Məhkəmə qərarları › İş №1(011)-375/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-375/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-375/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə İsmayıllı rayonu, Topçu ərazi dairəsi, Topçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, İsmayıllı rayonu, Topçu ərazi dairəsi, Topçu kəndində ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan 01 ədəd qısa lüləli kustar üsulla hazırlanmış "Naqan" sistemli, 5,6 mm kalibrli "XA 01997" No-li revolverdir-yivli odlu döyüş silahını və 04 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TO3- 8, TO3-16, TO3- 17, TO3-8M, TO3-18 və s.) tüfənglərdə, (TO3-35 и və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s., yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə (atəşə) yararlı patronları satmaq məqsədilə özündə saxlamaqla daşıyaraq gəzdirmiş, odlu silahların qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 04 may 2022-ci il tarixdə saat 18:30 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əyində olan göy rəngli pencəyin sağ yan cibindən həmin silah və 04 ədəd patronlar aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Yasamal bazarında arabaçı işləyir. Tanımadığı şəxs onu öz razılığı ilə taksi ilə tanımadığı ünvana aparıb orada kənardan yerdə olan bağlı paketi göstərərək bildirmişdir ki, həmin paketi aparsın ondan başqa adamlar götürəcəklər. Bunun müqabilində ona 1000 manat pul veriləcək. O da razılaşıb, həmin paketi götürdükdən sonra açıb içinə baxdıqda onun odlu silah olduğunu görmüşdür. Silahı tanımadığı şəxsə təqdim etmək üçün üzərində daşıyarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Hadisə baş verən zaman içkili olub. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İsmayıllı rayonu, Topçu Ərazi dairəsi, Topçu kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi işlərlə məşğul olub ailəsin dolandırır. 2019-cu ilinəvvəllərində İsmayıllı rayonu, Topçu Ərazi dairəsi, Topçu kəndində yaşadığı evdə mərhum babasında qalma əşyaları səliqə-səhmana salan zaman bir ədəd silah və 04 ədəd patron tapmışdır. Məlum olmuşdur ki, həmin silah və patronlar babasına məxsusdur. Silahı və patronları nə edəcəyini bilmədiyi üçün satmaq qərarına gəlmişdir. Belə ki, fikirləşmişdir ki, silahı sataraq pul əldə edə bilər. Silah və patronların ələ keçməməsi üçün evin həyətində bir küncdə gizlətmişdir ki, müştəri tapdıqda satar. Silahı və patronları satmaq üçün üzdən tanıdığı şəxslərə bildirmişdir. Lakin silahı və patronları sata bilməmişdir. Silahı və patronları Bakı şəhərində sata biləcəyini fikirləşib gizlətdiyi yerdən çıxarıb əynində olan gödəkçəsinin cibinə qoyaraq Bakı şəhərinə gətirmişdir. Lakin silahı Bakı şəhərində də sata bilməmiş və üzərində gəzdirməkdə davam etmişdir. 04 may 2022-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə piyada gedən zaman üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları özünü təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları odlu silahın qanunsuz əldə edilməsində satışında şübhəli olmağını bildirib Xətai RPİ-nin 35-ci PB-nǝ dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədikdən sonra polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli pencəyin sağ yan cibindən bir ədəd silahı və dörd ədəd patronları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin silahı haradan və nə məqsədlə əldə etməyi barədə sual verilmiş, bu zaman demişdir ki, həmin silah 10 il əvvəl tapmış, vəfat edən babasına məxsusdur və satmaq üçün üzərində Bakı şəhərinə gətirmişdir. Bundan sonra üzərində axtarış davam etdirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd silah və dörd ədəd patronlar polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza etmişlər.(i.v 49-51, 62-64) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə xx.xx.1986-cı ildə İsmayıllı rayonu, Topçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu, Topçu Ərazi dairəsi, Topçu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq odlu silah əldə edib satması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən 109 qanuna həmin məlumatın uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və bölmənin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzvüləri Şahid2 vǝ Şahid3 məlumat əsasən ünvan 3 ünvanın qarşısına gəlmişlər. Saat 18:30 dəqiqədə həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq odlu silah əldə edib satmasında şübhəli olmasını bildirib Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs bir daha şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb bölmə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş "Revolver" markalı XA 01 997 nömrəli silah və 04 ədəd patronları təqdim edərək bildirmişdir ki, silahı və patronları 10 il bundan əvvəl tapmış, həmin silah və patronlar basına məxsusdur, satmaq üçün də Bakı şəhərinə gətirmişdir. Aşkar edilmiş silah və patronlar bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Elvin Şiralıyevin üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, vəkil, Elvin və o, imza etmişdir. ( i.v.49-51, 62-66,) İş üzrə digər şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 1); şübhəli şəxsin tutulması haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 04 may 2022-ci il tarixdə, saat 18:30-da tutulmuşdur ( i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi, polis kiçik serjantı X2 və müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli pencəyinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd qara rəngli silah və dörd ədəd patronları təqdim edərək bildirmişdir ki, silahı və patronları 10 il bundan əvvəl tapmış, həmin silah və patronlar babasına məxsusdur, satmaq üçün Bakı şəhərinə gətirmişdir. Aşkar edilmiş silah və patronlar zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. (i.v. 33-34); məhkəmə-balilistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli, 3/601 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qısalüləli silah-kustar üsulla hazırlanmış “Naqan” sistemli, 5,6 mm kalibri, “XA 01997”№-li revolverdir,-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, (TO3-8, TO3-16, TO3-17, TO3- 8M, TO3-18 və s.) tüfənglərində, (TO3-35 ИжK-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiya tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli silahlarda istifadə edilmə üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır (i.v. 40-43) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CMin 228.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 52); Vəsatətin müdafiəsindən imtina edilməsi haqqında Bakı şəhəri Xətai rayon prokurorunun 06 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPŞ-nin İŞ-nin baş müstəntiqi Rövşən Xanbabyevin 06 may 2022-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilmişdir( i.v. 67-68) təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında istintaq orqanının 06 may 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( i.v. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur ( i.v. 90); Diskə baxış keçirilməsi haqqında 18 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən disk "CD" formatlıdır, diskin üzərində markanmaya dair heç bir göstərici işarələr və yazılar yoxdur, diskdə bir ədəd "mp 4" formatlı fayl vardır, fayl açıldıqda videogörüntünün 04 may 2022-ci tarixdə çəkilməsi müəyyən olunmuşdur. Çəkilmiş videoçəkilişdən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü əynində olan göy rəngli pencəyinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd qara rəngli silah və dörd ədəd patronları təqdim edərək bildirdi ki, onları 10 il bundan əvvəl tapmış, həmin silah və patronlar babasına məxsusdur, satmaq üçün Bakı şəhərinə gətirmişdir. Aşkar edilmiş silah və patronlar zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilǝ möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. ( i.v. 91); Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən edilmiş sorğu ilə müəyyən edilmişdir ki, təqdim edlimiş 01 ədəd 5,6 mm kalibrli, XA-01997 No-li, kustar üsulu ilə düzəldilmiş yivli revolverden eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin "güllə-giliz" kartotekasında "ARSENAL" avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 95); sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların macmusi ilə təqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid1, Çerpanov Yǝhya İlham oğlu və Şahid3 ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 05 may 2022-ci il tarixli 3/601 saylı rəyi, şəxsi axtarış və götürmə, diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd "Naqan" sistemli, 5,6 mm kalibrli "XA 01997" No-li revolverdir-yivli odlu döyüş silahı və 04 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli döyüş sursatı hesab olunan patronlar maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd "CD" disk sübut kimi tanınmış, Təqsirləndirilən şəxs bir ədəd "Naqan" sistemli, 5,6 mm kalibrli "XA 01997" No-li revolverdir-yivli odlu döyüş silahı və 04 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli döyüş sursatı hesab olunan patronları əldə etdiyi mənbə barəsində Cinayət işindən material ayrılmışdır (i.v 96-101) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-375/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün iş üzrə icraat dayandırılmış, sonuncunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; 01 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, X3 xx.xx.2022-ci il tarixində saat təxminən 12:30 radələrində Sabunçu rayonu inzibati ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir; Bakı İstintaq Təcridxanasının 04 noyabr 2022-ci il tarixli, xx/xx-7894 sayılı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs odlu silahı ona başqası tərəfindən verilməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Həmin ifadələrinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bldirmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, məhkəmədən yayınaraq məhkəmə iclaslarına gəlməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan yivli-odlu döyüş silahı və patronlar dövlət nəfinə müsadirə edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02(iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Naqan” sistemli, 5,6 mm kalibri, “XA 01997”№-li revolver, 04 (dörd) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli patronlar dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 64(altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar