Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-37/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı X19, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 oğlu və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1967-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbyacan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsində operator işləyən, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, dalan 4, ev 2 c-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1970-ci ildə İmişli rayonunun Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 23, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-2 küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi 29, mənzil 8də yaşayan, barəsində ev dustağlı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən toplanmış sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən 23.07.2019-cu il tarixində Təqsirləndirilən şəxs2 başqa şəxsin mülkiyyətində olmaqla satışa çıxarılmamış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracdan sərfəli qiymətə alınacağına iş yoldaşı Zərərçəkmiş şəxs1 inandırdıqdan sonra 26.07.2019-cu il tarixində, saat 13 radələrində ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onu Əmlak Məsələləri Dövlət Xidmətində geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək birlikdə həmin obyekti Zərərçəkmiş şəxs1 göstərmiş, həmin vaxt o, aralarında olan sövdələşməyə əsasən həmin obyektin sərfəli qiymətə özəlləşdirilib Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsini vəd edərək sonuncunu buna tam inandırmış, Təqsirləndirilən şəxs3 danışıq zamanı həmin obyektin 105000 (yüz beş min) manata alınmasının mümkün olduğunu dedikdən sonra obyektə dair sənədləşdirmə işlərinin operativ həyata keçirilməsi görünüşünü yaradaraq həmin gün saat 15 radələrəndə Bakı şəhəri 21 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 arvadı Şahid7 adından öz adına etibarnamə alaraq vahid niyyətlə əhatə olunan qəsdlə 27.07.2019-cu il tarixində saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin qarşısında Təqsirləndirilən şəxs2 yanında ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 40000 (qırx min) manat pulunu alıb ələ keçirərək 7800 (yeddi min səkkiz yüz) manatı Təqsirləndirilən şəxs3 özünə götürüb, 2200 (iki min iki yüz) manatı Təqsirləndirilən şəxs2, 30000 (otuz min) manatı isə ona vermiş, daha sonra 11.09.2019-cu il tarixində, saat 17:30 radələrinə ünvan 4 ünvanında - Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yanında Aydın Əlyarovun daha 10000 (on min) manat pulunu alıb ələ keçirərək 7200 (yeddi min iki yüz) manatı Təqsirləndirilən şəxs3 özünə götürmüş, 2800 (iki min səkkiz yüz) manatı isə Təqsirləndirilən şəxs2 vermiş, bununla da, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 ümumilikdə 50000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim etməklə İran İslam Respublikasının vətəndaşı X19 etibarından sui-istifadə edərək sonuncunun X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 39-da yerləşən 17 nömrəli iki otaqlı 40 kvadrat metr sahəsi olan mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçirərək 40 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Xatirə İsrafilovanın adına çıxarış əldə edəcəyinə, habelə həmin 17 nömrəlin mənzilin qonşuluğunda yerləşən 0,0252 hektar sahəsi ilə bağlı Xatirə İsrafilovanın adına mülkiyyət hüququnu təsdiq edən sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin oktyabr ayının əvvəllində ünvan 5 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qarşısında 15000 (on beş min) manat pulunu, 2021-ci ilin fevral ayının əvvəlləində isə ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının qarşısında 21000 (iyirmi bir min) manat pulunu alıb bununla ümumilikdə 36000 (otuz altı min) manat məbləğində pulunu ələ keçirib zərərçəkmiş şəxs X23 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən toplanmış sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən 23.07.2019-cu il tarixində o, başqa şəxsin mülkiyyətində olmaqla satışa çıxarılmamış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracdan sərfəli qiymətə alınacağına iş yoldaşı Zərərçəkmiş şəxs1 inandırdıqdan sonra 26.07.2019-cu il tarixində, saat 13 radələrində ünvan 1 ünvanının qarşısında o, qohumu Təqsirləndirilən şəxs3 ilə tanışı Təqsirləndirilən şəxs1 Əmlak Məsələləri Dövlət Xidmətində geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək birlikdə həmin obyekti Zərərçəkmiş şəxs1 göstərmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 aralarında olan sövdələşməyə əsasən həmin obyektin sərfəli qiymətə özəlləşdirilib Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsini vəd edərək sonuncunu buna tam inandırmış, Təqsirləndirilən şəxs3 isə danışıq zamanı həmin obyektin 105000 (yüz beş min) manata alınmasının mümkün olduğunu dedikdən sonra obyektə dair sənədləşdirmə işlərinin operativ həyata keçirilməsi görünüşünü yaradaraq həmin gün saat 15 radələrəndə Bakı şəhəri 21 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 arvadı Şahid7 adından Təqsirləndirilən şəxs3 öz adına etibarnamə alaraq vahid niyyətlə əhatə olunan qəsdlə 27.07.2019-cu il tarixində saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin qarşısında onun yanında ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 40000 (qırx min) manat pulunu alıb ələ keçirərək 7800 (yeddi min səkkiz yüz) manatı özünə götürüb, 2200 (iki min iki yüz) manatı ona, 30000 (otuz min) manatı isə Təqsirləndirilən şəxs1 vermiş, daha sonra 11.09.2019-cu il tarixində, saat 17:30 radələrinə ünvan 4 ünvanında - Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində Təqsirləndirilən şəxs3 onun yanında Aydın Əlyarovun daha 10000 (on min) manat pulunu alıb ələ keçirərək 7200 (yeddi min iki yüz) manatı özünə götürmüş, 2800 (iki min səkkiz yüz) manatı isə ona vermiş, bununla da, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs1 ümumilikdə 50000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən toplanmış sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən 23.07.2019-cu il tarixində Təqsirləndirilən şəxs2 başqa şəxsin mülkiyyətində olmaqla satışa çıxarılmamış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracdan sərfəli qiymətə alınacağına iş yoldaşı Zərərçəkmiş şəxs1 inandırdıqdan sonra 26.07.2019-cu il tarixində, saat 13 radələrində ünvan 1 ünvanının qarşısında o, qohumu Təqsirləndirilən şəxs2 ilə tanışı Təqsirləndirilən şəxs1 Əmlak Məsələləri Dövlət Xidmətində geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək birlikdə həmin obyekti Zərərçəkmiş şəxs1 göstərmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 aralarında olan sövdələşməyə əsasən həmin obyektin sərfəli qiymətə özəlləşdirilib Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsini vəd edərək sonuncunu buna tam inandırmış, o isə danışıq zamanı həmin obyektin 105000 (yüz beş min) manata alınmasının mümkün olduğunu dedikdən sonra obyektə dair sənədləşdirmə işlərinin operativ həyata keçirilməsi görünüşünü yaradaraq həmin gün saat 15 radələrəndə Bakı şəhəri 21 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 arvadı Şahid7 adından öz adına etibarnamə alaraq vahid niyyətlə əhatə olunan qəsdlə 27.07.2019-cu il tarixində saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin qarşısında Təqsirləndirilən şəxs2 yanında ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 40000 (qırx min) manat pulunu alıb ələ keçirərək 7800 (yeddi min səkkiz yüz) manatı özünə götürüb, 2200 (iki min iki yüz) manatı Təqsirləndirilən şəxs2, 30000 (otuz min) manatı isə Təqsirləndirilən şəxs1 vermiş, daha sonra 11.09.2019-cu il tarixində, saat 17:30 radələrinə ünvan 4 ünvanında - Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində o, Təqsirləndirilən şəxs2 yanında Aydın Əlyarovun daha 10000 (on min) manat pulunu alıb ələ keçirərək 7200 (yeddi min iki yüz) manatı özünə götürmüş, 2800 (iki min səkkiz yüz) manatı isə Təqsirləndirilən şəxs2 vermiş, bununla da, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 ümumilikdə 50000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, çox adam onu intiqam kimi tanımışdır. Zərərçəkmiş şəxs1 məxsus pulun alınması ilə əlaqədar qeyd olunan obyektin hərraca çıxarılıb çıxarılmaması ona məlum olmamışdır. Aydından pulun alınması məsələsini Təqsirləndirilən şəxs3 fikirləşmiş və ona bu barədə məlumat vermişdir. Belə ki, 2019-cu ilin yay aylarında Şirvan onunla əlaqə saxlayaraq bildirmişdir ki, bir nəfər tanıdığı imkanlı şəxs var, obyekt almaq istəyir. O həmin şəxsə Bakı şəhərində, Q.Qarayev küçəsində yerləşən bir obyektin satılmasını bildirmiş və ondan pul ala biləcəyini bildirmişdir. Danışıq zamanı Şirvan ona bildirmişdir ki, Aydın adlı şəxsdən 60000 manat almaq mümkündür və o, Şirvana bu məsələdə komek etməyini xahiş etmişdir. Maddi sıxıntısı olduğu üçün o, razılaşmış və bu işin müqabilində alınan pulun 30000 manatını ona verilməli olduğunu Şirvana demişdir. Şirvan ona bildirmişdir ki, Aydını onunla Natiq tanış etmişdir və pulun bir hissəsini ona verəcəkdir. Yekun olaraq Şirvan onunla razılaşmışdır. Şirvan əvvəlcədən həmin obyektin yeri barədə ona məluimat vermiş və 26.07.2019-cu il tarixdə günortadan əvvəl ona zəng edərək həmin obyektin qarşısına gəlməyini tapşırmış. Görüş zamanı o, özünü Aydına əmlak komitəsinin işçisi kimi təqdim etmişdir. Danışıq zamanı Şirvan Aydını bildirmişdir ki, obyekt onun köməkliyi ilə hərraca çıxarılacaq və Aydının adına rəsmiləşdiriləcək.. 30.07.2019-cu il tarixdə Şirvan ona zəng edib demişdir ki, Aydından pulu alıb, onunla görüşmək istəyir. Onlar həmin gün günorta Nərimanov rayonunda yerləşən Montin kafesinin qarşısında görüşmüşlər. Şirvan ona 30000 manat pulu vermişdir. Bundan bir müddət sonra Şirvan onunla əlaqə saxlayıb bildirmişdir ki, Aydın işin gecikməsindən narahatdır, şikayətlənir, bir şey fikirləşmək lazımdır. Ona görə də, o, vaxt udmaq üçün Şirvana demişdir ki, Aydını ASAN məkana dəvət etsin. Onlar həmin yerə gəlmişlər, orada olanda Şirvan ilə razılaşmışlar ki, hansısa sənədi Aydına göstərib desinlər ki, həmin sənəd Aydını almaq istədiyi obyektə aiddir. Həmin vaxt ondan səbrli olmağını xahiş etmişdir. Bundan bir az müddət keçdikdən sonra Şirvan ona zəng vurub demişdir ki, etdikləri işin üstü açılmışdır. Aydın özü öyrənmişdir ki, ünvan 10 ünvanında yerləşən obyekt hərraca çıxarılmamışdır. Həmçinin öyrənmişdir ki, onun adına heç bir sənədlə rəsmiləşdirilməmişdir. Daha sonra bilmişdir ki, Aydın hüquq mühafizə orqanalarına şikayət etmək istəyir, bununla əlaqədar Aydın ilə görüşmək lazımdır. Aydınla görüşəndə müəyyənləşdirilmişdir ki, Şirvan Aydından 105000 manat pul istəyərək 50000 manat almış, indi qorxaraq xahiş edir ki, o, Aydına desin ki, həmin 50000 manatın hamısı ondadır, yoxsa Aydının şikayətinə görə problemləri olacaq, çünki Şirvan polis əməkdaşıdır. Həmçinin o qeyd etmişdir ki, pulun 30000 manatını o, 15000 manatını Şirvan, 5000 mantını isə Natiq götürmüşdür. Daha sonra o qeyd etmişdir ki, X24 2020-ci ilin oktyabr ayından tanıyır. 2020-ci ilin oktyabr ayının əvvəllərində səhər saatlarında «Ulduz» metrostansiyasının yaxınlığındakı Əmlak Məsələləri Dövlət Xidmətinin əmlak xidmətləri məkanında olanda X20 həmin yerdə əyləşdiyini görmüş və ona yaxınlaşaraq nə probleminin olduğunu soruşmuşdur. X16 X1 məxsus ünvan 11ünvanında yerləşən iki otaqlı 40 kvadrat metr sahəsi olan yaşayış yerini Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçirmək istədiyini demiş, həmçinin həmin mənzilin yanında yerləşən X5 məxsus 0,0252 hektar torpaq sahəsi üçün çıxarış əldə etmək istədiyini bildirmişdir. O, həmin mənzilin və torpaq sahəsinin sənədlərini X17 alıb baxmışdır. Daha sonra onlar çölə çıxaraq sənədləri bir daha diqqətlə gözdən keçirmiş və X5 məxsus Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 39, mənzil 17-ünvanında yerləşən iki otaqlı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyata aldırmaq üçün 15000 (on beş min) manata ehtiyac olduğunu bildirib X25 maksimum 40 (qırx) iş günü müddətində 15000 (on beş min) manat müqabilində mənzili qeyri-yaşayış sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldıraraq bununla bağlı X3 adına müvafiq çıxarış əldə edib ona təqdim edəcəyini vəd etmişdir. X27 mənzilin qonşuluğundakı torpaq sahəsi ilə bağlı soruşduqda o, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri Yasamal Bələdiyyəsinin sərəncamını bir daha gözdən keçirib əvvəlcə mənzil məsələsini həll edəcəyini, daha sonra isə torpaq məsələsi ilə məşğul olacağını vəd etmişdir. Sonra mənzilə və torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir və X20 idarə etdiyi hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes-Benz- Gelandewagen» minik markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 39 ünvanına getmişlər. X2 məxsus 17 nömrəli mənzilə, mənzilin zirzəmisinə, eləcə də qonşuluqda yerləşən torpaq sahəsinə baxıb hər şeyin qaydasında olduğunu və məsələni söz verdiyi kimi, həll edəcəyini bildirmişdir. X18 Camala məsələni yubatmamaq üçün elə həmin gün mənzilə görə 15000 (on beş min) manat pulu ona çatdırmasını bildirib əlaqə saxlamaq üçün ***-***-**-** mobil telefon nömrəsini ona demişdir. Elə həmin gün, günorta saatlarında X28 zəng vurub görüşməyi təklif etmişdir. Bu məqsədlə o, Camalı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qarşısına dəvət etmişdir. Bir neçə dəqiqə sonra X28 idarə etdiyi «Mercedes-Benz- Gelandewagen» minik markalı avtomobillə Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qarşısına gəlib onunla görüşərək orada avtomobilin salonunda sözügedən mənzilə dair mülkiyyət hüququ ilə bağlı çıxarışla birlikdə ona 15000 (on beş min) manat pul sayıb vermişdir. O, pulu və çıxarışı qəbul edərək X26 bir daha maksimum 40 iş günü müddətində mənzili qeyri-yaşayış sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldıraraq bununla bağlı X3 adına müvafiq çıxarış əldə edib ona təqdim edəcəyini vəd etmişdir. Sonra sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra X25 zəng vuraraq mənzilin qonşuluğundakı torpaq sahəsinin də sənədlərini ona verməsini istəmişdir. X27 etiraz etməyib elə həmin ərəfələrdə Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin yaxınlığında torpaq sahəsina dair sənədlərin kserosurətini ona vermişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq, məsələni həll edə bilməmişdir. Bu məddət ərzində X27 tez-tez ona zəng vurub məsələnin nə yerdə olduğunu soruşmuş, narazılıq etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində günorta vaxtı X27 növbəti dəfə ona zəng vuraraq etirazını bildirdikdə o, söhbət etmək üçün Camalı ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının qarşısına dəvət etmişdir. Telefon danışıqlarından təxminən 1-2 saat sonra X27 həmin ünvana gəlmişdir və narazılıq edərək niyə onu aldatdığını soruşmuşdur. O, əlavə olaraq 21000 manat pul istəyərək hər iki məsələni qısa müddət ərzində həll edəcəyinə söz vermişdir. X9 razılaşaraq biriki saat sonra həmin yerdə görüşməyi təklif edib çıxıb getmişdir. Danışdıqları kimi, həmin gün təxminən iki saat sonra X27 ilə ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının qarşısında görüşmüşlər. Qeyd olunan ünvanda X27 idarə etdiyi «Mercedes-Benz-Gelandewagen» minik markalı avtomobilin salonunda sözügedən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarış əldə etmək üçün ona 21000 (iyirmi bir min) manat pul sayıb vermişdir. O, pulu götürmüş və tezliklə hər iki əmlakın sənədini ona verəcəyinə söz vermişdir. Sonra sağollaşıb ayrılmışlar. Bundan sonra o X17 aldığı 21000 manat pulu tanışı Raufa verərək sözügedən torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata aldırmasını xahiş etmişdir. Lakin bir müddət keçdikdən sonra Rauf məsələni həll edə bilmədiyini ona demişdir. Onlar Raufla görüşmüş və Rauf sənədləri və pulu özünə qaytarmışdır. Həmin vaxtı pula ehtiyacı olduğundan X25 məxsus pulu öz şəxsi işlərinə xərcləmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən çay evlərindən birinə gedib gəlirmiş. Həmin çay evinə Şirvan da vaxtaşırı gəlirmiş. Şirvan həmin çayçıya adının İntiqam olduğunu bildiyi şəxs ilə gəlib-gedirmiş, sonradan o bilmişdir ki həmin şəxs Qabildir. Söhbət zamanı o bilmişdir ki, Qabil əmlak komitəsinin işçisidir, obyektlərin özəlləşdirilməsi ilə məşğul olur. Zərərçəkmiş şəxs1 təxminən 2010-cu ildən etibarən tanıyır. O, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir, Aydın da həmin MMC-nin direktoru olmuşdur. 2019-cu ilin iyul ayının əvvəllərində Şirvan ona demişdir ki, Nizami rayonu ərazisində yerləşən 59 kvadrat metr sahəyə malik fotoatelye hərrac yolu ilə özəlləşdirilməyə ucuz qiymətə çıxarılmışdır, onu kiməsə satıb qazanc əldə etmək olar. O, da bilirdi ki, Aydın belə obyektlərlə maraqlanır, ucuz qiymətə həmin obyekti almaqda maraqlı ola bilər. O, Aydına zəng edərək demişdir ki, əmlak kömitəsinin balansında olan obyektlərin biri hərraca çıxarılır və qiymətə çox aşağı olacaqdır. Ağa Neymətulla küçəsində yerləşən parkda gəzişəndə Aydın ilə bir neçə dəfə görüşmüşlər. O Aydına demişdir ki, həmin özəlləşdirmə ilə Şirvan və Qabil tanışı məşğul olurlar. Həmin danışıqlar 20-25 iyul 2019-cu il tarixlərində olmuşdur. O, bir neçə dəfə bu əməliyyatlar barəsində Aydın ilə telefonla danışmışdır və Şirvan ilə Aydını görüşdürmüşdür. Bildirmək istəyir ki, ***-***- **-** nömrəsindən başqa o, ***-***-**-** nömrəsindən də istifadə edir və Aydına ***-***- **-** nömrəsindən zəng etmişdir, sonra bu obyektlə bağlı həm telefonla həm də görüşərək söhbətlər aparmışlar. 25.07.2019-cu ildə o və Təqsirləndirilən şəxs3 Aydın ilə əlaqə saxlayaraq Nərimanov rayonunda yerləşən Metroparkın yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı obyektlə bağlı danışıqlar aparmışlar. Görüş zamanı Aydını inandırmışlar ki obyekti tezliklə almaq lazmdır, yoxsa əldən çıxa bilər. Sonra 26.07.2019-cu il tarixində saat 13 radələrində o, Aydın və Şirvan Nizami rayonu Qara Qarayev prospektində yerləşən fotoatelyenin qarşısında görüşmüşlər. Qabil və Şirvan Aydına demişlər ki, həmin yerdə əmlak komitəsinin balansında olan obyekt var, hansın ki hərrac yolu ilə əldə etməkm olar. O, Şirvan və Aydın fotoatelyenin qarşısında görüşmüşlər. Bir müddət sonra Qabil də həmin yerə gəlmiş və demişdir ki, həmin obyekt hazırda hansısa şəxslər tərəfindən icarəyə götürülmüşdür, ona görə də içəri daxil olmaq olmaz. Bu zaman Aydın demişdir ki, necəsə girib içəri baxmaq lazımdır. Daha sonra bir bəhanə tapıb içəri daxil olmuşdur. 10-15 dəqiqə obyektdə olmuşlar. Bundan sonra Şirvan Aydına demişdir ki, obyektin özəlləşdirilməsi üçün 105000 manat ödənməlidir, Aydın da razılaşmışdır. 26.07.2021-cu il tarixdə axşam 18 radələrində Aydın onunla Nərimanov rayonu F.X.Xoyski küçəsində kafelərin birində görüşmüşlər və yenə də həmin obyektlə bağlı danışmışlar. Aydın həmin obyekti almağa və sənədləşməyə razı olduğunu demişdir. 27.07.2019-cu il tarixdə saat 15:40 radələrində o, Aydınla zəngləşmişdir və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 52 saylı poçt şöbəsinin qarşısında Şirvan və Aydınla görüşmüşdür. Həmin yerin ünvanının ünvan 13dur. Aydın avtomobilin salonunda 40000 pulu Təqsirləndirilən şəxs3 təqdim etmişdir. Təqsirləndirilən şəxs3 40000 manat pulu alıb tezliklə həmin obyektin Aydının adına rəsmiləşdiriləcəyini qeyd etmişdir, həmçinin o bildirmişdir ki bu işləri Qabilin vasitəsilə görəcək. 30.07.2019-cu ildə o, Aydına zəng vuraraq sənədləşdirmə işlərinin normal vaxtında getdiyini bildirmişdir. Aydın isə ona işlərin uzanmasına görə iradını bildirmişdir. Həmçinin o bildirmişdir ki, Aydın dəfələrlə zəng edərək məsələnin həllinin gecikməsi ilə bağlı etirazını bildirmiş, cavabında o demişdir ki, 10000 manat da verilməlidir. 09.09.2019-cu il tarixdə Aydın onunla danışında demişdir ki, qalan 10000 manatı da vermək istiyir. 11.09.2019-cu il tarixdə gün ərzində və saat 17-dən sonra onlar Aydınla dəfələrlə danışmışlar, daha sonra razılaşmaya əsasən saat 17:30 radələrinə Nərimanov rayonunda yerləşən «La Vita» restoranının həyətində o, Şirvan ilə birlikdə Aydınla görüşmüşlər. Aydın onun yanında Şirvana 10000 manat pul vermişdir. İstintaq zamanı bu yerin ünvanının Nərimanov rayonu, Təbriz küçəsi, 106 olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs3 Aydından aldığı 50000 manat puldan ona şəxsən 5000 manat pul vermişdir. Məbləğin 30000 manatını Qabilə vermişdir. 15000 manat isə Şirvana qalmışdır. Sentyabr ayının sonlarında Aydın onunla əlaqə saxlayıb özəlləşdirmə olmadığı üçün pulu geri tələb etmişdir. Sonrak müddətdə Aydın şikayət etdiyi üçün ona dəymiş ziyan hər üçü tərəfindən ödənilmişdir. O daha sonra bildirmişdir ki, hal hazırda Aydına dəymiş ziyan tam olaraq ödənilmişdir. Həmçinin o vurulmuş ziyanın 25%-i həcmində dövlətə ödəniş etmişdir və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən bir çayçıya tez tez gedirmiş. Həmin çayçıda Təqsirləndirilən şəxs2 və özünü İntiqam adı ilə təqdim edən Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra Qabil ona demişdir ki, əmlak komitəsinin işçiləri ilə six əlaqəsi var, obyektlərin özəlləşdirilməsi ilə məşğul olur, hər bir məsələdə ona kömək edə bilər. Zərərçəkmiş şəxs1 o, əvvəl tanımamışdır, lakin o bilir ki, Natiq Aydını 2010-cu ildən etibarən tanıyır. Bir dəfə çayçıda Natiq demişdir ki, Aydın almağa ucuz qiymətə obyekt axtarır. Onlar qərar gəlmişlər ki, Aydına Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında olan fotoatelyeni ucuz qiymətə almağı təklif etsinlər. Təqsirləndirilən şəxs2 müdiri olmuş Aydına zəng edərək obyekti ona təklif etmişdir. Bildirmək istəyir ki, Aydının ofisi də, Nərimanov rayonunda Ağa Neməymətulla küçəsində yerləşir, bir neçə dəfə o, Təqsirləndirilən şəxs2la həmin ərazidəki parkda gəzişəndə Aydın ilə görüşmüşlər və üzdən bir-birlərini tanımışlar. Təqsirləndirilən şəxs2 Aydına demişdir ki, həmin özəlləşdirmə ilə o və başqa bir tanışı məşğul olurlar. Həmin söhbətlər təxminən 20-25 iyul 2019-cu il tarixində olmuşdur, Təqsirləndirilən şəxs2 bir neçə dəfə Aydın ilə telefon əlaqəsi qurmuş və onlar üçü bir yerdə görüşmüşlər. 25.07.2019-cu ildə o və Təqsirləndirilən şəxs2 Aydın ilə, Nərimanov rayonunda yerləşən Metroparkın yaxınlığında görüşmüşlər, və obyektin sənədləşməsi ilə bağlı danışıqlar aparmışlar. Onlar Aydını inandırmışlar ki, obyekti alsa ona çox sərf edəcək, qiymətində udacaq. Amma bunu tezliklə etməlidir, çunki həmin obyekt başqa adama satıla bilər. 26.07.2019-cu il tarixində saat 13 radələrində o, Təqsirləndirilən şəxs2 və Aydın Nizami rayonu Qara Qarayev prospektində yerləşən fotoateyleynin qarşısında görüşmüşlər. O, bundan əvvəl Qabilə bu barədə demişdi ki, həmin yerə gəlsin və Aydınla obyektin özəlləşdirilməsi barədə danışsın. Aydın həmin obyektə baxmaq istəyirdi. O, Natiq və Aydın obyektin qarşısında görüşəndən bir az sonra Qabil də, həmin yerə gəlmişdir və demişdir ki, həmin obyekt hazırda icarədədir, ona görə icəri daxil olub obyektə bamaq mümkün olmayacaq. Bundan sonra Aydın bir bəhanə tapıb girib obyektə baxmışdır. Bundan sonra o, Aydına demişdir ki, həmin obyektin hərrac vasitəsi ilə özələşdirilib adına keçirilməsi üçün Aydın 105000 manat ödəməlidir, Aydın razılaşmışdır, lakin demişdir ki, pulu düzəltmək üçün ona vaxt lazımdır. 27.07.2019-cu il tarixdə 15:40 radələrində Natiq Aydına zəng etmiş və razılaşmışdır ki, Ağa Neymətulla ilə Təbriz küçələrinin yaxınlığında, daha dəqiq, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 52 saylı poçt şöbəsinin qarşısında görüşsünlər. Həmin yerin ünvanı ünvan 16şdur. Aydın avtomobildə danışan zaman obyekti özəlləşdirmək üçün 40000 manat təşkil etdiyini söyləyib həmin pulu ona təqdim etmişdir. O, 40000 manatı alıb, özəlləşdirmə işlərini Qabilin görəcəyini bildirmişdir. 30.07.2019-cu ildə Natiq Aydına zəng vuraraq sənədləşdirmə işlərinin getdiyini demiş, Aydın isə işlərin uzandığına görə möhkəm narazılıq etmişdir. 11.09.2019-cu il tarixdə 17:30 radələrinə Nərimanov rayonu, Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində obyekti özəlləşdirmək üçün Aydın Natiqin yanında ona 10000 manat pul vermişdir, o, pulu almış yaxın müddətdə obyektin Aydının adına özəlləşdiriləcəyini söz vermişdir. İstintaq zamanı bu yerin ünvanının ünvan 17000 manat puldan 5000 manatını Natiqə, 30000 manatını Təqsirləndirilən şəxs1 vermiş, qalan pul isə ona qalmışdır. 2019-cu ilin sentyabr ayında Qabilə demişdir ki obyektin özəlləşməməsi səbəbindən Aydın pulunu geri tələb edir. Qabilə verilmiş pulu almaq mümkün olmadığından 2019-cu ilin noyabr ayında o, əmisi Şahid9n məsələyə qarışmışdır. 06.11.2019-cu il tarixində o, Natiqin iştirakı ilə Aydını «Metropark» ticarət mərkəzinin yanındakı «Margarita» kafesində əmisi Xanlarla görüşdürmüşdür. Söhbət zamanı Xanlar Aydına bildirmişdir ki, tezliklə pul geri veriləcək. Aydın da bununla razılaşmışdır. O qeyd etmişdir ki, hal hazırda Aydına dəymiş ziyan tam olaraq ödənilmişdir. Həmçinin o vurulmuş ziyanın 25%-i həcmində dövlətə ödəniş etmişdir və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2010-cu ildən etibarən tanıyır. Təqsirləndirilən şəxs3 2019-cu ilin iyul ayından Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Natiqin ona 10.07.2019-cu il tarixdə saat 20:06-da zəng etmişdir ki hərraca çıxardılan obyektləri aşağı qiymətə ala bilər. 23.07.2019-cu il tarixdə saat 12:09-da Natiq təkrarən ona zəng vuraraq Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən fotoatelyenin hərrac yolu ilə özəlləşdirilməyə çıxarıldığını söyləyib çox aşağı qiymətə alaraq özəlləşdirmək mükün olduöunu qyed etmişdir. O bildirmişdir ki, həmin obyekt 59 kvadrat metrdir. O, Natiqin təklifi ilə həmin gün, 13:00 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, Metroparkın yaxınlığında Natiq və Şirvan ilə görüşmüşdür. Həmin görüş zamanı onlar obyekt barəsində danışmışlar. 25.07.2019-cu il tarixdə saat 18:30 radələrində yenə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, Metroparkın yaxınlığında görüşmüşlər. 26.07.2021-cu il tarixdə saat 12:33-də Təqsirləndirilən şəxs3la danışmış, Şirvan həmin telefon zəngio zamanı tələsmək lazım olduöunu bildirmiş və qeyd etmişdir ki, tələsməsələr həmin obyekti başqa bir şəxs özəlləşdirə bilər. Onlar 26.07.2021-cu il tarixdə saat 13 radələrində Qara Qarayev prospekti, 70 ünvanında yerləşən obyektin qarşısında yenidən görüşmüşlər. Həmin görüşə onun Əmlak komitəsində işləyən İntiqam kimi tanış etdikləri sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs də gəlmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs1 sənədləşmə işini həll edərək həmin obyekti Aydın üçün aldacağını bildirmişdir. O, 26.07.2021-cu ildə axşam 18 radələrində Natiqlə yenə də Nərimanov rayonu F.X.Xoyski küçəsində kafelərin birində görüşüb çörək yemiş və həmin obyektlə bağlı söhbət etmişdir. Bu zaman Natiq onu tam əmin etmişdir ki, obyekti onun adına özəlləşdirəcəklər, lakin obyekti almaq istəyən çoxdur və pulu tez vermək lazımdır. 27.07.2019-cu il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs2la zəngləşmişlər və Ağa Neymətulla ilə Təbriz küçələrinin ətrafında, daha dəqiq Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 52 saylı poçt şöbəsinin qarşısında görüşmək barədə raılaşmışlar. Həmin görüşdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la olmuşdur. Həmin yerin ünvanının ünvan 19dur. O, ilk olaraq 40000 manat təşkil etdib Təqsirləndirilən şəxs3 vermişdir. Şirvan pulu alıb bildirmişdir ki, 20-25 gün ərzində obyekti onun adına özəlləşdirəcək və bütün bu işləri Təqsirləndirilən şəxs1 vasitəsilə edəcək. 30.07.2019-cu ildə Təqsirləndirilən şəxs2 ona zəng vuraraq sənədləşdirmə işlərinin getdiyini demiş, o, isə narazılığını bildirmişdir ki, iş gecikir. 24.08.2019-cu ildən 30.08.2019-cu ilədək dövrdə onların dəfələrlə telefon danışıqları olmuşdur. Həmin danışıqlar zamanı o, məsələnin həllinin gecikməsi ilə bağlı iradını bildirəndə Təqsirləndirilən şəxs2 cavabında obyektin özəlləşdirilməsi üçün ilkin olaraq 50000 manat tələb olunduğu halda, 40000 manat verdiyinə görə özəlləşdirmənin yubandığını söyləyib təcili olaraq 10000 manat da təşkil edib məsələni həll etmək üçün Şirvana verməli olduğunu bildirmişdir. 09.09.2019-cu il tarixdə saat 10:05-də Şirvan və saat 10:21-də Natiq ona zəng edərək pulun qalan 10000 manatının çatdırılmasını istəmişlər. 11.09.2019-cu il tarixdə 17:15-dən saat 17:32 radələrinə kimi Nərimanov rayonu, Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la görüşərək sözügedən obyekti özəlləşdirmək üçün Şirvana qalan 10000 manat pulu vermiş, Şirvan pulu alıb sayaraq 5 gün müddətində sözügedən fotoatelyenin adına özəlləşdirilməsi ilə bağlı sənədin hazır olacağını və obyektin şəxsi mülkiyyətinə keçiriləcəyini vəd etmişdir. İstintaq zamanı ifadəsi yerində yoxlanılarkən bu yerin ünvanının ünvan 20rdə də onlar dəfələrlə bir birlərinə zəng edərək danışmışlar. Bu məsələyə isə Şahid9 2019-cu ilin noyabr ayında qoşulmuşdur. 06.11.2019-cu il tarixində Şirvan Natiqin iştirakı ilə onu Nərimanov rayonunda yerləşən «Metropark» ticarət mərkəzinin yanındakı «Margarita» kafesində Xanlarla görüşdürmüşdür. Söhbət əsnasında Xanlar «demaqoq» olduğunu və uzun müddət ərzində yazı-pozu, şikayət işləri ilə məşğul olduğunu söyləyib öz adından Qabilin barəsində polisə şikayət edərək 50000 manat pulunu alıb ona qaytaracığını vəd etmişdir. Telefonların danışıq və antenna məlumatları ilə da təsdiq olunur ki, 06.11.2019-cu il tarixində Təqsirləndirilən şəxs3 ona 12:47-də zəng etmiş, görüş yeri barədə danışmışlar, 13:38-də onun Ağa Neymətulla, 44, Metropark TM antenasında olduğu qeydə alınmışdır. 20.11.2019-cu ildə onun Şahid9 ilə ilk telefon danışıqları olmuş, 25.11.2019-cu ildə Xanlar ona “salam Aydın müəllim, İntiqam yalan danışdığına görə işi araşdırılır” mesacı yazmışdır, bundan əvvəl isə o, Xanları tanımamışdır. Bundan başqa, o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, ondan pul aldıqlarına görə çox peşmandır. Natiq ona demişdir ki ondan alınmış 50000 manat puldan Şirvan 30000 manatı Təqsirləndirilən şəxs1 vermiş, 15000 manat Şirvanda qalmış, onun özünə isə 5000 manat verilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 ondan üzr istəmiş və 5000 manat pulu ona geri qaytaracağına söz vermişdir. Bununla bağlı həmçinin qeyd etmək istəyir ki, 06.11.2019-cu il tarixdə Xanlar bu məsələyə ilk dəfə qoşulan gün onlar görüşəndə Xanlar xahiş etmişdir ki, Şirvanın polis əməkdaşı olaraq adının bu işdə hallandırılmaması üçün o, əlyazma yazsın ki, guya obyektin alınmasına görə 50000 manatı Təqsirləndirilən şəxs2 vermişdir və bu pulu sonuncudan tələb edəcəkdir. Bu əlyazmanı yazdıqdan yarım saat sonra o, onu Şirvandan alaraq əslini cırmışdır və bununla həmin əlyazmanı Natiqin yanında ləğv etmişdir. Bundan başqa bildirmək istəyir ki, bütün bu işlərə onu inandırmaq üçün, yəni Şirvanın, Natiqin və Qabilin əlbir olaraq pulunu ələ keçirtmək üçün qurduqları plana əsasən, onun adına obyektin alınaraq özəlləşdirmənin aparılacağına inandırmaq üçün Şirvan ona demişdir ki, adına etibarnamə versin ki, X21 Xidmətində səlahiyyətli nümayəndəsi kimi onu təmsil edərək operativ qaydada bütün sənədləşdirmə işlərini aparsın və obyektin çıxarışını alıb ona verə bilsin. Şirvan demişdir ki, hər yerdə adamı var, hər yerə əli girir, əslən Cəlilabaddandır, Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənov da Cəlilabaddandır, Şirvanın onlarla yaxın ələqasi var, o, heç hara getməsin və Şirvan özü bütün məsələləri həll edəcəkdir. O, ilk olaraq obyekti həyat yoldaşı Şüküfə Əliyarovun adına sənədləşdirmək istəmişdir. Ona görə də, Şirvan ona şəxsiyyət vəsiqəsinin surətini vermişdir ki onun adına yoldaşının adından etibarnamə versin. 26.07.2021-ci il tarixdə Şirvan, Natiq və Qabil ilə görüşüb saat 13 radələrində obyektə baxdıqdan sonra, 15 radələrində arvadı Şahid7 ilə Nərimanov rayonu, «Metropark» ticarət mərkəzinin yanındakı notariusa gəlib Şüküfənin adından Şirvanın adına iki aylıq etibarnamə rəsmiləşdirmişdir. Həmin vaxtı onu inandırmışlar ki tezliklə obyekt onun adına rəsmiləşdiriləcək. O, gedib həmin notariusdan etibarnamənin verilməsinə dair çıxarış almışdır və həmin çıxarışı istintaq orqanlarına təqdim etmişdir. Hal hazırda təqsirləndiirlən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindilmiş X29 bildirmişdir ki, milliyyətcə azərbaycanlıdır, Azərbaycan dili doğma ana dilidir, Azərbaycan dilində sərbəst danışıb yaza bilir. 2008-ci ildə Bakıya gəlmiş, X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan üç övladı vardır. 2008-ci ildən «Sədərək» ticarət mərkəzində ticarətlə məşğul olur. X1 məxsus ünvan 11ünvanında iki otaqlı 40 kvadrat metr ölçüdə yaşayış sahəsi vardır. Mənzil beşmərtəbəli yaşayış binanın birinci mərtəbəsində yerləşir və mənzilin 37 kvdrat metr sahəyə malik zirzəmisi vardır. Həmin mənzil arvadı X3 xüsusi mülkiyyətindədir. Eyni zamanda, həmin mənzilin qonşulğunda X1 məxsus 0,0252 hektar, daha dəqiq 252 kvadrat metr sahəyə malik torpaq sahəsi vardır. Bununla bağlı Bakı şəhəri Yasamal Bələdiyyəsindən müvafiq sərəncam əldə etsələr də, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququ ilə bağlı müvafiq çıxarış əldə edə bilməmişlər. 2020-ci ilin may ayında arvadı Xatirə İsrafilova ilə birlikdə qərara gəlmişlər ki, ünvan 11ünvanında iki otaqlı 40 kvadrat metr sahəyə malik yaşayış sahəsini Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçirərək oranı qeyriyaşayış sahəsi kimi istifadə etsinlər. Həmçinin belə qərara gəlmişlər ki, həmin mənzilin qonşuluğunda yerləşən X1 məxsus 252 kvadrat metr sahədə torpaq ilə bağlı mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarış əldə etsinlər. 2020-ci ilin oktyabr ayında səhər saat 11 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 20 ünvanında yerləşən «Ulduz» metrostanyiasının yaxınlığındakı Əmlak Məsələləri Dövlət Xidmətinin əmlak xidmətləri məkanına getmişdir. O tanışı Pərvizin köməkliyi ilə öz problemlərini həll etmək istəmişdir. O, orada Pərvizlə görüşmüşdür. Pərviz onun iştirakı ilə mənzilə və torpaq sahəsinə aid sənədləri orada olan məsul şəxslərə təqdim etmişdir. Əmlak xidmətləri məkanının məsul əməkdaşları sənədləri gözdən keçirib mənfi cavab vermişlər. Bunu görən Pərviz sənədləri alıb onun özünə qaytararaq heç cür köməklik edə bilməyəcəyini söyləyib çıxıb getmişdir. O, narahat olaraq nə edəcəyini bilməyib əmlak xidmətləri məkanında vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə əyləşmiş və nə edəcəyini düşünməyə başlamışdır. Bu zaman təxminən 45-50 yaşlarında bir kişi ona yaxınlaşıb salamlaşaraq Pərvizi tanıdığını söyləmiş, Pərvizin heç bir iş görməyərək onu aldadacağını bildirmişdir. Həmin şəxsi əvvəllər bir neçə dəfə Pərvizin yanında gördüyündən əyləşərək ətraflı danışmasını xahiş etmişdir. Həmin şəxs onunla yanaşı əyləşərək özünü İntiqam kimi təqdim edib 15 ildir ki, Əmlak Komitəsi ilə əlaqəli işlədiyini, ona məxsus sənədlərlə yaxından tanış olduğunu, Pərvizin onu aldatdağını və Pərvizin ona hər hansı köməklik göstərə bilməyəcəyini demişdir. İntiqam özünü Əmlak Komitəsinin əməkdaşları ilə əlaqəli şəxs kimi təqdim edərək arxayınlıqla danışdığından o, İntiqama inanaraq bu məsələ ilə bağlı köməklik etmək imkanının olub-olmadığını soruşmuşdur. İntiqam cavabında bu barədə çöldə təklikdə danışmağı təklif etdiyi üçün birlikdə əmlak xidmətləri məkanını tərk edib çölə çıxmışdırlar. Çölə çıxdıqdan sonra İntiqam təklikdə ona mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyata aldırmaq üçün 15000 (on beş min) manata ehtiyac olduğunu bildirmişdir. O, həmin vaxtı İntiqam kimi tanıdığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxsə 15000 (on beş min) manat pulu konkret nə məqsdələ istədiyini soruşduqda, İntiqam, cavab verməyərək maksimum 40 (qırx) iş günü müddətində 15000 (on beş min) manat müqabilində mənzili qeyri-yaşayış sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldıraraq bununla bağlı arvadı X3 adına müvafiq çıxarış əldə edib ona təqdim edəcəyini vəd etmişdir. O, mənzilin qonşuluğundakı torpaq sahəsi ilə bağlı soruşduqda həmin vaxtı İntiqam kimi tanıdığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs ilk öncə mənzil məsələsini həll etdikdən sonra torpaq məsələsini də həll edəcəyəni vəd etmişdir. Sonra İntiqam mənzilə və torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir və onlar birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 39 ünvanına getmişlər. İntiqam X2 məxsus 17 nömrəli mənzilə, mənzilin zirzəmisinə, habelə qonşuluqda yerləşən torpaq sahəsinə baxıb heç bir narahatçılığa ehtiyac oldmadığını bildirmiş və tezliklə bu əmlaklara sənəd ala biləcəyini ona bildirmişdir. O, da inanıb razılaşmışdır. Sonra yubanmamaq üçün həmin vaxtı İntiqam kimi tanıdığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs elə həmin gün 15000 (on beş min) manat pul çatdırmağını istəmiş və əlaqə saxlamaq üçün ***-***-**-** mobil telefon nömrəsini ona söyləmişdir. O, həmin nömrəni telefonunda qeyd edib İntiqama bir-iki saat sonra onunla görüşəcəyini bildirmişdir. Elə həmin gün, günorta saatlarında bu barədə arvadı Xatirə İsrafilovaya danışdıqdan sonra İntiqama zəng vurub harada görüşə biləcəklərini soruşmuşdur. İntiqam Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qonşuluğunda yaşadığını bildirib onu görüşmək üçün həmin ünvana dəvət etmişdir. O, evdən 15000 (on beş min) manat pul götürüb İntiqamla görüşmək üçün ünvan 23 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qarşısına getmişdir. Orada İntiqam onu qarşılayıb Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qonşuluğunda yerləşən doqquz mərtəbəli yaşayış binasını göstərərək həmin binada yaşadığını bildirmişdir. Həmçinin İntiqam yaxınlıqda yerləşən üzərində «Şahid6» yazılmış qadın gözəllik salonunu göstərərək arvadının həmin salonda işlədiyini bildirmişdir. İntiqam öz yaşadığı ünvanı və arvadının iş yerini göstərdiyi üçün ona inamı daha da artmışdır. Odur ki, heç bir tərəddüd etmədən Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7-19 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qarşısında idarə etdiyi «Mercedes-Benz-G-Klass» minik markalı **-VQ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda sözügedən mənzilin sənədlərini, o cümlədən, mənzilə dair mülkiyyət hüququ ilə bağlı çıxarışla birlikdə İntiqama yüzlük əskinaslardan ibarət 15000 (on beş min) manat pul sayıb vermişdir. İntiqam pulu və sənədləri qəbul edərək maksimum 40 (qırx) iş günü müddətində mənzili qeyri-yaşayış sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldıraraq bununla bağlı arvadı X3 adına müvafiq çıxarış əldə edib ona təqdim edəcəyini vəd etmişdir. O, da İntiqama inanıb minnətdarlıq edərək gözləməyə başlamışdır. Bir neçə gün sonra İntiqam ona zəng vuraraq mənzilin qonşuluğundakı torpaq sahəsinin də sənədlərini ona təqdim etməyini istəmişdir. O, etiraz etməyib həmin ərəfələrdə Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7-19 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qarşısına getmişdir, bir neçə dəqiqə gözlədikdən sonra İntiqam ona zəng vuraraq arvadının işlədiyi gözəllik salonunun qarşısında onu gözlədiyini bildirmişdir. O, da gözəllik salonunun qarşısına gedib orada İntiqamla görüşərək torpaq sahəsinin sənədlərini ona vermişdir. 2021-ci ilin yanvar ayına kimi İntiqam müxtəlif bəhanələrlə onu aldadaraq tezliklə məsələni həll edəcəyini desə də, heç bir iş görməmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında o, İntiqama növbəti dəfə zəng vuraraq etirazını bildirdikdə İntiqam görüşüb söhbət etmək üçün onu ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının qarşısına dəvət etmişdir. İntiqama yaxınlaşıb görüşmüş sonra ona narazılığını bildirmişdir və niyə uzun müddət ərzində onu aldatdığını soruşmuşdur. İntiqam and-aman edərək mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması ilə yanaşı qonşuluqda yerləşən torpaq sahəsi üçün də arvadı X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarış əldə etmək üçün çalışdığını və məhz bu səbəbdən məsələnin bir neçə ay yubandığını bildirmişdir. Sonra İntiqam torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində arvadı X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata aldırıb bununla bağlı müvafiq çıxarış əldə etmək üçün ondan 20000 (iyirmi min) manat pul istəyərək hər iki məsələni qısa müddət ərzində həll edib yekunlaşdıracağını vəd etmişdir. O, həmin vaxtı İntiqam kimi tanıdığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxsə inanıb onunla razılaşmışdır və bir-iki saat sonra həmin yerdə görüşməyi təklif etmişdir. Sonra yaşadığı ünvana qayıdıb bu barədə arvadı Xatirə İsrafilovaya danışaraq ümumi razılığa gəldikdən sonra İntiqamla görüşmək üçün hazırlaşmağa başlamışdır. Bu zaman İntiqam ona zəng edərək torpaq məsələsinin həlli üçün Əmlak Məsələləri Dövlət Xidmətinda çalışan hansısa xanım əməkdaşa 1000 (bir min) manat verməli olduğunu bildirib ona ümumilikdə 21000 (iyirmi bir min) manat pul çatdırmağını istəmişdir. O, razılaşaraq evdən 21000 (iyirmi bir min) manat pul götürüb təxminən saat 16 radələrində İntiqamla görüşmək üçün ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının qarşısına getmişdir. Orada idarə etdiyi «Mercedes-Benz-G-Klass» minik markalı **- VQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində arvadı X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarış əldə etmək üçün İntiqama 100lük əskinaslardan ibarət 21000 (iyirmi bir min) manat pulu sayıb vermişdir. İntiqam pulu qəbul edərək qısa müddət ərzində hər iki məsələni həll edəcəyini vəd etmişdir. Həmin vaxtdan sonra dəfələrlə İntiqama zəng vurub əlaqə saxlasa da, İntiqam müxtəlif bəhanələrlə onu aldatmış, vaxt udmağa çalışmışdır. Hər dəfə ona tezliklə sənədlərin hazır olacağını bildirmişdir. Bir müddət sonra İntiqam barəsində maraqlanmış və müəyyənləşdirmişdir ki, həmin şəxs əslən Lənkəran rayonundandır, əsl adı Qabil, soyadı Rzayev, ata adı isə İlyasdır. Həmçinin müəyyənləşdirmişdir ki, həmin şəxsin ümumiyyətlə heç vaxt Əmlak Komitəsində işləməyib. O başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 onu aldadır, buna görə də polisə şikayət etmək qərarına gəlmişdir. O qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq 36000 manat məbləğində pulunu ələ keçirmişdir. Həmçinin o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ona həmin puldan bir qəpik də qayatrmamışdır, hal hazırda ondan şikayəçidir. Bu hadisədən sonra o və ailəsi sarsıntı keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2011-ci ildən tanıyır. Zərərçəkmiş şəxs1la 2011-ci ildə Bakı şəhərində tanış olmuş və həmin vaxtdan aralarında səmimi dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Şahid9 şəxsən tanımır. Hadisə ilə bağlı bildirir ki, 26 iyul 2019-cu il tarixdə evdə olan zaman Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vuraraq Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən fotoatelyeni özəlləşdirmək istədiyini, bununla əlaqədar ilkin ödəniş qismində 40000 (qırx min) manat məbləğində pul verməli olduğunu, lakin cəmi 25000 (iyirmi beş min) manat pulunun olduğunu söyləyib imkan varsa, ona bir müddət sonra qaytarmaq şərti ilə borc kimi 15000 (on beş min) manat pul verməyini xahiş etmişdir. O, Aydına etiraz etməyib bu məqsədlə bir-iki saat sonra Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında görüşüb ona bir müddət sonra qaytarmaq şərti ilə borc kimi 15000 (on beş min) manat pul vermişdir. Aydın pulu qəbul edib minnətdarlığını bildirmişdir. Söhbət zamanı Aydından özəlləşdirmək istədiyi obyekt barədə soruşduqda Aydın özəlləşdirmək istədiyi fotoatelyenin Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşdiyini, bir müddət əvvəl Natiq və Şirvan adlı tanışlarının həmin obyekti əlverişli qiymətə özəlləşdirməyi təklif edərək bu məqsədlə onu Dövlət Əmlak Komitəsi ilə əməkdaşlıq edən İntiqam adlı şəxslə tanış etdiklərini, Natiqlə Şirvanın obyektin özəlləşdirilməsi müqabilində ondan 105000 (bir yüz beş min) manat məbləğində pul istədiklərini və aralarında olan razılaşmaya əsasən ilkin ödəniş kimi növbəti gün, yəni 27 iyul 2019-cu il tarixdə Şirvanla Natiqə sözügedən obyekti özəlləşdirmək üçün 40000 (qırx min) manat verməli olduğunu, lakin evdə cəmi 25000 (iyirmi beş min) manat pulu olduğu üçün ondan 15000 (on beş min) manat məbləğində borc almaq məcburiyyət qaldığını bildirmişdir. Bir neçə gün sonra Aydınla görüşən zaman ondan özəlləşdirmək istədiyi həmin obyektlə bağlı soruşduqda Aydın artıq 27 iyul 2019-cu il tarixdə Şirvan və Natiqlə görüşürərək sözügedən fotoatelyeni özəlləşdirmək üçün Şirvana ilkin olaraq 40000 (qırx min) manat pul verdiyini və həmin şəxslərin tezliklə Dövlət Əmlak Komitəsi ilə əlaqəli işləyən İntiqam adlı tanışlarının vasitəsilə fotoatelyeni özəlləşdirib onun şəxsi mülkiyyətinə keçirəcəklərini vəd etdiklərini bildirmişdir. Bir müddət sonra, 2019-cu ilin sentyabr ayının ortalarında bu barədə Aydından maraqlandıqda o, bir neçə gün əvvəl Natiqlə Şirvanın tələbi ilə fotoatelyeni özəlləşdirmək üçün Şirvana əlavə olaraq 10000 (on min) manat da pul verdiyini, özəlləşdirmə ilə bağlı artıq bir neçə dəfə Natiq, Şirvan və Dövlət Əmlak Komitəsi ilə əlaqəli şəxs kimi tanıdığı İntiqam adlı şəxslə görüşdüyünü, lakin hələ də obyektin özəlləşdirilmədiyini və gözləmək məcburiyyətində qaldığını bildirmişdir. 2020ci ilin mart ayında Aydın yaşadığı ünvana gəlib 15000 (on beş min) manat məbləğində aldığı borcunu qaytarmışdır. Həmin vaxt söhbət əsnasında Aydının deməsindən ona məlum olmuşdur ki, Natiq, Şirvan və İntiqam onu aldadaraq sözügedən fotoatelyeni onun adına özəlləşdirib şəxsi mülkiyyətinə keçirəcəklərinə dair yalan vədlər verməklə ümumilikdə 50000 (əlli min) manat məbləğində pulunu alıb ələ keçirmişlər. Bir müddət sonra isə Aydından eçitmişdir ki, özünü İntiqam kimi təqdim edən həmin şəxsin əsl adı Təqsirləndirilən şəxs1 olmuş və həmin şəxs heç vaxt Dövlət Əmlak Komitəsində işləməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsində böyük hüquqşünas işləyir, Qardaşı Şahid2 Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaq bazarının təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. ünvan 1 ünvanında yerləşən 195,2 kvadrat metr sahəyə malik qeyriyaşayış sahəsinin qardaşı Şahid2 ilə onun ümumi birgə mülkiyyətindədir. Həmin qeyriyaşayış sahəsi əvvəllər atası X4 şəxsi mülkiyyətində olmuşdur. 01 mart 2004-cü ildə atası X7 vəfat etmiş, bundan sonra ünvan 1 ünvanında yerləşən 195,2 kvadrat metr sahəyə malik qeyri-yaşayış sahəsi mövcud qanunvericiliyə əsasən 03 yanvar 2005-ci il tarixdə vərəsəlik yolu ilə doğma qardaşı Şahid2 ilə ümumi birgə əmlak qismində xüsusi mülkiyyətlərinə keçmiş və bununla əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən qardaşı Şahid2 ilə yanaşı onun da adına 03 yanvar 2005-ci il tarixli 004165 nömrəli müvafiq şəhadətnamə verilmişdir. Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid9 tanımadığını, həmin şəxslərlə heç bir əlaqə və münasibətinin olmadığını, ünvan 1 ünvanında yerləşən 195,2 kvadrat metr sahəyə malik qeyri-yaşayış sahəsinin qardaşı Şahid2 və onun ümumi birgə mülkiyyətində olduğunu, həmin daşınmaz əmlakla bağlı adları çəkilən Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında hansı məzmunda söz-söhbət olmasını bilmədiyini və uzun müddətdir həmin obyekti icarəyə verdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində qardaşı Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir(cild 1, i.v.178-181); Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 8-9 ildir ki tanıyır. Hadisə ilə bağlı bildirir ki, təxminən 2019-cu ilin sonlarında söhbət zamanı Aydin ona danışmışdır ki, keçmiş işçisi olmuş Natiq adlı şəxs ona Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında hansı isə bir fotoatelyenin hərrac yolu ilə əlverişli qiymətlə özəlləşdirilməyə çıxarıldığını demiş, başqa, tanımadığı şəxslərlə birlikdə bu obyektin Aydına satılacağını təşkil edəcəklərini vəd edərək 50000 manat pulunu almışlar, lakin bu şəxslər Aydını aldadaraq həmin obyekti adına keçirməmişlər və pulunu da qaytarmırlar. Bundan sonrakı dövrdə, 2020-ci ilin təxminən fevral-mart aylarında bu məsələ ilə bağlı maraqlananda Aydın ona demişdir ki, onun əvəzinə ondan pulunu alanlardan biri, Şirvan adlı şəxs öz əmisini bu məsələyə qoşub, bu məsələ ilə polis orqanları məşğuldur, Şirvanın əmisi Aydının verdiyi puldan 22000 manatını ona qaytatdırıb, 28000 manatını isə qaytatdıra bilmirlər. Sonra o, bu hadisə ilə maraqlananda Aydın ona danışmışdır ki, ona həmin obyekti göstərib aldadaraq 50000 manat pulunu almış şəxslər keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs2, onun qohumu Təqsirləndirilən şəxs3 və onların tanışları Təqsirləndirilən şəxs1 adlı şəxslər olmuşlar. Aydının pulunu almaq üçün polisə şikayət etmiş şəxs isə Xanlar adlı şəxsdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid9 adlı şəxslərin heç birini tanımır. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə təxminən 9-10 ildir ki, münasibətləri var, hazırda da dostluq edirlər, Təqsirləndirilən şəxs2 mərhum arvadı onun qohumudur, Natiqlə yaxın münasibətləri vardır, bildiyinə görə Natiqin əvvəl Aydınla bir yerdə işləmişdir. Natiqin Təqsirləndirilən şəxs3 adlı qohumunu tanımır, təxminən 2019-cu ilin sonlarında Aydın söhbət zamanı ona demişdir ki, Təqsirləndirilən şəxs2 və Şirvan adlı şəxslər Aydına Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında bir fotoatelyenin hərrac yolu ilə əlverişli qiymətə özəlləşdirilməyə çıxarıldığını bildirmişlər və bu obyekti almağa inandırmışlar. Aydının deməsindən ona məlum olmuşdur ki, Natiq və Şirvan tanımadığı şəxslərlə birlikdə bu obyektin Aydına satılacağını təşkil edəcəklərini vəd edərək 50000 manat pulunu almışlar, lakin Aydını aldadaraq həmin obyekti adına rəsmiləşdirməmişlər və pulunu qaytarmamışlar. 2020-ci ilin təxminən fevral-mart aylarında Aydınla həmin məsələ ilə bağlı maraqlanmış, Aydın ona pulunu alanlardan biri olan Şirvan adlı şəxsin öz əmisini bu məsələyə qoşduğunu, bu məsələ ilə polis orqanlarında araşdırma aparıldığını, Şirvanın əmisinin Aydının verdiyi puldan 22000 manatını qaytartdığını, 28000 manatını isə qaytara bilmədiyini, həmin obyekti göstərib aldadaraq 50000 manat pulunu almış şəxslərin keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs2, sonuncunun qohumu Təqsirləndirilən şəxs3 və hər ikisinin tanışları olan Təqsirləndirilən şəxs1 adlı şəxsin olduğunu demişdir. Aydının pulunu almaq üçün polisə şikayət etmiş şəxsin Xanlar adlı şəxsin olduğunu və bu hadisə ilə bağlı başqa məlumatının olmadığını bildirmişdir. Göstərilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, digər şəxslərin heç birini tanımır və onlarla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 onun dostu Aydına həmin obyekti satacağını vəd edərək 50000 manat pulunu alması, sonra isə Aydın pulunun qayarılmasını tələb edəndə Şirvanın əmisi Şahid9 bu məsələni öz üzərinə götürərək polisə şikayət verməsi və 22000 manatını Aydına qaytarması barədə dostu Zərərçəkmiş şəxs1 ona məlumat verməsi sayəsində bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X22 arvadı X6 onun xalası qızıdır. Xatirəyə məxsus ünvan 11ünvanında iki otaqlı 40 kvadrat metr sahəyə malik yaşayış mənzili və yaxınlıqda torpaq sahəsi vardır. 2020-ci ilin payızında Xatirə və Camal həmin mənzili və onun yanındakı 252 kvadrat metr sahəyə malik torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirərək istəyirmişlər və bunun üçün tanış axtarırmışlar, bununla bağlı ona da müraciət etmişdirlər. O, Səbuhi adlı təsadüf tanışı vasitəsi ilə belə işlərlə məşğul olan Pərviz adlı şəxs barədə öyrənərək Camala demişdir. Bundan sonra 2020-ci ilin oktyabr ayında Camal anket məlumlarını bilmədiyi Pərviz ilə Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 20 ünvanında yerləşən «Ulduz» metrostanyiasının yaxınlığındakı Əmlak Məsələləri Dövlət Xidmətinin əmlak xidmətləri məkanına getmişlər. Əmlak xidmətləri məkanının məsul əməkdaşları sənədləri gözdən keçirib mənfi cavab vermişdir. Bunu görən Pərviz sənədləri alıb Camala qaytararaq daha heç cür köməklik edə bilməyəcəyini söyləyib çıxıb getmişdir. Camalın sözlərindən ona məlum olmuşdur ki, Camal həmin yerdə özünü İntiqam kimi təqdim etmiş, sonra adı məlim olan Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olub sənədlərini vermişdir. Təqsirləndirilən şəxs1 Camalı inandırmışdır ki, mənzilə və torpağa lazımı sənədıləri təşkil edəcəkdir, aldadıb ondan hissə-hissə olmaqla əvvəl 15000 (on beş min) manat, sonra isə 21000 (iyirmi bir min) manat pulunu almışdır, lakin vədinə əməl etməyib onu aldatmışdır və pullarını da qaytarmamışdır. Həmin vaxtdan etibarən Jamal dəfələrlə Təqsirləndirilən şəxs1 zəng vurub əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldatmışdır. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ümumiyyətlə heç vaxt Əmlak Komitəsində işləməmişdir. Cinayət əməli nəticəsində Təqsirləndirilən şəxs1 adlı şəxs tərəfindən qohumu X25 36000 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Hadisə ilə bağlı göstərir ki, 2019-cu ilin noyabr ayının əvvəlində dəqiq tarixi yadında olmayan gündə qardaşı oğlu Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə ona müraciət edərək bildirmişlər ki, sonuncunun iş yoldaşı olmuş Aydın Əliyara obyekt almağa köməklik göstərmək istəmişlər, bu məqsədlə sonuncunun 50000 manat pulunu həmin məsələni həll etməyi öz üzərinə götürən İntiqam adlı şəxsə vermişlər. Sonradan İntiqam adlı şəxsin Təqsirləndirilən şəxs1 olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs1 Aydının pulunu alaraq verdiyi sözü tutmamış və pulu da muxtəlif bəhanələrlə qaytarmamışdır. Söhbət zamanı qardaşı oğlu Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs2 bildirmişlər ki, bu pulun qaytarılması yollarını bilmirlər, xahiş edirlər ki, bu məsələyə qoşulub həll etsin. Həmin günlərdə o, Şirvan və Natiqin iştirakı ilə Nərimanov rayonunda yerləşən «Metropark» ticarət mərkəzinin yanındakı «Margarita» kafesində pulu vermiş Aydın Əliyarla görüşmüşdür. Söhbət əsnasında o, uzun müddət ərzində şikayət işləri ilə məşğul olduğunu Aydına söyləyib öz adından Qabilin barəsində polisə şikayət edərək 50000 manat pulu alıb Aydına qaytaracığını vəd etmişdir. Aydın etiraz etməyərək pulunun qaytarımasını istədiyini, qaytarmayacaqları təqdirdə şikayət edəcəyini bildirmişdir. O, həmin vaxt Qabil ilə görüşüb ona pulu qaytarmaq üçün vaxt vermişdir. Qabil ona söz versə də, sonra muxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Odur ki, o, 23.11.2019-cu ildə gedib Nərimanov RPİ-nə ərizə yazmışdır ki, guya 50000 manat pulu Təqsirləndirilən şəxs1 o, vermişdir. Özü də o, Aydının alacağı obyekti dəqiq bilmədiyindən ərizəsində guya pulun torpaq sahəsi almaq adı ilə verdiyini göstərmişdir. Araşdırma dövründə 2020-ci ilin yanvar-fevral ayları ərzində Təqsirləndirilən şəxs1 13000 manat, bir müddət sonra isə 1000 manat olmaqla ümumilikdə 14000 min manat pul qaytarmışdır. 2020-ci ilin mart ayında isə Qabil pul əvəzinə «Mercedes» minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil təqdim etmişdir. Onlar bu avtomobili 8000 (səkkiz min) manat dəyərində qiymətləndirmişlər. Aydına təklif ediləndə etiraz etməyib həmin avtomobili Qabilin özündən qəbul etmişdir. Xatırlayır ki, Təqsirləndirilən şəxs1 həmin dövrdə ümumilikdə 29000 manat pul və əmlak qaytarmışdır və bu barədə müvafiq qəbzlərə o, Nərimanov RPİ-nin İŞ-də imza etmişdir. Onda olan məlumatlara görə Natiqin də Qabillə 20000 manat pulun qaytarılmaması ilə bağlı mübahisələri olmuşdur, Natiq də Qabildən indiyənə kimi ərizələr yazır. O, düşünürdü ki, Qabilin qaytardığı pulun 22000 manatı Aydına, 7000 manat isə Natiqə qaytarılmışdır. Yalnız Xətai rayon prokurorluğunda aparılmış istintaq zamanı hazırda ona məlum olmuşdur ki, Aydına əvvəl 22000 manat, sonra isə 7000 manat qaytarılmışdır. Həmçinin istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3, qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 birlikdə dələduzduq edəək Zərərçəkmiş şəxs1 50000 manatını dələduzluq yolu ilə ələ keçirib aralarında bölmüşlər. Onların törətdikləri əməldən əvvəlcədən xəbəri olmamış və bunda iştirak etməmişdir, Hadisənin belə olmasını bilsə idi, polis idarəsinə öz adından ərizə yazmazdı. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır və onlar bir ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri o, əvvəllər tanımamışdır. Hadisə ilə bağlı bildirir ki, 2019-cu ilin iyul ayının sonlarında əri Aydının iş yoldaşı olmuş Təqsirləndirilən şəxs2 adlı şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında hansı isə bir fotoatelyenin hərrac yolu ilə əlverişli qiymətlə özəlləşdirilməyə çıxarıldığını Aydına demiş, onlar gedib bu obyektə baxdıqda əri Aydın onu bəyənmiş və almaq istəmişdir. Xatırlayır ki, 26 iyul 2019-cu il tarixdə əri Aydın ona demişdir ki, bu obyekti istəyir onun adına rəsmiləşdirsin və bu məsələni həll edən sənədləşməni həyata keçirən Təqsirləndirilən şəxs3 adına o, etibarnamə verməlidir, səhər isə həmin Şirvana obyektin dəyəri kimi 40000 manat pul verəcəkdir. Odur ki, 26 iyul 2019-cu il tarixdə saat 15 radələrində o, əri Aydınla birlikdə Nərimanov rayonu, “Metroparkın” yaxınlığında yerləşən 21 saylı Notariat kontoruna getmişdirlər. Orada o, Təqsirləndirilən şəxs3 adına 2 aylıq etbirnamə vermişdir ki, adından sənədləşdirmə apararaq əri Aydının almaq istəyən obyekti o, heç yerə getmədən Şirvan onun adına rəsmiləşdirə bilsin. Təqsirləndirilən şəxs3 adlı şəxs özü notariusa gəlməmişdi və buna eytiyac da yox idi, lakin şəxsiyyət vəsiqəsinin surətini Aydına vermişdir. Bundan sonra sabahısı gün, yəni 27 iyul 2019-cu il tarixdə əri Aydın həmin şəxslərlə, yəni iş yoldaşı olmuş Təqsirləndirilən şəxs2 yanında etibarnamə verdiyi Təqsirləndirilən şəxs3 ilə görüşüb 40000 manat pulunu Təqsirləndirilən şəxs3 vermişdir. Xatırlayır ki, daha sonra, 2019-cu ilin sentyabr ayının əvvəlində əri Aydın Təqsirləndirilən şəxs3 bu obyektin alınması üçün əlavə 10000 manat pul vermişdir. Lakin sonrakı dövrdə məlum olmuşdur ki, həmin şəxslər əri Aydını aldatmışlar, obyekti adına rəsmiləşdirməmişlər və aldıqları pulu da qaytarmamışlar. Həmin Şirvan adlı şəxs polis əməkdaşı olduğundan bu işə Xanlar adlı əmisini qoşmuş, sonuncu gedib Nərimanov RPİ-nə ərizə yazmışdır ki, guya Aydın deyil, Xanlar 50000 manat pulu Qabil adli şəxsə vermişdir. Xatırlayır ki, sonrakı dövrdə, yəni 2020-ci ilin təxminən yanvar-fevral-mart aylarında Aydından marağlananda ona demişdir ki, bu məsələ ilə polis orqanları məşğuldurlar, Şirvanın əmisi Xanlar əri Aydının Şirvana verdiyi puldan 22000 manatını hissə-hissə ona qaytatdırmışdır, 28000 manatını isə qaytatdıra bilmirlər, bununla bağlı istintaq gedir. Qeyd etmək istəyir ki, istintaq zamanı o, əri Aydına xatırlatmışdır ki, həmin vaxt onun adından Təqsirləndirilən şəxs3 etibarnamə vermişdir, odur ki, Aydının da bu məsələ yadına düşüb gəlib bu barədə istintaqa bildirmişdir. (cild 6, i.v.55-57) Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşıdır, onlar 1997-ci ildə ailə qurmuşlar, nikahdan 1998-ci il və 2002-ci il təvəllüdlü oğlanları vardır. Əri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid9 və X28 adlı tanışlarını tanımadığını, onları görmədiyini, bu şəxslərin onların evinə gəlmədiklərini, əri Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayında Nərimanov RPİ-yə çağırılanda Qabil ona 2019-cu ilin yay-payız aylarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hansı isə obyekti satmaq adı ilə Zərərçəkmiş şəxs1 adlı şəxsin pulunu aldığını, aldıqları puldan 30000 manatını Qabilə verdiklərini, lakin sonradan işlərinin alınmadığını və pulu qaytarmaq istədiklərini bildirmişdir. Bununla bağlı Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işi istintaq olunmuş və əri hissə-hissə aldığı pulun 29000 manatını qaytarmış, 2021-ci ilin yayında bu cinayət işi üzrə əri Qabil həbs olunmuşdur. Bu zaman o və oğlu İlyas Rzazadə bu məsələ ilə maraqlananda onlara Zərərçəkmiş şəxs1 adlı şəxsdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin cəmi 50000 manat aldıqları, bu puldan 30000 manatını əri Qabilə verdikləri, qalan pulu özlərində saxladıqları, əri Təqsirləndirilən şəxs1 aldığı həmin puldan hissə-hissə olmaqla istintaq dövründə 29000 manatını qaytardığını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərinə götürdükləri 20000 manatı qaytarmadıqları üçün Zərərçəkmiş şəxs1 şikayətinə etməsi məlum olmuşdur. Əri Təqsirləndirilən şəxs1 tanışı X28 ilə münasibəti və Camaldan nə məqsədlə pul alması barədə məlumatının olmadığını və hadisələrlə bağlı başqa ifadəsinin olmadığını bildirmişdir.(cild 6, i.v. 76-78) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır(cild 1, i.v.89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır(cild 1, i.v.93); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır(cild 1, i.v.95); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 23.01.2021-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.115); İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni əyani şəkildə yerində göstərib təsvir etmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v. 140-152); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i.v. 206-207); Axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki. Təqsirləndirilən şəxs1 05.06.2021-ci il tarixdə, saat 13:00 radələrində tutulmuşdur(cild 1, i.v.241); 06.06.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə deyərək, onu cinayət əməllərini törətməkdə ifşa etmişdir (cild 2, i.v. 23-33); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, 07.06.2021-ci il tarixdə Nərimanov rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət rədd edilmişdir(cild 2, i.v.52-54); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 07.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild 2 56-57); Tutulmuş şəxsin azad edilməsi haqqında 07.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir(cild 2, i.v.60-61); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X28 24 iyun 2021-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 2, i.v.127-128); Cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, 05.07.2021-ci il tarixdə ********* nömrəli cinayət işi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir(cild 2, i.v.209-212); İfadənin yerində yoxlanması haqqında 06.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir.(cild 2,i.v. 234-256); Könüllü təqdim edilən CD disklərin götürülməsi haqqında protokollardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiklərini təsdiq edən videoçəkiləşlər və səs yazıları olan CD disklərini istintaqa təqdim etmişlər.(cild 3, i.v.16,23); 12 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə deyərək, onu cinayət əməllərini törətməkdə ifşa etmişdir(cild 3, i.v. 65-68); 12 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə deyərək, onu cinayət əməlini törətməkdə ifşa etmişdir (cild 3, i.v. 69-71); 16 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs3 üzünə deyərək, onu cinayət əməllərini törətməkdə ifşa etmişdir(cild 3, i.v. 91-94); 17 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir(cild 4, i.v.170-173); Telefon məlumatları olan CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, istintaq zamanı məhkəmə qərarları əsasında Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid9 01.07.2019-cu il tarixdən 01.06.2021-ci il tarixə kimi olan dövr ərzində istifadələrində olan mobil telefonlarına daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS mətnlərinin yazılı mətnləri, həmin zəngləri edən nömrələrin və SMS mətnlərinin göndərildiyi nömrələrinin sahiblərinin şəxsiyyətləri və ünvanları, habelə, həmin nömrələrin qeyd edilən dövr ərzində anten dairələri barədə məlumatlar müvafiq mobil operatorlarından əldə olunaraq onlara baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**- ** nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəngi 26.07.2019-cu ildə saat 12:33-də olmuş; Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng 10.07.2019-cu ildə saat 20:06-da olmuş; Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng 09.10.2019-cu ildə saat 12:02-də olmuş; Şahid9 istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng 20.11.2019-cu ildə saat 16:49-da olmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, 01.07.2019-cu il tarixdən başlayaraq qeyd edilən dövr ərzində Təqsirləndirilən şəxs1 mobil nömrəsindən Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsinə cəmi 346 zəng olmuşdur, ilk zəng 22.07.2019-cu ildə olmuşdur. Təqsirləndirilən şəxs2 həmin mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə cəmi 3973 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa, müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid9 istifadəsində olan ***-***-**-** nömrəsi ilə ilk danışıq 28.12.2019-cu ildə saat 12:24-də olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, 01.07.2019-cu il tarixdən başlayaraq qeyd edilən dövr ərzində Təqsirləndirilən şəxs1 həmin mobil nömrəsindən Təqsirləndirilən şəxs3 077- ***-**-** mobil nömrəsinə cəmi 2557 zəng, Zərərçəkmiş şəxs1 mobil nömrəsinə isə cəmi 13 zəng olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs1 Şahid9 ilə cəmi 11 dəfə telefon danışıqları olmuşdur. Bununla bağlı, baxış zamanı Təqsirləndirilən şəxs1 təsdiq etmişdir ki, Zərərçəkmiş şəxs1 obyekti satmaq adı ilə sonuncunun 50000 manat pulunun alınmasında Şahid9 əvvəldən iştirak etməmiş və yalnız 2019-cu ilin noyabr ayında bu məsələyə qoşularaq guya obyektin alınmasına görə pulu özünün ona verməsi barədə polisə ərizə yazmışdır. Baxış zamanı zənglər və danışıqlar, nömrələrin SMS-ləri və anten dairələri barədə məlumatlara baxarkən müəyyən olunmuşdur ki, 23.07.2019-cu il saat 12:09-da Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zəng vurmuş və danışmışdır, həmin gün, yəni 23.07.2019-cu ildə saat saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, Metroparkın yaxınlığında Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 görüşmələri antenna göstəriciləri ilə təsdiq edilir. 25.07.2019-cu ildə saat 18:30 radələrində yenə də Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, Metroparkın yaxınlığında görüşmüşmələri müəyyən edilir. Bundan sonra, 26.07.2021-cu ildə saat 13 radələrində Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 Nizami rayonu, Qara Qarayev prospekti, 70 ünvanında, yəni guya satılacaq obyektin qarşısında görüşləri təsdiq olunmuşdur. Bu görüşdən əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zəng vuraraq çağırdıqları üçün Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqəli şəxs kimi təqdim etdikləri və İntiqam müəllim adlandırdıqları Təqsirləndirilən şəxs1 da oraya gəlmişdir. Onlar bir saata kimi orada olmuşlar və bu obyektlə bağlı apardıqları danışıq zamanı Təqsirləndirilən şəxs1 bu işi həll edəcəyini vəd edərək birinci çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2ı uzun müddət ərzində tanıyaraq ona etbar etdiyi üçün 26.07.2021-cu ildə axşam 18 radələrində Natiqlə yenə də Nərimanov rayonu F.X.Xoyski küçəsində kafelərin birində görüşüb çörək yemişlər və yenə də həmin obyektlə bağlı söhbət etmişlər, bu zaman Natiq onu tam əmin etmişdir ki, obyekti onun adına özəlləşdirəcəklər, lakin obyekti istəyən çoxdur və pulu tez vermək lazımdır. 27.07.2019-cu il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1la zəngləşmirlər və Ağa Neymətulla il Təbriz küçələrinin ətrafında, daha dəqiq Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən poçt şöbəsinin qarşısında görüşmək barədə razılığa gəlmişlər. Bir neçə dəqiqə sonra razılaşdıqları kimi, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 52 saylı poçt şöbəsinin qarşısında Zərərçəkmiş şəxs1 onunla və Təqsirləndirilən şəxs3la görüşmüşlər. Həmin yerin ünvanın ünvan 29işdir və anten göstəriciləri ilə görüşün bu ünvanda baş tutması təsdiq edilir. Zərərçəkmiş şəxs1 40000 manat pulu həmin ünvanda Təqsirləndirilən şəxs3 təqdim etmişdir. Təqsirləndirilən şəxs3 40000 manat pulu alıb onun yanında sayaraq sözügedən fotoatelyenin adına özəlləşdirilərək bu barədə müvafiq sənədləşdirmə aparılmaqla obyektin şəxsi mülkiyyətinə keçiriləcələyini və bütün bu işləri Təqsirləndirilən şəxs1 vasitəsilə görəcəyini demişdir. 30.07.2019-cu ildə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zəng vuraraq sənədləşdirmə işlərinin getdiyini demiş, Aydın isə ona narazılığını bildirmişdir. 24.08.2019-cu ildən 30.08.2019cu ilədək dövrdə onların dəfələrlə danışıqları olmuşdur. Həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs1 məsələnin həllinin gecikməsi ilə bağlı iradını bildirəndə Təqsirləndirilən şəxs2 ona demişdir ki, Təqsirləndirilən şəxs3 pulun qalan 10000 manatını istəyir. Telefon danışıqları və antenna məlumatlarına görə 09.09.2019-cu il tarixdə saat 10:05-də Şirvan və saat 10:21-də Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zəng edərək pulun qalan 10000 manatının çatdırılma vaxtını soruşmuşlar. Zərərçəkmiş şəxs1 onlara pulu yaxın günlərdə gətirib verəcəyini demişdir. Odur ki, 11.09.2019-cu il tarixdə onlar gün ərzində və saat 17-dən sonra dəfələrlə danışmışdırlar, daha sonra saat 17:15-dən saat 17:32 radələrinə kimi Nərimanov rayonu, Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1la görüşərək sözügedən obyekti özəlləşdirmək üçün Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 10000 manat pul vermişdir, Şirvan pulu alıb sayaraq qısa müddətində sözügedən fotoatelyenin onun adına özəlləşdirilməsi ilə bağlı sənədin hazır olacağını və obyektin onun şəxsi mülkiyyətinə keçiriləcəyini vəd etmişdir. Telefonların danışıqları və antenalarına dair məlumatlarına əsasən bu zaman onların Metroparkın yaxınlığında, N.Hacıyev küçəsi antenasının əhatəsində olduğu görünür. İstintaq zamanı görüş yerinin ünvanının Nərimanov rayonu, Təbriz küçəsi, 106 olması məlum olmuşdur. Bundan sonrakı dövrlərdə də onların dəfələrlə qarşılıqlı və bir birlərinə zəng edərək danışmışlar. Sonra Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 12.09.2019-cu il tarixdə saat 15:22-də və 17:25-də, 20.09.2019-cu il saat 16:29-da, daha sonra isə qeyd olunan dövr ərzində dəfələrlə danımışlar. Bu məsələyə isə Şahid9 2019-cu ilin noyabr ayında qoşulmuşdur. 06.11.2019-cu il tarixində Şirvan Natiqin iştirakı ilə Aydını Nərimanov rayonunda yerləşən «Metropark» ticarət mərkəzinin yanındakı «Margarita» kafesində əmisi Xanlarla görüşdürmüşdür. Söhbət əsnasında Xanlar «demaqoq» olduğunu və uzun müddət yazı-pozu, şikayət işləri ilə məşğul olduğunu söyləyib öz adından Qabilin barəsində polisə şikayət edərək 50000 manat pulunu alıb ona qaytaracığını vəd etmişdir. Məlumatlarla təsdiq olunur ki, 06.11.2019-cu il tarixində Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 12:47-də zəng etmişdir, 13:38-də onların Ağa Neymətulla, 44, Metropark TM antenasında olduğu qeydə alınmışdır. Həmçinin, telefon məlumatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 ilə X22 ilk telefon danışıqları 19.09.2020-ci ildə saat 12:13 olmuş, sonra sistematik danışdıqları və dəfələrlə görüşdükləri müəyyən edilmiş, lakin məhz hansı görüşlər zamanı pulların ona verilməsini Təqsirləndirilən şəxs1 xatırlaya bilməmiş, çox vaxt Vatsap vasitəsi ilə əlaqə saxladıqları üçün hansı tarixlərdə eyni antenalarda olmalarının müəyyən edilməsi mümkün deyildir(cild 6, i.v.8-15, 29-43); Məhkəmə-fonoskopik ekspertizasının 05.10.2021-ci il tarixli 4/1139, 4/1163 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K4” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1, “K5” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “K6” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid9 məxsusdur(cild 6, i.v. 64-74); Şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə 18.30-da şübhəli şəxs qismində tutulmuşdur(cild 6, i.v.113-114); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 6, i.v. 176-177); Bakı şəhəri Xətai rayon məhkəməsinin 30.10.2021-ci il tarixli, 4(011)-472/2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli 28.10.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir(cild 6, i.v.200-205); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 7, i.v. 11-12); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan övladı vardır(cild 7, i.v.25); Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 02.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(cild 7, i.v.26-27); Ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 qardaşı X11 22000 manat pulu Zərərçəkmiş şəxs1 təqdim etmiş, sonuncu həmin məbləğdə pulu qəbul etmişdir(cild 7, i.v.43); Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 4(011)- 487/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir(cild 7, i.v.78- 82); Təqsirləndirilən şəxs2 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsdən götürülən 50000 manat məbləğdən 5000 manat məbləğdə pulun onun götürdüyünü, 15000 manat məbləğin Təqsirləndirilən şəxs3 götürdüyünü, 30000 manat məbləğin isə Təqsirləndirilən şəxs1 götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsdən götürülən 50000 manat məbləğdən 30000 manat məbləğdə pulun onun götürdüyünü, 15000 manat məbləğin Təqsirləndirilən şəxs3 götürdüyünü, 5000 manat məbləğin isə Təqsirləndirilən şəxs2 götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsdən götürülən 50000 manat məbləğdən 15000 manat məbləğdə pulun onun götürdüyünü, 30000 manat məbləğin Təqsirləndirilən şəxs1 götürdüyünü, 5000 manat məbləğin isə Təqsirləndirilən şəxs2 götürdüyünü göstərmişdir. Zərərçəkmiş şəxs X29 məhkəməyə mülki iddia təqdim edərək 36000 manat maddi, 5000 manat mənəvi zərər olmaqla ümumilikdə 41000 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edir. Kapitalbank ASC-nin 30.03.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmişə vurulmuş ziyanın 25%-i olaraq 1250 manat dövlət büdcəsinə ödənilmişdir. Kapitalbank ASC-nin 31.03.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmişə vurulmuş ziyanın 25%-i olaraq 3752 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərin barələrində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdıqlarından və dəymiş ziyanı tamamilə ödədiklərindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən xitam verilməsinə razı olduqlarını bildirmişdir. Məhkəmə tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 əldə olunan 50000 manat məbləğdən 15000 manat məbləğdə pulun Təqsirləndirilən şəxs3, 30000 manat məbləğdə pulun Təqsirləndirilən şəxs1, 5000 manat məbləğdə pulun isə Təqsirləndirilən şəxs2 arasında bölündüyü təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ziddiyətsiz ifadələri, üzləşdirmə protokolları, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyə təqdim etdikləri ərizələri ilə müəyyən olunur. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 50000 manat olmuş, həmin məbləğ təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs3 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məhkəmə tərəfindən müəyyən edilmiş pay üzrə olan iyirmi beş faizi miqdarı 3750(üç min yeddi yüz əlli) manat, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məhkəmə tərəfindən müəyyən edilmiş pay üzrə olan iyirmi beş faizi miqdarı 1250 ( min iki yüz əlli) manat təşkil etmişdir ki, həmin məbləğlər onlar tərəfindən dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxslərin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdıqlarını və dəymiş ziyanı tamamilə ödədiklərini, cinayət nəticəsində vurulmuş ziyanın məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və onlar həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Lakin digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar olmadığından, ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalı olduğundan ayrıca akt şəklində hökm çıxarılmalıdır. Həmçinin cinayət işi üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia məsələsi, həmçinin digər təqsirləndirilən şəxsə münasibətdə qətimkan tədbiri məsələsi həmin hökmlə həll edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-37/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-37/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver