Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-369/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1987-ci ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 10, mənzil 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1994-cü ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, 24 avqust 1996-cı ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun təklifi ilə dam örtüklərinin quraşdırılması üçün usta işlədikləri Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsində Zərərçəkmiş şəxs məxsus nömrəsiz ünvanda 2 mərtəbəli fərdi yaşayış evinin giriş qapısının açarının ona etibar edilməsindən istifadə edib 23 fevral 2023-cü il tarixdə saat 23 radələrində həmin açarla giriş qapısını açaraq evə daxil olmuş və aralarında olan vəzifə bölgüsünə əsasən o, otaqlarda olan 1 ədədinin dəyəri 22 manat - cəmi 286 manat dəyərində üzərində «техниколы» yazıları olan 5-lik, kvadrat formalı 4,9 m2 ölçülü 13 bağlama daş yun, 1 ədədinin dəyəri 17 manat - cəmi 85 manat dəyərində üzərində «Knauf» yazıları olan 3-lük, yumru formalı, 15 m2 ölçülü 5 bağlama daş yun və 1 ədədinin dəyəri 7 manat 50 qəpik - cəmi 30 manat dəyərində üzərində «Mahmud Topçu» yazıları olan, 5-lik, 7,5 m2 ölçülü 4 qutu penoplastdan ibarət ümumi dəyəri 401 (dörd yüz bir) manat təşkil edən istilik izolyasiya sistemi avadanlıqlarını həyətdə dayanmış Təqsirləndirilən şəxs3 ötürmüş, sonuncu isə həmin avadanlıqları Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid2 idarə etdiyi «Mercedes 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirdikdən sonra qonşu Şahid1 hadisə yerinə gəlməsi nəticəsində oradan qaçıb gizlənməklə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə 401 (dörd yüz bir) manat miqdarında əmlakı oğurlamağa cəhd etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 təklifi ilə dam örtüklərinin quraşdırılması üçün usta işlədikləri Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsində Zərərçəkmiş şəxs məxsus nömrəsiz ünvanda 2 mərtəbəli fərdi yaşayış evinə 23 fevral 2023-cü il tarixdə saat 23 radələrində daxil olaraq aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 otaqlarda olan 1 ədədinin dəyəri 22 manat - cəmi 286 manat dəyərində üzərində «техниколы» yazıları olan 5-lik, kvadrat formalı 4,9 m2 ölçülü 13 bağlama daş yun, 1 ədədinin dəyəri 17 manat - cəmi 85 manat dəyərində üzərində «Knauf» yazıları olan 3-lük, yumru formalı, 15 m2 ölçülü 5 bağlama daş yun və 1 ədədinin dəyəri 7 manat 50 qəpik - cəmi 30 manat dəyərində üzərində «Mahmud Topçu» yazıları olan, 5-lik, 7,5 m2 ölçülü 4 qutu penoplastdan ibarət ümumi dəyəri 401 (dörd yüz bir) manat təşkil edən istilik izolyasiya sistemi avadanlıqlarını həyətdə dayanmış Təqsirləndirilən şəxs3 ötürmüş, sonuncu isə həmin avadanlıqları özünün vasitəsilə Şahid2 idarə etdiyi «Mercedes 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirdikdən sonra qonşu Şahid1 hadisə yerinə gəlməsi nəticəsində oradan qaçıb gizlənməklə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə 401 (dörd yüz bir) manat miqdarında əmlakı oğurlamağa cəhd etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 təklifi ilə dam örtüklərinin quraşdırılması üçün usta işlədikləri Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsində Zərərçəkmiş şəxs məxsus nömrəsiz ünvanda 2 mərtəbəli fərdi yaşayış evinə 23 fevral 2023-cü il tarixdə saat 23 radələrində daxil olaraq aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 otaqlarda olan 1 ədədinin dəyəri 22 manat - cəmi 286 manat dəyərində üzərində «техниколы» yazıları olan 5-lik, kvadrat formalı 4,9 m2 ölçülü 13 bağlama daş yun, 1 ədədinin dəyəri 17 manat - cəmi 85 manat dəyərində üzərində «Knauf» yazıları olan 3-lük, yumru formalı, 15 m2 ölçülü 5 bağlama daş yun və 1 ədədinin dəyəri 7 manat 50 qəpik - cəmi 30 manat dəyərində üzərində «Mahmud Topçu» yazıları olan, 5-lik, 7,5 m2 ölçülü 4 qutu penoplastdan ibarət ümumi dəyəri 401 (dörd yüz bir) manat təşkil edən istilik izolyasiya sistemi avadanlıqlarını həyətdə dayanmış ona ötürmüş, o isə həmin avadanlıqları Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid2 idarə etdiyi «Mercedes 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirdikdən sonra qonşu Şahid1 hadisə yerinə gəlməsi nəticəsində oradan qaçıb gizlənməklə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə 401 (dörd yüz bir) manat miqdarında əmlakı oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 23 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində Hüseynə məxsus evdə Qulu və Rövşənlə birlikdə çalışıb həmin günkü işlərini yekunlaşdırmışdırlar. Daha sonra taksi avtomobili ilə birlikdə yaşadıqları ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə gəlmişdirlər. Evdə olarkən o, Qulu və Rövşənin üzərində pul olmadığına görə həmin gün üçün ərzaq məhsulları ala bilməmişdirlər. Bir qədər düşündükdən sonra Qulu və Rövşənə Hüseynə məxsus evdə dam örtüyünün quraşdırılması və içərisinin istilik izolyasiya işlərinin görülməsi ilə bağlı bütün işlərini 1-2 gün içərisində yekunlaşdıra biləcəklərini bildirib işlərini yekunlaşdırdıqdan sonra əlavə daş yun və penoplast avadanlıqları qalacağını, onları da satmaqla pul əldə edə biləcəklərini bildirmişdir. Qulu və Rövşən də onunla razılaşıb həmin avadanlıqları evdən götürüb satmağa razılıq vermişdirlər. Evin açarı onda olduğundan rahatlıqla evə daxil olub həmin avadanlıqları götürəcəklərini qərarlaşdırmışdırlar. Bundan sonra həmin avadanlıqların daşınması üçün yük avtomobilinə ehtiyac olmasını düşünüb Dərnəgül bazarından tanıdığı istifadəsində yük avtomobili olan Yaməddin adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı Yaməddinə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən evdən daş yun və penoplast kimi istilik sistemi avadanlıqlarının Dərnəgül bazarına aparmaq lazım olduğunu bildirmişdir. Yaməddin də hər hansı bir problem olmadığını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Yaməddin avadanlıqları Xətai rayonu, H.Aslanov qəsəbəsindən Dərnəgül bazarına aparmağa 40 manat məbləğində pula razılaşmışdırlar. Daha sonra o, Qulu və Rövşən birlikdə yaşadıqları evdən çıxıb taksi avtomobili ilə Hüseynə məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişdirlər. Evdən Yaməddinin istifadəsində olan mobil telefonun «Vhatsapp» ani mesajlaşma tətbiqinə evin yerləşdiyi yerin dəqiq koordinatlarını göndərmişdir. Təxminən saat 23 radələrində Yaməddin idarə etdiyi «Mercedes Benz 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Hüseynə məxsus evin qarşısına gəlmişdir. Yaməddinə yaxınlaşıb onunla görüşmüşdür. Həmin vaxt Yaməddin tək olmuş və yanında hər hansı bir şəxs olmamışdır. Yaməddinə avtomobili yolun hərəkət hissəsinin kənarında saxlamasını bildirib üçü birlikdə evin içərisində olan daş yun və penoplast kimi istilik sistemi avadanlıqlarını avtomobilin yük yerinə yükləyəcəklərini bildirmişdirlər. Yaməddin də heç bir etiraz etmədən avtomobilin sükanı arxasına keçib əyləşmişdir. Daha sonra evin içərisinə daxil olub müxtəlif otaqlarda olan həm uzunsov, həm də yumru formalı daş yunların və penoplastların olduğu topları evin həyətinə atmağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən o yükləri evin həyətyanı sahəsində gözləyən Rövşənə atmış, Rövşən də onları avtomobilin yük yerində onları yerləşdirmək üçün dayanmış Quluya çatdırmalı imiş. O daş yun və penoplastların olduğu topları evin həyətyanı sahəsində gözləyən Rövşənə atmışdır. Rövşən də onları aparıb avtomobilin yük yerində gözləyən Quluya vermişdir. Qulu da onları yük yerində səliqəli yerləşdirmişdir. Yaməddin isə sadəcə avtomobilin sükanı arxasında əyləşib gözləmişdir. Evin içərisində olan bütün daş yun və penoplastların olduğu topları Rövşənə atdıqdan sonra özü də evi tərk edib avtomobilə doğru hərəkət etməyə başlamışdır. Evin giriş darvazasından çıxarkən Hüseynin dostunun atası olan və qonşuluqda yaşayan Zülfüqarın evin qarşısından çıxmasını görmüşdür. Bu zaman nə edəcəklərini bilmədən Qulu və Rövşənlə birlikdə əsas yola doğru qaçıb uzaqlaşmışdırlar. Gecə saatlarında yaşadıqları evə gəlmişdirlər. Növbəti gün səhər saatlarında Zülfüqarın onsuz evin sahibi Hüseynə məlumat verəcəyini yəqin edib hər üçü ərazi üzrə Xətai RPİ-nin 37-ci PŞ-yə gedərək törətmiş olduqları əməli səmimi etiraf etmişdirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 23 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində Hüseynə məxsus evdə Elnur və Rövşənlə birlikdə çalışıb həmin günkü işlərini yekunlaşdırmışdırlar. Daha sonra taksi avtomobili ilə birlikdə müvəqqəti yaşadıqları ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə gəlmişdirlər. Evdə olarkən o, Elnur və Rövşənin üzərində pul olmadığına görə həmin gün üçün ərzaq məhsulları ala bilməmişdirlər. Bir qədər düşündükdən sonra Elnur ona və Rövşənə Hüseynə məxsus evdə dam örtüyünün quraşdırılması və içərisinin istilik izolyasiya işlərinin görülməsi ilə bağlı bütün işlərini 1-2 gün içərisində yekunlaşdıra biləcəklərini bildirib işlərini yekunlaşdırdıqdan sonra əlavə daş yun və penoplast avadanlıqları qalacağını, onları da satmaqla pul əldə edə biləcəklərini bildirmişdir. O və Rövşən də Elnurun təklifinin ağlabatan olduğunu düşünüb onunla razılaşmış və həmin avadanlıqları evdən götürüb satmağa razılıq vermişdirlər. Çünki evin açarı Elnurda olduğundan rahatlıqla evə daxil olub həmin avadanlıqları götürə biləcəkdilər. Bundan sonra Elnur tanıdığı bir nəfər yük avtomobilinin sürücüsü ilə danışıb onunla Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsindən Dərnəgül bazarına yük avadanlıqlarını daşımaq üçün 40 manat məbləğində pula razılaşmışdır. Daha sonra o, Elnur və Rövşən birlikdə yaşadıqları evdən çıxıb taksi avtomobili ilə Hüseynə məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişdirlər. Təxminən saat 23 radələrində əvvəllər tanımadığı sonradan adının Yaməddin olmasını bildiyi şəxs idarə etdiyi «Mercedes Benz410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Hüseynə məxsus evin qarşısına gəlmişdir. Yaməddinə yaxınlaşıb onunla görüşmüşdürlər. Həmin vaxt Yaməddin tək olmuş və yanında hər hansı bir şəxs olmamışdır. Elnur Yaməddinə avtomobili yolun hərəkət hissəsinin kənarında saxlamasını bildirib üçü birlikdə evin içərisində olan daş yun və penoplast kimi istilik sistemi avadanlıqlarını avtomobilin yük yerinə yükləyəcəklərini bildirmişdir. Yaməddin də heç bir etiraz etmədən avtomobilin sükanı arxasına keçib əyləşmişdir. Daha sonra Elnur evin içərisinə daxil olub müxtəlif otaqlarda olan daş yunların və penoplastların olduğu topları evin həyətinə atmağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən Elnur yükləri evin həyətyanı sahəsində gözləyən Rövşənə atmış, Rövşən də onları avtomobilin yük yerində səliqəli yerləşdirə bilməyi üçün ona çatdırmışdır. Yaməddin isə sadəcə avtomobilin sükanı arxasında əyləşib gözləmişdir. Elnur və Rövşən evin içərisində olan bütün daş yun və penoplastların olduğu topları ona çatdırmışdırlar. O da onları avtomobilin yük yerində səliqəli yerləşdirmişdir. Elnur avtomobilə yaxınlaşarkən anidən Rövşənlə birlikdə qaçmasını görüb nə baş verməsini anlamadan səs-küyə görə avtomobilin yük yerindən düşüb qaçmağa başlamışdır. Lakin həmin anda özü ilə avtomobilin yük yerindən daş yun və penoplastların olduğu top və ya bağlamalardan hər hansı bir avadanlıq götürməmişdir. Elnur və Rövşənlə birlikdə əsas yola doğru qaçıb uzaqlaşmışdırlar. Gecə saatlarında yaşadıqları evə gəlmişdirlər. Evdə Elnur onu görən şəxsin ev sahibi Hüseynin dostunun atası olmasını və həmin şəxsin qonşuluqda yaşamasını bildirmişdir. Növbəti gün səhər saatlarında Zülfüqarın onsuz evin sahibi Hüseynə məlumat verəcəyini yəqin edib hər üçü ərazi üzrə Xətai RPİ-nin 37-ci PŞyə gedərək törətmiş olduqları əməli səmimi etiraf etmişdirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 23 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində Hüseynə məxsus evdə Elnur və Qulu ilə birlikdə çalışıb həmin günkü işlərini yekunlaşdırmışdırlar. Daha sonra taksi avtomobili ilə birlikdə yaşadıqları ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə gəlmişdirlər. Evdə olarkən o, Elnur və Qulunun üzərində pul olmadığına görə həmin gün üçün ərzaq məhsulları ala bilməmişdirlər. Bir qədər düşündükdən sonra Elnur ona və Quluya Hüseynə məxsus evdə dam örtüyünün quraşdırılması və içərisinin istilik izolyasiya işlərinin görülməsi ilə bağlı bütün işlərini 1-2 gün içərisində yekunlaşdıra biləcəklərini bildirib işlərini yekunlaşdırdıqdan sonra əlavə daş yun və penoplast avadanlıqları qalacağını, onları da satmaqla pul əldə edə biləcəklərini bildirmişdir. O və Qulu da Elnurun təklifinin ağlabatan olduğunu düşünüb Elnurla razılaşmış və həmin avadanlıqları evdən götürüb satmağa razılıq vermişdirlər. Çünki evin açarı Elnurda olduğundan rahatlıqla evə daxil olub həmin avadanlıqları götürə biləcəkmişlər. Bundan sonra Elnur tanıdığı bir nəfər yük avtomobilinin sürücüsü ilə danışıb onunla yük avadanlıqlarını Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsindən Dərnəgül bazarına daşımaq üçün 40 manat məbləğində pula razılaşmışdır. Daha sonra o, Elnur və Qulu birlikdə yaşadıqları evdən çıxıb taksi avtomobili ilə Hüseynə məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişdirlər. Təxminən saat 23 radələrində əvvəllər tanımadığı sonradan adının Yaməddin olmasını bildiyi şəxs idarə etdiyi «Mercedes Benz 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Hüseynə məxsus evin qarşısına gəlmişdir. Yaməddinə yaxınlaşıb onunla görüşmüşdürlər. Həmin vaxt Yaməddin tək olmuş və yanında hər hansı bir şəxs olmamışdır. Elnur Yaməddinə avtomobili yolun hərəkət hissəsinin kənarında saxlamasını bildirib üçü birlikdə evin içərisində olan daş yun və penoplast kimi istilik sistemi avadanlıqlarını avtomobilin yük yerinə yükləyəcəklərini bildirmişdir. Yaməddin də heç bir etiraz etmədən avtomobilin sükanı arxasına keçib əyləşmişdir. Daha sonra Elnur evin içərisinə daxil olub müxtəlif otaqlarda olan daş yunların və penoplastların olduğu topları evin həyətinə atmağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən Elnur yükləri evin həyətyanı sahəsində gözlədiyinə görə ona atmış, o da yükləri avtomobilin yük yerində gözləyən Quluya çatdırmışdır. Qulu da yükləri yük yerində səliqəli yerləşdirmişdir. Yaməddin isə sadəcə avtomobilin sükanı arxasında əyləşib gözləmişdir. O və Elnur evin içərisində olan bütün daş yun və penoplastların olduğu topları çıxarıb avtomobilin yük yerinə çatdırdıqdan sonra evin həyətyanı sahəsindən çıxmışdırlar. Evdən çıxarkən Elnurun anidən qaçmasını görüb nə baş verməsini anlamadan o da qaçmağa başlamışdır. Qulu da avtomobilin yük yerindən çıxıb qaçmağa başlamışdır. O, Elnur və Qulu birlikdə əsas yola doğru qaçıb uzaqlaşmışdırlar. Gecə saatlarında yaşadıqları evə gəlmişdirlər. Evdə Elnur onu görən şəxsin ev sahibi Hüseynin dostunun atası olmasını və həmin şəxsin qonşuluqda yaşamasını bildirmişdir. Növbəti gün səhər saatlarında Zülfüqarın onsuz, evin sahibi Hüseynə məlumat verəcəyini yəqin edib hər üçü ərazi üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə gedərək törətmiş olduqları əməli səmimi etiraf etmişdirlər. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, göstərmişdir ki, Bakı şəhəri. Xətai rayonu, H.Aslanov küçəsi, C.Hacıəliyev küçəsində yerləşən tikilməkdə olan 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinin dam işlərini, yəni dam örtüyünün quraşdırılması və içərisinin izolyasiya işlərinin görülməsini 2-ci Qarabağ müharibəsində könüllü olaraq xidmətdə olarkən tanış olduğu X3 həvalə etmişdir. Belə ki, müharibə başa çatdıqdan sonra Qulu Quliyevlə mütəmadi əlaqə saxlamışdırlar. Həmin vaxt ortaq tanışlarından Qulunun dam ustası olaraq çalışmasını və əl işinin yaxşı olmasını öyrənmişdir. Buna görə də ünvan 3ilməkdə olan fərdi yaşayış evinin dam işlərinin görülməsini ödənişlə həyata keçirmək şərtilə Qulu Quliyevdən xahiş etmişdir. Qulu Quliyev də onunla razılaşmışdır. Bundan sonra 2023-cü ilin yanvar ayının əvvəllərindən etibarən Qulu həmin fərdi yaşayış evinin dam örtüyünün quraşdırılması və izolyasiya işlərinin görülməsi ilə məşğul olmağa başlamışdır. Qulunun hesablaması ilə dam örtüyünün quraşdırılması və izolyasiya işlərinin görülməsi ilə bağlı bütün avadanlıqları öz şəxsi vəsaiti hesabına almışdır. Aralarında olan razılaşmaya əsasən Quluya dam örtüyünün quraşdırılması və izolyasiya işlərinin görülməsinə cəmi 2.400 manat zəhmət haqqı ödəməli imiş. Həmin 2.400 manat məbləğində pulun 1.800 manat hissəsini əvvəlcədən şəxsən Quluya vermişdir. Qulunun yanında ona köməklik edən 2 nəfər qohumu olan Elnur və Rövşən adlı şəxslər çalışmışdır. Evin giriş qapısının və giriş darvazasının açarlarının bir nüsxəsini də ehtiyat üçün Quluya təqdim etmişdir. O özü də hər gün fərdi yaşayış evinə gəlib Qulunun görmüş olduğu işlərə nəzarət etmişdir. 23 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində dostunun atası olan Zülfiqar adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng vuraraq evdə usta olaraq çalışan Qulunun yanında olan Elnur və Rövşən adlı şəxslərlə birlikdə texnoakustik və istilik üçün nəzərdə tutulmuş daş yunu və penoplastı evdən çıxarıb yük avtomobilinə yükləmələrini və yük avtomobili ilə birlikdə evin həyətindən çıxmaq istəyərkən avtomobili saxlaması, lakin Qulunun onu görən kimi yanında olan Elnur və Rövşən adlı şəxslərlə birlikdə qaçmaları barədə məlumat vermişdir. Zülfiqar adlı şəxs tikilməkdə olan fərdi yaşayış evinin yaxınlığında yaşadığından və tikinti sahəsində mütəxəssis olduğundan daim yaşadığı ünvandan hər dəfə evə nəzarət etmək üçün gələ bilmədiyinə görə özünün imkanı olmadığı vaxtlarda ondan evdə aparılan tikinti işlərinə nəzarət etməsini xahiş etmişdir. Buna görə də Zülfiqar Qulu, Elnur və Rövşənin hər üçünü əvvəlcədən tanımışdır. Dərhal yaşadığı ünvandan çıxıb ünvan 3ilməkdə olan fərdi yaşayış evinə yaxınlaşmışdır. Bu zaman artıq hadisə yerində polis əməkdaşlarının olmasını və evin həyətyanı sahəsində dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük avtomobilinin olmasını görmüşdür. «Qazel» markalı yük avtomobilinin içərisində texnoakustik və istilik üçün nəzərdə tutulmuş bir neçə top daş yun və bir neçə qutu penoplastın avtomobilin yük yerin? yüklənmiş vəziyyətdə olmasını görmüşdür. «Qazel» markalı yük avtomobilinin sürücüsü olan şəxs do avtomobilin yanında imiş. Həmin şəxs əvvəllər tanımadığı və görmədiyi, təxminən 45-50 yaşlarında olan şəxs imiş. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə yaxınlaşmışdırlar. «Qazel» markalı yük avtomobili də içərisində olan avadanlıqlarla birlikdə polis şöbəsinə gətirilmişdir. «Qazel» markalı yük avtomobilinin yük yerinə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən daş yunları və penoplastların orada olması müəyyən edilmişdir. Polis şöbəsində hadisə barədə ərizə ilə müraciət etmişdir. Onların hamısı yeni vəziyyətdə olmuş və istifadə olunmamışdır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, ona dəyən zərər ödənilmişdir, onlara qarşı heç bir tələb və şikayəti yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, «Mercedes Benz 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X2 adına sənədləşdirilsə də faktiki olaraq ona məxsusdur. Həmin avtomobili Arzu Cəfərov tərəfindən 11 sentyabr 2009-cu il tarixdə ona verilmiş 70 illik müddətə qüvvədə olan baş etibarnamə əsasında almış və həmin baş etibarnamə əsasında idarə etmişdir. Avtomobillə fərdi qaydada tanıdığı şəxslərdən daxil olmuş sifarişlər əsasında əmlakları aidiyyəti üzrə çatdırmaq üçün sürücülüklə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 1 il müddət olar ki tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 təxminən 3 ay müddətində dayısının Dərnəgül qəsəbəsində yerləşən dam örtüyü avadanlıqları mağazasında işləmişdir. İdarə etdiyi avtomobillə bir neçə dəfə Elnurun dayısının sifarişlərini həyata keçirmişdir. 23 fevral 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində Elnur istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Bakı şəhəri. Xətai rayonu, İİ.Aslanov qəsəbəsində yerləşən evdən daş yun və penoplast kimi istilik sistemi avadanlıqlarının Dərnəgül bazarına aparmaq lazım olduğunu bildirmişdir. Telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən Elnurun demiş olduğu yükləri Xətai rayonu, H.Aslanov qəsəbəsindən Dərnəgül bazarına 40 manat məbləğində pula aparmağa razılaşmışdır. Daha sonra idarə etdiyi «Mercedes Benz 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Yolda olarkən Elnur ona «Vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə gedəcəyi yerin dəqiq koordinatlarım göndərmişdir. O da Elnurun mobil telefonuna göndərdiyi koordinat vasitəsilə təxminən saat 23 radələrində H.Aslanov qəsəbəsində yerləşən tikilməkdə olan fərdi yaşayış evinin qarşısına gəlmişdir. Həmin vaxt Elnur özü ona yaxınlaşıb görüşmüşdür. Həmin vaxt Elnurun yanında tanımadığı daha 2 nəfər cavan oğlan var imiş. Onlar evin içərisində olan daş yun və penoplast kimi istilik sistemi avadanlıqlarını avtomobilin yük yerinə yükləcəyini bildirmişdirlər. Elnur özü evin içərisinə qalxıb avadanlıqları evin həyətinə göndərəcəyini, yanında olan şəxslərdən birinin evin həyətində həmin avadanlıqları qarşılayacağını və digər bir nəfər şəxsin də avtomobilin yük yerində avadanlıqları yerləşdirməsini tapşırmışdır. O da avtomobilin sükanı arxasında əyləşib onları gözləyəcəyini bildirmişdir. Təxminən 20- 25 dəqiqə keçdikdən sonra avtomobilin arxa tərəfindən səs-küy eşidib dərhal avtomobildən düşmüşdür. Bu zaman avtomobilin yük yerində olan tanımadığı şəxsin əsas yola doğru qaçmasını görmüşdür. Həmin vaxt əvvəllər tanımadığı və görmədiyi, təxminən 60-65 yaşlarında olan şəxsin avtomobilin yük yerinə yüklənən avadanlıqların oğlunun dostu olan qarşısında dayandığı fərdi yaşayış evinə məxsus olmasını bildirmişdir. O həmin şəxsə Elnur adlı tanışının vasitəsilə həmin yerə gəldiyini bildirib onun istifadəsində olan mobil nömrəni göstərmişdir. Həmin şəxs də mobil nömrəni görən kimi onun həmin evdə dam ustası olaraq fəaliyyət göstərən Elnura məxsus olmasını bilmişdir. Daha sonra həmin şəxs DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları yük yerində daş yun və penoplastların olduğu «Mercedes» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini də polis şöbəsinə gətirmişdirlər. Elnur daş yun və penoplastları götürdükləri Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən fərdi yaşayış evinin kimə məxsus olması barədə ona hər hansı bir məlumat verməmişdir. Həmçinin Elnur Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən fərdi yaşayış evindən götürdükləri daş yun və penoplastların digər şəxsə məxsus olması və onları cinayət yolu ilə ələ keçirmək istəmələri barədə qabaqcadan ona hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs övladı Emin Məmmədovla yaxın dostdur. Zərərçəkmiş şəxs hal-hazırda Bakı şəhəri. Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsində yerləşən tikilməkdə olan 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Zərərçəkmiş şəxs oğlu Emin Məmmədovla yaxın dost olduğuna və həmin fərdi yaşayış evi hal-hazırda yaşadığı ünvana yaxın məsafədə yerləşdiyindən bəzi vaxtlarda həmin evə də baş çəkib tikintinin gedişatı ilə maraqlanmışdır. 2023-cü ilin yanvar ayının təxminən əvvəllərində həmin fərdi yaşayış evinin dam örtüyünün quraşdırılması və izolyasiya işlərinin görülməsi ilə məşğul olan Qulu və Elnur adlı ustaları tanımışdır. Onlar həmin fərdi yaşayış evinin dam işlərinin görülməsi ilə məşğul olmuşdurlar. Təsadüfən aralarında olan söhbət əsnasında Qulunun Hüseynlə birlikdə 2-ci Qarabağ müharibəsində könüllü olaraq döyüşməsini öyrənmişdir. Qulu və Elnuru tanıdığı vaxtdan etibarən bəzi vaxtlarda həmin evə gəlib gördüyü işlərin gedişatı ilə maraqlanıb söhbət etmişdir. 23 fevral 2023-cü il tarixdə təxminən saat 23:20-23:30 radələrində yaşadığı ünvan 4 ünvan istiqamətində tək olaraq piyada hərəkət etmişdir. Zərərçəkmiş şəxs məxsus tikilməkdə olan fərdi yaşayış evinin qarşısına çatmağa az qalmış evin giriş darvazasımın açıq vəziyyətdə olmasını və darvazanın qarşısında «Mercedes» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayanmasını görmüşdür. Yük avtomobilinin yanına yaxınlaşan zaman darvazanın qarşısında dayanmış 3 nəfər şəxs təəccüblü formada nə edəcəklərini bilmədən qaçmağa başlamışdır. Yük avtomobilinin yanında dayanmış olan şəxs isə yerində qalmışdır. Dərhal həmin şəxsə yaxınlaşıb nə baş verməsini soruşmuşdur. Həmin şəxs yük avtomobilinin sürücüsü olduğunu bildirib bir qədər əvvəl avtomobilin yanından qaçan şəxslərdən yalnız Elnur adlı şəxsi tanıdığını, digər şəxsləri tanımadığını, məhz Elnurun sifarişi əsasında tikinti avadanlıqlarını aparmaq üçün evə gəlməsini bildirmişdir. Bundan sonra həmin yük avtomobilinin yük yerinə baxan zaman Zərərçəkmiş şəxs tərəfindən alınmış və dam örtüyünün izolyasiya sisteminin quraşdırılması üçün nəzərdə tutulan daş yun və penoplastların top şəklində yüklənməsini görmüşdür. Bundan sonra dərhal Zərərçəkmiş şəxs zəng vurub hadisə barədə məlumat vermişdir. Hüseyn də bir qədər sonra oraya yaxınlaşacağını bildirmişdir. Daha sonra isə hadisənin qeydiyyata alınması üçün DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. O hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra Hüseyn də hadisə yerinə gəlmişdir. Bundan sonra Hüseynlə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə yaxınlaşıb hadisə barədə izahat vermişdirlər. Polis əməkdaşları içərisində daş yun və penoplaslların olduğu «Mercedes» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini də polis şöbəsinə gətirmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli Cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan, 24 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsində yerləşən tikilməkdə olan 2 mərtəbəsi və mansardı olan fərdi yaşayış evində baş vermişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 fevral 2023-cü il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 fevral 2023-cü il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 fevral 2023-cü il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan, 24 fevral 2023-cü il tarixli maddi sübut əhəmiyyəti kəsb edən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Xətai RPİ- nin 37-ci PŞ-nin inzibati binasının həyətində saxlanılmış «Mercedes 410D» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 13 ədəd «Texnikol» firmasına məxsus kvadrat formalı daş yun, 5 ədəd “Knauf” firmasına məxsus dairə formalı daş yun və 4 qutu ‘‘Mahmud Topçu” firmasına məxsus penoplastdan ibarət istilik izolyasiya sistemi avadanlıqlarına baxış keçirilmiş və Zərərçəkmiş şəxs həmin avadanlıqların ünvan 3ilməkdə olan fərdi yaşayış evinin dam işlərinin görülməsi üçün öz şəxsi vəsaiti hesabına aldığı istilik izolyasiya sistemi avadanlıqları olmasını təsdiqləmişdir. İş materiallarında olan, 24 fevral 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, 13 ədəd «Texnikol» firmasına məxsus kvadrat formalı daş yun, 5 ədəd “Knauf” firmasına məxsus dairə formalı daş yun və 4 qutu “Mahmud Topçu” firmasına məxsus penoplastdan ibarət istilik izolyasiya sistemi avadanlıqları maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 fevral 2023-cü il tarixdə, saat 17:15-də Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 fevral 2023-cü il tarixdə, saat 17:45-də Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 fevral 2023-cü il tarixdə, saat 18:15-də Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli 9/2154 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 401,00 manat müəyyən edilir. İş materiallarında olan, 17 aprel 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan və 12 may 2023-cü il tarixli qəbzdən görünür ki, 13 ədəd «Texnikol» firmasına məxsus kvadrat formalı daş yun, 5 ədəd “Knauf” firmasına məxsus dairə formalı daş yun və 4 qulu “Mahmud Topçu” firmasına məxsus penoplast maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün sahibi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunduqdan sonra barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış və sonuncular qeyd olunan maddə ilə məhkəmə məsuliyyətinə verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlini ifşa edən özlərinin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi, götürmə aparılması haqqında protokollar, maddi sübut kimi tanımaq haqqında qərar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan, 07 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti olmadığı və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi, Azərbaycan Qarabağ müharibəsi iştirakçısı olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 13 ədəd “Texnikol” firmasına məxsus kvadrat formalı daş yun, 5 ədəd “Kanuf” firmasına məxsus dairə formalı daş yun və 4 qutu “Mahmud Topçu” firmasına məxsus penoplastın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər pay üzrə tutularaq dövlət nəfinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini - ünvan 5 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini - Bərdə rayonu, Lənbəran kəndində yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın icrasına nəzarət onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini - Bərdə rayonu, Lənbəran kəndində yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın icrasına nəzarət onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - 13 ədəd “Texnikol” firmasına məxsus kvadrat formalı daş yun, 5 ədəd “Knauf firmasına məxsus dairə formalı daş yun və 4 qutu “Mahmud Topçu” firmasına məxsus penoplastın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər pay üzrə tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-369/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-369/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver