Məhkəmə qərarları › İş №1(011)-373/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-373/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-373/2025 16.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs və onun müdafiəsiçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Laçın rayonu, Qozlu Ə/D, Qozlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, "xxxx" MMC-yə məxsus etibarnamə əsasında "BA" kateqoriyalı "119749" nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan "BMW 320 İ" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili 25 yanvar 2025-ci il tarixdə saat 20:17-də Bakı şəhəri, ünvan 3 ünvanının yaxınlığında kəsişdiyi yol ayrıcına daxil olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü (2.4 "Yol verin" üstünlük yol nişanının) tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib sağ tərəfdən A.Cəlilov küçəsi ilə 50 km/saat sürətlə yol ayrıcına daxil olan sürücü Şahid1 idarə etdiyi "Chevrolet Cobalt LTZ" markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ orta hissəsi ilə toqquşaraq nəticədə Şahid1 avtomobilində sağ arxa oturacaqda sərnişin qismində olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan əng sümüyünün sınığı, üst dodağın qançırı, sağ pəncə və sol bayır topuq nahiyələrinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu, hər iki baldırın qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz olan "BMW 320 i" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 8 Noyabr prospektində hərəkətini davam etdirib Yeryomenko küçəsinə daxil olub, həmin küçə ilə 40-50 km/saat sürətlə hərəkətini davam etdirib dayanmadan A.Cəlilov küçəsinə daxil olan zaman sağ tərəfdən gələn, yəni A.Cəlilov küçəsində hərəkətdə olan "Chevrolet Cobalt" markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi idarə etdiyi avtomobilin sağ orta hissəsindən çırpılmışdı. Zərbənin təsirindən avtomobili sürüşüb yolun sağ tərəfində dayanmışdır. Hadisə zamanı qarşı avtomobildə sərnişin olan cavan oğlan və qadın bədən xəsarətləri almışlar. Qısa zamanda hadisə yerinə TTYS-nın həkim briqadası və polis əməkdaşları gəlmişlər. Həkimlər xəsarət alan şəxsləri X8 xəstəxanaya aparmışlar, polis əməkdaşları araşdırmaya başlamışlar. Sonda isə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, bu səbəbdən barəsində amnistiya aktı tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə oğlu Şahid2 və tanışı, Türkiyə Respublikası vətəndaşı Abdulrahman Güngör ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Qədim Qəbələ" restoranına getmişlər. Saat 20:05 radələrində evə getmək üçün "Uber" taksi şirkəti üzərindən taksi sifariş etmişdir. Sifarişindən 5 dəqiqə keçmiş olduqları ünvana "Chevrolet Cobalt LTZ" markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Şahid2 ön oturacaqda, o, arxa sağ oturacaqda tanışı Abdulrahman Güngör sol oturacaqda əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra sürücü hərəkətə başlayıb A.Cəlilov küçəsi ilə hərəkətini davam etdirib Yeryomenko küçəsinin kəsişməsindən keçərkən əyləşdikləri avtomobilin ön hissəsi sonuncu küçədən A.Cəlilov küçəsinə daxil olan "BMW 3201" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsi ilə toqquşmuşdur. Toqquşma zaman o və oğlu Şahid2 müxtəlif bədən xəsarətləri almışlar. Hadisədən sonra kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə 2 ədəd TTYS-nın həkim briqadası yaxınlaşıb ilkin tibbi yardım göstərdikdən sonra hər ikisini X8 xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər bir daha bədənini müayinə edib tibbi yardımlar göstərmişlər. Eyni zamanda digər həkimlər Şahid2 bədənini müayinə edib tibbi yardımlar göstərdikdən sonra birlikdə evə getmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, tələb edir ki, müayinə və müalicələri üçün maddi yardım göstərsin. Əks təqdirdə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş əlavə şahid məhkəmə-tibb eksperti X6 bildirmişdir ki, zərərçəkmiş şəxsdə xəsarət var idi, onun gözü də zəifləməyə doğru getmişdir. Zərərçəkmiş şəxsin görmə qabiliyyəti tam şəkildə pozulmamış, xəsarətin az ağır olması səbəbindən vurulmuş xəsarətin dərəcəsinin az ağır olması ilə bağlı müvafiq rəy vermişdir. Hal-hazırda zərərçəkmiş şəxsin görmə qabiliyyətinin azalması nəqliyyat hadisəsi nəticəsində ola bilər, əlavə olaraq ekspert göstərmişdir ki, görmə qabiliyyəti aradan qalxdıqda, yəni korluq baş verdikdə səhhətə dəymiş ziyan ağır kimi qiymətləndirilə bilər. Görmə qabiliyyəti 0.1 olsa belə dəymiş ziyan az ağı kimi qiymətləndirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər X3 və X1 məhkəmə iclasına gəlməmiş, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini nəzərə alaraq həmin şahidlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 aprel 2025-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılması və ibtidai istintaqın aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 1); 25 yanvar 2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə Yeryomenko küçəsinin kəsişməsində baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v 7-10) Cinayət işi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Respublika narkoloji Mərkəzi" X4 alınmış "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" haqqında 25 yanvar 2025-ci il tarixli 2/4593 nömrəli protokoldan müəyyən olunur ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur.(i.v 13) “X12” MMC tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs "BMW 320 İ" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2025-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir (i.v. 22); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞnin 124 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs əng sümüyünün sınığı, üst dodağın qançırı, sağ pəncə və sol bayır topuq nahiyələrinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu, hər iki baldırın qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v 40-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞnin 123 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Şahid2 sol diz oynağı nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v 42-43) İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2025ci il tarixli 8/552 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cobalt markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 320i markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63 maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v 46-48) 06 may 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 50); 10 may 2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 64-65); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v 86) AR DİN-in Xətai RPİ-nin X10 daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-55/2-21245 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.2001-ci ildə Bərdə rayonunda doğulmuş Təqsirləndirilən şəxs məxsus BB 119749 saylı sürücülük vəsiqəsinin xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək aktiv olduğu müəyyən edilmişdir.(i.v 87) 18 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v 111-112) 18 iyun 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, DVD-R formatlı disk "HP" markalı kompyuterin DVD oxuyucusu vasitəsi il ilə açıldıqda 01 ədəd "TŞ 5-123 1-2025-01-25-20-h 16min00s000ms", 01 ədəd "TŞ 5-123 2-2025-01-25-20-h16min00s000ms" və 01 ədəd "TŞ 5-123 3-2025-01-25_20h16min00s000ms" adlı video faylların olması aşkar edildi 01 ədəd "TŞ 5-123 1-2025-01-25_20h16min00s000ms" adlı video fayl açıldıqda xx.xx.2025-ci il tarixdə saat 20:16:00-dan başlayaraq 20:30:00-dək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə Yeryomenko küçəsinin kəsişməsində iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. 01 ədəd "TŞ 5-123 2-2025-01- 25_20h16min00s000ms" adlı video fayl açıldıqda xx.xx.2025-ci il tarixdə saat 20:16:00dan başlayaraq 20:30:00-dək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə Yeryomenkoküçəsinin kəsişməsində iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylın 20:17:56 anında Təqsirləndirilən şəxs idarə etdiyi "BMW 320 i" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yeryomenko küçəsindən A.Cəlilov küçəsinə daxil olduğu və həmin anda Şahid1 A.Cəlilov küçəsində idarə "Chevrolet Cobalt" markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin "BMW 320 i" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsinə çırpılması və avtomobillərin sürüşərək yolun sol hissəsində dayanmaları görsənir. Saat 20:21:56-da hadisə yerində DYPŞ-nin inspektoru dayanır. 01 ədəd "TŞ 5- 123 1-2025-01-25_20h16min00s000ms" adlı video fayı açıldıqda xx.xx.2025-ci il tarixdə saat 20:16:00-dan başlayaraq 20:30:00-dək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində bir istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolda müxtəlif avtomobillərin hərəkətdə olması görünür (i.v 129-130) 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 131-132) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli 1(011)-373/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli 1(011)-373/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri "başqa yerə getməmək haqqında iltizam" qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə və avtomobillərə baxış protokolları, məhkəmə-tibbi ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Şahid2 almış olduğu yüngül dərəcəli bədən xəsarəti cinayət məsuliyyətinə səbəb olmadığından bu barədə cinayət təqibinə xitam verilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati icraat açılması məsələsinə baxılması üçün zəruri sənədlərin surətləri Xətai rayon prokuroruna göndərilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "BMW 320İ" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün zəriri sənədlərin surətləri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.( i.v. 136-141); Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 263.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxs və onun müdafiəçisinin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263.1ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “BMW 320 İ” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar