Məhkəmə qərarları › İş №1(011)-372/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-372/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-372/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, o, 23 noyabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın yaxınlığında qonşusu Zərərçəkmiş şəxs tanışı Şahid ilə sözlə mübahisə etməsini görüb ayırmaq istəyən zaman Zərərçəkmiş şəxs ona söyüş söyüb vurmaq istədikdə iki dəfə yumruqla Zərərçəkmiş şəxs sifətindən və burnundan vuraraq yerə yıxmış, sonra isə yerdə Zərərçəkmiş şəxs yenidən söyüş söyməsinə görə 7 dəfə təpiklə sonuncunun bədən nahiyəsinin müxtəlif yerlərindən vuraraq ona sağ göz yuvasının alt divarının qəlpəli, yerdəyişən sınığı, sağ goz almasının kontuziyası və ağlı qişasına qansızma, alt göz qapağının və göz kanalcığının yaralanması, zədə sonrakı fistulası ile müşayiət olunmuş sağ gözaltı nahiyənin və göz qapaqlarının hematoması, sol maksilyar sinusun ön divarının yeridəyişən sınığı ilə müşayet olunmuş sol gözaltı nahiyənin və göz qapaqlarının qançını, üst çənədə sol İ dişin əsasının, sağ İİ dişin uc hissəsinin sınıqları və pataloji hərəkətliliyi, diş ətlərine qansızma ilə müşayiət olunmuş sağ ağız bucağının selikli qişasının əzilmiş-cırılmış yarası, burun sümüyünün qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin sıyrıqları və şişkinliyi, həyat üçün təhlükəli olmayan sağ terefli pnevmotoraks, pnevmomediastinum və sağ Vİ qabırğanın yerdəyişməmiş xətti sınığı ilə müşayiət olunmuş döş qəfəsinin şişkinlik halında əziyi, alt çənənin sol yarısının qançını, alın, təpə, sağ gicgah, sağ dirsək oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək özünü ona CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımış, belə ki, sonuncu qonşusudur. Musa ilə arasında heç bir narazılıq, ədavət və düşmənçiliyi olmamışdır. 23 noyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evə gəlmişdir. Evinin qarşısında olan "Göyçə adlı mağazanın qarşısına çatdıqda ərzaq almaq üçün içəri daxil olmuşdur. İçəri daxil olduqda mağazada Zərərçəkmiş şəxs və Şahid görmüşdür. Şahid da qonşusudur. Musa ilə Məhəmməd biri-birilan ila mağazada sözlə mübahisə etmişlər. Musa bir dəfə Məhəmmədin sinəsindən yumuruqla vurmuş və söyüş söymüşdür. Bu zaman Musaya bildirmişdir ki, Məhəmməd əməliyyat olunmuş və xəstəxanadan çıxmışdır. Lakin Musa sözlərinə əhəmiyyət verməmiş və onlar sözlə mübahisə edərək mağazadan küçəyə çıxmışlar. Onların arxasınca mağazanın qarşısına çıxmışdır. Onlar mağazanın arxasına keçib sözlə mübahisə etmələrini davam etdirmişlər. Onları sakitləşdirmək istəmiş, belə ki, Zərərçəkmiş şəxs söyüş söydüyü üçün sonuncudan söyüş söyməməsini xahiş etmiş bu zaman sonuncu əl atmış, lakin ona əhəmiyyət verməmişdir ki, yaşlı kişidir. Ancaq Zərərçəkmiş şəxs onu vurmaq üçün əl atdıqda bir dəfə yumruqla sonuncunun sifətindən vurmuşdur. Zərbənin təsirindən Musa yerə yıxılmışdır. Lakin Musa yerdən qalxaraq üzərinə gəlmiş və əl atmaq istəmişdir. Ancaq Musaya imkan verməmiş və cəld davranıb bir dəfə də sonuncunun çənəsindən yumruqla vurmuşdur. Zərbənin tasinindən Musa yerə yıxılmışdır. Musa yerdə söyüş söymüş, buna görədə 6-7 dəfə təpiklə Musanın bədən və baş nahiyəsindən vurmuşdur. Bundan sonra Musa yerdən qalxaraq evinə getmiş, o da öz evinə gəlmişdir. Evə çatdıqda atası Rafiqə baş verənlər barədə məlumat vermiş və yatmışdır. Səhəri günü yuxudan oyandıqda atası Rafiq demişdir ki, o, yatdıqdan sonra Musa evlərinin qarşısına gəlmiş və onunla söhbət edib getmişdir. Həmin günü öyrənmişlər ki, Musa polis şikayət etmiş və xəstəxanaya müraciət etmişdir. X9 xəstəxana xərclərinə 800 manat xərcləmiş və sonuncunu bir neçə dəfə həkimə aparmışdır. Ancaq Musa etmiş olduğu şikayətini geri götürməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, həmin hadisə zaman orada o, Musa və Məhəmməddən başqa heç kim olmamışdır. Hadisədən təxminən 2-3 gun sonra öyrənmişdir ki, Musanı vurduqdan sonra sonuncu yerə yıxıldıqda cibindən telefonu düşmüş və telefonu yaşadığı məhəllədə olan klubda işləyən X4 tapmışdır. Bundan sonra Fəridin işlədiyi kluba getmişdir. Fərid ilə söhbət zamanı öyrənmişdir ki, o, Musanı vurduqdan və mübahisə bitkidən sonra Fərid klubdan çıxıb evlərinə gedən zaman telefonu yerdan tapmış və sahibini tapa bilməyib Babək prospektində yerləşən telefon mağazasına 120 manata satmışdır. Bundan sonra Fərid ilə telefonu satdığı mağazaya getmişlər. Orada telefonu alan şəxsə yaxınlaş və telefonla bağlı problemləri olmasını bildirib 120 manat pulunu qaytarıb telefonu geri almışlar. Bildirmişdir ki, zərərçəkmiş şəxsə əlavə olaraq 1700 manat pul verilmişlər. Ümumilikdə ona 2500 manat manat xərcləri çıxmışdır. Zərərçəkmiş şəxs onlardan 9200 manat pul tələb edir, onun maddi imkanı çatmadığı üçün həmin pulu verə bilmir. Himayəsində azyaşlı uşağının olmasını, özünün 2016-cı il tarixində baş verən aprel döyüşlərində ön cəbhədə iştirak etməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs 23 noyabr 2022-ci il tarixdə görmüşdür. Həmin tarixdə NZS qəsəbəsində yaşamışdır. 23 noyabr 2022-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı evin yaxınlığında olan "Göyçə" adlı mağazanın qarşısında dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanına gəlib ötüb keçmək istəyərkən ona sataşmışdır. Belə ki, çiyni ilə itələmişdir. Lakin Musa yaşlı olduğundan əhəmiyyət verməmiş və yalnız bildirmişdir ki, artıq hərəkətlər lazım deyil. yaşlı kişisən. Bundan sonra mağazaya daxil olmuş va su almışdır. Arxasınca Musa da mağazaya daxil olmuşdur. Sonra küçədən qonşusu Təqsirləndirilən şəxs gəlmişdir. Fuada Musanı göstərib kim olmasını soruşmuş, sonuncu da qonşu olmasını demişdir. Bu zaman Musa yanına gəlmiş və əli ilə sinəsindən yavaş şəkildə itələmişdir. Həmin gündən bir neçə gün əvvəl əməliyyat olunduğu üçün Musadan xahiş etmişdir ki, getsin. Lakin Musa xoşa gəlməz ifadələr işlətmiş və söyüş söymüşdür. Musanın sərxoş olmasından şübhələnmişdir. Buna görədə Fuad da Musada mağazadan çıxmasını istəmişdir. Bundan sonra mağazadan çıxmışdır. Arxasınca Musa da mağazadan çıxmışdır. Musa əlindən tutub mağazanın arxasına getməyi demişdir. Musa ilə mağazanın arxasına keçmişlər. Orada Musa ilə sözlə mübahisə etmişdir. Musanın səsinə Fuad da onların yanına gəlmişdir. Fuad Musadan getməsini və səs-küy salmamağı xahiş etmiş, sonuncu isa Fuada söyüş söyərək əli ilə vurmaq istəmişdir. Buna görede Fuad bir dəfə yumruqla Musanın sifətindən vurmuş və sonuncu yerə yıxılmışdır. Musa dərhal yerdan qalxaraq Fuadin üzərinə gəlmiş və onu yenidən vurmaq üçün yumruq atmışdır. Ancaq Fuad cəld davranıb bir dəfə Musanın çənəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Musa yerə yıxılmış va Fuada söyüş söymüşdür. Fuad da 6-7 dəfə təpiklə Musanın müxtəlif yerlərdindən vurmuşdur. Bundan sonra Musa yerdən qalxaraq evinə getmiş və öz yaşadığı evə gəlmişdir. Şahid əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs o, vurmamışdır. Musa ila yalnız sözlə mübahisə etmişdir. Hadisə zamanı orada yalnız Fuad, Musa və özü olmuşdur. Başqa heç kim olmamışdır. Musa onu va Fuadi vurmamişdir. Musa Fuad vurmaq istəmiş, lakin sonuncu buna imkan verməmişdir Zərərçəkmiş şəxs göstərdikləri düzgün deyil. Fuad yalnız mağazanın arxasında Musanı iki dəfə yumruqla, 6-7 dəfə isə təpiklə vurmuş və mübahisə bitmişdir. Musanı Fuaddan başqa heç kim vurmamışdır. Ümumiyyətlə onlar 4 nəfər olmamışdır. Musanın telefonu va 1.200 manat pulu götürülməmişdir. Musa da aşkar edilmiş xəsarətləri Fuad Musanı iki dəfə yumruqla və 6-7 dəfə təpiklə vurmaqla yetirmişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, telefonu işlətdiyi oyun klubunun yanından tapmışdır. Bir neçə gün sahibini axtarsa da tapmamış və ona görə də telefon mağazasına satmışdır. Təqsirləndirilən şəxs həmin kluba gələrək mobil telefon axtardığını bildirmişdir. O, həmin telefonu tapdığını və mağazaya satdığını bildirmişdir. Fuad telefonun Musa adlı şəxsə məxsus olmasını və sonuncunun onu şərləməsini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla birlikdə telefonu satdığı mağazaya getmişdir. Orada telefonu satdığı şəxsə baş verənləri danışmış, 120 manat pulu qaytarmış telefonu geri almış və Fuada vermişdir. İş üzrə Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi barədə qərar qəbul edilsə də, onun iştirakı təmin olunmamış, həmçinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsi 37-ci polis şöbəsindən daxil olmuş məktuba əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında olmaqlarına baxmayaraq, qeyd edilən ünvanda yaşayan Zərərçəkmiş şəxs polis əməkdaşlarına məhkəmə iclasına gəlməyəcəyini bildirmiş, onu zorla aparacaqları təqdirdə isə özünə xəsarət yetirəcəyini bildirərək məhkəməyə getməkdən imtina etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsində məcburi qaydada gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclas zalında tərəflər zərərçəkmiş şəxsin ifadəsinin elan edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, evlidir, lakin övladı yoxdur, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin avtomobil təmiri ilə məşğul olub ailəsini dolandırmışdır. Əvvəllər bir dəfə xuliqanlıq cinayət hadisəsinə görə bir il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını çəkib azadlığa buraxılmışdır. Yaşadığı evin yaxınlığında "Göyçə adlı market olmuş ve evinə ərzaq məhsullarını oradan almışdır. Təqsirləndirilən şəxs qonşusudur, sonuncu ilə arasında hər hansı bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. 23 noyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb "Göyçə" adlı mağazaya gəlmişdir ki, evinə ərzaq məhsulları alsın. Mağazanın qarşısına çatdıqda orada sonradan tanıdığı Şahid görmüşdür. Məhəmmədin yanına çataraq onun bərabərliyindən ötüb keçərkən sonuncu üzərinə gəlib özünü ona vurmuşdur. Əli ilə Məhəmmədi saxlayıb yavaş olmasını demişdir. Bundan sonra isə yoluna davam etmişdir. Məhəmməd arxadan yaxınlaşıb saxlayıb nə üçün əl qoldan danışırsan" ifadələrini işlətmişdir. Məhəmmədə cavan olmasını bildirib getməsini xahiş etmişdir. Eyni zamanda Məhəmmədi böyük kimi tənbeh etmişdir. Mağazaya daxil olmuş, arxasınca Məhəmməd də mağazaya daxil olmuşdur. Mağazaya daxil ola-ola Məhəmmədə demişdir ki, "böyük bilmirsiz, kiçik bilmirsiz, mənim 53 yaşım var, mən uşaq deyiləm sən mənə ilişəsən". Mağazaya daxil olduqda Təqsirləndirilən şəxs görmüşdür. Fuad mağazanın kassa olan hissəsində dayanmışdır. Kassaya yaxınlaşdıqda Məhəmməd küçəyə çıxmışdır. Bir neçə dəqiqə keçdikdən sonra mağazadan çıxmış və mağazanın qarşısında Fuad ilə Məhəmmədin dayanmasını görmüşdür. Onlara yaxınlaşıb Məhəmmədə bildirmişdir ki, "sataşdığım adamı tanı gör kimə sataşırsan". Həmin vaxt Fuad yanında dayanmışdır. Bu zaman Fuad əlini yuxarı qaldırmış, sonuncunun əlindən tutub ayıb olmasını demişdir. Sonra isə əlini buraxmış və Fuad əlini aşağı endirmişdir. Ancaq Fuad iki dəfə ardıcıl olaraq sifətindən yumruqla vurmuşdur. Arxa-arxaya hərəkət edərək yerə yıxılmışdır. Özünə gəldikdə kimlərinsə ətrafında olan tanımadığı şəxslərin su verməsini görmüşdür. Ona kömək etmişlər və yerdən qalxmışdır. Lakin həmin vaxt artıq Fuad və Məhəmməd olmamışdır. Özünü nisbətən yaxşı hiss etdikdə Fuadın atası Rafiqin yaşadığı evə getmişdir. Rafiqin yaşadığı evin qapısını vuraraq səsləmişdir. Qapını Rafiq açmış və sonuncunun yataq paltarlarında olmasını görmüşdür. Rafiqə oğlunun döyməsini bildirmişdir. Rafiq bildirmişdir ki, getməsin, paltarlarını geyinib gəlir. Rafiqin evinin qarşısı "Göyçə marketdir. Mağazanın arxasında dayanıb Rafiqi gözləmişdir. Rafiqi gözləyən zaman özünü pis hiss etmiş, buna görədə ailə üzvülərindən kimlərəsə məlumat vermək üçün telefonunu çıxarmışdır. Telefonu ilə ailə üzvülərinə zəng etmək istədikdə Təqsirləndirilən şəxs və yanında 5 nəfər şəxsin üzərinə gəlməsini görmüşdür. Həmin şəxslər qaçaraq üzərinə gəlmişlər. Həmin vaxt telefon əlində olmaqla sağ qulağına tutmuşdur. Fuad yanına çatdıqda sifətindən bir dəfə yumruqla vurmuş və yerə yıxılmışdır. Huşunu itirmiş və özünə gəldikdə tanımadığı şəxslərin kənarda dayanmasını görmüşdür. Yerdən qalxmış və bədən nahiyəsinin müxtəlif yerlərdində ağrılar hiss etmişdir. Məlum olmuşdur ki, bədən nahiyəsinə təpiklə vurmuşlar, lakin kimlərin vurmasını bilməmişdir. Təqsirləndirilən şəxs başının üzərində dayanıb bildirmişdir ki, "bundan sonra hər günüm belə olacaq". Yerdən qalxaraq ətrafda telefonunu axtarmış, lakin telefonunu tapa bilməmişdir. Həmin vaxt da telefonunun arxasında 6 ədəd 200 manatlıq əskinaslar olmuşdur. Bundan sonra yaşadığı evə getmiş və evdən təcili tibbi yardıma zəng edərək müraciət etmişdir. Yaşadığı evə təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar. 10 gün keçdikdən sonra Fuadın atası Rafiq yaşadığı evə gəlib telefonunu vermişdir. Bundan iki gün sonra isə Rafiq evinə gəlib 1.200 manat pul vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, həmin hadisə zamanı orada tanımadığı bir neçə nəfər şəxs olmuş, lakin yalnız Təqsirləndirilən şəxs va Şahid tanımışdır. Hər iki mübahisədə o, huşunu itirdiyi üçün mübahisənin neçə dəqiqə davam etməsini bilməmişdir. Həmin hadisə zamanı heç kimi vurmamışdır. İlkin olaraq "Göyçə marketin qarşısında sifətindən iki dəfə yumruqla Təqsirləndirilən şəxs vurmuşdur. İkinci dəfə isə mağazanın arxasında üzərinə qaçaraq Təqsirləndirilən şəxs və tanımadığı 5 nəfər şəxs gəlmişdir. İlkin olaraq Fuad yaxınlaşmış və bir dəfə yumruqla sifətindən vurmuşdur. Yerə yıxılmış və huşunu itirmişdir. Özünə gəldikdə isə bədən nahiyəsinin müxtəlif hissələrində təpik izlari görmüş ve ağrılar hiss etmişdir. Lakin huşunu itirdikdən sonra kimin vurmasını görməmişdir. Məhəmməd onu vurmamışdır. Məhəmməd yalnız sözlə mübahisə etmişdir. Fuad Hasanov va digərləri hədə-qorxu gəlməmiş, xəsarət yetirməklə hədələnməmiş, ona qarşı zor tətbiq edilməmiş və ona xəsarət yetiriləcəyi ilə har hansı bir əmlakı tələb edilməmişdir. Fuad və digər şəxslərdə, bıçaq, eyni zamanda her hansı bir alət görməmişdir.(i.v 36-40) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 31 yanvar 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır (i.v.01); Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixində Babək prospektində yerləşən “Göyçə” marketin içində Fuad adlı şəxs ona yumruq zərbələri endirmişdir. Bu səbəbdən həmin şəxs barəsində qnuni tədbir görülməsini xahiş etmişdir ( i.v. 5); Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X10 26 noyabr 2022-ci il tarixli 1346 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs oğlynda aşkar edilmiş xəsarətlər-sag goz yuvasının alt divarının qəlpəli, yerdəyişən sınığı. sağ göz almasının kontuziyası və ağlı qişasına qansızma, alt göz qapiağinin va goz kanalcığının yaralanması, zədə sonrakı fistulası ilə müşayiət olunmuş sağ gözaltı nahiyənin və göz qapaqlarının hematomasi, sol maksilyar sinusun on divarının yeridəyişən sınığı ilə müşayət olunmuş sol gözaltı nahiyənin və göz qapaqlarının qançını, üst çənədə sol İ dişin əsasının, sağ İİ dişin uc hissəsinin sınıqları və pataloji hərəkətliliyi, diş ətlərinə qansızma ilə müşayiət olunmuş sağ ağız bucağının selikli qişasının əzilmiş-cırılmış yarası, burun sümüyünün qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin sıyrıqları və şişkinliyi, həyat üçün təhlükəli olmayan sağ tərəfli pnevmotoraks, pnevmomediastinum və sağ Vİ qabırğanın yerdəyişməmiş xətti sınığı ile müşayiət olunmuş döş qəfəsinin şişkinlik halında aziyi, alt çənənin sol yarısının qançırı, alın, tapa, sag gicgah, sağ dirsək oynağı nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk kut əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirler. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter va lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində yaranması və ya özü-özünə yetirməsi inandırıcı deyildir.(i.v 15-19) 14 fevral 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 32) 14 fevral 2023-cü il tarixli zərərçəkmiş şəxsin vəsatətinin rədd edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərarı, hüquq və vəzifələrinin izah edilməsi barədə protokolu, zərərçəkmiş şəxs qismində dindirimə protokolunu imzalamaqdan imtina etməsi vəsatət kimi qiymətləndirilməsi və həmin vəsatət əsassız olduğundan rədd edilməsi qərara alınmışdır(i.v 42-43) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu krtotekasında məlumat yoxdur.(i.v. 52) 26 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə X3 aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs göstərdiklərini təkzib etmişdir.(i.v70-72) 26 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid ilə zərərçəkmiş Zərərçəkmiş şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini Zərərçəkmiş şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v 75-77) 28 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.(i.v 93-94) 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 109-111) xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ İŞnin müstəntiqi Ceyhun Əsgərov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi X2 məxsus şəxsiyyət vəsiqəsinin surəti təhvil alınmışdır.(i.v 123) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X6 övladı vardır. 30 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilməməsin və qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid, X5, X7 və X1 ifadələri, üzləşdirmə protokolları, məhkəmə tibbi ekspertizasının 26 noyabr 2022-ci il tarixli 1346 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 ve 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 127 ve 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, X5 və X1 barələrində cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs ifadəsində onu Təqsirləndirilən şəxs başqa 5 nəfər şəxsin döyməsini, mobil telefonun zorla əlindən alınmasını və telefonun arxasında olan 1.200 manat pulun oğurlanmasını göstərməsi təsdiq olunmadığı üçün cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. (i.v 125-135) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etməkdən imtina etdiyi üçün onun məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında olmaqlarına baxmayaraq, qeyd edilən ünvanda yaşayan Zərərçəkmiş şəxs polis əməkdaşlarına məhkəmə iclasına gəlməyəcəyini bildirmiş, onu zorla aparacaqları təqdirdə isə özünə xəsarət yetirəcəyini bildirərək məhkəməyə getməkdən imtina etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsində məcburi qaydada gətirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Tapqaraqoyunlu, Talışkənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(CM59.1.4) ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 2016-cı il tarixində baş vermiş aprel döyüşlərində iştirak etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmsı və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsində müəyyən edilən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadığından,o, həmin məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar