Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-373/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də poçtalyon işləyən, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməklə saxlamışdır. Belə ki, o, kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu məhəllə 2316 X4 küçəsi ev 1 b mənzil 140 ünvanında tanışları Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 qumar oynamaları üçün 2021-ci ilin fevral ayından etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 fevral 2021ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 qeyd edilən mənzildə qumar oynamaları müəyyən edilmiş, eləcə də mənzildən qumar oyunları üçün nəzərdə tutulmuş kart dəstləri, qumar oyunları ilə bağlı qeydiyyatların aparıldığı yazılı kağızlar, 3080 manat və 100 ABŞ dolları pul vəsaitləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, videogörüntü, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ev yiyəsini tanımamış, şahid Rəşadı tanımışdır. Rəşad zəng vurmuş, həmin mənzilə yeyib-içmək üçün gəlmişdir. Yeyib-içdikdən sonra kart oynamağa başlamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları kart oynayarkən tutmuşlar. Mənzilə ümumilikdə üç dəfə gəlmiş, lakin, bir dəfə qumar oynamışlar. Rəşad sekadan 1-2 manat məbləğində pul götürmüş, sonra 5 manat olmuşdur. Pulların bir hissəsi ciblərindən çıxmış, qalan hissəsi masanın üzərində olmuşdur. Polislər axşam saatlarında gəlmiş, saatın dəqiq neçə olmasını bilməmişdir. Polislər gələndə ev yiyəsi Rəşad aşağıda olmuş, evdə olmamış, mağazaya nəsə almağa getmişdir. Polisdə təxminən iki gün saxlanılmış, izahatı alınmış, sonra buraxılmışdır. İsintaq zamanı vermiş olduğu izahat və ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs yaşadığı evə müdamadi getməmiş, istintaq zamanı həmin sözləri polislərin dediyinə görə yazmışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, mütəmadi olaraq Təqsirləndirilən şəxs kirayədə yaşadığı və qumar oyunlarını təşkil etdiyi Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən mənzilinə getmiş, orada qumar oyunları oynamışdır. Rəşad uzun müddətdir ki, həmin mənzildə poker qumar oyunlarını təşkil etmiş, hər sekadan 2-5 manat arası pul götürmüşdür. 27 fevral 2021-ci il tarixdə o və bir neçə nəfər şəxs qumar oyunları oynamaq üçün həmin mənzilə getmişlər. Saat təxminən 20 radələrində polis işçiləri həmin yerə gəlmiş, onlar videoçəkilişlə çəkiliş aparmış, polislər həmin mənzildə qumar oyunlarının təşkil edilməsi haqqında məlumat daxil olduğunu demiş, polis işçiləri mənzilə baxış keçirməyə başlamışlar. Baxış keçirilən zaman masanın üzərində kart dəstləri və qumar oyunlarına qoyulmuş 3026 manat və 100 ABŞ dollar pul vəsaiti aşkar edilmiş, həmin vaxtı Rəşad qumar oyunlarından əldə etdiyi 54 manat pulu da polislərə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, tanışları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, orda yeyib-içdikdən sonra qumar oynamağa başlamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları saxlamışlar. Rəşadın yaşadığı mənzildə bir və ya iki dəfə olmuşdur. Rəşada yemək-içmək almaq üçün, həm də qumar oynayan zamanı əlavə cib xərcliyi üçün pul vermişlər. Həmin evə hər kəs gələ bilməzdi, sadəcə Rəşadın tanışları gələ bilərdi. Polis əməkdaşları təxminən saat 8-də gəlmiş, həmin vaxt Rəşad mənzildə olmamış, yemək, pivə almağa getmiş, Rəşadı polislərin harda saxlamasını bilməmiş, Rəşadın dediyinə görə onu mağazadan çıxanda polislər saxlamışlar. Üç gün polisdə saxlanılmış, orada izahat vermiş, sonra buraxılmışdır. İstintaq zamanı vermiş olduğu izahat və ifadəsini təsdiq edir, Rəşada sekadan 2-3 manat, bəzi hallarda 5 manat pul vermişlər. Həmin mənzildə kart oyunlarını pul qazanmaq məqsədi ilə oynamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, mütəmadi olaraq Təqsirləndirilən şəxs kirayədə yaşadığı və qumar oyunlarını təşkil etdiyi Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən mənzilinə getmiş, orada qumar oyunları oynamış, həmin mənzilə həmişə Təqsirləndirilən şəxs dəvəti əsasında getmişdir. Rəşad uzun müddətdir ki, həmin mənzildə poker qumar oyunlarını təşkil etmiş və hər sekadan 2-5 manat arası pul götürmüşdür. 27 fevral 2021-ci il tarixdə o, və bir neçə nəfər şəxs həmin mənzilə qumar oyunları oynamaq üçün getmişdir. Saat təxminən 20 radələrində polis işçiləri həmin yerə gəlmiş, polislər videoçəkilişlə çəkiliş aparmış, polislər qumar oyunlarının təşkil edilməsi haqqında məlumat daxil olduğunu demişlər. Polislər mənzilə baxış keçirməyə başlamış, baxış keçirilən zaman masanın üzərində kart dəstləri və qumar oyunlarına qoyulmuş 3026 manat və 100 ABŞ dollar pul vəsaiti aşkar olunmuşdur. Baxış zamanı Rəşad qumar oyunlarından əldə etdiyi 54 manat pulu da polislərə təqdim etmiş, polis işçiləri baxış zamanı aşkar etdiyi məsələləri sənədləşdirmiş, polis əməkdaşları ona və digər şəxslərə nə üçün həmin mənzilə gəldiklərini soruşmuş, onlar da həmin mənzilə qumar oynamaq üçün gəldiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, həmin mənzilə təxminən iki dəfə getmiş, pandemiya səbəbindən kafe-restoran işləmədiyindən dost-tanışları ilə bilikdə mənzildə yeyib-içdikdən sonra kart oynamışlar. Sonuncu dəfə kart oynadıqları zamanı polis əməkdaşları gəlmiş, çəkiliş aparmış, masanın üzərində olan iki-üç dəst kartı, pulları, həmçinin ciblərindəki pulları götürmüşlər. Cibində altı yüz manat olmuş, qarşısında isə üç yüz manat olmuş, Rəşadın cibində nə qədər pul olmasını xatırlamamışdır. Polislər təxminən saat altı-yeddi radələrində gəlmiş, həmin vaxt Rəşad mağazaya getdiyindən evdə olmamışdır. Polisdə üç gün məcburi saxlanılmış, polisdə ona hər hansı təzyiq və təsir edilməmişdir. İstintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Həmin mənzildə əvvəllər qumar oynamamış, sonuncu dəfə gedəndə qumar oynamışlar. Rəşada sekadan pul verməmiş, digər şəxslərin pul verdiyini bilməmişdir. Rəşadın cibində nə qədər pol olmasından xəbəri olmamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, arabir Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən mənzilinə getmiş, orada tanışları ilə qumar oyunları oynamış, həmin mənzildə qumar oyunlarının keçirilməsini mənzildə yaşayan Təqsirləndirilən şəxs təşkil etmiş, o, həmin mənzilə Rəşadın dəvəti əsasında getmişdir. Rəşad uzun müddətdir ki, həmin mənzildə poker qumar oyunlarını təşkil etmiş, hər sekadan 2-5 manat arası pul götürmüşdür. 27 fevral 2021-ci il tarixdə o və bir neçə nəfər şəxs həmin mənzildə poker qumar oyunları oynamışdır. Həmin vaxtı saat təxminən 20 radələri olmuş, qeyd edilən müddətdə polis işçiləri həmin yerə gəlmiş, polislər videoçəkilişlə çəkiliş aparmışlar. Polislər həmin mənzildə qumar oyunlarının təşkil edilməsi haqqında məlumat daxil olduğunu bildirmiş, mənzilə baxış keçirməyə başlamışlar. Baxış keçirilən zaman masanın üzərində kart dəstləri və qumar oyunlarına qoyulmuş 3026 manat və 100 ABŞ dollar pul vəsaiti aşkar olunmuş, baxış zamanı Rəşad qumar oyunlarından əldə etdiyi 54 manat pulu da polislərə təqdim etmişlər. Polis işçiləri baxış zamanı aşkar etdiyi məsələləri sənədləşdirmiş, polis əməkdaşları ona və digər şəxslərə nə üçün həmin mənzilə gəldiklərini soruşmuş, onlar da həmin mənzildə poker üsulu ilə qumar oyunları oynadıqlarını və bu işin Rəşad tərəfindən təşkil edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə tanışları ilə yeyib-içmiş, daha sonra qumar oynamağa başlamışlar. Bir müddət sonra polis əməkdaşları gələrək onları qumar oynayan yerdə tutmuşlar. Rəşadın evində iki-üç dəfə olmuş, iki dəfə qumar oynamışdır. Sekadan pul yığılmış, həmin pula ərzaqlar alınmış, özü sekadan pul verməmiş, digər şəxslər vermiş, nə qədər pul verməsini bilməmişdir. Polis əməkdaşları gələndə Rəşad evdə olmamış, mağazaya getmişdir. Polisdə üç gün saxlanılmış, hər hansı təzyiq və təsir olmamışdır. İstintaqa verdiyi izahat və ifadəsini təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, arabir Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən mənzilinə getmiş, orada qumar oyunları oynamış, həmin yerə o, Rəşadın dəvəti əsasında getmişdir. Rəşad uzun müddətdir ki, həmin mənzildə poker qumar oyunlarını təşkil etmiş, hər sekadan 2-5 manat arası pul götürmüş, 27 fevral 2021-ci il tarixdə o və bir neçə nəfər şəxs həmin mənzilə getmiş, mənzildə poker qumar oyunları oynamışdır. Saat təxminən 20 radələrində polis işçiləri həmin yerə gəlmiş, polislər videoçəkilişlə çəkiliş aparmış, polislər həmin mənzildə qumar oyunlarının təşkil edilməsi haqqında məlumat daxil olmuşdur. Polislər mənzilə baxış keçirməyə başlamış, baxış keçirilən zaman masanın üzərində kart dəstləri və qumar oyunlarına qoyulmuş 3026 manat və 100 ABŞ dollar pul vəsaiti aşkar olunmuşdur. Baxış zamanı Rəşad qumar oyunlarından əldə etdiyi 54 manat pulu da polislərə təqdim etmiş, polis işçiləri baxış zamanı aşkar etdiyi məsələləri sənədləşdirmiş, polis əməkdaşları ona və digər şəxslərə nə üçün həmin mənzilə gəldiklərini soruşmuş, o da həmin mənzildə poker üsulu ilə qumar oyunları oynadıqlarını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumatlarda Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu məhəllə 2316 X4 küçəsi ev 1 b, mənzil 140 ünvanında qumarxana saxlaması bildirilmiş, 27 fevral 2021-ci ildə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvana yollanmışlar. Həmin evin qapısını döymüş, qapını Rəşid Rzayev açmış, Rəşidin qumarxana saxlaması haqqında məlumat olduğunu bildirmişlər. Rəşid Rzayev ərizə yazaraq evə baxış keçirilməsinə etiraz etmədiyini demiş, videoçəkilişlə evə baxış keçirilmiş, baxış keçirilərkən həmin evdə Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 kartlar vasitəsi ilə qumar oynamaları müəyyən edilmişdir. Qeyd edilən şəxslər mənzilə qumar oynamaq üçün gəldiklərini, həmin evdə qumarxananın Rzayev Rəşidin təşkil etdiyini demişlər. Rəşid Rzayev həmin mənzildə kirayədə yaşadığını, kirayədə yaşadığı mənzildə uzun müddətdir ki, qumar oyunlarının oynanılması üçün şərait yaratdığını bildirmişdir. Baxış keçirilən zaman mənzildən qumar oyunları üçün nəzərdə tutulmuş kart dəstləri, qumar oyunları ilə bağlı qeydiyyatların aparıldığı yazılı kağızlar, 3080 manat və 100 ABŞ dolları pul vəsaitləri aşkar edilərək götürülmüş və protokol tərtib edilmişdir. Qapını Rəşad açmış, götürülmüş pullar masanın üzərində olmuşdur. Qumar oynayan şəxslər polisə dəvət edilmiş, orada izahat, ifadə yazmış, sonra getmiş, həmin şəxslər idarədə saxlanılmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid7, X1 və Şahid8 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, 01.09.2021-ci il tarixdə ölkə hüdudlarını tərk etdiyindən məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, müdafiə tərəfi həmin şahidin dindirilməsini tələb etməmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, o, arabir Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən mənzilinə getmiş, orada qumar oyunları oynamış, həmin yerə o, Rəşadın dəvəti əsasında getmişdir. Rəşad uzun müddətdir ki, həmin mənzildə poker qumar oyunlarını təşkil etmiş, hər sekadan 2-5 manat arası pul götürmüş, 27 fevral 2021-ci il tarixdə o və bir neçə nəfər şəxs həmin mənzilə getmiş, mənzildə poker qumar oyunları oynamışdır. Həmin tarixdə saat təxminən 20 radələrində polis işçiləri həmin yerə gəlmiş, polislər videoçəkilişlə çəkiliş aparmış, baxış keçirilən zaman masanın üzərində kart dəstləri və qumar oyunlarına qoyulmuş 3026 manat və 100 ABŞ dollar pul vəsaiti aşkar olunmuşdur. Baxış zamanı Rəşad qumar oyunlarından əldə etdiyi 54 manat pulu da polislərə təqdim etmiş, polis işçiləri baxış zamanı aşkar etdiyi məsələləri sənədləşdirmiş, polis əməkdaşları ona və digər şəxslərə nə üçün həmin mənzilə gəldiklərini soruşmuş, o da həmin mənzildə poker üsulu ilə qumar oyunları oynadıqlarını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 244-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəs, 1 b, blok 3 mənzil 140-də kirayədə yaşamış, həmin mənzildə qumarxana təşkil etməmişdir. 27 fevral 2021-ci il tarixdə dosları ilə birlikdə həmin mənzildə yeyibiçmiş, sonra əyləncə məqsədi ilə kart oynamışlar. Pivə və ərzaq lazım olduğundan mənzilin qapısını bağlayaraq mağazaya getmiş, mağazadan çıxan zamanı iki nəfər mülki geyimdə olan şəxslər onu saxlamış, avtomobilə əyləşdirmiş, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş, başqa polis əməkdaşları da olmuş, onu avtomobillə yaşadığı binanın qarşısına gətirmişlər. Polis əməkdaşları açarı cibindən çıxarmış, mənzilə qalxmış, daha sonra onu da mənzilə gətirmişlər. Bundan sonra polis əməkdaşlarının bildirdiklərinə uyğun videoçəkiliş olmuşdur. Aşkar edilmiş pulların hamısı masanın üzərində olmamış, onların cibində olan pullar da çıxarılaraq götürülmüşdür. İstintaq zamanı izahat və ifadələrini polis əməkdaşlarının dedikləri kimi yazmış, halbuki, hadisələr elə olmamışdır. Bir daha qeyd edir ki, o, qumarxana təşkil etməmiş, tanışları ilə bilikdə əyləncə üçün kart oynamışlar. Qeyd etdiklərini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, həmin mənzildə poker kart qumar oyunları oynamış, tanışlarını da həmin mənzilə dəvət etmiş və onların qumar oyunlarını oynamasına şərait yaratmışdır. Hər qumar oyunundan ona 2-5 manat arası pul düşmüş, eyni zamanda qumar oynayan şəxslərə içki və siqaret də təşkil etmişdir. Qumar oyunları təxminən 4-5 arası davam etmiş, qumar oyunlarını əsasən axşam saatlarında təşkil etmişdir. 27 fevral 2021-ci il tarixdə o, yenə də həmin mənzildə qumarxana təşkil etmiş, yəni kart vasitəsi ilə poker oyunlarının oynanılmasını təşkil etmiş, bu məqsədlə tanışlarını mənzilinə dəvət etmişdir. Həmin şəxslər Rəşad, Elman, Anar, İlqar və Rəşid olmuşlar. Saat təxminən 20 radələrində mənzilə bir neçə nəfər polis əməkdaşları daxil olmuş, polislər onun qumar oyunlarını keçirməsi haqqında məlumat olduğunu bildirmiş, o da həqiqətən də qumar oyunlarının keçirilməsini təşkil etdiyini etiraf etmişdir. O, ərizə yazıb evə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Polislər videoçəkilişlə baxış keçirmiş, baxış zamanı qumar oynayan şəxslər də mənzildə olmuş, onlar da polislərə mənzilə gəlmələrinin səbəbinin qumar oynamaq olduğunu demişlər. Masanın üzərində kart dəstləri və qumar oyunlarına qoyulmuş 3026 manat və 100 ABŞ dollar pul vəsaiti aşkar edilmiş, həmin vaxtı o, qumar oyunlarından əldə etdiyi 54 manat pulu da polislərə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir (i.v. 6); əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməklə saxlaması müəyyən edilmişdir (i.v. 7-8); izahatdan görünür ki, Təqsirləndirilən şəxs üç aydır ki, ünvan 4 ünvanında qumar oyunları təşkil etdiyini, hər sekadan 2-5 manat məbləğində pul götürdüyünü, qumar oynanılan kartları özünün aldığını və s. bildirmişdir (i.v. 13); izahatlardan görünür ki, Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 Təqsirləndirilən şəxs uzun müddətdir ki, ünvan 4 ünvanında poker qumar oyunları təşkil etdiyini, həmin ünvanda qumar oynadıqlarını, Təqsirləndirilən şəxs hər sekadan 2-5 manat məbləğində pul götürdüyünü bildirmişlər (i.v. 14-22); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ramin Salmanov tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 fevral 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (i.v. 23); ifadələrdən görünür ki, Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 Təqsirləndirilən şəxs uzun müddətdir ki, ünvan 4 ünvanında poker qumar oyunları təşkil etdiyini, həmin ünvanda qumar oynadıqlarını, Təqsirləndirilən şəxs hər sekadan 2-5 manat məbləğində pul götürdüyünü bildirmişlər (i.v. 26-37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 10 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 38); ifadədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qumar oyunları təşkil etdiyini, hər sekadan 2-5 manat məbləğində pul götürdüyünü, qumar oynanılan kartları özünün aldığını və s. bildirmişdir (i.v. 42-45); sübutların qiymətləndirilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, hadisə yerindən aşkar edilib götürülmüş 3026 manat, 54 manat və 100 ABŞ dolları pul vəsaitlərinin, kart dəstləri və qumar oyunları ilə bağlı qeydiyyatların aparıldığı yazılı kağızların, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu 01 ədəd diskin maddi sübut kimi tanınması, Şahid4, Şahid3, Şahid2 və Şahid5 və Şahid1 barəsində inzibati tədbir görülməsi üçün qərarın polis orqanına göndərilməsi, Təqsirləndirilən şəxs özünün ilkin araşdırma zamanı verdiyi izahatın, Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 şahid qismində verdikləri ifadələr və ilkin araşdırma zamanı verdikləri izahatların, polis əməkdaşları Şahid6, Şahid7, X1 və Şahid8 ifadələrinin, maddi sübutlar – əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu 01 ədəd diskin, kart dəstlərinin, yazılı kağızlar və digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 72-77); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 79); ifadədən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, niyyətinin qumarxana təşkil etmək olmadığını, sadəcə dostları ilə birlikdə vaxt keçirib əylənmək olduğunu (əlyazma), ünvan 4 ünvanında qumar oyunları təşkil etdiyini, hər sekadan 2-5 manat məbləğində pul götürdüyünü və s. bildirmişdir (i.v. 89); qətimkan tədbirinin seçilməsi barədə 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 90); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə dilmişdir (i.v. 98); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülərə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarının mənzilin qarşısında olduğu, özlərini Təqsirləndirilən şəxs təqdim etməsi, mənzilə baxış keçirilməsinə etiraz edib-etməməsinin soruşulması, sonuncunun etiraz etməməsi, bundan sonra mənzilə baxış keçirilməsi, otaqda beş nəfər şəxsin masanın ətrafında əyləşməsi, masanın üzərində kart dəslərinin və pulların olması, masa ətrafında əyləşmiş şəxslərin özlərini təqdim etməsi, mənzilin Təqsirləndirilən şəxs məxsus olmasını və qumar oynamalarını, qumar zamanı Təqsirləndirilən şəxs sekadan 2-5 manat pul vermələrini demələri, bundan sonra masanın üzərində olan pul vəsaitlərinin sayılması, pulun 3080 manat və 100 ABŞ dolları olması, qumar oyunları üçün nəzərdə tutulmuş kart dəstlərinin və 3080 manat və 100 ABŞ dolları pulun götürülməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qumarxana təşkil etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Şəxs qumarxananı təşkil etməklə ictimai mənəviyyata zidd hərəkət etdiyini dərk edir, orada qumar oynayanları və onların ailələrini çətin maddi vəziyyətə sala biləcəyini qabaqcadan görür və şəxsi mənafeyi naminə qumara meyilli şəxslərin qumarxanaya gəlməsi və orada qumar oynamalarını arzulayır. Göründüyü kimi qumarxana təşkil edən şəxsin əməlində cinayət tərkibinin yaranması üçün onun məhz qumar oynamağa meyilli şəxslərin istirahəti, əyləncəsi üçün lazımi şəraiti yaratmaqdan, yəni, istifadəsində olan yeri qumar oyunlarının həyata keçirilməsi üçün uyğunlaşdırmaqdan, lazımi avadanlıqlarla təchiz etməkdən ibarətdir. Bununla da şəxs ictimai mənəviyyat əleyhinə olan qumarxana, qumar oyunlarının keçirildiyi yeri təşkil etmə və ya saxlama cinayət əməlini törətmiş olur. Beləliklə, cinayət törədən şəxsin hərəkətləri nəticəsində təyinatı başqa cür istifadə olan yer qumarxanaya çevrilir. Həmin vaxt qumarxana təşkil etmə gəlir əldə etmək və ya digər məqsədlə törədilə bilər. Hər bir halda cinayəti törədənin əməli zəif iradəli qumara meyilli şəxsləri qumar oynamağa həvəsləndirmə, sövq etmə, qumar oynayanlara dəstək olma və.s hərəkətlərdə özünü göstərməlidir. Bu cür ictimai mənəviyyat əleyhinə olan hərəkətlər şəxsin əməlinin ictimai təhlükəli olduğunun, şəxsin kriminala meylli xarakterinin göstəricisidir. Bu da onu deməyə əsas verir ki, bu kriminal hərəkətlərin məqsədi qumarxananı təşkil etməkdən, qumar oynamağa sövq etməkdən və bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı dəfələrlə izahat və ifadəsi alınmış, həmin izahat və ifadələrində sonuncu ünvan 4 ünvanında qumar oyunları təşkil etdiyini, hər sekadan 2-5 manat məbləğində pul götürdüyünü, qumar oynanılan kartları özünün aldığını bildirmiş, həmin izahat və ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, şahidlər Şahid6, Şahid7, X1 və Şahid8 ifadələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi təkzib edilməklə işin digər halları ilə təsdiq edilməmişdir. Şahidlər Şahid3, Şahid2, Şahid5 və Şahid1 ünvan 4 ünvanında iki-üç dəfə olduqlarını, qumar oynadıqlarını və sekadan Təqsirləndirilən şəxs pul vermələrini təsdiq etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 244-1.1-ci maddəsinə əsasən on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan kart dəstləri və qumar oyunları ilə bağlı qeydiyyatların aparıldığı yazılı kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, hadisə yerindən aşkar edilib götürülmüş 3026 manat, 54 manat və 100 ABŞ dolları pul vəsaitləri dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan kart dəstləri və qumar oyunları ilə bağlı qeydiyyatların aparıldığı yazılı kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə yerindən aşkar edilib götürülmüş 3026 manat, 54 manat və 100 ABŞ dolları pul vəsaitləri dövlət nəfinə müsadirə edilsin, cinayət işinin materiallarında olan 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-373/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-373/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver