Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-376/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1999-cu ildə Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Hacıqabul rayonu, Qubalıbalaoğlan Ə/D, Qubalıbalaoğlan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,705 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 aprel 2025-ci il tarixdə saat 01:30-da ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,705 qram, ağ rəngli, kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 aprel 2025-ci il tarixdə saat 01:30-da yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış binasının qarşısı ilə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və ondan özünü təqdim etməyini tələb etmişlər. O polis əməkdaşlarına hər hansı bir etiraz etmədən özünü təqdim edərək barəsində olan məlumatları onlara bildirmişdir. Daha sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər. O polis əməkdaşlarına hüquq və vəzifələrinin aydın olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları ona saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Buna görə də ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya prcdmet olduğu təqdirdə könüllü təqdim etməyini tələb elmişlər. O ilk əvvəl əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli «Xiaomi Redmi» markalı mobil telefonu, daha sonra cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü polis əməkdaşlarına təqdim elmişdir. Təqdim etdiyi 1 ədəd büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən ağ rəngli, kristal formalı küllə aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olmasını, kimdən və nə vaxt əldə eldiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o həmin küllənin camaat arasında «şüşə» kimi adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu və həmin kütləni 14 aprel 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 'izdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 (qırx) manata əldə etdiyini bildirmişdir. Mobil telefonu da maddi sübut olaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqdim eldiyi 1 ədəd büküm elektron tərəzidə çəkilmiş və daha sonra içərisi boş olan 1 ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PŞ-yə gətirmişlər. Polis bölməsində olarkən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş və o həmin vəkillə tanış olaraq hüquqlarının onun tərəfindən müdafiə edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Polis bölməsində olarkən saxlanılmağı ilə bağlı bəzi sənədlər tərtib olunmuşdur. Sənədlər ona və digər iştirakçılara ucadan oxunduqdan sonra onların mətni ilə tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2025-ci il tarixdə X2 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra X2 cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və şöbənin sahə inspektoru, polis leytenantı X3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o Şahid2 və X7 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 15 aprel 2025-ci il tarixdə saat 01:20-01:30 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişlər. Həmin yerdən mobil telefon vasitəsilə videoçəkiliş etməklə müşahidə aparmağa başlamışlar. Bir neçə dəqiqədən sonra həmin ünvanın qarşısı ilə əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə X2 əlamətləri ilə üst-üstə düşən təxminən 25-28 yaşlarında olan bir nəfər şəxsin piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş elmişlər. Həmin şəxs özünü xx xxxxxx 1999-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Hacıqabul rayonu, Qubahbalaoğlan kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan X1 təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini, eləcə də saxlanıldığı andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olarsa könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rənli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli «Xiaomi Redmi» markalı mobil telefonu, cins şalvarın sağ yan cibindən isə 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisindən ağ rəngli, kristal şəkilli kütlə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində olan kütlənin nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o bükümün içərisində olan küllənin camaat arasında «şüşə» adlandırılan psixotrop maddə olan metamfetamin olmasını, həmin bükümü 14 aprel 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manat məbləğində nağd pula aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri və digər geyim paltarları yoxlanılsa da üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisinin 0,87 qram olması müəyyən edilmişdir. Həmin büküm içərisi boş olan 1 ədəd zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 36-cı PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu üzərindən aşkar edilmiş 1 ədəd bükümün qablaşdırıldığı 1 ədəd zərf və digər maddi sübutlarla birlikdə Xətai RPİnin 36-cı PŞ-yə gətirib xidmətdə olan təhqiqatçı, polis mayoru Aslan Rəhimova təhvil vermişlər. X11 ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah elmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinin videogörüntüsünün olduğu mobil telefona baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinə heç bir narazılığının və etirazının olmadığını, üzərindən aşkar olunmuş, içərisində ağ rəngli, kristal şəkilli kütlə olan 1 ədəd bükümün ona məxsus olmasını bildirmişdir. Sonda təhqiqatçı videoçəkilişin yekunlaşmasını bildirmişdir. Videoçəkilişə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdikləri ifadələri elan olunmuş Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 15 aprel 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin «İMG_1499» adlı video faylda əks edilmiş görüntülər 15 aprel 2025-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında qeydə alınmışdır. Videogörüntülərə baxış keçirilərkən Xətai RPİ-nin 36-cı PŞnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 bir nəfər şəxsi saxlamaları, həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmələri, həmin şəxsdən də özünü təqdim etməsini tələb etmələri və həmin şəxsin özünü Təqsirləndirilən şəxs kimi təqdim etməsi görünür. Videogörünütünün davamında əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olduğu təqdirdə həmin əşya və ya predmetləri təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli «Redmi» markalı mobil telefonu, daha sonra cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü çıxarıb təqdim etməsi müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda həmin bükümün içərisində ağ rəngli, kristall şəkilli kütlənin aşkar olunması, Seyiadağa Qurbanzadənin həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını və bükümü 14 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manat məbləğində pula aldığını bildirməsi, aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümün elektron tərəzidə çəkilən zaman çəkisinin 0,87 qram olması və həmin şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümün içərisi boş olan 1 ədəd zərfə qoyularaq qablaşdırılması, zərfin üzərinin möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması qeydə alınmışdır.(i.v.12) - 15 aprel 2025-ci il tarixli digər diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, videogörüntülər Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasının qarşısından başlayaraq şöbənin təhqiqatçısı, polis mayoru Aslan Rəhimovun xidməti otağında qeydə alınmışdır. Videogörüntünün davamında Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü 1 ədəd mobil telefonu və sonuncunun üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı 1 ədəd zərfi təhqiqatçı, polis mayoru Aslan Rəhimova təhvil vermələri və X11un 1 ədəd zərfi təhvil alması müşahidə edilir. Daha sonra X11un Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış videoçəkilişə baxış keçirməsi görünür. (i.v.17) - şübhəli şəxsin tutulması haqqında 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə, saat 01:30-dan tutulmuşdur.; (i.v.27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1372 nömrəli 15 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N151” dairəvi möhür əksi olan "Təqsirləndirilən şəxs" imza və yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,705 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmelamietamindir. Metamfetaminin təmiz çəkisi 0,705 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 0,655 qram. (i.v.40-42) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.58-59) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.72-73) - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.74-75) - mobil telefona baxış keçirilməsi haqqında 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir hal müəyyən edilməmişdir. Mobil telefon qəbzə imza etdirməklə sahibinə qaytarılmışdır. Fotoşəkillər əlavə edilmişdir; (i.v.78-81) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14in 19 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v.87) - "xxxx" MMC-nin 25 aprel 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin elektron məlumat bazasında xx.xx.1999- cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş nömrə və ya nömrələr (hər hansı şəxsin adına nömrə qeydiyyatda olubolmadığını yalnız hal- hazırda cari mövcud olan qeydiyyat məlumatına əsasən müəyyənləşdirmək mümkündür) aşkar edilməmişdir. (i.v.97) - maddi sübut kimi tanıma haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi, üzərindən aşkar edilmiş əşya və predmetlərə Xətai RPİ-nin 36-cı PŞ-də yenidən baxış keçirilməsi və həmin əşya və predmetlərin götürülməsi zamanı qeydə alınmış Videogörüntülərin olduğu 2 ədəd DVD-R formatındakı disk iş üçün əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış 2 ədəd DVD-R formatındakı disk məhkəmə baxışınadək saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v.101-102) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.108) - maddi sübut kimi tanıma haqqında 07 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi 0,705 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,655 qramı iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v.109) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2025-ci il tarixli, № 2461 ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.118-119) - 16 iyun 2025-ci il tarixli "xxxx" MMC –dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar və müxtəlif məzmunlu mesaj mətnləri ilə yazışmalar aparılmışdır. Anten məlumatlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs sonuncu dəfə 14 aprel 2025-ci il tarixdə saat 23:56:27-də Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-ci məhəllədə olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin vaxt psixotrop maddə metamfetamini əldə etmək məqsədilə tanımadığı şəxslə görüşmək üçün artıq yolda olduğunu bildirdi (i.v.139-146) -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir uşağı var: xx.xx.2023-cü il təvəllüdlü X5. (i.v.149) - sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,705 qram psixotrop maddə metamfetamin üzrə tədqiqat aparıldıqdan sonra qalıq qalmış 0,655 qram çəkidə psixotrop maddə metamfetamin zəruri istintaqş hərəkətləri başa çatdıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, iş üzrə psixotrop maddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin 0,705 qram olması nəzərə alınması qərara alınmışdır. (i.v.150- 158) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz çəkisi 0,705 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 15 aprel 2025-ci il tarixi saat 01:30-dan 16 aprel 2025-ci il tarixi saat 18:20-yədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 0,655 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0, 655 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - dörd ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-376/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-376/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver