Məhkəmə qərarları › İş №1(011)-370/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-370/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-370/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi – X7, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1964-cü ildə Ermənistan, Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, Baku Bus MMC-də daxili sürücü işləyən, evli, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi məhəllə 593, ev 64 mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 21:30-da “BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz C 280 minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Zığ şossesi ilə Hovsan qəsəbəsi istiqamətində 60 km/saat sürətlə yolun sol hərəkət zolağı ilə hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri Xətai rayonu, Zığ şossesi ünvanında yolu sağdan sola keçən piyada X6 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya ikitərəfli hematoraks, dalağın çıxarılması, yoğun bağırsağın zədələnməsi, soldan V-Vİİ qabırğaların, yuxarı və aşağı ətrafların sınıqları kimi canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla sonuncunun 14 fevral 2023-ci il tarixdə saat 08:40-da “Ak.M.A.Mirqasımov adına xəstəxanada yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərin ağırlaşması nəticəsində ölümünə səbəb olması ilə nəticələnən yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən «Gold Palace» şadlıq sarayından çıxaraq ona məxsus Mercedes Benz C 280 markalı **-SV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla işlədiyi "xxxx" MMC-nin qarajına doğru Zığ yolu ilə hərəkət edərək Hövsan qəsəbəsi istiqamətinə doğru 60 km/saat sürətlə hərəkət etdiyi zaman saat 21:30-da Baku Bus qarajı ilə üzbəüz yolun digər hərəkət istiqamətində yerləşən avtobus dayanacağına çatmamış təxminən 20 metr məsafdə yolun soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olduğu zaman avtomaşınının sağ tərəfinin hər hansı bir maneyə dəyməsini hiss edib sürəti azaldaraq təxminən 10 metr sonra avtomaşını saxlayaraq avtomaşından düşüb geriyə qayıtmış və həmin zaman yolda bir nəfər orta yaşlı kişi cinsli şəxsin yerdə uzanmasını görmüşdür. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və ətrafda olan şəxslər TTY-yə müraciət etmişdirlər. Əlavə olaraq bildirmişdir ki, o yolu keçən piyadanı ümumiyyətlə görməmiş, çünki həmin ərazidə ümumiyyətlə işıqlandırma olmamış, həmin piyada da onun avtomaşınının qarşısına deyil avtomaşınının sağ tərəfinə dəyərək yerə yıxılmışdır, bu səbəbdən onu görməmişdir.Hadisə baş verən zaman saatda 60 km sürət ilə hərəkət etmişdir. İdarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hərəkətdə olan zaman spirti içki və ya digər qanunsuz maddələr istifadə etməmiş hadisə zamanı xəsarət almamışdır. Hərəkətdə olan zaman avtomobildə sərnişin olmamış və ya avtomaşında yük olmamışdır.Tərəfindən xəstə X5 müalicəsi və onun dəfn ilə bağlı bütün xərcləri ödəmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, o, 14 yanvar 2016-cı il tarixdə mərhum əri X8 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 övladı var. İsayev Məhəmməd 2015-ci il İsayev Yusif isə 2020-ci il təvəllüdlüdür. Hər ikisi onun himayəsindərilər. Hadisə baş verən günə qədər yuxarıda göstərdiyi ünvanda birlikdə kirayədə yaşamışdırlar. Əri usta kimi fərdi evlərdə işləmişdir. Demək olar ki, yoldaşı hər gün səhər 8 radələrində evdən çıxaraq axşam saat 20 radələrində yaşadıqları evə gəlmişdir, həmçinin bəzi günlərdə ayıq sürücü kimi də fəaliyyət göstərdiyindən daha gec saatlarda da evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində ona qardaşı telefon vasitəsi ilə əlaqə saxlayaraq Himayətin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və ilkin olaraq Sabunçu xəstəxanasına aparıldığını bildirmişdir. Həmin gün o da Himayəti xəstəxanada ziyarət etmişdir.Təxminən 2 gün müddətində orada qaldıqdan sonra yoldaşının vəziyyəti pis olduğundan X14 xəstəxanasına aparılmışdır. Təxminən 5 gün orada xəstə vəziyyətində qaldıqdan sonra maliyyə cəhətdən çətinlikləri olduğunudan ərini RKX-ya köçürmüşlər. Orada müalicəsini davam etdirməsinə baxmayaraq 14 fevral 2023-cü il tarixdə xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ərinin müalicəsi, habelə dəfni ilə bağlı bütün xərcləri çəkilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Himayət İsayev onun oğludur. Belə ki, onu rayonda atasının yanında dəfn ediblər. Təqsirləndirilən şəxs tərəfindən dəfn ilə əlaqədar xərclər daxil olmaqla ümumilikdə 6650 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsindən həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 2/1483 №-li, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 23:50-də müayinədən keçirilərkən ayıq olmuş və alkoqolun , narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə xx.xx.2023-ci il tarixdə 22 radələrində axşam və quru hava şəraitində baş vermiş, hadisə yerində yol bir tərəfli, üç hərəkət zolaqlı və asfalt örtüklü olmuş, hadisə nəqliyyatın hərəkət zolağında, yolun sol hərəkət zolağında baş vermiş, hadisə zamanı Mercedes Benz C 280 minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə yerində işıqlanma sistemləri, tormoz izləri olmamışdır.Hadisə yerinə baxışda iştirak etmiş sürücü Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu Zığ yolu ünvanında Hövsan qəsəbəsi istiqamətində yolun sol hərəkət zolağı ilə hərəkət zamanı piyadanı avtomaşının qabaq sağ yan hissəsi ilə vurmasını göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı Mercedes Benz C 280 minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ dönmə işığının sınması, qabaq buferin sağ künc hissəsinin əzilməsi,qabaq sağ qanadının üzərində sürtünmə izləri, sağ yan güzgünün qırılması, digər hissəslərinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 mart 2023-cü il tarixli, 17 saylı rəyində göstərilmişdir ki, X5 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: İkitərəfli hemotoraks, dalağın çıxarılması, yoğun bağırsağın zədələnməsi,soldan V-Vİİ qabırğaların, yuxarı və aşağı ətrafların sınıqları.Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşya (əşyalar) təsirindən törənmişlər,eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanını əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu xəsarətlərin ağırlaşması nəticəsində poliorqon çatışmazlığı olmuşdur, ölüm xx.xx.2023-cü il tarixdə saat 08:40- da AK.M.Ə.Mirqasımov adına xəstəxanada baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. X1 adma tərtib edilmiş tibbi sənədlərlə onun spirtli içki, narkotik vasitə və psixotrop maddələrin qəbul etməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 28 aprel 2023cü il tarixli, 8/872 saylı rəyindən görünür ki, Mercedes Benz C 280 markalı, ** SV *** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» azərbayca Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa hexniki imkanı olmuşdur İş materiallarında olan AZ-İİ № 329841, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ölüm səbəbi döş boşluğu orqanlarının çoxsaylı travmalarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur İş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Bens C280» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan «Mercedes Bens C280» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar