Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-373/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili X2 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1(011)-373/2023 saylı material üzrə istintaq təcridxanasına keçirilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Neapol küçəsi ilə sağdan 1-ci hərəkət zolağı ilə Ukrayna dairəsinə daxil olub 20 km/saat sürətlə hərəkətinə davam etməklə, dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 15-ci hissəsinin tələbini pozaraq, yəni yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməyən yerdə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda qanunun normasına əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin dairədə M.Hadi küçəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mühərriki 49 kub.sm olan “Polo” markalı mopedlə toqquşmuş və nəticədə sonuncuya sol bud sümüyünün burmalardan keçən qapalı qəlpəli sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 may 2023-cü il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Neapol küçəsi ilə sağdan 1-ci hərəkət zolağı ilə Ukrayna dairəsinə daxil olmaq üçün avtomobilini saxlamış və dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmişdir. Daha sonra hərəkətə başlayaraq 20 km/saat sürətlə Ukrayna dairəsinə daxil olmaq istəyərkən dairədə M.Hadi küçəsi istiqamətində hərəkətdə olan mopedçini görməmiş və mopedçini avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Bu anda avtomobili dərhal saxlamışdır. Zərbənin təsirindən mopedin sürücüsü yerə yıxılıb xəsarət almışdır. O, avtomobildən düşüb mopedin sürücüsünə yaxınlaşıb səhhəti ilə maraqlanmışdır. Sürücünün xəsarət aldığını görüb təcili yardım çağırıb xəstəxanaya aparmışdır. Hadisə zamanı spirtli içki, narkotik maddə və yaxud psixotrop maddə qəbul etməmiş, mopedi toqquşma anında görmüş, hadisə zamanı xəsarət almamış, avtomobil zədələnməmiş və ona maddi ziyan dəyməmişdir. Mopedin sürücüsü ilə birlikdə xəstəxanaya getdiyi üçün və xəstə ilə məşğul olduğundan polis əməkdaşlarının deməsinə baxmayaraq sərxoşluq vəziyyətini müəyyən etmək üçün narkoloji mərkəzə müraciət etməyi unutmuşdur. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 05 may 2023-cü il tarixdə saat 21 radələrində idarə etdiyi mühərriki 49 kub.sm olan “Polo” markalı mopedlə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindən Ukrayna dairəsinə daxil olaraq dairədə soldan 2-ci hərəkət zolağı ilə 40 km/saat sürətlə M.Hadi küçəsi istiqamətində hərəkətdə olarkən Neapol küçəsindən Ukrayna dairəsinə daxil olan “Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü dairədə olan nəqliyyat vasitələrini gözləmədən dairəyə daxil olmuş və avtomobilin qabaq hissəsi ilə mopedi toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən moped aşmış və o yıxılaraq xəsarət almışdır. Daha sonra “Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü ona yaxınlaşaraq köməklik etmiş və təcili yardım çağıraraq onu X11 aparmışdır. Xəstəxanada məlum olmuşdur ki, yolnəqliyyat hadisəsi zamanı onun ayağı sınıb. Hadisə zamanı spirtli içki, narkotik maddə və yaxud psixotrop maddə qəbul etməmiş, Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı avtomobili toqquşma zamanı görmüş, hadisə zamanı sol ayağının sümüyü sınmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamış, spirtli içki qoxusu gəlməmiş və onunla birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada olduğu zaman cəmi bir dəfə maraqlanmış, lakin sonradan hətta bugünkü tarixədək Təqsirləndirilən şəxs onunla ümumiyyətlə maraqlanmamışdır.Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin əvəzi ona ödənilməmişdir və onlar arasında barışıq əldə edilməmişdir. Bu səbəbdən də mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, dəymiş maddi zərərin əvəzi – 1732 manat, əldən çıxmış fayda 6984 manat, mülki iddianın tərtib edilməsinə görə göstərilən hüquqi yardımın xidmət haqqı – 50 manat və dövlət rüsumu – 113 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs və mülki iddiaçının qardaşıdır. Kuryer fəaliyyəti ilə məşğul olur. 05 may 2023-cü il tarixdə saat təxminən 21 radələrində kuryer yoldaşı ona zəng edərək bildirmişdi ki, qardaşı Zərərçəkmiş şəxs Xətai rayonu, Ukrayna dairəsi ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. O tez bir zamanda hadisə yerinə gəlmiş və görmüşdür ki, qardaşı Rüstəmin mopedi aşmış vəziyyətdədir və Rüstəmin özü də xəsarət almışdır. Adını sonradan bildiyi hadisəni törətmiş sürücü – Təqsirləndirilən şəxs ilə söhbət etmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Neapol küçəsindən Ukrayna dairəsinə dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən dairəyə daxil olmuş və dairədə hərəkətdə olan qardaşının idarə etdiyi mopedlə toqquşmuşdur. Sonra qardaşını xəstəxanaya aparmışlar və orada məlum olmuşdur ki, hadisə nəticəsində qardaşı Rüstəmin sol bud sümüyü sınmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamış, spirtli içki qoxusu gəlməmiş və onlarla birlikdə xəstəxanaya getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə yol-nəqliyyat hadisələri üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 8/1379 №-li ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Toyoto Prius markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 15-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2023-cü il tarixli, 26/2023 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün burmalardan keçən qapalı qəlpəli sınığı, əməliyyatdan sonrakı vəziyyət müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Könüllü təqdim etmə, götürmə və baxış keçirmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı mopedçi Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs mopedi idarə edərkən baş vermiş hadisənin videoqeydiyyat qurğusu ilə qeydə almış görüntülərini əks etdirən diskdə olan video görünütüyə əsasən Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə Ukrayna dairəsində M.Hadi küçəsi istiqamətində hərəkətdə olarkən Neapol küçəsindən dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən dairəyə daxil olan “Toyoto Prius” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil qabaq hissəsi ilə mopedlə toqquşmuşdur. Toqquşma nəticəsində moped aşmış və mopedçi yıxılmışdır. Bu protokolda qeyd olunan videogörüntüləri əks etdirən disk məhkəmə iclasında tədqiq edilmişdir, həmin videogörüntülər sözügedən protokolda əks edilmiş xüsusatları təsdiq edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompyuter-uçot bazasının məlumatlarına və sürücülük vəqisəsinin surətinə əsasən, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 039824 №-li, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınamışdır. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r. mopedin nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilənin və təhvil-təslim aktının surətindən görünür ki, “MB-Polad” M-50 markalı mopedin sahibi Zərərçəkmiş şəxsdur. sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Toyoto Prius” markalı və modelli, **-UA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “MB- Polad” M-50 markalı moped maddi sübut kimi tanınmış və qanuni sahiblərinə geri qaytarılması qərara alınmışdır. Bundan əlavə, baş vermiş yol-nəqliyyat hadisəsinin videoqeydiyyat qurğusu ilə qeydə alınmış görüntülərini əks etdirən bir ədəd disk də maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3cü maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 198/2023 saylı, xx.xx.2023-cü il tarixdə çıxarılmış (xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir) hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublika CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə ona qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkəmə iclas zalından həbs edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublika CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və onu etiraf etməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, 07 iyul 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş əsas cəza ilə qismən toplanılmalı, qismən toplanılmış həmin əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza birləşdirilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün müddət ona təyin edilmiş qəti cəzadan cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablanlanmalı və hazırkı məhkəmədək sadələşdirilmiş icraat materialı ilə əlaqədar cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsi nəzərə alınaraq hökm qanuni qüvvəyə minənədək Bakı İstintaq Təcridxanasında saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş maddi zərərin əvəzi – 1732 manat (moto dəbilqə mt tarqo – 230 manat, fara – 130 manat, gövdə - 650 manat, spidometr – 140 manat, yan qoruyucular – 95 manat, çəngəllər və travers – 220 manat, arxa təkərin diski – 130 manat, ön təkərin tormoz diski – 70 manat, rulovoy – 80 manat, ustaya təmir üçün ödəniləcək xidmət haqqı – 200 manat, telefon – 250 manat), əldən çıxmış fayda – 6984 manat, mülki iddianın tərtib edilməsinə görə göstərilən hüquqi yardımın xidmət haqqı – 50 manat və dövlət rüsumu – 113 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı iddianın təmin edilməsini, mülki cavabdeh isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş əşyaların və onların təmirinə sərf olunacaq məbləğin (moto dəbilqə mt tarqo – 230 manat, fara – 130 manat, gövdə - 650 manat, spidometr – 140 manat, yan qoruyucular – 95 manat, çəngəllər və travers – 220 manat, arxa təkərin diski – 130 manat, ön təkərin tormoz diski – 70 manat, rulovoy – 80 manat, ustaya təmir üçün ödəniləcək xidmət haqqı – 200 manat, telefon – 250 manat) ərizədə göstərmiş olduğu həcmdə təşkil etməsinə dair məhkəməyə müvafiq qiymətləndirmə rəyi və yaxud hər hansı rəsmi qaydada təsdiq olunmuş sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Zərərçəkmiş şəxs mülki iddiaya əlavə etdiyi xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən "xxxx" ASC tərəfindən verilmiş ona məxsus bank hesabından xx.xx.2023-cü il tarixli çıxarış əsasında 6984 manat məbləğində əldən çıxmış faydanın həcmini əlaqələndirməsinə baxmayaraq əldən çıxmış faydanın onu əldə etmək üçün gördüyü və bu məqsədlə apardığı tədbirlər qeyd edilməmişdir. Həmçinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, Bakı şəhəri 34 saylı Vəkil Bürosuna 50 manat məbləğində ödəniş edilmişdir. Lakin sözügedən hüquqi yardımın hazırkı iş üzrə olan mülki iddia ərizəsinin tərtib edilməsinə dair hüquqi yardımın predmeti olması həmin mədaxil orderinə əsasən müəyyən edilməsi, yəni eyniləşdirilməsi mümkün olmamış və belə hüquqi yardımın müəyyən edilməsi üçün hər-hansı tapşırıq (xidmət) müqaviləsi də məhkəməyə təqdim edilməmişdir. Mülki iddia ərizəsinə əlavə edilmiş qəbzin surətinin (Fiscal İD: 5iAnN98cdiPL) isə ümumiyyətlə iddia tələbi ilə əlaqəsi müəyyən edilməmiş və bu barədə iddia ərizəsində də xüsusat göstərilməmişdir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm mülki iddiaçının, həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır və ödənilmiş dövlət rüsumu tam şəkildə mülki iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, mülki iddiaya əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış və xx.xx.2023-cü il tarixli mədaxil orderinin əsli mülki iddiaçıya geri qaytarılmalı, onların surətləri isə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunmalıdır. Material üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Material üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsinin videoqeydiyyat qurğusu ilə qeydə alınmış görüntülərini əks etdirən bir ədəd disk məhkəməyədək sadələşdərilmiş icraat materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı material üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, 07 iyul 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-579/2023 saylı, 07 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasından çıxılmış olan xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət hazırkı hökmlə təyin edilmiş qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Mülki iddiaya əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış və xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətləri məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilərək onların əsl nüsxələri, 05 iyul 2023-cü il tarixdə Kapital Bank ödəniş terminalı (Terminal №: K0241013) vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 13266 nömrəli qəbzə əsasən ödənilmiş 113 (yüz on üç) manat dövlət rüsumu zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılsın. Maddi sübut kimi tanınan – “Toyoto Prius” markalı **-UA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin və “MB-Polad” M-50 markalı mopedin qanuni sahiblərinə qaytarılmaları nəzərə alınsın. Maddi sübut kimi tanınan – baş vermiş yol-nəqliyyat hadisəsinin videoqeydiyyat qurğusu ilə qeydə alınmış görüntülərini əks etdirən bir ədəd disk məhkəməyədək sadələşdərilmiş icraat materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-373/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-373/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver