Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-372/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, onun nümayəndəsi “Kredo” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 08 iyun 1981-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 3/3-də qeydiyyatda olan və yaşayan, barəsində 16 iyul 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(011)-375/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 19 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində evlərin tikinti və təmiri işləri ilə məşğul olaraq aylıq gəliri orta hesabla 600 manat müqabilində təşkil edir. 2014-cü ilin yay aylarında pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində ailəsi ilə yaşamaq məqsədi ilə inşa etdiyi bir mərtəbəli üç otaqdan ibarət olan fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Müştəri kimi Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq evə baxmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edilən ünvanda özü üçün yaşamaq məqsədi ilə inşa etdiyi bir mərtəbəli üç otaqdan ibarət evə gəlib baxaraq evin qiyməti ilə maraqlanmışdır. O, həmin vaxtı Zərərçəkmiş şəxs qeyd edilən evin satış qiymətinin 68000,00 ABŞ dollarına olduğunu bildirəndən sonra sonuncu həmin evin çıxarışının olub-olmaması ilə maraqlanmış, o isə evin bütün tikinti normalarına uyğun inşa edildiyi bildirərək tez bir zamanda Dövlət Reyestr Xidmətindən çıxarış alıb verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona ilkin olaraq həmin məbləğdən 65000,00 ABŞ dolları məbləğində pulu vermiş və o, qeyd edilən məbləği almağı barədə yazılı qəbz yazaraq sonuncuya vermişdir. Aralarında olan razılaşmaya əsasən yerdə qalan 3000,00 ABŞ dolları məbləğində pulu sənədləşmə işləri aparmaqdan ötrü Zərərçəkmiş şəxs özündə saxlamışdır. O, qeyd edilən 65000,00 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs alandan sonra, sonuncu ailə üzvləri ilə birlikdə qeyd edilən ünvana köçərək yaşamağa başlamışlar. Həmin vaxtdan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək aldığı evə dair heç bir sənədləşmə aparılmadığı üçün ondan evin sənədləşdirilməsini tələb etməyə başlamış, o isə Zərərçəkmiş şəxs bildirmişdir ki, yaxın müddət ərzində Dövlət Reyestr Xidmətinə müraciət edecək və evə dair sənədləri sonuncuya təqdim edəcək. Evin sənədləşməsi üçün müvafiq qurumlara müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs onun barəsində aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən ondan 65000,00 ABŞ dolları məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və orada icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılandan sonra məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir.Hazırda borc edərək 500 manat ödəniş etmişdir. Daha sonra heç bir yerdə işləmədiyi və maddi imkanının pis olduğu üçün borcunu ödəyə bilmədiyini, məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmadığını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, əvvələr Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Ağ şəhər adlanan ərazidə ailə üzvləri ilə birlikdə yaşamış və 2014-cü il tarixdə yaşadıqları ev plana düşdüyü üçün başqa bir yerdə ev almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq Bakı şəhərinin müxtəlif yerlərində yerləşən ev alqı-satqı məntəqələrinə gedərək münasib qiymətə satılan evlərlə maraqlanmağa başlamışdır. Həmin ərəfələrdə ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və sonuncu Bakı şəhərinin müxtəlif yerlərində yaxşı vəziyyətdə olan evlərin olduğunu ona bildirmişdir. O, evlərlə maraqlanan zaman Təqsirləndirilən şəxs özünə məxsus olan və özü inşa etdiyi bir mərtəbəli üç otaqdan ibarət fərdi yaşayiş evinin olduğunu və həmin evi satmaq istədiyini bildirəndən sonra, o, evin qiyməti ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə həmin evi 68000,00 ABŞ dollarına satacağını ona bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin evin çıxarışının olub-olmaması ilə maraqlanmış, sonuncu isə ona bildirmişdir ki, ev əsaslı olmaqla yanaşı bütün tikinti normalarına uyğun olaraq inşa edildiyi üçün ev və evin yerləşdiyi torpaq sahəsi də müvafiq icra hakimiyyətinin sərəncamı əsasında sənədləşdirilərək ona veriləcək. Bundan əlavə Təqsirləndirilən şəxs onun tərəfindən ev alanacağı təqdirdə, tez bir zamanda bütün lazımı sənədləri toplayaraq Dövlət Reyster Xidmətinə təqdim edərək mülkiyyət huququna dair çıxarış alandan sonra alqı-satqı muqaviləsi bağlayacağını bildirmişdir. 2014-cü ilin oktyabr ayında o, Təqsirləndirilən şəxs ilə bilikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən evə baxmış və ev xoşuna gəldiyi üçün ilkin olaraq həmin məbləğdən 65000,00 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və sonuncu qeyd edilən məbləği ondan alması barədə qəbz yazaraq ona vermişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən yerdə qalan 3000,00 ABŞ dolları məbləğində pulu sənədlər tam hazır olandan sonra alqı-satqı müqaviləsi bağlandığı zaman sonuncuya veriləçəkmiş. Bundan sonra, o, ailə üzvləri ilə birlikdə qeyd edilən ünvana köçərək yaşamağa başlamışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evə dair heç bir sənədləşmə aparmadığı üçün o, sonuncudan evin sənədləşdirməsini tələb etmişdir. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək evin sənədlərinin Dövlet Reyestri Xidmətində olduğu və yaxın müddət ərzində hazır olacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını hiss edərək ona verdiyi məbləği tələb etməyə başlamış, sonuncu isə onun verdiyi pula başqa bir yerdə ev tikdirdiyini və əlində pulun olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs onu aldadaraq evi satlığa qoyduğunu və ev satılandan sonra ondan aldığı məbləği qaytaracağına söz vermişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs onu həqiqətən də aldatdığını hiss edərək məcburiyyət qarşısında qalaraq sonuncunun barəsində aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsinə dair 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnamə çıxmışdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və orada icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs ona olan borcunu ödəməkdən qərəzli olaraq yayınmağa başlamışdır. Bununla əlaqədar olaraq icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən sonuncu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən şikayətçi olduğunu və Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)- 528/2018 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 15 oktyabr 2018-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tuturaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. 16 iyun 2020-ci il və 08 oktyabr 2020-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq ünvanlanmışdır. Bundan sonra borclunun gəlirlərini və əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq orqanlara sorğular göndərilmişdir. Borcluya məxsus **-NR- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı nəqliyyat vasitəsi aşkar edilmiş və nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, lakin 25 iyul 2019-cu il tarixli, 8(010)- 640/2019 saylı qərardadla təqdimat təmin olunmamışdır. Daha sonra 19 noyabr 2020-ci il tarixdə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə bir daha Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, qeyd edilən məhkəmə tərəfindən 03 fevral 2021-ci il tarixli, 8(011)-18/2021 saylı qərardadla təqdimat təmin olunmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 12 dekabr 2019-cu il tarixdə borclunun izahatı alınmış, hazırda borcunun 65000,00 ABŞ dolları olduğu barədə məlumatlandırılmış və borcunun ödənilməsi ondan tələb olunmuşdur. 26 fevral 2020-ci il tarixdə borclunun bir daha izahatı alınmış, bir daha borcunun 65000,00 ABŞ dolları olduğu barədə məlumatlandırılmış və borcunun ödənilməsi ondan tələb olunmuşdur. Borclu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(011)-375/2020 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla 19 aprel 2021-ci il tarixdə bir daha xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)- 528/2018 saylı icra sənədi üzrə ona inzibati tənbeh növü tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq qərarın icra edilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs 07 aprel 2021-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs borcundan ona heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şahid2 verdiyi ifadə Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnaməsindən məlum olur ki, cavabdeh Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pul Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan 15 oktyabr 2018-ci il tarixli Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən məlum olur ki, Təqsirləndirilən şəxs qətnamənin 10 gün müddətində könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(011)-375/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədinin icra edilmədi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18.06.2006-ci il təvəllüdlü Amil Quluzadə və 22.07.2007-ci il təvəllüdlü Nərmin Quluzadə adlı iki azyaşlı uşağı var. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Onun ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təkzib olunmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif yerlərində evlərin tikinti və təmiri işləri ilə məşğul olaraq aylıq orta hesabla 500–600 manat qazanmışdır. Lakin buna baxmayaraq icra sənədinin icrası istiqamətində heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cavabından aydın olur ki, sözügedən mənzilin başqasına satmaq istiqamətində də heç bir addım atmamışdır. Bir sözlə Təqsirləndirilən şəxs bütün imkanlarından istifadə etməyərək qərəzli olduğunu bir daha göstərmişdir. Halbuki, 2018-ci il tarixdən bu günə kimi kifayət qədər ödəniş etmək üçün faktiki imkan Təqsirləndirilən şəxs olmuşdur. Konstıtusıya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kərimov və Qeyrilərinin Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı PROTOKOL Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) İ bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolun 1,2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər: M a d d ə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması. Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-372/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-372/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver