Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-378/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri Nəsimi rayonu N. Yusifbəyli küçəsi ev 15 mənzil 10-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədilə 12.05.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən evə pəncərədən qanunsuz daxil olaraq qonaq otağından 20 manat dəyərində 01 ədəd Allah yazısı olan süveniri, 30 manat dəyərində “X2” markalı 06 ədəd fincanı, 06 ədəd nəlbəki və 01 ədəd dəm çaynikindən ibarət dəsti, 15 manat dəyərində “X2” markalı 06 ədəd fincan, 06 ədəd nəlbəkidən ibarət dəsti, hər biri 10 manat olmaqla 20 manat dəyərində “Bloroc” markalı 02 ədəd qənd qabını, 10 manat dəyərində “Volga” markalı 12 ədəd İran İslam Respublikası istehsalı olan büllur görünümlü stəkanı, 3 manat dəyərində Tac Pocelain markalı 3 hissədən ibarət duz qabı, salfet qabı və kürdan qabından ibarət dəsti, 15 manat dəyərində bir cüt 43 ölçülü istifadə olunmuş “F.Matucci” markalı qara rəngli kişi ayaqqabısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 113 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ittihamla razı deyil. Belə ki, 12.05.2021-ci il tarixdə ünvan 2 ünvanından baş vermiş oğurluq hadisəsini o, yox Şahid1 törətmişdir. İlkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda “ifadəmi oxudum, düz yazılıb, imzamla təsdiq edirəm” sözləri tərəfindən yazılmış, imzalar da özünə məxsusdur. Tutulduqdan sonra ona təzyiq və təsir edilmiş, bu səbəbdən ilkin izahat və ifadələrində oğurluğun tərəfindən edildiyini demişdir. Həmin oğurluq hadisəsini o, törətməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 12 may 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Ağ şəhər adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etmişdir. Sözügedən ev həyət evidir və o, həmin əraziyə idarə etdiyi moped ilə getmişdir. Oğurluq etdiyi evi bir müddət kənardan müşahidə etmiş və evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin həyətinə qapının üzərinəki boşluqdan keçərək oradan həyətə düşmüşdür. Evin plastik pəncərəsindən evə baxmış və sonra evin giriş qapısının kilidli olmadığını aşkar etmişdir. Evə giriş qapısından daxil olmuşdur. Evdə dəyərli əşyalar axtarmağa başlamışdır. Evdəki servantın içərisindən iki qutu stəkan dəsti, qutuda çaynik fincan və nəlbəkidən ibarət dəsti, iki ədəd qənd qabını, bir ədəd Allah yazısı olan suveniri, bir cüt ayyaqqabını evdən tapdığı sellofan torbaya yığaraq evə daxil olduğu giriş qapısından həyətə, sonra da qapının üzərindəki boşluqdan keçərək küçəyə çıxmışdır. Oğurladığı əşyaları idarə etdiyi mopedə yükləmiş və mopedi idarə edərək oradan uzaqlaşıb kirayədə yaşadığı Nərimanov rayonu Montin qəsəbəsindəki ünvanını dəqiq bilmədiyi evinə getmişdir. Səhəri gün, günorta radələrində tanışı Natiq yaşadığı evə gəlmişdir. Natiq ilə bir az söhbət etdikdən sonuncuya satılıq qab-qacaq olduğunu və onları satmaqda kömək etməsini xahiş etmişdir. Bundan sonra o, xalası oğlu Orxana zəng edib satmaq istədiyi qab-qacaq olduğunu bildirib gəlib baxmasını istəmişdir. Orxan işdə olduğunu və gələ bilməyəcəyini demişdir. Bundan sonra tanışı Natiq ilə birlikdə idarə etdiyi mpbed ilə oğurladığı əşyaları da götürüb Orxanın işlədiyi dönərxanaya getmişdir. Orxan oğurladığı əşyalara baxıb almaq istəmədiyini bildirmişdir. Elə bir neçə dəqiqə keçmişdir ki, polis əməkdaşları onlara yaxınlaşmış və onları oğurladığı əşyalar ilə birlikdə polis bölməsinə aparmışdır. O, hər şeyin polis əməkdaşlarına aydın olduğunu bildiyindən polis bölməsində etdiyi oğurluq cinayətini etiraf etmişdir. Onu da qeyd etmişdir ki, tanışı Natiq və xalası oğlu Orxan da polis bölməsində həmin əşyaların oğurluq olmasını öyrənmişdir. O, sözügedən oğurluq cinayətini tək törətmişdir, Natiq və Orxan həmin oğurluqda iştirak etməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. 11.05.2021 -ci il tarixdə, saat 19:30 dəqiqədə yaşadığı evdən çıxaraq qapıları kilidləyib işə yollanmışdır. Gecə növbəsində olduğundan gecəni iş yerində keçirmiş, ailə üzvləri həmin vaxt rayonda olmuşdur. Səhəri gün, yəni 12.05.2021-ci il tarixdə, təxminən saat 08:30 dəqiqədə yaşadığı evə qayıtmışdır. Qapını açıb evə daxil olanda qonaq otağının dağınıq olduğunu görmüş, evin qonaq otağının pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Evə nəzər salanda müəyyən etmişdir ki, qonaq otağındakı servantdan 01 ədəd 150 manat dəyərində Allah yazısı olan süvenir, 200 manat dəyərində 06 ədəd fincan, 06 ədəd nəlbəki və 01 ədəd dəm çaynikindən ibarət dəst, 150 manat dəyərində 06 ədəd fincan, 06 ədəd nəlbəkidən ibarət dəst, hər biri 25 manat olmaqla 50 manat dəyərində 02 ədəd qənd qabı, 50 manat dəyərində 12 ədəd İran İslam Respublikası istehsalı olan büllur görünümlü stəkan, 20 manat dəyərində duz qabı, bibər qabı və salfet qabından ibarət dəst, 150 manat dəyərində bir cüt “F.Matucci” markalı qara rəngli kişi ayaqqabısı oğurlanmışdır. O, digər otaqlara nəzər salanda həmin otaqların qaydasında olduğunu və heç nəyə əl dəyilmədiyini görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. İstintaq zamanı əşyalar ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur. 12.05.2021- ci il tarixdə günorta yuxudan oyanmış, siqareti olmadığı üçün piyada Daşqının kirayədə yaşadığı evə getmişdir. Daşqının yaşadığı evdə televizorun qarşısında qab-qacaq əşyalar olmuşdur. Daşqınla söhbət əsnasında Daşqın ona həmin qab-qacaq göstərib pula ehtiyacı olduğu üçün həmin qabları satmaq istədiyini, ona köməklik göstərməyini xahiş etmişdir. O, həmin əşyaları haradan əldə etməsini soruşanda Daşqın həmin qabların özünə məxsus olduğunu qeyd etmişdir. O, Daşqına qab-qacağa ehtiyacı olmadığını, ala bilməyəcəyini bildirmişdir. Sonra Daşqın telefonda kiminləsə danışmış və ona Keşlə qəsəbəsində işləyən xalası oğlu, sonradan tanıdığı Orxanın yanına getməli olduğunu, birlikdə ora getməyi ona təklif etmişdir. O, Daşqına məxsus mopeddə əşyaları qucağında tutmuş, birlikdə Daşqının mopedi ilə Orxanın işlədiyi dönərxanaya yollanmışlar. Birlikdə ünvana çatanda Daşqın qabları xalası oğlu Orxana göstərib satmaq istədiyini bildirsə də, Orxan qablara baxıb maraqlanmadığını, almaq istəmədiyini söyləmişdir. Elə bir neçə dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşmış, onları 37-ci PB-nə aparmış və orada izahat yazmışdır. Daşqının etdiyi oğurluqda iştirak etməmiş, həmin əşyaları Daşqının yaşadığı evdə görmüşdür. Orxan yalan danışmış, Orxana əşyaların ona məxsus olmasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. 12.05.2021-ci il tarixdə günorta radələrində Daşqını ona zəng edərək qab-qacaq satdığını, maraqlanıb-maraqlanmadığını, gəlib qablara baxmağını xahiş etmişdir. O, Daşqına işdə olduğunu, çıxa bilmədiyini bildirmişdir. Daşqın işlədiyi dönərxanaya gələrək qabları ona göstərmək istədiyini bildirmişdir. Bir müddət sonra Daşqın tanımadığı Natiq adlı şəxslə işlədiyi yerə gəlmişdir. Daşqın ona stəkan, çaynik, qənd qabı və sair göstərib onları 100 manata satdığını bildirmişdir. Natiq həmin qabların ona məxsus olduğunu demişdir. O, qablara baxıb maraqlanmadığını, almaq istəmədiyini söyləmişdir. Elə həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış, onları 37-ci PB-nə aparmış orada bu barədə izahat yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 12 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış keçirilməsi haqqında 12.05.2021-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilmiş, evə plastik pəncərəni sındırmaqla daxil olunması müəyyən olunmuşdur (i.v. 8); Təqsirləndirilən şəxs izahatından görünür ki, o, 12.05.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Xətai rayonu S.Vəzirov küçəsi ev 45D ünvanda yerləşən evə pəncərədən daxil olaraq qab-qacaq və ayaqqabı oğurlamasını etiraf etmiş, “izahatım mənim sözlərimlə oxudum düzdür imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 14); götürmə haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu Babək prodpektində Dədəmin avtoservisin yaxınlığında əlində olan qara rəngli idman çantası ilə birlikdə saxlanılıb Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş, çantaya baxış keçirilərkən 01 ədəd Allah yazısı olan süvenir, “X2” markalı 06 ədəd fincan, 06 ədəd nəlbəki və 01 ədəd dəm çaynikindən ibarət dəsti, “X2” markalı 06 ədəd fincan, 06 ədəd nəlbəkidən ibarət dəsti, “Bloroc” markalı 02 ədəd qənd qabı, “Volga” markalı 12 ədəd İran İslam Respublikası istehsalı olan büllur görünümlü stəkan, Tac Pocelain markalı 3 hissədən ibarət duz qabı, salfet qafbı və kürdan qabından ibarət dəsti, bir cüt 43 ölçülü istifadə olunmuş “F.Matucci” markalı qara rəngli kişi ayaqqabısı aşkar edilmişdir (i.v. 16); şübhəli şəxsin tutulması haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə saat 21-00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 34); şübhəli şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12.05.2021ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Xətai rayonu S.Vəzirov küçəsi ev 45D ünvanda yerləşən evə pəncərədən daxil olaraq qab-qacaq və ayaqqabı oğurlamasını etiraf etmiş, “ifadəmi oxudum düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 45); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 50- 51); təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Xətai rayonu S.Vəzirov küçəsi ev 45D ünvanda yerləşən evə pəncərədən daxil olaraq qab-qacaq və ayaqqabı oğurlamasını etiraf etmiş, “ifadəmi oxudum sözlərim düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 62-63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 may 2021-ci il tarixdən hesablanmışdır (i.v. 74-77); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 08 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2011ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi xaric edilmişdir (i.v.86-88); Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplama yolu ilə qəti olaraq üzərində 10 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 07 dekabr 2010-cu ildən hesablanması hökm edilmişdir (i.v.89-97); məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 iyun 2021-ci il tarixli 9/3330 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 113,0 manat müəyyən edilir (i.v.98-101); sübutların qiymətləndirilməsi barədə 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunması, əşyaların dəyəri məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 iyun 2021-ci il tarixli 9/3330 saylı rəyinə əsasən götürülməsi, əşyaların maddi sübut kimi tanınması və saxlaması üçün sahibinə verilməsi, Şahid1 və Şahid2 əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 307-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 105- 110); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 117- 118); üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs Şahid1 dediklərini təsdiq etməyərək oğurluğu Şahid1 etdiyini bildirmişdir (i.v. 130-131); qəbzdən görünür ki, zərərçəkmiş şəxs maddi sübut olan - 01 ədəd Allah yazısı olan süvenir, “X3” markalı 06 ədəd fincan, 06 ədəd nəlbəki və 01 ədəd dəm çaynikindən ibarət dəst, “X3” markalı 06 ədəd fincan, 06 ədəd nəlbəkidən ibarət dəst, “Bloroc” markalı 02 ədəd qənd qabı, “Volga” markalı 12 ədəd İran İslam Respublikası istehsalı olan büllur görünümlü stəkan, 01 ədəd duz qabı, 01 ədəd bibər qabı və 01 ədəd salfet qabından ibarət dəst, bir cüt “F.Matucci” markalı qara rəngli kişi ayaqqabısı əşyalarını təhvil almışdır. 11 saylı Cəzaçəkmə müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17.20.2020-ci il tarixdə cəzasıı tam çəkərək azad olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evdən oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Şahid1 ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində, həmçinin üzləşmə protokolunda 12.05.2021-ci il tarixdə Daşqının kirayədə yaşadığı evə getdiyini, söhbət əsnasında Daşqının ona bir neçə qab-qacaq göstərib pula ehtiyacı olduğu üçün həmin qabları satmaq istədiyini, ona köməklik göstərməyini xahiş etdiyini, həmin əşyaları haradan əldə etməsini soruşanda Daşqın həmin qabların özünə məxsus olduğunu bildirdiyini, sonra Daşqının telefonda kiminləsə danışdığını və ona Keşlə qəsəbəsində işləyən xalası oğlu, sonradan tanıdığı Orxanın yanına getməli olduqlarını, birlikdə ora getməyi ona təklif etdiyini, Daşqınla razılaşdığını və birlikdə Daşqının mopedi ilə Orxanın işlədiyi dönərxanaya getdiyini, Daşqın evdə ona göstərdiyi qabları da özü ilə götürdüyünü, ünvana çatanda Daşqın qabları xalası oğlu Orxana göstərib satmaq istədiyini bildirdiyini, Orxan qablara baxıb maraqlanmadığını, almaq istəmədiyini söylədiyini, bir neçə dəqiqə sonra polis əməkdaşlarının onlara yaxınlaşdığını göstərmişdir. Həmçinin, Şahid2 ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində 12.05.2021-ci il tarixdə günorta radələrində Daşqının ona zəng edərək qab-qacaq satdığını, maraqlanıb-maraqlanmadığını, gəlib qablara baxmağını xahiş etdiyini, Daşqına işdə olduğunu, çıxa bilmədiyini bildirdiyini, Daşqının işlədiyi dönərxanaya gələrək qabları ona göstərmək istədiyini, bir müddət sonra Daşqının tanımadığı Natiq adlı şəxslə işlədiyi yerə gəldiyini, Daşqının ona stəkan, çaynik, qənd qabı və sair göstərib onları 100 manata satdığını bildirdiyini, qablara baxıb maraqlanmadığını, almaq istəmədiyini, həmin vaxt polis əməkdaşlarının onlara yaxınlaşdığını göstərmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, Şahid2 Şahid1 əşyaların ona məxsus olmasını bildirməsi barədə ifadəsini inandırıcı hesab etmir. Belə ki, Şahid2 təqsirləndirilən şəxsin xalası oğlu olması onun qohumluq münsibətinin təsiri altında belə ifadə verməsini güman etməyə əsas verən hal kimi nəzərə çarpır. Şahid2 istintaq zamanı qeyd olunan hal barədə hər hansı xüsusat bildirməmiş, həmçinin, Şahid1 da qeyd olunan halı təkzib etmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, özünü elan edilmiş ittiham üzrə təqsirli bilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd Allah yazısı olan suvenirin, “X3” markalı 06 ədəd fincanın, 06 ədəd nəlbəki və 01 ədəd dəm çaynikindən ibarət dəstin, “X3” markalı 06 ədəd fincanın, 06 ədəd nəlbəkidən ibarət dəstin, “Bloroc” markalı 02 ədəd qənd qabının, “Volga” markalı 12 ədəd İran İslam Respublikası istehsalı olan büllur görünümlü stəkanın, 01 ədəd duz qabı, 01 ədəd bibər qabı və 01 ədəd salfet qabından ibarət dəstin, bir cüt “F.Matucci” markalı qara rəngli kişi ayaqqabısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-378/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-378/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver