Məhkəmə qərarları › İş №1(011)-376/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-376/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-376/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Məmmədov Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, bir bükümdə, külli miqdarda, təmiz çəkisi 2,112 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 29 aprel 2022-ci il tarixdə, saat 12:15-də ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3i RPİ-nə gətirilərək, üzərində müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə olunmaqla, keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan hərbi rəngli şalvarın sol yan cibindən, “Maqna” markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 2,112 qram qəhvəyi rəngli, toz şəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Məmmədov Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, 7-ci mkr/n, Ş.Məmmədov küçəsində yerləşən mənzildə yaşayır. Özünə məxsus mopedlə günəmuzd olaraq “Wolt” şirkətində işləmişdir. Təxminən altı ay olar ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni Bakı şəhərində adlarını bilmədiyi müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə 2022-ci il aprel ayının 29-da tanımadığı İran İslam Respublikasının vətəndaşı “Vahid” kimi tanıdığı şəxsdən mobil telefon vasitəsilə əlaqə saxlamış və həmin şəxs ona narkotik vasitəni yaşadığı 7-ci mkr/n-da yaşadığı evdən bir qədər aralıya qoyduğunu demişdir. Həmin narkotik vasitə üçün o, “Vahid” adlı şəxsə 10 manat pul ödəmişdir. Bundan sonra o, narkotik vasitəni götürüb dostu Elnur adlı şəxslə birlikdə qəbul etmək məqsədilə, Xətai rayonu, K.Əhmədov küçəsinə getmişdir. Həmin ünvana çatıb və idarə etdiyi mopedi saxlayıb, Elnurun yaşadığı evə getmək istəyən zaman, polis əməkdaşları onu saxlayıb, Xətai RPİ-nə dəvət etmişlər. Daha sonra polis idarəsinə dəvət olunmuş vəkil ona təqdim edilmiş və sonra təhqiqatçı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Ona görə də o, əynində olan şalvarın cibindən “Vahid” adlı şəxsən 10 manat müqabilində aldığı narkotik vasitə heroini təqdim etmişdir. O, həmin maddənin heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 2.11 qram olması müəyyən edilmişdir. O, həmin maddəni “Vahid” adlı şəxsdən 10 manat müqabilində aldığını demişdir. Üzərindən aşkar olunan bir bükümdə heroin qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2022-ci il tarixdə Məmmədov Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Xətai RPİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, o, Eyvazla birlikdə məlumat əsasında saat 12 radələrində Xətai rayonu, K.Əhmədov küçəsi 4 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş Məmmədov Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu saxlayıb Xətai Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs adlı şəxs buna etiraz etmədikdən sonra, sonuncunu polis idarəsinə apararaq, barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı həmin şəxsin hüquqlarını müdafiəsi üçün vəkil dəvət etmiş və vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, onların və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla, Məmmədov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan hərbi rəngli şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli pul kisəsini, sağ yan cibindən bir ədəd “Redmi Note 9” markalı mobil telefonu, sol yan cibindən bir ədəd boz rəngli, üzərində “Magna” yazısı olan siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin maddəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Vahid” adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2.11 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 29 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Məmmədov Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Məmmədov əynindəki hərbi rəngli şalvarının sağ arxa cibindən bir ədəd qara rəngli, içərisində özünə məxsus sürücülük vəsiqəsi olan pul kisəsini, sağ yan cibindən bir ədəd “Redmi Note 9” markalı mobil telefon aparatı və sol yan cibindən bir ədəd boz rəngli, üzərində “Magna” yazısı olan siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs Məmmədov həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkildi və məlum oldu ki, həmin kütlənin çəkisi 2,11 qramdır. Təqsirləndirilən şəxs Məmmədov həmin narkotik vasitənin “Vahid” adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2494 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Məmmədov Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 2,112 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 2,012 qramdır. İş materiallarından görünür ki, 2,012 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 16 may 2022-ci il tarixli, 2547 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məmmədov Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar edilir. Lakin, hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Məmmədov Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimat və vəsatətin təmin edilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İş materiallarından görünür ki, 30 aprel 2022-ci il tarixdə Məmmədov Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 25 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 04 fevral 2013-cü ildə təyin olunmuş cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Məmmədov Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Məmmədov Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs Məmmədovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Məmmədov Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 29 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,012 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Məmmədov Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məmmədov Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məmmədov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 23 avqust 2022-ci il tarixdən hesablansın. Məmmədov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məmmədov Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,012 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Məmmədov Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (məhkum Məmmədov Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar