Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-370/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə, 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 ünvanında yerləşən binanın 29 nömrəli mənzilinin qarşısına quraşdırılmış, Zərərçəkmiş şəxs1 məxsus kondisionerin mis məmulatdan olan borusunu və naqilini bıçaq ilə kəsərək, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə, 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74 ünvanında yerləşən binanın 18 nömrəli mənzilinin, giriş qapısının üst hissəsinə quraşdırılmış, Zərərçəkmiş şəxs3 məxsus kondisionerin mis məmulatdan olan borusunu bıçaq ilə kəsərək, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə, 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74 ünvanında yerləşən binanın 20 nömrəli mənzilinin, giriş qapısının sağ tərəfindən yuxarı hissədə quraşdırılmış, Zərərçəkmiş şəxs2 məxsus kondisionerin mis məmulatdan olan borusunu bıçaq ilə kəsərək və binanın həyətində saxlanılmış, sonuncuya məxsus “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkərinin üst hissəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 0,408 qram psixotrop maddə metamfetamin alaraq, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, 27 aprel 2022-ci il tarixdə, saat 15:20-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,408 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 0,885 qram narkotik vasitə tiryək alaraq, üzərində saxlayıb daşımış və oğurluq hadisələrinin törədilməsi ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, 04 may 2022-ci il tarixdə, saat 17:25-də Xətai rayonu, Babək prospekti 11 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb, ünvan 5ında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,885 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləməmiş, fəhləlik etməklə və küçələrdən dəmir məmulatları toplayaraq, satıb pul əldə etmişdir. Bir ilə yaxındır ki, narkotik maddə istifadə etməyə başlamışdır. Narkotik maddələri o, Bakı şəhərinin müxtəlif yerlərindən, tanımadığı şəxslərdən alıb, istifadə edirmiş. Pula ehtiyacı olduğundan, oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 2022-ci ilin aprel ayının sonlarında, səhər saatlarında Babək prospektində olarkən, bir yaşayış binasının həyətində daxil olmuşdur. O, binanın girişindən daxil olub, pilləkənlərlə qalxan zaman, divara bərkidilmiş kondisioner mühərrikini görmüşdür. Həmin mühərrikin borusunun və naqilinin mis materialdan olmasını görüb, kəsmək qərarına gəlmişdir. Üzərində olan bıçaq ilə borunu və elektrik naqilini kəsib götürmüşdür. O, küçəyə çıxıb, yenidən kondisioner borusu oğurlamaq üçün bina axtarmışdır. Yaxınlıqda olan başqa bir binanın yaxınlığında borunu və naqili gizlədib, binaya daxil olmuş və pilləkən ilə qalxdıqda, bir mənzilin giriş qapısının üzərində kondisioner mühərriki olmasını görmüşdür. Həmin kondisionerin mis borularını üzərində olan bıçaq ilə kəsib götürmüşdür. Həmin binada olan digər mənzilin qapısının sağ tərəfində, divara bərkidilmiş kondisioner mühərrikini görmüşdür. Əlində olan borunu yerə qoyub, həmin kondisionerin də mis borusunu bıçaq ilə kəsib götürmüşdür. Hər iki borunu götürüb, binadan çıxaraq, gizlətdiyi borunu və naqili götürüb küçəyə çıxmışdır. Binanın yaxınlığında qırmızı rəngli “Toyota” markalı avtomobilin dayanmasını görmüşdür. Həmin avtomobilin yanından keçərkən, avtomobilin təkəri onun diqqətini cəlb etmişdir. Ətrafda heç kəsin olmadığını görüb, həmin avtomobilin təkərinin üst hissəsini sökərək, yerindən çıxarmış və sonra oradan uzaqlaşmışdır. Misləri əzərək, yararsız hala salmışdır ki, sata bilsin. Əldə etdiyi boruları və elektrik naqilini satmaq üçün metal qəbulu yerinə getmişdir. Orada şəxsiyyət vəsiqəsini təqdim etməklə, tanıdığı Rizvan adlı şəxsə 20 manata boruları və naqilləri satmışdır. O, mislərin özünə məxsus olmasını bildirmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmçinin, 2022-ci ilin aprel ayının sonlarında Binəqədi qəsəbəsində, “Araz” marketin yaxınlığında piyada gedən zaman, iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər onun psixotrop maddənin gəzdirməsində şübhə edildiyi üçün, üzərinə axtarış keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Şəxsi axtarış zamanı, o, əynində olan şalvarının ciblərindən pul kisəsini, mobil telefonu, cib dəsmalını çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi pul kisəsinin içərisində gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin bükülü açılaraq, içərisinə baxılan zaman, ağ rəngli maddə aşkar olunmuşdur. O, aşkar olunanın psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanmazdan bir qədər əvvəl yerdən tapdığı siqaret qutusunun içərisindən aşkar etdiyini, özü psixotrop maddə istifadəçisi olduğunu üçün, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin maddəni götürüb, zərfə qoyaraq möhürləmiş və axtarışda iştirak edən şəxslər tərəfindən zərfin üzəri imzalanmışdır. Eyni zamanda, 2022-ci ilin may ayının əvvəlində, tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün, narkotik maddə olan tiryək alıb, üzərində saxlamışdır. Narkotik maddənin bir qismini istifadə etmiş, qalan qismini isə cibinə qoymuşdur. Həmin gün Babək prospekti ilə piyada hərəkət edən zaman, iki nəfər şəxs yaxınlaşıb, özlərini Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun oğurluq hadisələrinin törədilməsində şübhəli olmağını bildirib, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl o, şalvarının cibindən selofan torbanı çıxardıb, təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılaraq, içərisinə baxış keçirilmişdir. O, həmin maddənin narkotik vasitə olmasını, şəxsi istfadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Xətai rayonu, Babək prospekti 74 ünvanında yerləşən mənzildə yaşayır. Özünə məxsus “Toyota Prius” markalı avtomobili yaşadığı binanın həyətində saxlayırmış. Yaşadığı mənzilin giriş qapısının qarşısından kondisionerin mis məmulatdan olan borusu keçir. Həmin boru evdə olan kondisionerdən binanın çöl tərəfində quraşdırılmış mühərrikə gedir. 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında işə getmək üçün, binanın dəhlizinə çıxdıqda, kondisionerin mis borusunun kəsilmiş vəziyyətdə olmasını aşkar etmişdir. Bundan sonra binanın həyətinə düşmüş və avtomobilinin arxa sağ təkərinin bir ədəd boltunun yerində olmamasını aşkar etmişdir. Həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, kondisionerin mis borusunu və avtomobilin təkərinin boltunu Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Lakin, hazırda o, Təqsirləndirilən şəxs adlı şəxslə barışmış, onun heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, Xətai rayonu, Babək prospekti 74/18 ünvanında yaşayır. Yaşadığı mənzilin giriş qapısının qarşısında kondisionerin mühərriki quraşdırılmışdır. Həmin mühərrikə mənzilin içərisində olan kondisionerdən mis məmulatdan boru gedir. 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında qapıdan binanın dəhlizinə çıxdıqda, qarşıda olan kondisionerin borusunun yerində olmadığını aşkar etmişdir. Məlum olmuşdur ki, mis boru kəsilərək oğurlanmışdır. Bundan sonar, o, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Polisdə araşdırma nəticəsində məlum olmuşdur ki, kondisionerinin mis borusunu Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Hazırda isə ona dəymiş ziyan tam olaraq ödənilmiş, o, iş üzrə Təqsirləndirilən şəxsla barışmış, heç bir şikayəti və tələbi yoxdur və bu səbəbdən də, iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Həmçinin, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı müraciətində, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Xətai rayonu, ünvan 8 ünvanında yaşayır. Yaşadığı mənzilin giriş qapısı ilə qarşı-qarşıya olan pəncərənin çöl tərəfinə kondisionerin mühərriki quraşdırılmışdır. Həmin mühərrikə mənzilin içərisində olan kondisionerdən mis məmulatdan boru gedir. 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında yuxudan oyanıb, kondisioneri işə salmaq istədikdə, işləmədiyini aşkar etmişdir. Bundan sonra, qapıdan binanın dəhlizinə çıxmış və qarşıda olan pəncərədən kondisionerin mühərrikinə baxdıqda, mis məmulatdan olan borunun oğurlanmasını görmüşdür. Məlum olmuşdur ki, mis borunu kəsərək oğurlamışlar. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş yaşadığı mənzilin qarşısına polis əməkdaşları gəlmişlər. Hadisə ilə əlaqədar ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Polis əməkdaşları hadisə yerinin fotoşəkillərini çəkib, baxış keçirmişlər. Həmin hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, Babək prospektində yerləşən metal qəbulu məntəqəsində işləyir. 26 aprel 2022-ci il tarixdə işdə olan zaman, bir nəfər şəxs məntəqəyə gəlmişdir. Həmin şəxs sellofanda mis məmulatlarını gətirməsini demişdir. Həmin şəxs satmaq üçün mis boru və bir ədəd mis bolt gətirmiş və bildirmişdir ki, mis məmulatları küçələrdən toplamışdır. O, mis məmulatı çəkib, 20 manat qiymətləndirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş və sonuncu şəxsiyyət vəsiqəsini təqdim etdikdə, məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, şəxsiyyət vəsiqəsinin fotoşəklini mobil telefonu ilə çəkmiş və bundan sonra 20 manat pulu Vüsal adlı şəxsə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 aprel 2022-ci il tarixdə DİN-in 102 xidmətinə Zərərçəkmiş şəxs1 tərəfindən Xətai rayonu, Babək prospekti 72 ünvanında yerləşən mənzilin kondisionerinin mis borusunun və naqillərinin oğurlanması barədə məlumat daxil olmuşdur. Həmçinin, həmin gün Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən DİN-nin 102 xidmətinə Xətai rayonu, Babək prospekti 74 ünvanında yerləşən mənzillərin kondisionerlərinin mis borusunun və “Toyota Prius” markalı avtomobilin təkərinin üst hissəsinin oğurlanması barədə məlumatlar daxil omuşdur. Baş vermiş oğurluq hadisələrini törətmiş şəxsin müəyyən edilməsi barədə tapşırıq verilmişdir. Törədilmiş oğurluq cinayətlərinin açılması istiqamətində tədbirlər keçirməyə başlamışlar və həmin tədbirlər nəticəsində cinayətlərin xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. 04 may 2022-ci il tarixdə, saat 17 radələrində 34-cü Polis Şöbəsinin sahə rəisi Şahid5 ilə birgə keçirilmiş tədbirlər nəticəsində, Xətai rayonu, Babək prospektində Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi müəyyən edib, həmin şəxsi saxlamışlar və özlərini təqdim etdikdən sonra, sonuncunu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olması təsdiqlənmiş və həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələr olduğundan, şəxsi axtarış keçirilməsi zərurəti yaranmış və bu səbəbdən polis şöbəsinə vəkil dəvət edilmişdir. Daha sonra dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş və bundan sonra Vüsal əynində olan şalvarının cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofanda kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofanda olan maddə narkotik vasitədir, narkotiki həmin gün şəxsi istifadəsi üçün 20 manata almışdır. Daha sonra, aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə rəisi Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə digər şahidlər Şahid2 və Şahid3 Tariyel oğlu məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Şahid3 Tariyel oğlu məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 Tariyel oğlu göstərmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 aprel 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq üzərində psixotrop maddə gəzdirir. Məlumatı yoxlamaq məqsədi ilə, ondan və 43cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 27 aprel 2022-ci il tarixdə, saat 15 radələrində Qurbanov X5 qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən «Araz» marketin yaxınlığında müəyyən edilmişdir. Onlar yaxınlaşıb, özlərini həmin şəxsə təqdim edərək, narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün, sonuncunu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsinin təhqiqatçısı Fuad Alıyev qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, onların iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarının sol yan cibindən bir ədəd pul kisəsini, şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu, şalvarının sol arxa cibindən bir ədəd cib dəsmalını çıxardıb, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul kisəsi açılaraq, içərisinə baxılan zaman, içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 5 manatlıq pul əskinası və bir ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin gümüşü rəngli kağız bükülü iştirakçılar tərəfindən açılaraq, içərisinə baxılan zaman, içərisindən ağ rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda, sonuncu həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni həmin gün polis əməkdaşları tərəfindən saxlanmamışdan bir qədər əvvəl “Araz” marketin yaxınlığında yerdən tapdığını, siqaret qutusunun içərisindən aşkar etdiyini, özü psixotrop maddə istifadəçisi olduğunu, eləcə də şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, həmin kağız bükülü qablaşdırılaraq, möhürlənmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini, həmin şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “KGTEL” markalı mobil telefonu, həmin şalvarın sol arxa cibindən bir ədəd cib dəsmalını çıxardıb, masanın üzərinə qoymuşdur. Aşkar olunmuş qara rəngli pul kisəsi açılaraq, içərisinə baxılan zaman, içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 5 manatlıq pul əskinası və bir ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin gümüşü rəngli kağız bükülü açılaraq, içərisindən ağ rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin gün Binəqədi qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2444 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksləri, “...(imza) Təqsirləndirilən şəxs..” yazıları, soyadlar və imzalar olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,408 qram olan ağ rəngli, kristalşəkilli maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonra qalıq - 0,358 qramdır. Eyni zamanda, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 04 may 2022-ci il tarixdə şübhəli şəxs – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş, qara rəngli, kristalşəkilli kütləni çıxardıb, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik maddə olduğunu, həmin gün ünvan 9 ünvanında, tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 6/2575 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Qurbanov...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,885 qram olan tünd-qəhvəyi rəngli, qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, tədqiqatdan sonra qalıq - 0,835 qramdır. İş materiallarından görünür ki, 0,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 0,358 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 may 2022-ci il tarixli, 2501 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. Həmçinin, iş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən, 20 iyun 2016-cı il tarixdə cəzadan azad edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini və iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 04 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 0,358 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 173 (bir yüz yetmiş üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 66.2-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 04 may 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 0,358 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 173 (bir yüz yetmiş üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-370/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-370/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver