Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-369/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, ünvan 2 xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, ünvan 2 xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2ci maddələri tətbiq edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girib, Zərərçəkmiş şəxs mülkiyyətində olan 23.000 (iyirmi üç min) manat dəyərində “Hyundai” markalı “İX35” modelli **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili satacağına, ilkin olaraq 4.500 manat verəcəyinə, qalan pula isə ABŞ-dan həmin dəyərdə başqa avtomobil gətirəcəyinə dair yalan vəd verib avtomobilin satılacağı şəxsin adına yalnız nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnamə verəcəyinə inandırıb aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 18 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanda yerləşən 6 saylı notarius ofisində 853356 nömrəsi ilə qeydiyyatdan keçmiş mülkiyyətə verilməsinə dair baş etibarnamə verilməsinə nail olub, avtomobili dəyərindən ucuz qiymətə, yəni 19 000 (on doqquz min) manata Zərərçəkmiş şəxs gizlin satdıqdan sonra Zərərçəkmiş şəxs cəmi 2000 (iki min) manat pul versə də, qalan 21 000 (iyirmi bir min) manatı ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girib, tanışları Zərərçəkmiş şəxs mülkiyyətində olan 23.000 (iyirmi üç min) manat dəyərində “Hyundai” markalı “İX35” modelli **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili satacağına, ilkin olaraq 4.500 manat verəcəyinə, qalan pula isə ABŞ-dan həmin dəyərdə başqa avtomobil gətirəcəyinə dair yalan vəd verib avtomobilin satılacağı şəxsin adına yalnız nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnamə verəcəyinə inandırıb aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 18 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanda yerləşən 6 saylı notarius oiısində 853356 nömrəsi ilə qeydiyyatdan keçmiş mülkiyyətə verilməsinə dair baş etibarnamə verilməsinə nail olub, avtomobili dəyərindən ucuz qiymətə, yəni 19 000 (on doqquz min) manata Zərərçəkmiş şəxs gizlin satdıqdan sonra Zərərçəkmiş şəxs cəmi 2000 (iki min) manat pul versə də, qalan 21000 (iyirmi bir min) manatı ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs aralarında sevgi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 ilə uzun müddətdir ki, aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə tanış olan zaman o, orada olmamış, sonradan Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs2 ona avtomobil olduğunu bildirmiş və onunla bir yerdə həmin avtomobilin dalınca getməyi xahiş etmişdir. Onlar iki avtomobil getmişlər və Sumqayıta çatanda orada adını sonradan bildiyi İlkin adlı şəxs ilə görüşmüşlər. İlkinin yaşadığı yerə gəldikdən sonra Təqsirləndirilən şəxs2 İlkin ilə görüşmüş və Təqsirləndirilən şəxs2 avtomobili İlkinə sataraq sonuncu ona ödəniş etmişdir. İlkin evinə girib çıxmış, Təqsirləndirilən şəxs2 ilə görüşmüş, sonra avtomobilə əyləşmişdir. Həmin zaman o, Zərərçəkmiş şəxs ilə avtomobildə əyləşmişdir. Həmin avtomobil nəyə görə satılırdı, hansı qiymətə satılırdı və s. kimi məsələlərdən xəbəri olmamışdır. O, notariusda olmamış, Zərərçəkmiş şəxs SMS yazmamış, sonuncu özü onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 ondan maraqlanmışdır. O isə ona onun özündən soruşmasını bildirmişdir. Ola bilər ki, o, Zərərçəkmiş şəxs ilə SMS vasitəsi ilə əlaqə saxlamışdır, lakin avtomobil ilə bağlı hər hansı söhbətləri olmamışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin avtomobilin alqı-satqısından ona pul çatmamışdır. Təqsirləndirilən şəxs2 onunla birlikdə Sumqayıta getməyini xahiş etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 ona deməmişdir ki, avtomobil satmağa gedirlər, sadəcə olaraq İlkin adlı dostunun yanına getdiyini demişdir. Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs öz avtomobilləri ilə bir yerdə getmişlər, o isə onların arxası ilə getmişdir. O, oraya ancaq sürücü kimi getmişdir. İlkin evə girib çıxandan sonra Təqsirləndirilən şəxs2 ilə yenidən görüşmüş və onlar avtomobilə əyləşdikdən sonra İlkin Təqsirləndirilən şəxs2 pul vermişdir. O, İlkinin nə qədər pul verdiyini görməmiş və etdikləri söhbətlərə diqqət yetirməmişdir. Zərərçəkmiş şəxs hansı səbəbdən onların barələrində şikayət etdiyini bilmir, Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs pulu verib, lakin müəyyən bir hissəsi qalıb. Zərərçəkmiş şəxs özü avtomobili satmaq istəmiş, lakin hansı səbəbdən satmaq istədiyi yadında deyil. Avtomobil satılan günü heç bir xarici ölkəyə avtomobil gətirmək üçün getməmişdir. Beləliklə, göstərilənlərə əsasən o, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2019-cu ildə Zərərçəkmiş şəxs ilə yolda tanış olmuşdur. Könüllə 1-2 ay sevgili münasibəti yaşamış və evində olmuşdur. Bir müddət sonra Könül ona avtomobilini satmaq istədiyini və evinin kretidi olduğunu demişdir. Könülə avtomobili satmaqda kömək etmişdir. O, maşını İlkin adlı alverçiyə satmışdır. Zərərçəkmiş şəxs qeyd etdiyi borc məbləği ilə razı deyil, onun ona təxminən 3000 manat borcu qalmışdır. Avtomobili satmaq məqsədi ilə İlkinə aparanda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ilə bir yerdə getmişlər, lakin İlkin ona pul verəndə Təqsirləndirilən şəxs1 olmamışdır, həmçinin notariusda olan zamanda Təqsirləndirilən şəxs1 iştirak etməmişdir. O, özünün 3000-4000 manat borcu olması ilə razıdır və bu hissədə özünü təqsiri bilir, lakin iş materiallarında qeyd edilən və Zərərçəkmiş şəxs qeyd etdiyi məbləğ ilə razı deyil. Notariusda olan zaman Zərərçəkmiş şəxs bilirdi ki, baş etibarnamə verir, lakin məhkəmə iclasında ifadə verərkən bu halı etiraf etmir. Avtomobilin satılmasından əldə edilmiş 19000 manat məbləğində pul vəsaitindən Zərərçəkmiş şəxs 8500 manat pul vermiş, onun ona əvvəlcədən 2000 manat pul borcu var idi, həmin məbləğdən onun ona olan borcunu çıxmış və qalan məbləği də onun özünə vermişdir. Daha sonra isə Zərərçəkmiş şəxs təxminən 3500 manat məbləğində borca pul götürmüşdür. onun gözündə problemlər olduğu üçün görmə qabiliyyəti zəyifdir, bu səbəbdən ola bilər ki, Təqsirləndirilən şəxs1 və ya digər şəxsdən xahiş etmişdir ki, onun əvəzinə kiməsə SMS yazsın və ya ona kimin zəng etdiyini desin. Famil onun dostudur. Lakin bu işlə heç-bir əlaqəsi olmamışdır. Könül Familə sevgili tapmaq istəmişdir. Lakin Famil, Könülün tapdığı qızları bəyənməmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin alqı-satqısından əldə edilmiş puldan heçnə verməmişdir. Beləliklə, göstərilənlərə əsasən o, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2019-cu ilin may ayında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" MTK-ya gedən zaman Neftçilər metrosunun yaxınlığında ona məxsus “Hyundai İX35” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilində nasazlıq hiss etdiyi üçün yolun kənarında avtomobilini saxlamışdır. Bu zaman 2 nəfər tanımadığı şəxs ona yaxınlaşıb kömək etmək istəmişlər. Söhbət zamanı ona məlum olmuşdur ki, şəxslərdən birinin adı Famil, digəri isə Səbuhidir. Söhbət zamanı avtomobilin nasaz olduğunu demiş, həmin vaxt Səbuhi ilə Famil avtomobili satmaq fikrində olub-olmadığını soruşmuşlar. Onun "xxxx"a 4500 manat borcu olduğundan o, avtomobili həmin borcunu ödəmək məqsədi ilə satmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ona avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu və dövlət işçisi olduğunu bildirmişdir. Sonra isə o, ondan avtomobilin qiymətini soruşmuş, o isə 23000 manata satdığını demişdir. Həmin günün sabahı Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq, xalası oğlu İlkinin yoldaşına avtomobil almaq istədiyini bildirmişdir. Bu hadisə 2019-cu ilin iyun ayında baş vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, özü xaricdən avtomobil gətirir. Həmin gündən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və xalası oğlu İlkinin onun avtomobilini almaq istədiyini və bu səbəbdən notariusa getməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 xalası oğlu İlkinə etibarnamə verməyini xahiş etmiş və bildirmişdir ki, 4500 manat pul verəcək, qalan hissəsini də Təqsirləndirilən şəxs1 12-13 gün ərzində avtomobilləri gətirəndən sonra verəcək. Bundan sonra birlikdə notariusa getmişlər, onlar notariusa daxil olmuşlar, o isə çöldə gözləmişdir. 30-40 dəqiqədən sonra onlar çıxmışlar çölə və onu içəri dəvət etmişlər ki, etibarnaməni təsdiqləsin. İçəriyə daxil olandan sonra Famil ona harada imza çəkməli olduğunu göstərmiş, o da imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 onu "xxxx"a aparmış, orada ona 2000 manat pul vermişdir, həmin vaxt Famil maşında olmuşdur. O isə ona 4500 manat borcu olduğunu və ona 4500 manat verməli olduğunu bildirmişdir. O isə ona Familin bu axşam xaricə avtomobil üçün gedəcəyini, bu axşam onu pul ilə yola salandan sonra, bazar günü 2500 manat verəcəyini bildirmişdir. Həmçinin, Səbuhi ona Familin xaricdən 12 dənə avtomobil gətirəcəyini demişdir. Bundan sonra, o, vaxtı uzatmağa başlamış və ondan əlaqə saxlamaqdan yayınmışdır. Bu hadisələrdən sonra o, həmin notariusa getmiş və verdiyi etibarnaməni ləğv edərək bir müddət sonra bununla əlaqədar olaraq polisə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona özünü dövlət işçisi kimi təqdim etmiş və avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu bildirmişdiri. Həmçinin, Səbuhi ona qardaşının səhhətində problem olan zaman, öz avtomobilini verdiyi üçün ona güvəni yaranmışdır. Təqsirləndirilən şəxs2 ona 2500 manat pulu bazar günü verəcəyini bildirmişdir, lakin həmin gün və bundan sonra ondan əlaqə saxlamaqdan yayındığı üçün o, başa düşmüşdür ki, onu aldadır və DİN-nin “102” zəng xidmətinə vuraraq şikayət etmişdir. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs2 ilə bazar günü əlaqə saxlamış, artıq şikayət edəndən sonra onlar ilə əlaqə saxlaya bilməmişdir. Notariusa daxil olandan sonra o, ancaq Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən imza çəkmişdir. Onun borcu 4500 manat təşkil etmiş, o, borcunu ödəmək üçün rəfiqəsindən 2500 manat borca pul alaraq, "xxxx"a olan borcunu ödəmişdir. Etibarnaməyə imza çəkən zaman məzmununu oxumamış, çünki onlar ona həmin etibarnamənin avtomobilin idarə edilməsi üçün olduğunu bildirmişdirlər. O, Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən imza çəkən zaman, ona avtomobilin satılması ilə bağlı heç bir məlumat verməmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmadığını, onlara qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Dələduzluq nəticəsində ona 21000 (iyirmi bir min) manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, avtomobil işi ilə məşğul olur. Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və “Hyundai” markalı avtomobil satdığını və istəsə həmin avtomobili gətirəcəyini bildirmişdir. Daha sonra Səbuhi onun olduğu yerə həmin avtomobili gətirmiş və qiymətini 20000 manat demişdir. Avtomobilə baxdıqdan sonra müəyyən nöqsanlar aşkar etmiş və 19000 manata ala biləcəyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 onunla razılaşmamış, lakin sabahkı gün onunla yenidən əlaqə saxlayaraq, avtomobili gətirmiş və 19000 manata razılaşmışlar. Təqsirləndirilən şəxs2 digər avtomobili aldığı üçün ona satdığı “Hyundai” markalı avtomobilin nömrəsini verə bilməyəcəyini bildirmiş, o isə avtomobildə olan nöqsanların aradan qaldırılması məqsədi ilə ondan 1 həftə vaxt istəmişdir. Həmin avtomobili satmaq məqsədi ilə almışdır. 1 həftə keçdikdən sonra həmin avtomobili tranzit etmişdir. Tranzitin müddəti 10 gündür. Sonra 20 gün keçdikdən sonra salona polis əməkdaşları gəlmişlər. Avtomobil artıq satılmış və o, başa düşmüşdür ki, avtomobil ilə bağlı nəsə problemli məsələlər vardır. Həmin avtomobilə 17000 manat bir pul vermiş, sonra isə 2000 manat pul vermişdir. Verilmiş suallara cavab olaraq o qeyd etmişdir ki, avtomobili Səbuhi və Famil bir yerdə satmaq üçün gətirmişlər, həmin zaman Səbuhi ona avtomobilin Familin arvadına məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında “Turbo.az” saytında şəxsi istifadə üçün avtomobil axtaran zaman “Hyundai İX35” markalı avtomobili görmüşdür. Həmin avtomobilə nəzər yetirdikdən sonra almaq qərarına gəlmişdir. Xırdalan adlanan ərazidə həmin avtomobilə baxış keçirən zaman ideal avtomobil olduğunu anlamışdır. Bir neçə avtoservisdə avtomobili yoxladıqdan sonra həmin avtomobil üçün beh vermişdir. Bir gün sonra isə həmin avtomobil üçün razılaşdığı 22300 manat pulu verdikdən sonra həmin gün avtomobili öz adına keçirib yeni qeydiyyat nişanı almışdır. Həmin avtomobili alan zaman nəqliyyat vasitəsinin cərimələrini də köhnə sahibi ödəmişdir. O, nəqliyyat vasitəsini şəxsi istifadəsi üçün almışdır. Halhazırda nəqliyyat vasitəsinin üzərində ** GA *** dövlət qeydiyyat nişanı mövcuddur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); ünvan 2 xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq çəkilməmiş qalan 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilən cəzaya birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 22 iyun 2020-ci il tarixdən hesablanması, CM-nin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 27 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 40-54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 13 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən CİM-nin 70.2.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 il 09 ay 06 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə CPM-nin 514 və 520-ci maddələri rəhbər tutularaq cəzasının qalan 09 ay 08 günü çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmış, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası üzərində saxlanılmışdır, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CMnin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (i.v. 61-63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 13 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 64-65); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 81); nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Hyundai İX35 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Şahid1 verilmişdir (i.v. 91-93); ifadənin yerində yoxlanılması haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 101-105); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 118-119); 29 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər, həmçinin Zərərçəkmiş şəxs əlavə olaraq “Familin Səbuhi ilə birlikdə onu aldadaraq baş etibarnaməyə qol çəkdirdiklərini, Familin yalan dediyini, onun Səbuhinin əməlidən xəbəri olduğunu və ona köməklik etdiyini, ona bu barədə yazanda gözləməyini və Səbuhinin bu işləri yoluna qoyacağını” bildirmişdir (i.v. 140-143); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 152-153); 01 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər, həmçinin Şahid1 əlavə olaraq “Səbuhinin həmin avtomobilin Familin yoldaşına məxsus olduğunu deməsini və Familin də bunu təsdiqləməsini” bildirmişdir (i.v. 169-172); 01 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər, həmçinin Şahid1 əlavə olaraq “Səbuhinin həmin avtomobilin Familin yoldaşına məxsus olduğunu deməsini və Familin də bunu təsdiqləməsini” bildirmişdir (i.v. 173-176); 01 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər, həmçinin Zərərçəkmiş şəxs əlavə olaraq “Səbuhinin yalan dediyini, notariat mərkəzinə getdikdə Familin də orada onlarla birlikdə maşın satmağa getdiyini və onu maşın gətirməyə inandırdığını, notariatda olan zaman Səbuhi və Familin ondan qabaq sənədləri hazırladıqlarını, Familin ona sadə etibarnamə olduğunu deyib qol çəkməyi təklif etdiyini” bildirmişdir (i.v. 177-180); ibtidai istintaq müddətinin uzadılması haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 05 ayadək, yəni 30 iyun 2024-cü il tarixədək uzadılmışdır (i.v. 185-186); sübutların qiymətləndirilməsi haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və onun Azərbaycan Respublikası ƏN PX-nin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri elan edilmiş ittiham qüvvəsində saxlanılmış və onun Azərbaycan Respublikası ƏN PX-nin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmış, 18 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notarius ofisində 853356 nömrəsi ilə qeydiyyatdan keçmiş “Hyundai” markalı “İX35” modelli **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətə verilməyə dair baş etibarnamənin surəti maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 178.2.3, 179 və 32.4, 311-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 196-203); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmadığını, onlara qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir; Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünü ki, Təqsirləndirilən şəxs2 3000 manat cərimə edilməsinə dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü idarəyə daxil olmamışdır; Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünü ki, Təqsirləndirilən şəxs2 barəsində olan 3000 manat cərimə cəzası üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə cinayət əməlini törətməmələri barədə ifadələrinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onların bilə-bilə yalan ifadə vermələrinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vəsatət təqdim edərək ona və Familə bəraət verilməsini xahiş etmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 vəsatətinə münasibətdə qeyd edir ki, sözügedən vəsatətdə qeyd olunan xüsusatların həqiqəti əks etdirməmələri cinayət işinə əlavə edilmiş sübutlarla yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib olundur və vəsatət özünü müdafiə xarakteri daşıyr. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və şahidlər bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişlər və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi şahidlər Şahid1 və Şahid2 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış Zərərçəkmiş şəxs və Şahid1 təqsirləndirilən şəxslərlə aralarında keçirilən üzləşdirmə istintaqı hərəkəti zamanı da dələduzluq əməli törədilən zaman Səbuhi və Familin birlikdə fəaliyyət göstərdiklərini qeyd etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs ilə tanış olarkən ona özünü vəzifəli şəxs kimi təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs1 avtomobil satılan günü xaricə avtomobil gətirmək üçün getdiyini demişdir. Bundan əlavə zərərçəkmiş şəxsə xaricdən Azərbaycana 12-13 günə avtomobillərin gəlməsini də bildirmişdir. Halbuki təqsirləndirilən şəxslər özləri də qeyd etmişlər ki, Təqsirləndirilən şəxs1 həmin gün avtomobil gətirmək üçün heç bir xarici ölkəyə getməmiş, ölkəyə avtomobil gətirməmişdir. Bundan əlavə Şahid1 ifadəsində qeyd etmişdir ki, avtomobili ona satmaq istəyərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun yanına bir yerdə gəlmişlər və Səbuhi ona avtomobilin Təqsirləndirilən şəxs1 arvadına məxsus olmasını bildirmişdir. Belə olan təqdirdə Təqsirləndirilən şəxs1 avtomobilin onun arvadına məxsus olmamasını Şahid1 bildirməməsi onların cinayət əməlini birlikdə törətməsinə dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsin avtomobili 23000 (iyirmi üç min) manata satmağına baxmayaraq, təqsirləndirilən şəxslərin onlara məxsus olmayan avtomobili Şahid1 daha aşağı qiymətə, yəni 19000 (on doqquz min) manata satmaları da onlara elan edilmiş ittihamın həqiqiliyinin sübutu kimi çıxış edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində qeyd edilən əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarından məlum olduğu kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün 16 fevral 2021-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 18 iyun 2019-cu ildə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə üzərində 05 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmışdır. Lakin, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmlərinə əsasən iki dəfə qəsdən az ağır cinayətlərin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, həmin hökmlər üzrə olan məhkumluqları üzərindən götürülmədən və ödənilmədən yenidən az ağır cinayət əməli törətmişdir ki, qeyd olunan hal Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamalıdır. Həmçinin, məhkəmə, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün 16 fevral 2021-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 18 iyun 2019-cu ildə törətməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli (CM-66.5), barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin üçdə ikisindən az olmamalı (CM-65.2), ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası tam və 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli (CM-66.5), cərimə cəzası müstəqil icra olunmalı (CM-68.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). İş üzrə maddi sübut - 18 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notarius ofisində 853356 nömrəsi ilə qeydiyyatdan keçmiş “Hyundai” markalı “İX35” modelli **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətə verilməyə dair baş etibarnamənin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilsin, ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası tam və 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilsin, ünvan 2 xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 18 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notarius ofisində 853356 nömrəsi ilə qeydiyyatdan keçmiş “Hyundai” markalı “İX35” modelli **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətə verilməyə dair baş etibarnamənin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-369/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-369/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver