankdan 6000 manat pulu kreditə götürərək atası Elşada vermişdir. Atası həmin gün Eyvazla əlaqə saxlamış qardaşı Pərvinlə birlikdə Rövşənlə görüşməyə getmişdir. Atası pulu Rövşənə verdikdən sonra bacısı Nərmin “miq.az” saytında qeydiyyatdan keçmişdir. Qeydiyyat zamanı imtahanın 31 iyul 2021-ci il tarixdə olacağı müəyyən olunmuşdur. Bir müddət keçdikdən sonra bacısının səhhətində problem yaranması səbəbi ilə “İnternational” xəstəxanasında yatılı olaraq müalicə alırmış. Elə bu səbəbdən Rövşənin onlara demiş olduğu 31 iyul 2021-ci il tarixindəki imtahana gedə bilməmişdir. Onlar Eyvaza zəng vurub işin alınmadığı üçün pulu geri istədikdə Eyvaz və Rövşən pulu işə düzəlməsi üçün lazımi olan adamlara verdiklərini və ondan geri ala bilmədiklərini bildirmişdir. Daha sonra bir neçə dəfə də Rövşənlə əlaqə saxlasalarda Rövşən pulu qaytarmamış ona pulu vermələri ilə bağlı heç bir sübutun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1, Şahid2 və Şahid3 digər Şahid4 ilə oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsini təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıqızı olan Şahid1 həyat yoldaşıdır, onunla təxminən 30 ilə yaxındır ki, münasibəti olmuşdur. Zərərçəkmiş şəxs qızı olan Şahid2 2015-ci il tarixində Azərbaycan Müəllimlər Universitetini bitirdiyini və həmin gündən bu günə qədər iş tapa bilmədiyi üçün işsiz olaraq qaldığını bildirmiş, qızını Bakı şəhərində yerləşən məktəblərin birinə müəllim kimi işə düzəltmək istəyini söyləmişdir. 2021-ci ilin iyun ayının 5-də X7 yas mərasimində olan zaman Zərərçəkmiş şəxs onunla yenidən bu barədə söhbət etmiş və qızını Bakı şəhərində yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltmək niyyətinin olduğunu bildirmişdir. Həmin zaman ona bu işlə maraqlanıb bir xəbər verəcəyini bildirmişdir. Yaşadığı məhəllədə qonşusu olan Təqsirləndirilən şəxsla söhbət edən zaman Rövşən ona təhsil nazirliyində qohumunun sürücü işlədiyini orada köməklik edə biləcəyi məsələ varsa onun əli ilə köməklik göstərə biləcəyini bildirmişdir. Ona tanışının olduğunu bu məsələ ilə bağlı onlara köməklik göstərilməsini xahiş etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona 7000 manat pulun lazım olduğunu bu puldan 5000 manatının işin düzəlməsi məqsədi ilə göndəriləcəyini qalan 2000 manatının isə öz aralarında bərabər şəkildə bölə biləcəklərini söyləmişdir. Ona öz növbəsində ona pulun lazım olmadığını işə düzəltmək istədiyi adamın yaxın qohumu olduğunu işinin düzəlməsi üçün Rövşənə lazım olan pulu deməsini işə düzələcəyi halda isə ona əlavə pulun da veriləcəyini söyləmişdir. O da köməklik göstərə biləcəyini demişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarında qohumu olan Zərərçəkmiş şəxs yaşadığı ünvana qızı Nərmin və həyat yoldaşı Gülparə ilə gəlmişdir. Onlara Rövşən barədə məlumat vermiş və onu çoxdan tanıdığını bildirmişdir. Rövşənin istifadəsində olan mobil nömrəyə zəng vuraraq onu yaşadığı ünvanın qarşısına çağırmışdır. Orada qohumları ilə birlikdə Rövşənlə söhbət etmiş bu zaman Rövşən onlara narahat olmamalarını işin həll olunmasında köməklik göstərəcəyini bildirmişdir. Həmin söhbət əsnasında Elşad Rövşəndən bu işin həlli üçün nə qədər pul lazım olduğunu soruşduqda Rövşən mobil telefonu ilə kiməsə zəng vurmuş bir az danışdıqdan sonra özünün xəbər verəcəyini bildirmiş və qızın anket məlumatlarını götürmüşdür. Daha sonra o Gülparəyə zəng vuraraq işin düzəlməsi üçün 6000 manat pulun lazım olduğunu söyləmişdir. 2021-ci ilin iyul ayının 5-də Elşad zəng vuraraq həmin pulu bankdan kredit şəklində qızı Ayselin götürdüyünü Rövşənlə görüşmək istədiyini söyləmişdir. Həmin gün Elşad oğlu Pərvinlə birlikdə onunla ünvan 5 ünvanın yaxınlığında təxminən saat 21 radələrində idarə etdiyi “Mercedes” markalı **-RA- *** dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüşdür. Həmin zaman Elşada Rövşənə 5000 (beş min) manat pul verməsini qalan pulu isə özündə saxlamasını iş düzəldikdən sonra Rövşənə zəhmət çəkdiyi üçün verəcəklərini söyləmiş və Rövşənə zəng vurub onu yanlarına çağırmışdır. Təxminən 20 dəqiqə sonra Rövşən yanlarına gəlmiş avtomobilin arxa qapısını açıb içəridə əyləşmişdir. Bundan sonra o Elşada bildirmişdir ki, Rövşənə çatası olan pulu versin. Rövşən Elşaddan pulu götürdükdən sonra Rövşəndən pulu saymasını təiəb etmiş Rövşən pulu sayıb cibinə qoyduqdan sonra işi həll edəcəyini heç bir narahatçılıq olmadığını özünün iş üzrə cavabdeh olmasını söyləmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onun qızını işə düzəldə bilməmiş və həmin pulu mənimsəmişdir. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs verməsi üçün 250 (iki yüz əlli) manat pul vermişdir, o da həmin pulu Elşadın oğluna vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( i.v. 1); Xətai RPİ-yə Zərərçəkmiş şəxs tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun qızını işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək pulunu dələduzluq yolu ilə ələ keçirmişdir (i.v. 8); baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru X3, hal şahidləri X6, X2 iştirakları ilə vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, vətəndaş Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayının əvvəllərində qohumu Şahid5 vasitəsilə tanıdığı Rövşən adlı şəxsə qızı Nərmini Bakı şəhərində orta məktəblərin birində müəllimə kimi işə düzəltmək üçün 5000 manat pulu Zığ yolu 15 saylı ünvanın qarşısında vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir ( i.v. 11-12); xx.xx.2018-ci il tarixdə Təbriz 102 ünvanında yerləşən “Nərimanov” istirahət parkının qarşısında Təqsirləndirilən şəxs 3000 ABŞ dolları pul vermişdir. Baxış təbii işıqlanma şəraitində keçirildi. Baxış zamanı 02 ədəd fotoşəkil çəkildi ( İİİ cild, i.v. 3-4); Cinayət işinin başlanmasını rədd etmək haqqında 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178-ci maddəsilə cinayət işinin başlanması rədd edilmişdir ( i.v. 38-43); Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək materialın əlavə araşdırmaya göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılmış material üzrə Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis baş leytenantı Ceyhun Əsgərovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək həmin material əlavə araşdırma aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir ( i.v. 46-47); İş materiallarında olan CC/54512/81/28 nömrəli, 05 iyul 2021-ci il tarixli kredit sazişindən görünür ki, Şahid4 ilə "xxxx" ASC arasında 36 ay müddətinə illik 20% olmaqla 6300 (altı min üç yüz) manat məbləğində kredit sazişi bağlanmışdır (i.v. 55-58); Cinayət işinin icraata qəbul edilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-in müstəntiqi Həsənbəy Şərifovun icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır ( i.v. 59); Cinayət işinin icraata qəbul edilməsi haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-in müstəntiqi Hüseyn Novruzlunun icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 69); Xətai RPİ-yə Zərərçəkmiş şəxs tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oona qarşı dələduzluq edərək ümumilikdə 5000 (beş min) manatını mənimsəmişdir (i.v. 71); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 72); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanununa əsasən CM-in 73.1-1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan və cinayət məsuliyyətindən azad edilmişdir ( i.v. 109-110); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-150/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15% pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2017-ci il tarixdən 11 mart 2017-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 03 (üç) gün islah işlərinə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla üzərində, qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılmışdır ( i.v. 111-118); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur ( i.v. 128); Qətimkan tədbirinin seçilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 143); Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində X4 və X1 ilə iki və ya daha çox şəxsin qabaqcadan razılaşaraq birgə iştirakı ilə törədilməsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312 və 310-cu maddələrinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu, baxış keçirilməsi haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilmişdir ( i.v. 147-153); İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin ******************** hesab nömrəsinə müxtəlif məbləğlərdə (ümumilikdə 5000 (beş min) manat) ödəniş olunmuşdur; İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Həsənov Riyad adlı və xx.xx.2009-cu il təvəllüdlü Həsənov Rinat adlı yetkinlik yaşına çatmayan iki övladı vardır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Şahid1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onlara dəymiş ziyan tam olaraq 5000 (beş min) manat ödənilib. Bankdan qızları Şahid4 adına götürdükləri kredit faizi olan 900 (doqquz yüz) manat pulun ödənilməsini tələb edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını (CM-59.1.4), törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə bankdan qızları Şahid4 adına götürdükləri kredit faizi olan 900 (doqquz yüz) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsassız olduğundan və təmin edilməməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə iş üzrə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmiş, ona ziyan vurmuş, daha sonra isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam olaraq ödəmişdir. Hazırda isə zərərçəkmiş şəxsin mülki iddia ərizəsində mübahisələndirdiyi kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinin tərəfi zərərçəkən şəxs deyil, başqa şəxsdir. Belə ki, həmin kredit müqaviləsi zərərçəkmiş şəxslə bank arasında deyil, digər şəxs Şahid4 ilə "xxxx" ASC arasında bağlanmışdır. Zərərçəkmiş şəxs sözügedən müqavilənin tərəfi olmadığından, məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ yaranmır. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Bundan əlavə olaraq, iş materialları ilə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə vermiş olduğu 5000 (beş min) manat məbləğində pulun həqiqətən də Şahid4 "xxxx" ASC-dən kredit olaraq götürdüyü pul olması təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası rədd edildiyindən onun tərəfindən ödənilmiş 52,40 (əlli iki manat qırx qəpik) məbləğində dövlət rüsumu Zərərçəkmiş şəxs özünə aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia rədd edilsin. Mülki iddia tələbi rədd edildiyindən mülki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-369/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-369/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver