Məhkəmə qərarları › İş №1(011)-371/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-371/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-371/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə istirakı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şuşa şəhəri, M.H.Vəzirov küçəsi, ev 4, mənzil 10-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa" restoranında administrator kimi işlədiyi müddət ərzində toy məclisi təşkil edilməsi üçün ona müraciət etmiş X1 etibarından sui-istifadə edərək, ona administrator işlədiyi “Mala Praqa" restoranında xx.xx.2022-ci il tarixdə toy məclisi təşkil edəcəyi barədə yalan vəd verib, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga" restoranında vahid niyyətlə əhatə olunan qəsdlə, 24 dekabr 2021-ci il tarixdə saat 18 radələrində həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları və 04 yanvar 2022-ci il tarixdə saat 11 radələrində 5500 manat nağd pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Yusif Babayevə ümumilikdə 6010 (altı min on) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa” restoranında administrator kimi işlədiyi müddət ərzində toy məclisi təşkil edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, ona administrator işlədiyi “Mala Praqa" restoranında 23 mart 2022-ci il tarixdə toy məclisi təşkil edəcəyi barədə yalan vəd verib, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga” restoranında 30 dekabr 2021-ci il tarixdə saat 18 radələrində 5000 manat nağd pulunu almış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 toy məclisini başqa restoranda təşkil edəcəyini bildirib vermiş olduğu qulu qaytarmasını tələb edən zaman pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını söz versə də, vermiş olduğu vədə əməl etməyib almış olduğu 5000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa" restoranında administrator kimi işlədiyi müddət ərzində toy məclisi təşkil edilməsi üçün ona müraciət etmiş və 30 yanvar 2022-ci il tarixdə baş tutmuş toy məclisində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, işlədiyi “Mala Praqa” restoranına vergidən yoxlama gəlməsi və kassaya təcili pul köçürmək lazım olduğunu bildirib həmin pulu toyun səhəri günü qaytaracağı barədə yalan vəd verib Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga" restoranında 30 yanvar 2022-ci il tarixdə saat 22 radələrində 15.000 manat nağd pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 15.000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa” restoranında administrator kimi işlədiyi müddət ərzində toy məclisi təşkil edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, ona administrator işlədiyi "Mala Praqa" restoranında xx.xx.2022-ci il tarixdə toy məclisi təşkil edəcəyi barədə yalan vəd verib, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 55 ünvanında yerləşən “Mala Praga" restoranında vahid niyyətlə əhatə olunan qəsdlə, 13 fevral 2022-ci il tarixdə saat 18 radələrində 500 manat və 15 fevral 2022-ci il tarixdə 2500 manat nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa” restoranında administrator kimi işlədiyi müddət ərzində ad günü məclisi təşkil edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, işlədiyi “Mala Praqa” restoranında 19 mart 2022-ci il tarixdə ad günü məclisi təşkil edəcəyini bildirib “Mala Praga” restoranında 13 fevral 2022-ci il tarixdə 200 manat və 07 mart 2022-ci il tarixdə 1500 manat pulunu aldıqdan sonra, 19 mart 2022-ci il tarixdə baş tutmuş ad günü məclisində Zərərçəkmiş şəxs5 “Mala Praqa” restoranına vergidən yoxlama gəlməsi və kassaya pul köçürmək lazım olduğunu, ad günü mərasiminin xərci olan 3230 manat pulu ödəməsini, ilkin ödəniş kimi aldığı 1700 manat pulu isə səhəri günü qaytaracağını desə də, qaytarmayıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayından Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa" restoranında administrator kimi işləmişdir. Həmin restoranda banket və toy məclislərini həyata keçirilmişdir. Restoranda onun işi restorana gəlmiş vətəndaşları qarşılamaq, sonuncuların istəyi üzrə restoranda banket və toy məclislərini təşkil etməkdən ibarət olmuşdur. Buna görə də, işlədiyi restorana gəlmiş müştərilərin istəyi üzrə müştəriləri özü qəbul edərək banket və toy məclislərini danışaraq gün və yer müəyyən etmişdir. Maddi imkanı yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayından başlayaraq restorana gəlib toy və banket şənlikləri danışmaq istəyən şəxslərlə ünsiyyətdə olmuş, sonradan müştərilərlə özü gizlin şəkildə telefon əlaqəsi saxlayaraq menyunu həmin şəxslər üçün, restoran rəhbərliyinin xəbəri olmadan endirim edib, əvvəlcədən beh vermələrini danışmış və əvvəlcədən həmin şəxslərdən aldığı müəyyən miqdarda məbləğlərin az qismini restoranın kitabçasında beh kimi verdiklərini yazdırıb, çox miqdarını özü üçün götürmüşdür. 2021-ci ilin dekabr ayından X2 tanımışdır. Yusif işlədiyi “Mala Praqa" restoranına toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. 24 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Yusif işlədiyi “Mala Praga” restoranına gələrək onunla görüşmüşdür. Söhbət zamanı Yusif ona qızı Xalidə üçün toy məclisi təşkil etmək istəyini bildirdiyi üçün o, Yusifə bir neçə menyu göstərib restoranın göstərmiş olduğu xidmətləri izah etmişdir. Yusif menyu ilə tanış olan zaman hər bir qonaq üçün 65 manat nəzərdə tutulmuş menyunu bəyəndiyini bildirmiş və onlar bu barədə danışmışlar. Həmin vaxt onlar toyun tarixini 23 iyun 2022-ci il tarixinə təyin etmişlər və Yusif beh kimi ilkin olaraq 300 ABŞ dolları, yəni 510 manat pul verib çıxıb getmişdir. O, yenidən Yusifdən pul almaq qərarına gəlmiş və 04 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Yusifə zəng edərək toy barəsində görüşmək istədiyini bildirmişdir. Təxminən bir neçə saat keçdikdən sonra Yusif işlədiyi “Mala Praga" restoranına gələrək onunla görüşmüşdü. Həmin vaxt o, Yusifə pandemiya ilə əlaqədar olaraq restoranın büdcəsində pul olmadığını, toy üçün tədarük görülməsi və lazımı ərzaqların alınması üçün toyun pulu əvvəlcədən verməsi şərti ilə hər bir masanın qiymətini əvvəlcədən danışdıqları 65 manatdan 50 manata sala biləcəyini bildirmişdir. Yusif onunla razılaşdıqdan sonra vermiş olduğu ilkin beh, 300 ABŞ dollarından əlavə olaraq 6.000 (altı min) manat da verməsini istəmişdir. Yusif də onunla razılaşmış və baş tutacaq toy mərasimində iştirak edəcək 150 nəfər qonağın hər biri üçün 50 manat, yəni ümumilikdə 7.500 (yeddi min beş yüz) manatı ödəmək istədiyini bildirmişdir. Həmin vaxt Yusif ona üzərində 5.500 manat pulu olduğunu bildirib həmin pulu ona verərək qalan 1500 manat pulu da toy günü verə biləcəyini demişdir. O, 5500 manat pulu Yusifdən alıb sayaraq qəbul etmiş və toyun keçirilmə tarixini və Yusifin vermiş olduğu ümumilikdə 6.010 manat pulun qeydləri aparılmış qəbzi sonuncuya vermişdir. Zərərçəkmiş şəxs3 da 2021-ci ilin dekabr ayından tanımışdır. İsuliddin işlədiyi “Mala Praqa” restoranına toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. 30 dekabr 2021-ci il tarixdə saat 18 radələrində İsuliddin işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga” restoranına gələrək onunla görüşmüşdür. Söhbət zamanı İsuliddin ona qohumu Günel Məmmədli üçün toy məclisi təşkil etmək istəyini bildirmişdir. Həmin vaxt onlar toyun tarixini 23 mart 2022-ci il tarixinə təyin etmişlər və İsuliddin ona qonaqların 220 nəfər olacağını bildirmişdir. Həmin vaxt qonaqların sayına uyğun olaraq hesabat aparmış, ümumilikdə 14300 manat ödəniş edəcəyini bildirmişdir. O, İsuliddinə toyun vaxtını təyin etdikləri üçün 500 manat beh verməli olduğunu bildirmişdir. Həmçinin İsuliddini inandırmaq üçün sonuncuya pulun yarısını ilkin ödəniş olaraq verəcəyi təqdirdə ümumi məbləğin, yəni 14.300 manatdan 2.000 manat endirim olunacağını bildirmişdir. Həmin vaxt İsuliddin ona üzərində ümumilikdə 5.000 manat pul olduğunu bildirib həmin pulu ona vermişdir. O da restoranın menyusunun üzərinə Təqsirləndirilən şəxs “5.000 manat beh verildi" sözlərini yazaraq öz imzasını çəkərək həmin menyunun surətini sonuncuya vermişdir. Bundan sonra İsuliddin onunla sağollaşıb toy məclisinə hazırlıqlar görməyə başlayacaqlarını bildirib çıxıb getmişdir. 2022-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs1 tanımışdır. Nəzər də işlədiyi "Mala Praqa" restoranına toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. 15 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Nəzər "Mala Praga" restoranına gələrək onunla görüşmüşdür. Söhbət zamanı Nəzər ona oğlu Rasim Hacıyev üçün toy məclisi təşkil etmək istəyini bildirmişdir. Həmin vaxt onlar toyun tarixini 30 yanvar 2022-ci il tarixinə təyin etmişlər və Nəzər ona qonaqların 120 nəfər olacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 inandırmaq üçün sonuncuya 70 manatlıq menyunun qiymətini 60 manat etmək mümkün olduğunu, lakin bunun üçün ilkin olaraq toya gələcək 120 nəfər qonağın hər biri üçün 60 manat pulu əvvəlcədən vermək lazım olduğunu demişdir. Nəzər də ona inandığı üçün toya dəvət ediləcək 120 nəfər qonağın hər biri üçün 60 manat, yəni ümumilikdə 7.200 manat pulu qabaqcadan ödəmək qərarına gəlmişdir. Nəzər ondan pulu hara ödəyəcəyini soruşduqda o, sonuncuya pulu ona ödəyəcəyini demişdir. Həmin vaxt Nəzərə razılaşdıqları kimi 7200 manat pulu sayaraq ona vermişdir. Sonra o, işlədiyi “Mala Praqa" restoranının adından toyun tarixi və Nəzərin vermiş olduğu 7.200 manat pulun qeydləri edilmiş kağız qəbzi sonuncuya vermişdir.Bundan sonra Nəzər onunla sağollaşıb toy məclisinə hazırlıqlar görməyə başlayacağını bildirib çıxıb getmişdir. Bundan sonra Nəzər onunla bir neçə dəfə telefonla əlaqə saxlayıb danışan zaman o, sonuncuya hər bir şeyin qaydasında olduğunu və 30 yanvar 2022-ci il tarixdə toyun olacağını bildirmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Nəzərin oğlu Rasim Hacıyevin toyu baş tutmuşdur. Toy ərəfəsində, Nəzərdən əlavə pul almaq qərarına gəldiyi üçün saat təxminən 22 radələrində sonuncunu əyləşdiyi ofisinə dəvət etmişdir. Nəzərdən pul almaq məqsədi ilə sonuncuya yalandan toya "vergidən yoxlama" gəldiyini və təcili olaraq 15.000 manat pulun kassaya köçürülməsinin lazım olmasını bildirmişdir. Nəzər ona toy məclisi üçün razılaşdıqları məbləği verdiyini bildirən zaman, sonuncuya rəhbərliyini hazırda restoranda olmadığını, kassaya pul köçürülə bilmədiyini deyərək 15.000 manat pulu istəmişdir. Nəzər də ona inandığı üçün toydan yığılmış olan 15.000 manat pulu ona vermişdir. O, pulu ondan alan zaman narahat olmamağını və ən geci pulu 01 fevral 2022-ci il tarixdə verəcəyini bildirmişdir. Toy məclisi başa çatdıqdan sonra Nəzər və qonaqlar restorandan çıxıb getmişlər. 01 fevral 2022-ci il tarixdə yenidən Nəzər ona zəng vursa da, o, pulları şəxsi işlərinə xərclədiyi üçün sonuncunun telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs1 almış olduğu 15.000 manat pulu şəxsi işlərinə xərcləmişdir. 2022-ci ilin fevral ayından Zərərçəkmiş şəxs4 tanımışdır. Püstə işlədiyi "Mala Praqa” restoranına toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. 13 fevral 2022-ci il tarixdə saat 18 radələrində restorana gələrək onunla görüşmüşdür. Söhbət zamanı Püstə ona özü üçün toy məclisi təşkil etmək istəyini bildirmişdir. Həmin vaxt toyun tarixini 20 mart 2022-ci il tarixinə təyin etmişlər və Püstə ona qonaqların 150 nəfər olacağını bildirmişdir. Həmin vaxt o, Püstəyə ilkin olaraq beh kimi 500 pul verməli olduğunu demişdir. Püstə çantasından 500 manat pul çıxarıb beh kimi ona verib çıxıb getmişdir. Bundan sonra o, Püstədən əlavə olaraq pul almaq qərarına gəlmiş və 16 fevral 2022-ci il tarixdə "Whatsapp” proqramı vasitəsi ilə Püstənin həyat yoldaşı İsmayıl ilə əlaqə saxlayaraq sonuncudan 150 nəfər qonağın hər biri üçün 50 manat pulu əvvəlcədən vermək lazım olmasını bildirmişdir. Bunun üçün isə sonuncudan ümumilikdə 7.500 manat pul istəmişdir. Püstə və Anar ondan nə üçün pulu əvvəlcədən istədiyini soruşduqda o, restoranın mart ayında olan toyları üçün lazım olan ərzaq və digər xərcləri əvvəlcədən qarşılamaq üçün lazım olmasını bildirmişdir. Püstənin həyat yoldaşı İsmayıl pulunun olmadığını bildirən zaman o, sonunculara endirim edərək 6000 manat vermələrini, 1.500 manat endirim etdiyini bildirmişdir. Lakin sonuncular ona ancaq ümumilikdə 3.000 manat pul verə biləcəklərini demişlər və o, razılıq verib həmin pulu ödəmələrini istəmişdir. Həmin gün Püstə işlədiyi “Mala Praqa” restoranına gələrək onunla görüşüb 2500 manat pulu ona vermişdir. Həmin vaxt o, pulu Püstədən almağı və toyun tarixi barədə restoranın adından qəbz yazaraq sonuncuya vermişdir. Bundan sonra o, Püstədən almış olduğu pulları restorana ödəməyib şəxsi işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs5da 2022-ci ilin fevral ayından tanımışdır. Teymur işlədiyi “Mala Praqa” restoranına ad günü məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. 19 fevral 2022-ci il tarixdə saat 13 radələrində Teymur “Mala Praga” restoranına gələrək onunla görüşmüşdür. Söhbət zamanı Teymur ona oğlu üçün ad günü məclisi təşkil etmək istəyini bildirmişdir. Teymura ad günü məclisinin ümumilikdə 2800 manata başa gələcəyini demişdir. Teymur onunla razılaşıb ilkin olaraq beh kimi ona 200 manat pul vermişdir. Həmin vaxt onlar ad günü məclisini 19 mart 2022-ci il tarixə təyin etmişlər. 07 mart 2022-ci il tarixdə Teymurdan pul almaq qərarına gəlmiş və sonuncu ilə əlaqə saxlayıb işlədiyi restorana dəvət etmişdir. Teymur həmin gün təxminin saat 13 radələrində işlədiyi “Mala Praga” restoranına gələrək onunla görüşmüşdür. Söhbət zamanı o, Teymura restoranın xərcləri ilə əlaqədar olaraq ilkin ödəniş qismində 1.500 manat da pul verməsini istəmişdir. Teymur da heç bir problemin olmadığını bildirərək cibindən 1500 manat pulu çıxardaraq ona vermişdir. Pulu Teymurdan qəbul edib sayaraq restoranın menyusunun üzərinə ad günü məclisinin keçiriləcəyi tarix və beh qismində vermiş olduğu 1.700 manat pulu qeyd edərək menyunu sonuncuya vermişdir. 19 mart 2022-ci il tarixdə Teymurun oğlunun ad günü məclisi işlədiyi restoranda baş tutmuşdur. Məclisin sonlarında o, Teymura yaxınlaşaraq restorana vergidən yoxlamanın gəlməsini və bunun üçün ondan 3.230 manat olan hesabı ödəməsini, sonuncunun ona vermiş olduğu 1700 manat pulu səhəri günü geri qaytarcağını bildirmişdir. Teymur da ona inanaraq 3.230 manat pulu ona vermişdir. Səhəri gün isə Teymur ona zəng vursa da o, sonuncunun zənglərinə cavab verməyib yayınmağa başlamışdır. Bundan sonra restoranın rəhbərliyi onun bu əməlindən xəbər tutduqları üçün onu işdən azad etmişlər. Teymurdan aldığı 3230 manat pulu restorana ödəsə də, sonuncudan ilkin olaraq beh kimi aldığı 1700 manat pulu restorana verməyib şəxsi işlərinə xərcləmişdir. Yuxarıda adı sadalanan beş zərərçəkmiş şəxsdən aldıqları pulların müqabilində heç bir iş görməmiş və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, zamanla vurduğu zərərləri qaytaracağını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 2021ci ilin dekabr ayının sonlarında qızı Xalidə Əzizovaya toy etmək üçün Bakı şəhərində yerləşən restoranlara getmişdir. 24 dekabr 2021-ci il tarixdə saat 18 radələrində “Mala Praga” restoranına getmişdir. Ofisdə oturan şəxsə Anar müəllimin yanına gəldiyini dedikdə həmin şəxs Anarın özü olmasını bildirərək onu otağın içərisinə dəvət etmişdir. Söhbət əsasında o, Anara toy etmək istədiyini bildirmiş və restoranın menyuları ilə tanış olmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs onu menyu ilə tanış edən zaman restoranın menyusunda ən ucuz qiymət, hər bir qonaq üçün 65 manat nəzərdə tutulmuşdur. O, həmin menyu ilə tanış olmuş və ona, ailəsinə uyğun olduğunu düşündükdən sonra toyun tarixi barədə danışmışlar. Toyun tarixini 23 iyun 2022-ci il tarixinə təyin etmişlər və o, ilkin olaraq Təqsirləndirilən şəxs 300 ABŞ dolları, yəni 510 (beş yüz on) manat pulu beh kimi verib sağollaşmışdır. 04 yanvar 2022-ci il tarxdə saat 11 radələrində Anar ona mobil telefon vasitəsi ilə zəng edərək toy barəsində onunla görüşmək istədiyini demişdir. Təxminən bir neçə saat keçdikdən sonra o, “Mala Praga” restoranına gedərək Təqsirləndirilən şəxs ofisinə daxil olmuşdur. Anar ilə salamlaşdıqdan sonra sonuncu ona pandemiya ilə əlaqədar olaraq restoranın büdcəsində pul olmamasını və toy üçün tədarük görülməsi, ərzaqların alınması və sair kimi xərclərin qarşılanması məqsədi ilə restoran rəhbərliyi tərəfindən əgər o da razıdırsa, toyun pulu əvvəlcədən verməyi şərti ilə hər bir masanın qiymətini əvvəlcədən danışdıqları 65 manatdan 50 manata sala biləcəklərini demişdir. Bunun üçün isə ona vermiş olduğu ilkin beh, 300 ABŞ dollarından əlavə olaraq 6000 (altı min) manat da verməsini istəmişdir. Təqsirləndirilən şəxs bu təklifi ona maddi cəhətdən sərf etməsi, eyni zamanda pulu axır-əvvəl verəcəyini düşünməyi səbəbi ilə 150 nəfər qonağın hər biri üçün 50 manat, yəni ümumilikdə 7.500 (yeddi min beş yüz) manatı Təqsirləndirilən şəxs ödəmək qərarına gəlmişdir. O, Anarın təklifi ilə razılaşdığını bildirərək, pulu haraya ödəyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə pulu ona ödəyəcəyini demişdir. O, üzərində olan pullardan 5.500 manat pulu ayıraraq Təqsirləndirilən şəxs vermiş və pulun qalan hissəsi toy günü verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs pulu sayıb qurtardıqdan sonra ona kiçik ölçülü bir ədəd kağız vermişdir. O, həmin kağıza baxmış və kağızın üzərində onun adının, toyun təyin edildiyi tarix və vermiş olduğu ümumilikdə 6.010 (altı min on) manat pulun qeydləri aparıldığını görmüşdür. Həmin kağızı götürərək Təqsirləndirilən şəxs öz minnətdarlığını bildirmiş və sonuncu ilə sağollaşıb restoranı tərk etmişdir. 18 mart 2022-ci il tarixdə saat 18 radələrində adının sonradan Nərmin olduğunu bildiyi və “Mala Praga” restoranında administrator vəzifəsində işləyən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ona zəng etmişdir. Zəng əsnasında Nərmin ona iyul ayının 23-də “Mala praga” restoranında onların toy şənliklərinin olub-olmamasını soruşmuşdur. O da Nərminə toyları olduğunu dediyi zaman sonuncu ondan restorana gəlməsini, bir iki məsələnin aydınlaşdırılmasının lazım olmasını demişdir. O, 19 mart 2022-ci il tarixdə saat 16 radələrində restoranda olan zaman Nərmin və Ədalət adlı administratorlar ondan Təqsirləndirilən şəxs toy üçün ilkin olaraq beh verib vermədiyini soruşmuşlar. O da Təqsirləndirilən şəxs 6010 manat beh verdiyini deyərək, Anarın ona vermiş olduğu qəbz təqdim etmişdir. Həmin şəxslər ona bildirmişlər ki, Təqsirləndirilən şəxs ondan almış olduğu behi restoranın kassasına ödəməmiş və ona məxsus olan 6.010 manat pulu mənimsəyərək, ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon römrəsinə dəfələrlə zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Hal-hazırda dəymiş ziyan restoran tərəfindən ödənilmişdir. Lakin ona mənəvi ziyan vurduğuna görə Təqsirləndirilən şəxs ilə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində özünə toy etmək üçün Bakı şəhərində yerləşən restoranları həyat yoldaşı Şahid2 ilə birlikdə gəzmişlər. 13 fevral 2022-ci il tarixdə saat 18 radələrində “Mala Praga” restoranına getmişlər. Adını bilmədiyi gözətçi ona restoranın administaru Nərmin adlı şəxs olmasını bildirərək, onları Nərminlə görüşdürmüşlər. Nərmin adlı şəxs onlara olduqları yerdə gözləmələrini və restoranın administratoru olan Təqsirləndirilən şəxs indi onlara yaxınlaşacağını bilmişdir. Onlar Təqsirləndirilən şəxs ilə bir neçə dəqiqə danışıqdan sonra sonuncuya toy etmək istədiklərini və bunun üçün isə restoranın toy olacağı salonu göstərməsini xahiş etmişlər. Anar ona və həyat yoldaşına restoranın içərisində olan salonları göstərməyə başlamışdır. Onlar salonu bəyəndikdən sonra menyuların qiyməti ilə tanış olmaq üçün Təqsirləndirilən şəxs ilə birlikdə restoranın içərisində olan və sonuncuya məxsus olan ofisə getmişlər. Ofisdə olan zaman Təqsirləndirilən şəxs onlara menyunun 50 manat olmasını bildirmişdir. Onlar həmin menyunu bəyəndikləri üçün Təqsirləndirilən şəxs onlardan ilkin olaraq beh kimi 500 manat istəmişdir. O, üzərində olan çantanın içərisindən 500 manat çıxardaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra onlar Anarla toy gününü 20 mart 2022-ci il tarixinə təyin edərək sağollaşıb restoranı tərk etmişlər. 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp" proqramı vasitəsi ilə həyat yoldaşı İsmayıl ilə əlaqə saxlayaraq 150 nəfər qonağın hər biri üçün 50 manat pulu əvvəlcədən verməyin lazım olmasını bildirmişdir. Bunun üçün isə ondan ümumilikdə 7.500 manat pul istəmişdir. Yoldaşı bunu nə üçün əvvəlcədən istədiyini soruşduqda Təqsirləndirilən şəxs ona restoranın mart ayında olan toyları üçün lazım olan ərzaq və digər xərcləri əvvəlcədən qarşılamaq üçün lazım olmasını bildirmişdir. Bundan sonra isə həyat yoldaşı Təqsirləndirilən şəxs pullarının olmamasını və onların da müvafiq xərclərinin olmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs israr ilə onlardan 7500 manat verməli olduqları pulu endirərək 6.000 manat vermələrini istəmiş və onlara 1500 manat endirim də etməsini bildirmişdir. Lakin onlar yenə Anara pullarının olmadığını, ancaq ümumilikdə 3.000 manat pullarının olmasını bildirmişlər. Anar heç bir problemin olmadığını və 3.000 manat pulu vermələrini istəmişdir. Həyat yoldaşının həmin günü işi olması səbəbi ilə o, yaşadıqları ünvandan çıxaraq “Mala Praqa” restoranına getmişdir. Restoranda olan zaman Təqsirləndirilən şəxs ilə görüşüb 3.000 pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb qurtardıqdan sonra ona kiçik ölçülü bir ədəd kağız vermişdir. O, həmin kağıza baxan zaman kağızın üzərində onun adının, toyun təyin edildiyi tarix və onun vermiş olduğu ümumilikdə 3.000 manat pulun qeydləri aparıldığını görmüşdür. O, həmin kağızı götürərək Təqsirləndirilən şəxs öz minnətdarlığını bildirib restoranı tərk etmişdir. 19 mart 2022-ci il tarixdə saat 18 radələrində adının sonradan Nərmin olduğunu bildiyi və “Mala praga” restoranında administrator vəzifəsində işləyən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ona zəng etmişdir. Zəng əsnasında Nərmin ondan 20 mart 2022-ci il tarixdə “Mala praga” restoranında toy şənliklərinin olubolmamasını soruşmuşdur. O da Nərminə toylarının olacağını dediyi zaman, sonuncu ondan restorana gəlməsini və bir iki məsələnin aydınlaşdırılmasının lazım olmasını bildirmişdir. O da 19 mart 2022-ci il tarixdə saat 16 radələrində restoranda olan zaman Nərmin və Ədalət adlı administratorlar ondan Təqsirləndirilən şəxs toy üçün ilkin olaraq beh verib vermədiyini soruşmuşlar. O da sonunculara Təqsirləndirilən şəxs 3.000 manat beh verdiyini deyərək, Anarın ona vermiş olduğu qəbzi təqdim etmişdir, həmin şəxslər ona Təqsirləndirilən şəxs ondan almış olduğu behi restoranın kassasına ödəmədiyini və ona məxsus olan 3000 manat pulu mənimsəyərək, ona qarşı dələduzluq etdiyini demişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3.000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyandan 2700 manat restoran tərəfindən ödənilmişdir. Toy ərəfəsində keçirdiyi sarsıntıya görə Təqsirləndirilən şəxs ilə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğlu Murad Qəmbərova ad günü məclisi keçirtmək məqsədi ilə 19 fevral 2022-ci il tarixdə saat 13 radələrində “Mala Praga” restoranına getmişdir. Adını bilmədiyi gözətçi ona restoranın menecerinin Anar adlı şəxs olmasını bildirərək, onu Anarın ofisinə yönləndirmişdir. O, otağa daxil olaraq Anarın ona göstərdiyi masaya əyləşərək söhbət etməyə başlamışlar. Söhbət əsasında o, oğluna ad günü məclisi keçirtmək istədiyini bildirmiş və Anar ondan restoranın menyuları ilə tanış olmağını istəmişdir. O, həmin şəxsə 60 nəfər qonağının olacağını bildirərək ümumilikdə nə qədər hesab ödəyəcəyini soruşmuşdur. Bundan sonra Anar ona ümumilikdə 2800 manat hesab olacağını demişdir. O da razılaşmış və ilkin olaraq 200 manat beh vermişidir. Bununla yanaşı olaraq ad günü məclisini isə 19 mart 2022-ci il tarixinə təyin etmişlər. 07 mart 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək onu ad günü məclisi ilə əlaqədar olaraq restorana dəvət etmişdir. O, həmin günü saat 13 radələrində “Mala Praga” restoranına getmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında ona restoranın xərcləri ilə əlaqədar olaraq ilkin ödəniş qismində 1.500 manat da verməsini istəmişdir. O da cibindən 1500 manat pulu çıxardaraq Anara vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb qurtardıqdan sonra restoranın menyusunun üzərinə ad günü məclisinin keçiriləcəyi tarix və onun beh qismində vermiş olduğu 1.700 manat pul qeyd edilmiş menyunu vermişdir. 19 mart 2022-ci il tarixdə oğlunun ad günü məclisi baş tutmuşdur. Məclisin sonlarına yaxın o, foyedə olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq restorana vergidən yoxlamanın gəlməsini və bunun üçün onun 3.230 manat olan hesabı ödəməyini, onun ilkin ödəniş qismində vermiş olduğu 1700 manat pulu isə səhəri günü geri qaytaracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs bu sözünə inanaraq restoranın xərci olaraq 3.230 manat pulu sonuncuya vermişdir. Səhəri gün isə Təqsirləndirilən şəxs mobil telefon ilə zəng etmiş lakin, Anar onun zənglərinə cavab verməmişdir. Bundan sonra restorana getmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq ilkin olaraq beh kimi aldığı 1700 manat pulu restorana ödəməyib ələ keçirmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxsin verdiyi ifadəsini təsdiq etdiyini Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş,O, ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında qohumu Günel Məmmədliyə toy etmək üçün Bakı şəhərində yerləşən restoranları gəzmişdir. 30 dekabr 2021-ci il tarixdə saat 18 radələrində “Mala Praga" restoranına getmişdir. Adını bilmədiyi gözətçi ona restoranın menecerinin Təqsirləndirilən şəxs adlı şəxs olmasını bildirərək, onu Anarın ofisinə yönləndirmişdir. Otağa daxil olaraq söhbət əsasında Anara qohumu Günel Məmmədliyə toy etmək istədiyini bildirmiş və restoranın menyuları ilə tanış olmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs onu menyu ilə tanış edən zaman restoranın menyusunda ən ucuz qiymət hər bir qonaq üçün 65 manat nəzərdə tutulmuşdur. O, həmin menyu ilə tanış olmuş və ona, ailəsinə uyğun olduğunu düşündükdən sonra toyun tarixi barədə danışmışlar. Toyun tarixini 23 mart 2022-ci il tarixinə təyin etmişlər. O, Təqsirləndirilən şəxs ilə danışıq zamanı restoranda 220 nəfər qonaq çağıracağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hesablamalarına görə ümumilikdə 14300 manat ödəniş edəcəyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onların restoranında minimum 500 manat beh verilməlidir. Əgər o, pulun yarısını ilkin ödəniş olaraq verəcəyi təqdirdə ümumi məbləğin, yəni 14.300 manatdan 2.000 manat endirim olunacağını demişdir. Təqsirləndirilən şəxs ona bildirmiş olduğu təklif onun üçün və ailəsinin büdcəsinə sərf etməsi səbəbi ilə razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs üzərində ümumilikdə 5.000 manat pul olduğunu demişdir. Təqsirləndirilən şəxs isə heç bir problemin olmadığını və 5.000 manatı verməsini istəmişdir. O da üzərində olan 5.000 manat pulu Anara verdikdən sonra restoranın menyusunun üzərinə Təqsirləndirilən şəxs “5000 manat beh verildi” sözlərini yazaraq öz imzasını çəkmişdi və həmin menyunun surətini ora vermişdir. 24 fevral 2022-ci il tarixində qohumu Günel Məmmədli və sonuncunun ailə üzvləri ilə danışıq zamanı toyu “Mala Praqa” restoranında yox, başqa restoranda etmək qərarına gəlmişlər. Bu səbəbdən həmin günü Təqsirləndirilən şəxs zəng edərək toyu başqa yerdə etmək qərarına gəldiyini və ödəmiş olduğu behi geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona pulu ancaq 24 mart 2022-ci il tarixdə verə biləcəklərini demişdir. O isə Anara heç bir problemin olmadığını və 24 mart 2022-ci il tarixdə görüşəcəklərini deyərək sağollaşmışdır. 24 mart 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs zəng etsə də, telefon nömrəsinə zəng çatmamışdır. O, bu səbəbdən “Mala Praga" restoranına getmişdir. Restorana daxil olduğu zaman Təqsirləndirilən şəxs ilə görüşdükləri ofisə getmişdir. Lakin ofisin qapısı bağlı olmuş və o, restoranın işçilərində rəhbərlik ilə görüşmək istədiyini demişdir. Orada olan şəxslər onu adının sonradan Ədalət olduğunu bildiyi şəxsin yanına aparmışlar. Həmin şəxs ona Təqsirləndirilən şəxs əməlləri barədə məlumat vermiş və onu şikayət ərizəsi yazmağı üçün Xəta RPİ-nin 34-cü PŞ-nə yönləndirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 5.000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ölkə hüdudlarından kənarda olmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində o göstərmişdir ki, oğlu Rasim Hacıyevə toy etmək üçün 15 yanvar 2022ci il tarixdə saat 13 radələrində “Mala Praga” restoranına getmişdir. Adını bilmədiyi gözətçi ona restoranın menecerinin Anar adlı şəxs olmasını bildirərək, onu Anarın ofisinə yönəltmişdir. Söhbət əsasında o, Anara oğlu Rasimə toy etmək istədiyini bildirmiş və sonuncu ona restoranın menyuları ilə tanış olmağını istəmişdir. Təqsirləndirilən şəxs onu menyu ilə tanış edən zaman restoranın menyusunda ən ucuz qiymət hər bir qonaq üçün 70 manat nəzərdə tutulmuşdur. O, həmin menyu ilə tanış olmuş, ona, ailəsinə uyğun olduğunu düşündükdən sonra toyun tarixi barədə danışmışlar. Toyun tarixini 30 yanvar 2022-ci il tarixinə təyin etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona 70 manatlıq menyunun qiymətini 60 manat etmək mümkün olduğunu, bunun üçün ilkin olaraq toya gələcək 120 nəfər qonağın hər biri üçün 60 manat pulu əvvəlcədən verməyin lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs bu təklifi ona maddi cəhətdən sərf etməsi, eyni zamanda pulu axır-əvvəl verəcəyi səbəbi ilə 120 nəfər qonağın hər biri üçün 60 manat, yəni ümumilikdə 7.200 (yeddi min iki yüz) manatı Təqsirləndirilən şəxs ödəmək qərarına gəlmişdir. O, Anarın təklifi ilə razılaşdığını bildirərək, pulu haraya ödəyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə pulu ona ödəyəcəyini demişdir. O, üzərində olan pullardan 7.200 (yeddi min iki yüz) manat pulu ayıraraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb qurtardıqdan sonra ona kiçik ölçülü bir ədəd kağız vermişdir. O, həmin kağıza baxmış və kağızın üzərində onun adının, toyun təyin edildiyi tarix və vermiş olduğu 7.200 (yeddi min iki yüz) manat pulun qeydləri aparıldığını görmüşdür. 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində oğlu Rasim Hacıyevin toyu baş tutmuşdur. Toy ərəfəsində çağırmış olduğu qonaqlardan əlavə 18 nəfər qonaq gəlməsi səbəbi ilə o, Təqsirləndirilən şəxs yaxınlaşaraq əlavə olaraq 18 nəfərlik də stolun açılmasını xahiş etmiş və sonuncuya əlavə olaraq yenidən 1080 manat da pul ödəmişdir. Toyun sonlarına yaxın saat təxminən 22 radələrində restoranın foyesində olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu öz ofisinə dəvət etmişdir. Anarın ofisində olan zaman sonuncu ona toya “vergidən yoxlama" gəldiyini və təcili olaraq 15.000 (on beş min) manat pulun kassaya köçürülməsinin lazım olmasını bildirmişdir. O, Anara toy üçün lazım olan pulu verdiyini dedikdə sonuncu ona bunu bildiyini lakin, restoran rəhbərliyini hazırda restoranda olmaması səbəbi ilə, kassaya pul köçürülə bilmədiyini deyərək ondan 15.000 (on beş min) manat pul istəmişdir. Təqsirləndirilən şəxs ona vermiş olduğu sözü tutması səbəbi ilə insancasına kömək etmək üçün toydan yığılmış olan 15.000 (on beş min) manat pulu sonuncuya vermişdir. Pulu verən zaman Anar ona narahat olmamağı və ən geci pulu 01 fevral 2022-ci il tarixdə verəcəyini bildirmişdir. 31 yanvar 2022-ci il tarixində Anarla telefonla danışan zaman pulunu nə vaxt verəcəyini soruşmuşdur. Anar isə ona narahat olmamağını və sabah, yəni 01 fevral 2022-ci il tarixdə verəcəyini demişdir. 01 fevral 2022ci il tarixdə yenidən Anara zəng etmiş, lakin Anar onun telefon zənglərinə cavab verməmişdir. Sabahı gün “Mala Praga" restoranına getmişdir. Restorana daxil olaraq Təqsirləndirilən şəxs ofisinə gedərək Anarla görüşüb pulunu nə vaxt verəcəyini demişdir. Anar isə ondan bir həftə vaxt verməyini istəmişdir. Lakin hadisənin üzərindən bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs hələ də ona məxsus olan pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından başlayaraq Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa” restoranında administrator vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs da işlədiyi restoranda tanımışdır. Anar 2018-ci ildən “Mala Praga” restoranında adminstartor köməkçisi kimi çalışmışdır. Təqsirləndirilən şəxs əsas işi restoranda keçiriləcək banket və toy məclislərini danışaraq gün və yer müəyyən etmək olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlardan və restoranın digər rəhbərliyindən xəbərsiz və icazəsiz restorana gəlib toy və banket şənliklərini keçirmək üçün danışan şəxslər ilə ünsiyyət quraraq sonunculardan fərqli-fərqli məbləğlərdə pullar almışdır. Belə ki, Təqsirləndirilən şəxs guya ki, restoranın stul menyusunun qiymətlərini aşağı qiymətlə süni şəkildə özbaşına endirim edərək müxtəlif şəxslər ilə ünsiyyət quraraq sonunculardan müxtəlif məbləğdə pulları alaraq həmin pulları mənimsəmişdir. Onlar Təqsirləndirilən şəxs bu əməlindən xəbərsiz olmuş və 2022-ci ilin mart ayının 12-də şikayətçilərdən xəbər tutmuşlar. Restoranda növbəti toy şənliyindən sonra onlar toy sahibi ilə restorana olan qalıq borcunu ödəyən zaman, onlara az miqdarda pul verməsi nəticəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs istəyi üzrə sonuncuya əvvəlcədən hesabın bir qismini ödəniş etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs əməllərindən xəbər tutmuşlar. Onlar əvvəlcə Təqsirləndirilən şəxs bu əməlinin birinci hal olduğunu düşünmüşlər, lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bundan əvvəl dəfələrlə müxtəlif şəxslərdən eyni üsulla pullar alaraq restoranın stul menyusunu qiymətini öz başına endirimlər etmişdir. Onlar Təqsirləndirilən şəxsla söhbət edən zaman, Anar olanları səmimi şəkildə etiraf edərək bir neçə şəxsdən əvvəlcədən toy şənliklərinin menyu qiymətini özü aşağı salaraq həmin şəxslərdən özü üçün pullar almış və bunu restoranın kassasına daxil etməyib restoran rəhbərliyindən gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci il 2022-ci ilin əvvəllərinə qədər Bakı şəhəri, Xəti rayonu, Babək prospektində yerləşən “Mala Praqa” restoranında müşayiətçi vəzifəsində işləmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs o, işlədiyi restoranın adminstratoru olmuşdur. Onun vəzifəsi restorana gəlmiş olan qonaqları istədikləri yerə yerləşdirmək, yəni yemək yeməyə gələn qonaqları “Mala Praqa"nın restoran hissəsinə, toy və yaxud digər şənlikləri keçirmək istəyən qonaqları isə restoranın administratorlarına yönləndirmək olmuşdur. Təqsirləndirilən şəxs restorana gəlmiş olan qonaqlardan müvafiq olaraq bir neçə dəfə pul olaraq onlara qarşı dələduzluq etməsi barədə hər hansı bir məlumatı olmamış, belə hallara şahid olmamışdır. Lakin sonradan şikayətə gələn müştərilərdən Anarın onları aldadaraq pul almasını eşitmişdir. Şahid2 işi ilə əlaqədar ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.Məhkəmə iclasında onun istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir, onun ifadəsi Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan “Mala Praga" restoranın adından kassa mədaxil orderinin surətindən görünür ki, həmin sənədin üzərində “13:55; xx.xx.2022 toy günü, 6010 M verildi beh, xx.xx.2022" sözləri yazılmışdır (i.v. 71). İş materiallarında olan istintaq zamanı Zərərçəkmiş şəxs3 təqdim etdiyi "Mala Praga" restoran menyusunun surətindən görünür ki, həmin menyunun üzərində “Anar ***-***-**-**; Mart 23 Şadlıq; 5000 M beh” sözləri yazılmışdır (i.v. 83). İş materiallarında olan istintaq zamanı Zərərçəkmiş şəxs4 təqdim etdiyi "Mala Praga" restoranın adından kassa mədaxil orderinin surətindən görünür ki, həmin sənədin üzərində “Mart 20 Toy, İsmayıl bəy, 3000 M üç min AZN, Təqsirləndirilən şəxs, xx.xx.2022” sözləri yazılmışdır (i.v. 95). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırlması cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir (i.v. 108-110). İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur (i.v. 128). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 may 2022-ci il tarixdən hesablanmışdır (iş vərəqi 176-181). İş materiallarında olan xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək “RESANT CONSULTİNG and MANAGEMENT" MMC-də İnzibati şöbənin Admininstratoru və Administrator köməkçisi vəzifəsində çalışmışdır (iş vərəqi 232). İş materiallarında olan 05 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, üzərində "Anar ***-***-**-**; Mart 23 Şadlıq; 5000 M beh” sözləri yazılmış menyunun surəti, üzərində “Mart 20 Toy, İsmayıl bəy, 3000 M üç min AZN, Təqsirləndirilən şəxs, xx.xx.2022" sözləri yazılmış A4 formatlı sənədin surəti və üzərində “13:55; xx.xx.2022 toy günü, 6010 M verildi beh, xx.xx.2022" sözləri yazılmış A4 formatlı sənədin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 241-260). Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş, lakin ona mənəvi ziyan vurduğuna görə Təqsirləndirilən şəxs ilə barışmadığını nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ərizəsndən görünür ki, dəymiş ziyandan 2700 manat ödənildiyini, 300 manat ziyanın ödənilmədiyini, həmçinin ona mənəvi ziyan vurduğuna görə Təqsirləndirilən şəxs ilə barışmadığını nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ölkə hüdudlarından kənarda olmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaqda verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasan Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını yüngülləşdirici hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası müstəqil icra olunmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən yəni 19 may 2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış 03 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin sürəti cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs əlavə cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin sürəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar