Məhkəmə qərarları › İş №1(011)-375/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-375/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-375/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti, 475 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və 23 avqust 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu Dədəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını talama məqsədi ilə tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 iyun 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi “Khazar SD minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən 16 saylı yaşayış binasının qarşısındakı Zərərçəkmiş şəxs məxsus ət mağazasının qarşısına gəlmiş, həmin avtomobilin yük yerində saxladığı dəmir parçasını götürüb Təqsirləndirilən şəxs2 köməkliyi ilə ət mağazasının qapısının kilidini sındıraraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus, qiyməti 800 (səkkiz yüz) manat olan 01 ədəd “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 iyun 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi “Khazar SD minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən 16 saylı yaşayış binasının qarşısındakı Zərərçəkmiş şəxs məxsus ət mağazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük yerindən götürdüyü dəmir parçası ilə ət mağazasının qapısının kilidini birlikdə sındıraraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus, qiyməti 800 (səkkiz yüz) manat olan 01 ədəd “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə saat 20 radələrində onunla birlikdə usta işləyən dostu Təqsirləndirilən şəxs2 və sonuncu vasitəsi ilə tanıdığı Şahidla birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində oturub çay içmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs2 və Şahid yaşadığı Bakı şəhəri Xətai rayonu ərazisinə getmələrini təklif etmiş, onlar razılaşmış, idarə etdiyi “Xəzər” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə kirayə yaşadığı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi R.Bağırov küçəsində yerləşən nömrəsiz evə gəlmişlər. Yaşadığı evdə olarkən İsa ilə oğurluq etmək qərarına gəlmişlər. Lakin bu barədə Şahid heç bir şey deməmişlər. Yaşadığı evdə təxminən 2-3 saat qaldıqdan sonra Şahid yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə aparmaq məqsədi ilə onun idarə etdiyi avtomobillə yola çıxmışlar. Avtomobillə Xətai rayonu İnqilab İsmayılov küçəsinə gəlmişlər. Orada avtomobillə hərəkətdə olarkən yolun kənarında yerləşən qapısı plastik materialdan olan ət mağazasını görmüşlər. Təqsirləndirilən şəxs2la həmin ət mağazasından oğurluq etməyi qərara almışlar. Avtomobili ət mağazasının qarşısında saxlamış və Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən enmişlər. Şahid bura gəlməklərinin səbəbini soruşduqda ona “sən maşında otur biz gəlirik” deyə bildirmişlər. Sonra idarə etdiyi avtomobilin yük hissəsində olan usta qismində işlədiyi dörvdə tikinti materialı kimi istifadə etdiyi, təxminən 25 sm uzunluğu olan dəmir parçasını özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs2la birlikdə həmin ət mağazasının plastik materialdan olan qapısının qarşısına yaxınlaşmışlar. O, dəmir parçasını plastik qapının tutacağının alt hissəsinə keçirib, Təqsirləndirilən şəxs2la birlikdə köməkləşib, kənara itələməklə qapını açmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2la birlikdə ət mağazasının içərisinə daxil olmuşlar. Orada giriş qapısından sol tərəfdə masanın üzərinə yerləşdirilmiş ətçəkən aparatı görmüşdür. Təqsirləndirilən şəxs2la birgə həmin ətçəkən aparatı götürüb, avtomobilin yanına daşıyaraq yük yerinə qoymuşlar. Bu vaxt Şahid avtomobildən enmiş və onların oğurluq etdiklərini başa düşüb, irad bildirmişdir. O isə Şahid “sənlik bir şey yoxdur, mən səni aparıb, evində düşürəcəm” demişdir. Şahid onlara dəfələrlə oğurladıqları əmlakı yerinə qoymaqlarını bildirsə də, onu dinləməmişlər. Daha sonra idarə etdiyi avtomobillə yenidən yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs2la həmin ətçəkən aparatı avtombilin yük yerindən götürüb, evin boş olan birinci mərtəbəsindəki otağa yerə qoymuşlar. Bundan sonra birlikdə idarə etdiyi avtomobillə Şahid aparıb yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində düşürmüşlər. Təqsirləndirilən şəxs2la ətçəkən aparatı növbəti günlərdə satıb qazanc əldə etmələrini düşünmüşlər. 08 iyun 2021-ci il tarixdə günorta saatlarında 35-ci Polis Bölməsinin əməkdaşları ona zəng edərək Polis Bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs2la birlikdə 35-ci Polis Bölməsinə getmişlər. Orada törətdiyi cinayət əməli barədə səmimi izahat vermişdir. Həmçinin oğurladığı ətçəkən aparatı kirayə yaşadığı Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsində yerləşən nömrəsiz evdə saxladığını demişdir. Bundan sonra yaşadığı evə gedib, həmin ətçəkən aparatı təqdim etmişdir. Əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla özünü təqsirli bilib törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə saat 20 radələrində onunla birlikdə usta işləyən dostu Təqsirləndirilən şəxs1 və dostu Şahid ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində oturub çay içmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi ərazisində yerləşən evinə gedib çay içmələrini təklif etmiş, onunla razılaşmışlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi, ağ rəngli, “Xəzər” markalı avtomobillə sonuncunun yaşadığı evə gəlmişlər. Evdə olarkən dostu Təqsirləndirilən şəxs1lə oğurluq etmək qərarına gəlmişlər. Lakin bu barədə Şahid heç bir şey dəməmişlər. Evdə təxminən 2-3 saat qaldıqdan sonra Şahid yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə aparmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə yola çıxmışlar. Avtomobillə Xətai rayonu İnqilab İsmayılov küçəsinə gəlmişlər. Orada avtomobillə hərəkətdə olarkən yolun kənarında yerləşən qapısı plastik materialdan olan ət mağazasını görmüşlər. Dostu Təqsirləndirilən şəxs1lə həmin ət mağazasına qapısını sındırmaqla daxil olub oğurluq etməyi planlaşdırmışlar. Təqsirləndirilən şəxs1 avtomobili həmin ət mağazasının qarşısında saxlamış və sonuncu ilə birlikdə avtomobildən enmişlər. Şahid bura gəlməklərinin səbəbini soruşduqda ona “sən maşında otur biz gəlirik” demişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük hissəsində saxladığı təxminən 25 sm uzunluğu olan dəmir parçasını özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs1lə birlikdə həmin ət mağazasının plastik materialdan olan qapısının qarşısına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 dəmir parçasını plastik qapının tutacağının alt hissəsinə keçirib, onunla birlikdə köməkləşib kənara itələməklə qapını açmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə ət mağazasının içərisinə daxil olmuşlar. Orada giriş qapısından sol tərəfdə masanın üzərində yerləşdirilmiş ətçəkən aparatı götürüb, avtomobilin yanına daşıyaraq yük yerinə qoymuşlar. Bu vaxt Şahid avtomobildən enmiş və onların oğurluq etdiklərini başa düşüb, irad bildirmişlər. Təqsirləndirilən şəxs1 və o, Şahid “sənlik bir şey yoxdur, biz səni aparıb, evində düşürdəcəyik” demişlər. Şahid onlara dəfələrlə oğurladıqları əmlakı yerinə qoymaqlarını bildirsə də, onu dinləməmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə yenidən sonuncunun yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs1lə həmin ətçəkən aparatı avtombilin yük yerindən götürüb, evin boş olan birinci mərtəbəsindəki otağa yerə qoymuşlar. Bundan sonra birlikdə Şahid aparıb, yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində düşürmüşlər. 08 iyun 2021-ci il tarixdə günorta saatlarında 35-ci Polis Bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs1 zəng edərək onu Polis Bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs1lə birlikdə 35-ci Polis Bölməsinə getmişlər. Orada törətdiyi cinayət əməli barədə səmimi izahat vermişdir. Əməlindən peşmandır, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan ət mağazasının 15 may 2021-ci il tarixdən etibarən qazanc az olduğundan fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq, demək olar ki, mağazaya hər gün gedib, nəzarət etmişdir. Sonuncu dəfə 07 iyun 2021-ci il tarixdə saat 19 radələrində ona məxsus həmin ət mağazasına getmiş və bütün əşyaların yerində olmasını görmüşdür. 08 iyun 2021-ci il tarixdə saat 08:30 dəqiqədə yaşadığı mənzildə olarkən qonşuluqda yaşayan şəxslərdən biri ona zəng edərək ona məxsus ət mağazasının qapısının açıq qaldığını demişdir. O, oğurluq edilməsindən şübhələnmiş və dərhal yaşadığı mənzildən çıxıb, yaxınlıqdakı həmin mağazaya getmişdir. Mağazanın qarşısına gəldikdə plastik materialdan olan qapının qıfılının kilidinin sındırıldığını, həmçinin qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazanın içərisinə daxil olduqda giriş qapısından solda yerləşən ət doğramaq üçün nəzərdə tutulan kötüyün arxa hissəsindəki masanın üzərindən 01 ədəd “Çağdaş” markalı, ətçəkən aparatının oğurlandığını müəyyən etmişdir. O, dərhal oğurluq hadisəsi barədə Azərbaycan Respubliaksı DİN-in “102 Zəng Mərkəzi”nə zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və mağazanı müayinə etmişlər. O, oğurluq hadisəsi barədə ərizə və izahat yazmışdır. Mağazadan başqa heç bir şey oğurlanmamışdır. “Çağdaş” markalı ətçəkən aparatı 2019cu ildə 1200 ABŞ dolları məbləğində pula Sədərək Ticarət Mərkəzindən almışdır. Ona həmin məbləğdə maddi ziyan dəymişdir. Hazırda təqsirəndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə saat 20 radələrində dostu Təqsirləndirilən şəxs2 və sonuncu vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1lə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində oturub çay içmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs1 evində işi olduğunu demiş və onları yaşadığı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi ərazisində yerləşən evinə çay içməyə dəvət etmişdir. Onlar razılaşmışlar və Təqsirləndirilən şəxs1 idarə etdiyi, ağ rəngli, “Xəzər” markalı, avtomobillə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən evinə getmişlər. Orada təxminən 2-3 saat qaldıqdan sonra Təqsirləndirilən şəxs1 onu yaşadığı ünvana aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 razılıq vermiş və onlar avtomobillə yola çıxmışlar. Avtomobillə Xətai rayonu İnqilab İsmayılov küçəsinə gəlmişlər. Bu vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili yolun kənarında yerləşən ət mağazasının yanında saxlamış və Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən enmişlər. O, nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona avtomobildə gözləməyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük hissəsindən dəmir parçasını götürmüş və Təqsirləndirilən şəxs2la birlikdə ət mağazasına tərəf getmişlər. Daha sonra nə baş verdiyini görməmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir ədəd ətçəkən aparatı köməkləşib gətirmişlər. Onlar həmin ətçəkən aparatı avtomobilin yük yerinə qoymuşlar. O, başa düşmüş ki, onlar həmin ətçəkən aparatı ət mağazasından oğurlamışlar, bu səbəbdən də onlara irad bildirmişdir. Onlar isə “sənlik bir şey yoxdur, biz səni aparıb, evinə düşürdəcəyik” demişlər. O, bir söz deməmiş və onlar yenidən Təqsirləndirilən şəxs1 evinə getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ətçəkən aparatı avtomobilin yük yerindən götürüb, evə aparmışlar, o isə avtomobildə onları gözləmişdir. Bir neçə dəqiqə sonra onlar qayıtmış və onu avtombillə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən kirayə yaşadığı evdə düşürmüşlər. Bundan sonra nə baş verdiyindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır (i.v. 1); baxış keçirilməsi haqqında 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ət dükana baxış keçirilmiş, baxış zamanı dükanın plastik konstruksiyalı şüşə qapısının açıq vəziyyətdə olması müəyyən edilmiş, Zərərçəkmiş şəxs üzərində ət kəsmək üçün nəzərdə tutulan kötüyün arxa hissəsini göstərərək ona məxsus ətçəkən aparatın oradan oğurlandığını bildirmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-11); baxış və götürmə aparılması haqqında 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayonu R.Bağırov küçəsində yerləşən yaşadığı evin birinci mərtəbəsindəki otaqdan bir ədəd “Çağdaş” markalı ətçəkən aparatı təqdim edərək 08 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən ət dükanından oğurladığını bildirmişdir (i.v.17-18); zərərçəkmiş şəxs kimi tanınma haqqında 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 21); şübhəli şəxsin tutulması haqqında 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 09 iyun 2021-ci il tarixdə tutulmuşdur (i.v. 30-31); şübhəli şəxsin tutulması haqqında 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 09 iyun 2021-ci il tarixdə tutulmuşdur (i.v. 63); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 77-78); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 80-82); baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparata Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatı tanıyaraq ona məxsus olduğunu və işlətdiyi ünvan 3 ünvanında yerləşən ət mağazasından oğurlandığını bildirmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 həmin “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatı tanıyaraq 08 iyun 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən ət mağazasından tanışı Təqsirləndirilən şəxs1lə birlikdə oğurladığını bildirmişdir ( i.v. 83-85); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 88); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 99); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-242/2021 saylı, 11.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmışdır (i.v. 124-128); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-243/2021 saylı, 11.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmışdır (i.v. 129-133); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 14.06.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v. 137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 14.06.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin 26 sentyabr 1996-cı il tarixli hökmü ilə köhnə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsili bilinərək əmlakı müsadirə olunmaqla 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.01.1999-cu ildə Milli Məclisin 29.12.1998-ci il tarixli Amnis qərarının 5-ci maddəsinə əsasən azad edilmiş, Samux Rayon Məhkəməsinin 10 avqust 1999-cu il tarixli hökmü ilə köhnə Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsi və 194-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinrərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 18.08.2004-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 15 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (i.v. 139-140); məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 02 iyul 2021-ci il tarixli, 9/4124 saylı ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Türkiyə istehsallı, “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatın istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 800,00 manat müəyyən olunur (i.v. 158-160); ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur (i.v. 161); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-284/2021 saylı, 09.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclasından azad edilmişdir (i.v. 164-167); çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2007-ci il təvəllüdlü Cəvahir, 2008-ci il təvəllüdlü Hüseyn və 2010-cu il təvəllüdlü Elmar adlı üç övladı var (i.v. 210-212); sübutların qiymətləndirilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbs, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 186.1-ci maddələri ilə, Şahid Tofiq oğunun barəsində isə Həmin Məcəllənin 307.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, dəymiş zərərin məbləği 800 manat müəyyən edilmiş, “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatı maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, əldə edilmiş maddi sübut, baxış, götürmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 168-177); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində üç azyaşlı uşağın olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2vanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Xaçmaz rayonu Dədəli kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslərdən birgə qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 iyun 2021-ci il tarixdən 09 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay, 09 iyul 2021-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün, cəmi 03 (üç) ay 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 iyun 2021-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (il) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Xaçmaz rayonu Dədəli kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “Çağdaş” markalı, 380V50Hz “32№” modelli ətçəkən aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar