Məhkəmə qərarları › İş №1(011)-371/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-371/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-371/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, Neftçilər küçəsi, 1-ci Neftçilər döngəsi, ev 2, mənzil 25 ünvanında qeydiyyatda olmaqla, ünvan 1mış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 25 fevral 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanında aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı qızı Təqsirləndirilən şəxs2 qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə yumruq və təpik zərbələri ilə vuraraq ona sağ əng sümüyünün sınıqları, sağ almacıq sümüyünün cisminin və alın çıxıntısının sınıqları, soldan Vİİ və İX qabırğaların yerdəyişən sınıqları ilə nəticələnən xəsarətlər yetirərək zərərcəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 25 fevral 2025-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs sifət və ayaq nahiyəsindən əl və təpiklə vuraraq ona sağ gözətrafı və almacıq nahiyəsnin darialtı hematoması, sol diz oynağı nahiyəsinin əzilmiş yarası, döş qəfəsi, sağ bazu nahiyələrinin və sağ əlin qançırları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin gün işdən gəldikdən sonra evdə yatmış və qızı da onlara gəlmişdir. Birdən yoldaşının qışqıraraq onu səslədiyini eşidib, tez aşağıya düşmüş, görmüşdür ki, İkram qızını da yoldaşını da yıxıb yerə döyür, qızının boğazından tutub boğur. O, həmin vaxt nə edim? İki şillə vurub evindən qovmuşdur. Öz aralarında mübahisələri ola bilər, o, bunu bilmir, amma belə onlarla problemi yox idi. İkram qızının barəsidə ağzına gələni ətrafda danışırdı. Onlara gəlib qızını döyərək evində edə bilmədiyi kişiliyi eləmək istiyirdi. O, onun üzünə iki dənə şillə vurmuş, onu o, günə kimin saldığını, necə saldığını bilmir, ona 2 şillədən başqa heç nə eləməmişdir. İkram ifadəsində yazmışdır ki, guya qızı ilə yoldaşı bunu yerə yıxıb üstündə tullanıblar, həmdə yazmışdır ki, onda huşunu itirmişdir, bu necə olur ki, huşunu itirə-itirə qızının onun üstündə tulandığını deyir? Həmin gün evdə o, yoldaşı, qızı və nəvələri olmuşlar. İkram ifadəsində göstərmişdir ki, guya onu iki dəfə qaldırıb yerə çırpmışdır, o 150 kilo, özü isə 60 kilodur necə onu qaldırıb çırpa bilər yerə. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onların arasında münasibət yaxşı olmuşdur. İttiham aktında yazılmışdır ki, guya İkramın qardaşı gəlib onu mindirib maşına aparıb, amma elə bir şey olmayıb, özü gedib evinə, ayağı, qolu sınmış adam necə 500 metr yolu gedə bilər? O, özünü yalnız 2 şilləyə görə təqsirli bilir. O, izahatında da demişdir ki, İkram qızı ilə yoldaşını yerə yıxaraq döyüb, amma bu faktı yazmayıblar. Aralarında heç bir problem yoxdur, o, gəlib onun evinə, gəlməsəydi belə olmazdı, o gəlsin onunla barışsın, o, niyə onla barışmağa getməlidir. Ona iki şillə vurmuşdur, başqa heç nə etməmişdir. Əvvəllər onlara qonaq gələndən onun qolu, ayağı işləmir. O, ona şillə vurmuşdur, yumruq vurmamışdır, niyə o hala düşüb bilmir. Onun qızı ilə ailə qurmasından məlumatı olmayıb, guya qızını öz yanına köməkçi götürmüşdü, lakin 3 il sonra uşaq ataata deyəndə bilmişdir ki, İkramın uşağıdır. Onların arasında faktiki ər-arvad münasibətləri olmuşdur, amma qızı daha çox onun evində qalırdı. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, atasının evində uşaqları yedizdirən zaman, İkram evə gələrək başlayıb üstünə düşmüşdür ki, onu edibsən bunu edibsən. O isə demişdir ki, nə edibsə sübüt etsin, demişdir ki, sübutu yoxdur. Telefonda nəyəsə baxırdı, demişdir ki, ona da göstərsin, lakin göstərməmiş və başlamışdır onu şillələməyə, qaçmağa çalışanda isə əlini boğazına keçirib başlamışdır onu boğmağa. Anası bunu görüb qışqırmağa başlamış, bu zaman atası evdə 2-ci mərtəbədə yatırdı, atası səsə oyanıb gəlmişdir. O, İkramdan yarım saat əvvəl gəlmiş, gəlməzdən əvvəl İkrama demişdir ki, anasıgilə gedir, o isə demişdir ki, “sən get, mən işlərimi həll edib arxanca gələcəm”. Gələndən sonra bu hadisə baş vermişdir. İkramın 67 yaşı var, onun 26 yaşı var, 8 ildir ki, münasibətləri var, onları İkramın iş yoldaşı tanış etmişdir. İkramın iş yoldaşı onun qrup yoldaşının anasıdır, onu işə düzəltmək üçün onu İkramla tanış etmişdir. Onu boğandan sonra xəsarətlərin şəklini çəkmiş, daha sonra İkramla görüşəndə telefonu yerə çırpıb qırmışdır, telefon ümumiyyətlə açılmır. Onu boğanda atası gəlib onu ayırmağa çalışmış, amma atasının da gücü çatmamışdır. Atası aralamağa çalışanda 1-2 şillə vurmuş, daha sonra qolundan tutub evdən çıxarmış, özü oradan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, anası da orada idi, ona da əl qol atırdı. Gücü çatmırdı, üstündə idi, yerə yıxıb üstünə çıxıb onu boğurdu. Yoldaşı ona heç nə göstərməmişdir. O göstərdiyi qardaşı ilə çəkdiyi şəkil idi, Nihatla elə şəkil çəkməmişdir. Əlini tutub şəkil çəkdiyi qardaşıdır, şəkil çəkmək üçün tutmuşdur əlindən. Atasının onların münasibətindən xəbəri olmamışdır. İkram ona heç nə almamışdır, maşını və evləri özü və atası almışdır. Bundan əlavə məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən iclasında Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, onun idarə etdiyi avtomobili İkram alıb, evlərin, yəni İkramla münasibətdə olduğu dövrdə aldığı iki evin də alınmasında İkram köməklik edib, pulun bir hissəsini İkram verib. Bundan əlavə məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən iclasında Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, İkramla ər-arvad münasibətləri olmamışdır, belə ki, İkram öz evində yaşayırdı, o isə öz evində. Arada bir bir-birilərinin yanına gəlirdilər. Daha sonra o, ifadəsində bildirmişdir ki, İkramla ər-arvad münasibətləri olub, lakin həmin münasibət qeyri-rəsmi olmuşdur, yəni aralarında nikah bağlanmayıb, amma faktiki olaraq ər-arvad münasibətində olublar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ildə xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurmuş, ancaq rəsmi nikahı olmamış və həmin evlilikdən iki oğlu dünyaya gəlmişdir. Son zamanlar Təqsirləndirilən şəxs2 şübhələnmiş, onun «tik-tok» sosial şəbəkəsində «Nihad» adlı bir oğlanla danışmasını və görüşməsini duymuş, hətta onların sosial şəbəkədə şəkillərini və mesajlarını görmüş, buna görə Təqsirləndirilən şəxs2 ilə münasibətində soyuqluq yaranmışdır. Əvvəllər Səbinənin telefonu masanın üstündə olmuş və kodu olmamış, ancaq sonradan telefona koda qoyulmuş, bu səbəbdən Səbinəyə olan etibarı azalmış və onu izləməyə başlamışdır. 25 fevral 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 azyaşlı uşaqlarını da götürüb Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 14-də yaşayan atası Təqsirləndirilən şəxs1 evinə getmiş, həmin günü saat 12 radələrində Səbinə ilə danışmaq üçün arxasınca qaynatasının ünvanına getmiş, orada Səbinəyə xəyanət etməsini və ondan şübhələndiyini, hətta «tik-tok» sosial şəbəkəsində «Nihad» adlı bir oğlanla danışmasını və görüşməsini bildirmiş, ancaq Səbinə baş verənləri etiraf etməyərək, əksinə onu günahlandırmış və boş yerə ondan şübhələnməsini demişdir. Sonra bu mövzuda Səbinə ilə arasında sözlə mübahisə yaranmış, lakin həmin vaxt Səbinəyə əl qaldırmamış, Səbinə ilə otaqda söhbət edən zaman atası Təqsirləndirilən şəxs1 otağa gəlmiş, ona da etirazını bildirərək qızının xəyanətini danışmışdır. Ancaq Akif sözlərinə məhəl qoymayaraq yumruqla üzündən vurub onu yerə yıxmış, sonra Akif Səbinə ilə birləşib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif yerlərindən vuraraq ona çoxsaylı xəsarətlər yetirmişlər və o, aldığı zərbələrdən huşunu itirmişdir. Bu zaman Akif və Səbinə yerdə huşsuz və uzanıqlı vəziyyətdə olmasından istifadə edərək üstündə atlanıbdüşmüşlər. Baş vermiş mübahisə zamanı Səbinənin anası Gülnarə Abbasova evdə olsa da mübahisəyə müdaxilə etməmiş və ona əl qaldırmamış, əksinə Gülnarə qızı Səbinəni və həyat yoldaşı Akifi sakitləşdirib ayırmağa çalışmışdır. Mübahisə mənzilin mətbəxində baş verməklə dəhlizdə davam etmiş və təxminən 15-20 dəqiqə çəkmiş, həmin mübahisəni kənar şəxslər görməmişlər, baş vermiş dava-dalaş zamanı Akif və Səbinə ona əl və ayaq zərbələri ilə xəsarət yetirmişlər, Akif isə yumruqla üzündən və sağ gözündən vurmuş, hətta iki dəfə qaldırıb yerə çırpmış, bu səbəbdən sol tərəfdən qabırğalarında kəskin ağrılar yaranmışdır. Mübahisə zamanı Akifin və Səbinənin əlində kənar predmet olmamış, həmin vaxt istər Akifə, istərsə də Səbinəyə heç bir xəsarət yetirməmiş, mübahisənin yaranmasına səbəb Akifə və Səbinəyə üzləşdiyi xəyanəti sübut etmək istəməsi olmuşdur. 25 fevral 2025-ci il tarixdə bədənində çoxsaylı xəsarətlər olmasına və qabırğası incitməsinə görə xx.xx.2025-ci il tarixdə Xətai RPl-nin 35-ci PŞ-nə gedib şikayət ərizəsi ilə müraciət etmiş, sonra isə tibbi ekspertizadan keçmişdir. Almış olduğu xəsarətləri ona Təqsirləndirilən şəxs1 qızı Səbinə ilə birlikdə yetirmişdir. Bundan əlavə o qeyd etmişdir ki, Səbinə ilə faktiki olaraq ər-arvad münasibətlərində olublar. Səbinənin idarə etdiyi avtomobili və aldığı iki evi o alıb, həmin əmlaklar onların ümumi əmlakı olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hadisə baş verən gün evdə oturmuşlar və qızı uşaqları yedizdirən zaman birdən İkram gəlib başlamışdır qızına söz atmağa, sonra isə iki əlli qızını boğmağa başlamışdır. O da gəlib onun içkili olduğunu görüb demişdir ki, “yekə adamsız gəlin oturub danışaq”. O isə demişdir ki, yox qızını boğacaq. Onda o, onları aralamağa çalışmış, lakin gücü çatmamış və qışqıraraq Akifi səsləmişdir. Akifdə yuxarıda həmin vaxt yatmış, sonra onun səsinə gələrək aralamağa çalışmış, sonra İkrama iki dənə şillə vurub, evdən çıxarmış, içkili idi deyə evdən çıxara bilmirdilər. Sonradan İkram 35-ci Polis Bölməsinə gedərək onlardan şikayət etmiş, onlarda polis bölməsinə getmişlər, amma İkram onlardan tez getmişdi deyə, onların şikayətlərinə baxılmamışdır. 35-ci Polis Bölməsində qızının boğazının şəkillərini çəkmişlər, lakin onlar hadisənin bu yerə gələcəyini bilməyib şəkilləri silmişlər, çünki inanmırdılar hadisə bu yerə gələ, qızının telefonunda olan şəkilləri də, telefon qırılıb deyə aça bilmirlər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, İkram qızının boğazını cırmış, onu da itələyib yerə yıxmışdır. Yoldaşı evdə olmuş, lakin yorğun olduğu üçün yatmışdır. Həmişə özü aparıb gətirirdi, tik-tokda nəsə görmüşdü, onun üstdə qızı ilə dalaşırdı. Evləri uşaqlarına İkram almışdır, 2 uşağı var, hərəsinə 1 ev alıb. Səbinəyə alınan maşını da İkram alıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 18 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 03 mart 2025-ci il tarixli, 209 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əng sümüyünün sınıqları, sağ almacıq sümüyünün cisminin və alın çıxıntısının sınıqları, sağ gözətrafı və almacıq nahiyəsinin darialtı hematoması, soldan Vİİ və İX qabırğaların yerdəyişən sınıqları, döş qəfəsi, sağ bazu nahiyələrinin, sağ əlin qançırları, sol diz oynağı nahiyəsinin əzilmiş yarası və qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirindən kənar şəxslər tərəfindər törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 15-17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 26-27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmünə əsasən AZSSR CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, SSRİ X9 Heyətinin xx.xx.1982-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 il 11 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmünə əsasən AZSSR CM-nin 189-1.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1988-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri 26 Bakı Komissar Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmünə əsasən AZSSR CM-nin 145.2.1, 145.2.2, 145.2.6, 145.2.7, 145.2.8 və 143.4-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 1/3 azaldılmışdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən AR CM-nin 226.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 47-49); 04 aprel 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və şahid Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 69-72); 04 aprel 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və şahid Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 73-76); 85 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 87); 85 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 99); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 08 may 2025-ci il tarixli, 16/209 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əng sümüyünün sınıqları, sağ almacıq sümüyünün cisminin və alın çıxıntısının sınıqları, sağ gözətrafı və almacıq nahiyəsinin darialtı hematoması, soldan Vİİ və İX qabırğaların yerdəyişən sınıqları, döş qəfəsi, sağ bazu nahiyələrinin, sağ əlin qançırları, sol diz oynağı nahiyəsinin əzilmiş yarası və qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirindən kənar şəxslər tərəfindər törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əng sümüyünün sınıqları, sağ almacıq sümüyünün cisminin və alın çıxıntısının sınıqları, soldan Vİİ və İX qabırğaların yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sağ gözətrafı və almacıq nahiyəsinin darialtı hematoması, sol diz oynağı nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş soldan Vİİ və İX qabırğaların sınıqları xarakter və lokalizasiyalarına görə müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən qərarda göstərilən şəraitdə törənməsi də inkar olunmur (i.v. 103-106); sübutların qiymətləndirilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmiş və onlara həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin qismən etirafedici ifadələri, məhkəmə-tibbi ekspertizasının 209 saylı, xx.xx.2025-ci il tarixli və 16/209 saylı, xx.xx.2025-ci il tarixli rəyləri, üzləşdirmə istintaq protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 113-121); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 132-133); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 148-150); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 167-168); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 182-184); “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 vardır. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir, əksinə o, atasının evinə gələrək onu boğmağa çalışmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs iki şillə vurmuşdur, başqa heç bir xəsarət yetirməmişdir. Lakin məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirməmələri barədə ifadələrinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onların bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 25 fevral 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 azyaşlı uşaqlarını da götürüb Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 14-də yaşayan atası Təqsirləndirilən şəxs1 evinə getmiş, həmin günü saat 12 radələrində Səbinə ilə danışmaq üçün arxasınca qaynatasının ünvanına getmiş, orada Səbinəyə xəyanət etməsini və ondan şübhələndiyini, hətta «tik-tok» sosial şəbəkəsində «Nihad» adlı bir oğlanla danışmasını və görüşməsini bildirmiş, ancaq Səbinə baş verənləri etiraf etməyərək, əksinə onu günahlandırmış və boş yerə ondan şübhələnməsini demişdir. Sonra bu mövzuda Səbinə ilə arasında sözlə mübahisə yaranmış, lakin həmin vaxt Səbinəyə əl qaldırmamış, Səbinə ilə otaqda söhbət edən zaman atası Təqsirləndirilən şəxs1 otağa gəlmiş, ona da etirazını bildirərək qızının xəyanətini danışmışdır. Ancaq Akif sözlərinə məhəl qoymayaraq yumruqla üzündən vurub onu yerə yıxmış, sonra Akif Səbinə ilə birləşib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif yerlərindən vuraraq ona çoxsaylı xəsarətlər yetirmişlər və o, aldığı zərbələrdən huşunu itirmişdir. Bu zaman Akif və Səbinə yerdə huşsuz və uzanıqlı vəziyyətdə olmasından istifadə edərək üstündə atlanıbdüşmüşlər. Baş vermiş mübahisə zamanı Səbinənin anası Gülnarə Abbasova evdə olsa da mübahisəyə müdaxilə etməmiş və ona əl qaldırmamış, əksinə Gülnarə qızı Səbinəni və həyat yoldaşı Akifi sakitləşdirib ayırmağa çalışmışdır. Baş vermiş dava-dalaş zamanı Akif və Səbinə ona əl və ayaq zərbələri ilə xəsarət yetirmişlər, Akif isə yumruqla üzündən və sağ gözündən vurmuş, hətta iki dəfə qaldırıb yerə çırpmış, bu səbəbdən sol tərəfdən qabırğalarında kəskin ağrılar yaranmışdır. 25 fevral 2025-ci il tarixdə bədənində çoxsaylı xəsarətlər olmasına və qabırğası incitməsinə görə xx.xx.2025-ci il tarixdə Xətai RPl-nin 35ci PŞ-nə gedib şikayət ərizəsi ilə müraciət etmiş, sonra isə tibbi ekspertizadan keçmişdir. Almış olduğu xəsarətləri ona Təqsirləndirilən şəxs1 qızı Səbinə ilə birlikdə yetirmişdir. Səbinə ilə faktiki olaraq ər-arvad münasibətlərində olublar. Səbinənin idarə etdiyi avtomobili və aldığı iki evi o alıb, həmin əmlaklar onların ümumi əmlakı olub. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməmələrini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamalarını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hadisə baş verən gün evdə oturmuşlar və qızı uşaqları yedizdirən zaman birdən İkram gəlib başlamışdır qızına söz atmağa, sonra isə iki əlli qızını boğmağa başlamışdır. O da gəlib onun içkili olduğunu görüb demişdir ki, “yekə adamsız gəlin oturub danışaq”. O isə demişdir ki, yox qızını boğacaq. Onda o, onları aralamağa çalışmış, lakin gücü çatmamış və qışqıraraq Akifi səsləmişdir. Akifdə yuxarıda həmin vaxt yatmış, sonra onun səsinə gələrək aralamağa çalışmış, sonra İkrama iki dənə şillə vurub, evdən çıxarmış, içkili idi deyə evdən çıxara bilmirdilər. Sonradan İkram 35-ci Polis Bölməsinə gedərək onlardan şikayət etmiş, onlarda polis bölməsinə getmişlər, amma İkram onlardan tez getmişdi deyə, onların şikayətlərinə baxılmamışdır. 35-ci Polis Bölməsində qızının boğazının şəkillərini çəkmişlər, lakin onlar hadisənin bu yerə gələcəyini bilməyib şəkilləri silmişlər, çünki inanmırdılar hadisə bu yerə gələ, qızının telefonunda olan şəkilləri də, telefon qırılıb deyə aça bilmirlər. Lakin, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 şahidin qızı, Təqsirləndirilən şəxs1 isə şahidin həyat yoldaşı olduğundan məhkəmə Şahid məhkəmə iclasında verdiyi ifadəsini ailə münasibətində olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bununla da onun hazırki məhkəmə iclasında təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə xəsarət yetirməmələri barədə verdiyi ifadəsi inandırıcı hesab edilə bilməz. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 08 may 2025-ci il tarixli, 16/209 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əng sümüyünün sınıqları, sağ almacıq sümüyünün cisminin və alın çıxıntısının sınıqları, sağ gözətrafı və almacıq nahiyəsinin darialtı hematoması, soldan Vİİ və İX qabırğaların yerdəyişən sınıqları, döş qəfəsi, sağ bazu nahiyələrinin, sağ əlin qançırları, sol diz oynağı nahiyəsinin əzilmiş yarası və qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirindən kənar şəxslər tərəfindər törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əng sümüyünün sınıqları, sağ almacıq sümüyünün cisminin və alın çıxıntısının sınıqları, soldan Vİİ və İX qabırğaların yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sağ gözətrafı və almacıq nahiyəsinin darialtı hematoması, sol diz oynağı nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş soldan Vİİ və İX qabırğaların sınıqları xarakter və lokalizasiyalarına görə müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən qərarda göstərilən şəraitdə törənməsi də inkar olunmur. Bundan əlavə, nəzərə çatdırılmalıdır ki, ilkin ifadəsində Təqsirləndirilən şəxs2 bildirmişdir ki, zərərçəkmiş şəxs ona heç nə almamışdır, məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən iclasında isə Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, İkram ev almayıb, sadəcə kömək edib. Daha sonra o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, maşını ona İkram alıb, evlərin də alınmasında İkram köməklik edib, pulun müəyyən hissəsini o verib. Bundan əlavə məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən iclasında Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, İkramla ər-arvad münasibətləri olmamışdır, belə ki, İkram öz evində yaşayırdı, o isə öz evində. Arada bir bir-birilərinin yanına gəlirdilər. Lakin atası Təqsirləndirilən şəxs1 ifadəsində onların ər-arvad münasibətləri olduğunu, amma qızının daha çox onun evində qaldığını bildirdikdən sonra, Təqsirləndirilən şəxs2 bu dəfə də İkramla ər-arvad münasibətləri olduğunu, lakin həmin münasibətin qeyri-rəsmi olduğunu demişdir. Bununla da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etdikləri xüsusatların uzlaşmaması və aralarında ziddiyyətli məqamların olması, zərərçəkmiş şəxslə aralarında olan münasibətlərin pozulması bir daha onların ifadələrinin zərərçəkmiş şəxsə xəsarət yetirməmələri hissəsində həqiqəti əks etdirməsini şübhə altına salır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1982-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli, Bakı şəhəri 26 Bakı Komissar Rayon Xalq Məhkəməsinin xx.xx.1989cu il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmləri üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 143C ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 143C ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 143C ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 143C ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar