Məhkəmə qərarları › İş №1(011)-375/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-375/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-375/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixində Neftaçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, avtomobil ustası köməkçisi işləmiş, məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, B.Eyvazov küçəsi, nömrəsiz fərdi evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd ГА-892 Д №-li, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı, texniki cəhətdən saz, atəş üçün yararlı yivli odlu silah tapançanı, 01 ədəd zavod üzulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar üçün Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı, 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalbrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab olunan patronları ilə birlikdə əldə edib üzərində daşımaqla gəzdirmiş və onun qanunsuz olaraq odlu silahla döyüş sursatını gəzdirməklə daşıması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 aprel 2024-cü il tarixdə saat 14:10-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 15 ünvanında saxlanılıb ünvan 1i polis bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı bel nahiyəsinin sağ tərəfində kəmərin altından 01 ədəd TA-892 Д №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapança yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı, silahın təyinatı hər hansı dəyişiklərə məruz qalmayan və əynində olan qara rəngəli gödəkcənin sol iç cibindən 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalbrli makarov konstruksiyalı tapanşaların komplekt hissəsisi-darağı, texniki cəhətdən saz və istifadə üçün yayarlı, 03 ədəd patronlar zavod üsulu ilə, onlardan 02 ədədi keçmiş SSRİ dövlətində, 01 ədədi Rusiya dövlətində istrtehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalbrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı ştat patronları ilə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək, törətdiyi əməldən peşman olduğunu, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, X3 qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 02 aprel 2024-cü il tarixdə saat 14:10-da ünvan 4 ünvanda adı olmayan kafedə Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq sonuncudan üzərində qanunsuz olaraq odlu silah olubolmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində Makarov konstruksiyalı tapança, həmin tapançaya aid 03 ədəd patronlar və 01 ədəd darağ olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs silhadan istifadə edə biləciyinin qarşısını almaq üçün tədbirlar görüb 35-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının belinə bərkitdiyi kəmərin alt hissəsinə keçirməklə üzərində gəzdirdiyi 01 (bir) ədəd Makarov konstruksiyalı tapançanı, əynində olan qara rəngli gödəkcəsinin sol tərəf iç cibindən, içərisində 03 (üç) ədəd patron olan 01 (bir) ədəd darağı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd tapança, 03 (üç) ədəd patronlar və 01 (bir) ədəd daraq qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Araşdırma müddətində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Mirhəsət Əlihəsən oğlundan tapançanı, güllələri və darağı haradan əldə etməsi barədə soruşulduqda sonuncu üzərindən aşkar olunmuş 01 ədəd tapançanı, 03 ədəd patronları və 01 ədəd darağı Bakı şəhəri, Suraxanı rayonu, "Tosoil" YDM-nin yaxınlığından tapdığını və üzərində gəzdirmək üçün saxladığını bildirmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 1); şübhəli şəxsin tutulması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 02 aprel 2024-cü il tarixdə, saat 14:40-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 14:10-dan hesablanmışdır ( i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, Şahid2 və müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili, X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının bel nahiyəsinə keçirərək üzərində gəzdirdiyi "Makarov" konstruksiyalı tapançaya bənzər 01 ədəd tapanşanı və əynində olan qara rəngli gödəkcəsinin sol tərəf iç cibindən içərisində 03 (üç) ədəd patronlar olan 01 (bir) ədəd darağı çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi tapança silahını və içərisində 03 ədəd patronlar olan 01 ədəd darağı təxminən 5-6 ay bundan əvvəl işlədiyi Bakı şəhəri, Suraxanı rayonunda Tosoil YDM-in yaxınlığında tapmış və iş yerinin yaxınlığında məişət tüllantıları atılan yeşiyin arxa hissəsində gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançanın üzərində «ГА892Д» hərfləri və rəqəmləri həkk olunmuş, "0294" rəqəmləri həkk olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd silah və 03 ədəd patronlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 32-33); məhkəmə-balilistik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi 03 aprel 2024-cü il tarixli 24/713 nömrəli rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd QA-892 D N№-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutmuş, həmin kalibrli Maakrov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, onlardan 02 ədədi keçmiş SSRİ dövlətində, 01 ədədi isə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalbrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. (i.v. 41-47) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 56- 58); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v 77-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur ( i.v. 84); Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 30 aprel 2024cü il tarixli, 3-13-11/2-5602/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, 01 ədəd -9 mm kalibrli, ГА- 892 A nömrəli PM modelli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin «güllə-giliz kartotekasında "ARSENAL" avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 85); sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin qeyd hissəsi iş üzrə Təqsirləndirilən şəxs şamil edilməməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança və 03 ədəd patronlar, 01 ədəd Makarov kontruksiyalı tapançanın komplekt hissəsi olan darağ, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “DVD-R” disk iş üzrə maddi sübut qismində tanınsın, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança, eksperimental atəşdən sonra qalmış 02 ədəd patronlar və 01 ədəd Makarov kontruksiyalı tapançanın komplekt hissəsi olan daraq saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilsin, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “DVD-R” diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd odlu silah hesab edilən tapança və 03 ədəd döyüş sursatı hesab edilən patronlar və 01 ədəd darağı əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə ********* nömrəli cinayət işinin istintaq materiallarından ayrıca icraata material ayrılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Xətai RPİ-nin 35-ci PB-yə göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol, məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 03 aprel 2024-cü il tarixli, 24/713 nömrəli rəyi, Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 30 aperel 2024-cü il tarixli, 3-13- 11/2-5602/2024 nömrəli məktubu iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 104-109) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan yivli-odlu döyüş silahı və patronlar dövlət nəfinə müsadirə edilməlidir (CPM-132). İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança, eksperimental atəşdən sonra qalmış 02 ədəd patronlar və 01 ədəd Makarov konstuksiyalı tapançanın komlekt hissəsi olan daraq dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar