Məhkəmə qərarları › İş №1(011)-372/2019

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-372/2019

21.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-372/2019 21.11.2019 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Naxçıvan MR-nın Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx xxx 1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan,ünvan 3 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə və xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan,ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o,10 iyul 2019-cu ildə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti Xəzər dairəsi yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 0,181 qram heroini 10 manata alaraq əldə edib daşıyıb saxlamış və həmin günü saat 23:00 radələrində Xətai rayon Pİ-nin 36-cı PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Xətai rayon Pİ-nin 36-cı polis bölməsinə aparılmış, 11 iyul 2019-cu ildə saat 00:40 radələrində polis bölməsində sonuncunun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli toz şəkilli maddə təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10 iyul 2019-ci ildə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 44 saylı binanın qarşında tanışı Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,376 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək daşıyıb saxlamış, 10 iyul 2019-cu ildə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti Xəzər dairəsi yaxınlığında həmin narkotik maddənin bir qismini, yənikustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin0,181 qramını bir büküm şəkilindətanışı Təqsirləndirilən şəxs1 10 manata satmış və həmin günu saat 23:30 radələrində Xətai rayon Pİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq Xətai rayon Pİ-nin 36-cı polis bölməsinə aparılmış, 11 iyul 2019-cu ildə saat 00:50 radələrində polis bölməsində sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,195 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,433 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək daşıyıb saxlamış, 10 iyul 2019-ci ildə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 44 saylı binanın qarşısında həmin narkotik maddələrin bir qismini, yəni 0,376 qramını tanışı Təqsirləndirilən şəxs2 10 manata satmış,11 iyul 2019-cu ildə saat 03:30 radələrində Xətai rayon Pİ-nin 36cı PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Xətai rayonu Gəncə prospekti 46 saylı ünvanın yaxınlığında saxlanılaraq Xətai rayon Pİ-nin 36-cı polis bölməsinə aparılmış, 11 iyul 2019-cu ildə saat 04:50 radələrində polis bölməsində sonuncunun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən üç ədəd kağız bükümündə, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,314 qram, 0,414 qram ümumi təmiz çəkisi - 1,057 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitə olan heroini qəbul edir. 10 iyul 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında təsadüfən Rasim adlı şəxslə görüşmüş, söhbət əsnasında Rasimə bədənində ağrıları olduğunu, narkotik vasitə axtardığını demiş, Rasim isə ona üzərində bir büküm narkotik vasitə olan heroinin olduğunu və həmin narkotik vasitəni ona hədiyyə edəcəyini bildirmişdir. Rasimlə razılaşıb öz istifadəsi üçün odan bir büküm narkotik vasitə heroini almışdır. Bundan sonra Rasimdən ayrılmış və aldığı narkotik vasitəni əynində olan şalvarının sağ cibinə qoymuşdur.10 iyul 2019-cu il tarixdə saat 23 radələrində ünvan 5 ünvanın qarşısından keçərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-in 36-cı PB-nə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə getmiş, polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, sonra polis bölməsində xidməti otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olmuş şalvarının sağ cibindən ağ rəngli kağıza qoyduğu bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, Rasim adlı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş narkotik vasitəni müvafiq qaydada qablaşdırıb götürdükdən sonra bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu onun tərəfindən imzası ilə təsdiq olunmuşdur. Törətdiyi əməldən səmimi peşman olmuşdur. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir, himayəsində bir azyaşlı övladı və xəstə anası vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs3 onun qohumudur və İlhamla bir neçə dəfə birlikdə narkotik vasitə olan heroindən istifadə etmişdir. 10 iyul 2019-cu il tarixdə axşam saatlarında İlhama məxsus evə getmiş, evin yataq otağında masanın üzərində olan bir büküm narkotik vasitə olan heroini götürmüşdür. Həmin narkotik vasitəni iki hissəyə bölüb, hər iki bükümü əynində olmuş boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 10 iyul 2019cu il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında təsadüfən tanışı Səbuhi ilə görüşmüş, söhbət zamanı Səbuhi bədənində ağrıların olduğunu, narkotik vasitə axtardığını dedikdə o, üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni ona hədiyyə edəcəyini bildirmiş və üzərində olmuş narkotik vasitə olan heroinin bir bükümünü Səbuhiyyə vermişdir. 10 iyul 2019-cu il tarixdə saat 23 radələrində ünvan 7 ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlşıb özlərini təqdim edərək onlarla birlikdə Bakı şəhəri Xətai RPİ-in 36-cı PB-nə getməyi təklif etmiş, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, xidməti otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olmuş boz rəngli şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs3 aldığını etiraf etmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş narkotik vasitəni müvafiq qaydada qablaşdıraraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu onun tərəfindən imzası ilə təsdiq olunmuşdur. SəbuhiQuliyevə narkotik vasitəni hədiyyə şəklində vermiş, buna görə ondan pul almamışdır. Əvvəllər də hər ikisi narkotik vasitə istifadəçisi olduğundan birində narkotik vasitə olmayanda digəri ona vermiş, sonra həmin narkotik vasitəni geri qaytarmışlar. İstintaq zamanı ifadələrinə oxumadan imza etdiyindən ifadələrində nə yazılmasını bilməmişdir. Törətdiyi əməldən səmimi peşman olmuşdur. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələr qəbul edir. 10 iyul 2019-cu il tarixdə saat 10 radələrində «Kubinka» adlanan ərazidə sifətdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün beş büküm narkotik vasitə olan heroini 30 manata almışdır. Aldığı narkotik vasitələri əynində olmuş boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 10 iyul 2019-cu il tarixdə saat 18 radələrində qohumu Rasim ondan xəbərsiz yaşadığı ünvan 4 ünvanına gedərək yataq otağında olan ona məxsus narkotik vasitənin bir bükümünü götürmüşdür. 11 iyul 2019-cu il tarixdə saat 03:30 radələrində ünvan 8 ünvanın qarşısından keçərkən ona polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək birlikdə Bakı şəhəri Xətai RPİ-in 36-cı PBnə getməyi təklif etmiş, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, xidməti otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olmuş boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş üç ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni Bakı şəhərinin Nəsimi rayonu ərazisindən anket məlumatları barədə məlumatı olmayan bir şəxsdən öz istifadəsi üçünaldığını etiraf etmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş narkotik vasitəni müvafiq qaydada qablaşdıraraq götürmüş və bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu onun tərəfindən imzası ilə təsdiq olunmuşdur. Rasim adlı şəxsin ondan aldığı narkotik vasitəni digər şəxsə satmaq niyyətində olması barədə məlumatı olmamışdır.İstintaq zamanı ifadələrinə oxumadan imza etdiyindən ifadələrində nə yazılmasını bilməmişdir. O, əvvəllər də Rasimə narkotik vasitəni hədiyyə şəklində vermiş, sonuncu dəfə Rasim narkotik vasitəni ondan xəbərsiz götürmüşdür. Törətdiyi əməldən səmimi peşman olmuşdur. Ağır vərəm xəstəsidir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxslərin izahatları, istintaqı zamanı vermiş olduğu ifadələri,şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xətai RPİ-in 36-cı PB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, ünvan 5 evin ətrafına tez-tez gəlib-gedən, ağbəniz, orta boylu, 25-30 yaşlı Səbuhi adlı şəxsin narkotik vasitələrin mütəmadi olaraq istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əldə olunmuş məlumatın yoxlanılması məqsədilə Polis Haqqında və X4 Haqqında Qanunun müvafiq maddələrinin tələblərinə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair ondan və 36-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 10 iyul 2019-cu ildə saat 23:00-da ünvan 10 ünvanın yaxınlığında saxlanılaraq 36-cı polis bölməsinə gətirilib təhvil verilmişdir. Qeyd olunanlarla bağlı Xətai RPİ-in 36-cı PB-in təhqiqatçısı, polis leytenantı X5 tərəfindən araşdırma aparılmış və Təqsirləndirilən şəxs1 üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olmuş tünd göy rəngli şalvarın sağ cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükülünü könüllü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülüdə olan maddə kokosdur, yəni heroindir, həmin narkotik vasitəni 10 iyul 2019-cu ildə Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən özü istifadə etmək üçün 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun təqdim etdiyi əşyadan başqa üzərindən hər hansı bir qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Axtarış keçirilən zaman texniki vasitə olan «Panasonic» markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Axtarış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokolun doğruluğu onun, Şahid2, Təqsirləndirilən şəxs1 və sonuncunun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs tərəfindən psixiki və ya fiziki təzyiqlər göstərilməmişdir. O, könüllü olaraq üzərində olmuş narkotik vasitə olan heroini təqdim edərək 10 iyul 2019-cu ildə Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən özü istifadə etmək üçün 10 manata alıb üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xətai RPİ-in 36-cı PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi faktı və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xətai RPİ-in 36-cı PB-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyul 2019-cu ildə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələri qanunsuz saxlamasına görə Xətai RPİ-in 36-cı PB-yə gətirilmişdir. Onun ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni Rasim adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs2 adlı şəxsin mütəmadi olaraq Xətai rayonu, Gəncə prospekti 34 ünvanın qarşısında olduğunu bildirmişdir. Əldə olunmuş məlumatın yoxlanılması məqsədilə Polis Haqqında və X4 Haqqında Qanunun müvafiq maddələrinin tələblərinə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair ondan və 36-cı PB-nin sahə inspektoru, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni satan xx xxx 1959-cu ildə ünvan 11 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 10 iyul 2019-cu ildə saat 23:30 radələrində Xətai rayonu, ünvan 12 ünvanın yaxınlığında saxlanılaraq 36-cı PB-yə gətirilib bu barədə rəhbərliyə raportla məruzə olunaraq sonuncu polis bölməsinə təhvil verilmişdir. Qeyd olunanlarla bağlı Xətai RPİ-in 36-cı PB-in baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən araşdırma aparılmış və Təqsirləndirilən şəxs2 üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olmuş boz rəngli şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş 1 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin əşya narkotik vasitə olan kokos, yəni heroindir, 10 iyul 2019cu ildə qohumu İlham adlı şəxs həmin heroini ona hədiyyə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyadan başqa üzərindən hər hansı bir qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Axtarış keçirilən zaman texniki vasitə olan «Panasonic» markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Axtarış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokolun doğruluğu onun, Şahid4, Təqsirləndirilən şəxs2 və sonuncunun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 hər hansı bir şəxs tərəfindən psixiki və ya fiziki təzyiqlər göstərilməmişdir. O, könüllü olaraq üzərində olmuş narkotik vasitə olan heroini təqdim edərək qohumu İlham tərəfindən ona hədiyə edildiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, digər Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xətai RPİ-in 36-cı PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 ifadə verərək göstərmişdir ki, 10 iyul 2019cu ildə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz saxlamasına və satışına görə Xətai RPİ-in 36-cı PB-yə gətirilmişdir. Onun ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, o üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni İlham adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs2 İlham adlı şəxsin mütəmadi olaraq Xətai rayonu, ünvan 13 ünvanın qarşısında olduğunu bildirmişdir. Əldə olunmuş məlumatın yoxlanılması məqsədilə Polis Haqqında və X4 Haqqında Qanunun müvafiq maddələrinin tələblərinə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair ondan və 36-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan Təqsirləndirilən şəxs3 11 iyul 2019-cu ildə saat 03:30 radələrində Xətai rayonu, ünvan 14 ünvanın yaxınlığında saxlanılaraq 36-cı PB-nə gətirilib təhvil verilmişdir. Qeyd olunanlarla bağlı Xətai RPİ-in 36-cı PB-in baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən araşdırma aparılmış və Təqsirləndirilən şəxs3 üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. İlham Rəhimov əynində olmuş boz rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş üç ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin əşya narkotik vasitə olan kokos, yəni heroindir, həmin narkotik vasitəni 10 iyul 2019-cu ildə «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs3 təqdim etdiyi əşyadan başqa üzərindən hər hansı bir qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi maddə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Axtarış keçirilən zaman texniki vasitə olan «Panasonic» markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Axtarış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokolun doğruluğu onun, Şahid5, Təqsirləndirilən şəxs3 və sonuncunun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs3 hər hansı bir şəxs tərəfindən psixiki və ya fiziki təzyiqlər göstərilməmişdir. O, könüllü olaraq üzərində olmuş narkotik vasitə olan heroini təqdim edərək 10 iyul 2019-cu ildə «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 eyni məzmunda ifadə verərək Şahid6 göstərdiyi faktı və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 11 iyul 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (i.v. İ cild 1) ; şübhəli şəxsin tutulması haqqında 11 iyul 2019-cu il tarixli qərardan və protokoldan görünür ki, 11 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur (i.v.İ cild 19-20) ; 11 iyul 2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, Arəzbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, hazırda işləməyən, deməsinə görə əvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 11 iyul 2019-cu il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasındasaat 20:20 dəqiqədə, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili Şahbazov SəxavətRzvan oğlunun iştirakı ilə tutulmuşdur.Tutulmanın əsasları kimi, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları ərazidə xidmət aparkən ünvan 7 ünvanın qarşısından 11.07.2019-cu il tarixdə saat 23:30 radələrində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs2 saxlanılaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binanasına gətirilmişdir.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinmiş, tutulmuş şəxsə qərarın surəti təqdim olunmaqla, şübhə edilən şəxsin hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüququ izah olunmuş, hüquq və vəzifələrinə dair azərbaycan dilində, latın qrafikası ilə yazılı bildiriş təqdim edilmiş, tutulmadan dərhal sonra ailə üzvlərinə telefon vasitəsi ilə məlumat vermək hüququ təmin edilmişdir (i.v. İ cild 22-23) ; şəxsi axtarış və götürmə aparılması haqqında “11” iyul 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının təklifi ilə əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirmiş ki, həmin əşya narkotik vasitə kakosdur. Həmin bükülü açılaraq içərisində spesifik iyli, qəhvəyi rəngli narkotik vasitə hesab olunan narkotik vsitə olan kakosa oxşar maddə götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 oğluna üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynindəki boz rəngli şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi ağ kağızda olan 01 ədəd bükülmüş maddə kakosdur, həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə qohumu İlham ona hədiyyə etmişdir. Həmin bükümü boz rəngli şalvarının sağ yan cibinə qoymuş və 10.07.2019-cu il tarixdə saat 23:30 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, lakin onun özünün təqdim etdiyi predmetdən başqa heç bir əşya aşkar edilməmiş, sonuncunun könüllü təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 151 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf bütün iştirakçılar (özü, müdafiəçi və baxışda iştirak edən polis əməkdaşları) tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan “Panasonic” markalı video kameradan istifadə edilərək və bir ədəd “CD” diskə yazılaraq materiala əlavə edilmişdir (i.v. İ cild 26-27) ; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin 11 iyul 2019-cu il tarixli 17704 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki bir bükümdə təmiz çəkisi 0,195 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. İ cild 36-39) ; şübhəli şəxsin dindirilməsi haqqında11 iyul 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun qohumumdur, onunla daima narkotik vasitə olan kakosdan istifadə edir. 10.07.2019-cu il tarixdə axşam saatlarında İlhamla birlikdə narkotik vasitə olan kakosdan istifadə etmiş və İlham ona ağ kağızda olan 01 büküm narkotik vasitə olan kakosu 10 manata satmışdır. O, həmin bükümü fərqli olaraq iki yerə bölmüş, bir bükülünü özünə götürmüş,o biri bükülünü isə İlhama verdiyi 10 manatı çıxarmaq niyyəti ilə satamaq qərarına gəlmişdir. Həmin iki büküm narkotik vasitə olan kakosu əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuş, 10.07.2019-cu il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında təsadüfən əvvələr tanıdığı Səbuhi ilə görüşmüş,söhbət zamanı Səbuhi bədənində ağrılar olduğu üçün narkotik vasitə axtardığını bildirmiş, o isə Səbuhiyə üstündə 01 büküm narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 10 manata satdığını demiş, Səbuhi onunla razılaşmış və o, cibində olan 02 büküm narkotik vasitə olan kakosun bir bükümünü Səbuhiyə 10 manata satmış, Sabuhi narkotiki alaıb oradan uzaqlaşmışdır. Həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə təxminən 18 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 44 saylı binanın qarşısında qohumu Təqsirləndirilən şəxs3 10 manata almış, İlhamın həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı yoxdur (i.v. İ cild 44-45) ; təqsirləndirilən şəxsin dindirilməsi haqqında12 iyul 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun qohumumdur, onunla daima narkotik vasitə olan kakosdan istifadə edir. 10.07.2019-cu il tarixdə axşam saatlarında İlhamla birlikdə narkotik vasitə olan kakosdan istifadə etmiş və İlham ona ağ kağızda olan 01 büküm narkotik vasitə olan kakosu 10 manata satmışdır. O, həmin bükümü fərqli olaraq iki yerə bölmüş, bir bükülünü özünə götürmüş,o biri bükülünü isə İlhama verdiyi 10 manatı çıxarmaq niyyəti ilə satamaq qərarına gəlmişdir. Həmin iki büküm narkotik vasitə olan kakosu əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuş, 10.07.2019-cu il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında təsadüfən əvvələr tanıdığı Səbuhi ilə görüşmüş,söhbət zamanı Səbuhi bədənində ağrılar olduğu üçün narkotik vasitə axtardığını bildirmiş, o isə Səbuhiyə üstündə 01 büküm narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 10 manata satdığını demiş, Səbuhi onunla razılaşmış və o, cibində olan 02 büküm narkotik vasitə olan kakosun bir bükümünü Səbuhiyə 10 manata satmış, Sabuhi narkotiki alaıb oradan uzaqlaşmışdır. Həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə təxminən 18 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 44 saylı binanın qarşısında qohumu Təqsirləndirilən şəxs3 10 manata almış, İlhamın həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı yoxdur. (i.v. İ cild 186-187); şübhəli şəxsin tutulması haqqında 11 iyul 2019-cu il tarixli qərardan görünür ki, 11 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur (i.v.İ cild 62); 11 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 11 iyul 2019-cu il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasındasaat 04:20 dəqiqədə, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə tutulmuşdur(i.v. İ cild 63) ; şəxsi axtarış və götürmə aparılması haqqında “11” iyul 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 polis əməkdaşlarının təklifi ilə əynindəki boz rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 03 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirdi ki, həmin əşya narkotik vasitə olan kakosdur. Həmin bükülü açılaraq içərisində spesifik iyli, qəhvəyi rəngli narkotik maddə hesab olunan kakosa oxşar maddə götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynindəki boz rəngli şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi siqaretin gümüşü kağızında olan 03 ədəd bükülmüş maddə kakosdur, həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 (on beş) manata almışdır. Həmin bükümü boz rəngli şalvarının sağ yan cibinə qoymuş və 11.07.2019-cu il tarixdə saat 03:30 radələrində ünvan 8 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, lakin onun özünün təqdim etdiyi predmetdən başqa heç bir əşya aşkar edilməmiş, sonuncunun təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 151 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf bütün iştirakçılar (özü, müdafiəçi və baxışda iştirak edən polis əməkdaşları) tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan “Panasonic” markalı video kameradan istifadə edilərək və bir ədəd “CD” diskə yazılaraq materiala əlavə edilmişdir (i.v. İ cild 72-73) ; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin 11 iyul 2019-cu il tarixli 17706 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....R.Musayev.....” sözləri və imzalar olan bir ədəd zərfdəki üç kağız bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,314 qram və 0,414 qram, ümumi təmiz çəkisi – 1,057 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. İ cild 79-82); şübhəli şəxsin dindirilməsi haqqında 11 iyul 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki,10.07.2019-cu il tarixdə səhər saat 10 radələrində “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 05 büküm narkotik vasitə olan kakosu 30 manata almışdır. Həmin bükümü əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuş, 10.07.2019-cu il tarixdə axşam saat 18 radələrində o, qohumu Rasimlə təsadüfən yaşadığı Xətai rayonu Gəncə prospekti 44 saylı binanın qarşında görüşmüş, söhbət zamanı Rasim ona bədənində yaman ağrıların olduğunu və narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmək istədiyini bildirmiş, üzərində narkotik vasitə olan heroin olduğu üçün Rasimlə birlikdə təmənnasız məhlələrində heç kim olmayan yerdə inyeksiya yolu ilə bir büküm heroini damara vurarq istifadə etmişlər. Sonra Rasim ondan təkrar olaraq özünün istifadəsi üçün narkotik vasitə heroini ona satmağını demiş, o, İlhama etiraz etməmiş və cibində olan 04 büküm heriondən birini 10 manata Rasimə satmışdır(i.v. İ cild 88-89); təqsirləndirilən şəxsin dindirilməsi haqqında11 iyul 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 10.07.2019-cu il tarixdə səhər saat 10 radələrində “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 05 büküm narkotik vasitə olan kakosu 30 manata almışdır. Həmin bükümü əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuş, 10.07.2019-cu il tarixdə axşam saat 18 radələrində o, qohumu Rasimlə təsadüfən yaşadığı Xətai rayonu Gəncə prospekti 44 saylı binanın qarşında görüşmüş, söhbət zamanı Rasim ona bədənində yaman ağrıların olduğunu və narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmək istədiyini bildirmiş, üzərində narkotik vasitə olan heroin olduğu üçün Rasimlə birlikdə təmənnasız məhlələrində heç kim olmayan yerdə inyeksiya yolu ilə bir büküm heroini damara vurarq istifadə etmişlər. Sonra Rasim ondan təkrar olaraq özünün istifadəsi üçün narkotik vasitə heroini ona satmağını demiş, o, İlhama etiraz etməmiş və cibində olan 04 büküm heriondən birini 10 manata Rasimə satmış, Rasim ondan heroini alaraq məhəllələrindən çıxıb getmiş, o, da öz növbəsində yaşadığı mənzilə getmişdir. Rasim ondan narkotik vasitəni özünün istifadəsi şərti ilə almış, həmin narkotik vasitəni Rasim tərəfindən başqa şəxsə və ya şəxslərə satmaq niyyətində olmağını bilmirdi. O, başqa heç kimə narkotik vasitələr satmamışdır (i.v. İ cild 200-201); şübhəli şəxsin tutulması haqqında 11 iyul 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (i.v. İ cild 109) ; 11 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 11 iyul 2019-cu il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasındasaat 00:05 radələrində, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur(i.v. İ cild 110) ; şəxsi axtarış və götürmə aparılması haqqında “11” iyul 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təklifi ilə əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirmiş ki, həmin əşya narkotik vasitə kakosdur. Həmin bükülü açılaraq içərisində spesifik iyli, qəhvəyi rəngli mum şəkilli narkotik vasitə hesab olunan kakosa oxşar maddə götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi ağ rəngli kağızında olan 01 ədəd bükülmüş maddə kakosdur, həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən özü istifadə etmək üçün 10 (on) manata almışdır. Həmin bükümü tünd göy rəngli şalvarının sağ yan cibinə qoymuş və 10.07.2019-cu il tarixdə saat 23:00 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun özünün təqdim etdiyi predmetdən başqa heç bir əşya aşkar edilməmiş, sonuncunun təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 151 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf bütün iştirakçılar (özü, müdafiəçi və baxışda iştirak edən polis əməkdaşları) tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan “Panasonic” markalı video kameradan istifadə edilərək və bir ədəd “CD” diskə yazılaraq materiala əlavə edilmişdir(i.v. İ cild 119-120) ; şübhəli şəxsin dindirilməsi haqqında 11 iyul 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 10.07.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən özünün istifadəsi üçün 01 büküm narkotik vasitə olan kakosu 10 manata almışdır. Üzərindən aşkar olunan narkotik vasitə olan kakosu şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən əldə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (i.v. İ cild 136-137); təqsirləndirilən şəxsin dindirilməsi haqqında12 iyul 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 10.07.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən özünün istifadəsi üçün 01 büküm narkotik vasitə olan kakosu 10 manata almışdır. Üzərindən aşkar olunan narkotik vasitə olan kakosu şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, həmin narkotik vasitəni 10.07.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında Rasim adlı şəxsdən əldə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (i.v. İ cild 172-173); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin 11 iyul 2019-cu il tarixli 17705 №li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə qəhvəyi rəngli toz şəkilində maddə təmiz çəkisi – 0,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v.İ cild 129-132) ; əməlin tövsif edilməsi haqqında 11 iyul 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (i.v. İ cild 147-148) ; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyul 2019-cu il tarixli qərardan görünür ki, 12 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və həmin tarixdə ona qeyd edilən maddə ilə ittiham elan edilmişdir (i.v.İ cild 161- 162) ; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyul 2019-cu il tarixli qərardan görünür ki, 12 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və həmin tarixdə ona qeyd edilən maddə ilə ittiham elan edilmişdir(i.v.İ cild 175- 176) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 4(011)-400/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 iyul 2019-cu il tarixdən hesablanmışdır (i.v.İ cild 223-225) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 4(011)-401/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v. İ cild 226-228) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 4(011)-402/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin çeçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v.İ cild 229-231) ; Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 12 iyul 2019cu il tarixli qərardadan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2019-cu il tarixdən hesablanmışdır (i.v. İ cild 232-233) ; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 15 iyul 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.İ cild 245) ; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 15 iyul 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan SSR-i Ali Məhkəməsinin 06.01.1978-ci il tarixli hökmü ilə CM-nin 109.3, 145.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə, Şaumyan Rayon Məhkəməsinin 02.11.1988-ci il tarixli hökmü ilə CM-nin 207.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 07.09.1992-ci il tarixdə Azərbaycan Respublikasının 15.07.1992-ci il tarixli “Aminist” qərarının 8 M “a” bəndinə əsasən azad olunmuş, Bakı şəhər Məhkəməsinin 25.01.1996-cı il tarixli hökmü ilə CM-nin 226.2, 225.1, 28-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 24.05.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.04.2008-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 24.06.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.İ cild 246- 248) ; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 15 iyul 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.12.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.11.2007-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13.10.2008-ci il tarixli hökmü ilə CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 27.08.2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 17.03.2009-cu il tarixli “Aminist” qərarının 2.5-ci bəndinə əsasən azad olunmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 24.02.2010-cu il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 24.08.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.08.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 24.10.2012-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.10.2012-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.İ cild 249-257) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli 4(011)-436/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş 03 (üç) ay həddində həbs qətimkan tədbiri həmin müddətə ev dustağlığıs qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal həbsdən azad edilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs3 ev dustağlığının ünvan 4 ünvanında çəkməsi, onun üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək və yaşayış yerini dəyişməmək vəzifələri qoyulması, onun üzərinə qoyulmuş vəzifələrin riayət edilməsinə nəzarətin yaşadığı ərazi üzrə Bakı şəhəri Xətai rayon Polsi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (i.v., İİ-cild 12-15) ; Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilniərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətini əvvəli 04.01.2011-ci il tarixdən hesablanmış, CM-nin 93.1.4-cü maddəsinə əsasən,onun barəsində tibbi xarakterli məcburi müalicə tədbir tətbiq edilmiş, cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmiş və o, ərazi narkolji dispanserdə qeydiyyata alınmışdır (i.v., İİ-cild 17-36) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 1-143/2008 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilniərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətini əvvəli 24.12.2007-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı şəhəri Xətai rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,190 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmiş, ekspert tədqiqatının dəyəri 20 (iyirmi) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcsinə keçirilmişdir (i.v.İİ cild 38-41) ; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin 22 iyul 2019-cu il tarixli 18293 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd zərfdəki ümumi 05 (beş) ədəd bükümdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər (i.v.İİ cild 89-91) ; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkolojı Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 avqust 2019-cu il tarixli 1888 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrən sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v., İİ-cild 92-93) ; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkolojı Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 avqust 2019-cu il tarixli 1890 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrən sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v., İİ-cild 94-95) ; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkolojı Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 sentyabr 2019-cu il tarixli 2084 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrən sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydalasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v., İİ-cild 96-97) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 4(011)-581/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (i.v.İİ cild 118-120) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 4(011)-573/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni 11 dekabr 2019-cu il tarixədək uzadılmışdır (i.v.İİ cild 121-122) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 4(011)-575/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 ev dustağlığında saxlanılma müddəti 02 (iki) ay olmaqla 11 dekabr 2019-cu il tarixədək uzadılmışdır (i.v.İİ cild 123-124) ; sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə 07 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin qərarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- in 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 12 iyul 2019-cu il tarixdə seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 30 iyul 2019-cu il tarixdə seçilmiş «ev dustaqlığı» qətimkan sədbiri, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 07 oktyabr 2019-cu il tarixdə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət əməllərini törətmələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Xətai RPİ-in 36-cı PB-in baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6, sahə inspektoru Şahid4 şahid ifadələri, materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertizası Mərkəzinin 17704 №-li 11 iyul 2019-cu il tarixli, 17705 №-li 11 iyul 2019-cu il tarixli, 17706 №-li 11 iyul 2019-cu il tarixli, 18293 №-li 22 iyul 2019-cu il tarixli, ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 07 avqust 2019-cu il tarixli 1888 №-li, 07 avqust 2019-cu il tarixli 1890 №-li, 04 sentyabr 2019-cu il tarixli 2084 №-li rəyləri, şəxsi axtarış keçirilərkən çəkilərək üç ədəd diskə köçürülmüş videogörüntülər sübut növü kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilmədiyindən barələrində həmin epizod üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs3 əldə etdiyi narkotik vasitələrin mənbəyinin müəyən edilməsi üçün qərarın sürəti Xətai RPİ-nə göndərilmiş, iş üzrə Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertizası Mərkəzinin 17706 №-li 11 iyul 2019-cu il tarixli ekspert rəyində narkotik vasitənin Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilib götürülməsi kimi qəbul edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilmişdir (i.v.İİ cild 125-136) ; Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən təqsirləndirildikləri cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı dəfələrlə ifadələr vermiş, həmin ifadələrdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ona ağ kağızda olan 01 büküm narkotik vasitə olan kakosu 10 manata satmasını, həmin bükümü fərqli olaraq iki yerə bölməsini, bir bükülünü özünə götürməsini, o biri bükülünü isə İlhama verdiyi 10 manatı çıxarmaq niyyəti ilə 10.07.2019-cu il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri Xətai rayonu Xəzər dairəsi yaxınlığında təsadüfən əvvələr tanıdığı Səbuhiyə 10 manata satmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 da ibtidai istintaq zamanı verdiyi ifadələrində narkotik vasitəni Rasimdən 10 manata aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən video yazan texniki vasitə olan “Panasonic” markalı video kameradan istifadə edilmiş, həmin görüntülərdə Təqsirləndirilən şəxs1 narkotik vasitəni Rasimdən pul qarşılığında aldığını göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində 04 büküm heriondən birini 10 manata Rasimə satmasını etiraf etmiş, sonuncu da narkotik vasitənin İlhamdan aldığını, lakin pul qarşılığında deyil hədiyyə şəklində aldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünü müdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirməklə digər şəxsin adını çəkdiyindən onun üzərinə verdiyi ifadəyə və izahata görə məsuliyyət qoyulmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs3 aldığını bildirməklə digər şəxsin adını çəkdiyindən onun üzərinə verdiyi ifadəyə və izahata görə məsuliyyət qoyulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanunun tələblərinə və izahına əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi v iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,181, 0,195, 1,057 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət (maddə 158.2.1); ev dustaqlığında saxlanıldığı müddət (maddə 158.2.2.); məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət (maddə 158.2.3.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), himayəsində iki azyaşlı övladının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli,öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal azad olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 89 mənzil 76 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Yaqub oğlu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti,cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1.,158.6),cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.),barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli qərarının 3-cü bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq edilə bilməz. Qeyd olunan qərarı rəhbər tutmaqla məhkəmə bu qənaətə gəlir ki, xx xxx 1959-cu il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 oğlu 60 yaşından yuxarı olduğu üçün ona məhəkəmə tərəfindən cəza təyin edilərkən CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Vahab oğlu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1.,158.6),cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 iyul 2019-cu il tarixdən 12 iyul 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün, 05 oktyabr 2019-cu il tarixdən 21 noyabr 2019-cu il tarixədək həbsə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün, ümumilikdə 01 (bir) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 89 mənzil 76 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından dərhal azad olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,131 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 93,40 (doxsan üç, qırx) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 iyul 2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,145 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 11 iyul 2019-cu il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,997 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmə kimyəvi-bioloji ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar